Xəzərdə 3 nəfər boğulubXəzər dənizidə 3 nəfər boğulub.

Avrasiya.net FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Qaradağ rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 1200 metr aralı, nəzarətsiz ərazi) 4 nəfərin batması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfər xilas edilib, 3 nəfərin cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.
Gəncədə hücum zamanı yaralanan polis danışdı – VİDEOYaralanan polis əməkdaşı baş verənləri danışdı.

Gəncə Baş Polis İdarəsi, Post-Patrul Taborunun qərargah rəisi Samir Bayramov iyulun 10-da ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin qarşısını almaq istərkən yaralanıb.

Baş leytenant Samir Bayramov hadisə haqqında müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:
Xaçmazda itkin düşən qadının meyiti tapıldıXaçmaz rayonu ərazisində itkin düşən 67 yaşlı Sumqayıt şəhər sakininin meyiti tapılıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmazın Padar kəndinə qonaq gələn 67 yaşlı Sumqayıt şəhər sakini 1951-ci il təvəllüdlü Şıxvəliyeva Pəri Qubad qızının meyiti əkin sahəsində aşkarlanıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, yaşlı qadın iyulun 8-i, axşam saatlarında itkin düşmüşdü.
Ata qızına təcavüz edəni küçənin ortasında qasığından bıçaqladıTürkiyənin Ankara şəhərində dəhşətli hadisə baş verib. Ata, qızına təcavüz edən adamı küçənin ortasında yaralayıb.

İddialara görə, 30 yaşlarında bir adam, 13 yaşındakı qıza təcavüz edib. Qızın atası isə hadisəni eşitdikdən sonra dərhal ərazinin təhlükəsizlik kameralarını yoxladıb. Qızına təcavüz edən adamın kimliyini müəyyənləşdirdikdən sonra ərzaq dükanından götürdüyü bıçaqla adamın cinsiyyət orqanından və qasığından bir neçə dəfə bıçaqlayıb.

Hadisə yerinə gələn təcavüzçünün həyat yoldaşı “bunu kim edib?”- deyə soruşduğunda, hadisə yerində olan vətəndaşlardan biri “təcavüz etdiyi qızın atası edib”- deyə cavab verib.

minval.info
Polis əməkdaşlarının qətlində şübhəli bilinən şəxslərdən biri tutulubİyulun 10-da Gəncədə baş vermiş qanunsuz aksiyanın ən fəal iştirakçılarından olan və xidməti vəzifələrini yerinə yetirən polis zabitlərindən birinin qətlində şübhəli bilinən Qasımov Fərrux Xəqani oğlu vətəndaşlarımızın yaxından köməyi ilə respublikanın hüquq mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa təhvil verilib.

Bu cinayətin törədilməsində şübhəli bilinən digər şəxslərin də tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
“Boş şeydir, Azərbaycan güclüdür” deyib keçməyin!Hər şey Elmar Vəliyevin vurulması ilə başladı. Sui-qəsdin ardından Vəliyev haqqında yalan-doğru informasiyalar tirajlandı. Daha çox sosial şəbəkələrdə dövriyyəyə buraxılan bu informasiyaları oxuduqca adamın dodaqları uçuqlayırdı. Nələr yazmadılar ki? Vəzifə səlahiyyətlərindən sui-istifadədən tutmuş, şəxsi adamların əmlaklarının mənimsənilməsi, zorlama, mənimsəmə və s. Hətta bəziləri E.Vəliyevin keçirdiyi hansısa iclasın guya stenoqramını yayaraq vəziyyəti daha da daramatikləşdirirdi. Bir əyalət icra başçısı haqqında plan o qədər sürətlə işləyirdi ki, informasiyaları çatdırıb oxumaq olmurdu. Hələ mən onun oğlu Elmir Vəliyevin adından yayılan və guya gəncəliləri qorxaq adlandıran saxta informasiyaları demirəm. O informasiya ki, dünən – Gəncədə baş verən iğtişaşdan təxminən 7-8 saat əvvəl yayıldı.

İğtişaşa cəhd edən və qismən də olsa buna nail olan “güc(lər)” hər kimdirsə silah kimi daha çox informasiyadan istifadəni üstün tutub. Vəliyevin vurulması anından işə başlayaraq həm sosial şəbəkələrə, həm də təkadamlıq saytlara hesablanan informasiyaların belə sürətlə yayılması təsadüfi ola bilməzdi. Və yaxud da ki, sonradan baş verəcək Gəncə iğtişaşı üçün Vəliyevin vurulması mütləq idi. E.Vəliyev vurulmasaydı onun haqqında dövriyyəyə buraxılan bu qədər informasiyanın “çəkisi” də olmazdı. Adam çıxıb deyəcəkdi ki, yazılanlar belə deyil, elədir və s. İndiki halda heç bir media qurumunun Elmar Vəliyevə əli çatmır. Haqqında yayılan xəbərlər isə təkzib olunmadan ictimaiyyətin qulağını deşir.

Biz və elə hüquq-mühafizə orqanları isə baş verən “tamaşanı” sakit-sakit seyr edirdik. Ola bilsin ki, dövlətin təhlükəsizliyi ilə məşğul olan qurumlar öz işlərini görür, pərdənin arxasındakı “əli” biləyindən qoparmaq istəyirdilər. Yəqin ki, irəliləyən günlərdə hər şey ictimaiyyətə aydın olacaq.

Mənə görə Gəncə hadisələrində sosial problem, məmur özbaşınalığı və yaxud da din faktoru axtarmaq düzgün yanaşma deyil. Lerikə, Yardımlıya, Daşkəsənə, Gədəbəyə baxanda Gəncə Azərbaycanın ən varlı şəhərlərindən biridir. Əlbəttə, bu faktı müəyyənləşdirmək elə də çətin deyil. Hamımız aşağı-yuxarı Azərbaycanı qarış-qarış gəzirik: hansı rayonun daha yaxşı, varlı-karlı yaşadığını o bölgədə inşa olunan fərdi evlər, sürülən avtomobillər, insanların geyim-keçimindən dərhal hiss olunur. Yəni gözlə gördüklərimiz belə deməyə əsas verir ki, bu tip iğtişaşları sosial problemlərə bağlamaq cəhdləri yersizdir. Digər tərəfdən, şablon səslənsə də neftin-qazın hesabına olsa da Azərbaycan regionda bütün qonşularından daha yaxşı vəziyyətdədir.

Məmur özbaşınalığı versiyası da iğtişaş müəlliflərinin düşündükləri ən uğurlu səbəbdir. Əlbəttə, Elmar Vəliyev mələk deyil, böyük bir şəhərin icra başçısıdır, səhvlərdən sığortalanmayıb. Kimisinin torpağını əlindən almaq ehtimalı olduğu kimi, kimlərinsə üstünə qışqırmaq ehtimalı da böyükdür. Lap özündən kiçik ranqlı məmurları vətəndaşın qarşısında təhqir də edə bilər. Bu düzgün addım olmasa da mümkünsüz də deyil. Yəni buna görə adam adamı vurmaz, arxasınca şəhərdə iğtişaş təşkil etməz, ölümə səbəb olmaz...

Din faktoru da bu məsələdə yerinə oturmur. Azərbaycan siyasi rəhbərliyinin təkcə son illərdə tikdirdiyi və təmir etdirdiyi məscidlərin, ziyarətgahların sayı onlarladır. Bakıdan Şəkiyə, Lənkərandan Şamaxıya, Gəncədən Qubaya - hara baxsanız minarələr görəcəksiniz. Yəni bu toplumun “hakimiyyət dini və dindarları sıxışdırır” deməsi də mümkün deyil.

Yuxarıda sadaladığım və hamının da azdan-çoxdan bildiyi səbəblərdən sonra çoxluğun gün ərzindən gəldiyi qənaətə mən də gəlirəm. Bu iğtişaşı Azərbaycandan kənarda hazırlayıb Gəncədə həyata keçirdilər. Dövlətimizi təhdid edir, vəziyyətimizi ağırlaşdırmaq istəyirlər. “Boş şeydir, Azərbaycan güclüdür” deyib keçməyək, ayıq-sayıq olaq, içimizə girib Vətəni içdən dağıtmalarına imkan verməyək.


Niyaz Niftiyev
Azərbaycanlı idmançı qəza törətdi - Nazir müavininin oğlu hədələdiKeçmiş ağır atlet Zülfüqar Süleymanovun maşınını əlindən alıblar.

Unikal.org-a danışan Z.Süleymanov haqsızlıqla qaşılaşdığını dilə gətirib. Bildirib ki, avtomobili və sənədləri qanunsuz yolla əlindən alınıb:

"Maşınımla məhəllədən ara küçəyə dönən zaman qarşıma anidən bir xanım çıxdı, özünü itirdiyindən irəli-geri çəkildi qəza baş verdi. Belə ki, onu vurdum. Xoşbəxtçilikdən heç nə baş vermədi şokda idi. Yıxıldığına görə qolu və ayağı ağrıyırdı. Tez maşından düşüb israrla maşına mindirdim ki, gedək xəstəxanaya isti-isti yoxladaq.

Yolda dedi ki, məni evə apar ehtiyac olarsa sənə zəng vuraram(nömrəmi vermişdim). Xahiş etdim ki, etiraz etməyin, müayinə olunsun. Qoymadı dedi maşını evimə sür. Evində düşürüb yoluma davam etdim. 1 saat sonra mənə tanımadığm nömrədən zəng gəldi. Telefonu açan kimi məni hədələməyə başladı: "sən adam vurub qaçmısan. Mən nazir müavininin oğluyam. Sənin başına oyun açacam. 15 dəqiqəyə burda ol".

Telefonu üzünə söndürdüm. Maşınla vurulan xanıma zəng etdim. Dedim ki, nə məsələdir, nəsə lazımdır?! Dedi "Gəl məni apar, qolumu rentgenə sal. Bu mənim müdirimdir, ona oğlum deyib. O da aranı qatıb". Dedim yaxşı 30-40 dəqiqəyə çataram sizə. Bu adam yığmaqda və təhdid etməkdə davam edirdi. Ad soyadını da demirdi. Özüm qanunla olsun deyə, 102-ə yığıb hadisə barədə məlumat vermişdim. Qadıngilin evinə çatanda gördüm uzanıb, yanında da binanın xadiməçisi var. Soruşdum nə olub, mən sizə təklif etdim, gedək həkimə, istəmədiniz. Bildirdi ki, mənlik bir şey yoxdur, "oğlum gözüçıxmış müdirə deyib, o da aranı qatıb, mən şikayətçi deyiləm". Yığdı oğluna ağzına gələni dedi. Bir az sonra oğlugil də gəlib çıxdı. Canlı-qanlı nazir müavininin oğlu ilə…

Başladılar atılıb-düşməyə. Dedim kimdir bayaqdan hədələyən nazir müavinin oğlu? Əl-qol atdı ki, gəl ürəyin hara istəyir gedək. Qadın qaldı orada bunu maşına dəvət elədim ki, gəl gedək… 3 maşınla olduq".

İdmançı maşının əlindən alınması ilə bağlı bunları deyib:

"Hara getdiyimizi soruşdu. Dedim idarəyə, aydınlaşdıraq görək nəyin artıq düşüb. Söhbət yaxşı getmirdi, həmin an Abşeron polis idarəsindən tədqiqatçı Z.T zəng vurdu ki, "tez gəlin bura". Müavin oğlu biləndə ki hara gedirik tez telefonu ilə dostuna zəng etdi. İdarədə məndən yoxlamaq üçün sənədlərimi aldılar. Özümü də respublika narkoloji dispanserə apardılar. Sonra Abşeron polis idarəsinə qayıtdıq. Orada da maşını və açarı aldılar ki, qadını dilə tutublar səndən şikayətçi olacaq (yalandan). Qoy qalsın burda özündə get çağıracağıq. Dedim, axı mən izahat yazmalıyam dedilər ki, get özümüz çağıracağıq. Yolda olanda əməkdaşa zəng gəldi, dedi müəllim yanımdadır, danışa bilmirəm, yaxşı olacaq əmin olun".
Gəncədə baş verən bu hadisə vətənimizə qarşı yönələn bir təxribatdır"Misirdə yaşayan Azərbaycanlılar olaraq biz daim dövlətimizin yanındayıq və Vətənimizə qarşı yönələn bütün təxribatları pisləyirik"

Bu sözləri AzNews.az-a açıqlamasında Misirdəki Azərbaycan Diasporunun sədri, Qahirə Universitetinin müəllimi Seymur Nəsirov dedi. O, iyulun 10-da Gəncədə baş verən hadisənin ölkəmizə, vətənimizə qarşı yönələn bir təxribat olduğunu bildirdi və insanların bu təxribata uymamağını tövsiyyə etdi:

"Biz bir azərbaycanlı olaraq xalqımıza qarşı, hüquq mühafizə orqanlarımızın əməkdaşlarına qarşı törədilən bu qanlı hadisəni pisləyirik. Ümumiyyətlə, ölkəmizə qarşı hər hansı bir təxribat olarsa, prezidentimizin ətrafında sıx birləşərək mübarizə aparmağa hazırıq. Mən insanları fitnələrə uymamağa çağırıram. İstər daxildə, istərsə də xaricdə hər hansı bir provokasiyalara getmək olmaz".

Qeyd edək ki, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olmuşdur.
"Xalq-iqtidar birliyini, inkişafı, sabitliyi heç bir qüvvə poza, müstəqilliyimizi sarsıda bilməz"“Sürətlə inkişaf edən Azərbaycan bu gün bütün dünyanın diqqət mərkəzindədir. Ölkəmizin həyata keçirdiyi qlobal layihələr regional və beynəlxalq əməkdaşlığa töhfə verdiyi kimi, görünür, bəzi “dairələrin” də maraqlarına uyğun gəlmir. Bu il Cümhuriyyətinin 100 illik yubileyini qeyd edən, sabitlik adası olan, qüdrətli Azərbaycanın uğurlarını həzm edə bilməyən erməni və ermənipərəst, antiazərbaycan “qüvvələr” zaman-zaman olduğu kimi, yenə də respublikamızda qarışıqlıq salmağa çalışırlar. Ancaq onlar unudurlar ki, Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərindəki Azərbaycan deyil. Ölkə iqtidarı istər daxili, istərsə də xarici antiazərbaycan qüvvələrin bu cür məkrli niyyətlərinin qarşısını almağa qadirdir və alır. Bu gün ölkəmizdəki xalq-iqtidar birliyini, inkişafı, sabitliyi heç bir qüvvə poza, müstəqilliyimizi sarsıda bilməz. Ötən gün Gəncədə baş verən hadisələrdən də bir daha göründü ki, xalq heç vaxt bu cür ünsürlərə meydan verməz.” Bunu KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, ötən gün 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxsin Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd etməsi və nəticədə 2 yüksək rütbəli polis əməkdaşının şəhid olması bu terroru planlaşdıran “qüvvələrin” ölkəmizə qarşı nə qədər qərəzli olduğunu bir daha nümayiş etdirir: “Rəsmi məlumatlardan da aydın olduğu kimi, polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlər nəticəsində hüquqazidd əməllərin qarşısı alınıb, 40 nəfər tutulub, operativ tədbirlər sayəsində tez bir zamanda şəhərin mərkəzində asayiş tam təmin edilib. Göründüyü kimi, antiazərbaycan qüvvələr yenə də öz çirkin niyyətlərinə çata bilmədilər. Çünki xalqını, dövlətini, vətənini sevən hər bir insan kimi, Azərbaycanın hüquq mühafizə orqanları, o cümlədən mərd, cəsarətli polisimiz qanı və canı bahasına dövlət müstəqilliyimizə qarşı yönələn təhlükələrin qarşısını almağa, daxili sabitliyi və təhlükəsizliyi təmin etməyə qadirdir. Hazırda cinayətin iştirakçıları və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir. Şübhəsiz ki, Gəncədə asayişi kobud şəkildə pozmağa cəhdin qarşısını alan zaman iki polis əməkdaşımızı qətlə yetirən cinayətkarlar tezliklə tutulacaq və qanun qarşısında cəzalandırılacaqlar.”

“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, bu gün sosial şəbəkələrdə bəzi daxili antimilli ünsürlər, eyni zamanda dağıdıcı müxalifətin xaricdəki tör-töküntüləri baş verən hadisələri şişirtməyə, cinayətkarları “qəhrəman” obrazında insanlara sırımağa çalışırlar: “İstər Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə güllə atan Yunis Səfərov, istərsə də ötən gün Gəncədə iki polis əməkdaşını qətlə yetirənlər ən ağır cinayətkarlardır, bu xalqın, dövlətin düşmənləridirlər. Onlardan “qəhrəman” obrazı yaratmağa çalışmaq elə onlar qədər bu dövlətə, millətə qənim kəsilmək deməkdir. Bir insanın içində öz ölkəsinə, xalqına nə qədər kin, nifrət olar?! Ancaq onlar anlamırlar ki, Azərbaycan xalqı bu münasibəti heç vaxt unutmayacaq, bu Vətən, torpaq onları qəbul etməyəcək. Xarici antiazərbaycan dairələrin maliyyəsindən “qidalanan” bu cür ünsürlər elə sosial şəbəkələr vasitəsilə susdurulurlar. Sadə insanlar öz şəxsi profilləri vasitəsilə onlara lazım olan cavabı verirlər və ən kəskin şəkildə tənqid edirlər. Bir sözlə, Azərbaycanın müstəqilliyi əbədidir, dövlət idarəçiliyi etibarlı əllərdədir, xalq-iqtidar birliyi möhkəmdir, sarsılmazdır.”
"Radikallar Azərbaycanımızı Suriyaya döndərə bilməyəcəklər"“Gəncədə bir qrup "dindar"ın qanunsuz aksiyasının qarşısını almaq, sabitliyi qoruyan polislərimizdən ikisinin qətlə yetirilməsi Azərbaycanda sabitliyin pozulması və insanlar arasında qorxu, təşvişin yaradılmasına xidmət edir”.

Bunu Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri, Avrasiya İnformasiya Agentliyinin (avrasiya.net) baş redaktoru Cavid Şahverdiyev deyib. Bildirib ki, bu ssenari din altında pərdələnən bir neçə şəxsə xaricdən hazırlanıb: “Gəncə şəhərinin icra hakimiyyətinin başçısı Elmar Vəliyevin güllələnməsi bu ssenarinin bir hissəsidir. Dünən radikallar iki polis zabitimizi qətlə yetirərərk ssenarinin digər hissəsini həyata keçirdilər. Polisimizin həmin radikalların qarşısına əliyalın, silahsız çıxması dövlətin qanunlara riayət etməyən vətəndaşlarına belə humanizminin göstəricisidir. Lakin silahsız polislərimizin qətlə yetirilməsi heç bir insanlığa sığmayan haldır, özü də "dindar"lar tərəfindən. Bu hadisə bütün Azərbaycanı təəccübləndirib, təəssüfləndirib. "İnanc" sahibi onu qoruyan polisini qətlə yetirib. Nəyə görə?”.

C.Şahverdiyev onu da əlavə edib ki, polislərimizi qətlə yetirən hər iki şəxs radikal dini qruplaşmanın üzvüdürlər: "Azərbaycanda belə qruplaşmaların fəaliyyəti mümkünsüz olduğundan çox güman ki, onlar kənarda təlim keçib Azərbaycana ezam ediliblər. Məqsəd qanunsuz aksiyalarda iştirak etməklə qarşıdurma yaratmağa cəhdlər göstərməkdir. İki polis zabitimizi qətlə yetirmək bütöv cəmiyyətimizə qarşı törədilən terror hadisəsidir. Kənardan Azərbaycana ezam ediləcək belə dindarların sayı az deyil. Amma hüquq-mühafizə orqanlarımız və güc strukturlarımız həmişə ölkəmizin təhlükəsizliyini qoruyublar və bundan sonra da qorumaq gücündədirlər. Bütün Azərbaycan vətəndaşları həmin orqanlarla həmrəy olmalıdır".

QHT sədri vurğulayıb ki, ölkədə qarşıdurma yaratmaqda maraqlı olan xarici qüvvələr bilməlidirlər ki, Azərbaycan xalqı dövlətlə həmrəydir. Radikallar heç bir zaman Azərbaycanımızı Suriyaya döndərə bilməyəcəklər: “Azərbaycan qorunur, onun dövləti, dövlətçiliyi və mərd övladları var. Ölkəmizi, dövlətimizi, sabitliyimizi, gələcəyimizi qorumalıyıq. Dini radikalizm və terrora qarşı birləşməliyik. Bu işdə hamımız həmrəy, mübariz olmalıyıq. Radikalların Gəncədə qan tökməsi heç birimizdə təşviş yaratmamalıdır, dövlətimizin gücünü göstərməliyik. Radikalizmə qarşı mübarizədə qətiyyətli olmalıyıq, imkan verməməliyik ki, Azərbaycanda sabitlik, əmin-amanlılıq pozulsun. Azərbaycanımızı, vətənimizi, torpağımızı, millətimizi qorumaq naminə şəhid olmaqdan qürur duymalıyıq”.