Əməkdar artistə canlı efirdə şok: veriliş zamanı atasının ölüm xəbərini eşitdi – VİDEOBu gün əməkdar artist Elza Seyidcahan Zaur Kamalın aparıcısı olduğu "5/5” verilişinin qonağı olub.

Studiyaya doğum gününü qeyd etməyə gələn xanım ifaçı canlı efirdə şok yaşayıb. O, atasının ölüm xəbərini eşidib.

Zaur ona əvvəlcə atasını studiyaya gətirəcəyini desə də, sonradan bildirib ki, atası 80 yaşında Rusiyada dünyasını dəyişib: "Atanız 80 yaşında dünyasını dəyişib. Oğlu olmadığına görə, inciyib evdən gedib. Rusiyada ailəsi olub, amma övladı olmayıb”.

Sizi həmin anın görüntüsü ilə tanış edirik:
Rusiya millisi dünya çempionatını tərk etdiFutbol üzrə dünya çempionatında bu gün 1/4 final mərhələsinin növbəti oyunu keçirilib. Ev sahibi Rusiya ilə Xorvatiya yığması ilə qarşılaşıb.

Soçidə "Fişt" stadionunda baş tutan qarşıdurmanın əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatdığından oyun əlavə vaxtda davam edib. Lakin əlavə vaxt da 2:2 hesablı bərabərliklə yekunlaşdığından qalibi penaltilər seriyası ilə müəyyən etmək lazım gəlib.

Pelnaltilər seriyasında Xorvatiya yığması rəqibini 4:3 hesabı ilə məğlub edərək yarımfinala çıxıb.
Türkiyədə 1 telekanal, 3 qəzet, 12 dərnək bağlandıTürkiyədə fövqəladə vəziyyət rejimi çərçivəsində qəbul edilən qanun qüvvəsində qərarnamə ilə 1 telekanal, 3 qəzet və 12 dərnək bağlanıb.

APA-nın verdiyi məlumata görə, qərarnamayə əsasən "Avantaj TV" telekanalı, İstanbulda yayımlanan “Xalqın nəbzi”, “Özgürlükçü demokrat” və Diyarbəkirdə yayımlanan “Welat” qəzetləri bağlanıb.

Bağlanan dərnəklər isə Adıyamandakı FEM Dersxanası Məzunları ve Mənsubları Dərnəyi, Ankaradakı Furkan Elm və Xidmət Dərnəyi, Suffem Təlim və Yardımlaşma Dərnəyi, Anadolu Elm, Mədəniyyət və Yardımlaşma və Həmrəylik Dərnəyi, Kahramanmaraşdakı Furkan Təlim və Xidmət Dərnəyi, Özer Hüquq və Düşüncə Dərnəyi, Kahramanmaraş Beynəlxalq Tələbələr Dərnəyi, Kilisdəki Kilis İmam Hatip Mənsubları və Hafizləri Dərnəyi, Malatyadakı Ağ Lalələr Təlim və Sosial Yardımlaşma Dərnəyi, Furkan Təlim və Həmrəylik Dərnəyi, Samsundakı Samsun Özgürlükçü Gənclik Dərnəyi və Şanlıurfadakı Viranşehir Sənayeçi və İş Adamları Dərnəyidir.

Bağlanan telekanal, qəzet və dərnəklərə məxsus bütün daşınmaz və daşınar əmlak əvəzsiz olaraq dövlət tərəfindən müsadirə olunacaq
Canlı yayımda qollarını doğrayan yazar: “Utandım, məcburam…”Dünən yazar Cəlil Cavanşir Feysbukda canlı yayımda damarlarını kəsərək intihara cəhd edib. Onun qardaşı hadisə yerinə gedərək yazıçının bu işindən yayındırıb.

C.Cavanşir bu gün Feysbuk hesabında dünənki hadisə barədə yazıb və peşman olduğunu bildirib:

“Dünən atdığım addımla bağlı uzun-uzadı izahata ehtiyac duymuram. Haqqımda yazılan bütün fikirləri oxumaq imkanım olmadı, amma xeylisini oxudum. Kim nə istəyir düşünsün, kim necə istəyir yozsun. Zərrə qədər narahat deyiləm, heç kəsdən incimirəm, heç kəsi qınamıram. Nə qədər çətin olsa da, yaşamağa davam etməyə məcburam.

Dünən mənim üçün narahat olan, yanımda olan, dəstək olan bütün dostlara təşəkkür edirəm. Mən sizin sevginizdən, qayğıkeşliyinizdən utandım, mütəəssir oldum. Sizləri incitdiyim, narahat etdiyim üçün peşmanam.
DYP-nin bu səlahiyyəti də əlindən alındı, BNA-ya verildi – Mühüm dəyişiklikPrezident İlham Əliyev Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, Bakı Nəqliyyat Agentliyi Bakı şəhərinin inzibati ərazisində:

parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasını təmin etsin;

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birlikdə həmin xüsusi texniki vasitələrin Nazirliyin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə inteqrasiya olunmasını təmin etsin;

dayanma, durma və parklanma qaydalarını pozmuş nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada mühafizə edilən duracağa aparılması (bundan sonra — təxliyə) xidmətini təşkil etsin və təxliyə xidmətinin həyata keçirilməsinə nəzarət etsin;

nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə qaydasını Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

yeni yeraltı və yerüstü avtomobil duracaqlarının (qarajlarının), həmçinin mühafizə olunan duracaqların yaradılması ilə bağlı zəruri tədbirlər görülməsini təmin etsin.

Bu Fərmanda nəzərdə tutulmuş tapşırıqların icrası, həmçinin nəqliyyat axınının tənzimlənməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin Füzuli və Mirzağa Əliyev küçələri arasında və Neftçilər prospektində — Hökumət Evinin qarşısında yerləşən yeraltı avtomobil qarajları bir ay müddətində Bakı Nəqliyyat Agentliyinin balansına verilsin.

Fərmanda qeyd olunur ki, BNA parklanma yerlərini müəyyənləşdirir, onları təşkil və idarə edir, parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarət edir və parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görür.
Müəllimin xadiməyə təcavüzünün qan donduran təfərrüatları: “Bir əli ilə bacımın ağzını tutub…” – Azərbaycanda– Dil və ədəbiyyat müəllimi bacımı dərs vaxtı boş sinif otağına itələyərək, orada zorlayıb. Başqa siniflərdəki müəllimlər də, şagirdlər də sinifdə olublar. Ona görə də harayına heç kim gələ bilməyib. Bacıma deyib ki, qapını aç, sinifə girməliyəm. Bir şeyə baxacağam deyib. Bacım da qapını açıb. Elə bu zaman müəllim bacıma arxadan hücum edib, bir əli ilə onun ağzından tutub ki, qışqırmasın. Sonra paltarlarını dartışdırmağa başlayıb…

Behbud Heybətov (ad şərtidir) Qaxın Cəlayır kəndindəndir. Albinosdur. Ailədə 3 uşaqdırlar. Hər üç uşaq albinos olmaqla yanaşı, həm də anadangəlmə gözdən əlildir. Özü də 2-ci qrup. Amma budəfəki yazımın qəhrəmanı Behbud deyil, bacısı Təhminədir. Üzrlü sayın, Təhminənin də adını şərti verirəm. Qardaşı Behbud Lent.az-a Cəlayir kənd orta məktəbində xadimə işləyən Təhminənin başına gətirilən oyundan, daha doğrusu, bacısının üzləşdiyi təcavüz faktından danışır.

“Bacıma deyib ki, səndən xoşum gəlir…”

Əsəbi yox, sakit danışır. Çünki hadisənin üstündən 3 aya yaxın vaxt keçir… Behbudu odlandıran isə cinayətkarın – daha doğrusu, onun bacısını zorlamaqda ittiham etdiyi Cəlayır kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəlliminin bu vaxta qədər cəzasız qalmasıdır. Gəlin, Behbudu birgə dinləyək:

– Hadisə bu ilin aprelin 13-də Qax rayonunun Cəlayır kəndinin tam orta məktəbində olub. Bacım Təhminə Heybətova həmin məktəbdə xadimə işləyir. Bacımın 32 yaşı var. Ailə qurmayıb. Anadangəlmə 2-ci qrup gözdən əlildir, albinosdur. Bu hadisədən bir müddət əvvəl həmin məktəbdə işləyən, Azərbaycan dili və ədəbiyyatından dərs deyən Səbuhi Babayev adlı müəllim bacıma bir neçə dəfə söz atırmış. Deyirmiş ki, səndən xoşum gəlir. Mənim xəbərim olmayıb, bu hal bir neçə dəfə təkrarlanıbmış.

– Bəs bacınız nə deyirmiş?

– Bacım da deyirmiş ki, get işinlə məşğul ol. Nə bilsin, deyib adamdır də, başa düşər, əl çəkər.

– Sonra nə olub?

– Aprelin 13-ü günü bacım məktəbdə təmizlik işləri aparırmış. Sinif otaqlarından birini təmizləyən zaman həmin Azərbaycan dili və ədəbiyyatı müəllimi bacıma deyib ki, gəl bu otağı aç, burada bir şeyə baxacağam. Bacım da otağı açan zaman, o, Təhminəni itələyib otağa salıb, qışqırmasın deyə ağzını tutub. Sonra paltarlarını dartışdırıb və orada bacıma təcavüz edib…(səsi xırıldayır, dediyi sözlər aydın eşidilmir). Səbuhi bacıma təcavüz etdikdən sonra bacım oradan canını qurtarmağa çalışıb. Məktəbdən çıxıb evə qaçıb. Evdə də heç kimə heç nə deməyib.

– Bəs siz necə xəbər tutdunuz? Sizə kim dedi ki, bacınız təcavüzə məruz qalıb?

– Bacım evdə bikef otururdu. Səssiz-səmirsiz idi, danışmırdı. Onun bu səssizliyini hiss edəndə narahat olmağa başladım. Hardasa, aprel ayının 30-u olardı, Təhminədən soruşdum ki, sənə nə olub. Əvvəlcə heç nə demədi. İsrar elədim. Sonra bacım mənə dedi ki, ayın 13-də təcavüzə məruz qalmışam. Dedim, kim edib? Cavab verdi ki, Səbuhi Babayev. Üstündən 15-16 gün keçəndən sonra bu hadisədən xəbər tutmuşam.

“Müstəntiq dedi ki, qovulacaq, cərimələnəcək, vəssalam…”

Behbud deyir ki, elə həmin günün axşamı 15-16 gün əvvəl baş verənlər barəsində atasına hər şeyi danışıb. Hadisənin məktəbdə olduğunu deyib. Atası da baş verənlər haqqında məktəb direktoruna məlumat verib:

– Məktəb direktoruna məlumat verəndən sonra kəndin icra nümayəndəliyinə getdik. İcra nümayəndəsinə bizim uşağın başına belə bir hadisə gəlməsi ilə bağlı müraciət etdik. Ayın 1-i günü səhər tezdən mən rayon polis şöbəsinə bu haqda məlumat verməyə gedirdim. Yolda Səbuhini gördüm. Məktəbdən çıxıb evə gəlirdi. Özümü saxlaya bilmədim Səbuhini vurdum. Dedim ki, sənin törətdiyin bu hərəkətin adı heç bilirsənmi nədir? Əlimdən birtəhər çıxıb qaçdı.

– Sahə müvəkkili harada idi ki, birbaşa rayon polis şöbəsinə gedirdiniz?

– Sonra sahə müvəkkili gəldi. Bacım da bildirdi ki, ona təcavüz edilib. Həmin polis əməkdaşı da mənə dedi ki, gəl izahatı söyüşlə yazaq. Dedim ki, söyüşlə yazmayaq, hadisə nə cür baş veribsə, o cür də qeyd edək. Sahə müvəkkili bu arada mənə dedi ki, sən də onu – Səbuhini vurmusan. Mən də qayıtdım ki, bəli, vurmuşam. Mənim də cəzamı verin, amma o da öz utanc gətirən hərəkətinə görə cavab versin. Sahə müvəkkili dedi ki, darıxma, onun başına oyun açacağam. Amma Yaqub adlı həmin sahə müvəkkili məni aldatdı.

– Necə?

– İzahatımızı götürüb getdi. Ondan sonra həmin sahə müvəkkilindən səs-səmir çıxmadı. Heç bir şey eləmədi. Məsələni yubatdı, fırlatdı. Mən də gördüm ki, şikayətimizə baxılmır, iş yubanır, mayın 25-də Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurdum. Mayın 26-da kəndimizə Qax Rayon Polis Şöbəsinin rəisi ilə prokuror gəldi. Mən də orada dedim ki, sahə müvəkkili işi yubadır. Orada mənə bir mayor yaxınlaşdı, dedi ki, 28-i şöbəyə gəl. Deyilən vaxtda şöbədə oldum. Hadisə ilə bağlı ətraflı məlumat verdim. Orada mənə dedilər ki, müəllim işdən çıxarılacaq. Üstəlik cərimə ödəyəcək. Mən də qayıtdım ki, təcavüzün cəzası budurmu? İşdən çıxarılmaqla, cərimə ödəməklə cəzası bitəcəkmi? Dedilər ki, hə, bu cinayətin cəzası budur. Bunları mənə Əkbər adlı mayor dedi. Etiraz etdim, dedim, axı təcavüzün cəzası bu deyil.

“Deyirlər ki, təcavüzün dəlili-sübutu yoxdur…”

Behbud Heybətov deyir ki, bir müddət sonra iş təhqiqat şöbəsinə göndərilir. İşə onlar baxası olur. İstintaq başa çatandan sonra cinayət işi prokurorluğa ötürülür. Hazırda işimiz prokurorluqdadır – Qax Rayon Prokurorluğunda, amma ortada da heç nə yoxdur:

– Prokurorluqdan mənə deyirlər ki, bu işə sübut lazımdır. Mən də deyirəm ki, bu işə nə kimi sübut istəyirsiniz, ən böyük, tutarlı sübut təcavüzə uğrayan bacımdır.

– Bacınızın təcavüz vaxtı əynində olan paltarlar istintaqa verilibmi?

– Bəli, verilib. Amma hadisədən 15-20 gün sonra.

– Cırılmışdımı paltarları?

– Bəli, paltarlarını dartışdıranda bir neçə yerdən cırılmışdı. Zorakılıq əlamətləri açıq-aydın görünürdü.

– Hadisə dərs vaxtı olmuşdu? Bəs kimsə bacınızın hayına yetməyib?

– Bəli, dərs vaxtı olub. Müəllimlər də, şagirdlər də dərsdə olublar həmin vaxt. Elə Səbuhi də bundan istifadə edib.

– İndi Səbuhi Babayev bunları boynuna alırmı?

– Xeyr, boynundan atır. Deyir, mən eləməmişəm. Amma mən polisə ərizə yazandan sonra valideynləri, qohum-əqrəbası bizə minnətə gəlmişdilər. Ərizəmi geri götürməyimi istəyirdilər. Üstümüzə qohum-qonşuları göndərirdilər. Mən də dedim ki, ya bu təcavüzə görə Səbuhi həbs olunmalıdır, ya da barəsində daha sərt cəza tədbiri görülməlidir.

– Səbuhi Babayev yenə həmin məktəbdə müəllim işləyir?

-Xeyr, işləmir. Xəstəliklə bağlı məzuniyyətə çıxıb. Guya xəstədir. Hadisənin sabahı gün məktəb direktoru Xalid Heydərov Səbuhi Babayevi işdən qovub. O gündən dərsə gəlmir, amma gedib xəstəxanada özünə sənəd açdırıb ki, guya xəstədir.

– Bəs bu barədə Təhsil Nazirliyinə də məlumat verilibmi? Çünki hadisə məktəbdə baş verib…

– Təhsil Nazirliyinə yox, Qax Rayon Təhsil Şöbəsinə məlumat vermişik. Oradan da bildiriblər ki, qanuna uyğun olaraq məhkəmənin qərarını gözləməliyik. Məhkəmənin rəyindən sonra həmin müəllim haqqında bir tədbir görüləcək.

Behbud Heybətov deyir ki, bacısı Təhminə Heybətovaya haqsızlıq edilib. İndi var gücü ilə məsələnin hüquqi çərçivədə həll olunması istəyir. O, polis və prokurorluq orqanlarının məsələni bu qədər yubatmasından narahat olduğunu, Təhminə Behbudovaya (bir daha xatırladıram, ad və soyad şərtidir) qarşı törədilən zorakılığın cəzasız qalacağından qorxduğunu söyləyir. Bizdən də məsələnin ictimailəşdirilməsini xahiş edir.

Zorlamada ittiham edilən müəllimlə – Səbuhi Babayevlə əlaqə saxladıq. Səbuhi Babayev açıqlamasında Heybətovlar ailəsinin ona qarşı irəli sürdüyü ittihamı qətiyyən qəbul etmədiyini bildirdi:

“Bu, ağ yalandır. Şayiədir. Bu məsələ mənim karyerama, kənddəki müəllim nüfuzuma, hörmətimə vurulan böyük bir zərbədir. Məsələdən polis şöbəsinin, prokurorluğun da xəbəri var. Fakt, sübut da yoxdur. Hadisədən sonra mənim ailə üzvlərim Heybətovlar ailəsinin qapısına üzrxahlığa getməyiblər. Sadəcə bu məsələ ilə bağlı mənimlə Behbudun (ad şərtidir-red) arasında dava olmuşdu. Bu davanın səbəbini soruşmağa, “niyə dalaşmısınız?” sualına cavab axtarmağa getmişdilər. Bizim gözəl prokurorluq orqanlarımız var. Hər şeyi özləri ayırd edəcək. Bir daha deyirəm, ortada heç bir fakt, sübut yoxdur, ağ yalandır”.

Məsələ ilə bağlı Cəlayır kəndinin sahə müvəkkili mayor Yaqub Quliyevlə əlaqə saxladıq. Sahə müvəkkili açıqlamasında bildirdi ki, bu haqda heç bir məlumat verə bilməz. Çünki iş artıq prokurorluqdadır.

Cəlayır kənd orta məktəbinin direktoru Xalid Heydərovla da əlaqə saxlayıb Təhminə Heybətovaya (ad-soyad şərtidir –red.) təcavüz etməkdə ittiham olunan Azərbaycan dili və ədəbiyyatı müəllimi Səbuhi Babayevin işdən çıxarılıb-çıxarılmadığını soruşduq. Məktəb direktoru açıqlamasında bildirdi ki, müəllim yerindədir və işdən çıxarılmayıb:

“Məsələyə prokurorluq baxır. Hansı qərar qəbul edilsə, biz də məhkəmənin qərarına müvafiq olaraq addım atacağıq. Hələ ki, araşdırma aparılır. Onu da deyim ki, bu məsələ ilə əlaqədar konkret fakt və ya faktlar yoxdur. Əgər prokurorluq faktı təsdiqləsə, o zaman Rayon Təhsil Şöbəsi müvafiq qəbul edəcək. Təhsil Şöbəsi hansı qərarı versə, biz də onu yerinə yetirəcəyik. Səbuhi Babayev də ona qarşı irəli sürülən ittihamı qəbul etmir”.

Xalid Heydərov təcavüz məsələsi gündəmə gələnə qədər, elə indi də nə xadimədən, nə də dil-ədəbiyyat müəllimindən narazı olmadığını söyləyir:

“Səbuhi müəllim çox fəal, işini bilən pedaqoqlarımızdandır. İctimai həyatda da aktiv şəxsdir. Bu hadisədən sonra 2 dəfə Səbuhi müəllimlə oturub söhbət etmişəm. Belə bir şey etmədiyini deyir. Təhminə xanım (ad şərtidir – red.) da çox ağıllı, başı aşağı, sakit bir xanımdır. Nə Təhminə xanımdan, nə də Səbuhi müəllimdən indiyə kimi şikayətimiz olmayıb. Nöqsanlı hərəkətlərini görməmişik. Hadisə haqqında eşidəndən şokdayıq. Burada üç uşaqlı müəllimin taleyi həll olunur. Mən öz başıma qərar qəbul edə bilmərəm. Bir daha deyirəm, məhkəmə hansı qərarı qəbul etsə, ona müvafiq addımlar atacağıq. Mən elə hesab edirəm ki, bunlar şayiədir”.

minval
20 yaşlı oğlan Messi kimi qol vurmaq istədi və öldü…Messinin 20 yaşlı fanatı meydançada onun kimi qol vurmaq istəyərkən müvazinətini itirərək yerə yıxılıb, ölüb.

Avrasiya.net Milli.Az-a istinadən xəbər verir ki, Hindistanda 20 yaşlı həvəskar futbolçu Sagar Das “Deshapriyanagar Byamagar” məktəbinin meydançasında futbol oynayarkən ölüb. Hadisə şahidlərinin dediyinə görə, o, Messinin hərəkətlərini təkrarlamaq istəyərkən müvazinətini itirərək yıxılıb, sinəsindən ciddi zədə alıb. Xəstəxanaya çatdırılan Sagarın həyatını xilas etmək mümkün olmayıb.

“Sagar gecə gec saatlaradək oyaq qalıb Dünya Çempionatının bütün matçlarını izləyirdi. O, Messinin qatı fanatı idi. Sagar son günlər dərslərini unudub, bütün fikrini çempionata yönəltmişdi. O, hadisə baş verən gün Messinin hərəkətlərini təkrarlamaq istəyirdi”, – Sagarın əmisi oğlu söyləyib.
Tanınmış azərbaycanlı yazıçı canlı yayımda damarlarını kəsdi - ŞOK VİDEOTanınmış azərbaycanlı yazışı Cəlil Cavanşir facebook səhifəsində canlı yayım açaraq intihara cəhd edir.

Minval.info xəbər verir ki, şairin bunu niyə etdiyi bəlli deyil. O, “Bu ölkədə yaşamaq istəmirəm” deyərək damarlarını kəsməyə davam edir.

Diqqət, ürəyi zəif olanlar görüntülərə baxmasın!
Mingəçevir İES-də baş verən qəzanın detalları – EkspertMingəçevir İES-də baş verən qəza ilə bağlı “Barmek Azərbaycan”ın keçmiş texniki direktoru Vəfa Ağayevin Axar.az-a müsahibəsini təqdim edirik:

- Mingəçevir İES-in bir blokunda baş verən qəza niyə bütün ölkəni iflic vəziyyətinə saldı?

- Digər bloklar yarımstansiya vasitəsilə çalışmağa davam etsəydi, bir blokda baş verən qəza ölkəni iflic etməzdi. Lakin yarımstansiyada yaranan yanğın cərəyan transformatorunun partlamasına səbəb olub. Bu da ölkədə elektrik enerjisinin kəsilməsinə gətirib çıxarıb.

- Qəza baş verəndən sonra kiçik kəndlərə, rayonlara elektrik enerjisi verildi. Bu enerjinin Bakıdakı strateji obyektlərə yönəldilməsi mümkün deyildimi?

- Mingəçevirlə Bakı arasında əsas strateji xətlərin sayı azdır. Bu say istehsal edilən enerjinin mərkəzə ötürülməsi üçün yetərli deyil. Yəni bu xətlərdən birində qəza olsa və əks qəza avtomatikası çalışmasa, yenə eyni şey olacaq. Bu qəza baş verdiyi anda yükatma avtomatikası, asinxron gedişdən qoruma, tezliyin düşməsindən yükatan avtomatika çalışsaydı, Bakının birinci və ikinci kateqoriya işlədiciləri enerji almaqda davam edərdi.

- Azərbaycanda çoxlu İES var. Onlar ölkəni elektrik enerjisi ilə təmin etmək gücünə malik deyilmi?

- Azərbaycanın santrallarının quruluş gücü ölkənin enerji təminatına kifayət etsə də, istehsal edilən enerjini ötürəcək xətlər yetərli və dayanıqlı olmadığından, bu işə kompleks şəkildə yanaşmaq lazımdır. Yəni yenə də təkrar edirəm, baş verən 3 qəzadan biri ölkənin enerji sisteminin çökməsinə səbəb olub. Bunun da əks qəza avtomatikasının çalışmaması olduğunu düşünürəm. Çünki çalışsaydı, paytaxtın stansiyaları lokal sistemdə həyati vacib obyektləri enerji ilə təmin etməyə davam edərdi.

- Mingəçevir İES-də baş verən qəzanın səbəblərinin aradan qaldırılmasına nə qədər vaxt lazımdır?

- Mingəçevirdəki Azərbaycan İES-də 3 qəza olub. Birincisi cərəyan transformatorunun partlaması nəticəsində baş verib. Bunu dəyişmək və yanmış kabellərin yenilənməsi yarım gün çəkir. İkincisi soyutma sistemindəki yanğındır ki, bu qəzanın nə böyüklükdə olduğunu görmədiyim üçün bir zaman verə bilmirəm. Üçüncüsü və ən pisi əks qəza avtomatikasının çalışmaması nəticəsində baş verən qəzadır ki, bu da sistemin çökməsinə səbəb olub.

- Gələcəkdə bu cür hadisələrin baş verməməsi üçün hansı qabaqlayıcı tədbirlər görmək lazımdr?

- Bu halların baş verməməsi üçün ilk növbədə əks qəza avtomatikasını və rele-mühafizəni yeniləmək lazımdır. Yəni rele-mühafizə selektiv və zamanında çalışmalıdır. İkinci, yarımstansiyadakı ölçü transformatorları yeni, müasir yanğın və partlama təhlükəsizliklərinə uyğun avadanlıqlarla dəyişdirilməlidir. Ölkədə fosil yanacaqlarla işləməyən yeni külək və günəş stansiyaları tikilməlidir və bu yeni stansiyalar istehlak mərkəzlərinə yaxın yerlərdə olmalıdır. Digər tərəfdən enerji sisteminin qan damarı olan xətlər yenilənməli və enerji sistemi statik dayanıqlığını bərpa etməlidir. Yəni interkonnekte (dairəvi sistem) sistem güvənli halda gücləndirilməlidir. 500, 330, 220 Vt-lıq dairəvi sistemin gücləndirilməsi və enerji istehsalı mərkəzlərinin yerinin optimallaşdırılması, sistemin qəza vəziyyətində tamamən çökməməsi üçün mühafizə və avtomatika sisteminin gözdən keçirilməsi, avadanlıqların yenilənməsi vacibdir. Daha səmərəli stansiyaların tikilməsinə ehtiyac var. Savadlı kadrların yetişdirilməsi və nəhayət bu işlərin sürətlə görülməsi üçün istehsal və enerji ötürülməsi sistemini bir-birindən ayırmanın zamanı gəlib. Eyni zamanda Azərbaycanda enerji sisteminə yeni, gənc mühəndislər işə alınmalı və onların xarici ölkələrin enerji sistemini görmələri üçün şərait yaradılmalıdır.

Ayrılan pulların nə üçün xərcləndiyi müəyyən edilməlidir. Çünki Azərbaycanda enerji sektoruna ayrılan pullarla enerji sistemini sıfırdan yeniləmək olardı.
""Təhsil haqqında"- qanuna dəyişiklər ölkənin təhsil siteminin inkişafını sürətləndircək"İyulun 6-da Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanununda dəyişikliklər edildi. Bu dəyişikliklər ölkəmizdə təhsilin inkişafını daha da sürətləndirəcək. Bu sözləri açıqlamasında Türkiyə Respublikası Təhsil Nazirliyinin nəzdinində fəaliyyət göstərən ""FONO-Açıköğretim" qurumunun Azərbaycan regional bölməsinin müdir müavini Nəzərbəy Hacıağayev bildirib.

O qeyd edib ki, artıq təhsilimizin Avropaya inteqrasiyası üçün, beynəlxalq standartlara tam cavab verməsi üçün bu qanun zəruri idi. Bu qanunla eyni zamanda xarici dövlətlərin vətəndaşlarının Azərbaycana və Azərbaycan təhsilinə marağı bir qədər də artacaq. Burda iqtisadiyyatımıza da çox ciddi xeyir verəcək. Çünki ölkəmizin təhsil sektoruna marağ təkcə xarici tələbələr tərəfindən olmayacaq. Eyni zamanda da maddi nemətlər kapitalı üçün ölkəmizə axın edən investorlar artıq təhsil sahəsinə investisiyalar yatıracaqlar. Bu investisiyaların səyəsində artıq büdcəmizdə yeni əmtəə kapilalı formalaşacaq. Nəticə də möhtərəm Prezident İlham Əliyevin ölkəmizin rifahı üçün arzuladığı və çıxışlarında qeyd etdiyi "Biz maddi nemətlər kapitalını, insan kapitalına çevirməliyik" fikri zamanla artıq həyata keçir.

Bundan əlavə unveristetlərə qəbulla bağlı olan dəyişikliklərdə istedadlı və fəal gənclərin təhsilə gedən yolunu asan olacaq. Ümumilikdə qanuna edilmiş bütün dəyişiklər gənclərimizin təhsilə, elmə marağını bir qədər də artıracaq.