Azərbaycanın yeni hərbi helikopterləri Ermənistanı təşvişə saldı — ABŞ-a təcili məktubErmənistan Azərbaycan ordusunun Amerika istehsalı olan yeni Bell-412 hərbi helikopterlərindən təşvişə düşüb.

“Ölkə.Az” Ermənistan mətbuatına istinadən xəbər verir ki, təşviş dolu məktubla ölkə parlamentinin vitse-spikeri Arpin Hovanisyan ABŞ konqresinin Ermənistan-Amerika Dostluq Qrupunun üzvü Tulsi Harbarda müraciət edib. O, Azərbaycanda hərbi parad zamanı sözügedən helikopterlərin nümayiş etdiriləcəyi barədə xəbərlərdən narahat olduğunu dilə gətirib:

“Bu məlumatlar bir çox problem və narahatlıqlar yaratmaqdadır. Narahatlığım xüsusilə Azərbaycanın bu helikopterləri haradan aldığı, bunların Azərbaycanın öhdəsinə necə verildiyinə dairdir”.

Hovanisyan qrup rəhbərlərinin bu durumu izləmələrini və məsələ ilə bağlı məlumat vermələrini xahiş edib.
Səfirin oğlu azadlığa buraxıldıAzərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun oğli Emil Osmanov həbsdən buraxılıb. Avrasiya.net virtualaz.org-a istinadən bildirir ki, bu barədə məlumatlı mənbələrdən bildirilib.

Məlumata əsasən, Emil Osmanovun barəsində həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. Mənbə onu da əlavə edib ki, azərbaycanlı diplomatın oğluna qarşı irəli sürülmüş ittihamlar sübuta yetirilməyib.

Xatırladaq ki, dünən Emil Osmanov təyyarə ilə Vyanadan Minksə gəlib və burada onu "Toyota Camry" avtomobilində şəxsi sürücüsü gözləyib. Belarus Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Baş İdarənin əməkdaşları avtomobili operativ qaydada müşayiət ediblər. Rusiya ilə sərhədi keçərkən gənc iş adamı saxlanılıb və konvoy onu Sankt-Peterburqa gətirib.

İstintaqda olan məlumata görə, 27 yaşlı Emil Osmanov pul vəsaitlərinin nağdlaşdırılması sxeminin təşkilatçısıdır.
Pirallahıda Dövlət qulluqçularının peşə bayramı münasibəti ilə tədbir keçirilib23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur. Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib.

Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb

Müstəqillik illərində Azərbaycanda hüquqi dövlətin qurulması, idarəetmə sisteminin təkmilləşdirilməsi, ölkənin daha yaxşı idarə olunması üçün zəruri tədbirlər görülüb, bir çox strukturlar ləğv edilib və yeni idarəetmə orqanlarının yaradılması prosesi davam etdirilir. Bu orqanların dövlət quruculuğunda və ölkənin idarə olunmasında rolunu artırmaq və işini səmərəli təşkil etmək üçün vaxtaşırı onların əsasnamə və nizamnamələrində, eləcə də strukturlarında müvafiq dəyişikliklər edilir, vəzifələri və funksiyaları dəqiqləşdirilir.

Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesində dövlət quruculuğunun rolu və BMT Baş Məclisinin tövsiyəsi nəzərə alınaraq, Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə iyunun 23-ü Dövlət qulluqçularının peşə bayramı günü elan olunmuşdur. Bu əlamətdar tarix Dövlət qulluqçularının, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi həyatındakı müstəsna roluna verilən ən yüksək qiymət olmaqla, məmurları dövlət quruculuğu prosesində daim fəal, əzmkar olmağa sövq edir.
Pirallahıda Dövlət qulluqçularının peşə bayramı münasibəti ilə tədbir keçirilib
Sovetlər İttifaqı dağıldıqdan sonra dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında normal idarəetmə sistemi ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qaydışından sonra yaranmağa başlamışdır.

Ulu öndərin rəhbərliyi ilə 1995-ci ildə müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul edildi. Konstitusiya respublikamızın dövlət quruluşunu və idarəçilik prinsiplərini təsbit etdi. Konstitusiyanın 7-ci maddəsinə görə Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkili və qanunvericilik hakimiyyəti Milli Məclis, İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti, Məhkəmə hakimiyyəti isə məhkəmələr tərəfindən həyata keçirilir. Hər üç hakimiyyət qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.

1996-cı ildə Prezidentin sərəncamı ilə Hüquqi İslahat Komissiyası təşkil olunmuşdur. Həmin komissiya bir neçə normativ-hüquqi aktlar hazırlamışdır. Bu qanunvericilik aktların böyük bir qismi dövlət idarəçiliyi sisteminin inkişafına, dövlət qulluğunun təşkilinə və təkmilləşdirilməsinə, Dövlət Qulluqçularının sosial müdafiəsinin təmin olunmasına yönəldilmişdir.

2000-ci il iyunun 21-də “Dövlət qulluğu haqqında” qanun imzalandıqdan sonra dövlət qulluğunun tənzimlənməsi ilə bağlı 23 qanun, 26 fərman, 12 sərəncam imzalanmış, bu sənədlərlə müxtəlif əsasnamələr, qaydalar, nümunələr təsdiq edilmiş, dövlət qulluqçuları üçün orden və medallar, fəxri adlar təsis edilmiş, onların fəaliyyətini tənzimləyən bütün məsələlər bu aktlarda əhatə olunmuşdur.

“Dövlət qulluğu haqqında” qanun qəbul edildikdən sonra, onun təkmilləşdirilməsi üçün dəyişikliklər və əlavələrdən ibarət 11 qanun qəbul edilmişdir.
Hazırda dövlət qulluqçularına qarşı tələbkarlıq yüksəlmiş, məmurların mənəvi saflığı, dövlətçiliyə sədaqəti, vətənin mənafeyini hər şeydən üstün tutması əsas meyara çevrilmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev dövlət qulluqçusunun vəzifəsinin nədən ibarət olduğunu dəqiq ifadə edərək demişdir: “Mən xalq üçün işləyirəm, xalq üçün çalışıram, xalqa xidmət edirəm. Dəfələrlə demişəm ki, Prezident başda olmaqla bütün məmurlar xalqın xidmətçiləridir. Bizim vəzifəmiz ondan ibarətdir ki, xalqa xidmət edək, xalqla birlikdə olaq, xalqın qayğıları ilə yaşayaq.”

Cənab Prezidentin tələbi odur ki, dünyanın ən yüksək standartları gərək Azərbaycanda tətbiq edilsin, çünki ölkəmizin böyük iqtisadi potensialı, təbii sərvətləri, ən başlıcası isə zəngin insan resursları vardır.
Pirallahıda Dövlət qulluqçularının peşə bayramı münasibəti ilə tədbir keçirilib
Ölkəmizdə dövlət qulluqçularının peşəkarlığını artırmaq məsələləri daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası dövlət qulluqçularının hazırlanmasında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında çalışan dövlət qulluqçularının peşə səviyyəsinin yüksəldilməsində, bu məqsədlə açılan ixtisasartırma kurslarında təhsilin təşkil edilməsində, dövlət qulluğu məsələlərinə dair elmi-tədqiqat işlərinin aparılmasında, dövlət qulluğunun nəzəri və praktiki məsələlərinin öyrənilib müvafiq təkliflər verilməsində rolu böyükdür. Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən qısamüddətli kurslarda hər il yüzlərlə dövlət qulluqçusu idarəetmənin müasir tələblərini, bu sahədə olan yenilikləri həvəslə öyrənir, çalışdıqları idarə və müəssisələrin işində tətbiq edirlər.

Azərbaycanda dövlət qulluqçularının sayı ildən-ilə daha da artır ki, bu da yeni idarəetmə strukturlarının yaradılması və bəzi qurumların yenidən təşkil olunması ilə bağlıdır. Azərbaycanda dövlət qulluqçularının yaş tərkibi get-gedə cavanlaşır, daha təcrübəli işçilərlə yanaşı, gənclərə də geniş yer verilir ki, bu da müsbət nəticəsini göstərir.

Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dövlət qulluqçularının peşə bayramı münasibəti ilə Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində Akademik Milli Dram Teatrının kollektivinin ifasında yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi əsasında səhnələşdirilən “Vəsiyyət” tamaşası nümayiş olundu.
Müdafiə sənayesi naziri Yavər Camalov vəfat etdiMüdafiə sənayesi naziri Yavər Camalov bu gün günorta saatlarında Bakıdakı evində vəfat edib.

APA-nın məlumatına görə, bu günlərdə Parisdə keçirilən "EUROSATORY-2018” beynəlxalq müdafiə və təhlükəsizlik sərgisində iştirak etmiş Yavər Camalovun səhhəti qəfil pisləşib və dünyasını dəyişib.

69 yaşlı nazir uzun müddət ağır xəstəlikdən əziyyət çəkib və müalicə alıb.

Allah rəhmət etsin!
Sabirabad sakinləri də zəhərləndilər - Pambıq tarlasındaBu gün Sabirabad rayonunda pambıq tarlasında işləyən kəndlilər arasında zəhərlənmə hadisəsi baş verib.

Virtualaz.org-a daxil olan məlumata görə, pambıq tarlasında işləyərkən halı pisləşmiş 6 nəfər xəstəxanaya müraciət edib.

Sabirabad rayonunun Yaxa Dəllək kənd sakini olan qadın Sabirabad Rayon Mərkəzi Xəstəxanasına , daha 4 nəfər qadın isə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Hazırda xəstələrin vəziyyətinin stabil olduğu deyilir.
Qız intihar etmək üçün binaya çıxdı – Sakinlərin addımı hamını qəzəbləndirdi – VİDEOTürkiyənin Eskişehir şəhərində gənc qız intihar etmək üçün dördmərtəbəli yarımtikiliyə çıxıb. Ətrafdakı insanların reaksiyası isə qeyri-adi olub.

Minval.info xəbər verir ki, psixoloji narahatlığı olan Gülten U. özünü atmaq məqsədilə tikilməkdə olan binaya çıxıb. Hadisə yerinə dərhal polis gəlib və psixoloqla qız arasında danışıqlar aparılıb.

Psixoloq Gülteni fikrindən yayındıra bilib və qız binadan düşüb. Ətrafda hadisələri izləyən sakinlər isə çox sakit reaksiya veriblər. Onlar hətta tum çırtlayaraq olayların gedişatını izləyiblər.
Xırdalanda şəhid məzarlığı dağıdıldı: bələdiyyə isə... - VideoXırdalan qəbiristanlığında Əfqan Şəhidliyi dağıdılıb.

Axar.az xəbər verir ki, qəbirlərin dağıdılmasını əks etdirən video sosial şəbəkədə yayılıb. Görüntülərdə Qarabağ müharibəsində bizimlə çiyin-çiyinə döyüşən və şəhid olan əfqanların məzarlarının uçurulduğu, baş və sinə daşlarının sındırıldığı öz əksini tapıb.

Xırdalan qəbiristanlığında “Əfqan şəhidləri xiyabanı” adlanan yerdə dağıdılan şəhid məzarları birinci Qarabağ müharibəsində Əfqanıstandan, xüsusilə Kabul, Qəndəhar, Nanqahar şəhərindən Azərbaycana könüllü olaraq gələn əsgərlərin məzarlarıdır. Sözügedən şəhidlər Füzuli və Ağdam cəbhəsində döyüşüblər.

Qəbiristanlıqda təkcə qəbirlər deyil, pilləkənlər, hasar daşları da dağılıb, şəhidlərə aid olan məzarıq hissə bərbad vəziyyətə düşüb.

Qeyd edək ki, bu şəhidliyin qurulması Azərbaycanın torpaqları uğrunda döyüşən insana – kimliyindən asılı olmayaraq – göstərdiyi sayğının nəticəsidir. Təəssüf ki, bu diqqət və qayğı kimlərinsə vəhşiliyi nəticəsində əks təbliğata çevrilir.

***

Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat katibi Seymur Qasımbəyli Axar.az-a açıqlamasında sözügedən qəbiristanlığın başqa rayonun ərazisinə düşdüyünü deyib:

“Hadisə ilə maraqlanmışam. Məlumatınıza çatdırım ki, sözügedən ərazi Abşeron rayon ərazisinə düşmür. Səhv etmirəmsə, qəbiristanlıq Binəqədi rayon ərazisində yerləşir”.

***

Xırdalan bələdiyyəsinin sədri Eldar Əhmədov isə əfqan şəhidlərinin uyuduğu həmin yeri özünün abadlaşdıracağını bildirib:

“Söz vermişəm ki, oranı abadlıaşdıracam, bir bələdiyyə sədri kimi deyil, insanlıq naminə edəcəyəm bunu”.

Bələdiyyə sədri deyib ki, sözügedən qəbiristanlığın bir hissəsi onların ərazisinə düşür:

“Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində məzarlıqlara nəzarət edən qurum var. Qəbiristanlıqlara onların münayəndəsi nəzarət edir. Məzarlığın bir hissəsinə biz nəzarət edirik. Baxımsızlıqdan xəbər tutmuşuq və oranın da baxımsızlıqdan dağıldığı qənaətindəyik. Bildirirəm ki, tezliklə orada abadlıq işlərinə başlayacağıq”.

27 yaşlı oğlanı baltaladılarYardımlıda qonşular arasında düşən mübahisə zamanı bir nəfər balta ilə ağır xəsarət alıb.

APA-nın cənub bürosunun məlumatına görə, rayonun Urakəran kəndində baş verən hadisə zamanı kənd sakini, 1991-ci il təvəllüdlü Tural Məzahir oğlu Təhməzov baş, təpə və gicgah nahiyəsinin çapılmış yarası ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin hasar üstündə düşən mübahisədən sonra törədildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Şirvanda 22 yaşlı oğlan itkin düşübŞirvan şəhərində 22 yaşlı gənc itkin düşüb.

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Sabirabad rayonu Dadaşbəyli kənd sakini Xancan Osmanov iyunun 4-də kənddə yaşadığı evdən çıxaraq Şirvan şəhərinə gedib və bir daha geri qayıtmayıb. Onun boyu 180 sm, gözlərinin rəngi qəhvəyidir.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 və (055) 527-57-77 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Paytaxt sakini evində öldürülübBakıda qətl törədilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 29-da Bakı şəhər sakini Ələsgər Dadaşovun üzərində zorakılıq əlamətləri olan meyitinin Binəqədi rayonu ərazisindəki mənzilində tapılması barədə daxil olmuş məlumatla əlaqədar polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Səfər Əliyev saxlanılıb.