Bağça müdirəsi polis bölməsinə aparıldıNazirlik: Bağçanın hansı əsaslarla fəaliyyət göstərdiyindən məlumatsızıq.

2015-ci il noyabr ayının 2-dən etibarən bağçalara lisenziyanı İqtisadiyyat Nazirliyi ASAN Xidmət vasitəsi ilə verməyə başlayıb.

Bunu Real-a açıqlamasında İqtisadiyyat Nazirliyinin mətbuat katibi Abbas Əliyev bildirib.

Onun sözlərinə görə, bu müddət ərzində, nazirlik uşaqların Firuzə Tağıyeva adlı müəllim tərəfindən döyüldüyü “Kids Studio Uşaq Mərkəzi” adlı bağçaya lisenziya verməyib.

Abbas Əliyev qeyd edib ki, nazirlik bağçanın hansı əsaslarla fəaliyyət göstərdiyindən məlumatsızdır.

Real-ın əldə etdiyi son məlumata görə, “Kids Studio Uşaq Mərkəzi”nin müdiri Nigar Müseyibov Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə aparılıb.

Azxeber.com saytı Bakıda yerləşən özəl bağçalardan birində uşaqların tərbiyəçi tərəfindən zorakılığa məruz qalması ilə bağlı görüntülər yayıb.

Görüntülər müxtəlif tarixlərdə müşahidə kameraları tərəfindən lentə alınıb.
Şagirdi ilə cinsi əlaqədə olan müəllim uşağa qaldı - Telefonundan çılpaq şəkilləri çıxdıABŞ-da bir məktəbin ailəli olan ingilis dili müəllimi 15 yaşlı şagirdi ilə bir neçə dəfə cinsi əlaqədə olmaqda təqsirləndirilir.

Qadının 8 aylıq hamilə olduğu açıqlanıb.

Öğrencisi ile İlişkisi Ortaya Çıkan 8 Aylık Hamile Öğretmen Tutuklandı, Bebeğin Babasını Söylemedi

Şagirdin kimliyi gizli saxlanılarkən, onun müəllimin uşağının atasının olub-olmadığı da hələlik məlum deyil. Evli olan Harper də mövzu ilə bağlı heç bir açıqlama verməyib, ancaq şagirdi ilə cinsi əlaqədə olduqlarını təsdiqləyib.

Öğrencisi ile İlişkisi Ortaya Çıkan 8 Aylık Hamile Öğretmen Tutuklandı, Bebeğin Babasını Söylemedi

Polis müəllimin bu cinayət əməlinin onlara gələn gizli zənglə ortaya çıxdığını açıqlayıb.

///Milli.Az
Erməni zabit məhv edildi - FotoQarabağda erməni zabitin məhv edilməsi haqqında yeni detallar məlum olub. News12.az erməni mətbuatına istinadən verdiyi xəbərə görə iyunun 10-da saat 18:00 radələrində, işğal altında olan Qarabağın cənub-şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş postunda təxribata cəhd edən Ermənistan ordusunun baş leytenantı, xüsusi təyinatlı , 1992-ci il təvəllüdlü Vahaqn Zoniki Eloyan məhv edilib. Erməni mətbuatı Vahaqn Eloyan döş qəfəsindən aldığı dəlib keçən odlu silah yarası ilə hərbi hospitala təxliyyə edilərkən ölüb.

Hazırda Ermənistanın istintaq komitəsinin 3-cü qarnizon istintaq şöbəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Eloyana 2016-cı ildə baş leytenant rütbəsi verilib.
Elnarə Rzayevanın pis günə qoyduğu daha bir şəxs – FOTOKosmetoloq Elnarə Rzayevanın qurbanlarının sayı durmadan artır. Onlardan biri də Səlmi Əhmədova adlı pasientdir.

Axşam.az-a şikayət edən Səlmi deyir ki, Elnarəyə dodağındakı biopolimeri (gel) əritmək üçün müraciət edib. Onun sözlərinə görə, prosedurları etmək üçün kosmetoloqa 800 manat ödəyib:

“Düz bir il 20 gündür əməliyyatın üstündən keçir. Hər gün Elnarənin yanına getsəm də, məni yola verirdi. Deyirdi ki, get, sabah gələrsən. Nəhayət bu gün onunla üzbəüz görüşdüm. Elədiyini boynuna almadı. Dedi, daha sənə heç cürə kömək edə bilmərəm, get, kimə şikayət edirsən, et, heç kimdən qorxmuram”.

Qeyd edək ki, bu, Rzayeva haqda ilk şikayət deyil. Bundan əvvəl də bir neçə müştərisi onun prosedurlarından şikayət edib. Onlar kosmetoloqun etdiyi prosedurlardan sonra dodaqlarında, üzlərində yaralar əmələ gəldiyini bildiriblər. Bəziləri hətta Elnarə tərəfindən döyüldüyünü söyləyib. Müştərilər kosmetoloqla bağlı məhkəməyə müraciət ediblər.
İlham Əliyev Bakı küçələrində heyvan kəsimini qadağan etdiPrezident İlham Əliyev heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir (stasionar, modul və mobil tipli) kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsi, qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin sistemli və kompleks şəkildə həyata keçirilməsi məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi yerli icra hakimiyyəti orqanları ilə birlikdə sahibkarlıq subyektlərini cəlb etməklə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir (stasionar, modul və mobil tipli) heyvan kəsimi məntəqələrinin yaradılması (sakinlərin sıxlığı və onlar üçün əlverişli sahələr nəzərə alınmaqla) ilə bağlı tədbirlər görsün; sərəncamın 1.1-ci bəndinə uyğun olaraq yaradılacaq heyvan kəsimi məntəqələrinin müvafiq laboratoriyalarla təchiz olunmasına dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü və 8-ci maddələrinin tələblərindən irəli gələrək, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədləri üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində tədbirlər görsün; sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermək tapşırılır.

Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları müvafiq olaraq bu sərəncamın 1.1-ci və 1.3-cü bəndlərində nəzərdə tutulmuş işlərin icrası ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə zəruri köməkliyin göstərilməsini təmin edəcəklər.
""Kimlərsə mütləq getməlidir, biz gəlməliyik" prinsipi heç vaxt xeyir gətirməyib""Bir daha deyirəm, xəbər daşıyıcılarının KİV olaraq hüquqi statusa yiyələnmələri önəmlidir. Bu mexanizm tətbiq edilməlidir".

Avrasiya.net xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov APA-ya müsahibəsində bildirib.

Həmin müsahibəni təqdim edirik:

- Son zamanlar internet medianın problemləri müzakirə olunmaqdadır. Bu baxımdan yeni yaradılmış Media Klubu aktivlik göstərir. Bu barədə Siz nə düşünürsünüz?

- İstənilən prosesin müsbət nəticələr verməsi bu prosesdə iştirak edənlərin niyyətindən, məramından asılıdır. Təəssüf ki, bir çox hallarda niyyət və məram fərqli olur. Gəlişigözəl fikirlər məqsədi bir növ, məchul saxlayır. Buna görə də indidən nəyin, hansı fikrin və xəttin müsbət sonluq gətirəcəyini söyləmək çətindir. Amma bir məqam qətidir - internet media ilə bağlı məsələlər qaydasına düşməlidir. Bunu dəfələrlə parlament tribunasından da bildirmişəm. Konkret təkliflər vermişəm, əsaslandırmışam.

Bəli, internet medianın hüquqi statusu müəyyənləşdirilməlidir. Yəni o, kütləvi informasiya vasitəsi statusuna malik olmalıdır. Bu, bütövlükdə cəmiyyətin mənafeyi baxımından vacibdir. Hüquqi status internet media orqanının KİV üçün olan imtiyazlardan bəhrələnməsi deməkdir. Bu mexanizmin tətbiqi nəticəsində cəmiyyət də onun fəaliyyətini mübahisələndirmək imkanı əldə edəcək.

Təsəvvür edin, indiki halda məhkəmələr internet media vasitələri barədə qərar çıxarmaqda çətinlik çəkirlər. Eləcə də Mətbuat Şurası olaraq biz. Bəzən, barəsində şikayət olunan hansısa saytın ünvanını tapmaq, ümumiyyətlə, mümkün deyil. Bilmək olmur ki, orada yazan, idarə edən kimdir. Nəticədə məsuliyyətsizlik mühiti formalaşır. Bu isə öz növbəsində gərginlik yaradır.

Ümumən bir çox cəhətlərə toxunmaq mümkündür və Mətbuat Şurası olaraq toxunmuşuq da. Məsələ Media Klubu və qeyri-təşkilatın müzakirə açmasında deyil. Əlbəttə, konstruktiv müzakirə, xoş niyyət varsa, müsbət sonluqlar olacaq. Əsas olan yanaşmadır. Belə görürəm ki, klubun yanaşmasında ciddi problemlər var.

- Media Klubunun toplantısında Mətbuat Şurasının ünvanına da ittihamlar səslənib. Bununla bağlı nə deyə bilərsiniz?

- İttiham etmək çox asandır, ancaq hətta ittiham etmək əzmi belə səmimi olmalıdır, hansısa maraqlardan irəli gəlməməlidir. Əks halda, qərəz təsiri bağışlayacaq. Hər halda bizim də bildiyimiz bir çox şeylər var.

Bildirilir ki, dövlətin kütləvi informasiya vasitələrinə, o cümlədən internet mediaya münasibətdə siyasəti dəyişməlidir. O da bildirilir ki, KİV-lərin bu problemə uzun müddət konstruktiv yanaşma təcrübəsi uğursuz olub. Məncə, hansı mesajların verildiyi çox aydındır və bu mesajları verənlər vaxtilə bu gün ittiham etdikləri Mətbuat Şurasında təmsil olunublar. Onlar vaxtilə mövcud olmuş Bakı Mətbuat Klubu ideyasının tarixə çevrilməsində hakimiyyətin Mətbuat Şurası planını əsas kimi göstərirlərsə, nəzərə alınmalıdır ki, özləri də həmin planın içərisində olublar. İndi özlərini elə aparırlar ki, sanki Mətbuat Şurasından ayrılma səbəbləri hansısa ideoloji baxış fərqləridir. Birlikdə nə təklif etmişdiksə, həyata keçib. İstər mediaya dövlət dəstəyi Konsepsiyası olsun, istərsə də ona uyğun olaraq yaradılmış KİV-ə Dövlət Dəstəyi Fondu.

Ona görə həyata keçib ki, proseslər dövlətin də maraqlarına cavab verirdi. Yəni dövlət ümumən mediaya diqqət və qayğını prioritet seçirdi. Bu cəhət dəfələrlə Prezident İlham Əliyevin çıxışlarında vurğulanıb. Dövlət başçısı medianın durumuna kifayət qədər səmimi və həssas münasibət göstərib. Nəticədə dövlət üçün prioritet olan sahələr Konsepsiyada əksini tapıb. Əlbəttə, Konsepsiya fundamental dövlət sənədidir və ona uyğun olaraq daha geniş miqyaslı işlərin görülməsi mümkündür. Əminəm ki görüləcək də. Bu, günümüzün tələbidir. Eləcə də internet mediaya dövlət dəstəyinin göstərilməsi.

Bir məsələni də yadda saxlamaq lazımdır ki, Konsepsiya heç də KİV-ə dövlət dəstəyinin əbədiliyini nəzərdə tutmur. Sənəd onların müstəqilliklərinin dəstəklənməsi üçündür. Müəyyən vaxtdan sonra dövlət dəstəyindən, ümumiyyətlə, imtina oluna bilər. Dəyişəcək siyasət bu olacaq. Hədəf də budur. Ancaq hələlik başqa yol yoxdur. Əslində dövlətin media siyasətinin dəyişilməli olduğunu bildirənlərin də heç bir baxışları yoxdur. Baxışları qrup mənafelərinə xidmət platformasındakı demokratizm, mütərəqqilik imitasiyasından o yana keçmir. Yenə də deyirəm, ittiham etmək çox asandır.

- Yeri gəlmişkən, ayrı-ayrı saytların domenlərinin bloklanması da ciddi müzakirə mövzusudur...

- Hansı KİV-lərdir bloklananlar - əvvəlcə buna diqqət yetirilməlidir. Və bloklanmanı internet medianın problemi kimi qabartmaq nə dərəcədə düzgündür? Məncə, düzgün deyil. Bəli, saytların bloklanması üçün hüquqi zəmin olmalıdır və var. Bu, demokratik dövlət quruculuğunun tələbidir. Məsuliyyətsizlik, peşə dəyərlərinə hörmətsizlik varsa, buna adekvat münasibət olmalıdır. Məsələnin söz və ifadə azadlığına etinasızlıq kimi göstərilməsi sui-istifadədir.

İddia olunur ki, məhkəmə qərarı olmadan bloklanan saytlar var. Ancaq nəzərə alınmır ki, o saytlar hüquqi baxımdan KİV olmadıqları üçün onların fəaliyyətinin bu və ya digər formada dayandırılması üçün məhkəmə qərarına ehtiyac yoxdur. Əlbəttə, bir daha deyirəm, xəbər daşıyıcılarının KİV olaraq hüquqi statusa yiyələnmələri önəmlidir. Bu mexanizm tətbiq edilməlidir.

Ümumən bloklanmanın faciə kimi qiymətləndirilməsinin əleyhinəyəm. Bütün dünyada bu mexanizm tətbiq edilir. Hesab edirəm ki, qanuna düzəliş edilməli və bloklanma üçün bəlli müddət qoyulmalıdır. Bu barədə parlamentdəki çıxışımda da bildirmişəm. Nöqsan varsa, islah üçün şans tanınmalıdır. Məqsəd heç də cəzalandırmaq təsiri bağışlamamalıdır. Dünyada bu parktikadan geniş istifadə edilir. KİV-lərin fəaliyyətinin dayandırılması məsələsinə onların yol verdikləri xətanın dərəcəsindən asılı olaraq yanaşılır. Üç, beş, yeddi, on ay, bir il - konkret müddətlər seçilir. Düşünürəm ki, bizdə də oxşar mexanizmlər tətbiq edilməlidir və böyük ehtimalla ediləcək də.

Bildirilir ki, 2007-ci ildən bu günədək "KİV haqqında” Qanuna 13 dəfə məhdudlaşdırıcı xarakterli dəyişikliklər olub. Onu deyim ki, "KİV haqqında” Qanun bəlkə də ən az dəyişikliyə məruz qalan qanundur. Cəmiyyət dəyişir, reallıqlar dəyişir. Qanunlar da buna uyğunlaşdırılır. Burada faciəyə döndəriləsi heç nə yoxdur, əksinə təkmilləşdirmələr aparılır. Kimlərinsə məsələni söz və ifadə azadlığı müstəvisinə daşıması yalnız spekulyasiya mahiyyəti daşıyır. Onlar nəzərə alsınlar ki, mövcud sahədəki məsuliyyətsizlikdən, düzənsizlikdən bütövlükdə cəmiyyət əziyyət çəkir.

- Amma Media Klubunun iclasında media ilə bağlı bir çox məsələlərdən söz açıldı. Sizcə, orada səslənən fikirlərin faydalı tərəfləri üzərində dayanmaq lazım deyil?

- Əlbəttə, media ilə bağlı bütün təşəbbüslərdə fayda var. Biz hətta ən faydasız adamların belə fikirlərini dinləmişik. Bəzən dəlidən doğru xəbər eşitdiyimiz anlar olub (gülür). Media Klubuna gəldikdə, orada kifayət qədər jurnalistlik təcrübəsi olan adamlar var. Ancaq sıralarında sahəyə aid olmayanları da görürük. "Reket jurnalist” təfəkkürlü bu adamlarla bir səngərdə olmaq, bilmirəm nə dərəcədə düzgündür və belə yanaşma nə dərəcədə səmimidir. Bəlkə klubun tərkibini geniş göstərmək istəyirlər, bilmirəm...

Media Klubunun son iclasındakı məruzəyə nəzər saldım. Bəli, qəti şəkildə razılaşmadığım məqamlar var və onlardan söz açdım. Digər tərəfdən, məsələ heç də məruzədə nələrin səslənməsində deyil. Vəziyyət hər kəsə məlumdur. Məlum olmayan məsələ kimlərinsə bəlli ideya və platforma olmadan nəyisə ələ keçirmək niyyəti ilə meydana atılmasındadır.

Ayrıca sənəd müxtəlif vaxtlarda bizim səsləndirdiyimiz fikirlərin məcmusudur. Təbii, bu məcmunun yenidən gündəmə gətirilməsinin özü də cəmiyyət üçün xeyirlidir. Ancaq gərək, əməldə də səmimi və sadiq olasan ki, inam qazanasan, etimadı yerə vurmayasan. Başlıca dəyər budur və hər zaman dəyişməz qalacaq.

Bir məsələni də qeyd edim. Meydan açıqdır. Medianın gələcəyi naminə kimliyindən asılı olmayaq hər kəs mövqeyini bildirə bilər. Ancaq tənqid etməyin, irad bildirməyin də bir həddi var. Bolşeviksayağı yanaşmaq doğru deyil. "Kimlərsə mütləq getməlidir, biz gəlməliyik" prinsipi heç vaxt xeyir gətirməyib.
Samir Cəfərov Damlaya görə işindən ayrılıb?Xalq artisti Samir Cəfərovun Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsindən ayrılmasının bəzi səbəbləri məlum olub.

Avrasiya.net ölkə.az-a istinadən xəbər verir ki, Cəfərov cəmiyyət tərəfindən birmənalı qəbul edilməyən sənətçilərin konsertinin rəhbərlik etdiyi müəssisədə təşkil edilməsinə qarşı çıxıb. Ancaq onun bu istəyi nəzərə alınmayıb.

Xalq artisti arqument kimi özünün tənqidlərə məruz qalmasını göstərsə də, onun bu fikrinə məhəl qoyan olmayıb. Bildirilir ki, müğənni Damlanın Gəncədə konsert verməsi sosial şəbəkədə və mətubatda Cəfərovun tənqid edilməsiylə nəticələnib. Məhz bu tənqidlər xalq artistinin getmək qərarını bir az da sürətləndirib.

Qeyd edək ki, mayın 5-də Gəncə filarmoniyasında Damlanın solo konserti keçirilmişdi.
Bağçada uşaqları döyən müəllimənin daha bir - VİDEOsuYasamal rayonunda fəaliyyət göstərən "Kids Studio” özəl bağçasında uşaqlara qarşı zorakılığı əks etdirən görüntülər sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Avrasiya.net Qafqazinfo-ya istinadən xəbər verir ki, tərbiyəçi Firuzə Tağıyevanın uşaqlara işgəncəsi bütün valideynlərin narahatlığına səbəb olub.

Bu məqamda qeyd edək ki, sosial şəbəkələrdə F. Tağıyevanın daha bir videosu yayılıb.

''Dağlı Sinan'' nüfuzlu şəxsləri başına topladı - VİDEOKriminal aləmdə ''Dağlı Sinan'' kimi tanınan Sinan Bayramov nüfuzlu şəxsləri başına toplayıb. Kriminal dairələrdəki mənbələrdən daxil olan məlumata görə, Sinan Bayramov doğum günü münasibətilə kriminal dünyanın nüfuzlu adamları üçün Almaniyada ziyafət təşkil edib.

Ukrayna və Yunanıstandan kriminal dünyanın nüfuzlu şəxsləri iştirak edib. Məhşur oğrular məclisə iştirak etməsələr də, telefonla S.Bayramovu təbrik ediblər.

Məlumat üçün bildirək ki, S.Bayramov Almaniyada böyük nüfuza sahibdir. Criminal.az