Bakıda türmədə hərbçi güllələndi - RəsmiBakıda cəzaçəkmə müəssisəsində silahlı insident olub.

APA-nın məlumatına görə, hadisə Penitensiar Xidmətin Xətai rayonunda yerləşən 7 saylı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

Müəssisədə xidmət çəkən əsgərlərdən biri hərbçi yoldaşını güllələyib. Güllə yarası alan İlkin Tariyelzadə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib ki, hadisə ehtiyatsızlıqdan baş verib:

“Əsgərlərdən birinin əlindəki silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində digər hərbçi yüngül yaralanıb”.
Erməni-fars ittifaqının əsl səbəbi - ASİMDER rəhbərindən sensasiyaİran ona qarşı tətbiq olunan embarqo səbəbiylə ehtiyacı olan məhsulları Gürcüstanın Batum limanına gətirərək oradan Ermənistan üzərindən idxal edir.

Bu barədə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksəl Gülbəy çıxış edib.

Onun sözlərinə görə, Ermənistan İranın bu vəziyyətini fürsətə çevirərək onu təhdid edir, tranzit üçün icazənin yalnız bəzi siyasi və maddi dəstək verilməsi qarşılığında verilə biləcəyini bildirir.

"Ermənistan dövlətinin Türkiyəyə qarşı müxtəlif terror təşkilatlarını dəstəklədiyi təslim olan və ya tutulan terrorçuların verdiyi ifadələrlə dövlət qeydlərinə keçib. Qondarma “Böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün hər fürsəti dəyərləndirir. ABŞ və Avropa ölkələri tərəfindən tətbiq edilən embarqo ilə əlaqədar İranın bəzi mallara ehtiyacı olduğu məlumdur. İran dəniz yolu ilə gətirdiyi malları Gürcüstan Batumi limanında maşınlara yükləyərək oradan da Ermənistan üzərindən ölkəyə gətirir. Bu yolla da embarqo pozulur. Beləliklə, Ermənistan dövlətinə möhtac olan İrana müxtəlif siyasi və maddi dəstək tələb edən Ermənistanın təhdidi ilə qarşılaşır. Ermənistan bu tələbləri yerinə yetirilməyəcəyi halda torpaqlarından tranzit üçün istifadə edilməsinə icazə verməyəcəyini bildirir”, - Göksəl Gülbəy qeyd edib.

ASİMDER rəhbəri mövzunu inkişaf etdirərək “İran məcburiyyət və təzyiq üzündənmi Dağlıq Qarabağın işğalına səssiz qaldı?” və “Ermənistan tərəfindən Dağlıq Qarabağın işğalına İranın səssiz qalması və bu günə qədər Türkiyə kimi Ermənistanla sərhədlərini bağlamamasının səbəbi görəsən, Gürcüstanın Batum limanı və Ermənistan torpaqları üzərindən gətirdiyi materiallar ola bilərmi?” kimi suallar qoyub.

“Ermənistan-İran ittifaqının səbəbi də beləliklə ortaya çıxdı. ASİMDER olaraq Ermənistanın qırğınlar törətdiyi və torpağını işğal etdiyi müsəlman qardaşların məruz qaldığı haqsızlıq qarşında dik dayanaraq bu təhdidlərə boyun əyməməyi və Ermənistanla sərhədlərin dərhal bağlanmasını istəyirik”, - Göksəl Gülbəy yekunlaşdırıb.
Mir Şahin dəhşətləri açdı: Məni əsir edib apardılar…Məni bir akademikin adı ilə söyən adamlar bir şeyi anlamır ki, akademik məni bir dəfə, amma bu adamlar yüz min dəfə söyüb.

Kult.az xəbər verir ki, bu sözləri Real TV-nin rəhbəri Mir Şahin Ağayev ASAN Radioya müsahibəsində deyib. O bildirib ki, bu barədə ilk dəfə danışır:

“Məni bir akademikin adı ilə daha çox söyürlər. Tamaşaçılar cavandır. Əksəriyyəti müstəqillik dövründə dünyaya gəlmiş insanlardır və onlar bəlkə də məni heç tanımırlar. Onlar bizim keçmişimizdən xəbərdar deyil”.

Mir Şahin vurğulayıb ki, o, elə-belə jurnalist deyil:

“Mən 25 il bundan öncə Gəncə hadisələrini, Azərbaycan dövlətinin neçə parçalandığını, bizim vətəndaşlarımızın bir-birini necə qırdığını, Şimal tərəfdən “Sadval” təşkilatının nümayəndələrinin zurna çala-çala bizim sərhədi necə tapdalayıb keçdiyini görmüşəm. Vahid Mustafayevlə mən o kütlənin ayağının altında qalmışıq. Bizi Dərbəndə əsir aparıb Rus Dram Teatrında 8 saat girov saxlayıblar. Mən Qarabağda gedən döyüşlərdə olmuşam. Və mən bu dövlətin nə boyda çətinliklər, əzab-əziyyətlər bahasına formalaşdığının şahidiyəm. Nə vaxtsa mən ölüb gedəcəm. Amma Azərbaycan jurnalistikası tarixində bapbalaca bir cümlə də olsa, adım yaşayacaq. Məni söyənlər o cümləyə hörmət etməyən insanlardır. Allah onların canını salamat eləsin!”
Yeni beynəlxalq böhran qızışır - PolitoloqMəhəmməd Əsədullazadə
politoloq

İranın nüvə fəaliyyətini bərpa etməsi, Avropa İttifaqı ilə əlaqələrinə ciddi zərbə vuracağı gözlənilir. ABŞ-ın İranla imzalanan nüvə sazişindən çıxmasına digər iştirakçı ölkələr qarşı çıxsa da, rəsmi Tehranın məlum qərarı Almaniya, İngiltərə və Fransanı da çıxılmaz vəziyyətə saldı. Artıq, bu ölkələr də sanksiyalar paketinə qoşulmaqla, ABŞ-la birgə İranın izolyasiyasında iştirak edəcəklər.

İranın ali dini rəhbəri S.Ə. Xamneyinin nüvə fəaliyyətini bərpa etmək qərarı və İsrailin məhv edilməsi ilə bağlı qeydləri, bir növ İsrail baş naziri Binyamin Netanyahunun İranla bağlı apardığı kampaniyanın doğruluğunu təsdiq etdi.

Qeyd edim ki, Avropa ölkələri ABŞ-la yarana böhrana rəğmən çalışırdı ki, İranla iqtisadi əlaqələri qoruyub saxlasın. Amma, İranın da şərtlərlə Avropa ölkələri ilə danışması böhrana aparacaq yolda yeni problemləri ortaya çıxardı. Demək olar, İranla bağlı ABŞ və Avropa İttifaqı arasında ciddi fikir ayrılıqları yaşanırdı. Artıq, İrana qarşı ABŞ-ın başlatdığı siyasətdə Avropa ölkələrinin yer alması, yeni beynəlxalq böhranın qızışmasına aparır. İranın Qərblə bu mübarizədə məğlubiyyətə düçar olması qaçılmazdı.

İndiki sanksiyalar və böhran əvvəlki illərdən fərqli olaraq, Tehran rejimi üçün çətin proses olacaq. Çünki, daxildə rejim əleyhinə narazılıqlar davam edir. Bu narazılıqlar yenidən küçə də kütləvi etirazların başlanmasına səbə olar.Belə bir kütləvi etirazlar ötən ilin dekabrında özünü göstərmişdi.

Qərblə yaşanan konfontrasiya İranda siyasi mübarizəni qızışdıracaq, rejim əleyhinə növbəti etiraz dalğasına aparacaq. Vaşinqton və israil çalaşacaq ki, daxildə narazılıqlardan maksimum istifadə edib, rejimin dəyişilməsinə apar bilən proseslə yekunlaşsın. Əvvəlki illərdən fərqli olaraq, teokratik rejimin daxildə güclü sosial bazası yoxdur. Çünki, İran xalqı sanksiyaların ortadan qalxması ilə ölkəyə daxil olan milyardların ölkənin rifahı üçün deyil, rejimin Yaxın Şərqdə müharibələrdə istifadəyə xərclədiyinin fərqindədi. Ona görə də xalq bundan sonra rejimin ətrafında birləşməsi real görünmür.

Göründüyü kimi Tehran rejiminə qarşı həm daxildən, həm də xaricdən təzyiqlərin başlaması, rejimin zəufləməsinə gətirib çıxaracaq. Məhz ABŞ-ın da siyasəti, bu istiqamətdə qurulub.
Nazir intihar olayını nəzarətə götürdü: Xoşqədəm polisə çağrıldıXoşqədəm Hidayətqızı verilişindən sonra, qazaxıstanlı sevgilisinin ölümündə günahlandırılan şəxs Oğuz rayon sakini, 1989-cu il təvəllüdlü Yusifov Yolçu Adışirin oğlu polis bölməsində özünü binanın pəncərəsindən ataraq intihar edib.

Unikal.org-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, daxili işlər naziri Ramil Usubov baş verən hadisə ilə bağlı məsələni şəxsi nəzarətinə götürüb. Artıq bu məsələnin araşdırılması üçün konkret tapşırıqlar verib. Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) iş başlanıb və araşdırma aparılır.

Hadisə ilə bağlı “Səni Axtarıram” verilişinin 4 əməkdaşı – aparıcı Xoşqədəm Hidayətqızı, verilişin prodüseri Fərhad Hacıyev və iki operatoru hüquq-mühafizə orqanlarına çağırılaraq izahatları alınıb.

Qeyd edək ki, bir müddət əvvəl sevgilisi ilə Azərbaycana gələn qazaxıstanlı qızın Bakıda öldürüldüyü üzə çıxıb. Bir neçə gün əvvəl Qazaxıstanda yaşayan şəxslər “Xəzər” televiziyasına müraciət edərək ailə üzvləri, 1985-ci il təvəllüdü Atsubayeva Ayqul Almaz qızının mayda Bakıya gəldiyini, daha sonra ondan xəbər ala bilmədiklərini bildiriblər.

Dünən bu məsələ telekanalda Xoşqədəm Hidayətqızının aparıcısı olduğu verilişdə işıqlandırılıb və qızı Azərbaycana gətirən sevgilisi, Oğuz rayon sakini, 1989-cu il təvəllüdlü Yusifov Yolçu Adışirin oğlu verilişə dəvət olunub. Veriliş efirə gedəndən sonra Y.Yusifov polis idarəsinə çağırılıb və ondan qazaxıstanlı qızla bağlı ifadə alınıb. Bu zaman gənc oğlan özünü polis idarəsinin pəncərəsindən ataraq intihar edib. O, hadisə yerindəcə keçinib. Aparılan təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində qazaxıstanlı qızın Yolçu Yusifov tərəfindən öldürüldüyü təsdiqlənib və A.Atsubayevanın meyiti Pirşağı qəsəbəsində qamışlıq sahəsindən tapılıb. Bildirilir ki, öldürülən qadın hamilə olub
“Məmurlar da bir-birinə “protiv” gedir” – Elnur Şuşalı avtoritetlərin savaşından DANIŞDIBir neçə gün öncə avtoritet Elnur Şuşalı haqqında video yayılıb. O sevdiyi qadına müraciət edir. İddia edilirdi ki, həmin videodan sonra Lotu Quli E.Şuşalını ətrafından uzaqlaşdırıb. Həmin xəbər Unikal.org saytında da yayımlanmışdı.

Bu səbəbdən avtoritet Elnur Şuşalı Unikal.org-la özü əlaqə saxlayıb və bəzi məsələlərə aydınlıq gətirmək istədiyini deyib.

- İddia edilir ki, həmin videodan sonra sizi Lotu Quli ətrafından uzaqlaşdırıb. Bu barədə nə deyərdiz?


- Yazmısız ki, Lotu Quli avtoriteti ətrafından uzaqlaşdırdı. Bu məlumatı hardan alıbsız ki, mən uzaqlaşmışam, ya uzaqlaşmamışam. Olan şey yazılanda adama ləzzət edər.
Bunu yayan adam "proqramist”dir. Dədə, şəkilə diqqətlə baxsanız, görəcəksiniz ki, mənim boynuma "Quli” sözü yazılıb. Amma baxın görün, o videoda mənim boyunumda yazılan "Quli” sözü varmı? Yoxdur.
Bunu yayan adam mənim doğma bibim oğludur. Aygün də mənim yoldaşımın adıdır. Onu mən adam etmişəm, mən onu Avropaya gətirmişəm. Üstü örtülü deyim, başa düşərsən - O Azərbaycana 3 günlük gedəndən sonra oturdu kiminsə qucağında. Mənə qıcıq verməkdən ötəri belə şeylər yaydı ki, Azərbaycana gəlim.
Birincisi, mən qol gücü idmanı ilə yox, ağır atletika ilə məşğul olmuşam. Avropa, Asiya çempionuyam. 10 dəfə Azərbaycan çempionu olmuşam. Bu adam məni şantaj elədi. Az əvvəl də dediyim kimi, doğma bibim oğlu buradan Azərbaycana gedəndən sonra məni şantaj etməyə başladı. Kiminsə qucağında oturdu. Mənə qıcıq verir ki, özüm ora gəlim. Hər şeyin axırına baxın. Bu gün – sabah o haradasa görünəcək ki, onun başına nələr gəlir. Mən bunu qorxmadan deyirəm. Mən kişiyəm, elədiyimi də, nə edəcəyimi də deyərəm. O mənim ailəmə bacı deyib, onun qarşısına çörək qoyub. Qeyrətli oğlan bu hərəkəti edər, brat?

- Yəni, deyirsiniz, uzaqlaşdırılma yalandır?


- Axı, mən Qulidən uzaqlaşmamışam və yaxud əksinə. Dədə, mən bugünkü gün də hamı ilə "obşaq” da edirəm, hamı ilə əlaqədəyəm də... Bunu yazınca deyin ki, Elnur Şuşalı Azərbaycanda qocalar evinə, Qarabağ əlillərinə kömək edir, yazın, deyim hə....
Elnur Şuşalı böyük bir xeyriyyə fondunun prezidentidir, Avtoritetdən əlavə Avropada iş adamıdır. Düzü nədir onu yazın. Mən uşaq evlərindən tutmuş, nə qədər yetim-yesir var, onlara əl tutan oğlanam. Elnur Şuşalı Prezidentə, dövlətimizə qarşı söyüş söyənlərin hamısının qarşısına çıxan admadır. Çünki mənim dövlətimə qarşı heç kim heç nə edə bilməz. Çünki biz azərbaycanlıyıq. Bizim dövlətimizi pisləməyə haqqımız yoxdur. Bayrağının, dövlətinin qeyrətini bilməyən adam namusdan qeyrətdən danışa bilməz. Bəli, Elnur Şuşalı bu gün Avropada yaşayır. Hər cür şəraiti var. Mənim qaqaşım, reallıq nədir, onu yazın, sizə zəng etmərəm. Başa düşürəm, siz eşitdiyinizi yazırsız, jurnalistsiz. Sizə heç nə demirəm. Amma dədə, mənim nömrəm var. Özümə zəng edin, nə sualınız varsa, cavab verim. Mən indi sizə qardaşyana demək istəyirəm ki, olanı yazın canım qurban. Əgər mən nəsə səhv hərəkət etmişəmsə, yazsaz, mən dillənmərəm. Bu gün Elnur Şuşalıya Avropanın özü dayaq durur. Avropada tanınan adamlarıq. Kimsə mənim haqqımda yazanda heç vecimə olmur, çünki mən özümü tanıyıram. Allah göydən görürsə, bu, mənə bəsdir. Reklama ehtiyacım yoxdur.

- Ümumiyyətlə Azərbaycanlı avtoritetlər arasında son illər intriqalar daha da çoxalıb. Gah deyirlər, Lotu Quli Lənkəranskini öldürdü, gah da başqa məsələlər.... Buna necə münasibət bildirərdiz?


- Hərə özünə cavabdehdir. Mən öz fikirimi bildirəcəm. Allah Rövşən Lənkəranskiyə rəhmət etsin, Quliyə can sağlığı versin. Amma o intiraqa söhbətinə gəldikdə, görürsən ki, eyni qurumda çalışan iki məmur bir-birinə "protiv” gedir. Əks gedirlərsə, bir-birlərinə qarşı bunu cəm halda yazmaq lazım deyil.
Bir də görürsən ki, qardaşlar arasında da intiriqa gedir. Buna qısa misal - mənim doğma bibim oğlunun hərəkətidir.
Bu həyatın qanunudur. Amma bu gün konkret olaraq, mən bunu deyə bilərəm ki, hamı beynində bir şey dərk etməlidir – Süleymana qalamyan dünya, heç kimə qalmayacaq. Hamımızın yeri torpağın altıdır.

- Ümumiyyətlə, Lotu Quli və Lənkəranski ilə bağlı yayılan informasiyalar nə dərəcədə düzgündür? Həqiqətən, Lənkəranskini Lotu Quli öldürdüb?

- Onlar hamısı təxribatdır. Boş-boş danışıqlardır. Əvvəllər arvadlar qeybət qırırdı, indi kişilər qeybət qırır. Bunlar boş-bekarçılıqdan bir şayiə uydurur və yayılır. Amma çox şey yalandan yayılır.

- Türkiyədə Rövşən Lənkəranskinin qardaşının həbsi barədə yəqin ki, oxumusuz. Guya Lotu Quliyə sui-qəsd olub, ona hücum olunub. doğrudurmu?

- Belə deyək, danışmaq gümüşdürsə, susmaq qızıldır. Mənim haqqım yoxdur ki, öz çərçivəmdən çıxam. Kimsənin də haqqı yoxdur çərçivəsindən çıxsın... Çox şeylər şayiədir.

- Lotu Qulinin tərəfdarı olaraq Lənkəranski haqqında danışmaq istəmirsiz?


- Yenə deyirəm, Allah Rövşənə qəni-qəni rəhmət etsin, Quliyə də cansağlığı versin. Bu gün mən bir kənarda durmuşam. Görsəm ki, zəifi əzirlər, mən yenə də onun arxasında duracam. Qanım bahasına da olsa... Mən qoymaram mənim millətim əzilsin. Ya özümüzünkü əzilsin ya da qeyrisi... İnsan bu dünyadan köçəndə ya rəhmət qazanır, ya da lənət qazanır...
Gözəllik kraliçası həbs edildi — ŞOK SƏBƏB“The Queen ov Eurasia” gözəllik müsabiqəsinin qalibi olan ilk türk gözəli Sibel Demiralp həbs edilib.
“Ölkə.Az” xəbər verir ki, iş adamlarına tələ quran bir qruplaşmanın istintaqı çərçivəsində həbs edilən gözəl həbsxanaya göndərilib.
Demiralp iş adamlarını şantaj edən qruplaşmanın üzvü olduğu üçün həbs edilib.

Bir neçə gün əvvəl Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılan Sibel ağlayaraq peşman olduğunu bildirib. Məşhur model ifadə verdikdən sonra yenidən həbsxanaya göndərilib.
Soyundurdu, videoya çəkdi, butulka ilə... - Gəncədə oğlandan əlilə qarşı  iyrənc hərəkətGəncə şəhərində hədə-qorxu yolu ilə pul və əmlak tələb etməkdə təqsirli bilinən 1993-cü il təvəllüdlü Ziyad Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Ziyad Mustafayev 2017-ci il iyulun 17-də, saat 21.30-da əvvəllər tanıdığı və həmyaşıdı olan Sahib Babayevlə (ad və soyad şərti verilib – red.) rastlaşıb.

Tanıdığı həmyaşıdını sahibsiz yerə gətirdi

O, həmin vaxt Sahib Babayevi şəhərin Gülüstan qəsəbəsi Əziz Əliyev prospektində yerləşən “Benzin” adlı fəaliyyəti dayandırılmış, ətrafı dəmir örtüklə çəpərlənmiş yanacaqdoldurma məntəqəsinə gətirib.

Orada Ziyad Mustafayev Sahib Babayevi əvvəlcə döyüb, ondan pul verməsini tələb edib. Amma Sahib ona verəcək pulu olmadığını deyib.

Döydü və soyundurdu

Bundan əsəbiləşən Ziyad Mustafayev Sahib Babayevin sifətinə bir neçə dəfə əli ilə vurub və üzərində olan soyuq silah hesab edilməyən turist bıçağı ilə onu öldürməklə hədələyib.

Sonra o, Sahib Babayevin qollarını və ayaqlarını özü ilə gətirdiyi narıncı rəngli lentlə bağlayıb, əynindəki şalvarını soyundurub.

Əxlaqsız hərəkət

Daha sonra o, Sahib Babayevə qarşı özü ilə gətirdiyi bir litirlik “Bonaqua” markalı içərisi yarıya kimi su ilə dolu olan plastik su qabı ilə əxlaqsız, çirkin hərəkətlər edib. Ziyad Mustafayev həmin hərəkətləri öz mobil telefonu vasitəsi ilə videoya çəkib.

Şantaj və pul tələbi

Sonra Ziyad Mustafayev həmin videonu yaymaqla, Sahib Babayevi biabir edəcəyi ilə hədələyib. Bu videonu yaymamaq üçün Ziyad Mustafayev ondan pul verməsini tələb edib.

Həmin vaxt Sahib Babayevin ona verməyə pulu olmayıb. Ziyad Mustafayev onu hadisə yerindən buraxıb və pulu gətirmək üçün ona bir gün vaxt verib.

İki gün vaxt verildi

Ertəsi gün Sahib Babayev Ziyad Mustafayevin təyin etdiyi görüş yerinə gəlib, ona pulu olmadığını deyib. Sahib Babayev həmin vaxt ona hər birinin dəyəri 120 manat olan 2 ədəd “Samsung Grand 2” markalı mobil telefonunu verib.

Amma Ziyad Mustafayev bununla razılaşmayıb. O, Sahib Babayevə daha iki gün möhlət verib. Deyib ki, iki gün ərzində onu qane edən pulu gətirməsə, həmin videonu yayacaq, sosial şəbəkəyə yerləşdirəcək, onu rüsvay edəcək.

1000 manat tələb etdi, yaxalandı

Əlil olan gənc iki gün sonra, yəni iyulun 20-də təqaüd kartına yüklənən 141 manat məbləğində pulu bankomatdan çıxarıb və Ziyad Mustafayevə verib.

Daha sonra o, Sahib Babayevdən 1000 manat verməsini tələb edib. Bundan sonra Sahib Babayev hüquq-mühafizə orqanlarına müraciət edib. Onun müraciəti əsasında keçirilmiş əməliyyat nəticəsində Ziyad Mustafayev yaxalanıb.

İstintaq orqanı tərəfindən Ziyad Mustafayevin barəsində Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu yolu ilə tələb etmə; zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Şantaj etdi, cəzasını aldı

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ziyad Mustafayev 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Hökmdən narazı qalan Ziyad Mustafayev apelyasiya şikayəti verib. O, şikayətində barəsində olan hökmün ləğv edilməsini, cinayət işinə xitam verilməsini istəyib.

Ziyad Mustafayevin şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Əlizamin Abdullayevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Hakim heyəti apelyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, Ziyad Mustafayevin apelyasiya şikayəti təmin olunmayıb.
Mərhum nazirin nəvəsi ilə özəl görüntüləri yayıldı - VİDEO10 İyun Energetika naziri Natiq Əliyevin ölümünün ildönümü olub.

Publika.az xəbər verir ki, mərhum nazirin oğlu Fərhad Əliyevin ilk nikahından olan nəvəsi Aliyə Əliyeva instaqramda babasını xatırlayıb. O, sosial şəbəkədə babası ilə körpəlik videosunu paylaşıb və bu itki ilə barışa bilmədiyini vurğulayıb:

“Bir il keçdi, inanmaq olmur... 365 gündür ki, sən getmisən. Xatırlayıram, fəxr edirəm, sevirəm və darıxıram. Allah sənə rəhmət eləsin, baba”.

Xatırladaq ki, bir neçə gün əvvəl Fərhad Əliyevin həyat yoldaşı Safura Əliyeva da instaqramda oğlu İsgəndərlə mərhum nazirin fotolarını paylaşmışdı.
 Mənə ona görə "Zəhər Mamed" deyirlər ki... - Yeni icra başçısıTovuz rayon İcra Hakimiyyətinə yeni təyin olunan icra başçısı Məmməd Məmmədov islahatlar olacağının anonsunu verib.

Avrasiya.net xəbər verir ki, yeni başçı Tovuz rayonunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər planı hazırladığı haqda Unikal.org-a danışıb.

- Prezident İlham Əliyevin sərəncamı ilə Tovuz rayon İcra Hakimiyyətinə başçı təyin olundunuz. Bu təyinatı gözləyirdinizmi?

- Cənab prezident bizim qarşımızda böyük tələblər qoyub. Bu tələblərdən biri xalqın maddi rifahının yaxşılaşdırılmasıdır. Rayonda yollar çəkilib, təsərrüfatlar qurulub. Bu işlər bizi qane eləmir. Mənə daha çox əhalinin xidmətkarı olmaq tapşırığı verilib. Mən də hər zaman bu tapşırığı icra etməyə çalışacam.

- Rayon əhalisinin məşğulluğunu artırmaq üçün hansı tədbirlər görməyi planlaşdırırsınız?

- Kəndlərdə olan əhalinin məşğulluğunu artıracağıq. Müəssisələr və obyektlər yaradacağıq, sahibkarlara yeni imkanlar tanınacaq. Sahibkarlara aktiv fəaliyyət üçün kömək edəcəyik. Onların daha çox gəlir əldə etməsinə imkanlar yaradacağıq.

- Rayon İcra Hakimiyyətində kadr islahatı olacaq? Yeni təyinatlar gözlənilirmi?

- Mən işə yeni başlamışam. Təyinatlar mütləq olacaq, icra hakimiyyətinin kadrları arasında cavanlaşma siyasəti aparacağıq.

- "Aqrokimya"da fəaliyyətinizi davam etdirirsinizmi?

- Təyinatıma görə mən orada işləməmək qərarı vermişəm.

- Mətbuatda sizə "Zəhər Məmməd" təxəllüsü ilə müraciət edildiyi qeyd edildi. Sizi yaxından tanıyanlar sizə belə müraciət edirlər?

- (gülür) Mən bitki mühafizəsi sahəsi ilə məşğul olmuşam. Bitkiləri qorumağa çalışmışam. Yəqin ona görədir. Deyirlərsə, elin ağzını yummaq olmaz