Sumqayıtda naməlum şəxslər aptekdə 19 yaşlı qızı...Sumqayıt şəhərində 19 yaşlı qız döyülüb.

Hadisə 42-ci məhəllə ərazisində qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakini, 1999-cu il təvəllüdlü Cəmilə Qismət qızı Seyidova naməlum şəxslərin hücumuna məruz qalıb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sumqayıt Şəhər Xəstəxanasına yerləşdirilib.

Hadisənin kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, C.Seyidova Sumqayıt şəhərində apteklərdən birində işləyir.
Bakıda “Birgə gələcək qururuq” sammitiAzərbaycan paytaxtında Avropa Mühafizəkarlar və İslahatçılar Alyasınsının Şura iclası və zirvə toplamtısı keçiriləcək

Bakıda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) da üzv olduğu Avropa Mühafizəkarlar və İslahatçılar Alyasınsının (The Alliance of Conservatives and Reformists in Europe -ACRE) Şura iclası və “Birgə gələcək qururuq” adlı sammiti keçiriləcək.

İyunun 8-də keçiriləcək Şura iclası ACRE-yə üzv olan partiyaların toplantısıdır və bu toplantıda ənənəvi olaraq təşkilati məsələlər müzakirə olunur.
“Birgə gələcək qururuq” adlı Bakı sammiti isə iyunun 9-da saat 09:00-da, “Fairmont” otelinin konfrans zalında öz işinə başlayacaq. Sammitdə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının rəsmi şəxsləri, Azərbaycan hökumətinin, Milli Məclisin, Avropa Parlamentinin, Avropa ölkələrinin milli parlamentlərinin üzvləri, beynəlxalq ekspertlər iştirak edəcəklər.

Sammit açılış hissəindən və 6 paneldən ibarət olacaq. Panellərdə müvafiq ardıcıllıqla enerji təhlükəsziliyi, iqtisadi azadlıqlar, rəqəmsal iqtisadiyyat, nəqliyyat daşınmaları, təhsil, yerli idarəetmə ilə bağlı məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı (The Alliance of Conservatives and Reformists in Europe - ACRE) 2010-cu ildə yaradılıb. Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı Avropanın sağ mərkəzçi siyasi partiyalarının ittifaqıdır və özündə 33 ölkədən olan 38 üzv və tərəfdaş siyasi partiyanı birləşdirir. ABŞ-ın hakim Respublikaçılar Partiyası, İsrailin hakim Likud Partiyası, Avstraliyanın hakim koalisiyasının üzvü olan Liberal Partiya, Yeni Zelandiyanın hakim Milli Partiyası, Kanadanın Mühafizəkarlar və Mərakeşin İstiqlal partiyaları ACRE-nin regional tərəfdaşlarıdır.

Alyansın üzvü olan partiyalar Avropanın bir sıra ölkələrində hakimiyyət partiyalarıdır. Bu sırada Böyük Britaniyanın Mühafizəkarlar, Türkiyənin Ədalət və İnkişaf, Polşanın Hüquq və Ədalət partiyalarını qeyd etmək olar.

ACRE Avropa Parlamentində 71 deputat təmsil olunur və say tərkibinə görə Avropa Parlamentinin 3-cü ən böyük fraksiyasına malikdir. ACRE-nin təmsilçisi Riçard Çarnetski Avropa Parlamentinin vitse-prezidentidir.

Alyansın prezidenti Jan Zahradil Çex Respublikasından Avropa Parlamentinin üzvüdür.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Avropanın aparıcı siyasi partiyalar ittifaqlarından biri olan Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı ilə yaxından əməkdaşlıq edir. Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının (AECR) 22 may 2015-ci il tarixdə keçirilən toplantısında BAXCP Alyansın üzvlüyünə namizəd kimi qəbul olunub. Qarşılıqlı əməkdaşlığın genişləndirilməsi nəticəsində BAXCP AECR-in 13 noyabr 2015-ci il tarixdə Tunisdə keçirilən zirvə toplantısında qurumun tamhüquqlu üzvü seçilib.
İşdən çıxarılan başçıların adı milyonluq məhkəmə İŞİNDƏSon günlər prezidentin sərəncamı ilə bir neçə icra başçısı vəzifəsindən çıxarılıb. Onlardan ikisi – Ağdam rayon icra başçısı Raqub Məmmədov və Tovuz rayon icra başçısı Tofiq Zeynalov sosial şəbəkələrdə geniş müzakirə olunub.

Avrasiya.net-in qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, buna səbəb hər iki vəzifəli şəxsin milyonluq məhkəmə işlərində adının hallanmasıdır.

Belə ki, "Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədri, nəqliyyat nazirinin keçmiş müavini Arif Əsgərovun baldızı oğlu, dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işində Qoşqar Zeynalov zərərçəkmiş kimi tanınıb. Q.Zeynalov artıq vəzifədə olmayan Tofiq Zeynalovun oğludur.

Q.Zeynalov məhkəmədə ifadəsi zamanı R.Hüseynovla qohum olduqlarını deyib: "Rahib bir gün mənə iş qurmağı təklif etdi. ahib "Mənə dedi ki, "Dəmir Yolları”na yataq dəstləri lazımdır. Bunu da xaricdən gətirmək üçün pul istədi. 20 faiz qazancdan 10 faiz mənə çatacaqdı. Ona hissə-hissə 7 milyon manatdan çox pul vermişəm. Sonra bir hissəsini qaytardı. Hazırda mənə vurulan ziyan 3 milyon 925 min manat təşkil edir".

R. Hüseynov isə deyib ki, Q.Zeynalova gələn gəlirdən 3 milyon 200 min manat pul verib.

Ağdamın eks-başçısı Raqub Məmmədovu isə zərərçəkmişlər ifadələri zamanı cinayətdə ittiham edib. Belə ki, keçmiş prezident Ayaz Mütəllibovun mətbuat katibi Teylor Fətişoğlunun dələduzluqda ittiham edildiyi məhkəmə işində ifadə verən şəxslər R.Məmmədovun da dindirilməsini tələb ediblər.

Zərərçəkmiş Eldəniz Nurəddinov deyib ki, qardaşı oğlunu həbsdən azad etdirməsi üçün T.İbrahimova 10 min 700 manat verib:

"Teylorun Ağdamın icra başçısı Raqub Məmmədovla yaxın münasibətləri var idi”.

Digər zərərçəkən İsmayıl Məmmədov isə işin içində icra başçısı R.Məmmədovun da olduğunu deyib: "Mən icra nümayəndəsinin müavini təyin olunmaq üçün Teylora 5 min manat verdim. Dəfələrlə başçının qəbulunda oldum, mənə "sən öl” vurub dedi ki, Teylor işi həll edəcək. Raqub Məmmədov deyirdi ki, məni müavin yox, elə nümayəndə qoyacaq”.
Raqub Məmmədov bu iş üzrə istintaqa da cəlb olunub və ifadəsi alınıb.

O bildirib ki, T.Fətişoğlu onun adından istifadə edərək bəzi şəxslərdən pul alaraq onları rayonda vəzifəyə təyin etdirəcəyini vəd edib: "Teylor mənim adımdan İsmayıl Məmmədovdan pul alıb onu icra nümayəndəsi, Rafil Hətəmovdan isə 35 min manat alaraq Su-kanal İdarəsinə rəis təyin etdirəcəyini deyib. O vaxtdan da Teylorla münasibətlərim pisləşdi, onun haqda rayon prokurorluğuna məlumat verdim”.
Partiya sədri azadlığa çıxdıAzərbaycanda rəsmi qeydiyyatı olmayan Vahid Kommunist Partiyasının rəhbəri və Azərbaycan Karlar Cəmiyyətinin sədr müavini Musa Tükənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib və Musa Tükənov məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, prokuror Musa Tükənovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

İttihama görə, vətəndaşların müraciətləri əsasında Musa Tükənov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Musa Tükənov rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilir.
Sosial Müdafiə Fondunda şöbə sədri istefa verdiƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin sədri Xəlilov Tərlan Şahsuvar oğlu işdən çıxıb.

APA xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Fazil Talıbov faktı təsdiq edib.

F. Talıbov qeyd edib ki, T. Xəlilov iyunun 5-də tutduğu vəzifəni öz ərizəsi ilə tərk edib: “Hazırda onun vəzifəsini Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin sədr müavini Tural Qasımov icra edir”.
Şamaxıda avtoritetlər arasında atışmaŞamaxı rayonunda silahlı insident olub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə iyunun 6-da baş verib. Kriminal aləmin 10-a yaxın üzvü arasında baş verən atışmada bir neçə nəfər yaralanıb.

Şamaxı Rayon Prokurorluğundan sayta bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb və hazırda istintaq davam etdirilir.

Prokurorluq hadisə bağlı əlavə məlumat verməkdən imtina edib.
9 şagirdinə qarşı cinsi zorakılıq edən müəllim özünü asdı 9 şagirdinə qarşı cinsi zorakılıq edən müəllim həbsxanada gecə geyimiylə özünü asaraq öldürüb…

Türkiyənin Dənizli şəhərindəki bir ibtidai məktəbin valideynləri məktəb rəhbərliyinə müəllimdən şikayət ediblər. Belə ki, Fərrux adlı müəllim valideynlər tərəfindən ibtidai sinifdə oxuyan 9 qıza qarşı cinsi zorakılıqda günahlandırılaraq həbs olunub.

Minval.info xəbər verir ki, cinsi istismara məruz qalan qızların valideynləri müəllimin bunu əllə etdiyini bildirib. Polislər tərəfindən yaradılan pedaqoq və psixoloq heyəti istismara məruz qaldığı iddia edilən qızlarla danışıblar.

Qızlar müəllimin onlara qarşı cinsi zorakılıq etdiyini təsdiqləyib. Şagirdlərdən biri: “Əl ilə zorakılıq edirdi. Pulumuzun olub-olmaması bəhanəsi ilə əlini cibimizə salırdı” – deyib.

Müəllim isə söylənilən ittihamları qəbul etməyib və səbs olunmasının səhəri günü özünü gecə paltarı ilə asaraq öldürüb.

Polis intiharın səbəblərini araşdırmağa çalışır.
Arif Rəhimzadə onu qınayanlara cavab verdi"Bir şey danışan kimi hansısa bir frazanı götürüb atırlar ortaya və onun ətrafında sosial şəbəkələrdə başlayırlar səs-küy salmağa. Ancaq belə olan halda söhbətin hansı şəraitdə edildiyini nəzərə almaq lazımdır. Deməli, biz Milli Məclisin Regional məsələlər komitəsinin iclasında bir sıra yaşayış məntəqələrinin adlarının dəyişdirilməsini müzakirə edirdik. Çıxış edənlərin əksəriyyəti, adlarını çəkmək istəmədiyim 3-4 deputat başladı ki, gərək biz bunu çoxdan edərdik, sovet dövründən qalan adların hamısını gərək dəyişək, ləngidirik və s. Mən də orda sovet hökuməti dövründə Azərbaycanda yaranmış müsbət şeylərdən danışdım”.

Avrasiya.net xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisinin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə son iki gündə onun fikirləri ətrafında açılan müzakirələrə münasibət bildirərkən deyib.

Komitə sədrinin sözlərinə görə, o, həmin iclasda çıxış edərkən bildirib ki, sovet dövrü Azərbaycanı məhv edib və daha sonra yaradıb.

"Həqiqətən də sovet dövrü bizim təhsilimizi, səhiyyəmizi, elmimizi yaradıb. Biz özümüz kimiydik, onu bilmirdik. Gah deyirdik ki, müsəlmanıq, sonra da deyirdik türkük. Ancaq biz azərbaycanlıyıq axı. Dünyada belə bir norma var ki, ərazinin adına uyğun olaraq xalqın adı da müəyyənləşdirilir. Mən o qədər bisavad deyiləm ki, Şərqdə ilk demokratik respublikanın Azərbaycan Cümhuriyyəti olduğunu bilməyim”.

A.Rəhimzadə sovet dövründən qalma yaşayış yerlərinin adlarının dəyişdirilməsinə etiraz edib.

"Hansısa yaşayış məntəqəsinin adı müəyyən məqsədlər üçün dəyişdirilibsə, ona baxa bilərik. Tutaq ki, Rusiyadan ölkəmizə gələn malakanlar: Rusiya imperiyası onda 2 məqsədi güdürdü. Birinci məqsəd o idi ki, sahildə xristianları yerləşdirsin. Rusiya erməniləri də o səbəbdən Azərbaycanın sərhədlərinə gətirib yığıb. Eyni zamanda, malakanları da. Onlarla bağlı həqiqətən də ziddiyət yaradan məqamlar var idi.

1845-ci ildə bir rayonda Mixayılovka adında kənd yaradılıb. Malakanlar hara yerləşdirilirdilərsə, orda məskən salırdılar. İndi bunun adını niyə dəyişirsiniz ki? Bu kəndin adı Mixayılovka olanda hamı düşünəcək ki, bu nə deməkdir? Bu tarixdir də.. Demək, o vaxt Rusiya İmperiyası Azərbaycana qarşı belə ədalətsizlik edib. Malakanların bura gəlməsində onların nə təqsiri var? Gəlin, onda başqa malakan kəndlərinin adlarını da dəyişək... Bu düzgün deyil axı. Yaxşı onda Novxanının, Zağulbanın da adını dəyişək də. Bunlar da türk mənşəli adlar deyil. Belə getsək biz çox uzaq gedərik axı. Sovet dövründə kimlərsə Azərbaycana qarşı nəsə edibsə, o başqa məsələ. Onda gəlin, Nəriman Nərimanovun adına olan ərazinin də adını dəyişək. Çünki Nəriman Nərimanov da sovet xadimi olub. Bu böyük bir xərcdir. Həm də əziyyət tələb edir”.

Komitə sədri bildirib ki, onun çıxışından istifadə edənlər siyasətdən başı çıxmayanlardır.

"Mən bir dəfə dedim ki, Azərbaycanda yaşayanların hamısı azərbaycanlıdır. Etnik mənşəyindən asılı olmayaraq hamı azərbaycanlı olmalıdır. Amerikada bir adam deyirmi ki, mən italyanam? Yox! Deyir ki, mən amerikanam. Çünki o, bununla şərəf duyur. Biz də bunu camaata izah edək”.
Əliyevlə görüşə hazıram, ancaq buna haqqım yoxdur - NikolDağlıq Qarabağın iştirakı olmadan Qarabağ üzrə danışıqlar effektiv ola bilməz.

Axar.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Ermənistan 1998-ci ildən etibarən Qarabağ adından danışıqlar aparır. Bu cür şey üçün mənim nə hüquqi, nə də mənəvi haqqım var. Qarabağ xalqı Ermənistan hakimiyyətinin formalaşdırılmasında iştirak etmir. Onun öz hakimiyyəti və prezidenti var”, – deyə o bildirib.

Onun sözlərinə görə, Qarabağ əhalisi Ermənistan hakimiyyətini seçmədiyi üçün İrəvan onları danışıqlarda təmsil edə bilməz.

O, həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevlə ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlara hazır olduğunu deyib. O, danışıqların effektiv, əldə olunan razılaşmaların kağız üstündə qalmaması gərəkdiyini söyləyib.
Bakını içməli su ilə təmin edən Ceyranbatan Anbarında İYRƏNC FAKTIN ÜSTÜ AÇILDIAbşeron rayonu, Ceyranbatan qəsəbəsində tullantı suları bu Su Anbarına axıdılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinın əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı Ceyranbatan Su Anbarını qidalandırmayan kanalın sanitar-mühafizə zonasında yerləşən heyvandarlıq təsərrüfatlarında və “Ceyranbatan Dəmir-Beton” ASC-də formalaşan tullantı sularının birbaşa kanala axıdıldığı aşkar olunub.

Faktlarla bağlı heyvandarlıq təsərrüfatlarının sahibləri Yaşar Səfərov, Dilqəm Vəliyev, Famil Rüstəmov, Mahir Səfərov, Etibar Səmədov, Firdovsi Səfərov və ASC-nin cavabdeh şəxsi Atəş Əmiraslanov barəsində protokol tərtib olunub və qanun pozucuları ümumilikdə 6950 manat məbləğində cərimə edilib.

Ərazidə yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə, Sumqayıt bələdiyyəsinə və aidiyyəti orqanlara məktublar göndərilib.

publika.az