“Ölüm üstündə yatmışam, sənin başını kəsərəm” – Bakıda avtobus sürücüsü“Üç dənə sırokum var, ölüm üstündə yatmışam, sənin başını kəsərəm". Avrasiya.net “Xəzər xəbər”ə istinadən xəbər verir ki, bu ifadələri ictimai nəqliyyat vasitəsinin sürücüsü işlədir. Hansı ki, o, işə götürülən zaman tələb olunan sənədlərdən biri məhkumluğunun olub-olmaması ilə bağlı arayışdır. Bu sürücü isə telefon danışığında özünün kriminal keçmişini açıq şəkildə dilə gətirir. Elə onun danışıq üslubu özü də kriminal aləmin özü üçün heç də yad olmadığını göstərir.

Görüntülər 66 saylı marşrut üzrə hərəkət edən avtobusda sərnişinlərdən biri tərəfindən çəkilərək göndərilib. İctimai nəqliyyat sürücülərinin sükan arxasında telefonla danışması qayda pozuntusu olsa da, bu, az qala adi hala çevrilib. Əsas təhlükə isə kriminal keçmişinin olduğunu öz dili ilə etiraf edən, açıq şəkildə hədə-qorxu saçan bir şəxsin sürücü işləməsi isə daha dəhşətli bir faktdır. Belə sürücü ilə sərnişinin mübahisənin nə ilə nəticələnəcəyini təsəvvür etmək çətin deyil.

Məsələyə 66 saylı marşrut xəttinin istifadəçisi olan şirkətin aydınlıq gətirməsini üçün onlara müraciət etdik. Xəttin kolon rəisi Xəqani Əliyev bildirdi ki, Azad Yaqubov adlı həmin sürücü ilə bağlı sərnişinlərindən şikayət gəldiyinə görə işdən azad edilib. Kolon rəisinin sözlərinə görə, işə qəbul zamanı sürücüdən bəzi sənədlər tələb edilir ki, orada sağlmlıq və məhkumluğu nəzərə alınır.

Kolon rəisinin sözündən belə çıxır ki, həmin sürücünün də məhkumluğununu olmaması ilə bağlı arayışı onlara təqdim edilib. Kolon rəisi, sürücünün öz dili ilə hətta adam öldürmə ilə məhkumluğunun olduğunu söyləməsinə də aydınlıq gətirib.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayev qeyd edib ki, əvvəllər məhkum olunan səxsin cəzasını tam çəkəndən sonra sürücü və ya hər hansı bir işdə çalışmasında problem yoxdur. Sürücülərin işə qəbulu daşıyıcı şirkətlər özləri həyata keçirir. Məhkumluqla bağlı arayış adətən ona görə tələb olunur ki, həmin şəxsin əvvəllər qəza törətməyə görə məhkumluluğunun olub-olmaması dəqiqləşdirilsin: "Bu fakt isə daha ciddi məsələləri gündəmə gətirir. Nəzərə almaq lazımdır ki, ictimai nəqliyyat sürücüsü yalnız sükan arxasında avtomobil idarə etmir. Daim sərnişinlərlə ünsiyyətdə olur. Sürücülərlə sərnişinlər arasında tez-tez mübahisəslərin olması isə bizim üçün yad deyil. Görünür, sürücülərin işə götürülməsində psixoloji məqamlara daha ciddi yanaşmaşa ehtiyac var".
Azərbaycanlı şairədən erotik şeir: “Səhra kimi uzanardım altında”Tanınmış şairə Aysel Əlizadə yazdığı şeiri təqdim edib.

Kaş yatağımı bunca yalqız qoymazdın
qoxunu həsrətdən yox,
şəhvətdən alardım.
Kaş dodaqlarımı
dodaqlarının arasında yatırardın.
Necə başlamışdısa, eləcə bitərdi.
Gərək gözəl ayrılardıq.

Sən gözüyumulu,
yarıoyaq, yarıyuxulu
alnımdan boynuma
dodağınla cizgi çəkərdin,
başımı geri atıb aşağı ötürüb
yol verərdim mən də sənə.
Sən nəfəsini yel kimi dərimə üfürüb
İsti küləyim olardın yenə.

Bütün hücrələrimlə yanardım onda.
Səhra kimi uzanardım altında, suyum olardın…
Soyudardın qumsallığımı,
canına çəkərdin qadınlığımı.

Kaş gözəl ayrılardıq…
Tanrı kimi sevişib gedərdin.
Bətnimdə bəyaz iz buraxardın,
Sənə bir İsa doğardım ki…


veteninfo.az
Rusiya generalı açıqlama verdi: hər ay Kərimliyə pul göndərir...2013-cü ildə Azərbaycanda keçirilən prezident seçkilərində Rusiya “Milli Şura layihəsi”ni yaratmışdı. Və bu gün Rusiyada oturub ermənilərin xeyrinə kino çəkən Rüstəm İbrahimbəyovu həmin layihəyə rəhbər təyin etmişdi. Rusiya özünün layihəsinə təbii ki, maliyə ayırmalı idi və ayırırdı da.

Bu sözləri Axar.az-a açıqlamasında BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin AXCP sədri Əli Kərimlinin 412 min dollarlıq maliyyə maxinasiyaları haqqında birgə açıqlamasına münasibət bildirərkən deyib. O iddia edib ki, Əli Kərimlinin Rusiya və İran molla rejimi ilə əməkdaşlığı heç kimə sirr deyil:

“Bir müddət öncə qeyd etdiyim kimi, ABŞ Əli Kərimlinin üstündən ona görə xətt çəkdi ki, onun Rusiya və İranla yaxından əməkdaşlıq etməsi üzə çıxdı. Özünüz də diqqət edə bilərsiniz: Milli Şuranın Bakıda keçirtdiyi mitinqlərdə iştirak edən şəxslərin böyük əksəriyyəti İran molla rejiminin təsirində olan şəxslərdir”.

Niyaməddin Orduxanlının sözlərinə görə, baş vermiş cinayətlə bağlı Əli Kərimlinin özü internet televiziyasında etiraf edib:

“Rəsmi açıqlamadan dərhal sonra Əli Kərimli Obyektiv TV-də acıqlama verdi ki, bəli, Rusiyadan ona Saleh Rüstəmov vasitəsi ilə hər ay pul göndərilib. Ancaq bu pul 412 min dollar deyil, azdır. Bu adam 412 min dolları ona görə boynuna almır ki, ətrafından olan adamların qəzəbinə səbəb olmasın. Çünki həmin vəsaitin böyük hissəsini ətrafından gizlədib və mənimsəyib”.

BAXCP sədrinin müavini Rusiyadan Əli Kərimlinin maliyələşməsinin ilk hadisə olmadığını da bildirib. Onun sözlərinə görə, bir müddət öncə Rusiyada general vəzifəsində çalışan Sakit Allahverdiyev də mətbuat çıxıb hər ay Əli Kərimliyə pul verdiyini açıqlamışdı:

“Zaman-zaman Kərimlinin Rusiyadan maliyələşməsi ilə bağlı faktlar olub. 2005-ci ildən bu günə kimi Kərimli heç bir yerdə işləmir. Ona qədər deputat, amma 13 ildir əmək fəaliyyəti ilə məşğul deyil. Özünün dediyinə görə, heç bir biznesi də yoxdur. Bəs hansı vəsait hesabına yaşayır? Və dünyanın ən bahalı unversitetlərində iki övladını necə oxudur?”
Azərbaycanın DİN rəsmisindən “Lotu Quli” açıqlaması: “O kimdir?”Uzun müddət həbs həyatı yaşadıqdan sonra azadlığa çıxan “Lotu Quli” ləqəbli “qanuni oğru” Nadir Səlifov Azərbaycanda qala bilmədi.

Avrasiya.net-in yenicag.az-a istinadən xəbərinə görə kriminal avtoritetlərə sərt üzünü göstərən Azərbaycan höküməti onun da burada qalmasına icazə vermədi.

Nəticədə Gürcüstana üz tutan kriminal avtoritet qonşu ölkədə də eyni aqibətlə üzləşdi. Daha sonra İstanbulu özünə məskən seçən “Lotu Quli” burada bir müddət qaldıqdan sonra Türkiyə üçün də arzuolunmaz şəxs elan edilərək ölkədən çıxarıldı. Nəticədə o, İstanbuldan Dubaya üz tutdu.

Ötən gün isə Səlifovun Bakıya gəlməsi ilə bağlı xəbərlər yayılıb. Ancaq bu məlumat rəsmi təsdiqini tapmayıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidovla danışmağa cəhd etdik. Sualımıza cavab axtarsaq da, DİN rəsmisi “O kimdir?” deyərək telefonu üzümüzə qapadı. Daha sonra zəng etməyimizə baxmayaraq, telefonu məşğula alan qurum rəsmisi cavab vermədi, ardınca isə “mobil”ini söndürdü.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Orxan Mənsurzadə ilə danışmaq cəhdimiz də cəhd olaraq qaldı.

Qeyd edək ki, Rusiyanın İstintaq komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi “Lotu Quli” barəsində beynəlxalq axtarış elan edib.

Oğurluq əməllərində və hədələmək yolu ilə pul qoparmaqda ittiham edilən Səlifova Rusiya Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi qaldırılıb və qiyabi təqdim edilib.

Əgər doğrudan da Səlifov Azərbaycana gəlibsə, bəs, belə olan halda rəsmi Bakı hansı addımı atmalıdır?

Açıqlama verən hüquqşünas İlqar Musayev bildirib ki, Səlifov Azərbaycanda saxlanılsa belə, Rusiyaya təhvil verilə bilməz:

“Bizim hüquq-mühafizə orqanları Nadir Səlifovu Rusiyaya təhvil verə bilməz. “Lotu Quli” Azərbaycan vətəndaşıdır. Belə olan halda Rusiya tərəfi onun axtarışa verilməsinə səbəb olan materialı Azərbaycana göndərməlidir. Əgər Azərbaycanda da onun törətdiyi əməllər cinayət hesab olunarsa, bu zaman bizim ölkədə mühakimə edilə bilər. Heç bir ölkə öz vətəndaşını başqasına vermir. Fərqi yoxdur, o cinayəti Rusiyada törədib, yoxsa başqa bir yerdə. Qanun bunu qadağan edir. Rusiyada saxlanılsaydı, bu, başqa məsələ. Prosesin sonunda Rusiyaya da məlumat verilir ki, sənin göndərdiyin materiallar burada təsdiqini tapmadı və ya əksinə”.
Şirvanda 26 yaşlı qadın itkin düşübDİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan virtualaz.org-un yerli bürosuna verilən məlumata görə, Şirvan şəhər sakini, 1992-cı il təvəllüdlü Sənubər Əsədova mayın 16-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 və (055) 527-57-77 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Azərbaycan millisi Qazaxıstanda böyük hesabla məğlubiyyətə uğradıFutbol üzrə Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq görüşünü keçirib. Yığma səfərdə Qazaxıstanla üz-üzə gəlib.

"Astana Arena"da baş tutan qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Roman Murtazayev 12-ci dəqiqədə hesabı açıb. Bu qoldan iki dəqiqə sonra Serikjan Mujikov fərqi iki topa çatdırıb. Baxtiyor Zaynutdinov 90-cı dəqiqədə fərqlənməklə oyunda son nöqtəni qoyub.

Qeyd edək ki, Azərbaycan yığması iyunun 9-u növbəti yoxlama matçında səfərdə Latviya millisi ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qusarda silahlı müqavimət göstərən sərhəd pozucusu öldürüldüQusar rayonunda silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib.

Bu barədə Qusar Rayon Prokurorluğundan məlumat verilib.

İyunun 4-də saat 21:40 radələrində Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisindəki sərhəd zastavasının yaxınlığında bir nəfərin Azərbaycanın mühafizə olunan dövlət sərhədini pozmağa cəhd göstərməsi müəyyən edilib.

Saxlanılması ilə bağlı qanuni tələblərə tabe olmayan sərhəd pozucusu - 1996-cı il təvəllüdlü Zeynalov Vadim Mərdanoviç hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərib, cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla zərərsizləşdirilib.

Meyitin üzərinə keçirilmiş baxış zamanı 1 ədəd “Makarov” tipli tapança aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda müvafiq araşdırmalar aparılır. (report)
Azərbaycanlı tələbə İtaliyada göldə boğulduİtaliyada azərbaycanlı tələbə ölüb.

Report xəbər verir ki, Roma Universitetinin Politologiya fakültəsinin tələbəsi olan 29 yaşlı Elnur Babayev Kastel Qandolfo şəhərindəki göldə boğularaq həyatını itirib. Hadisə iyunun 2-də baş verib.

Əməliyyat qrupları meyiti axtarmağda davam edir.

Qeyd edək ki, E.Babayev ailənin yeganə oğludur. Onun atası artıq İtaliyadadır.
Səlim Müslümov danışdı: “3 milyard manat pul necə itə bilər?”Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vəzifəsindən azad olunduqdan sonra barəsində yazılanlara münasibət bildirib.

O, Unikal.org-a açıqlamasında deyib ki, bəzi KİV-lərdə haqqında mənfi fikirlər səsləndirilir və hesab edir ki, yazılanlar həqiqətə uyğun deyil: “Mən, hər zaman şərəflə, namusla işləmişəm. Vəzifədə olduğum müddətdə əlimdən nə gəlibsə, etmişəm. Allah cənab Prezidentin canını sağ eləsin. Neçə illər mənə ehtimad göstərdi. İndi məsələhət oldu ki, vəzifədən gedim. Bu, Prezidentin səlahiyyətində olan məsələdir və müzakirə olunmur. Mənə elə gəlir ki, harada olmağımızdan asılı olmayaraq əlimizdən gələni xalqımız üçün etməliyik. Biz hansı müddət ərzində vəzifədə olmuşuqsa, Prezidentin tapşırdığı vəzifələri icra etməliyik. Mən də hər zaman Prezidentin tapşırığını yerinə yetirmişəm. Çalışmışam ki, mənə göstərilən etimadı yüksək səviyyədə doğruldum”.

Sabiq nazir yeyinti ittihamlarına da cavab verib. O bildirib ki, bu barədə səsələn fikirlər də böhtan xarakterlidir: “Fondun büdcəsi cəmi 3.4 milyard manatdır. Bunun 97-98 faizi pensiya ödənişinə sərf olunub. Bu pullar necə itə bilər? Bu pullar da Maliyyə Nazirliyindən köçürülür. Həmin vəsaitin bir qara qəpiyi də başqa yerə köçürülə bilməz. Sözügedən məsələni maliyyəçilər daha yaxşı başa düşər”.

S.Müslümov onu da nəzərə çatdırıb ki, hazırda elmi fəaliyyətlə məşğuldur: “Özüm professor, iqtisad elmlər doktoruyam. Elmdən dövlət idarəçiliyinə gəlmişdim. Artıq idarəçilikdə deyiləm və yenə də elimi işlərimlə məşğulam” – deyə sabiq nazir bildirib.
Arvadının boğazını kəsərək pulları götürüb Rusiyaya qaçmaq istədi – Dəhşətli qətlin təfərrüatıBakı Ağır Cinayətlər Məhkəməsində arvadının boğazını kəsərək öldürən 53 yaşlı kişinin məhkəmə prosesi başlayır.

Avrasiya.net ölkə.az-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsi ilə təqsirləndirilən Çəltikov Rasim Qara oğlunun məhkəmə prosesinin hazırlıq iclası hakim Mayıl Bayramovun sədrliyi ilə keçiriləcək.

53 yaşlı Rasim Çəltikov həyat yoldaşı 50 yaşlı Arifəni mübahisə zəminində öldürüb. Belə ki, ötən ilin dekabr ayında Rasim Çəltikov Binəqədi qəsəbəsi 3-cü mədən, 124-cü korpusda yerləşən evini satmaq istəyirmiş. Lakin qadın ərinin bu istəyinə qarşı çıxıb və evi satmağa imkan verməyəcəyini deyib. Ardıcıl davam edən münaqişələrdən sonra gecə saatlarında Rasim Çəltikov arvadının boğaz nahiyəsindən bıçaqla vuraraq onu öldürüb. Rasim Çəltikovun atası Qara Çəltikovun sözlərinə görə, oğlu yaşadıqları evi sataraq gəlini ilə birlikdə Rusiyaya getmək istəyib. Lakin mərhum Arifə Çəltikova həyat yoldaşının bu fikri ilə razılaşmayıb. Ailə üzvlərindən xəbərsiz evi başqa şəxsə satan Rasim Çəltikov arvadı ilə Rusiyaya getmək üstündə yenidən mübahisə edib, elə hadisə də bu zaman olub. Daha sonra isə o, pulları götürərək qaçıb.

Hadisə vaxtı evdə onların qızı olub. Lakin o, atasının anasının boğazını kəsərək öldürməsindən hadisədən bir qədər sonra xəbər tutub və polisə xəbər verib.

Həyat yoldaşını yaşadığı evdə amansızlıqla öldürən kişi ölkədən qaçmaq istəyərkən sərhəddə yaxalanıb. Məlumata görə, hadisə ev mübahisəsi zamanı olub.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.