Ucarda ilanlar evə daraşdı, ailə evdən çıxmalı oldu - VİDEOUcar rayonunda evə ilanlar daraşıb. Ev sahibləri ilanların qorxusundan qonşuluqda qalmağa məcbur olublar. Hətta gündüz saatlarında da evə daxil ola bilmirlər.

“Xezerxeber.az” xəbər verir ki, hadisə Ucarın Qəzyan kənində Sevinc Rəhimovaya məxsus evdə baş verib.

Ev sakinləri artıq beş gündür ki, evlərində qala bilmirlər.

Elə buna görə də sakinlər evdəki əşyaları çölə çıxarıb, özləri isə evə girmirlər.

Sevinc Rəhimovanın sözlərinə görə, dəfələrlə kənd icra nümayəndəsi və bələdiyyəyə müraciət etsələr də, heç bir nəticə olmayıb. Hazırda dörd nəfərdən ibarət olan ailə onlara ediləcək köməkliyi və yaşadıqları evə geri dönməyi gözləyirlər.
Qubada azyaşlı babanın gözü qarşısında qaçırıldıQubada azyaşlı babasının gözü qarşısında qaçırılıb.

Report xəbər verir ki, Quba şəhəri, Ə.Nərimanov 134 ünvanında yaşayan 1941-ci il təvəllüdlü Rafiq Hilal oğlu Məmmədov axşam saat 21 radələrində 10 yaşlı nəvəsi Leylaxanım Azad qızı Məmmədzadə ilə küçədə gəzişərkən qara rəngli avtomobil onu vuraraq xəsarət yetirib. Avtomobildəki şəxslər daha sonra L.Məmmədzadəni zorla maşına əyləşdirərək qaçırıblar.

Ailənin yaxın qohumu Bəhram Məmmədovun sözlərinə görə, bundan əvvəl də L.Məmmədzadənin qardaşı bu formada qaçırılıb. Sonradan polis onu taparaq ailəsinə qaytarıb.

Bu xoşagəlməz hadisələrin baş verməsinə səbəb uşaqların boşanmış valideynlərinin hələ də bir-biri ilə anlaşmamasıdır.

Hadisə zamanı R. Məmmədov sınıq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı polisə məlumat verilib.
Günay İbrahimliyə görə yolu bağladılar - Polis onu niyə müşayiət edir?İki gündür, Bakıda yaşanan tıxac gərginliyi sakinlərin əsəbini tarıma çəkib. Bakı-Sumqayıt yolunun "vaxtsız” təmiri paytaxtın az qala hər yerində avtomobil sıxlığının yaranmasına səbəb olub. Lakin Sumqayıtdan, Xırdalandan və yaxın qəsəbələrdən gələn alternativ yollarda sıxlıq "hərarəti” daha çox yüksəldib. Bu ərazilərdən biri də Sulutəpə qəsəbəsindən keçən yoldur.

BakuPost xəbər verir ki, bu gün axşam saatlarında bu yolu Dövlət Yol Polisi əməkdaşları izahatsız bağlayıblar. Sürücülər düşünüblər ki, yəqin, yüksək vəzifəli şəxslərə görə bu addım atılıb. Təxmini yarım saat istidə əziyyət çəkən sürücülər boş saxlanan yoldan şütüyən avtomobilləri gördükdən sonra isə sözün əsl mənasında şoka düşüblər. Şahidlərin sözlərinə görə əvvəlcə nömrə nişanı 010-la bitən "Lexsus” markalı mülki maşın, arxasınca isə ağ rəngli, dövlət nömrə nişanı 004-lə bitən "Porsche” markalı avtomobil keçib. Onları isə bir yol polisi avtomobili müşayiət edib.

Sürücülər yolu bağlayan yol polislərindən öyrəniblər ki, arxada gedən "Porsche” müğənni Günay İbrahimlinin avtomobilidir. Müğənniyə görə yolun niyə bağlanıldığına isə cavab ala bilməyiblər. Bircə o məlum olub ki, müğənni Sulutəpədə bir villada yaşayır.

Xatırladaq ki, Günay İbrahimlinin ağ "Porsche” alması ilə bağlı bir müddət əvvəl mətbatda yazılar dərc edilib. Onun əvvəlki "Range Rover" avtomobilini də "004” nömrə ilə sürdüyü bəllidir.

İş vaxtı bitdiyindən məsələ ilə bağlı rəsmi qurumlardan mövqe öyrənə bilmədik.
Avtobusla hansı ölkəyə neçəyə getmək olar? - SiyahıBakı Beynəlxalq Avtovağzalından dünyanın bir çox ölkəsinə səyahət üçün marşrutlar fəaliyyət göstərir. Müəyyən edilən qiymətlər isə hər bir vətəndaşın cibinə uyğundur.

Axar.az xəbər verir ki, bu gün Beynəlxalq Avtovağzaldan dünyanın 33 ölkəsinə birbaşa avtobus gedir.

Bakıdan avtobusla ən ucuz səyahət 12 manatadır ki, bununla da Gürcüstanın Laqodexi və Tiflis şəhərlərinə getmək olar. Ən yüksək qiymətli səyahət isə Bolqarıstanın Sofiya və Rusiyanın Perm şəhərlərinədir. Bu səyahətlərin qiyməti baqajsız 130 manatdır.

Bundan başqa, Rusiyanın Naberejnı Çelna və Nijni Novqorod şəhərlərinə 110, Sankt-Peterburq şəhərinə isə 120 manata getmək mümkünüdür.

Mahaçqalaya 13, Ərdəbil və Telavi şəhərlərinə isə 15 manata bilet əldə etmək olar.

Urmiya 27, Batumi, Məşhəd, Tehran, Həştərxan 40 manat, Kislovodsk 45, Stavropol 47, Təbriz və Nalçik 30, Saratov 70, Ulyanovsk 72, Rostov 80, Krasnodar 83, Samara və Tolyattiyə isə 90 manata səfər bileti əldə etmək mümkündür.

Bursa, İstanbul, Kazan, Kiyev və Moskva şəhərlərinə birbaşa gedən avtobusların qiyməti isə 100 manat təşkil edir.

Qeyd edək ki, gediş haqlarına baqaj qiymətləri daxil deyil. Baqaj qiymətləri gedəcəyiniz şəhərə və biletin qiymətinə əsasən 1,50-15 manat arasında dəyişir.
Avropa çaşıb - Gülər Əhmədovaİntsest (инцест) bilirsiniz nədir? Valideynlə övladın cinsi əlaqəsi. Avropada artıq intstestə icazə verən qanun layihəsi hazırlanır. Avropanın bir çox iqtidarı cinsi azlıqlardan ibarət olduğu üçün bu mümkün olub. Avropa, Avropa, sən nə edirsən? Ay başına daş düşsün, necə ki düşüb, bu nə dəlilikdir edirsən? Sən yaman çaşdın ha... Gültəkin Hacıbəyliyə bütün AŞPA-nın binalarına girməyi qadağan etdin. Niyə? Çünki, hələ də elə bilirsən ki, Gültəkin Hacıbəyli iqtidar deputatıdır? Keçıb ee müxalifətə, ay başıdaşlı Avropa... Bu müxalifətdə olan insanlar da həvəslə bu xanıma qulaq asırlar ki, gedim dərdimizi AŞPA-da, zadda deyəcək. Bu da bu. Sən demə, AŞPA-nın heç nədən xəbəri yoximiş ki... Yaxşı ki, hələ Avropaya getməyə stop qoymayıblar. İndi eks-deputat gələr, binanın qarşısında mitinq keçirər, baxarsınız. Utanmaz Avropa...

Eks-deputat deyir ki, mənə yazılan məktubu Səməd Seyidova göndəriblər. Təpənizə kül olmasın, yenə yazıqsınız.. Ay Avropa, Seyidova niyə? 8 ildir eee...
Bir igidin ömrü. Xanım deputat müxalifətdədir. Nə isə, dünəndən nə qədər adam çaş-baş olub ki, bu nə hikmətdir? Kim çaşıb? Yoxsa biz nəyi isə bilmirik? Biri də yazıb ki, nə olsun ki, deputat seçilmədiyi üçün keçdi müxalifətə. Bəs ondan qabaq neynirdi ki? Xanım Hacıbəyli də elə korrupsiya qalmaqalının üzvüdür də... Deyirəm həmin adama: "Adam, sənə ayıb olsun? Xanımın əlində nəsə tutmusan, şər-böhtan olmaz. Elə öyrənmisiniz ki, popuqay kimi kim nə desə təkrar etməyə. Ola bilməz! O elə xanım deyil. Vallah... Hamı korrupsioner ola bilər o nümayəndə heyətində, o... Nəbadə. İndi əgər yenə kimsə müxalifətə keçsə o nümayəndə heyətindən, o da çevrilib olacaq mələk, dürüst adam, xalqını sevən, azadlıq carçısı, demokrat, əzabkeş hüquq müdafiəçisi, sadə xalqın arxa-dayağı. Yəni, a-lya Hacıbəyli. Hələ ki, nə qədər iqtidardadırlar, hamısı rüşvətxor və korrupsionerdir.. Understand?

Axırı ki, bu instest qanunu məsələsini oxuyandan sonra bildim ki, 100 faiz Avropa çaşıb. Hələ rəhmətlik deputatımız var idi, yaxşı ki, sağ deyil Yoxsa o deyerdi ki, "Avropa qudurub""

Mən əlbəttə belə demərəm. Çünki Avropanı sevirəm, bir növü belə Avropapərəstəm. Niyə də olmayım? Gözəl tibb, təhsil, maşınqayırma, texnologiyalar ,...Hamısı Avropada..

Amma bir-iki məsələni də yerinə qoysa, əla olar. Birincisi, bizim deputatımızı çox nahaq yerə unutmusan, (ya da unutmamısan?) İkinci də ki, ay mütərəqqi materik, neynirsən? İnsest, eynicinsli nikahlar, axırda demoqrafik şok yaşayacaqsan. Ölkədə doğum olmayaq, ya da mutantlar doğulacaq. Bir də görəcəksən ki, Avropa müsəlmanlaşdı...Nağayrajağsan?

Gülər Əhmədova
sabiq deputat
"Baku Medical Plaza"dan uşaq ölümünü yayan jurnalistə şok təzyiq: "194 manat ödədiyim analizlərin...""Baku Medical Plaza"da beş aylıq uşağın ölümünü ictimailəşdirən jurnalist Fəxriyyə Eyyubzadəyə təzyiq edilir.

Bu barədə "Ölkə.Az"a F.Eyyubzadə özü məlumat verib. Onun sözlərinə görə, dünəndən bir neçə dəfə klinika nümayəndələri ona zəng vuraraq, yazını qərəzli olduğuna görə saytdan çıxarmağı tələb edirlər:

"Bildirdim ki, məhkəməyə müraciət etmək sizin haqqınızdır. Amma yenə də bir neçə dəfə zəng etdilər. Mən həmin görüntünü təsadüfən çəkmişəm. Bu klinikaya analiz vermişdim və 194 manat ödəmişdim. İndi analizlərin cavabını da ala bilmirəm. Deyirlər ki, yazı qərəzli olduğuna görə cavabları ala bilməyəcəksən. Halbuki 194 manat ödəmişəm".

Qeyd edək ki, "Baku Medical Plaza" ölən beş aylıq uşağın nənəsi Sona İsmayıl qızı Mustafayeva bildirib ki, qızdırma səbəbiylə uşağı sözügedən klinikaya gətiriblər. Əvvəlcə 500 manat depozit, ardınca daha 2000 manat ödəyiblər. Daha sonra valideynlərə bildiriblər ki, uşaq komaya düşüb və dünyasını dəyişib: "İndi də bizə deyirlər ki, 10 min manat ödəyin, meyidi sizə təhvil verək”.

İntiqam VALEHOĞLU
Ölkə.Az
Roza Əlinin qarşısında buna görə diz çökdü - Video“Maşın şou”nun ilk günündə Əli Mirəliyevə söz vermişdim ki, əgər maşını qazansam, xeyriyyə məqsədi üçün istifadə edəcəm. Bu hərəkətim üçün Əli Mirəliyev məni görəndə diz çökdü.

Kult.az xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli İnstaqram hesabında yayımladığı videoda söyləyib. O, ünvanına təhqir və nalayiq ifadələr yazan izləyicilərinə ismarış göndərib:

“Bu gün ARB TV-nin “Səhər-Səhər” verilişində Əli Mirəliyevin qarşımda diz çökməsinə görə sosial şəbəkələrdə mənə ağızlarına gələni yazırlar. Bu, mənim üçün böyük bir jest idi. Mən də onun qarşısında kiçikliyimi göstərmək üçün diz çökdüm.

Öz evində böyüyünə hörmət qoyan insan sosial şəbəkələrdə pələng olub, Əli Mirəliyevə söz deməz. Bir də görsəm ki, kimsə sosial şəbəkələrdə ağzına gələni yazır, o insanın nəsil-nəcabətini bir araya yığıb rüsvay edəcəm. Ona görə də ağıllı olun. Çünki Əli Mirəliyev kimi sözübütöv, kişi adam mənə nalayiq sözlər yazanların ailəsində yoxdur. Sonra gedib deməyin ki, Roza xalqı söydü. Roza xalqın bəzi düşük nümayəndələrinin başına ağıl qoydu. Ağıllı olun!”

Qeyd edək ki, Əli Mirəliyev ARB TV-nin “Səhər-Səhər” verilişində qonaq olan müğənni Roza Zərgərlinin qarşısında diz çökərək, “Sevdim səni, Roza” deyə mahnı oxuyub.

Bir müddət əvvəl “Maşın şou” 16-cı mövsümündə qalib olan Roza Zərgərli avtomobildən imtina edərək, maşının xeyriyyə məqsədləri üçün istifadə edilməsini istəyib.
Daxili İşlər Nazirliyinin əməkdaşları təltif edildiAzərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında” sərəncam imzalayıb.

Avrasiya.net-in məlumatına görə, sərəncama əsasən Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi münasibəti ilə və Azərbaycan Respublikasında ictimai təhlükəsizliyin və asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Daxili İşlər Nazirliyinin aşağıdakı əməkdaşları təltif ediliblər:

1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Usubov Ramil İdris oğlu – general-polkovnik

Eyvazov Vilayət Süleyman oğlu – polis general-leytenantı


2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Əliyev İsmət Rəşid oğlu – polis general-leytenantı

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Daşdəmirov Arzu Arif oğlu – polis general-mayoru

Əliyev Nazim Tələt oğlu – polis general-mayoru

Əliyev Yaşar Ədilxan oğlu – polis general-mayoru

Zeynalov Ramiz Məhəmmədəli oğlu – polis general-mayoru

“Vətən uğrunda” medalı ilə

Abbasov Rafiq Qoşunəli oğlu – polis general-mayoru

Abbasov Ədalət Yaqub oğlu – polis polkovniki

Aslanov Dilqəm Mikayıl oğlu – polis general-mayoru

Aslanov Həzi Arif oğlu – polis general-mayoru

Ağayev Baxşeyiş Ağakişi oğlu – polis polkovniki

Bayramov Cahangir Tofiq oğlu – polis polkovnik-leytenantı

Cabbarov Bəhruz Musa oğlu – polis polkovniki

Camalov Namiq Əliseyn oğlu – polis polkovniki

Əmiraslanov Habil Həbib oğlu – polis polkovniki

Əhmədov Mahir Bayram oğlu – polis polkovniki

Həsənov Elxan İslam oğlu – polis general-mayoru

Həsənov Elçin Hidayət oğlu – polis general-mayoru

Hüseynov Yadigar Hüsən oğlu – polis polkovniki

İbrahimov Məhəmməd Abdulkərim oğlu – polis polkovniki

Kazımov Elşən Lətif oğlu – polis general-mayoru

Kərimov Oqtay Əsgər oğlu – polis general-mayoru

Quliyev Mübariz İlyas oğlu – polis polkovniki

Qurskaya Levan Yuryeviç – polis polkovniki

Meftaxetdinova Zemfira Əliyevna – polis polkovniki

Məmmədov Eldəniz Kazım oğlu – polis polkovniki

Mirbabayev Mirnemət Rais oğlu – polis polkovnik-leytenantı

Musayev Musa Oqtay oğlu – polis polkovniki

Novruzov Səbuhi Məhərrəm oğlu – polis general-mayoru

Seyidov Mirqafar Mircəfər oğlu – polis general-mayoru

Səfərov Sərdar Süleyman oğlu – polis polkovniki

Süleymanov Elşad Süleyman oğlu – polis polkovniki

Şirinov Həsən Kamil oğlu – polis general-mayoru

Usubov Emil Ramil oğlu – polis general-mayoru

Yusifov Mahmud Şahmurad oğlu – tibb xidməti polkovniki

Zahidov Ehsan Əflan oğlu – polis polkovniki

“İgidliyə görə” medalı ilə

Əzimov Seyfulla Səttar oğlu – polis general-mayoru

Əsədov Adil Əsəd oğlu – polis polkovniki

Həsənov Ənvər Muxtar oğlu – polis polkovnik-leytenantı

Hümbətov İslam Möhsüm oğlu – polis polkovniki

İlyasov Eldar Müseyib oğlu – polis polkovniki

İsmayılov Namiq Qəzənfər oğlu – polis polkovniki

Mehdiyev Elnur Zakir oğlu – polis polkovniki

Məmmədov İlqar Paşa oğlu – polis polkovniki

Mirzəyev Sahib Cabbar oğlu – polis general-mayoru

Şəkinski Emin Əkrəm oğlu – polis general-mayoru

Şirinov Nüsrət Kamran oğlu – polis general-mayoru.
Azərbaycanda DƏHŞƏT – Məhkəmədə qadın hakim önündə qətlə yetirildiMingəçevir şəhərində kişi keçmiş arvadını bıçaqlayaraq qətlə yetirib.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, hadisə Mingəçevir Şəhər Məhkəməsində, məhkəmə zalında olub.

Mingəçevir şəhər sakini, 1981-ci il təvəllüdlü Əliyev Xalid Arif oğlu məhkəmə prosesi zamanı, hakimin gözü qarşısında keçmiş həyat yoldaşı, 1977-ci il təvəllüdlü Nəbiyeva Təranə Fərmail qızına hücum edərək üzərində gəzdirdiyi bıçaqla onun baş, boğaz və ürək nahiyəsindən bıçaq xəsarətləri yetirib.

Məlumata görə, ər və arvad 4 il əvvəl boşanıb və bir uşağı olan qadın alimentin artırılması üçün məhkəməyə müraciət edib. Məhkəmə prosesi zamanı qadın və kişi arasında mübahisə yaranıb. Əsəbiləşən keçmiş ər arvadını amansızlıqla qətlə yetirib.

Qadın ağır vəziyyətdə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.