Daha bir nəfər ildırım vurmasından öldü - YardımlıdaYardımlı sakinini ildırım vuraraq öldürüb.

"Report" xəbər verir ki, hadisə rayonun Daşkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1983-cü il təvəllüdlü Xəlilov Natiq Qüdrət oğlu əkin sahəsində mobil telefonla danışan zaman onu ildırım vurub.

Qeyd edək ki, analoji hadisə bu gün Masallıda da baş verib. İldırım rayon sakinini vuraraq öldürüb.
Bakıdan Qazaxa qonaq gedən məktəbli çayda batdıBu gün günorta saatlarında Qazax rayonunda Ağstafaçayda batan 14-15 yaşlı məktəblinin meyiti aşkarlanıb.

"Report"un məlumatına görə, bir neçə məktəbli uşaq həmin ərazidə çimən zaman 8-ci sinif şagirdi Elnar Muradxan oğlu Mustafayev suda batıb.

Onunla birlikdə olan uşaqlar qorxub oradan uzaqlaşıblar. Yaxınlıqdan keçən şəxslərdən biri çayın sahilində paltar və mobil telefon tapıb. Bununla bağlı polisə məlumat verilib. Əraziyə hüqüq mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb olunub. Aparılan axtarışlar nəticəsində uşağın meyiti tapılıb və müayinə olumaq üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qazax rayon şöbəsinə aparılıb.

Qeyd edək ki, E.Mustafayev Bakı şəhərindən Qazax rayonunun Ağköynək kəndinə qonaq gəlibmiş.
Zabit Səmədova bahalı hədiyyə verildi – FotoAzərbaycanlı K-1 ustası Zabit Səmədova qələbə qazanması münasibətilə bahalı hədiyyə verilib.

Çeçenistanın “Əhməd” kikboksinq klubu Səmədova "Gelandevagen" markalı avtomobil hədiyyə edib.

Xatırladaq ki, ötən gecə baş tutan qarşılaşmada Zabit Səmədov fransız rəqibi Freddi Kemayoya 5 dəqiqə davam edən görüşdə 50:46 hesabı ilə qalib gələrək Avropa çempionu tituluna yiyələnib.
Azərbaycanlı şagirddən mükəmməl kəşf: 3 saniyədə...Azərbaycanda 14 yaşlı məktəbli Riyad Orucov dünyada bənzəri olmayan 3 saniyədə enerji yığan smartfon layihəsi hazırlayıb.

Bu barədə məlumatı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yayıb.

Məlumata görə, NRYT və Yüksək Texnologiyalar Parkının 23 nömrəli orta ümumtəhsil məktəbində “İdeyadan Biznesə” layihəsi çərçivəsində təşkil etdiyi təlimdə Riyad Orucovun ideayası maraqla qarşılanıb. İdeyanın reallaşdırılması zamanı mobil qurğu 3 saniyə ərzində tam olaraq cərəyan toplayacaq.

Bununla əlaqədar YTP tərəfindən ona texniki və metodiki dəstək, ideyasının müəllif hüquqlarının qorunması, ideyanın patentləşdirilməsi, biznes-plana çevrilməsi və yaxın zamanlarda prototipin beta versiyasının hazırlanmasına dəstək göstərilir. Artıq bu istiqamətdə müvafiq işlərə başlanılıb.

Qeyd edək ki, O.Riyad 2004-cü ildə Bakıda anadan olub. Mühəndislik və texnika ilə maraqlanır. O, 12 yaşında telefon üçün enerji mənbəyini öyrənməyə çalışarkən mobil qurğu əlində partlayıb və bu hadisə onun texnikaya marağının daha da artmasına səbəb olub.
Deputat oğlu necə aldandı - TəfərrüatBakıda biznes qurmaq adı ilə külli miqdarda dələduzluq etməkdə təqsirli bilinən Elnur İbrahimovun törətdiyi cinayətlərin təfərrüatı məlum olub.

Axar.az xəbər verir ki, Elnur İbrahimov özgə əmlakının etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərindən ofis ləvazimatları və kartricləri gətirərək, satmağı, satışdan əldə olunan gəlirdən qazanc verəcəyi ilə tanışı Həbib Axundovu aldadıb.

Elnur İbrahimov Həbib Axundovdan 2012-ci ilin avqustundan 2013-cü ilin iyulun 28-dək olan müddətdə, müxtəlif vaxtlarda 125000 manat alıb. Həmin pulun 80000 manatını müxtəlif vaxtlarda hissə-hissə olmaqla qazanc adı ilə qaytarıb.

Elnur İbrahimov 28 iyul 2013-cü ildə bank hesabında 3000000 manat pulu olması, lakin vergi borcu olduğu üçün hesabından pulu çıxara bilməməsi, vergi borcunun ödənilməsi üçün ona pul lazım olması ilə aldadaraq Yasamal rayonunda yerləşən “Flame” çay evində Həbib Axundovdan 10000 manat alıb, ümumilikdə ona 55000 manat ziyan vurub.

Bundan başqa, Elnur İbrahimov təkrarən Dubay şəhərindən ofis ləvazimatları gətirmək adı ilə Həbib Axundovu aldadıb, 2012-ci ilin sentyabrından 2013-cü ilin iyulun 28-dək olan müddətdə, müxtəlif vaxtlarda Həbib Axundovun tanışı Fərman Məmmədovdan ümumilikdə 435000 manat alıb.

O, 2013-cü ilin iyununda Fərman Məmmədova eyni vədlər verib, 100000 manat alıb.

Daha sonra Elnur İbrahimov bank hesabında 300000 manat olduğunu, amma vergi borcu olduğu üçün həmin pulu çıxara bilməməsi adı ilə Fərman Məmmədovu aldadıb, ondan 40000 manat alıb.

Elnur İbrahimov həmin pulun 225000 manat hissəsinin müxtəlif vaxtlarda qazanc qazanc adı ilə qaytarıb, 350000 manatı isə öz xeyrinə yönətlməklə zərərçəkmişə qarşı dələduzluq edib.

Bundan başqa, Elnur İbrahimov Dubay şəhərindən ofis ləvazimatları gətirmək adı ilə daha bir neçə nəfərə qarşı dələduzluq edib, onların külli miqdarda pullarını ələ keçirib.

Elnur İbrahimovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baxılır.

Elnur İbrahimov Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq etmək) maddəsi ilə ittiham edilir.

İttiham aktına görə, Elnur İbrahimov ümumilikdə 1 milyon manata yaxın zərərçəkmişlərə ziyan vurub.

Cinayət işində 8 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Qeyd edək ki, cinayət işində adı keçən Həbib Axundov və onun dostu Fərman Məmmədov bizneslə məşğul olan şəxslərdir.
Məktəbin birincisi oldu - FOTOSuraxanı rayonu 282 saylı orta məktəbin 1-ci sinif şagirdi Əhmədova Ayla Asif qızı məktəbin 1-ci sinif şagirdləri arasında keçirilən Unikal tədris kursunda sınaq imtahanlarından müvəffəqiyyət qazandığından sertifikatla təltif olunub. Məktəbin direktoru Camal Əlirzayev və müəlimə Zaida Babayeva həmin təltifi məktəbdə təntənəli şəkildə A.Əhmədovaya təqdim edib. Müəllimə Z.babayeva Aylanın xüsusi istedada malik olduğunu və gələcəkdə yeni-yeni uğurlar əldə edəcəyinə inandığını qeyd edib.

A.Əhmədova daha yaxşı oxuyacağını, biliklərə yiyələnəcəyini və həm nümunəvi şagird, həm də təhsilini əla qiymətlərlə başa vuracağını, həyatını elmə, yaradıcılığa həsr edəcəyini bildirib. Sinif yoldaşları da Aylaya uğurlar arzulayıblar.
Məhkəmədən Təranə Qumralla bağlı şok qərarMüğənni Nazəninlə qalmaqal yaşayan Təranə Qumralın məhkəmədə hazırlıq iclası olub. İstintaq zamanı Təranə İbrahimovaya Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilib və onun barəsində başqa yerə getməmək barədə qəti iltizam qəti imkan tədbiri seçilib.

Bu barədə “Alter Eqo” hüquq şirkətinin baş direktoru Heyrat Qarayev Yenicag.az-a açıqlamasında belə deyib.

“Məhkəmədə hazırlıq iclası olub. Növbəti məhkəmə prosesi iyunun 7-sinə təyin olunub” – o əlavə edib.
27 yaşlı oğlanı telefonla danışarkən ildırım vurdu - MasallıdaMasallı rayonunda 27 yaşlı gənci ildırım vuraraq öldürüb.

Rayonun Mollaoba kənd sakini, 1991-ci il təvəllüdlü Fərid Xəzər oğlu Həsənov əmisi, Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Elsəvər Aslan oğlu Həsənovla birgə 4 gün əvvəl dünyasını dəyişən anasının məzarını ziyarət etməyə gedib.

Qəbiristanlıqda telefonla danışan F. Həsənovu ildırım vurub. Ətrafdakıların köməkliyi ilə Boradigah qəsəbə xəstəxanasına aparılsa da, onu xilas etmək mümkün olmayıb.

Yüngül xəsarətlər alan E. Həsənov isə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. (apa)
“Özü də bu biznesin içində olub...” - 24 yaşlı gəncin intihar təfərrüatıŞəkidə 24 yaşlı gəncin intiharı ilə bağlı yeni məlumat əldə edilib.

Rayon sakinlərindən birinin AzNews.az-a verdiyi məlumata görə, Orxan Elşən oğlu Məmmədov mayın 30-da səhər saatlarında intihar edib:

“Orxanın atasıgil 3 qardaşdır. Böyük qardaşları xərçəng xəstəsidir. Çox tərbiyəli, halal ailədirlər, öz zəhmətləri hesabına yaşayırlar. Şərikli ayaqqabı biznesləri var. Sexdə tikilən ayaqqabılar Şəki, Balakən, Oğuz, Qəbələ və Qaxın rayon bazarlarında satılır. Orxan özü də bu biznesin içində olub.

Orxanı mayın 30-da sexdə gördüm. Dalğın baxışları vardı. Hətta düşündüm ki, görəsən bu uşağa nə olub? Bu gün isə eşitdim ki, qapını arxadan bağlayaraq özünü asıb. Hadisəni eşidən kimi onun dalğın baxışları gözümün qabağına gəldi”.

Qeyd edək ki, Şəkidə intihar hadisəsi baş verib. Rayonun Axundov küçəsi, 126 ünvanında ayaqqabı sexində işləyən 1994-cü il təvəllüdlü Orxan Elşən oğlu Məmmədov sexin tavanından özünü asıb.