Kosmetoloq kimi özünü reklam edən Elnarə Rzayevanın aldığı təhsil hamını şoka saldı – DetallarKosmetoloq Elnarə Rzayevanın prosedurlarından sonra heç bir dəyişiklik müşahidə etməyən qadınlardan biri də yeni iddialar səsləndirib. Həmçinin kosmetoloqun təhsili ilə bağlı bəzi şok iddialar səslənir.

Minval.info redaksiyasına müraciət edən Xalidə Qasımova iddia edir ki, o, burnunu gel vasitəsilə kiçiltmək üçün Elnarə Rzayevaya müraciət edib. Kosmetoloq onu əmin edib ki, ağrısız prosedurdan sonra burnu 15 günə istədiyi formanı alacaq. Xanım bunun üçün öz iki aylıq maaşını – 400 AZN ödəniş də edib. Ancaq 1 ay keçsə də, heç bir dəyişiklik baş verməyib, xanım niyə belə olduğunu anlamaq üçün yenidən kosmetoloqun yanına getdiyini söyləyib:

“Heç pulu geri almaq məqsədi ilə getməmişdim. Sadəcə maraqlanırdım ki, burnumda nə zaman dəyişiklik baş verəcək. Mənə dedi ki, bir 400 manat da ver proseduru yenidən həyata keçirək. Bundan sonra mən əsəbiləşdim, tələb etdim ki, pulumu qaytarsın. Köməkçiləri məni dərhal otaqdan çıxardı. Arxamca “get hara istəyirsən şikayət elə” dedi”.

Müştəri otaqdan çıxarıldıqdan sonra mərkəzdə Elnarə Rzayevanın qəbuluna düşmək üçün növbə gözləyən qadınlara yaxınlaşıb. Onlara bildirib ki, kosmetoloq onları da aldadacaq, prosedurların heç bir xeyri olmur: “Bu zaman elə köməkçiləri məni mərkəzdən çıxardılar. Dedilər, “ixtiyarın yoxdur, burada oturub müştərilərə təzyiq göstərəsən. Çıx çölə, vəssalam”.

Digər bir iddia isə Elnarə Rzayevanın təhsili ilə əlaqəlidir. Bildiyimiz kimi, Azərbaycanda heç bir ali təhsil müəssisəsində kosmetologiya ixtisası üzrə təhsil yoxdur. Bu sahədə çalışanların bəziləri Azərbaycan Tibb Universitetində dermotologiya və gigiyeniya ixtisasına yiyələniblər, digərləri isə sadəcə 3-4 aylıq kurslardan sertifikat alıblar. Bu cür kursların təhsil səviyyəsi şübhə doğurur və 4 aydan sonra dərhal kosmetoloq kimi çalışa bilmək mübahisə doğurur. İddialara görə, Elnarə Rzayevanın müxtəlif sertifikatları olsa da, o, Rusiyanın Saratov şəhərində texnikomda maşınqayırma ixtisası üzrə təhsil alıb.

Həmçinin Səhiyyə Nazirliyi vəkil sorğusuna cavab verərkən bildirib ki, Elnarə Rzayevanın Tibbi Və Əczaçılıq ilə bağlı lisenziyası yoxdur. Bildirilib ki, Elnarə Ramiz qızı Rzayeva adında şəxs praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olması üçün sertifikasiya prosesində iştirak etməyib və bununla bağlı onun Səhiyyə Nazirliyinə müraciəti daxil olmayıb.

Kosmetoloq Elnarə Rzayevanın haqqında günlərdir irəli sürülən bir çox iddia ilə bağlı artıq 2 gündür onla əlaqə saxlamağa çalışsaq da, bu mümkün olmayıb. Köməkçiləri hər zəngimizdə bizimlə daha sonra əlaqə saxlanılacağını desələr də, nəticədə heç bir cavab almaq mümkün olmayıb.
Nazirin təyin etdiyi direktor rüşvət tələbinə görə istefa verdi – ŞOK FAKTLAR AÇIQLADILənkəranda imtahanda yüksək bal topladıqdan sonra sabiq təhsil naziri Mikayıl Cabbarovun əmri ilə məktəb direktoru vəzifəsinə təyin olunan gənc müəllim Fazil Gülverdiyev Lənkəran şəhər Təhsil şöbəsinə rüşvət vermədiyi üçün məcburi olaraq istefa ərizəsi yazaraq vəzifəsindən uzaqlaşdırılıb.

Fazil Gülverdiyev Unikal.org-a müsahibəsində iddia edib ki,Lənkəran şəhər Təhsil şöbəsinin keçmiş rəhbəri tərəfindən ondan dəfələrlə rüşvət tələb olunduğuna görə, məcburi şəkildə ərizə yazaraq vəzifəsindən istefa verib:

-Siz iddia edirsiz ki, sabiq şöbə rəisinin tələbi ilə ərizə yazmısız. Bəs necə məktəb direktoru ola bildiniz?

-Hazırda Lənkəran rayonu Tükəvilə kənd tam orta məktəbində müəllim işləyirəm. Özüm ali məktəbi fərqlənmə diplomu ilə bitirmişəm. Bir kitabın müəllifiyəm. 2016-cı ildə Təhsil Nazirliyi Lənkəran rayonunda yerləşən 14 məktəb üzrə direktor vəzifəsinə vakansiya elan etmişdi. 2016-cı ildə keçirilən direktorların işə qəbulu imtahanında 60 sualdan 50-sinə düzgün cavab verərək 50 bal topladım. İmtahanda ən yaxşı nəticə toplayan 4 müəllim arasında oldum. Bundan sonra, növbəti mərhələdə Təhsil Nazirliyinin məsul işçilərindən ibarət komissiyanın təşkil etdiyi müsabiqədən yüksək bal topladım. 10 gündən sonra sabiq təhsil naziri Mikayıl Cabbarovun əmri ilə Lənkəran rayonu Tükəvilə kənd tam orta məktəbinə direktor təyin olundum. Daha sonra sabiq təhsil naziri Mikayıl Cabbarov yeni direktorlarla görüş keçirdi və hər birimizi təbrik etdi.

-Bundan sonra nə baş verdi?

-Bundan sonra rayona qayıtdım. Lənkəran şəhər Təhsil şöbəsinin sabiq müdiri Şəhanə Əhmədova məni qəbul etdi. O məndən yeni vəzifəmə görə, rüşvət tələb etdi.
Bildirdi ki, pul verməliyəm, əks halda nazir mənimlə bağlı verdiyi əmri geri götürəcək. Soruşdum nəyə görə? Cavab olaraq əlavə etdi ki, 7 min pul verməliyəm. Səbəb kimi, sözügedən vəsaiti müvafiq icra orqanlarına çatdıracağını bildirdi.

-Bəs siz rüşvət verdinizmi?

-Bəli. Şəhanə Əhmədova məndən 7 min manat pul aldı. İstəmədim ki, yeni işimdə hansısa problem yaransın. Onun tələb etdiyi pulu tapıb, özünə verdim. Bundan sonra məktəbə getdik və təhvil-təslim aktı aldım. Məktəbdə dərs bölgüsü apardım, kollektivlə işə başladım. Orada heç vaxt olmayan müasir, qanunvericiliyə uyğun qaydalar tətbiq etdim. Bütün kənd camaatı da bu dəyişikliklərdən razı idilər. Məktəbdə şagirdlərin dərsə davamiyyəti də yaxşı idi. Bir neçə ay üzərindən keçdikdən sonra, gözlənilmədən Şəhanə Əhmədova məni məktəb direktoru kimi sıxışdırmağa başladı.

-Rüşvət verdiyiniz halda nəyə görə sizi sıxışdırırdı?

-Məndən əvvəl məktəbdə direktor əvəzi Günay İsmayılova idi. O, bu vəzifəyə təyin olunmaq üçün Şəhanə Əhmədovaya 8000 manat rüşvət vermişdi. Məndən sonra, Əhmədova məcbur olub, Günayı Veravul kənd 2 nömrəli orta məktəbinə direktor əvəzi təyin etdi. Çünki, Günay xanım ondan pulunu tələb edirdi. Halbuki, Günay İsmayılova Təhsil Nazirliyinin direktorların işə qəbulu imtahanında 2016-cı ildən bəri 2 dəfə iştirak etmiş, lakin birinci mərhələni belə keçə bilməmişdir. İmtahanda cəmi 16 bal toplamışdı.

-Siz bunu hardan bilirdiz ki, o, Şəhanə Əhmədovaya rüşvət verib?

-Mən direktor təyin olunandan sonra, Günay İsmayılova müəllim kimi məktəbdə çalışırdı. Dəfələrlə Ş.Əhmədovanın yanına gedir, ondan pulunu tələb edirdi. Bundan sonra, sabiq şöbə rəisi məcbur olub, Günay İsmayılovanı Veravul kənd 2 nömrəli orta məktəbinə direktor əvəzi təyin etmişdi. Məqsədi onu sakitləşdirmək, ora-bura şikayət etməsinin qarşısını almaq idi. Bundan sonra onların əsas işi məni məktəbdə vəzifəmdən kənarlaşdırmaq oldu. Bu məqsədinə də Şəhanə Əhmədova qısa müddət ərzində çata bildi.

-Sizə hansı yollarla təzyiqlər edilirdi?

-Şəhanə Əhmədova məktəbə dəfələrlə yoxlama göndərir, fəaliyyətimdə nöqsanlar tapmağa çalışırdı. Fəaliyyətimdə qüsur tapmaq üçün oktyabr, noyabr ayında məktəbə kompleks yoxlama göndərdi. Heç bir problem tapa bilmədi. Məni təhsil şöbəsinə çağırıb, yenidən rüşvət tələb etdi. Bu dəfə rüşvətin məbləği 5 min manat idi. O etiraf etdi ki, Günay İsmayılovadan rüşvət alıb: "Hazırda da G.İsmayılova rəhbəri olduğun məktəbin direktor əvəzi olmaq üçün mənə 5 min rüşvət təklif edir. Bu məbləği sən mənə versən, vəzifəndə qala bilərsən”. Müəllimlərin maaşları hesabına, hər ay təhsil şöbəsinə 199 manat rüşvət göndərirdik.

-Siz 5 min də rüşvət verdiniz?

-Xeyir. Bu dəfə bu məbləğdən imtina etdim. Çünki, bu məbləği verə bilməzdim. Mən Şəhanə Əhmədovaya dedim ki, biz müəllimik, aylıq maaş alırıq. Sizin tələb etdiyiniz pulu mən hardan gətirə bilərəm? Hər dəfə çağırıb, bir problem çıxarırsız.Bundan sonra məktəbdə müəllimlərlə aramda müəyyən problemlər yaratmağa başladı. Haqqımda şöbəyə şikayət olundu. O, yenidən məni şöbəyə çağırıb, vəzifəmdən getmək üçün ərizə yazmağımı tələb etdi. Bildirdi ki, özün ərizə yaz, fəaliyyətində ciddi nöqsanlar var, əks halda özüm səni qovacam. Məcbur olub, ərizə yazdım və cənab sabiq nazir də işdən azad olunmağım üçün əmr verdi. Şəhanə Əhmədova Günay İsmayılovanı yenidən məktəbimizə direktor əvəzi təyin etdi. Nəhayət hər ikisi arzularına çata bildilər.

-Məsələ ilə bağlı nazirliyə niyə müraciət etmədiniz?

-Hər yerə müraciət etmişəm. Günay İsmayılova Tükəvilə kənd tam orta məktəbində hazırda qanunsuz əməllərlə məşğuldur. Mən onları videoya da çəkmişəm. Əlimdə sübutlar da var. Lənkəran rayonu Tükəvilə kənd tam orta məktəbində dərs zamanı pullu məşğələ keçirlər. Buna sübut kimi, məktəbin riyaziyyat müəllimi Kəmalə Quliyevanı da videoya çəkmişəm. Başqa fakt! Qanunla direktor müavini məktəbdə yalnız 6 saat dərs deyə bilər. Amma, Günay İsmayılova başqa yolla direktor müavini Murad Əzizova pul qazanmasına şərait yaradıb. Belə ki, başqa müəllimin adına əlavə dərs saatı yazdırır. Maaş dövründə bu pulu sözügedən müəllimin kartından çıxararaq Murad müəllimə verir. Bunlar ciddi maliyyə pozuntularıdır. Hər iki faktla bağlı müvafiq qurumlara müraciət etmişəm. Həmçinin bir neçə gün əvvəl məktəbdə qanunsuz pullu məşğələ keçən müəllimin görüntüsünü də Lənkəran rayon polis şöbəsinə təqdim etmişəm. Bu işi də bağlamaq istəyirlər.

-Şəhanə Əhmədova vəzifəsindən azad olunandan sonra onunla bağlı hüquq-mühafizə orqanlarına şikayət etmisiz?

-Bəli. Baş Prokurorluğa bununla bağlı müraciət etdim. Prokurorluqda cinayət işi açıldı və o istintaqa dəvət edildi. O, izahatında məndən rüşvət almadığını bildirdi. Bunun üçün məndən sübut tələb olundu. Halbuki, 7 min manat pulu mən onun qəbul otağında vermişəm. Qəbul otağına daxil olan zaman telfonlarımızı da əlimizdən alırdılar. Rüşvət verdiyimi Baş Prokurorluğa sübut edə bilmədiyim üçün iş onun xeyrinə bağlandı.

-Hazırda Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimovdur. O bu barədə nə deyir?

-Sonuncu maliyyə pozuntuları ilə bağlı A.İbrahimova da müraciət etmişəm. O, başqa yerlərə şikayət etməməyim üçün, 2-3 dəfə məni şöbəyə çağırıb.

-Şöbəyə çağırıb sizə nə təklif edib?

-Bildirib ki, sənə vəzifə verəcəyik. Amma çatışmamazlıqlarla bağlı heç yerə müraciət etmə!

-Yeni şöbə rəhbəri sizi hansı vəzifəyə təyin etmək istəyir?

-Deyir ki, rayonun özündə məktəblər var. Yeni tədris ilindən səni onların birinə yerləşdirəcəm. Cavab olaraq bildirdim ki, mən direktor vəzifəsində çalışmışam, hazırda isə bu vəzifəyə iddiyam yoxdur. Sadəcə olaraq tələbim ondan ibarətdir ki, nöqsanlar aradan qaldırılsın. Hər məktəb şöbəyə aylıq "haqq” ödəyir. Məbləğ müxtəlifdir. Şagird və müəllim heyyətinin sayına görə, aylıq rüşvətin məbləği də dəyişir.
İranlı diplomatlar BAXCP-də olublarBu gün İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin birinci müşaviri Əli Abbasi Xotbehsara və səfirliyin ikinci katibi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) mərkəzi mənzil-qərargahında BAXCP-nin sədri, millət vəkili Qüdrət Həsənquliyevlə görüşüblər. Görüşdə Azərbaycan-İran əlaqələri və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə BAXCP-nin baş katibi Yaşar Kələntərli, Ali Məclisin sədri Vaqif Abışov və BAXCP sədrinin müavini Elçin Mirzəbəyli də iştirak edib.
“Lotu Quli”nin yeri bilindi – Yeni VİDEOSUAzadlığa çıxdıqdan sonra Türkiyənin İstanbul şəhərini özünə məskən seçən “Lotu Quli” ləqəbli “qanuni oğru” Nadir Səlifov burada çox qala bilmədi.

Onun fəaliyyətindən narahat olan Türkiyə höküməti Səlifovu ölkədən çıxararaq onu arzuolunmaz şəxs elan edib.

İstanbuldan Dubaya yollanan “Lotu Quli”nin hazırda Rusiyanın Sankt-Peterbuq şəhərində olduğu ehtimal edilir. Lakin burada Səlifovun işləri qaydasında getməyə bilər. Məsələ burasındadır ki, 2016-cı ildə İstanbulda qətlə yetirilən digər azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin klanına daxil olan Hacı Beyləqanski də məhz sözügedən şəhərdədir. Bu səbəbdən onların tezliklə qarşı-qarşı gələcəyi istisna deyil.

Yenicag.az “Lotu Quli”nin Türkiyədən çıxarıldıqdan sonra çəkilmiş videosunu yayıb.

Videodan göründüyü qədəri ilə Səlifov məkanların birində öz yaxınları ilə bir masa ətrafında yığışıb.
Bakıda 2 gənc söyüş söyən yaşlı kişini belə döydü – VİDEOBakının Səbail rayonunda iki gənc oğlan yaşlı kişini döyüb.

Görüntülərdən aydın olduğu kimi tərəflər arasında əlbəyaxa dava olub.

Hadisə Seyid Rüstəmov küçəsində təxminən günorta, saat 12 radələrində baş verib.

Axundov bağının ətrafında baş verən hadisə zamanı əvvəlcə yaşlı kişi qarşısına qəfil çıxan yük maşınının sürücüsü ilə mübahisə edib. Daha sonra söyüş söyən yaşlı kişiyə yaxınlıqdan keçən gənclər irad bildirib.

Bundan sonra yaşlı kişi ilə gənclər arasında dava başlayıb. Hadisənin görüntüləri anbaan kameraya düşüb. Ətrafdakı insanlar davaya müdaxilə edib və dalaşan şəxsləri uzaqlaşdırıb.

Davanın görüntüsünü təqdim edirik:

Baku.ws
Bin Laden Qərbi hədələyib Əl-Qaidə terror təşkilatının lideri Üsamə bin Ladenin oğlu Həmzə bin Laden Qərbi atasının qisasını almaqla hədələyib. Həmzə həmçinin Səudiyyə Ərəbistanında monarxiyanı devirməyi, müsəlmanların müqəddəs şəhərləri olan Məkkə və Mədinəni tutmağı planlaşdırır.

Publika.az xəbər verir ki, “RİA Novosti” agentliyi onun atasının yerini tutmağa nə dərəcədə bacarıqlı olduğunu araşdırıb.

Üsamə bin Ladenin ən azı iyirmi uşağı var idi. Amma Həmzə Əl-Qaidə banisinin üçüncü arvadı – Xayriyyə Sabarın tək oğlu idi. Üsamə bin Laden onun anasının dini fanatizmini yüksək qiymətləndirirdi və gənc müvafiq ruhda tərbiyə edilirdi.

Əl-Qaidə tərəfindən yayılan videoda 9 yaşlı Həmzə şərlə əbədi mübarizə haqqında şerləri oxuyur, Əfqanıstanda ABŞ-ın taliblər tərəfindən vurulmuş təyyarənin fonunda poza alırdı. Onu Pakistanın baş naziri Bənazir Bhuttonun qətlində iştirak edən terrorçuların iştirakçıları arasında xatırlayırdılar.

2010-cu illərin əvvəllərində cihadçılarda təşəbbüs Əl-Qaidədən İŞİD-də keçdi və keçmiş terrorçunun oğlu informasiya məkanından itdi. Güman edilirdi ki, o öldürülüb. Ancaq 2015-ci ildə Həmzə bin Laden internetdə videomüraciət yayaraq özünü xatırlatdı. Aydın oldu ki, o, Əl-Qaidə iyerarxiyasında əsas yerlərdən birini tutur və təşkilatın qocalan lideri Ayman əl-Zəvahirinin sağ qoludur.

Həmzə bin Laden Səudiyyə Ərəbistanındakı tayfaları monarxiyaya qarşı qiyama, həmçinin onun hərbi rəqibi - Yəməndəki qiyamçı qruplardan birinin tərəfinə keçməyə çağırdı.

“Səudiyyə Ərəbistanında xatırlayırlar ki, o terrorçudur. Və daim vurğulayırlar: o, sadəcə mənşəcə səudiyyəlidir, amma vətəndaşlıqdan məhrum edilib”, - Rusiyanın Dövlət Humanitar Universitetinin professor Qriqoriy Kosaç deyib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının cəmiyyətində tayfalara bu cür çağırışlar mənasını hələ də saxlayır. Ancaq ekspert ümid edir ki, kiçik səudiyyəliyə qulaq asmayacaqlar.

Siyasi Texnologiyalar Mərkəzinin birinci vitse-prezidenti Aleksey Makarkin qeyd edib ki, tayfalar Ər-Riyada qarşı qəzəbli olsalar da, onlar Həmzə bin Ladenlə razılaşıb-razılaşmayacağı sual doğurur.

“Krallığın faktiki başçısı vəliəhd şahzadə Məhəmməd bin Salman ölkəni ağır əllə idarə edir. Yaxın vaxtlarda bi çox Səudiyyə şahzadəni həbs etdi. Sülalənin nümayəndələri qadın xətti üzrə müxtəlif tayfalardan ibarətdir. Dövlətin banisi Əbdul-Əziz ibn Səud ölkənin birliyini möhkəmləndirmək üçün bir çox tayfa ilə nikahlarla birləşirdi. Onun nəvələri və əmioğluları hər kəs öz tayfasına rəğbət göstərirlər. Onların arasında münaqişə dövlətin sabitliyini hədələyir”, - Makarkin hesab edir.

Taxtının varisi Məhəmməd bin Salman əmindir ki, Həmzə bin Laden Tehrandan kömək alır.

“Üsamə bin Ladenin oğlu Əl-Qaidənin yeni başçısıdır. O İranda yaşayırdı və indi bu ölkədən kənarda hərəkət edir. Amma ona onsuz da dəstək göstərirlər”, - krallığın ikinci şəxsi güman edir.

Şahzadənin fikrincə, üsyan və Səudiyyə Ərəbistanında monarxiyanın devrilməsinə çağırışlar yalnız farslar üçün əlverişlidir. Tehranda isə bu ittihamları qəti surətdə inkar edirlər.

ABŞ-da da İranı Əl-Qaidə ilə əlaqələrdə ittiham edirlər. Vaşinqton “Əl-Qaidə”nin maliyyələşdirilməsində Tehrandan şübhələnir. Təsadüfi deyil ki, ABŞ-ın dövlət katibi Mayk Pompeonun mayın 21-də İrana qarşı açıqladığı 12 şərtdən biri də Əl-Qaidəyə dəstəyin dayandırması ilə bağlı idi. Lakin İranın terror təşkilatına dəstəyi barədə konkret sübutlar yoxdur və Tehran Vaşinqtonun ittihamlarını rədd edir.

Ancaq bu məlumdur ki, Həmzə bin Laden bir müddət həqiqətən İranda ev həbsi altında olub. Açıq mənbələrdə onun niyə ev həbsi altında olduğu və necə azadlıq əldə etdiyi bildirilmir.

Həmzə bin Ladenin böyük Yaxın Şərq siyasətinə qayıdışı İŞİD-in İraq və Suriyada məğlubiyyətə uğraması fonunda baş verir. Məyus olmuş döyüşçülər müsəlman dünyası üzrə dağılıblar və görünür, bir çoxu yeni liderini axtarırlar. Belə şəraitdə Əl-Qaidə rəhbərliyin operativ dəyişməsinin hesabına üstünlüyü İŞİD-dən ala bilər. Terror təşkilatlarının tədricən birləşməsi sə istisna edilmir.

Həmzə bin Laden atasının tərəfdarlarını ətrafında toplamağa müvəffəq olacaqmı, bunu isə zaman göstərəcək.
Trampın Əliyevə 3 məktubu və erməni lobbisi... - Əli HəsənovCənub Qaz Dəhlizi Azərbaycanın liderliyi ilə həyata keçirilən qlobal və tarixi layihədir.

Axar.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi Əli Həsənov ötən gün açılışı edilən Cənub Qaz Dəhlizi ilə bağlı fikirlərini bildirərkən qeyd edib. Ə.Həsənov Azərbaycanın dövlət müstəqilliyi əldə etdikdən sonra onun nəhəng neft və qaz ehtiyatlarının hasilatı və dünya bazarına çıxarılmasının gündəlikdə duran ən mühüm məsələlərdən biri olduğunu vurğulayıb.

Cənub Qaz Dəhlizinin qısa tarixi və texniki göstəriciləri

"Ümummilli lider Heydər Əliyevin böyük səyləri nəticəsində 1994-cü il sentyabrın 20-də “Əsrin kontraktı”nın imzalanması Azərbaycanın güclü iqtisadi potensialının formalaşdırılmasında müstəsna rol oynamış, regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə vermişdir.

Azərbaycanın neft ehtiyatlarının dünya bazarına çıxarılması ilə bağlı məsələlər həll edildikdən və 2006-cı ildə Bakı-Tiflis-Ərzurum qaz kəməri istifadəyə verildikdən sonra böyük Azərbaycan qazının Avropa qitəsinə nəqli ciddi müzakirə mövzusuna çevrilmişdir.

2007-ci il iyulun 3-də Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" yatağından hasil edilən təbii yanacaq Bakı-Tiflis-Ərzurum qaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil olmuşdur.

NABUKKO da daxil olmaqla, təklif olunan müxtəlif variantlar ətrafında aparılan çoxsaylı müzakirələr nəticə vermədiyinə görə, Azərbaycan növbəti dəfə öz liderlik keyfiyyətlərini nümayiş etdirmiş və yeni “Cənub Qaz Dəhlizi” ideyasını irəli sürmüşdür.

2011-ci ildə Avropa İttifaqı ilə Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat - strateji enerji əməkdaşlığına dair memorandum imzalamış və bununla da “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması ilə bağlı tarixi addım atılmışdır.

2012-ci il iyunun 26-da Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair Saziş imzalanmış və hər iki dövlətin qanunverici orqanları həmin Sazişi ratifikasiya etmişlər.

2013-cü il iyunun 30-da isə TAP layihəsi üzrə beynəlxalq saziş imzalanmışdır. TAP və Şahdəniz konsorsiumlarının imzaladığı sazişlə ilk dəfə olaraq Azərbaycan qazı Avropa bazarına birbaşa çıxış əldə etmişdir.

2015-ci ildə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının birinci iclası, sonra kı illərdə isə daha üç toplantı keçirilmiş və layihənin reallaşdırılması ilə bağlı mühüm qərarlar qəbul olunmuşdur.

Beləliklə, Azərbaycanın liderliyi və beynəlxalq tərəfdaşları ilə birgə səyləri nəticəsində Cənub Qaz Dəhlizinin 4 komponenti – “Şahdəniz - 2”, Azərbaycandan başlayaraq Gürcüstan-Türkiyə sərhədinə kimi uzanan Cənubi Qafqaz Boru Kəməri, Türkiyə ərazisindən keçən TANAP və Yunanıstan, Albaniya və İtaliyanı birləşdirən TAP-la bağlı prinsipial razılaşmalar əldə olunmuş və layihənin gerçəkləşdirilməsinə başlanmışdır.

“Cənub Qaz Dəhlizi”nin uzunluğu 3.5 min kilometr təşkil edir. Kəmər 1.2 trilyon kubmetr ehtiyata malik “Şahdəniz” yatağından qazın hasilatını və Avropa bazarına ötürülməsini təmin edəcək. Layihənin dəyəri 40 milyard dollar həcmində dəyərləndirilir".

Əli Həsənov bildirib ki, iyunun 12-də TANAP-ın rəsmi açılışından sonra Türkiyə bazarına 6 milyard kubmetr qaz ötürüləcək, 2020-ci ildə isə daha 20 milyard kubmetr qaz Avropaya nəql ediləcək. 2026-cı ilə kimi kəmərin ötürmə qabiliyyətinin 31 milyard kubmetrədək artırılması mümkündür. Növbəti mərhələdə Türkmənistan, İran və İraq qazının bu kəmər vasitəsilə dünya bazarına çıxarılması məsələsi nəzərdən keçirilə bilər:

"Məhz Prezident İlham Əliyevin qətiyyəti, milli maraqlara əsaslanan düşünülmüş və prinsipial siyasəti Cənub Qaz Dəhlizinin həyata keçirilməsini təmin etmişdir".

Cənub Qaz Dəhlizi Azərbaycanın liderliyi ilə həyata keçirilən nəhəng beynəlxalq layihədir

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Cənub Qaz Dəhlizinin açılış mərasimində qeyd etmişdir ki, bu layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı.

Cənub Qaz Dəhlizinin icrasında yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya iştirak edir, eyni zamanda, üç Balkan ölkəsi – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun da növbəti mərhələdə bu layihəyə qoşulacağı gözlənilir. Bu, artıq layhənin qlobal xarakterini və böyük beynəlxalq əməkdaşlıq platforması üzərində ucaldığını göstərir.

Cənub Qaz Dəhlizi ilə nəql olunan təbii yanacağın 9 Avropa şirkəti tərəfindən alınması nəzərdə tutulub. Bunlar ingilis-holland "Shell" şirkəti, Bolqarıstanın "Bulgargaz", Yunanıstanın DEPA, Almaniyanın "Uniper", Fransanın "Engie", İtaliyanın "Hera Trading", "Edison" və "Enel" və İsveçrənin AXPO şirkətləridir.

Azərbaycan, Gürcüstan və Türkiyə arasında olan əməkdaşlıq Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum və digər önəmli layihələrin gerçəkləşməsində baza rolunu oynayır".

Prezident köməkçisi vurğulayıb ki, digər mühüm enerji layihələrində olduğu kimi, ABŞ Cənub Qaz Dəhlizinin reallaşmasına siyasi və mənəvi dəstək göstərmiş və hərtərəfli kömək etmişdir:

"ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı son 3 məktublarda bildirmişdir:

- Azərbaycan və ABŞ mürəkkəb regional çağırışların həlli üçün birgə işləyərək sıx tərəfdaşlıq edirlər;

- Tramp təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində ikitərəfli əməkdaşlığı, habelə uzunmüddətli ticarət əlaqələrini yeksək qiymətləndirir;

- qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaqdır;

- Azərbaycan firavan və qlobal iqtisadiyyata bağlı ölkədir;

- Azərbaycanın böyük neft yataqları dünya enerji bazarına sabitlik gətirir;

- Azərbaycanın qaz hasilatı Türkiyə və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcəkdir;

- ABŞ Azərbaycanla 30 illik əməkdaşlığın Cənub Qaz Dəhlizi kimi mühüm nailiyyətini Azərbaycanla birlikdə qeyd edir;

- ABŞ Azərbaycanın enerji layihələrinin uğurunu möhkəmləndirəcək iqtisadi və hüquqi islahatların davam etdirilməsini dəstəkləyir;

- Bizim böyük dövlətlərimizin və Qafqaz regionunun daha firavan, dinc və təhlükəsiz olması naminə Sizinlə birgə işləmək əzmindəyəm.

Göründüyü kimi, Prezident Donald Tramp ABŞ-la Azərbaycan arasında mövcud olan əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirir və bu əməkdaşlığın davam etdirilməsinə sadiq​olduğunu bəyan edir.

ABŞ Azərbaycanı regionun güclü, firavan, qlobal iqtisadiyyata bağlı, təhlükəsizlik və sabitliyin təmin olunmasına mühüm töhfə verən ölkəsi kimi qiymətləndirir, Prezident Donald Tramp bundan sonrakı dövrdə də Prezident İlham Əliyevlə işləmək əzmini ifadə edir.

ABŞ ən yüksək səviyyədə Azərbaycanla əlaqələrinin dəyərini xüsusi qeyd edir və birgə əməkdaşlığın davam etdirilməsindən məmnunluğunu açıq göstərir".

Ə.Həsənovun sözlərinə görə, buna baxmayaraq, Amerikada fəaliyyət göstərən erməni lobbisi və onun təsiri altında olan Kristofer Smit, Bred Şerman kimi konqresmenlər hər vəchlə bu əməkdaşlığa xələl gətirməyə və iki dövlət arasında strateji tərəfdaşlıq əlaqələrini pozmağa çalışırlar:

"Onlar Amedika dövlətinin deyil, erməni lobbisinin və Ermənistanın maraqlarını medafiə və ifadə edirlər. Bu tipli şəxslərin Amerikanın dövlət siyasəti və ABŞ rəsmilərinin Azərbaycamna pozitiv münasibəti ilə heç bir əlaqəsi yoxdur".

Ə.Həsənov qeyd edib ki, Böyük Britaniya Cənub Qaz Dəhlizinin reallaşmasına güclü dəstək verib, BP şirkəti energetika sahəsində həyata keçirilən çoxsaylı layihələrin əsas investoru olub:

"Avropa İttifaqı Cənub Qaz Dəhlizi və digər enerji layihələrinin icrasında çox önəmli rol oynamışdır. 2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında “Cənub Qaz Dəhlizi” haqqında Birgə Bəyannamənin imzalanması ilə bu mühüm layihənin əsası qoyulmuş, sonrakı dövrdə də Aİ bu çərçivədə həyata keçirilən tədbirlərə güclü dəstək vermişdir".

Cənub Qaz Dəhlizinin əhəmiyyəti

"Cənub Qaz Dəhlizi:

- qarşıdan gələn 100 il ərzində Azərbaycan xalqına xidmət edəcək və milli iqtisadiyyatın inkişafında mühüm faktor olacaq;

- Azərbaycanın regionda və Avropada əhəmiyyətinin artmasını, Azərbaycanla Qərb arasında münasibətlərin daha yüksək pilləyə qalxmasını şərtləndirəcək. ABŞ Prezidenti D.Tramp bildirmişdir: “Enerji sahəsində ABŞ-Azərbaycan əməkdaşlığı bu il ilk qazın Cənub Qaz Dəhlizi vasitəsilə nəqli sayəsində zirvəyə yüksəlmişdir”;

- Azərbaycanın təkcə enerji ixrac edən ölkə kimi deyil, həm də onu nəql edən və tranzit ölkə kimi əhəmiyyəti artacaq;

- Avropanın enerji təchizatının şaxələndirilməsində ciddi faktora çevriləcək;

- region ölkələrinin öz enerji resurslarını dünya bazarına çıxarmaq üçün yeni mənbə rolunu oynayacaq;

- regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayacaq;

- dövlətlər və xalqlar arasında qarşılıqlı əməkdaşlığın, işguzar əlaqələrin inkişafına töhfə verəcək;

- regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasına ciddi təsir göstərəcək;

- layihədə iştirak edən bütün ölkələr, şirkətlər mənfəət əldə edəcək, yeni iş yerləri yaradılacaq və insanların rifahının yüksəlməsinə pozitiv təsir göstərəcək.

Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi Azərbaycanın liderliyi ilə həyata keçirilən, tarixi əhəmiyyətə malik, xalqımızın firavan gələcəyini təmin edən, regionda, Avropada təhlükəsizliyin, əməkdaşlığın məhkəmlənməsinə xidmət göstərən qlobal layihədir"
ABŞ İranı məhv edir: Bu şirkətlər Tehrandan üz çevirdiİri gəmiçilik şirkətləri ABŞ-ın sanksiyalarının bir neçə ay sonra qüvvəyə minəcəyinə rəğmən, artıq indidən İrana məxsus yüklərin daşınmasından imtina etməyə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “ Vol Strit Jurnal” qəzeti yayıb. İrandan üz döndərən şirkətlər arasında Danimarkanın “Maersk Layn” və İsveçrənin MSC şirkətlərinin yer aldığını bildirilib.

“İnanmıram ki, hansısa şirkət İranla çalışmaq istəyəcək. Əgər sanksiyalar işə düşsə, bütün gəmiçilik şirkətləri Tehrandan üz çevirəcəklər”, – deyə “Maersk Layn”ın baş direktoru Soren Skou deyib.

“Vol Strit Jurnal”ın iddiasına görə, ABŞ sanksiyaları ucbatından tanker sahibləri də əziyyət çəkəcəklər. Belə ki, artıq indidən onlar digər regionlara öz gəmilərini göndərməyə başlayıblar:

“İranın tanker daşımalarından kənarda qoyulması şirkətlərə güclü təsir göstərəcək. Ən azından İran beşinci ən böyük neft istehsalçısıdır. Tehran aprel ayında rekord həcmdə - sutkada 2,6 milyon barrel neft ixrac edib. İxrac edilən məhsul daha çox Hindistan, Çin, Cənubi Koreya və Yaponiyaya daşınıb. Sanksiyalardan sonra Çin gəmiçilik şirkətləri tədarükün iki dəfədən çox azalacağını düşünürlər”.
Nazir iki rəisi işdən çıxardıBu gün Kənd Təsərrüfatı Nazirliyində qurumun tabeliyindəki strukturların, Ərazi Kənd Təsərrüfatı İdarələrinin rəhbərlərinin iştirakı ilə toplantı keçirilib.

Bunu Report-a Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Hüseynov deyib.

Onun sözlərinə görə, işlərində yol verdikləri ciddi nöqsanlara görə Ağstafa və Yardımlı Rayon Kənd Təsərrüfatı İdarələrinin rəisləri Əliyev İltifat Abı oğlu və İsmayılov Fəxrəddin Baxış oğlu tutduqları vəzifədən azad olunublar.
Eldar Mahmudovun məhkəməsi başladıBu gün Nəsimi rayon Məhkəməsində "MTN işi" üzrə zərərçəkmiş şəxs qismində tanınan Mətləb Mustafayevin iddia ərizəsi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın xəbərinə görə, prosesə sədrlik edən hakim Emin Mehdiyev bildirib ki, M. Mustafayevin imzası ilə Nəsimi rayon Məhkəməsinə üç iddia ərizəsi daxil olub.

M. Mustafayev sabiq milli təhlükəsizlik naziri, general polkovnik Eldar Mahmudov, general mayor Məzahir Yaqubov və MTN-in baş istintaq idarəsinin müstəntiqi olmuş Elşən Murtuzovla bağlı iddia qaldırıb.

Hər üç şikayət ayrı-ayrılıqda məhkəməyə daxil olduğu üçün ayrıca icraatlara verilib.

Eldar Mahmudov və Məzahir Yaqubova qarşı iddia ərizələri ayrı-ayrı icraatda hakim Emin Mehdiyevin icraatına, Elşən Murtuzovla bağlı iddia ərizəsi Rəşid Səmədovun icraatına verilib.

Hakim bildirib ki, hər üç şikayətin mahiyyəti eynidir və bu səbəbdən həmin işlərə ayrı-ayrı icraatlarda baxıla bilməz.

Sonra Eldar Mahmudovun vəkili Cavid Rzazadə bildirib ki, M. Mustafayevin müvəkkilinə qarşı iddia ərizəsi bundan əvvəl Yasamal rayon Məhkəməsində icraata götürülüb: “Həmin məhkəmədə iddiaçı Maliyyə Nazirliyinin də cavabdeh qismində tanınması barədə əlavə qeydlər verdi, işin baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilməsini istədi. Yasamal rayon Məhkəməsi iddia ərizəsini əvvəlcə qeydiyyat üzrə icraata götürüb, sonra da Nəsimi rayon Məhkəməsinə göndərməsini düşünmürdük. Amma əksi oldu, iş bu məhkəməyə göndərildi. Biz hesab edirik ki, bu da qanunsuzdur”.

Cavid Rzazadə qeyd edib ki, Mətləb Mustafayev bundan əvvəl Səbail rayon Məhkəməsində MTN-in Baş istintaq İdarəsinin rəisi Mövlan Şıxəliyevə qarşı iddia ərizəsi qaldırıb, məhkəmənin 10 may 2018-ci il tarixli qətnaməsi var: “Həmin qətnaməyə əsasən, Maliyyə Nazirliyi 5 min manat cərimə olunub. Bir iş üzrə ayrı-ayrı iddia ərizəsi icraata götürülməsi mümkün deyil. Bu səbəbdən bundan əvvəlki qətnamə nəzərə alınmalıdır və bu iddia ərizəsi icraata götürülməməlidir. İddiaçı indi ayrı-ayrı şikayətlər verib, hər kəsi günahkar biləcək”.

Hakim deyib ki, iddia ərizəsi üzrə araşdırma aparılandan sonra qətnamə elan ediləcək.

Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, "MTN işi"ndə zərərçəkmiş qismində tanınan Mətləb Mustafayev keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovu məhkəməyə verib.

Yasamal Rayon Məhkəməsində iddia qaldıran M.Mustafayev sabiq nazirin sifarişi ilə şərlənərək həbs edildiyini yazıb və E.Mahmudovun ona 100 min manatdan çox pul təzminatı ödəməsini tələb edir. M. Mustafayev bu pulun Maliyyə Nazirliyindən tutulmasını, nazirliyin isə pulu Eldar Mahmudovdan almasını istəyir.

Mətləb Mustafayev əvvəllər Dövlət Əmlak Komitəsində, 2014-cü ilədək Azərsu ASC-də iqtisadçı işləyib.

O, 2014-cü ilin sentyabrında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs edilib. İttihama görə, Mətləb Mustafayev istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq odlu silah əldə etməkdə təqsirləndirilib.