Sensasiya! Əli Kərimlinin Rusiyadan göndərilən pulları mənimsəməsi AXCP və MŞ-da aranı qatdıBir müddət öncə AXCP sədri Əli Kərimliyə yaxın olan şəxslərin ətrafında başladılan hüquqi prosedurların mahiyyəti nəhayət, rəsmi məlumatla açıqlandı. Öncədən də gözlənildiyi kimi, bu araşdırmalar dolayısı ilə Əli Kərimliyə çatan, mənbəyi bəlli olmayan pul vəsaitləri ilə bağlıdır.
Və ən maraqlısı və ipucu verən məqam da bu pulların AXCP sədrinə məhz Rusiyadan axıdılmasıdır...

2013-cü ilin prezident seçkiləri ərəfəsində ortaya çıxan Milli Şura projesinin Moskvadan idarə edilməsi şübhə doğurmurdu. MŞ layihəsi, ümumiyyətlə, Rusiya paytaxtında hazırlanmış, daha sonra Bakıya ixrac edilmiş, onun da başına Rusiya vətəndaşlığı olan kinorejissor Rüstəm İbrahimbəyov gətirilmişdi. Daha sonra ictimai rəy, hüquqi baryerlər və iqtidarın kəskin müqaviməti bu layihənin başındakı adamın - İbrahimbəyovun Azərbaycanda siyasi blok lideri olmasına imkan vermədi. Rüstəm müəllim özü də həbsdən qorxdu, Azərbaycandan dönməmək üzrə qaçdı və Bakıdakı layihəsini Moskvadan yönətməyə üstünlük verdi. Zamanla bu layihə AXCP sədri Əli Kərimlinin nəzarətinə keçdi. Dönük bir professoru Milli Şuraya sədr qoyan Kərimli qısa zamanda bu təşkilatı tam istifadəsinə aldı, AXCP-nin bir şöbəsinə çevirdi və ondan bərk yapışdı. Anlaşılan bu idi ki, Kremldəki bəzi dairələrin himayəsi ilə qurulan bu qurumun bağlantıları Kərimliyə çox lazım idi. 2013-cü ildən sonra later vəziyyətdə davam edən bu gizli bağlantılar AXCP sədrinin maddi gözləntilərini ödəməli idi...

Rusiyadan Azərbaycan siyasətinə axıdılan pullarla bağlı aparılan əməliyyat və rəsmi açıqlamalar səhnəni tam olaraq aydınlaşdırır. Kərimlinin nəzarətindəki Milli Şuranın ‘beşiyini’ hələ də Moskva yırğalayırmış...

Yayılan rəsmi məlutada nələr vurğulanrıdı, bir yada salaq. Rəsmi dil bir az ağırdı, lakin hər abzası diqqətlə oxuyanda məsələni başa düşmək olur. Məsələn, giriş sitatı olaraq bu parçanı seçək; ‘Prokurorluq və daxili işlər orqanları tərəfindən ölkənin iqtisadi maraqlarına qarşı yönəlməklə sahibkarlıq fəaliyyətinin qanunla müəyyən edilmiş qaydalarına qəsd edən cinayətlərin aşkarlanaraq qarşısının alınması istiqamətində həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) adlı qurumun funksionerlərindən Əli Kərimli, Qənimət Zayidov, Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov və digərlərinin Bakı şəhər sakinləri Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov, Tural Mehdixanov və qeyrilərinin üzv olduqları qurumun respublikamızda və xaricdə dövlətimizə, dövlətçiliyimizə və milli maraqlarımıza zidd olaraq keçirilən tədbirlərinin maliyyələşdirilməsi üçün qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş külli miqdarda çirkli pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətmələrinə dair kifayət qədər sübutlar toplanıb’...

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumatda daha sonra bildirilir ki, Rusiya Federasiyasında yaşayan Saleh Rüstəmov çirkli pul vəsaitlərinin əldə edilməsinin mənbəyini gizlətmək məqsədilə “Sahibkarlıq fəaliyyəti haqqında” qanunun, Vergi Məcəlləsi və digər normativ-hüquqi aktların tələblərini pozaraq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan, vergi ödəyicisi kimi uçotda durmadan, həmçinin xüsusi razılıq (lisenziya) olmadan banklar və digər kredit təşkilatlarının müstəsna funksiyalarına aid faktiki bank fəaliyyətini həyata keçirmək məqsədi ilə AXCP-nin fəaliyyətinin maliyyələşdirilməsi üçün Rusiyada təbliğat aparıb.

Saleh Rüstəmov daha sonra biznes strukturlarında çalışan və əvvəllər tanıdığı ayrı-ayrı Azərbaycan vətəndaşlarından hər ay toplayaraq Moskva şəhərində kommersiya bankında açdığı hesabına keçirdiyi 30 min ABŞ dollarını 2016-cı ilin mart ayından etibarən, Bakı şəhərində valyuta əməliyyatlarının qanunsuz köçürülməsi ilə məşğul olan Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov və Tural Mehdixanov vasitəsilə Vidadi Rüstəmliyə çatdırılmasını təmin edib. V. Rüstəmlinin həmin vəsaitləri qəbul edib Aqil Məhərrəmov, Ruslan Nəsirov və Babək Həsənova, onların isə AXCP-nin funksionerlərinə vermələri ilə, ümumilikdə 412 min ABŞ dollarını AXCP-nin tədbirlərinin maliyyələşdirilməsinə, dəstə üzvlərinin iqtisadi maraqlarının təmin olunmasına və digər maliyyə əməliyyatlarının həyata keçirilməsinə, beləliklə də cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətmələrinə əsaslı şübhələr müəyyənləşib.

Həmin xüsusatlar Saleh Rüstəmov, Vidadi Rüstəmli, Ceyhun Hüseynov və başqalarının ifadələri, digər istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə təsdiqlənib, müvafiq ekspertizanın rəyi ilə qeyd olunan şəxslərin mobil cihazlarında pul vəsaitlərinin qeyri-qanuni dövriyyəsinə dair texniki sübutlar əldə edilib.

İş üzrə dindirilmiş Babək Həsənov, Ruslan Nəsirov, Aqil Məhərrəmov qeyd olunan qanunsuz əməlləri etiraf edərək, təmsil etdikləri qurumun fəaliyyət və tədbirlərinin maliyyələşdirilməsi üçün Saleh Rüstəmovun Moskva şəhərindən göndərdiyi pul vəsait lərini Vidadi Rüstəmlidən qəbul edib Əli Kərimli və digər şəxslərə verdiklərini bildiriblər. Onların yaşadıqları ünvanlarda aparılmış axtarışlar zamanı qanunsuz pul dövriyyəsini, çirkli pulların leqallaşdırılmasını təsdiqləyən bank kartları və başqa sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb.

Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov, Eltac Əlisoy Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

İstintaqdan gizləndiyi üçün Eltac Əlisoy barəsində axtarış elan olunub.

Təqsirləndirilən şəxslərin cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulan müdafiə, hüquqi yardım almaq və sair hüquqları tam təmin edilib.

Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayımlanan məlumatlar isə istintaqa təsir göstərmək, cinayət işini süni surətdə siyasiləşdirərək cəmiyyətdə qəsdən yanlış fikir formalaşdırmaq və ictimai rəyi çaşdırmaq məqsədi güdür.

Hazırda Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin aidiyyatı qurumları tərəfindən cinayət işi üzrə hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirkar şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində qanunvericilikdə nəzərdə tutulan zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Diqqətçəkən odur ki, bu faktlar açıqlanmazdan 1 gün əvvəl Əli Kərimli və onun ətrafında olan şəxslər Saleh Rüstəmovun guya istintaq təcridxanasında müəmmalı şəkildə ölməsi barədə haray salmışdılar. Bu fakt təsdiqini tapmadı və ardınca gələn rəsmi məlumatlar Əli Kərimlinin narahatlığının nədən ibarət olduğunu ortaya çıxardı.

Amma Əli Kərimlini narahat edən təkcə bu faktların deşifrə edilməsi deyil. Onun təşvişi həm də növbəti dəfə öz ətrafına pul “atmasının” ifşa olunmasıdır. Bununla bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub. Xəbər ondan ibarətdir ki, çevrəsinə pul kələyi gəlməyə adət etmiş Əli Kərimli Rusiyadan gələn külli miqdarda vəsaitlə bağlı da ənənəsinə sadiq qalıb. Bizi bilgiləndirən bir cəbhəçinin dediklərindən: “Məlum olur ki, Rusiyadan hər ay AXCP-yə müntəzəm olaraq 30 min dollar pul gəlib. Əli Kərimli bunun hesabatını saxta şəkildə verirmiş. Üzə çıxıb ki, o, hətta ən yaxınlarına və təşkilatdakı əlaqədar şəxslərə yalan məlumat olaraq bildirirmiş ki, guya hər ay Rusiyadan ona 500, bəzən 1000 dollar məbləğində dəstək gəlir. Düz 30 dəfə saxtakarlıq edib!

Təşkilatdakı mötəbər mənbə iddia edir ki, rəsmi məlumatların və həbs olunanların verdiyi ifadələrin ardınca AXCP-də ara qarışıb. Məlum olub ki, Moskvadan hər ay Milli Şura və AXCP adlı qurumlara nəzarət edən Əli Kərimliyə 30 min dollar civarında vəsait gəldiyi halda, ortaya bundan 30 dəfə az pul çıxıb. Belə anlaşılır ki, Kərimli qalan vəsaitləri gizli şəkildə Londonda yaşayan öz ailəsinə yönləndirirmiş. Ana müxalifət adına bir mənbədən - Moskvadan daxil olan vəsait isə nə az, nə çox - 412 min dollardır! Heç şübhəsiz, oğurlamağa öyrəşmiş Əli Kərimli başqa mənbələrdən də ona daxil olan vəsaitlərlə bu cür rəftar edib. Məhz bu səbəbdən də AXCP-Milli Şura alyansında ara qarışıb. Funksionerlər heyrət və qəzəb içindədir. Mənbəmiz deyir ki, yaxın günlərdə tanınmış bir sıra simaların bəyanat verərək, Əli Kərimlinin ətrafını tərk etməsi gözlənilir. Hətta bəzi funksionerlərin Əli Kərimlinin bu maxinasiyaları haqda açıq danışacağı, sosial şəbəkələrdə məlumat verəcəyi də istisna deyil.

İddiaya görə, böyük oğurluğu üzə çıxan Əli Kərimli bu etirazların qarşısını almaqda acizlik çəki.

musavat.com
Əli Həsənov indoneziyalı jurnalistlərlə görüşübMayın 29-da Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının dəvəti ilə Azərbaycana gəlmiş indoneziyalı jurnalistlərlə görüşüb.

Avrasiya.net xəbər verir ki, görüşdə Əli Həsənov Azərbaycanın tarixindən, mədəniyyətindən, xalqımızın adət-ənənələrindən, İslam dininin bu bölgədə yayılması və spesifikasından, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyətindən, mövcud olduğu qısa müddətdə həyata keçirdiyi mühüm tədbirlərdən, dövlət idarəçiliyində demokratik normaları bərqərar etməsindən, eləcə də Cümhuriyyətin süqutu və Azərbaycanın SSRİ-nin tərkibindəki 70 illik tarixindən danışıb.

Prezidentin köməkçisi, həmçinin qonaqlara 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra keçdiyi uğurlu inkişaf yolu, ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan dövlətinin qurulması, əldə edilən böyük nailiyyətlər, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun yaratdığı fəsadlar, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları barədə məlumat verib.

Görüşdə Əli Həsənov jurnalistlərin suallarını cavablandırıb. Ölkəmizə səfərlərinin onlarda zəngin təəssürat yaratdığını qeyd edən indoneziyalı media təmsilçiləri Azərbaycandakı multikultural və tolerant mühitin, Bakının gözəlliyinin, bütövlükdə Azərbaycanda gördükləri inkişaf proseslərinin onları valeh etdiyini bildiriblər.
Siyəzən gəncləri Cümhuriyyətin 100 illiyini qeyd etdi Siyəzən rayonunda “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı, Siyəzən rayon Təhsil Şöbəsi və Siyəzən rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə yeniyetmə və gənclərin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin və Milli Ordunun 100 illik yubileyi ilə əlaqədar olaraq hərb tariximizin və qəhrəmanlarımızın təbliği məqsədlə Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə turnir keçirilb.

Açılış mərasimində çıxış edən layihənin rəhbəri Ramin Mahmudov tədbirin keçirilməsinin məqsədindən danışaraq bildirib ki, Azərbaycanın hərb tarixinin, onun zəngin təcrübəsinin, qəhrəmanlarımızın, ordu xadimlərimizin tanıdılması, eyni zamanda da Xalq Cümhuriyyətimizin və Milli Ordumuzun yaranmasının 100 illiyinin gənclər arasında təbliğ edilməsi layihənin əsas məqsədidir.

Layihə eyni zamanda “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsi bəndinin icrasının da həyata keçirilməsinə dəstək vermək məqsədi daşıyır.

Rəsmi hissədə çıxış edənlər Siyəzən rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov, Siyəzən rayon Təhsil Şöbəsinin əməkdaşı Gündüz Səmədli layihənin keçirilməsinin əhəmiyyətini qeyd etmiş, yeniyetmə və gənclərin intellektual oyunlar vasitəsilə həm də yeni biliklər aldıqlarını bildirmişlər.
Rəsmi hissədən sonra turnirə start verilmişdir.

Gərgin mübarizə şəraitində keçən yarışda qalibi müəyyən etmək üçün əlavə suallara ehtiyac yaranmışdır. Nəticədə “İstiqlal” komandası 16 xalla turnirin qalibi adını qazanmışdır. “Flaqman” 15 xalla ikinci “Marşal” komandası isə 12 xalla üçüncü yeri tutmuşdur.

İlk 2 yeri tutan komandalar Quba şəhərində keçiriləcək zona finalında iştirak etmək hüququ qazanmışlar.
Yekunda qalib və mükafatçılara layihə çərçivəsində kubok, medal, diplom və digər hədiyyələr təqdim edilmişdir.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə “Hərb tariximizin intellektual oyunlar vasitəsilə təbliği” layihəsi əsasında keçirilmişdir.
Siyəzən gəncləri Cümhuriyyətin 100 illiyini qeyd etdi
Siyəzən gəncləri Cümhuriyyətin 100 illiyini qeyd etdi
Siyəzən gəncləri Cümhuriyyətin 100 illiyini qeyd etdi
Putin Azərbaycana yeni səfiri təyin etdiRusiya prezidenti Vladimir Putin Mixail Boçarnikovun Rusiyanın Azərbaycandakı səfiri təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Virtualaz.org TASS-a istinadən bildirir ki, müvafiq sərəncam rəsmi hüquqi informasiya portalında dərc edilib.

70 yaşlı M.Boçarnikov bundan əvvəl Rusiyanın Qazaxıstandakı səfiri olub. O, diplomatik missiyasını 2018-ci ildə başa vurub. Buradakı fəaliyyəti dövründə Qazaxıstan hakimiyyəti ilə sıx əlaqələr qurmağı bacaran səfirin demək olar ki, hökumətlə heç bir problemi yaşanmayıb. Məlumatlara görə, Boçarnikov həm də NATO əleyhdarı kimi tanınır.

Xatırladaq ki, 2009-cu ildən Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin idi. Keçən ilin 27 noyabrında Rusiya Federasiyasının prezidenti Vladimir Putinin sərəncamı ilə o, tutduğu vəzifədən azad edilib.
Əfv sərəncamı ilə azadlığa çıxan şəxs yenidən həbs olunduPrezidentin əfv etdiyi şəxs yenidən cinayət törədib.

Cinayət məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə təqsirləndirilən Mərdanov Orxan Abzər oğlunun məhkəmə prosesi may ayının 31-də Sabunçu Rayon Məhkəməsində hakim Süleyman Ağayevin sədrliyi ilə keçiriləcək.
İttiham aktında göstərilir ki, bu ilin fevral ayında 29 yaşlı Orxam Mərdanov narkotik vasitələrdən qanunsuz istifadə etdiyinə görə, Sabunçu RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, 1989-ci il təvəllüdlü Orxan Mərdanov 2015-ci il dekabr ayının 28-də Prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.
“Zaur efirdə fahişəliyi təbliğ etdiyi üçün Vüqar Qaradağlının üzünə tüpürmüşəm” – Rəşid Mahmudovdan ŞOK AÇIQLAMALARAzərbaycan Tibb Universitetinin (ATU) dosenti, tanınmış alim Rəşid Mahmudov ATV-də yayımlanan “Zaurla günaydın” proqramını sərt şəkildə tənqid edib.

Rəşid Mahmudov Sfera.az-a açıqlamasında sözügedən verilişin aparıcısı Zaur Baxşəliyevi hədəf alıb:

“Axı Zaur Baxşəliyev kimdir ki, onun qonaqları da nə olsun? Mən televiziyada açıq şəkildə demişəm ki, Azərbaycanın bəzi telekanalları xalqımızın mənəviyyatını pozmaqla məşğul olur. O necə aparıcılıqdır? Arvad efirdə şıllaq atır, müğənni neyləyir və sairə. Axı bu cür adamlar nə üçün efirə buraxılır? Həmin Zaur Baxşəliyevi mən bir neçə il əvvəl ifşa edib üzünə tüpürmüşəm. Həmin Zaur efirdə fahişəliyi, əxlaqsızlığı təbliğ edir. ATV-nin Vüqar Qaradağlı adında keçmiş prezidenti vardı. Allah onun atası Aydın Qaradağlıya rəhmət etsin. Heyf o cür atadan ki, onun belə oğlu var. Bir neçə il öncə bütün bunlarla bağlı Vüqar Qaradağlıya şikayətimi bildirdim. Gedib qəfil Vüqar Qaradağlının otağının qapısını açıb ona dedim ki, sizin bu millətə yazığınız gəlmir. Dedim ki, ayıb deyil, Zaurun o cür veriliş aparmasına nə üçün icazə verirsiniz? Ona bildirdim ki, belə çıxır ki, Sovet İttifaqı dövründə millətimizin namusunu ruslar qoruyub. “Ayıbdır” deyib, üzünə tüpürdüm. Sonra da qapını vurub çıxdım”.

Rəşid Mahmudov bildirib ki, bu cür verilişlərdə insanları sındırırlar:

“Özləri də sındırılır, arvadları da onlara kişi kimi baxmır”.
Azər Qasımlı Baş Prokurorluğa çağırıldı“ReAl” hərəkatının Məclis üzvü Azər Qasımlının saxlanılması ilə bağlı məlumatlar yayılıb.

Hərəkatın icra katibi Natiq Cəfərli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, A.Qasımlı bu gün günorta saatlarında Baş Prokurorluğa çağırılıb:

“Ona bildiriblər ki, rəhbərlik söhbət etmək istəyir. Amma hansı məsələ ilə bağlı çağırıldığı bəlli deyil. Ordan sonra da Yasamal Rayon Polis İdarəsinə aparılıb, hazırda oradadır. Onu da bildiriblər ki, polis idarəsinin rəhbərliyi də söhbət etmək üçün çağırıb. Azər Qasımlı Baş Prokurorluğa öz maşını ilə getmədiyi üçün idarəyə prokurorluğun əməkdaşlarından birinin avtomobili ilə aparılıb. Yəni polis maşınında aparılmayıb. Buna görə də saxlanılıb-saxlanılmadığını da dəqiq deyə bilmirik. Onun dəvət olunması ilə bağlı rəsmi açıqlama da yoxdur, özü ilə əlaqə saxlaya bilmirik”.

N.Cəfərli qeyd edib ki, A.Qasımlının Cümhuriyyətin 100 illiyi ilə bağlı paytaxtda keçirilən yürüşlə əlaqədar çağırıldığını təxmin edirlər.
İtkin düşən müəllimin öldürüldüyü məlum oldu - FOTOŞirvanda itkin düşən orta məktəb müəlliminin öldürüldüyü məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanları mayın 24-də itkin düşmüş Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayevanın qətlə yetirildiyini müəyyənləşdiriblər.

Hazırda istintaq əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun mətbuat xidmətlərinin bu gün yayılmış birgə məlumatında bildirilir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 5 fevral 2018-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitələr - çəkisi 1565,50 qram narkotik vasitə olan heroin və 500 ədəd həbdə təsir miqdarı 20 qram metadon, külli miqdarda psixotrop maddə – çəkisi 307,34 qram təşkil edən metamfetamini qabaqcadan əlbir olan bir qrup şəxs halında İran İslam Respublikası ərazisindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirən Ağarzayev Mehman Şakir oğlu və Sadıqov Nəriman Telman oğlu ifşa edilərək saxlanılıb.

Faktla bağlı başlanılmış cinayət işi üzrə Mehman Ağarzayev və Nəriman Sadıqov barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Davam edən istintaqla cinayət əməllərinin törədilməsində həmin şəxslərlə birgə iştirakı müəyyən edilən Şirvan şəhər sakini Abdullayev Xəyal Hüseynağa oğlunun yaşadığı evdə keçirilmiş axtarış zamanı onun satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda – ümumi çəkisi 77,4 qram 258 ədəd güclü təsir edən maddə olan preqabalin həbləri aşkar edilərək götürülüb. X. Abdullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar zamanı məlum olub ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin əməkdaşı, fəaliyyəti dayandırılmış MTN-ə 2006-cı ildə hərbi xidmətə qəbul olunmuş Ağayev Rövşən Firudin oğlu və onunla əlbir olan Şirvan şəhər sakini Əmirov Mətləb Sabir oğlu Şirvan şəhər sakini Abdullayeva Sarayxanım Nadir qızından sonuncunun oğlu təqsirləndirilən şəxs X. Abdullayevin həbsdən buraxılmasına köməklik edilməsi adı altında dələduzluq yolu ilə xeyli miqdarda pul alıblar.

Araşdırmalarla həmçinin müəyyən edilib ki, S. Abdullayeva 24 may 2018-ci il tarixdə itkin düşüb.

Qeyd olunan faktlar üzrə başlanmış cinayət işi üzrə həyata keçirilən birgə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində R. Ağayev Dövlət Təhlükəsizliyi Xidməti orqanlarından xaric edilib və iş üzrə R. Ağayev və M. Əmirov şübhəli şəxs qismində saxlanılıblar.
Musa Yaqubun vəziyyəti getdikcə pisləşirHazırda Musa Yaqubun vəziyyəti stabildir.

Bu sözləri Kult.az-a açıqlamasında Azərbaycanın böyük şairi Musa Yaqubun kürəkəni Faiq Qarayev söyləyib.

“Parkinson xəstəliyindən əziyyət çəkdiyinə görə danışa, əl-ayağını tərpədə bilmir. Həkimlər tez-tez gəlib müayinə edir. Hazırda İsmayıllıda müalicəsi davam edir. Rahat şəkildə ayağa qalxıb yeriyə bilmir, eləcə yatır. Hərdən hava almağa çıxarırıq, yeməyini özümüz yediririk”.

F.Qarayev hər gün xeyli adamın şairə baş çəkməyə gəldiyini deyib:

“Tanışları, dostları hamısı gəlib baş çəkir, zəng edib hal-əhval tuturlar. Ramiz Rövşən, Baba Vəziroğlu, Sabir Rüstəmxanlı, Yaqub Zurufçu və s. - sağ olsunlar, gəlib yoluxurlar, maraqlanırlar”.

Qeyd edək ki, tanınmış şair Musa Yaqub bir müddətdir xəstə yatır.