Prezident bu məşhurların övladlarına ad verdi - SiyahıAzərbaycan Respublikası Prezidenti İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Fəxri adlara layiq görülənlərin arasında məşhur şəxslərin, korifey sənətkarların övladları da var.

Görkəmli bəstəkarlarımız Qara Qarayevin oğlu Fərəc Qarayev və Fikrət Əmirovun oğlu Cəmil Əmirov xalq artisti adını alan sənətkarlardandır.

Bu fəxri ada layiq görülənlərin arasında unudulmaz aktrisa Nəsibə Zeynalovanın oğlu, aktyor Cahangir Novruzov və əfsanəvi cazmen Vaqif Mustafazadənin qızı, pianoçu Əzizə Mustafazadə də var.

Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti, iş adamı Araz Ağalarovun oğlu, müğənni Emin Ağalarov və millət vəkili Ziyad Səmədzadənin qızı, bəstəkar Aygün Səmədzadə xalq artisti fəxri adını alanlardandır.
“Necə qışqırdımsa, təzyiqim qalxdı” – Xalq artisti olan aktrisaAzərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında” sərəncamına əsasən xalq artisti adına layiq görülən Naibə Allahverdiyeva təəssüratlarını bölüşüb.

Axşam.az-a açıqlama verən aktrisa bildirib ki, xəbəri eşidəndə həyəcandan təzyiqi qalxıb:

“Həyatımda bir qızım dünyaya gələndə belə sevinmişdim, bir də indi. Mayın 28-də həm ölkəmizdə gözəl bayramdı, həm də mənim ad günümdür. Yubileyim ərəfəsində ən böyük hədiyyə “xalq artisti” adı almağım oldu. 30 ildir sənətdəyəm, mənə verilən bu qiymət əvəzolunmazdır.

Səhər Həsən adlı aktyor dostum zəng vurub təbrik etdi. İnanmadım ki, zarafat edir. Axşam “Leyli və Məcnun” tamaşasında oynayacam. Sevincimdən necə qışqırdımsa, qan təzyiqim yüksəldi. Adam sevincdən ölə bilərmiş. Həyat yoldaşıma zəng etdim ki, gəl yanıma, pisəm. Prezidentimizə təşəkkür edirəm, çalışacam bu etimadı doğruldum”.
Azərbaycanla sərhəddə zabit Akopyanın meyiti tapıldıErmənistanın istintaq orqanları zabit Amayak Akopyanın ölümünü araşdırır. Virtualaz.org xəbər verir ki, zabitin cəsədini hərbi hissələrdən birinin ərazisində tapıblar. Ermənistan İstintaq Komitəsi bildirir ki, cəsəddə güllə yarası aşkar edilib-güllə zabitin sinəsini deşib çıxıb.

Akopyanın meyitinin rotanın yataq otağında tapıldığı bildirilir. İnsidentin baş verdiyi hərbi hissə Azərbaycanla sərhəddə yerləşib, lakin sərhədin hansı hissəsindən söhbət getdiyi məlum deyil. Ermənistan Müdafiə Nazirliyi insidenti şərh etmir.
Qarabağda avqustda müharibə başlaya bilərErmənistanda 20 il insanları azərbaycanlılarla vuruşanlar - Robert Koçaryan, Serj Sarkisyan idarə ediblər. İndi ölkənin sükanı arxasında, ehtimal ki, çox uzun müddətə yox, Nikol Paşinyandır – o vuruşmayıb, amma 2016-cı ilin aprelindəki dördgünlük döyüş əməliyyatları vaxtı "səngərlər qazıb".

Ekspertlər cəmiyyətində belə bir fikir var ki, futbol üzrə Dünya çempionatından sonra, hansı ki, tezliklə Rusiyada keçiriləcək, Moskva Qarabağda hərbi əməliyyatlara göz yumacaq. Yeri gəlmişkən, gürcü politoloqu Qela Vasadze belə variant istisna etmir.

Qarabağ münaqişəsinin nizama salınması prosesi silkələməyə ehtiyac duyur, amma çox güclü silkələnməyə yox. Bu haqda isə öz məqaləsində Britaniya jurnalisti, Karneqi Fondunun eksperti Tomas de Vaal yazırb.

Onun sözlərinə görə, Paşinyanın Qarabağ münaqişəsi ilə bağlı ilk şərhləri məhz belə silkələməyə hesablanmışdı. "O, “Qarabağ Ermənistanın "ayrılmaz hissədir" deyərkən diplomatdan çox, kütlə arasından çıxmış adam kimi danışırdı. Görünür, Paşinyan milli təhlükəsizliyin təminatında öz mandatını təsdiq etdirmək ehtiyacı duyur və Qarabağ ermənilərini onlarla birlikdə olduğuna inandırmaq istəyir", - deyə de Vaal yazır.

De Vaal-ın sözlərinə görə, təhlükə ondadır ki, erməni lideri Qarabağın suverenliyindən açıq danışır və deyir ki, torpaqlar qaytarıla bilməz. Belə olan halda isə Bakının danışıqlar üçün heç bir məsələsi qalmır və hər iki tərəf müharibəyə qayıdır.

Analitik vurğulayır ki, son 15 ildə danışıqlar bu formada gedib: tərəflərdən hər biri özünü elə aparıb və əlindən gələni edib ki, ATƏT-in vasitəçiləri işləsinlər, ancaq ciddi iş aparılmayıb, real irəliləyiş də yoxdur.

"Münaqişə Birləşmiş Ştatların gündəliyindən çıxdı, amma xoşbəxtlikdən, Tramp administrasiyası vasitəçilik rolundan imtina etmədi və ABŞ-dan Endrü Şoferi yeni elçi təyin etdi”, - deyə erməni KİV-i jurnalistin yazdığından sitat gətirir.

Ekspert qeyd edir ki, seçki kampaniyasının gedişatında, hansı ki, uzunmüddətli ola bilər, Nikol Paşinyan və onun silahdaşları, vətənpərvərlik öhdəlikləri şübhə altına düşməsin deyə, barışdırıcı yanaşma sərgiləmək istəməyəcəklər.

"Münaqişə ilə bağlı Ermənistanın yeni, konsolidasiyalı siyasəti meydana çıxana qədər isə aradan çoxlu aylar keçəcək", - o əlavə edib.

De Vaal-ın fikrincə, təzə düşüncə lazımdır, hansı ki, Ermənistan Xarici İşlər Nazirliyinin müxtəlif danışıqlar prosesində özünü təsdiqləmiş yeni başçısı Zohrab Mnatsakanyan tərəfindən təqdim edilə bilər.

"Qarabağ üzrə danışıqlar prosesi - nəzakətli konstruksiyadır. Onun iflası ancaq bir yolu - yeni münaqişəni göstərəcək", - Tomas de Vaal fikrini yekunlaşdırıb.

Britaniya eksperti haqlıdır. Vəziyyət göstərir ki, Qarabağ münaqişəsinin kəskinləşəcəyi vaxt həqiqətən uzaqda deyil. Və əgər Ermənistan Təhlükəsizlik Şurasının başçısı sabiq müdafiə naziri ilə “söz atışmasına” girirsə, deməli, sabitlik gözləməyə dəyməz.

Qeyd edək ki, bu günlərdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sosial şəbəkələrdə öz keçmiş müəlliminə və sabiq müdafiə naziri Viqen Sarkisyana cavab verdi(!). O əvvəlki hökumətin üzvlərini "uğursuzlar" adlandırdı, həmçinin bildirdi ki, vətəni sevməyi vətənpərvərlik aforizmləri ilə öyrətmirlər.

Ermənistanda ordunun xeyrinə 1000 dram verginin tətbiqi, möhlətə qadağa qoyulması ilə bağlı qanunun qəbulu, gənclərin vətənpərvərlik tərbiyəsi sahəsindəki uğursuz strategiya və s. haqda da yenidən xatırladılar.

Yerevan ekspertləri hesab edirlər ki, bütovlükdə, "Millət-ordu" konsepsiyası, hansını ki, 2016-cı ilin aprelində dördgünlük döyüşlərdə məğlubiyyətdən sonra Ermənistanda reallaşdırmağa çalışdılar, iflasa uğrayıb. Əslində o işləyə də bilməzdi. Çünki belə ad altında konkret heç bir sənəd yoxdur, bütün bunlar sadəcə boş söz yığınıdır”, — deyə Armen Qriqoryan yazıb.

Sonra faktlar sadalanıb. A.Qriqoryan iddia edir ki, əvvəlki hökumətin vaxtında 370 min vətəndaş ölkəni tərk edib, xarici borc daha 5 milyard dram artıb, 800 mindən çox vətəndaş yoxsulluq içərisində yaşayır və "bütün bunlar Aprel müharibəsinə, insanların həlak olmalarına, ərazilərin itirilməsinə gətirib çıxardı".

Azərbaycan isə gözləməkdə davam edir. Rusiya Federasiyası prezidenti Vladimir Putinlə görüşü zamanı erməni baş naziri Nikol Paşinyan dedi ki, Ermənistan daha çox Rusiya silahı istəyir.

Ümumiyyətlə, N.Paşinyan hökuməti təcavüzkar ritorikanı gücləndirməkdə davam edir. Guya möhkəm sülhün əldə olunmasına danışıqlarda yalnız Qarabağın birbaşa iştirakı imkan verər. Bu necə "sülh" olacaq? Axı belə bəyanatlar sülh sazişini faktiki olaraq kənara atır...

Ermənistanın Xarici İşlər Nazirliyində isə birbaşa bildirdilər: indi reallıqlar dəyişib və bu, danışıqlar prosesində “DQR”in (dırnaq bizimdir-red.) iştirakını tələb edir.

Daha bir məqam. Yerevanda hesab edirlər ki, Dağlıq Qarabağ bu və ya başqa formada danışıqlara cəlb edilib, bütün tərəflərin iştirakının zəruriliyi haqda sənədlər var: "Azərbaycan Qarabağla birbaşa danışıqlar aparmaqdan imtina edir. Halbuki Barışıq sazişi birbaşa danışıqların nəticəsi idi". Əslində isə heç də elə deyil.

Azərbaycan, parlamentin o dövrdəki spikeri Rəsul Quliyevin şəxsində, razılaşmanı yalnız Qarabağın Azərbaycan icmasının başçısı Nizami Bəhmanovun adının imza atan şəxslərin siyahısına əlavə olunmasından sonra imzaladı. Deməli, söhbət artıq dörd tərəf haqda gedir: Ermənistan, Azərbaycan və Qarabağın erməni və Azərbaycan icmaları. Amma bu da hamısı deyil. Ortada bir dənə də olsun sənəd yoxdur ki, orada Azərbaycanın, Ermənistanın və Dağlıq Qarabağın erməni icmasının nümayəndələrinin imzası yan-yana dursun. Sənədlər faksla müxtəlif yerlərdən göndərilirdi.

...ATƏT-in Minsk qrupunun həmsədrləri ölkənin yeni rəhbərliyi ilə danışmaq üçün tezliklə Ermənistana gələcəklər. O rəhbərlik ki, hələ həmsədrlərin səfərinə qədər bir çox səhvlər edə bilər.

virtualaz.org
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat – FotoAzərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, nazir İnam Kərimovun əmri ilə Elvin Paşayev Kənd Təsərrüfatı Nazirliyinin İnsan resursları departamentinin rəhbəri təyin edilib.

Qeyd edək ki, E.Paşayev bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdiri vəzifəsində çalışıb.
Bank rəhbəri məşuqəsi Nailə Əsgərzadəyə milyard bağışladıBeynəlxalq İqtisadi Forum-2018-in gedişatında, hansı ki, hazırda Sankt-Peterburqda keçirilir, məlum olub ki, VTB bankı "Maqnit" şəbəkəsinin aksiya paketini S. Lavrovun kürəkəni Aleksandr Vinokurova satıb və özü də onun xərcini ödəyib.

Virtualaz.org-un məlumatına görə, KİV sazişdə bankın başçısı tərəfindən federal büdcədən bir milyard dolların yuyulmasının əlamətlərini müşahidə edib.

Aksiya paketinin bazar qiyməti 62,5 milyard rubl təşkil edir. Ancaq Vinokurov, hansı ki, Rusiyanın əsas reyderlərindən biri adlandırırlar, "Maqnit"i təkcə tamamilə pulsuz almayıb, üstəlik onun üçün alıcıya pul da ödəyiblər. Ödənişi edən isə, "Rospress"in yazdığı kimi, satıcı – VTB bankı özüdür.

Mənbə deyir ki, bankın başçısı A. Kostin öz maliyyə qurumundan 1 milyard dollar çıxarıb və onu Vinokurova verib. Beləliklə, dövlət büdcəsindən (xatırladaq ki, VTB bankı dövlətindir – red.) milyard dollar oğurlanıb, hansı ki, Kostin və Vinokurov öz aralarında bölüblər.

"İnfoteka" nəşri qeyd edir ki, VTB-nin başçısı Kostin yuxarıda təsvir olunan fırıldaqlar sayəsində əldə edilən pulun öz payına düşən hissəsini məşuqəsinə- məşhur televiziya aparıcısı Nailə Əsgərzadəyə xərcləyib.

O, qıza Moskvanın mərkəzində mənzili (sahəsi – 228 kv. m, dəyəri – 250 milyon rubl.), həmçinin Jukovkada şəxsi malikanə (sahəsi – 920 kv. m, dəyəri – 620 milyon rubl.) və bir neçə elit-sinif avtomobili (BMW 325I, BMW 650I X-Drive, BMW X5 X-Drive 50I) və s. hədiyyə edib.

"Rospress”in" məlumatına görə, Kostinin Nailəyə bağışladığı hədiyyələrin ümumi qiyməti milyardı ötür. Bütün əmlaklar ya bankirin etibar edilmiş şəxsləri, ya da offşor vasitəsilə hədiyyə edilib.
Dünyanın ən bəxtsiz adamı: 60 milyonu zibilliyə atdıAmerikalı Ceyms Houels kripto pullarının şifrəsi yerləşən yaddaş kartını yanlışlıqla zibil qabına atıb.

Qaynarinfo.az xəbər verir ki, Uelsdə yaşayan Houels kripto pul yaradıcısıdır. 32 yaşlı Ceymsin diqqətsizliyi ona 60 milyon dollara başa gəlib. 2009-cu ildə dostları ilə 7500 ədəd Bitkoin toplayan Ceyms Houels kripto pullara şifrə qoyub. Məlumatları yaddaş kartında saxlayan Ceyms evi təmizləyərkən yanlışlıqla kartı zibilliyə atıb. O bildirir ki, 2 yaddaş kartı arasından səhvən şifrə qeyd olunanı götürüb və onu atıb.

Şifrəsi itən pulun dəyəri 60 milyon dollardır.
Fəxri ad alan Könül Kərimova ağladıBu gün Prezident İlham Əliyevin sərəncamı ilə bir sıra incəsənət nümayəndəsi fəxri ada layiq görülüb.

Onların sırasında uzun illərdir bu sahədə olan müğənni Könül Kərimova isə “Əməkdar artist” adına layiq görülüb.

Təəssüratlarını Oxu.Az-la bölüşən Əməkdar artist göz yaşlarını saxlaya bilməyib:

“Çox sevinirəm. Prezidentimizə məni bu ada layiq gördüyü üçün təşəkkür edirəm. Hazırda danışmaqda çətinlik çəkirəm. Hər kəsə təşəkkür edirəm”.
Naxçıvan istiqamətində Azərbaycan Ordusunun hücumunun təfərrüatlarıXəbər verdiyimiz kimi, “Hetq” internet nəşrinin baş redaktoru, hərbi reportyor Edik Bağdasaryan dünən bəyan etmişdi ki, Azərbaycan Ordusu bu günlərdə Ermənistanla sərhədin Naxçıvan istiqamətində neytral zona boyu irəliləyərək böyük bir ərazini nəzarətə götürüb.

“Neytral sahədə azərbaycanlılar öz mövqelərini irəli çəkməyə və böyük əraziləri nəzarət altına almağa nail olublar”, - deyə E.Bağdasaryan bildirmişdi.

Azərbaycanın rəsmi dövlət xəbər agentliyi AzərTAc da mayın 24-də ordumuzun Naxçıvan istiqamətində “planlı mühəndis-istehkam işləri apardığı” barədə xəbər yaymışdı.

Məlumatda deyilirdi ki, təsdiq olunmuş plana uyğun olaraq Əlahiddə Ümumqoşun Ordunun mühəndis-istehkam hissə və bölmələri qış mövsümündən sonra müdafiə zolağında fortifikasiya qurğularının təkmilləşdirilməsi məqsədilə mühəndis işlərinin aparılmasına başlayıb.

Virtualaz.org bildirir ki, Azərbaycan Ordusunun Naxçıvan istiqamətində irəliləyişi haqda informasiya öz təsdiqini tapır. Belə ki, Azərbaycan hərbi bloqeri Tofiq Şahmuradov öz mənbələrinə istinad edərək, Azərbaycan Ordusunun müvəffəqiyyətinin təfərrüatlarını açıqlayıb. Ancaq sonra bloqerin yazısı sosial şəbəkələrdən silinib.

İnformasiyaya əsasən, Naxçıvanda xüsusi təyinatlılar ermənilərdən iki postu qaytarıblar və bununla neytral zonada yerləşən Günnüt kəndini atəş altından çıxarıblar. Erməni hərbçiləri böyük itkilərə görə postları tərk etmək məcburiyyətində qalıblar.

Bu postlar yüksək dağlıq ərazidə yerləşir və erməni hərbçiləri Günnüt kəndinə məhz onun sayəsində nəzarət edirdilər. Hazırda kənd Azərbaycan Ordusunun nəzarəti altına keçib.