Gənclər arasında YENİ DƏB: Gözlərinə metal yerləşdirirlərHər gün dəb aləmində yeni trend yaranır. Gah gənclər dilini kəsdirir, gah bədənindən sümüklərin çıxartdırır, gah da özlərini əcaib personajlara bənzədirlər.

Publika.az xəbər verir ki, indi də ABŞ gəncləri arasında yeni dəb yaranıb.

Məşhur cərrah Emil Çinn mediaya məlumat verib ki, gənclər klinikaya müraciət edərək, əməliyyat olunur, göz almacıqlarına müxtəlif formalı metallar yerləşdirirlər. 3x4 mm olan bu metal parçaları ürək, ulduz və s olur. Cərrahlar bildirir ki, gözün içərisinə əməliyyatla yeridilən bu metaldan hələ ki, narahatçılıq duyan olmayıb.
“Arif Alışanovu qızı və sürücüsü ilə birgə öldürəcəkdik” – Şahid PLANI AÇIQLADIXəbər verdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Arif Alışanova qarşı sui-qəsd planı barədə polisə məlumat verən dəstənin üzvü Müsabi Namazov Unikal.org-a sui-qəsd planının detalları barədə müsahibə verib.

-Öncə Şücayətlə tanışlığınız barədə danışardınız. Necə oldu ki, onunla tanış oldunuz?

-2005-ci ildə Şücayət Sulutəpədə ev alqı-satqısı ilə məşğul olurdu. Əmim oğlu ilə dost idi. Onun hesabına Şücayətlə tanış olmuşam. Bu tanışlıq sonda iş birliyimizin qurulmasına gətirib çıxardı.
2015-ci ilin dekabrında Şücayət tərəfindən mənə zəng gəldi. Bildirdi ki, Arif Alışanov Şamaxı rayonu, Mədrəsə qəsəbəsində kənd təsərrüfatı ilə məşğul olmaq üçün iri fermer layihə həyata keçirir. Məni də aqrar sektorda ixtisaslı bir mütəxəssis kimi, bu işin qurulmasına dəvət etdi. Bildirdi ki, sözügedən işi quraq, Arif Alışanova yaxından dəstək olaq. Mən də Şücayətin təklifi ilə razılaşdım və bu iş birliyimiz 2016-ci ilin avqust ayından rəsmiləşdi.

-Niyə 2016-ci ilin avqust ayından sonra?

-Avqust ayından sonra o, mənə bütün işləri təqdim etdi. Müxtəlif rayonlardan texnikaların alınıb, gətirilməsini həyata keçirirdik. Gəncə, Ucar, Bakının müxtəlif yerlərindən kənd təsərrüfatı texnikaları alırdıq. O, dediyi qaydada müəllimin bütün işlərini aparmağa başladım.

-Siz bu texnikaları nəğd şəkildə alırdınız?

- Heç bir texnika nəğd şəkildə alınmayıb. Texnikalar Arif müəllimin bacısı oğlu tərəfindən lizinq yolu ilə alınıb. Bu texnikaları biz rayonlardan götürüb Şamaxıya gətirmişik.

-Bəs belə iş birliyindən sonra Arif Alışanova qarşı sui-qəsd planı necə ortaya çıxdı?

- Fikirləşir. Bakıda idim. Şücayətdən mənə zəng gəldi. O, məndən səhər tezdən təcili Şamaxıya gəlməyimi tələb etdi. Vurğuladı ki, müəllimin özü də Şamaxıya gəlir. Əlavə etdi ki, çalışıb oraya tez gedim. Səbəb kimi, müəllim oraya çatanda məni iş başında görməsini göstərsin. Mən də Şücayətin tapşırığına əsasən səhər tezdən Şamaxıya getdim.

-Sonra nə baş verdi?

-Gedib gördüm ki, Qoçəli ordadır. Qoçəlini orada görəndə çox təəccübləndim. Axı, Şücayətlə Qoçəli arasında düşmənçilik həddi necə oldu ki, mehribançılıqla bitdi? Bu sualı ürəyimdə özüm-özümə verməyə başladım. Çünki, Şücayətlə Qoçəli torpaq üstündə bir-birlərini qırırdılar. Hətta iş məhkəməyə kimi gedib çıxmışdı. Bax belə düşmənlərin necə mehribanlaşması mənə maraqlı gəldi. Qoçəli Şücayətlə yeyib-içib orada dincəlirdilər.

-Siz onları görəndən sonra nə baş verdi?

-Sonra birlikdə Şamaxı rayonun mərkəzinə gəldik. Onlar orada müxtəlif obyektlərə girir, pıçıltı ilə aralarında danışırdılar. Artıq, orada başa düşdüm ki, bu adamlar məndən nə isə gizlədirlər, hiss etdim ki, əvvəlki adam deyillər. Bir neçə saatdan sonra müəllimin Şamaxı rayonu Mədrəsə kəndində yerləşən evinə qayıtdıq. Onlar orada da pıçıltı ilə danışıqlarını davam etdirirdilər. Məni çalışdıqları qədər aralarında olan söhbətdən uzaq tuturdular. Mən öncə bu narazılığımı Qoçəliyə bildirdim. Vurğuladım ki, nə isə gizlədəcəkdinizsə məni bura niyə çağırmısınız? Qoçəli mənə dedi ki, bizim başqa bir planımız var. Soruşdum nədir? Burda nə var ki, mənə də deyin də?

-Sonra o, gizli söhbəti sizə açıqladımı?

-Bəli, evin qarajının qarşısında söhbətləşdik. Şücayət nəhayət sözügedən yerdə pıçıltısının sirlərini açıqladı. Orada mənə dedi ki, müəllim gəlir. Biz onu öldürmək istəyirik. Ortada da 600 min manat pul var. Onun ölümündən sonra mənə və Qoçəliyə 600 min verməsini planlaşdırıb. Şücayət məndən bu işə qol qoyub-qoymamağımı soruşdu. Mən isə dərhal ona hə cavabın verdim. Arif müəllimin Mədrəsədəki evinə çatmağa çox az müddət qalmışdı. Onların bu təklifindən şoka düşsəm də özümü müdafiə etmək üçün nə etməliydim? Bu təkliflə dərhal razılaşdım. Bu razılığıma görə də, onlarla şərt kəsdim.

-Şərt nədən ibarət idi?

-Bildirdim ki, mən Arif müəllimə qarşı təşkil olunan sui-qəsddə iştirakıma razılıq verirəm. Amma bu şərtlə ki, avtomatı mənə verəsiniz. Onlar da mənim bu təklifimlə razılaşdılar.

-Bundan sonra nə baş verdi?

-Şücayətlə, Qoçəli bu işi yerinə yetirmək üçün məni sorğu-suala tutmağa başladılar.

-Nə dedilər?

-Bildirdilər ki, sən tam əminsən ki, bu planı yerinə yetirəcəksən? Arif müəllimi öldürə biləcəksən? Dedim niyə də əmin olmayıb? Mən Qarabağlıyam! Nə qədər erməni öldürmüşəm. Adam öldürmək mənim üçün nədir ki? Şücayət mənim bu fikrimdən sonra ürəkləndi. Bildirdi ki, 600 min manat pul verəcək. Təki, Qoçəli ilə mən onun "arzusunu” yerinə yetirim. Mən də dedim problem deyil!

-Silhaları necə əldə etdiniz?

-Təcili Şücayət bizi evin qarajına saldı. Oradan silahları gətirib bizə təqdim etdi. Mənə avtomat, Qoçəliyə vinçestr, özünə isə tapança götürdü.

-Siz nəyə görə avtomatı götürməyi Şücayətin qarşısında şərt kimi qoydunuz?

-Fikirləşirdim ki, avtomat məndə olarsa bunları istədiyim kimi idarə edə bilərəm.

-Arif Alışanov evinin həyətinə girəndə sui-qəsd planını kim pozdu?

-Biz artıq silahlarımızı hazırlamışdıq. Onlar qarşılarına məqsəd qoymuşdular ki, Arif Alışanov həyətə daxil olan kimi maşınında kim varsa güllələyəcəklər. Mənə evin qapısından, Qoçəliyə isə pəncərədən atəş açmağı Şücayət əmr etmişdi. Nəhayət Arif müəllim evin həyətinə daxil olur. Mən dərhal Qoçəlini bu işdən uzaq durmağa, atəş açmamağa çağırdım. Dedim ki, Qoçəli bizim bu cür planımız ömürlük həpsimizlə nəticələnəcək. Biz daha tez hüquq-mühafizə orqanlarının əlinə keçə bilərik. Şücayətin bu məsələdə heç bir təcrübəsi yoxdur. O bizi pis vəziyyətdə qoyacaq, məhv olacağıq. Gəl bu planı başqa cür quraq. Qoçəli dərhal mənim təklifimlə razılaşdı.

-Arif Alışanov həyətə girəndə artıq siz onu öldürmək planından imtina etmişdiniz?

-Bəli. Arif müəllim həyətə daxil oldu. Avtomobildən qızı ilə bərabər, sürücüsü də düşdü. Şücayət də həyətdə gözləyirdi ki, biz onları gülələyəcəyik. Qoçəli də arada atəş açmaq istəyirdi. Mən də Qoçəlinin bu istəyini zərərsizləşdirməklə məşğul idim. Deyirdim səs eləmə bədbəxt! Plansız iş olar? Sənin başın işləyir? Bu sözlərdən sonra silahı əlindən aldım. Aparıb qaz balonun arxasına qoydum. Qoçəli ilə birgə həyətə düşdük. Müəllim bizi görəndə Şücayətdən kimliyimiz barədə soruşdu. Şücayət isə bizi dəmir ustası kimi müəllimə təqdim etdi.

-Siz fikirləşmədiniz ki, Arif Alışanov balonun arxasına qoyduğunuz silahları görə bilər?

-Xeyr. Çünki silahlar qoyulduğu yerin üstündən də palaz atılmışdı. Bir də Arif müəllim gedib palazın altını axtaran deyil idi ki?!

-Sizi bu plandan daşınmağınıza səbəb nə idi?

-Əvvala mən bu sui-qəsdə iştirak etməyi heç vaxt düşünməmişdim. Digər tərəfdən fikirləşmişdim ki, burada Şücayətin daha bir məqsədi də ola bilər. Biz müəllimi və yaxınlarını öldürərik o da bizi. Şücayət bunu müəllimin evində edirsə, onun məqsədi belə də ola bilərdi!

-Bu planın pozulmasına görə Şücayət sənə heç nə demədi?

-Niyə? dedi. O, əsəbləşə-əsəbləşə bizə iradını bildirdi. Hesab etdi ki, biz onun bütün planlarını alt-üst etdik. Vurğuladı ki, əlinizdən bir iş gəlmir. Daha sonra Qoçəlini təhqir etməyə başladı. "Sən nə oğraş adamsan Qoçəli!” O isə cavabında deyirdi ki, "bu işi mən yox, bu (məni nəzərdə tuturdu) qoymadı, planı pozdu”. Şücayət mənə dedi ki, nə oldu birdən-birə fikrini dəyişdin? Mən də dedim ki, qardaş bu işi planla görmək lazımdır. Sən adamı evində niyə öldürürsən ki? Elə plan olar? Mən bu işi həyata keçirə bilməzdim. Allah sənə kömək olsun, Şücayət, göyərçin öldürmürsən ki?! Sən dövlət adamını öldürmək istəyirsən? Bu işi də bu evdə həyata keçirə bilməzsən. Hər üçümüzü təhlükə gözləyir. Sonra Şücayət mənə dedi ki, necə plan quraq?.

II-ci PLAN

-Növbəti plan haqqında məlumat verərdiniz?

-İlk plan baş tutmadı və mən Bakıya qayıtdım. Sonra Şücayət Zöhrab Şirinovu bu plana cəlb edib. Onunla əməliyyat ediblər.

-Bu plan necə baş tutub?

-Mənə Qoçəli ikinci planın baş tutmamasından danışdı. Onlar Arif Alişanova məxsus "Toyota -Land Cruiser” markalı 99-AA-400 dövlət nömrə nişanlı avtomaşını Çuxuryurd- Şamaxı yolunda hərəkətdə olarkən yüksək sürətlə vuraraq hündürlükdən dərəyə salmaq barədə plan hazırlayıblar. Şücayət bu planın baş tutması üçün Zöhraba "NİVA” markalı avtomobil alıb. Qoçəli Cəbiyev telefonla Zöhrab Şirinova zəng edib, cinayətin törədiləcək vaxtı, A.Alışanovun içərisində olacağı avtomaşının markası, rəngi, dövlət nömrə nişanı barədə məlumat verib. Lakin A.Alışanov gözlənilmədən öz avtomaşınına deyil, VAZ 21214 "NİVA” markalı, 10-LR-099 dövlət nömrə nişanlı avtomaşına əyləşib və Ş.Əkbərov bu barədə dəstə üzvləri Q.Cəbiyev və Z.Şirinovu xəbərdar etməyə imkan tapmayıb. Plana əsasən Cəbiyev Çuxuryurd kəndindən keçib Şamaxı şəhərinə doğru hərəkət edən "Toyota - Land Cruiser” markalı avtomaşını özünün idarə etdiyi VAZ 21214 "NİVA” markalı, 99-FD-207 dövlət nömrə nişanlı avtomaşınla bir neçə dəfə arxa sol və orta hissəsindən vuraraq yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyərək idarəetməni itirib. Məsələ ilə bağlı Arif Alışanov polisə xəbər vermək istəyərkən Şücayət onu fikrindən daşındırmağı bacarıb. Bildirib ki, Zöhrab kasıb adamdır, ondan polisə şikayət etməsin. Hələ, üstəlik də Arif müəllim onun avtomobilini təmir olunması üçün köməklik edib.

-Siz ilk plan bardə polisə məlumat vermədiniz?

-Mən Bakıya qayıdan kimi, dərhal Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məlumat verdim. Orada məni Rövşən müəllim adlı şəxs qəbul etdi. Ona bütün məsələr barədə danışdım. Bildirdim ki, AZTV sədri Arif Alışanovu öldürəcəklər, buna dərhal köməklik göstərsinlər. O isə mənə əlaqə telefon nömrəsini verdi. Cinayət planı haqqında davamlı olaraq onları məlumatlandırmağımı tapşırdı.

-Müsahib bəy, siz sui-qəsd barədə Arif Alışanovun özünə niyə məlumat vermədiniz?

-Birincisi qeyd edim ki, mənim birbaşa Arif Alışanova çıxışım yox idi. Biz Şücayətin nəzarətində olan adamlar idik. Çünki, mən birbaşa Arif Alışanova onların yanında yaxınlaşa bilməzdim. Ona görə də, Arif Alışanova deyil, polisə müraciət etməyi doğru hesab etdim.

-Bəs siz Şamaxıya necə qayıtdınız?

-Mən Bakıya gəldiyim 3 gün ərzində Şücayət məni qəbul etmədi. Məni yaxınına belə buraxmırdı. Bircə bunu deyirdi ki, hələ müəllim gəlməyib. Gələn kimi sənə zəng edəcəm. Sonra telfonda üstü örtülü bu məsələni müzakirə etdik. Dedi adam tapmışam. Mən isə ona bu planın həyata keçirilməsi üçün əlavə adama ehtiyacın olmadığını dilə gətirdim. Bildirdim ki, çox adam axtaracaqsansa bu planın zibili ortaya çıxacaq. Dedi yaxşı-yaxşı. Halbuki, mənimlə danışana kimi sözügedən yol qəzası planını həyata keçirmişdilər. Sonra mənə zəng edərək Şamaxıya çağırdı. Rövşən müəllimi də onların planları barədə davamlı olaraq məlumatlandırırdım. Gələndən sonra Qoçəli mənə Zöhrab haqqında məlumat verdi. Dedi ki, Zöhraba bu cinayət hadisəsini törətmək üçün 200 min pul təklif edib. Biz bu planı yerinə yetirə bilmədik. Mən isə ona dedim ki, a kişi, Zöhrab adam öldürənə oxşamır. O, isə mənə etirazını bildirdi. Vurğuladı ki, əgər bu planı yerinə yetirməsəydi NİVA-nı qayalıqdan uçuruma atmazdı. Sadəcə müəllim içində olmayıb. Fakt odur ki, bu adam hadisəni törədib.

III və IV-cü PLAN

-Bəs növbəti planı necə müəyyənləşdirdiniz?

-Şücayət sonra bizə bildirdi ki, müəllim bacısı oğlu Dəyanətlə torpaq sahəsinə baxmağa gələcək. O, bu əməliyyat zamanı öncə bacısı oğlunu öldürmək əmrini verdi. Bildirdi ki, birinci Dəyanəti öldürmək lazımdır. O, canımı boğazıma yığıb. Bu barədə də dərhal Rövşən müəllimə məlumat verdim. O isə mənə dedi ki, "narahat olma hər şey nəzrətdədir. Müəllimi öldürə bilməyəcəklər! Sən qəti narahat olma”. Bir müddət keçdikdən sonra, müəllim Şamaxıya gəldi. Gecə ilə Şücayət ona zəng edərək torpağa baxmağını istədi. Vurğuladı ki, yaxşı torpaqdır, siz buna təcili baxmalısınız. Əks halda torpaq əldən çıxacaq. Müəllim isə gec olduğundan başqa vaxt torpağa baxacağını dilə gətirdi. Qoçəli də dərhal Zöhraba məlumat verərək bu planın da da baş tutmadığını bildirdi. Zöhrab Qoçəliyə dedikləri yerdə gizləndiyini bildirdi. Zöhrab Şücayətə ürək-dirək verərək dedi ki, müəllimi Şamaxı tırasında yolda güllələyəcək. Buna görə, onu narahat olmamağa çağırdı. Şücayət isə Zöhrabı bu əməliyyatı yerinə yetirməzsə onu ağır nəticələr gözlədiyi ilə hədələdi. Amma, Zöhrab da Şücayətlə şərt kəsdi ki, müəllimin evdən çıxdığı vaxt ona məlumat versinlər. Mən bu barədə də Rövşən müəllimə məlumat verdim. Dedi ki, sən narahat olma, müəllimin avtomobili polisin nəzarətindədir. Avtomobili yol patrul xidməti izləyir. O mühafizə altında rayonda olacaq. Mənə də silahların yerini öyrənməyi tapşırdı.

-Bu plan niyə baş tutmadı?

-Arif müəllimin özü də bilmədən avtomobili polislərin nəzarətində idi. Zöhrab budəfəki planı da yerinə yetirə bilmədi. Çünki həmin ərazidə post patrul maşınlarının olmasını görərək atəş aça bilməyib, özü də bunu Şücayətə etiraf edib. Mən, Qoçəli və Şücayətə dedim ki, əgər bu adam iş görə bilsəydi yolda da müəllimi öldürərdi.

-Bəs, bu fikri bildirməkdə məqsədiniz nə idi?

-Məqsədim məni plandan kənar qoymamaq idi. Əks halda başqası ilə danışa bilərdilər. Planlarından xəbərdar olmayacaqdım.

-Bəs, sui-qəsdə adı hallanan Akşin bu planda hansı rolu oynayırdı?

-Əvvala, Akşin Şücayətin sürücüsü idi. Sözügedən silahların yerini də mütəmadi olaraq o dəyişirdi. Burdan götürüb başqa yerə, ordan da götürüb digər yerə aparırdı. Məqsədi iz itirmək idi. Ona görə silahların yerini heç özüm də dəqiq bilmirdim.

V PLAN

-V-ci plan necə hazırlandı?

-Daha sonra Şücayət Əkbərov Arif müəllimlə Şamaxı rayonunun ərazisində görüşəcəklərini dedi. Həmin gün Şamaxı rayonunun Mədrəsə qəsəbəsində yerləşən su hovuzuna baxmağa aparacağını, ərazidə müəllimi öldürmək barədə bizi təlimatlandırdı. Ərazidə yerləri də təyin etdik. Su hovuzunun yanında aşıq deyilən bir yer var. Şücayət müəllimlə hövuza baxdıqdan sonra sözügedən əraziyə gəlməli idilər. Biz də onların hamısını güllələdikdən sonra, Şücayət onları doğrayıb, torbalara yığıb aparacaqdı. O, sui-qəsdən sonra onların meyitlərini hara aparacağını isə demədi. Artıq biz (mən, Qoçəli, Zöhrab) Şücayətin tapşırığı ilə "postlarımıza” getməyə hazırlaşırıq. Plana əsasən Şücayəti müəllimin gəldiyi yerdə düşürüb, su hövuzunun yanına gedəcəkdik. Şücayətin avtomobilini mən idarə edəcəkdim. Plana uyğun yola çıxdıq. Şamaxı yolunda polis yolda mənim idarə etdiyim avtomobili saxladı. Dərhal avtomobildə axtarışa başlanıldı. Silahlar avtomobilin baqajından çıxdı. Dəstə üzvləri, mən də daxil dərhal Bakıya gətirildik. İzahatım alındıqdan sonra məni sərbəst buraxdılar.

-Sizi Arif Alışanova qarşı sui-qəsd barədə polisə xəbər verməyə vadar edən səbəb nə idi?

- Açığı mən nəinki Arif Alışanovun, ümumiyətlə heç kəsin öldürülməsinin tərəfdarı deyiləm. Üstəlik, burda öldürüləcək şəxs dövlət xadimi və tanınmış ziyalıdır. Və ən əsası da belə bir məsələlərdə mənim adımın hallanmasını qəbul edə bilməyib, bu yolu ən doğru seçim bilib, polisə müraciət etdim. Çünki, hər an onu öldürə bilərdilər. Şükürlər olsun, bu sui-qəsd planı xəta-bəlasız ötüşdü. Polisə xəbərdarlıq etməklə hesab edirəm ki, Şücayət, Zöhrab, Qoçəliyə də yaxşılıq etmiş oldum. Əks halda onlar ömürlük həbsxanalarda çürüyəcəkdilər.
Reyddə jurnalistə hədə-qorxu gəldilər: Səni tapacam... - VideoTovuzda polis əməkdaşlarının növbəti reydi qalmaqalsız ötüşməyib.

ARB 24 xəbər verir ki, hər gün avtomobil qəzasıyla bağlı xəbərlər eşidirik. Hadisələrin böyük əksəriyyəti demək olar ki, sürücülərin diqqətsizliyi ucbatından baş verir. Kimisi sürət həddini aşır, kimisi işıqforun tələbini pozur, kimisi də gecə saatlarında nəqliyyat vasitəsini işıq cihazı nasaz halda idarə edir. Bütün bunların qarşısını almaq üçün reydlər, maarifləndirici tədbirlər təşkil edilir. Bu dəfə yol polisləri Tovuz rayonunda yük avtomobillərinin təhlükəsiz hərəkətini təmin etmək üçün səfərbər olub. Onlar yük avtomobillərinin arxasına işıq əksetdiricilər yapışdırıb.

Lentlərin üzərinə 50 metr məsafədə işıq düşdükdə artıq arxadan gələn nəqliyyat vasitəsi xəbərdar olur. Bu da sürücünün tam olaraq təhlükəsiz şəkildə hərəkətini təmin edir. Görülən qabaqlayıcı tədbirlər sürücülərin də ürəyincədir.

Sürücü: "Gecələr faydalıdır. Yolun qırağında saxlayanda gələn görür”.

Bu sürücüdən fərqli olaraq kameranın obyektivinə qaydaları kobud şəkildə pozan sükan sahibləri də tuş gəldi. Onlar necə gəldi avtomobil idarə etdikləri üçün cərimələndilər. Təbii ki, bu kimi hallar bir çoxlarının heç də ürəyincə olmadı. Məsələn, bir sürücü avtomobili heç bir hüququ olmadan idarə etdiyi azmış kimi, hələ çəkiliş qrupuna hədə-qorxu da gəldi.

Qaydanı pozan sürücü: "Yeri get işinlə məşğul ol. Sənə kim ixtiyar verib ki, məni çəkəsən? Qayda pozmamışam. Səni tapacam mən! Səninlə söhbət edəcəm! Baxarsan”.

Daha bir sürücü isə qayda pozaraq ərazidən uzaqlaşmağa cəhd göstərdi. O, polisin saxla əmrinə tabe olmadı. Uzun sürən qaçdı-qovdudan sonra avtomobil sahibi saxlanılaraq cərimə edildi. Etdiyi hərəkətin səbəbini soruşanda isə bir kəlmə ilə özünə haqq qazandırmağa çalışdı.

Polisdən qaçan sürücü: "Yazıb göndərmək olur da ünvana”.

Əgər hər hansısa sürücü məsuliyyətə cəlb edilirsə, deməli o, qayda pozaraq qəza şəraiti yaradıb. Bu isə heçdə xoş hal deyil. Hər bir sükan sahibi insan həyatını düşünərək mühərriki işə salmalıdır.
Prezidentin oğlu məzun olduPrezident İlham Əliyevin oğlu Heydər Əliyev təhsil aldığı “ADA” Universitetindən məzun olub.

“Qafqazinfo” xəbər verir ki, bu gün “ADA”dan məzun olanlar üçün tədbir keçirilib.

Tədbirdə H.Əliyevin valideynləri - Pezident İlham Əliyevlə xanımı Mehriban Əliyeva da iştirak edib.

Dövlət başçısı tələbələr qarşısında çıxış edərək onları təbrik edib və gələcək həyatlarında uğurlar arzulayıb.

Qeyd edək ki, 2013-cü ildə 590 bal toplayaraq “ADA” Universitetinə qəbul olan H.Əliyev Beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alıb.
“Ağır şərtlər altında yoxdan dövlət quruldu” – Şahin Məmmədov“Prezident İlham Əliyevin Cümhuriyyət tarixi ilə bağlı səslədirdiyi fikirlər hər birimiz üçün örnəkdir”

«Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tariximizin ən şanlı və parlaq səhifələrindən biridir. Cümhuriyyətin yaradılması mürəkkəb tarixi proseslərin cərəyan etdiyi dövrə təsadüf edir. I Dünya müharibəsindən sonra yaranmış ziddiyətli siyasi şəraitdə Azərbaycanın maarifpərvər, ziyalı və ləyaqətli övladları xalqın xəyallarında yaşayan və hər bir soyadımızın müqəddəs arzusuna çevrilmiş müstəqillik səadətini gerçəyə çevirdilər»,

Bunu Ümumrusiya Azərbaycanlıları Konqresinin Vladiqafkaz regional bölməsinin fəxri prezidenti, Şimali Osetiya – Alaniya Respublikasının İnsan Haqları üzrə müvəkkilinin köməkçisi Şahin Məmmədov Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı fikirlərini açıqlayarkən deyib.

28 May-ın böyük tarix olduğunu və hər bir azərbaycanlının bu tarixlə qürur duyduğunu deyən Ş.Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı dövrün çətinliklərindən söz açıb: “Bu gün biz fəxarət hissi ilə deyə bilirik ki, müsəlman şərqində ilk demokratik Respublikanı məhz bizim babalarımız olan böyük kişilər yaradıb. Azərbaycan müxtəlif dövrlərdə məcburən imperiyalar tərkibinə daxil edilsə də, xalqın qəlbindəki azadlıq istəyi, insanlarımızın istiqlaliyyət uğrunda gizli və aşkar mübarizə aparması məhz 1918-ci il may ayının 28-də nəticə verdi. Dövrün nəhəng azərbaycanlıları milli kimliyimizin formalaşdırılması, dövlətçilik ənənələrinin qorunması, Azərbaycanın müstəqil dövlət kimi tanınması istiqamətində müstəsna xidmətlər göstərib, sözün hər mənasında tarix yazmağa müvəffəq oldular. Biz bu tarixi yazmış şərəfli insanların ruhu qarşısında baş əyirik!”

Ş.Məmmədov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti tarixin ən çətin dövründə üzərinə olduqca ağır bir missiya götürüb: “Qlobal müstəvidə müşahidə olunan gərginlik, yeni dünya düzəninin formalaşdırılması xüsusunda böyük güclərin nüfuz savaşı, erməni-daşnaq qüvvələrinin dağıdıcı fəaliyyəti, dövlət idarəçiliyi sahəsindəki təcrübəsizlik, maliyyə çatışmazlığı fonunda ağır sosial-iqtisadi vəziyyət və sairə bu kimi problemlər müəyyən edilmiş hədəflərə doğru addımlar atılmasında çətinliklər yaradırdı. Buna baxmayaraq Cümhuriyyət Hökuməti qısa müddət ərzində Ordu quruculuğu, beynəlxalq əlaqələr, təhsil və səhiyyə sahəsində çox ciddi addımlar atdı və bu istiqamətlər üzrə baza prinsiplərinin yaradılmasına müvəffəq oldu. Bir-birinin ardınca yeni-yeni məktəblər, tibb müəssisələri, teatrlar və kitabxanalar açıldı. Azərbaycan dili rəsmi dövlət dili elan olundu. İndi biz 100 ildən sonra həmin dövrün özəlliklərini və o vaxtkı ictimai-siyasi şəraiti təhlil edərkən görürük ki, Cümhuriyyəti quranlar nə qədər ağır şərtlər altında çalışıb və bütün bu sadaladığım işlərin həyata keçirilməsi üçün nə qədər böyük qətiyyət göstəriblər. Odur ki, biz Cümhuriyyət qurucularının xidmətini olduqca yüksək qiymətləndiririk. Onlar ağır şərtlər altında yoxdan dövlət qurublar”.

Azərbaycan Xalq Cümhuriyyətinin xalqın azadlıq ruhunun yüksəlməsində oynadığı roldan və AXC-nin süqutundan sonrakı mərhələlərdə də bu ruhun ölməməsindən danışan diaspor rəhbəri vurğulayıb ki, bolşevik işğalı illərində, kommunist rejiminin hökmranlıq etdiyi dövrlərdə də xalq azadlıq arzularını dəfn etməyib: “Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olsa da bu müddət ərzində elə bir təməllər qoydu ki, Azərbaycan xalqını istiqlaliyyət duyğularından mərhum etmək mümkün olmadı.Xalq üç rəngli bayrağı yenidən başı üzərinə qaldırcağına ümidini qoruyub saxladı və həmin günü addım-addım yaxınlaşdırdı. Nəhayət 70 ildən sonra Azərbaycan bayrağı ulu öndərimiz Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasının bayrağı kimi MR-nin Ali Məclisinin binası üzərində dalğalandı. Bu, Heydər Əliyevin müstəqilliyimiz bərpası istiqamətində atdığı böyük addım və vətən təəssübkeşliyinin təzahürü idi. Növbəti mərhələdə isə Cümhuriyyət qurucularının bizə əmanəti olan üç rəngli bayraq Müstəqil Azərbaycan Dövlətinin bayrağı oldu”.

Ş.Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlətçilik tariximizə münasibəti barədə də fikirlərini açıqlayıb: “Fürsətdən istifadə edib cənab Prezident İlham Əliyevin dövlətçilik tariximizin araşdırılması və gələcək nəsillərə ötürülməsi istiqamətində gördüyü işləri də qeyd etmək istərdim. Onun 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi hər bir azərbaycanlının ürəyincə oldu. Biz müxtəlif ölkələrdə yaşayan, lakin qəlbi hər zaman vətənlə döyünən diaspor nümayəndələri də Prezident İlham Əliyevin bu addımını yüksək qiymətləndirdik. Onun Cümhuriyyət tarixi ilə bağlı səslndirdiyi fikirlərlər hər birimiz üçün örnəkdir. Doğrudan da onun dediyi kimi, Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, onları öz praktiki fəaliyyətində təmin edib. Sevinirik ki, bu gün vətənimiz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqdir və bu ənənələri daha da inkişaf etdirərək müstəqilliyi möhkəm dayaqlara malik sürətli inkişaf yolunda olan ölkəyə çevrilib”.
Tanınmış kinooperator dünyasını dəyişibTanınmış kinooperator Elxan Əliyev dünyasını dəyişib.

Bu barədə Rejissorlar Gildiyasının direktoru, tanınmış rejissor Hüseyn Mehdiyev açıqlama verib:

“Elxan çox əziyyət görmüş insan idi. Kinooperator kimi Dağlıq Qarabağa gedəndə erməni əsirliyinə düşmüşdü. Ermənilər onu girov götürüb əziyyət verəndən sonra qaytarmışdılar. Çox xəstə idi. Elxan çəkdiyi xronikalar və sənədli filmlərlə yaddaşlarda qalacaq”.

Allah rəhmət eləsin!
Nazirin qudası Binəqədiyə icra başçısı gətirilə bilərPrezident İlham Əliyevin sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Xaləddin İsgəndərovun yerinə təyinatla bağlı daha bir şəxsin adı hallanır.

Bakının kifayət qədər böyük rayonlarından birinə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun gətiriləcəyi gözlənilir.

Bildirilir ki, bu rayona rəhbər gətirilməsi üçün hakim dairələrdə bir neçə nəfər müzakirə edilir. Onlardan biri də N. Bayramovdur. İcra başçısı bu gün Prezident Administrasiyasında olub. Ehtimal olunur ki, onun PA-ya çağırılması bu məsələ ilə bağlıdır.

Məlumat üçün bildirək ki, Niyazi Bayramov gənclər və idman naziri Azad Rəhimovun qudasıdır. Bakıda göydələnlər tikən və biznesini məhz mərkəzdə quran Niyazi Bayramov paytaxtın rayonlarının birinə icra başçısı gəlməsi üçün illərdir, mübarizə aparır.

Bir müddət əvvələ kimi onun Yasamal Rayon İcra Hakimiyyətinə başçı təyin olunacağı barədə informasiyalar dolaşırdı.

Qeyd edək ki, Binəqədiyə icra başçısı gətirilməsi ilə bağlı adı hallanan şəxslərdən biri də Əhəd Abıyevdir. Mətbuatda onun Binəqədi İH-nin inzibati binasında görüldüyü, bu rayona başçı gətiriləcəyi barədə xəbərlər yazılsa da, Ə. Abıyev təkzib etmişdi.BakuPost
Nazir fondu yoxladı: tapşırıqlar verdiƏmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Nazirlik yanında Dövlət Sosial Müdafiə Fonduna gələrək, burada mövcud iş mexanizmini, vəzifə və funksiyaların icra prosedurlarını nəzərdən keçirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, nazir Fondun bölmələrinin hər birinin fəaliyyəti, məcburi dövlət sosial sığorta iştirakçılarının qeydiyyata alınması və sığorta haqlarının uçotunun təşkili, büdcə proqrnozlaşdırmasının, sosial ödənişlərin, sosial xidmət və proqramların, büdcə icrasının uçotunun həyata keçirilməsi və s. istiqamətlərdə aparılan işlərlə yerindəcə tanış olub. Fondun əməkdaşları öz vəzifə funksiyalarının icrası ilə bağlı gördükləri işlər barədə nazirə məlumat veriblər.

S.Babayev prezident İlham Əliyevin sosial inkişaf strategiyasına uyğun olaraq, sosial müdafiə sistemində şəffaflığın, ünvanlılığın və ədalətliliyin, eyni zamanda, bu sistemin sosial cəhətdən həssas qruplara əlçatanlığının təmin edilməsinin, vətəndaş məmnunluğuna nail olunmasının başlıca fəaliyyət prinsipləri olduğunu vurğulayıb. Nazir sosial sığorta, pensiya və müavinət təminatı sahəsində əhaliyə xidmətlərin əsasında da məhz bu prinsiplərin dayanmalı olduğunu diqqətə çatdırıb.

Fondun fəaliyyəti ilə tanışlıq zamanı müvafiq sahələrdə iş mexanizmlərinin, inzibatçılığın innovativ yeniliklərin tətbiqi ilə təkmilləşdirilməsi, elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi məsələləri də müzakirə olunub, S.Babayev tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib.

Nazirliyin 142 və 190- "Çağrı mərkəzləri”ndə də olan nazir burada vətəndaşların müraciətlərinin cavablandırılması prosesini izləyib. S.Babayev hər bir müraciətin operativ cavablandırılmasını, aidiyyatı qanunvericilik aktlarına istinad olunmaqla, vətəndaşlara sadə və aydın şəkildə izahatların verilməsini, hər iki "Çağrı mərkəzi”nin fəaliyyətinin daha da təkmil şəkildə qurulmasını tapşırıb.
61 yaşlı qadın ona vurulan səhv iynədən öldüSumqayıtda 61 yaşlı qadın vurulan səhv iynədən ölüb.

"Report"un Sumqayıt-Abşeron bürosunun verdiyi məlumata görə, hadisə 10-cu mikrorayonda baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1957-ci il təvəllüdlü Soltanova Ziyafət Allahverdi qızının yaşadığı mənzildə halı pisləşib. Bu səbəbdən təcili tibbi yardım çağırılıb. Xəstə ona vurulan iynədən şoka düşüb və keçinib.

Onun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Eskpertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.

Sumqayıt Təcili Tibbi Yardım Stansiyasından "Report"un yerli bürosuna bildirilib ki, həkimlər ünvana çatar-çatmaz, qadın ölüm ayağında olub və ona iynə vurulub. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
Özündən 20 yaş böyük qadınla nikaha girən azərbaycanlını Rusiyadan qovdularRusiyanın Bryansk vilayət prokurorluğu 23 yaşlı Azərbaycan vətəndaşının özündən 20 yaş böyük qadınla nikahının ləğv edilməsiylə bağlı çıxış edib.

Musavat.com-un nashbryansk.ru-ya istinadən verdiyi məlumata görə, 1995-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Bryansk vilayəti Miqrasiya xidmətinə müraciət edərək oturum izni almaq istədiyini bildirib. Əsas sənəd kimi isə 1975-ci il təvəllüdlü Bryansk şəhər sakini ilə rəsmi nikahda olmasını göstərib.

Yaş fərqinin bu qədər böyük olması isə miqrasiya xidməti işçilərində şübhə oyadıb. Məsələyə şəhər prokurorluğu qarışıb. İlkin araşdırmadan sonra məlum olub ki, 23 yaşlı gənc nikaha Rusiya vətəndaşlığı olmaq üçün giribmiş.

Amma bu etiraf ona baha başa gəlib. Etdiyi əmələ görə onu Rusiyadan deportasiya ediblər.