Ələkbərovun oğlu “Rusiyanın ən varlı varisi” oldu – 17 milyard dolları var”Lukoyl” şirkətinin prezidenti, azərbaycanlı milyarder Vahid Ələkbərovun yeganə oğlu Yusif Ələkbərov “Rusiyanın ən varlı varisləri” siyahısında ilk pillədədir.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, nüfuzlu “Forbes” jurnalının artıq üçüncü ildir ki, tərtib etdiyi hesabata görə Y. Ələkbərov 17 milyard dollar sərvətə malikdir.

Siyahıda ikinci yerdə milyarder Leonid Mihelsonun övladları- qızı Viktoriya və 2015-ci ildə dünyaya gəımiş oğlu (adı açıqlanmır) qərarlaşıb. “Novatek” şirkətinin varislərinin hər birinin payına 8,9 milyard dollar düşür.

Üçüncü yerdə “Evrohim” şirkətinin rəhbəri Andrey Melnitsenkonun varisləri 14,5 milyard dollarla qərarlaşıb. Qeyd olunur ki, milyarderin qızı Tara ilə ötən il anadan olmuş Adrianın payına 7,3 milyard dollar düşür.
Xəzərdə tapılan meyitlərin kimliyi müəyyənləşdi: İtkin idmançılar imiş - FOTO"Neft Daşları yaxınlığında tapılan meyitlər 17 yaşlı Nüsrət Nəzərzadə və onun 15 yaşlı dostu Aqil Təbirliyə məxsusdur".

Bu barədə goldnews.az-a itkin düşən gənclərin yaxınları məlumat veriblər. Bildiriblər ki, bu barədə müvafiq qurumlardan hər iki gəncin ailəsinə məlumat verilib.

Bildiriblər ki, onların tapılması barədə məlumat aidiyyəti qurumlara ötürülüb. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-3" gəmisi qayığın tapıldığı əraziyə cəlb olunub. Hazırda meyitlərin götürülməsi və qayığın sahilə çıxarılması ilə bağlı zəruri tədbirlər görülür.

Qeyd edək ki, aprelin 18-də Sumqayıt şəhərində yaşayan gənc idmançı 17 yaşlı Nüsrət Nəzərzadə və onun 15 yaşlı dostu Aqil Təbirli itkin düşüb.

Onlar günorta saat 1 radələrində dənizdə məşq etmək üçün rezin qayıq götürərək Xəzər bağları istiqamətinə yollanıblar.

Həmin gündən sonra onlardan bir daha xəbər alınmayıb.
Avtoservisə silahlı basqın: Bir nəfər boğazından güllələndiTürkiyənin İstanbul şəhərinin Şişli səmtində naməlum şəxslər avtomobil təmiri servisinə silahlı hücum edib.

Axar.az xəbər verir ki, hadisə İnönü məhəlləsi, Dolapdərə məhəlləsində yerləşən obyektdə qeydə alınıb.

Motosikllə gələn iki və başlarından qoruyucu dəbilqə olan 2 şəxs avtomobil təmirinin aparıldığı məntəqəyə 7 dəfə atəş açıb.

Daha sonra cinayətkarlar hadisə yerindən qaçıb.

Məlumata görə, güllələrdən biri həmin məntəqədə çalışan Fahri Ayzıt adlı şəxsin boğazına dəyib və ətrafdakıların yardımı ilə dərhal xəstəxanaya çatdırılıb.

Hadisə yerinə gələn polis araşdırmalara başlayıb.
Bakıda dəhşətli olay: İnsanların gözü qarşısında arvadının üstünə benzin töküb yandırdıBakı şəhərində dəhşətli hadisə baş verib. Ər öz həyat yoldaşını qətlə yetirməyə cəhd edib.

Cebhe.info əməkdaşının verdiyi məlumata görə, hadisə Nəsimi rayonu Cavadxan küçəsi 40 ünvanında, “ 1 manat shop” mağazasında baş verib. Belə ki, orta yaşlı kişi həyat yoldaşının üzərinə neft tökərək onu yandırıb.

Ətraf dükanlardan və küçədəki sakinlərdən qadına kömək edilsə də, o, ciddi yanıq xəsarətləri alıb. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb və qadın xəstəxanaya aparılıb. Hadisə şahidlərinin sözlərinə görə, qadın təcili tibbi yardım maşınına qoyulanda huşu özündə olub. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Onu da bildirək ki, hadisə baş verən ərazidə yerləşən bütün mağazalar müvəqqəti olaraq bağlanıb.
Rüstəm İbrahimbəyov Azərbaycan əleyhinə daha bir film hazırlayırKinorejissor Rüstəm İbrahimbəyov Azərbaycan əleyhinə daha bir film hazırlayır.

Bu filmi o erməni rejissoru Roman Balayanla şərikli çəkəcək. Bu barədə məlumatı “Bizimyol.info” saytına kinoreissor, əməkdar incəsənət xadimi İTV-nin keşmiş direktoru Cəmil Quliyev verib.

Qeyd edək ki, Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” adlı filmi azərbaycanlılar tərəfindən təhqir kimi qəbul olunub. Kinoreissor bu filmdə xalqın milli mənafeyini ayaqlar altına alaraq erməni xalqına simpatiyasını əks etdirib, azərbaycanlıları qorxaq və qəddar insanlar kimi tanıtmağa çalışıb.
Ordu bir daha öz gücünü göstərdi – İlham ƏliyevCocuq Mərcanlı kəndinin bərpası Azərbaycan xalqının əyilməz ruhunun göstəricisidir. Bu, bir daha göstərir ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Bu, bir daha onu göstərir ki, bütün məcburi köçkünlər bir arzu ilə - öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayırlar. Əminəm ki, biz buna nail olacağıq.

Avrsiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinin açılışında çıxışı zamanı deyib.

Prezident bildirib ki, Cocuq Mərcanlı kəndinin yenidən qurulması Aprel döyüşlərinin nəticəsindən, bizim parlaq qələbəmizdən sonra mümkün olub:

“Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının ərazilərinin bir hissəsi işğalçılardan təmizlənəndən sonra bu qəsəbənin bərpası mümkün olmuşdur. Azərbaycan Ordusu bir daha öz gücünü göstərdi. Azərbaycan xalqı bir daha göstərdi ki, heç vaxt işğalla barışmayacaq və nəyin bahasına olursa-olsun öz doğma torpaqlarına qayıdacaq, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcək. Bir daha demək istəyirəm ki, biz bu qəsəbənin timsalında köçkünlərin arzularını, niyyətlərini görürük. Cocuq Mərcanlıdan olan vətəndaşlar, uzun illər müxtəlif yerlərdə yaşamış insanlar imkan olan kimi dərhal öz kəndinə gəlməyə üstünlük verirlər. İndi orada həyat canlanır, şərait yaradılır, həm yaşamaq üçün, həm işləmək üçün bütün infrastruktur yaradılıb.

Bu, bir daha onu göstərir ki, biz bu gün dağılmış vəziyyətdə olan bütün şəhərlərimizi işğaldan azad edəndən sonra tezliklə bərpa edəcəyik. İşğal altında olan bütün ərazilərimizdəki tarixi abidələrimiz, məscidlərimiz, muzeylərimiz mənfur qonşular tərəfindən dağıdılıb, talan edilib. Bütün şəhərlərimiz dağıdılıb. Bu, misli görünməmiş vəhşilikdir. Dağıdılmış bu binaların, evlərin, məscidlərin görüntüləri erməni vəhşiliyinin yırtıcı xislətini göstərir. Ancaq biz torpaqlarımıza qayıdacağıq. Buna heç kimdə şübhə yoxdur, necə ki, Cocuq Mərcanlıya, Şıxarx qəsəbəsinə qayıtmışıq. Şıxarx qəsəbəsinin, işğaldan azad edilmiş torpaqlarda bu böyük qəsəbənin salınması bir daha onu göstərir ki, biz torpaqlarımızı işğalçılardan azad edəndən sonra o torpaqlara dərhal yeni həyat gəlir. Əminəm ki, Azərbaycan dövlətinin gücü, Azərbaycan xalqının iradəsi nəticəsində işğaldan sonra bütün şəhərlərimizi bərpa edəcəyik və o şəhərlərdə insanlar yaşayacaqlar, quracaqlar, ölkəmizin inkişafını təmin edəcəklər”.
Mətbuat Şurasında şikayətlər dinlənilibBu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Toplantını açan komissiya sədri Müşfiq Ələsgərli gündəlikdəki məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

Komissiya üzvləri ilk olaraq Beyləqan rayon sakini Yaşar Səfərovun “Tendensya.com” və “Milliyol.az ” saytlarına qarşı şikayətini araşdırıblar. Şikayətçi tərəf bildirib ki, artıq hər iki saytın təmsilçiləri onunla əlaqə saxlayıblar və problemin aradan qaldırılması üçün razılıq əldə olunub. Şikayətçi müraciətini geri götürdüyünü bildirib.

“A Servise Group” MMC-nin direktoru Aysel Rəhimovanın “Şərq” qəzetinə qarşı şikayətini araşdıran komissiya üzvləri müəyyən edblər ki, qəzet bəlli şirkət barədə material hazırlayarkən, etik kodeksin standartlarını gözləyib, balans prinsipinə əməl edib, şirkət təmsilçilərinin mövqeyini də dərc edib. Bu baxımdan şikayət ərizəsində qaldırılan iddia əsassız sayılıb.

Bakı şəhər sakini Xaliq Abbasovun “Qafqaz” Xəbər Agentliyinə qarşı şikayətinin paralel olaraq məhkəmə müstəvisində də araşdırıldığı müəyyənləşib. Buna görə də komissiya məsələyə baxmayıb.

Ağstafa rayon rayon sakini Quliyeva Şəlalə Fuaddin qızının “Həqiqət güzgüsü” qəzetinə qarşı müraciətini araşdıran komissiya üzvləri bildiriblər ki, Şura bu quruma daha əvvəllər ünvanlanmış şikayətlərdəki haqlı motivləri əsas tutaraq “Həqiqət güzgüsü” qəzetinin adını özünün “qara siyahı”sına daxil edib. Bununla əlaqədar şikayətçi tərəfə ətraflı məlumat və tövsiyələr verilib.

“Haakan foods” şirkətinin prezidenti Yavuz Həsənovun “azeuronews.com” portalı ilə bağlı müraciətini araşdıran komissiya rəyə gəlib ki, bəlli yazıda etik kodeksin bütün prinsipləri ciddi şəkildə pozulub. Bu baxımdan məsələnin geniş şəkildə araşdırılması “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına həvalə edilib.

İclasda Azərişıq ASC-nin Aran Regional İdarəsinin “Tendensya.com”, “Milliyol.az ” və “Sonxeber.az” saytlarına qarşı şikayəti də araşdırılıb. “Sonxeber.az” portalının təmsilçisi şikayət doğuran yazını “Tendensya.com”a istinadla yaydıqlarını vurğulayıb və bildirib ki, sayt yanlışlığa görə təkzib verməyə hazırdır. “Tendensiya.com”, “Milliyol.az ”ın fəaliyyətinin isə geniş araşdırılması “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına həvalə edilib.
Kosmetoloq Elnarə Rzayevanın daha bir qurbanı – Dəhşətli fotolarKosmetoloq Elnarə Rzayevanın prosedurları nəticəsində sağlamlığına ciddi ziyan dəydiyini iddia edən daha bir xanım dəhşətli faktlar açıqladı.

Criminal.az saytına müraciət edən Gülçöhrə adlı xanım iddia edib ki, E.Rzayeva onun pulunu alıb, qızıl boyunbağısını girov götürərək dodaqlarını bərbad hala salıb:

”Dodağımda süni gel var idi. Elnarə Rzayevanın reklamını görməyənə qədər nəsə etdirməyi heç düşünmürdüm. Reklamı görəndən sonra düşündüm ki, ona müraciət edim, dodağımdakı gel təbii olsun. Buna görə də Elnarənin müayinəsinə yazıldım və yanında oldum. Sual verdim ki, yaxın günlərdə qohum toyu var, həmin vaxta kimi dodağım düzələcəkmi? Bildirdi ki, üstündə 400 manat varsa ödənişi et, bir iynə vuracam, bir həftədən sonra yenidən gəlirsən. Yenidən 400 manat ödəniş edirsən, bir prosedur da edirəm, sonra 50 manata sənə krem verəcəm.

Beləliklə inandırdı ki, dodağım maksimum 20 günə sağalacaq. Hətta dedi ki, bu gün yox, sabah ya biri gün gəlsən gecikə bilərsən, hər günün bir hökmü var. Ondan ayrılıb iki gün sonra kilinikaya yenidən getdim. 400 manat ödəniş etdim, dodağıma bir iynə vurdu. Evə gəldim, dodağım şişdi. Bir həftə keçəndən sonra yenidən onun yanına getdim. Bu dəfə üstümdə 325 manat pulum var idi, 75 manatım çatmadı. Dedim bu qədər düzəldə bildim, ödənişi sonra yoxlanışa gələndə edərəm. Boğazımdakı qızıl boyunbağımı göstərib dedi ki, girov qoy, gəlib ödənişi edəndə götürərsən. Mən də verdim”.

Şikayətçi deyir ki, E.Rzayevanın dediyi müddət keçdi, heç bir irəliləyiş olmadı, əksinə ikinci prosedurdan sonra ağzı-burnu yara töküb, inanılmaz dərəcədə pis günə qalıb: ”Ağzımın içi necə yara tökdüsə dişlərimi belə hiss etmədim. Elnarə dedi ki belə olmalıdır, məcbur olub gözlədim. Günlərlə yemək yeyə bilmədim, amma demişdi ki, hər gün sağalmağa doğru gedəcək. Hər gün yaram bir az qabardı, ağzım qanla dolu idi, danışa bilmirdim. Ağzımı tərpədən kimi qan axırdı. Gecələr yatanda dodaqlarım bir-birinə birləşirdi, onun dərdindən ağzıma trubuçka qoyurdum. Düz 5 ay mən o dünyanı görüb gəldim. Bir gün yuxudan ayıldım ki ağzım birləşib, 3 gün sonra ağzım açıldı. Sistem köçürüldü ki immunitetim zəifləməsin. 54 kilodan 39-a düşdüm. Dodağım sağalmadığını görüb yanına getdim. Nəvaxt ona yazırdımsa işi olduğunu bəhanə eədərk məni qəbul etmək istəmirdi.

Bir gün ona xəbər vermədən klinikasına getdim, ona gəldiyimi xəbər verdilər. Yarım saat gözləyəndən sonra yanına keçdim. Verdiyim pulumu istəyəndə kobudcasına əl işarəsi ilə ”gələ” dedi. Başladı ki səni Orxan Abbasov göndərib yanıma. Guya mən getmişəm Orxan adlı cərrahın yanına, o da deyib ki dodağımdan geli əməliyyat vasitəsilə götürüm. Dedi ki, sən Orxanın məşuqəsisən. Əlini başladı stola vurmağa, sonra gəldi yanıma, əlini sillə vuracaq kimi göstərərk ”çıx otaqdan” dedi. ”Pulumu istəyirəm” deyəndə məni itələdi. Yerə yıxıldım, qalxa bilmədim. Məni başladı çəkməyə ki, baxın, Orxanın məşuqəsi gəlib. Bax, axşam sənin görüntülərini yayacam, tutub boğazımdan dartdı. Əlimi dəfələrlə qapının araslında qoydu, əlim kəsilmişdi, bədənimdə xəsarət izləri vardı”.

”Elə ordan 102-yə zəng etdim, bölmədən gəlib şəkilin çəkdilər. Səhəri günü polislər kamera görüntülərini çıxartmağa gedəndə həmin günun çəkilişi silinmişdi. Polis izahatımı aldı, iş Nəsimi rayon Polis İdarəsində istintaqa göndərildi. Sonra bilmirəm necə oldu, qızıl boyunbağım ondan alıb özümə qaytardılar. Pulum isə almadılar. Sonra işimNəsimi ayon Prokurorluğuna göndərildi. Orda Ələkbər müəllimlə danışdım. Söz verdi ki, Elnarədən pulumu alıb qaytaracaq. 8 aydır ki pulumu almayıblar. Nəhayət bu həftənin birinci günü prokuror Salman Məmmdəli ilə görüşdüm. Bildirdi ki, özü araşdırıb nəzarətə götürəcək. Bu işi boş buraxmayacam, əlimdə sübutlarım və ekspert rəyim var”-deyə Gülçöhrə xanım vurğuladı.

E.Rzayeva isə Gülçöhrə adlı pasientinin olduğu inkar edir, bunu şər və böhtan adlandırır. Xatırladaq ki, E.Rzayevanın prosedurlarından zərərçəkən Validə Firidunova onu polisə verib. Kosmetoloqun barəsində Nəsimi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığıa az ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Başqa bir şikayətçi Aygün Məmmədova isə kosmetoloqa qarşı Nizami rayon məhkəməsində iddia qaldırıb. (Criminal.az)
Kosmetoloq Elnarə Rzayevanın daha bir qurbanı – Dəhşətli fotolar
Kosmetoloq Elnarə Rzayevanın daha bir qurbanı – Dəhşətli fotolar
Prezident İlham Əliyev əfv imzaladı - Siyahıda 634 nəfər varAzərbaycan Prezidenti İlham Əliyev əfv sərəncamı imzalayıb.

Əfv Komissyasının üzvü Əliməmməd Nuriyev deyib ki, Sərəncam 634 nəfərə şamil edilib. İlkin məlumata görə, 12 siyasi məhbusun adı əfv sərəncamına düşüb.

"Nardaran hadisələri” ilə bağlı azadlıqdan məhrum edilən 7 nəfər əfvə düşüb.

Bundan başqa, şantaj yolu ilə pul almaqda təqsirləndirilən şair Saday Şəkərli, narkotik ittihamı ilə tutulan AXCP fəalı Elnur Fərəcov, "Cristall Hall”da terror törətməkdə təqsirləndirilən Valeh Abdullayev və hicaba qadağa qoyulması ilə bağlı keçirilən aksiyada tutulan iki nəfər əfv edilib.
Əflatun Amaşov: Görəsən, İbrahimbəyov öz erməniliyindən imtina edərmi?!"Kinorejissor Ayaz Salayevin “Qafqaz triosu” ("Кавказское трио") filmi ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış məqaləsini oxudum. Kinorejissor əsl Azərbaycan ziyalısı olaraq cəmiyyətə kifayət qədər ciddi mesaj verib. Filmin müxtəlif epizodlarına diqqət yetirdikcə bu mesajın eyni zamanda dərin ictimai məzmun daşıdığını duymamaq mümkünsüzdür".

Avrasiya.net xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu Azərbaycan xalqının vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan, ermənilərin isə alicənab, sülhsevər kimi təqdim edildiyi “Qafqaz triosu” filmi haqqında yazıb.

Bəli, "Кавказское трио"nun ssenari müəllifi azərbaycanlı, bir qədər də dəqiq desək, məşhur azərbaycanlı Rüstəm İbrahimbəyovdur. Bu faktın özü çox üzücüdür. Eyni üzüntünü yazıçı Əkrəm Əylisinin “Daş yuxular” romanı ilə bağlı da keçirmişdik. Düşünürəm ki, Rüstəm İbrahimbəyovu və Əkrəm Əylislini birləşdirən cəhətlər oxşardır və bu cəhətlər yaradıcılıq müstəvisində qiymətləndirilə bilməz.

Zənnimcə, yaradıcılıq mahiyyət etibarilə pozitiv təbiətlidir. Onu da vurğulayım ki, şəxsin yaradıcı bacarıq və istedadını göstərmək üçün tətbiq etdiyi metodlar hətta ifrat da ola bilər. Yaradıcılıqdakı ifrat konkret hadisə və prosesə münasibətin qeyri-adekvat və müəyyən mənada amansız forması kimi seçilsə də, onda obyektiv həqiqətlərin üzə çıxarılması məramı var və elə buna görə də keçərlidir.

Ancaq istər Əkrəm Əylislinin, istərsə də onun “yuxusunu görən” Rüstəm İbrahimbəyovun yaradıcılığı pozitivlikdən uzaqdır. Bəli, onların hər ikisi üstündür. İstedadı şəxsi iddianın, təkəbbürün, qərəzçiliyin nümayişi üçün bazara çıxararaq satmaqda tayı-bərabərləri yoxdur. Əlbəttə, R.İbrahimbəyov "Кавказское трио"su ilə daha irəli gedə bilmək “potensialını” ortaya qoyur...

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edirik. Cümhuriyyət dövrü ictimai xadimlərinin həyatının müxtəlif mərhələlərinə diqqət yetiririk. Gözlərimiz önündə fədakar simalar, əsl şəxsiyyətlər canlanır. Hər birimizə yaxşı məlumdur ki, onlar bu xalqı düşdüyü qəflət yuxusundan ayıltmaq, əzilməkdən, boyunduruqdan qurtarmaq üçün necə əziyyətlərə qatlaşıb, necə məhrumiyyətlərlə üzləşib, necə çətinliklərə sinə gəriblər. Xalq Cümhuriyyəti bu böyük insanların xidmətlərinin təntənəsi olmaqla yanaşı, həm də Qafqaz coğrafiyasındakı türk-müsəlman varlığının dünyaya mədəniyyət, əxlaq, sülh, barış, bəşərilik, dünyəvilik mesajı idi. Əlbəttə, bu mesaj toplum olaraq bizə ağır nəticələr də verdi. Tarixi torpaqlarımızda erməni dövləti yarandı.

Üzərindən 100 il keçdikdən sonra Cümhuriyyət dövrü xadimləri kimi xalqın ziyalısı olmaq potensialına malik Rüstəm İbrahimbəyov bu filmi ilə istedadını görün, nəyə xərcləyir! Xalqını mədəniyyətsiz, barbar, qorxaq kimi təqdim etməyə! Təzada baxın, bu mədəniyyətsizlik və barbarlıq ermənilər üzərində həyata keçirilir! O ermənilər üzərində ki, istər yaxın, istərsə də uzaq tariximizin müxtəlif mərhələlərində bizə qarşı soyqırımı siyasəti həyata keçiriblər.

Görəsən, cənab İbrahimbəyovun bəşəriliyin uğursuz imitasiyasına söykənmiş təxəyyülündən filmə sıçratdığı qorxmaz, mərd erməni obrazı öz erməniliyindən imtina edərmi?! O obraz Xocalıdakı dəhşətlərə, ümumən türklərə qarşı ən ağlagəlməz cinayətlərə görə fəxarət duyub özü ilə heçmi öyünməyib?! Bəlkə o erməni xəcalət təri töküb?! Hesab etmirəm ki, R.İbrahimbəyov bunları bilmir. Çox gözəl bilir, ancaq hikkəsi və iddiası ona kim olduğunu unutdurur.

Yaradıcı şəxs, istedad sahibi üçün saf niyyətlərə söykənmiş müxalif ruhluluq da keçərlidir, hətta etalondur da. Ancaq R.İbarimbəyov "Кавказское трио" ilə 11 aprel Prezident seçkisi öncəsi Avropadan söyüş yağdıran bəsit təfəkkür sahiblərinin maraqlarından da bəsit maraqların əsiri kimi çıxış edir. Bu isə müxaliflik deyil. Onun insan haqları, mərhəmət kimi bəşəri dəyərlərin tapdalanmasının guya əksinə çıxan beynəlmiləlçiliyinin incə siyasi gedişlərə hesablandığı aydın görünür. Hər kəs İbrahimbəyovun soyuq “şimal küləyi”nin təsiri səbəbindən xəstələnməsinin fərqindədir. "Кавказское трио" bu xəstəliyin artıq şizofreniya mərhələsidir.

Bəli, satqınlığın və xəyanətin başqa adı yoxdur. Əslində bununla bağlı fikir bildirmək çox ağırdır. O mənada ki, satqın özümüzdən biridir. Üstəlik bizdən olan, yenə də deyim, istedadlı və bacarıqlı biri. Ancaq tariximizdə Oruc bəy Bayat kimi doğulmuş, sonradan iranlı Don Juana çevrilmiş biri də olub. Taleyə baxın, adam küçə davasında ayaq altında qalaraq canını tapşırıb. Rüstəm İbrahimbəyov da "Кавказское трио" ilə acı sonluğa doğru daha sürətlə irəliləyir. Görünən budur ki, siyasətin onun cüssəsindən dəfələrlə böyük çarxları altında qalmağa üstünlük verir. Bu durumda bizə “Don Juan Bakinski”mizə görə yalnız təəssüflənmək qalır.