“İbrahimbəy bilsəydi soyunda “soysuz” olacaq soyadının yaşamasın istəməzdi” - Nahid CanbaxışlıVətəninfo.az xəbər verir ki, özünü kinodramaturq və kinorejissor kimi təqdim edən Rüstəm İbrahimbəyovun "Qafqaz trio”su (rejissor – Eldar Şengel, Fuad İbrahimbəyov, senari müəllifi – Rüstəm İbrahimbəyov, 2015-ci il) tarixin bütün dönəmlərində türklərə qarşı soyqırım ayata keçirmiş erməniləri qəhraman kimi təqdim etməsi və Azərbaycan xalqını gücsüz və düşmən obrazda göstərməsi ciddi etirazlara səbəb olub. Elə bunun nəticəsidir ki, ölkənin tanınmış elim adamları, ziyalılar, eyni zamanda xalqımızın bütün təbəqələrinin təmsilçiləri bu dönük Rüstəmə etirazlarını bildirməkdədirlər. Erməni lobbisinin maliyyəsi və dəstəyi ilə ərsəyə gətrildiyinə şübhə olmayan filimlə bağlı, 1-ci Qarabağ müharibəsinin Qazisi, Vətəninfo.az saytının təsisçisi və baş redaktoru Nahid Canbaxışlı bildirirb ki, Rüstəm İbrahimbəyovun necə bir dəfşirmə biri olduğu hərkəsə bəllidir və onun dönük olduğun bildikləri üçün erməni diasporası ondan geninə-boluna istiafadə edir.

"Əgər İbrahimbəy bilsəydi ki, soyunda Rüstəm kimi bir soysuz peyda olacaq, inanın soyadının İbrahimbəy olaraq davam etməsin istəməzdi. Bu gün İbrahimbəyin sümükləri məzarda sızıldayır və soyundan olan dönük Rüstəmi ruhu lənətləməkdədir. Rüstəm üçün əsas amal,məqsəd şəxsi maraqlarıdır. Budefşirmənin bu günə kimi, Azərbaycan dövləti və xalqı ilə bağlı hansısa bir müsbət fikrinə rast gəlməmişəm.Əgər bu gün virtual axtarış saytı "google”də axtarış verdim və bir dənə belə bu satılmışın xalqımızla bağlı normal fikrin görmədim. Adam başdan-ayağa dönüklük və xəynətkarlıq içərisində olub”.Nahid Canbaxışlı qeyd edib ki,bu gün haqlı olaraq xalqımız bu dönüyə qarşı hiddətin ortaya qoyur: "Azərbaycan xalqı tarixdə dəfələrlə ermənilərə qarşı humanizim göstərib,süfrəmizdə oturmalarına belə izin verdik.Amma nə oldu.Bunlar oturduqları süfrəmizə xəynət etməklə bərabər,evimizə,torpağımıza xəyanətdən çəkinmədilər.Necə ki, ermənilər rusların forpostudur,bu gün Rüstəm kimi satqın da ermənilərin forpostuna çevrilib. Tarix belə satqınları heç bir zaman bağışlamayacaq. Rüstəm tarixdə satqın və xəyanətkar biri olaraq yerini alacaq”.

Məşhur müəllimi direktor polisə şikayət etdi - Uşaqları icazəsiz Bakıya ekskursiyaya aparıbSosial fəaliyyəti ilə məşhurlaşan Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbin müəllimi Həbib Əlizadə həmin məktəbin direktoru Ziyafəddin Cavadov tərəfindən polisə şikayət edilib.

AzNews.az xəbər verir ki, bu barədə H.Əlizadə özü sosial şəbəkədə məlumat verib:

“Bir neçə saat bundan öncə Lənkəran şəhər Polis Şöbəsindən mənə zəng edildi və haqqımda məktəb direktoru tərəfindən təqdimat verilərək şikayət edildiyi bildirildi. Mən şok oldum. Səbəbini soruşdum. Dedilər ki, uşaqları icazəsiz Bakıya ekskursiyaya aparırsan”.

H.Əlizadə əslində məsələnin tam fərqli olduğunu və ona iftira atıldığını söyləyib:

“Şagirdlərə Bakı şəhərinə gəzinti-ekskursiya təşkil edilməsi ilə bağlı məlumat vermişdik. Gəzinti çərçivəsində Şəhidlər Xiyabanı, bir çox tarixi abidələr, dövlət idarələri və digər yerlərə aparılmaq istənilirdi. Əgər yerli təhsil idarəsi icazə verib tədbirlər planını təsdiq etsəydi, gəzinti olacaqdı. Əks halda gəzinti olmayacaqdı. Bu sadəcə hələ bir ideya idi. Lakin direktor polisə şikayət edib ki, mən icazəsiz şəkildə gəzinti təşkil etmək istəyirəm. Tamamilə iftiradır. Çünki gəzinti hələ təşkil olunmayıb və bu sadəcə ideya idi. Təsəvvür edirsinizmi ki, tarixi gəzinti ideyasına belə mane olurlar. Özləri isə əsla tarixi ekskursiya təşkil etməyiblər”.

O, məktəbdə direktor tərəfindən arzuolunmaz şəxs elan edildiyini də sözlərinə əlavə edib:

“Məktəbdə baş verən bir çox problemlər və çatışmazlıqlar haqda çox vaxt yazmazdım. Mümkün qədər həllinə çalışardıq. Direktordan şəxsim üçün deyil, məktəblə bağlı müəyyən istəklərim olub və beləliklə arzuolunmaz müəllim elan olunmuşam. Fikrimcə, artıq məktəbdə işləməyimi istəmirlər. Halbuki direktorun özünə belə işlərinə görə şəxsən kömək etmişəm. İndi isə direktor mənə iftira atır, məni ləkələyir. İndiyədək heç bir zaman polis orqanlarında şikayət edilən kimi iştirakım olmayıb, heç piyada kimi də qayda pozuntusu mənə yazılmayıb. Sabah isə 11:30-da Lənkəran polis şöbəsində olacam”.

Qeyd edək ki, məsələ ilə bağlı Ziyafəddin Cavadovun da mövqeyini öyrənməyə çalışsaq da, direktor suallarımıza cavab vermədi:

“Mən bu barədə heç nə danışmaq istəmirəm. Hüquq-mühafizə orqanlarına müraciət etmişəm, onlar araşdıracaqlar”.
Bakıda intihara cəhdin qarşısı alınıbBakıda intihara cəhdin qarşısı alınıb.

Avrasiya.net Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
Voleybolçularımızdan ikinci qələbəMayın 23-də qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Qızıl Avropa Liqasında ikinci görüşündə Portuqaliya yığmasına qalib gələrək mötəbər turnirdə növbəti qələbəsini qazanıb.

Avrasiya.net xəbər verir ki, milli komandamız Azərbaycan Voleybol Mərkəzində Portuqaliya yığmasını 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Türkiyəli baş hakim Saadettin Denerin idarə etdiyi görüşə daha fəal başlayan portuqaliyalı voleybolçular ilk seti öz xeyirlərinə başa vurublar – 26:24. Lakin ilk görüşdə olduğu kimi bu oyunda da yüksək əzmkarlıq nümayiş etdirən Azərbaycan millisi ardıcıl üç setdə müvafiq olaraq 25:17, 25:14 və 25:17 hesabı ilə qalib gələrək oyunu qələbə ilə başa vurub. Beləliklə, görüş voleybolçu qızlarımızın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qızıl Avropa Liqasında milli komandalar üç qrupda mübarizə aparırlar. “A” qrupunda yer alan Azərbaycan yığmasının rəqibləri Ukrayna, Portuqaliya və Bolqarıstan seçmələridir. Komandamız ilk turda Ukrayna yığmasını 3:1 hesabı ilə məğlub edib.

Azərbaycan millisi növbəti oyununu mayın 26-da səfərdə Bolqarıstana qarşı keçirəcək.

Qızıl Avropa Liqasının final mərhələsi Macarıstanda keçiriləcək.

Xatırladaq ki, Azərbaycan millisi 2016-cı ildə Qızıl Avropa Liqasının çempionu olub.
İbrahimbəyov həbs oluna bilərmi? – Vəkil açıqladıYazıçı, ssenarist Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” adlı filmində azərbaycanlılar vəhşi, qəddar, mədəniyyətsiz, ermənilər isə alicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunurlar. Sözügedən film ictimaiyyətdə böyük müzakirələrə yol açıb. Bir sıra dövlət rəsmiləri İbrahimbəyovun bu filmini sərt şəkildə tənqid ediblər.

Bəziləri bildirirlər ki, yazıçı Ə.Əylislinin “Daş yuxular” əsərindən sonra xalqımıza qarşı ikinci bir təhqir motivli “sənət” nümunəsinin ortaya çıxması bunu ənənə halına sala bilər. Ona görə də Azərbaycan tərəfi bu “ənənə”nin qarşısını almaq üçün məhkəmədə iddia qaldırmalıdır.

Bu barədə Axar.az-a danışan hüquqşünas Səməd Vəkilov bildirib ki, Azərbaycan xalqı təhqirə və tarixi faktların təhrif olunmasına görə hüquqi müstəvidə yazıçıya qarşı iddia qaldıra bilər:

“Vətəndaşlarımız millət vəkilləri vasitəsilə qanunvericilik orqanlarında təmsil olunurlar. Deputatlar xalqı qanunvericilik orqanlarında təmsil edən nümayəndələr kimi onların hüquqlarını qoruya bilərlər.

Deputatlar həm təmsil etdiyi şəxslərin, həm də hökumətin adından iddia qaldıra bilər. Bundan əlavə, hər bir Azərbaycan vətəndaşı fərdi qaydada məhkəməyə müraciət edib, təhqirə qarşı iddia qaldırmaq səlahiyyətinə malikdir.

Həmin şəxs Cinayət Məcəlləsinin 274-cü maddəsinə əsasən, dövlətə xəyanət etməkdə (Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda, xarici dövlətə, təşkilata və onların nümayəndələrinə kömək etməkdə) ittiham edilərək məsuliyyətə cəlb oluna bilər”.

Hüquqşünas onu da əlavə edib ki, bu, xalqımıza qarşı ilk təxribat deyil:

“Əvvəllər də belə yanaşmalar mövcud olub. R.İbrahimbəyov və onun kimi düşünən bəzi yazıçılar hesab edirlər ki, erməniləri müdafiə etməklə beynəlxalq mükafatlar qazana bilərlər”.

Məsələ ilə bağlı danışan tarixçi Taleh Cəfərov bildirib ki, Azərbaycan xalqı ermənilərə qarşı təcavüzkar siyasət yeritməyib, əksinə dəstək olub:

“Qarabağ hadisələrində, yaxın keçmişdə elə olub ki, azərbaycanlılar erməniləri atəşin, odun içərisindən çıxararaq, öz evlərində gizlədiblər. Yazıçı Məmməd Səid Ordubadi yazır ki, Naxçıvanda iğtişaşlar zamanı bir azərbaycanlı öldürülməsinlər deyə öz evində 52 erməni qadını gizlədib.

Təkcə 1905-1907-ci illərdə Qazax qəzasında da eyni hadisələr olmuşdu. Vətəndaşlarımız çalışırdı ki, mülki erməniləri xilas etsin. Lakin ermənilər bizim onlara olan humanist yanaşmamızdan sui-istifadə etdilər. Azərbaycan xalqı heç vaxt ermənilərdən yaxşılığının əvəzini görməyib”.
Nazirlikdən tək oğlan övladlarının cəbhəyə göndərilməməsi məsələsinə münasibət"Hərbi çağırışa möhlət hüququ olmayan Azərbaycan Respublikasının hər bir vətəndaşı ailə tərkibindən, özünün və valideynlərinin cəmiyyətdəki mövqeyi və nüfuzundan, o cümlədən tutduğu vəzifədən asılı olmayaraq, hərbi xidmətə çağırılır və bundan qürur duyur".

Avrasiya.net AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı son günlər ailələrin tək oğlan övladlarının hərbi xidmətə çağırılmamaları, həmçinin ön xətt bölmələrində xidmətə cəlb edilməmələri barədə bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlara münasibət bildirərkən deyib.

“Eyni zamanda, ailənin tək oğlan övladları da hərbi xidmətə çağırılır və müxtəlif istiqamətlərdə, xidmət sahələrində öz vəzifə borclarını şərəflə yerinə yetirirlər. Ordumuzda xidmət edən gənclərin hansısa təbəqələrə bölünməsi kimi ziyanlı tendensiya mövcud deyil və düşünürəm ki, belə bir addımın atılması da xoşagəlməz hal kimi dəyərləndirilir. Unutmayaq ki, belə söhbətlərin yayılması vətəndaşlar arasında çaşqınlığın və narazılığın yaranmasına səbəb ola bilər. Bu isə şübhəsiz ki, Ermənistan xüsusi xidmət orqanlarının məqsədlərinə yarayan bir məsələdir. Bunu nəzərə alaraq hesab edirəm ki, bu gün belə bir mövzunun ortaya atılması ziyanlıdır, yolverilməzdir və düşmənin planları ilə üst-üstə düşür”, - o qeyd edib.

V.Dərgahlı qeyd edib ki, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla hərbi xidmətə çağırışla bağlı digər möhlət hüquqlarından bəhs etmək cəbhədəki vəziyyəti tam qiymətləndirməmək deməkdir: "Çünki ordumuzun qarşısında ərazi bütövlüyümüzün təmin olunması kimi müqəddəs və şərəfli vəzifə durur. Bu gün ordumuzun sıralarında ailələrin tək övladı olan zabitlərimiz, gizirlərimiz və hərbi xidmətə könüllü surətdə gələn müddətdən artıq həqiq hərbi xidmət hərbi qulluqçuları vardır və onlar vəzifələrinin öhdəsindən şərəflə gəlirlər. Onların əksəriyyəti ön xətt bölmələrində, düşmənlə üzbəüz mövqelərdə xidmət edirlər. Ancaq belə müzakirələrə qoşulanların məntiqi ilə hərəkət etmiş olsaq, onda gərək çağırışçılarla bərabər yuxarıda sadaladığım kateqoriyadan olan ailənin tək oğlan övladlarının da ordumuzda xidmətə cəlb edilməsinin qarşısı alınsın. Bu isə ölkəmizin müdafiə qüdrətinə vurulan zərbə kimi qiymətləndirilməlidir”.
Veysəloğlu Şirkəti Belarusiyadan idxal etdiyi kərə yağlarının keyfiyyətinə zəmanət verirSon günlər sosial şəbəkələrdə ölkə bazarında Belarusiya kərə yağı adı altında mənşəyi bilinməyən kərə yağlarının satıldığı müzakirə olunur.

Respublikamıza Belarusiyadan kərə yağı idxalı ilə məşğul olan şirkətlərdən biri də Veysəloğlu MMC-dir. Şirkət olaraq kərə yağlarını Belarusiyanın tanınmış süd və süd məhsulları istehsalçısı COMPİMİLK OAO müəssisəsindən tədarük edirik. Müssisədən ölkəmizə idxal olunan kərə yağları "Milk World” və "Shuchinski Belarus” adı altında pərakəndə və topdan satış mağazalarına paylanılır. "Milk World” adı ilə satışda olan kərə yağları marketlərdə 1 kiloqramlıq qablaşdırılmada 14 manat 79 qəpiyə təklif olunur. "Shuchinski Belarus” kərə yağları isə 5 və 10 kiloqramlıq qablaşdırılmalarda olur ki, bu qablaşdırmalar üzərində də istehsalçı, tərkib, saxlanma şəraiti və müddəti barəsində iştehlakçıya geniş məlumatlar verilir. Marketlərdə isə bu qablaşdırılmalar açılaraq qramlar şəklində paketlənərək müştərilərə təklif olunur. Qeyd edək ki, hər iki markada istehsalçı barədə - ünvan, istehsal müəssisəsi, əlaqə nömrələri, rəsmi internet səhifəsi – məlumatlar qeyd olunub. Bundan başqa "Milk World” 1 kiloqramlıq kərə yağları ölkəmizdə qablaşdırılır və qablaşdıran şirkət barədə də məlumatlar məhsulların üzərində qeyd olunmuşdur.

İstehlakçılara bildirmək istəyirik ki, bəzi işbazlar Belarusiya kərə yağlarının keyfiyyətli olması və bu yağlara alıcılar arasındakı müsbət rəydən istifadə edərək digər qarışıq yağları təmiz kərə yağı adı altında istehlakçılara təqdim edir. Alıcılardan bu məsələdə həssas və daha diqqətli olmalarını tövsiyyə edirik.

Veysəloğlu MMC tərəfindən idxal olunan bütün qida və qeyri qida məhsulları Keyfiyyətə nəzarət departamentinin Mərkəzi Laboratoriyasında, həmçinin yerli və xarici ölkələrin akkreditasiya olunmuş laboratoriyalarında orqanoleptik, keyfiyyət, qida təhlükəsizliyi, markalanma, qablaşdırmanın bütövlüyü, daşınma və qəbul zamanı temperatur göstəriciləri və digər kriteriyalar üzrə standartın tələblərinə uyğun şəkildə yoxlanılır. Standartlara cavab verməyən və istehlakçı üçün təhlükəli sayılan məhsulların tədarükü dərhal dayandırılır və məhsul geri göndərilir.

Veysəloğlu Şirkəti olaraq hər zaman insanların sağlam qida ilə təmin olunmasını diqqətdə saxlayır, idxalını həyata keçirdiyimiz məhsulların, o cümlədən kərə yağı məhsullarının keyfiyyətinə tam zəmanət veririk.
Azərbaycan özünün ABŞ-dakı lobbi təşkilatını itirdiABŞ-ın xüsusi prokuroru Robert Müllerin istintaqı ilə əlaqədar “Podesta Group” lobbi təşkilatı mövcudluğuna son qoyub. Xüsusi prokuror şirkətdən xarici dövlətlərlə işi barədə sənədlərin və yazışmaların surətlərini tələb edib. Bundan əlavə, şirkətin əməkdaşları dindirilib.

Üç ay sonra (şirkət gecikməni kompüterdəki yanlışlıqla izah edib – red.) “Podesta Group” sənədləri təqdim edib və İraq, Moldova, Azərbaycan və Səudiyyə Ərəbistanından olan müştəriləri ilə işin dayandırıldığını elan edib. Qeyd olunur ki, şirkət ABŞ-da Azərbaycanın maraqlarını fəal şəkildə müdafiə edib və bunun qarşılığında nəhəng məbləğlər alıb.

Şirkətin rəhbəri olan Toni Podestaya qarşı heç bir ittiham irəli sürülməyib və xüsusi prokuror Robert Müllerin şirkətin fəaliyyətinə bu cür böyük marağının səbəbi məlum deyil.

Qeyd etməyə dəyər ki, firmaya Con və Entoni Podesta qardaşları başçılıq edirlər. Bunlardan birincisi 2016-cı ilin seçkilərində Hillari Klintonun seçki qərargahının rəhbəri olub.

Ukraynadakı rusiyapərəst Regionlar Partiyasının maraqları çərçivəsində Trampın keçmiş köməkçisi Pol Manafortun fəaliyyətini araşdırarkən Müller aşkar edib ki, “Podesta Group” Manaforta və onun vasitəsilə Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin nəzarəti altında olan “Müasir Ukrayna Avropa Mərkəzi” (MUAM) qeyri-kommersiya təşkilatına piar xidmətləri göstərib.

Konqres üzvlərinə, eyni zamanda Dövlət Departamenti və Ağ Evin nəzdində Milli Təhlükəsizlik Şurasının əməkdaşlarına lobbi xidmətlərinə görə MUAM “Podesta Group”a ümumilikdə 1 milyon dollardan artıq vəsait köçürüb. “Podesta Group” Yanukoviçin imicinin yüksəldilməsi ilə məşğul olub. Manaforta və onun işgüzar tərəfdaşı Rik Geytsə qarşı pulların yuyulması və xarici agent kimi qeydiyyatdan keçməkdən imtinaya görə ittihamlar irəli sürülüb.

Bundan əlavə, “Podesta Group” ABŞ Konqresinin Xarici əlaqələr komitəsində maraqlarının qorunması üçün Səudiyyə Ərəbistanından təxminən 2.8 milyon alıb. Şirkətin digər müştəriləri arasında Moldovanın Demokrat Partiyasının və Azərbaycanın ABŞ-dakı səfirliyinin adları çəkilir. Qeyd edilir ki, Azərbaycandan olan müştərilər ötən ay ümumi məbləği 110 min dollar olan 3 ödəmə həyata keçiriblər. Bu vəsaitlər həmçinin Azərbaycan hökumətinin Vaşinqtonda maraqlarının qorunmasına sərf edilib.

Virtualaz.org
"O, azərbaycanlı deyil, vətən xainidir" - Tənzilə Rüstəmxanlı“Rüstəm İbrahimbəyov da Əkrəm Əylisli kimi vətən xainidir”.

Bu sözləri Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Publika.az-a xalq yazıçısı Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu Azərbaycan xalqının vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan, ermənilərin isə ailicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim edildiyi “Qafqaz üçlüyü” filminə münasibət bildirərkən deyib. O bildirib ki, bu cür insanların qanında, canında vətən sevgisi yoxdur:

“Bu insanlarda milət, vətən anlayışı yoxdur. Onlar üçün əsas olan öz mənfi xislətləridir. Rüstəm İbrahimbəyovun milli təfəkkürü yoxdur. Əmin olun ki, ailə köklərini araşdırsanız, onun da, həmin bu gürcü rejissorun da qanında erməni qanı var. İnandırım sizi, bizim aramızda bu cür həmvətənlərimiz olduqca bizə düşmən lazım deyil. Ermənilər dayanmadan 10 il bizə qarşı vuruşsaydılar da, belə ağır zərbə vura bilməzdilər. Rüstəm İbrahimbəyov onlara ömür boyu öz güclərinə qazana bilməyəcəkləri hədiyyə verdi. Gürcüləri “Qafqaz üçlüyü” maraqlandırırdısa, İbrahimbəyovdan qat-qat daha yaxşı əsərlər yazan yazıçılarımız var. Niyə onların əsərlərinə film çəkmək istəmirlər? Əlbəttə, bu onlara sərf etmir. Elə götürək Sabir Rüstəmxanlının “Cavadxan” əsərini. Burada azərbaycanlıların, gürcülərin, ermənilərin, rusların hər birinin ayrı-ayrılıqda taleyi əks olunub. Əkrəm Əylislidən sonra ikinci böyük zərbəni də Rüstəm İbrahimbəyov bu əsassız cızmaqarası ilə vurdu”.

T.Rüstəmxanlı deyir ki, rus təfəkkürü ilə yaşayan insanlar olduğu üçün onlar vətənimizin qadınına da, kişisinə də nifrət edirlər:

“Bu nifrəti də büruzə vermək üçün ermənilərin çörəyinə yağ çəkməklə məşğuldurlar. Bu insanları ictimai qınaqla utandırmaq lazımdır. Əkrəm Əylisliyə cəza olsun deyə "Xalq yazıçısı" adından məhrum etdilər. Bu insan vətən xainidir. Bu düşüncədə olan insanların hər biri mənim gözümdə vətən xainidir və onların layiqli cəzaları verilməlidir. Dövlət başçımız bu məsələ ilə bağlı ən doğru qərarı verəcəkdir”.
Şura AXC-nin yaranmasının 100 illiyini qeyd edibBu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunan “Müsəlman Şərqində ilk demokratik respublika” adlı elmi-praktiki konfrans keçirilib.

Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindəndir: “19-cu əsrdə Azərbaycanın şimal əraziləri Rusiya tərəfindən tərəfindən işğal edilərək pərakəndə xanlıqlar formasında imperiyanın tərkibinə qatılmışdısa, 1918-ci ildə onun tərkibindən vahid, müstəqil və 114 min kv. km ərazini əhatə edən bir dövlət kimi çıxdı. Cümhuriyyət qurucuları intellektual potensialı, xalqına, millətinə olan sevgisi, qayğısı və sədaqəti ilə birləşib Azərbaycan Xalq Cümhuriyyətini yaratdılar”.

Azay Quliyev vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, İstiqlal Bəyannaməsinin elan olunması böyük zəka, uzaqgörənlik, cəsarət, iradə, qəhrəmanlıq tələb edirdi. Əgər 100 il bundan öncə Azərbaycan Cümhuriyyəti yaranmasa idi, şübhəsiz indiki müstəqil dövlətimiz də olmazdı. Azərbaycan ən yaxşı halda bolşevik inqilabından sonra Rusiyanın bir əyaləti kimi Sovetlərin tərkibinə qatılacaqdı və SSRİ dağılandan sonra isə Rusiya Federasiyasının bir subyektinə çevriləcəkdi: “Təkcə bu tarixi nailliyyətə görə biz cümhuriyyət qurucularının ruhu qarşısında baş əyir, onların əziz xatirəsini minnətdarlıq hisssi ilə anırıq”.

Şura sədri deyib ki, qısa müddətdə milli valyuta, ordu, universitet yaradan, Avropanın bir çox dövlətlərindən və ABŞ-dan fərqli olaraq qadın və kişilərin hüquq bərabərliyini elan edən, qadınlara səs vermək hüququ verən Cümhuriyyət təəssüflər olsun ki, cəmi 23 ay mövcud oldu və Sovet Rusiyasının işğalı səbəbindən süquta uğradı.

Azay Quliyev bildirib ki, ümummili lider Heydər Əliyev Cümhuriyyət qurucularının arzularını gerçəyə çevirdi və müstəqilliyimizi əbədi etdi. Cənab Prezident İlham Əliyev isə müstəqil Azərbaycanı daha da gücləndirdi və regionun söz sahibi olan güc mərkəzinə çevirdi.

Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik, Milli Məclisin deputatı Yaqub Mahmudov konfransda geniş məruzə ilə çıxış edib. İyirminci əsrin əvvəllərində Cənubi Qafqazdakı mürəkkəb siyasi vəziyyəti təhlil edən alim 19-cu əsrdə regiona Çar Rusiyası tərəfindən yeni və yad millətin-ermənilərin köçürülməsindən sonra yüz minlərlə azərbaycanlının vəhşiliklə qətlə yetirildiyini diqqətə çatdırıb. Y. Mahmudov qeyd edib ki, Azərbaycanın ziyalıları, igid övladları bütün çətinlikləri aşarak müstəqil dövlət qurmağa nail olublar.
Şura AXC-nin yaranmasının 100 illiyini qeyd edib
Akademik deyib ki, Azərbaycan xalqı Cümhuriyyəti qurmaqla dünyaya sübut etdi ki, 5 min illik dövlətçilik tarixinə malik bir milləti məhv etmək mümkün deyil. Cümhuriyyət qurucuları Azərbaycanı odun içindən çıxararaq qurdular. Bu çox böyük nailiyyət idi: “Türk Dünyasında, İslam coğrafiyasında ilk demokratik respublikanı biz azərbaycan türkləri yaratdıq. Yaşadığımız 21-ci əsrdə Avopada irqçilik, islamafobiya, ksenefobiya halları baş alıb gedir. Amma 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti irqindən, dinindən, dilindən, milliyətindən asılı olmayaraq bütün xalqlara eyni hüququ tanıdığını bəyan etdi. Qadınlara seçmək, seçilmək hüququ verdi. Mətbuata senzuranı ləğv etdi.Bunları həyata keçirmək böyük hünər və zəka tələb edirdi”.

Yaqub Mahmudov sovet dövründə Azərbaycan tarixinin əksər səhifələrinin saxtalaşdırıldığını, o cümlədən də Azərbaycan Xalq Cümhuriyyətinə düşmən münasibət bəsləndiyini vurğulayıb. Bu gün isə xalqımızın həqiqi tarixi dərindən öyrənilir və dünyaya təqdim olunur: “ Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə, ölkəmizlə bağlı həqiqətlərin üzə çıxarılmasına və dünyaya çatdırılmasına hər zaman böyük diqqət yetirib. Azərbaycan xalqının bu möhtəşəm tarixinin dünyaya çatdırılmasında ulu öndərin böyük xidmətləri var. Onun tapşırığı ilə Tarix İnstitutu Cümhuriyyət tarixini əhatə edən çoxcildli kitablar nəşr etdirib. Bu gün bu ənənə Prezident İlham Əliyev tərəfindən yaşadılır. Cənab prezidentin göstərişi ilə Cümhuriyyət və azərbaycanlıların soyqırımı ilə bağlı dünyanın müxtəlif yerlərindən yüz minlərlə səhifəlik sənədlər ölkəmizə gətirilərək mütəxəssislərin ixtiyarına verilib”.

Konfransda Şuranın Cümhuriyyətin yaranmasının 100-cü ildönümü münasibəti ilə hazırladığı qısametrajlı filmə baxış keçirilib.

Deputat Fəzail Ağamalı yüksək səviyyəli konfransın təşkilinə görə Şuraya təşəkkürünü bildirərək Şuranın Milli Elmlər Akademiyasının Tarix İnstitutu ilə birgə Cümhuriyyətin tarixi ilə bağlı konfrans keçirməsinin çox faydalı olacağını deyib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli 1918-ci ildə Anadolu və Azərbaycan türklərinin daşnak-bolşevik qoşunlarına qarşı birgə şəkildə böyük uğurla mübarizə apardığını bildirib. Ə.Hüseynli Qafqaz İslam Ordusunun yaranmasından qabaq da Azərbaycanın müxtəlif ərazilərində təşkilatlanan vətən fədailərinin erməni silahlı dəstələrinə qarşı mübarizədə qəhrəmanlıqlar göstərdiyini vurğulayıb.

QHT rəhbərləri Rauf Zeyni, Təhmasib Novruzov, Samir Adıgözəlli, Radə Abbas, Müğan Əliyev və digər şəxslər çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin qürur dolu səhifəsi olduğunu və onun varisi olan bugünkü müstəqil Azərbaycanın daha da qüdrətlənməsi üçün hər bir vətəndaşın çalışmasının lazım olduğunu bildiriblər.