Niderland mediası Azərbaycan Xalq Cümhuriyyətindən yazdıNiderlandda yaşayan soydaşımız, Niderland Jurnalistlər Birliyinin üzvü, “Connect” təşkilatının sədri Vüqar Abbasovun bu günlərdə Niderland mətbuatında Azərbaycan Demokratik Respublikasının qurulmasının 100 illiyindən bəhs edən yazısı verilib.

https://rfgmagazine.nl/honderd-jaar-azerbeidzjan-valt-er-iets-te-vieren/

Bu barədə məlumatı soydaşımız, diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürklə söhbətində verib. Yazıda Azərbaycanın Çar Rusiyanın işğalından xilas olmasından və ADR – in qurulmasından, 1918 – ci ildə ermənilərin Azərbaycan ərazilərini işğal etmək istəməsindən, Nuru Paşanın rəhbərliyi ilə Türk ordusunun (Qafqaz İslam Ordusu) Azərbaycana kömək etməsindən və Bakının ermənilərin işğalından azad olunduqdan sonra paytaxt elan olunmasından və.s. söhbət açılıb. Daha sonra yazıda Məmməd Əmin Rəsulzadə və onun silahdaşlarından Fətəli Xan Xoyskidən, Nəsib bəy Yusifbəylidən, Məmməd Həsən Hajınskidən, Bakı Dövlət universitetinin açılmasından və s. danışılıb.

ADR dövründə qadınlara verilən hüquqlardan söhbət açılaraq bildirilib ki, bu, hətta Fransa (1944) ABŞ – dan (1920) öncə olub. M.Ə. Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” deyiminin XX əsrin sonlarında başlanan mütəqillik hərəkatının şüuarına çevrildiyini yazan soydaşımız əlavə edib ki, bu il həm Azərbaycanda, həm də dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar ADR – in 100 illiyini böyük bayram kimi qeyd edəcəklər. Yazıda Azərbaycanın 1991 – ci ildə yenidən mütəqillik qazandığı, Ermənistanın Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı və yeddi ətraf rayonunu işğal etdiyi, BMT – nin dörd qətnaməsinə (qətnamələrin nömrələri göstərilməklə) məhəl qoymaması, Xocalı soyqrımı xüsusi qeyd olunub. Daha sonra soydaşımız qeyd edib ki, Azərbaycan xalqı torpaqlarını sülh yolu ilə geri almağa çalışır, əgər bu alınmayacaqsa müharibə qaçılmaz olacaq. Soydaşımız yazını belə bitirib:

“Müharibə şəraitində olmasına baxmayaraq ADR 100 illiyi yüksək səviyyədə qeyd ediləcək. Azərbaycanlılar öz ölkələri ilə fəxr edirlər. Bu ili rəsmi olaraq bayram kimi qeyd etmək üçün də Azərbaycan Respublikasının Prezidenti bu ilin ADR – in 100 illik yubiley ili kimi qeyd edilməsi barədə sərəncam verib. Azərbaycan xalqı hamılıqla bu yubileyi qeyd edəcək və onlar bir daha bayraqlarının enməsinə imkan verməyəcəklərinni deyirlər. Necə ki, M.Ə.Rəsulzadə deyib: “Bir kərə yüksələn bayraq,bir daha enməz!””.
AXC-nin gömrük siyasətiAzərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti nəinki ölkəmizin, eyni zamanda bütün Şərq aləminin dövlətçilik və demokratiya tarixində ilk böyük hadisə idi. Mövcud olduğu 23 ay ərzində müstəqil Azərbaycan Cümhuriyyəti həmin dövrdə dövlət idarəçiliyinin təşkili və idarəetmə orqanlarının formalaşdırılması sahəsində müəyyən işlər görüb. Ən əhəmiyyətlisi budur ki, iqtisadi təhlükəsizliyin, o cümlədən ərzaq təhlükəsizliyinin təmin edilməsi, idxal-ixrac əməliyyatları üzərində dövlət nəzarətinin hüquqi əsaslarının yaradılması, gömrük sərhədinin qaçaqmalçılıq hallarından mühafizə edilməsi kimi xüsusi əhəmiyyətə malik məsələlərin həllində milli maraqlar prioritet təşkil edib. Azərbaycan Xalq Cümhuriyyəti tarixinin əsaslı şəkildə öyrənilməsində tədqiqat obyektindən kənarda qalmış məsələlərdən biri də ən mühüm dövlət atributlarından biri olan gömrük xidmətinin təşkili istiqamətində fəaliyyəti, gənc, müstəqillik yoluna yenicə qədəm qoymuş dövlətin gömrük siyasətinin işlənilib-hazırlanması sahəsində əldə etdiyi təcrübədir. İqtisadi təhlükəsizliyi təmin edən, həyati əhəmiyyət daşıyan məhsulların kənara çıxarılmasına imkan verməyən və xarici ticarət əməliyyatlarını nəzarətə alan bir qurumun yaradılması zəruri idi.

Milli dövlət quruculuğu prosesinin tərkib hissəsi olan gömrük işi sahəsində AXC-nin həyata keçirdiyi təşkilati tədbirlər və qanunvericilik bazasının yaradılması ölkənin iqtisadi-siyasi problemləri ilə sıx bağlı olduğuna görə araşdırılması vacib olan problemlərdən biridir. Araşdırılan tarixi sənəd və materiallar AXC Parlamenti və hökumətinin dövlətin əsas atributlarından Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 244 ərzaq malları və on min pudlarla neft məhsulları keçirilirdi. Pambıq, taxıl, tütün və digər məhsulların nəzarətsiz ixracı daxili bazarın məhdudlaşmasına, daha doğrusu, əhalinin ərzaqla təminatına mənfi təsir göstərirdi. İqtisadi təhlükəsizliyi təmin etməyə qabil, strateji məhsulların ixracını, bütövlükdə xarici ticarət əlaqələrini tam nəzarətə götürən bir qurumun yaradılması zəruri idi. Ölkə Parlamentinin gömrük işi sahəsində qəbul etdiyi qanunlar, hökumətin verdiyi ayrı-ayrı qərar və sərəncamlar, qonşu ölkələrlə bağlanmış iki və üçtərəfli sazişlər, regional və beynəlxalq əhəmiyyətli tədbirlərdə və yerli əhəmiyyətli müşavirələrdə göstərilən səylər bu istiqamətdə məqsədyönlü işlərin görüldüyünü sübut edir.

Qısa müddət ərzində Cümhuriyyət dünyanın bir sıra ölkələri, o cümlədən Osmanlı dövləti, İran, İngiltərə, ABŞ, Fransa, İtaliya, Gürcüstan, Dağıstan və Orta Asiya ilə iqtisadi əlaqələr qurmağa nail olmuş, bir sıra dövlətlərlə ticarət müqavilələrinin bağlanması barədə razılıq əldə edib. Azərbaycanın müstəqilliyi elan edildikdən sonra yeni yaranan dövlətin maliyyə vəziyyətinin yaxşılaşdırılması hökumətin qarşısında duran mühüm vəzifələrdən biri idi. Azərbaycan hökuməti ilk mərhələdə daxili ehtiyatları qorumaq məqsədilə bir sıra strateji malların – neft, pambıq, yun, ipək, tütün və başqa xammalın ixracına yalnız ölkə üçün zəruri məhsulların bərabər qiymət və miqdarda gətiriləcəyi təqdirdə razılıq verirdi. İxrac məhdudiyyətləri və bir çox hallarda isə daşımalar sahəsində yaranan çətinliklər xarici ticarətin genişlənməsinə və müvafiq olaraq gömrük gəlirlərinin artımına mane olurdu. Dövlət büdcəsi aşağıdakı vergi növləri hesabına formalaşırdı: 1) müstəqim vergilər, o cümlədən torpaq, daşınmaz əmlak, sənaye, kapital qoyuluşu, hərbi mükəlləfiyyət, notarial və dövlət gəlir vergiləri; 2) qeyri - müstəqim vergilər, o cümlədən neft və neft məhsullarından, tütün, şəkər və çay istehsalı gəlirlərindən tutulan vergilər, gömrük vergisi və ödənişləri; 3) möhür haqqı (kargüzarlıq və sənəd yazışmalarından gəlirlər); 4) dövlət inhisarına aid vergilər, o cümlədən mədən gəliri, poçt-teleqraf xidmətindən, balıqçılıq, pambıqçılıq və meşə təsərrüfatından gələn gəlirlərdən daxil olan vergilər; 5) yük daşımalarından daxil olan vergilər, o cümlədən dəmiryolu daşımalarından daxil olan vergilər. Bütövlükdə, 1919-cu ilin sonu – 1920-ci ilin əvvəllərinə gömrük yığımlarının həcmi dövlət büdcəsinin gəlirlər hissəsinin təqribən 12-14 faizini təşkil edirdi.

Gömrük xidmətinin formalaşdırılması sahəsində ilk tədbirlərdən biri Milli Şuranın 10 avqust 1918-ci il qərarı ilə Azərbaycan Mərkəzi Gömrük İdarəsinin və Poylu gömrükxanasının Ticarət və Sənaye naziri tərəfindən təklif olunan ştat cədvəlinin layihəsinin təsdiq edilməsi idi. 1918-ci il sentyabrın 4-dən başlayaraq Azərbaycandan xaricə müxtəlif yük və malların çıxarılmasına Ticarət, Sənaye və Ərzaq naziri və ya Mərkəzi Gömrük İdarəsi rəisinin icazəsi ilə həyata keçirilirdi. Yenicə formalaşmaqda olan gömrük xidmətinin idarəetmə strukturunda bir sıra dəyişikliklər edildi. Cümhuriyyətin qərb, şimal-qərb və cənub sərhədlərində gömrük məntəqələri təşkil olundu. Naxçıvan general-qubernatorluğunun maliyyə şöbə sinin nəzdində gömrük bölməsi yaradılmışdı. Bakı gömrüyü Azərbaycan ərazisində keçmiş Rusiya imperiyasının ən iri gömrük müəssisəsi idi. Azərbaycan hökuməti Bakıya köçdükdən az müddət sonra buradakı gömrükxananın fəaliyyəti imperiya dövründə olduğuna nisbətən daha da geniş ləndi. 1919-cu ildən başlayaraq, Azərbaycan hökumətinin gömrük siyasə tinin daha təkmilləşmiş mərhələsində aşağıdakı dəyişikliklərin həyata keçirilməsi zəruri sayıldı: birincisi, xaricə çıxarılan malların sərbəst mübadiləsinin aparılması üçün sahibkarlara əlverişli imkanların yaradılması; ikincisi, mal ixracına görə icazə alınması qaydasının ləğvi (müvəqqəti tarifə olan 2 saylı əlavə) və ya bu qaydanın xaricə çıxarılması müvəqqəti qadağan edilən mallara aid edilməsi; üçüncüsü, hökumətin bəzi idxal mallarının gömrük vergisindən müvəqqəti azad edilməsi haqqında 1918-ci il 21 oktyabr tarixli qərarın icrasının dayandırılması; dördüncüsü, fiskal maraqları əsas götürərək, Azərbaycandan ixrac edilən mallara gömrük tarifində cüzi düzəlişlər etməklə müvəqqəti qüvvədə saxlanılması; beşincisi tarifə edilən qeydlərin 1-ci maddəsi aşağıdakı redaktədə verildi: «tarif siyahısında qeyd edilməyən mallar sərhəddən gömrük vergisi tutulmadan buraxılır».

Gömrük xidməti ilə sərhəd mühafizəsinin səlahiyyət və funksiya- Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 246 larının əlaqələndirilməsi, xüsusilə qaçaqmalçılıq hallarının qarşısının alınmasında birgə fəaliyyətin qaydalarının müəyyən edilməsi istiqamətində də iş aparılırdı. Azərbaycanın dövlət sərhədlərinin mühafizəsinin təşkili haqqında təşəbbüslərə hələ 1918-ci ilin oktyabr ayından başlanılmışdı. Parlamentin «Azərbaycan Cümhuriyyətinin gömrük münasibətlərini tənzimləmək üçün sərhəd mühafizəsinin təşkil edilməsi haqqında» 18 avqust 1919-cu il tarixli qanunu ilə yeni güc strukturunun yaradıldı. Cümhuriyyətin gömrük sərhədinin mühafizəsi 5 zonaya bölünmüşdü: Bakı, Lənkəran, Qarabağ, Gəncə və Zaqatala sərhəd rayonları. Sərhəd rayonlarının formalaşması işinə 1919-cu ilin sentyabrından başlanmış və həmin ilin noyabrında qismən başa çatdırılmışdı.
AXC-nin gömrük siyasəti
AXC hökuməti gömrük şöbəsi ilə sərhəd mühafizəsinin işinin əlaqələndirilməsi üçün kompleks tədbirlər həyata keçirmişdir. Milli kadrların sərhəd xidmətinə cəlb edilməsinə xüsusi fikir verilirdi. Müsadirə edilən qaçaq malların, sərhəddən qanunsuz keçirilən at və digər qoşqu vasitə- lərinin, mal-qaranın, tez xarab olan ərzaq və digər malların qiymətləndirilməsi, onların hərracından əldə edilən gəlirlərin qısa müddətdə dövlət xəzinəsinə keçirilməsi sərhəd mühafizə məntəqələrinin gömrükxanaya bilavasitə yaxın məsafədə yerləşməsini zəruri edirdi. Gömrük buraxılış məntəqələri və sərhəd mühafizəsi dəstələrinin dövlət sərhəd xətti boyu yerləşdirilərkən optimal məsafənin saxlanılması gözlənilirdi. Bu, qaçaqmal- çılığa qarşı mübarizə işinin qarşılıqlı surətdə əlaqələndirilməsinə imkan verirdi. Arxiv fondunda sərhəd-postlarının yerləşdirilməsini əks etdirən, sərhəd mühafizə şöbəsində hazırlanan və nəzarət məntəqələrinin dislokasiyasına aid xəritə-sxem aşkar edilmişdir (1919-cu il).

Azərbaycanın Cümhuriyyət dövrü gömrük siyasətinin əsas xüsusiyyətlərini belə ümumiləşdirmək olar:

1. AXC yarandığı gündən bütün çətinliklərə və təzyiqlərə baxmayaraq xarici ticarətin gömrük-tarif tənzimlənməsi sahəsində müstəqil siyasət yeridirdi. Milli gömrük xidmətinin yaradılması dövlət quruculuğunun bu sahəsində tarixi ənənələrin bərpası, yüz illərlə mövcud olmuş gömrük işinin yeni tarixi şəraitdə davam etdirilməsi demək idi.

2. Azərbaycan hökuməti gömrük işi və gömrük sərhədinin qorunması ilə bağlı məsələlər hüquqi əsaslar üzərində qurulurdu.
Gömrük işinin qanunverici bazasının yaradılması üçün xeyli iş görüldü, bilavasitə gömrük işinin təşkilinə aid onlarla qanun və qərarlar Parlament və hökumət səviyyəsində hərtərəfli müzakirə edilərək qəbul edilirdi.

3. Gömrük xidməti əsasən üç vəzifəni yerinə yetirirdi: birincisi, ölkənin iqtisadi təhlükəsizliyi (yerli istehsalın xarici rəqabətdən qorunması, daxili bazarın kütləvi tələbat mallarına olan ehtiyacının tənzimlənməsi); ikincisi, sərhədlərin mühafizəsinin təmin edilməsi, ölkənin maddi və mədəni dəyərlərinin xarici ölkələrə daşınması və qaçaqmalçılıq hərəkətlərinə qarşı Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) 247 mübarizə (polis funksiyası); üçüncüsü, xarici ticarət dövriyyəsinin qeydə alınması (statistik hesabatların hazırlanması).

4. Azərbaycan hökuməti xarici ticarət əlaqələri yaradarkən dünya bazarında xammal və sənaye mallarının çatışmazlığını nəzərə almağa, xüsusilə gömrük siyasətini düzgün istiqamətdə qurmağa çalışırdı. Əsas vəzifələrdən biri həvəsləndirmə tədbirləri tətbiq etməklə (gömrük ödəniş- lərinin geri qaytarılması, aksiz dərəcələrinin, dəmiryolu tariflərinin aşağı salınması, idxala proteksionist yanaşma tədbirləri və s.) ticarət dövriyyəsində ixracın həcminin idxala nisbətən üstünlüyünə nail olmaq idi.

5. Mövcud tarixi sənədlər AXC hökumətinin qonşu dövlətlərlə gömrük əməkdaşlığı sahəsində konkret işlər görməsinin təsdiq edir. Bu istiqamətdə Osmanlı və İran dövlətləri, Gürcüstan Respublikası və Şimali Qafqazın Dağlı Xalqlar İttifaqı Respublikası ilə bağlanan müqavilə və sazişlər xarici ticarətin siyasi-iqtisadi və hüquqi tənzimlənməsinin milli maraqlar üzərində qurulmasına təminat verirdi.

6. Yaxın və uzaq xarici dövlətlərlə iqtisadi əlaqələrin bərabərhüquqlu əsaslar üzərində qurulması Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi siyasətinin əsas meyarlarından birini təşkil edirdi. Azərbaycan Parlamenti və hökuməti bu sahədə qanun layihələri hazırlamaqla kifayətlənmir, dünyanın bir sıra ölkələri, o cümlədən Osmanlı dövləti, İran, İngiltərə, İtaliya, Fransa, ABŞ, qonşu dövlətlərdən Gürcüstan, Dağlılar Respublikası, Orta Asiya vilayətləri ilə iqtisadi əlaqələr yaradılmasına çalışırdı.

7. İqtisadi təhlükəsizlik məsələləri və qaçaqmalçılığa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi Azərbaycan hökumətinin gömrük siyasətinin əsas prioritetlərindən biri oldu. Ağır təsərrüfat dağınıqlığı, kəskin siyasi, hərbi, diplomatik və ideoloji təzyiq altında fəaliyyət göstərilməsinə baxmayaraq, xarici ticarət-iqtisadi əlaqələrinin milli maraqlara söykənən prinsipləri müəyyənləşdirildi: a) Azərbaycan əhalisinin ehtiyacı üçün lazım olan malların ölkəyə axınının sürətləndirilməsi; b) malların möhtəkirlik məqsədilə ölkə ərazisindən çıxarılması qarşısının alınması; c) ölkə iqtisadiyyatının və maliyyə mənbəyinin əsasını təşkil edən neft məhsullarının xaricə daşınması və satışının tənzimlənməsi və ç) ixrac və idxal əməliyyatları üzrə sahibkarlardan daxil olan müraciətlərin müzakirə edərək zəruri qərarların qəbul edilməsi.

8. Cümhuriyyət hökuməti idxal mallarından əlavə, ixrac malları üzərində də gömrük rəsmiləşdirməsinin tətbiq edilməsini zəruri saydı. Bu tədbirin mühüm fiskal əhəmiyyəti oldu. Ölkənin xarici ticarət dövriyyəsinin genişlənməsi Azərbaycan hökumətinə dövlət büdcəsinin formalaşmasında gömrük gəlirlərinin payını artırmaq imkanı verdi. Bu dövrün gömrük yığımlarının həcmini əks etdirən məlumatlar ilkin mənbələrə əsaslanaraq ümumiləşdirilmişdir.

9. Sərhədlərin mühafizəsinin formalaşdırılması dövlət quruculuğu prosesinin tərkib hissəsi olub, gömrük nəzarətinin təşkili ilə prosesi ilə üzvi surətdə bağlı idi. Bu dövrdə hər iki qurum Maliyyə Nazirliyi tərəfindən idarə edilirdi. Gömrük orqanları və sərhəd mühafizəsi dəstələri öz səlahiyyətləri çərçivəsində iqtisadi təhlükəsizliyin təmin edilməsi və qaçaqmalçılığa qarşı mübarizə işində eyni məsuliyyəti daşıyırdılar.

10. Araşdırmalarla gömrük xidməti və gömrük baxımından sərhəd mühafizəsinin inzibati-idarəetmə strukturu öyrənilmiş, gömrük və sərhəd mühafizə məntəqələrinin sayı və dislokasiya yerləri dəqiqləşdirilmişdir. Lakin məlum obyektiv və subyektiv səbəblər üzündən milli dövlət quruculuğu, o cümlədən gömrük işi sahəsində tədbirlərin tam ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsi mümkün olmadı. Birincisi, AXC-nin azömürlü olması bu sahədə geniş fəaliyyətinə, qəbul edilən bir çox qanunların və struktur dəyişikliklərinin tətbiq edilmə- sinə imkan olmadı. İkincisi, Parlamentin və hökumətin tərkibinin siyasi cəhətdən həddən çox rəngarəng olması xarici iqtisadi siyasət və gömrük siyasəti sahəsində çevik islahatlar həyata keçirilməsini çətinləşdirirdi. Üçüncüsü, xarici ticarətin tənzimlənməsi işinin müxtəlif dövlət qurumlarına həvalə olunması, gömrük nəzarətinin səmərəsinə mənfi təsir göstərirdi. Xüsusən, dəmiryolu stansiyalarında gömrük nəzarətinin həyata keçirilməsində digər təşkilatlarının işə müdaxiləsi pərakəndəlik yaradırdı. Dördüncüsü, daimi ixrac bazarının olmaması, maliyyə böhranı, nəqliyyat çətinlikləri, hərbi və iqtisadi blokadalar bu sahədə işlərin ardıcıl həyata keçirilməsinə imkan vermirdi. Beşincisi, gömrük orqanlarında təcrübəli və peşəkar azərbaycanlı kadrların son dərəcə az olması, bu işə bəzi hallarda qeyri-peşəkarların cəlb edilməsi vəziyyəti ağırlaşdıran amillərdən idi.

Bütün bunlara baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin gömrük işi sahəsindəki səyləri və həyata keçirdiyi vəzifələr bu gün də nəzəri və praktik əhəmiyyət kəsb edir. Sözsüz ki, Azərbaycanın dövlət quruculuğunun bu mühüm sahəsində əldə etdiyi tarixi təcrübə hərtərəfli öyrənilməyə və təbliğ edilməyə layiqdir. Bu təcrübə Azərbaycanın dövlətçilik ənənələrinin bərqərar olması, dövlətin idarə edilməsində mühüm qurumlardan biri olan gömrük xidmətinin təşəkkülü və inkişafı tarixinin öyrənilməsi baxımından gərəklidir. AXC-nin tarixi təcrübəsi, gömrük quruculuğu sahəsində gördüyü işlər hədər getmədi. Nəhəng sovet imperiyasına qarşı əzmlə mübarizə aparan Azərbaycan xalqı nəhayət, 1991-ci il oktyabrın 18-də müstəqilliyinə qovuşdu.

Ülvi Əfqanlı

“İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı” mövzusunda müsabiqəyə təqdim edilir”
Azərbaycanda ən yaxşı ürək cərrahı kimdir? - Rəşad Mahmudov liderdir - SORĞUKLİNİK.AZ tibb portalı Sosial Media Mərkəzi ilə birlikdə “Ən yaxşı ürək cərrahı kimdir” sualı ilə respondentlər arasında sosioloji sorğuya başlayır. Bir həftə ərzində saytda səs verən soydaşlarımız bu sahədə böyük nəticələr qazanmış həkimləri müəyyən edəcəklər.

Sorğunun keçirilməsində məqsəd ölkə səhiyyəsi ilə bağlı mənfi fikirlərin tirajlandığı bir şəraitdə yerli həkimləri təbliğ etmək, onlar arasında sağlam rəqabətin təmin olunmasına şərait yaratmaq, qeyd olunan xəstəliklərdən əziyyət çəkən insanlara bələdçilik etməkdir.

Sosioloji sorğunun nəticələri saytda keçiriləcək səsvermə yolu ilə müəyyən ediləcək. Əldə olunan nəticələr müvafiq qurumlara, o cümlədən Səhiyyə Nazirliyinə göndəriləcək. Qalib olacaq doktorun fəaliyyəti, gördüyü işlər geniş ictimaiyyətə təqdim ediləcək, sosial mediada yayılacaq, yüzminlərlə şəxs onun fəaliyyəti haqqında informasiya əldə edəcəklər. Eyni zamanda qalib Sosial Media Mərkəzi tərəfindən təltif olunacaq.

Xatırladaq ki, bundan öncə “Azərbaycanda ən yaxşı uroloq kimdir?” sosisoloji sorğusu cəmiyyətdə ciddi geniş maraqla qarşılanıb. 12 mindən artıq insan səs vermiş, bununla bağlı informasiya 60 min oxucu tərəfindən “klik” edilmişdir.

Azərbaycanda ən yaxşı ürək cərrahı kimdir?


Dr. Rəşad Mahmudov (18%, 141 Votes)
Dr. Mehman Ağamalıyev (14%, 111 Votes)
Dr. Kamran Musayev (12%, 92 Votes)
Dr. Qalib İmanov (10%, 75 Votes)
Dr. Abbasəli Abbasəliyev (9%, 73 Votes)
Dr. Ülvi Mirzəyev (9%, 72 Votes)
Dr. Mirəli Məcidov (9%, 69 Votes)
Dr. Fariz İsayev (8%, 65 Votes)
Dr. Natiq Mirzəyev (8%, 62 Votes)
Dr. Səməd Səmədli (3%, 26 Votes)
Yeni nazir daha 4 vəzifəli şəxsi işdən çıxardı - SİYAHIƏmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev 4 rayonun Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) sədrini vəzifələrindən kənarlaşdırıb.

Unikal.org bildirir ki, nazirin əmrinə əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Sabunçu rayon TSEK sədri Vahid İbrahimov, Qəbələ rayon TSEK-in sədri Eldar Abbasov, Ağcəbədi-Ağdam TSEK-in sədri Yaşasın Haqverdiyev, Nərimanov TSEK-in sədri Şahini vəzifəsindən uzaqlaşdırıb.

Fakt Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən təsdiqlənib.
30 manata intim münasibət təklifi və... - 3 qız və bir kişidən ŞOK ƏMƏLMillitv.az saytının baş redaktoru Rövşən Qasımov, saytın əməkdaşları - Elmira Məmmədova, Natavan Mehdiyeva və Yeganə Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Publika.az-ın məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı millitv.az saytının baş redaktoru Rövşən Qasımov, saytın əməkdaşları Elmira Məmmədova, Natavan Mehdiyeva və Yeganə Əhmədova Binəqədi rayonunda yerləşən “Qədim Qəbələ” restoranında iş adamı Şirin Abdullayevin barəsində rüsvayedici məlumatlar yaymamaq üçün 3 min manat alan zaman saxlanılıblar.

Məlumata görə, təqsirləndirilən Rövşən Qasımov əvvəllər Milli Məclisin mətbuat xidmətinin əməkdaşı olub.

Təqsirləndirilən şəxs qismində ifadə verən Rövşən Qasımov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O bildirib ki, 2016-cı ildə təsis olunan bu saytı yaratmağı ona Natavan Mehdiyeva təklif edib: “Yeganə xanım mənə dedi ki, qadınları cinsi istismara məruz qoyan əxlaqsızlıq yuvası var. Bu yerin rəhbəri də Şirin adlı şəxsdir. Dedi ki, biz bu problemi yazıb, bu kimi yerlərin fəaliyyət göstərməsinin qarşısını alaq. Sonra biz həmin məkanda çəkiliş apardıq”.

Rövşən Qasımov qeyd edib ki, Şirin Abdullayeva məxsus olan obyektə müştəri kimi yaxınlaşıb, 30 manat müqabilində ona orada qadınla intim münasibətdə olmağı təklif ediblər: “Biz bu faktları qeyd etdik və bu sübutları polisə verdik”.

Rövşən Qasımov qeyd edib ki, çəkiliş aparan zaman Toğrul adlı şəxs onlara yaxınlaşaraq çəkiliş aparmamasını və bu barədə polisə məlumat verilməməsini istəyib: "Ancaq biz onu eşitmədik, yenə də polisə gedib məlumat verdik. Bir gün sonra Şirin adlı şəxs mənə zəng edib və bu məsələ ilə bağlı görüşüb, danışmağı təklif etdi”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, həmin vaxt Şirin Abdullayev ona gecə vaxtı zəng edib: “Mən Elmira xanımla onun görüşünə getdik. Görüşə Toğrul və Şirin gəldi. Şirin dedi ki, əməliyyat olunmuşam, vəziyyətim yaxşı deyil, çəkilişi efirə verməyin, polisə şikayət etməyin. Bizə söz verdi ki, bu ayın sonu həmin obyekti bağlayacağam. Bizim söhbətimiz yekunlaşdı”.

Rövşən Qasımovun ifadəsinə görə, bir neçə gün sonra Şirin Abdullayev yenidən onunla birlikdə görüşüb və söhbət etməyi təklif edib: “Restoranda görüşdük, yemək yeməyə yeni başlamışdıq ki, polislər gəldi və bizi hədə-qorxu ilə tələb etməkdə ittiham edib, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar”.

Növbəti proses mayın 30-da davam edəcək.
Azərbaycanda DƏHŞƏTLİ İŞGƏNCƏ: 5 yaşlı uşağa görün nələr etdilərAzərbaycanda beş yaşlı uşaq valideyni tərəfindən işgəncələrə məruz qalıb.

Bunu Lent.az-a Azərbaycan Uşaqlar Birliyinin (AUB) sədri Kəmalə Ağazadə deyib. Kəmalə Ağazadənin sözlərinə görə, əlləri və ayaqları bağlanaraq şiddətə məruz qalmış uşağa zorakılıq hərəkəti əyalətlərdən birində edilib. Birliyin sədri deyib ki, zorakılığa məruz qalmış uşağın şəklini ona instagram sosial şəbəkəsi vasitəsi ilə ona yollayıblar:

“Dərhal araşdırmağa başladım. Uşağın valideynləri və region haqqında hələ ki, heç bir məlumat vermək istəmirəm. Artıq bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Məsələ barəsində danışılıb. Sabah mən həmin uşağın zorakılığa məruz qaldığı rayona gedəcəyəm. Müvafiq qurumlarla yerində araşdırma aparacağıq”.

Azərbaycan Uşaqlar Birliyinin sədri deyib ki, fotodakı şəkil həqiqidir:

“Uşaq öz valideyni tərəfindən zorakılığa məruz qalıb. Onun beş yaşı var. Səbəbi nə olursa olsun, uşağa qarşı şiddətə görə hər bir valideyn cəzalandırılmalıdır. Rayonun adını açıqlaya bilmərəm. Sabah bu barədə ictimaiyyətə geniş məlumat veriləcək”.

Qeyd edək ki, baş vermiş hadisəni diqqətdə saxlayacağıq.
Bakıda beynəlxalq konfrans keçirilir -  FOTOLARBakıda BƏT-in Baş direktorunun iştirakı ilə “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda beynəlxalq konfrans keçirilir.

Konfransı giriş nitqi ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd olunan Məqsədlərin icrası sahəsində ölkəmizdə əldə edilən nailiyyətləri diqqətə çatdırıb, bu uğurların Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və hazırda Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasətinin real təzahürləri olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə Bakı şəhərində “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda beynəlxalq konfrans keçirilir.

Konfransda BƏT-in Baş direktoru Qay Rayder, BƏT-in və digər beynəlxalq qurumların, ayrı-ayrı ölkələrin hökumətlərinin, həmkarlar ittifaqlarının və işəgötürənlər təşkilatlarının yüksək səviyyəli nümayəndələri iştirak edir.

Tədbirin Bakı şəhərində keçirilməsi Azərbaycanda dayanıqlı iqtisadi inkişaf şəraitində əhalinin məşğulluq imkanlarının artırılması üçün həyata keçirilən fəal siyasətə görə ölkəmizin BMT-nin 2016–2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərindən 8-ci Məqsədin (Layiqli əmək və iqtisadi inkişaf) icrası ilə bağlı region üzrə fokus ölkə seçilməsindən irəli gəlir.

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qonaqları və bütün konfrans iştirakçılarını salamlayaraq, son onilliklər ərzində texniki tərəqqi və sosial inkişaf sahəsində uğurlara nail olunduğunu, lakin eyni zamanda mövcud qlobal problemləri, o cümlədən dünyada 800 milyon insanın yoxsulluqdan aşağı həddə yaşadığını diqqətə çatdırıb. Nazir BMT-nin Davamlı İnkişaf Gündəliyinin bu problemlərin həllinə doğru qlobal siyasi qətiyyəti ifadə etdiyini bildirib.

S.Babayev qeyd olunan Məqsədlərin icrası sahəsində ölkəmizdə əldə edilən nailiyyətləri qeyd edib, bu uğurların Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və hazırda Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasətinin real təzahürləri olduğunu vurğulayıb. O, ölkəmizdə aparılan iqtisadi islahatların əsasında rifah amilinin, insan kapitalının yüksək inkişaf səviyyəsinə nail olunmasının dayandığını, layiqli əməyin təmin edilməsi, qeyri-formal məşğulluğun aradan qaldırılması və s. vacib komponentlər üzrə tədbirlərin tripartizm prinsipi əsasında reallaşdırıldığını qeyd edib. S.Babayev BMT-nin Dayanıqlı İnkişaf Gündəliyindən irəli gələn öhdəliklərin icrası sahəsində aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlığın həyata keçirildiyini bildirib. Nazir o cümlədən BƏT-lə zəngin siyasi dialoq və praktiki əməkdaşlıq gündəliyindən bəhs edib, birgə fəaliyyət müstəvisində görülmüş işləri diqqətə çatdırıb.

Eyni zamanda, BƏT-in Baş direktoru Qay Rayderin 2013-cü ildə irəli sürdüyü “Əməyin gələcəyi” təşəbbüsünə ölkəmizin də dəstək verdiyini bildirən nazir BƏT Baş direktorunun Azərbaycana hazırkı ilk səfərini Azərbaycanla BƏT münasibətlərində yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirib.

S.Babayev Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olduğunu, Bakı “Expo2025” sərgisi üçün müəyyən olunan “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” mövzusunun ümumbəşəri aktuallıq kəsb etdiyini vurğulayıb. Nazir bildirib ki, Sərginin mövzusü özü-özlüyündə insan həyatını səciyyələndirən üç alt-mövzu ilə əhatə olunur: Səhiyyənin gələcəyi, Təhsilin gələcəyi və Əməyin gələcəyi. Nazir “EXPO2025”-in Bakı şəhərində təşkil olunmasının qlobal əhəmiyyətini, habelə Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi sahəsində xüsusi önəmini diqqətə çatdırıb. S.Babayev tədbir iştirakçılarına məhsuldar müzakirələr və uğurlar arzu edib.

Konfransın “Əməyin arzuolunan gələcəyi” mövzusunda plenar sessiyasında çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov BMT-nin Dayanıqlı İnkişaf Gündəliyindən irəli gələn öhdəliklərin icrası sahəsində ölkəmizdə aparılan işləri diqqətə çatdırıb. Ə.Əhmədov gündəliyin mühüm komponenti olan 8-ci Davamlı İnkişaf Məqsədinin, yəni tam və məhsuldar məşğulluğa, hər kəs üçün layiqli əməyə nail olunmasının Azərbaycanda həyata keçirilən uğurlu dövlət siyasətinin əsas məqsədlərindən biri olduğunu, bu istiqamətdə ölkəmizdə mühüm addımların atıldığını vurğulayıb.

BƏT-in Baş direktoru Q.Rayder çıxış edərək, Azərbaycana ilk dəfə səfər etdiyini, bu səfərdən və hazırkı konfransda iştirak etməkdən məmnunluğunu bildirib. Ölkəmizin ötən il BƏT-in İdarə Heyətində təmsil olunmaq hüququ qazandığını qeyd edən Q.Rayder diqqətə çatdırıb ki, gələcək biz düşündüyümüzdən daha yaxındır və biz gələcəyə hazır olmalı, dünyada, xüsusən də əmək dünyasında baş verən dəyişiklikərin mahiyyətini anlamalıyıq. Bu proseslərin iş yerlərinin artmasına, yaxud azalmasına səbəb olacağı sualı ortaya çıxır. Eyni zamanda, baş verən dəyişikliklər fonunda bərabərsizliyin artması meylləri də özünü göstərir. BƏT-in Baş direktoru bu baxımdan əmək dünyasında özünü göstərən proseslərə yanaşmada ilk növbədə sosial ədalətin, işçilərin əmək və sosial hüquqarının qorunmasına diqqətin vacibliyini, BƏT-in missiyasının da sosial ədalətlə bağlı olduğunu vurğulayıb. Q.Rayder Dayanıqlı İnkişaf Məqsədlərinin bu günkü dünya üçün aktuallığından bəhs edib, Azərbaycanın bu Məqsədlərin icrası üçün göstərdiyi səyləri dəstəklədiyini bildirib.

Plenar sessiyada AHİK-in sədri Səttar Möhbalıyev, ASK-nın prezidenti Məmməd Musayev, Rusiyanın Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri Mixail Şmakov, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının prezidenti Aleksandr Şoxin, Özbəkistan Respublikasının məşğulluq və əmək münasibətləri naziri Şerzod Kudbiyev, Əfqanıstan İslam Respublikasının əmək, sosial işlər, şəhidlər və əlillər naziri Faizullah Zaki mövzuya dair çıxış ediblər.

Sessiyada həmçinin “Bakı EXPO 2025” ilə bağlı təqdimat olub.

Təqdimatdan sonra Q.Rayder, S.Babayev, S.Möhbalıyev və M.Musayev mətbuat konfransı keçiriblər.

Tədbirin gündəliyinə “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda, həmçinin “İqtisadi inkişafın inklüziv, davamlı və iş yerlərinin açılması baxımından zəngin olmasını necə təmin etmək olar”, “Qeyri-rəsmi iqtisadiyyatdan rəsmi iqtisadiyyata keçid”, “Dayanıqlı İnkişaf məqsədləri üzrə monitorinq sistemlərinin tətbiqi” mövzularında panel iclasların keçirilməsi və müvafiq mövzularda məruzə və təqdimatların edilməsi, müzakirələrin aparılması da daxildir.
Bakıda beynəlxalq konfrans keçirilir -  FOTOLAR
GAK-da ictimai təşkilatlarla görüşü keçirilib Bu gün Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) ofisində Marneulidə fəaliyyət göstərən ictimai təşkilatlarla iş görüşü keçirilib.

GAK-dan Avrasiya.net-ə verilən məlumata görə, görüşün məqsədi Marneuli munisipalitetinin nəznində yaradılan Gender Bərabərliyi Şurasının iş planına rekomendasiya xarakterli təkliflərin müzakirəsi idi.

Görüşdə GAK, ”Göyərçin” Demokratik İttifaqı, Gürcüstan Azərbaycanlı Gənclərinin İttifaqı, Marneulinin Demokrat Qadınlarının ictimaiyyəti iştirak ediblər.

Görüş Qadın informasiya Mərkəzinin nümayəndələri Nino Modebadze və Maya Kuprava – Şarvaşidze tərəfindən təşkil olunub.

Görüşdə yuxarıda adları çəkilən təşkilatıarının rəhbər və nümayəndələri Hüseyn Yusubov, Səbinə Talıbova, Olga Endeladze, Leyla Məmmədova və Dilara Məmmədova öz təkliflərini irəli sürüblər. Təkliflər bu ilin mayın 29-da keçiriləcək Marneuli munisipalitetinin Gender Bərabərliyi Şurasının növbəti iclasında təqdim olunacaq.
GAK-da ictimai təşkilatlarla görüşü keçirilib
GAK-da ictimai təşkilatlarla görüşü keçirilib
Binəqədinin yeni icra başçısı o olacaq – İDDİADaşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Bakının Binəqədi rayonuna icra başçısı təyin olunur.

Bu barədə Sfera.az-a mötəbər mənbədən məlumat daxil olub.

Məlumata görə, ötən həftə ölkə prezidentinin sərəncamı ilə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Xaləddin İsgəndərovun yerinə ən layiqli namizəd kimi Əhəd Abıyevin adı hallanır.

Məsələ ilə bağlı Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin mövqeyini öyrənməyə çalışsaq da, telefon zəngimizə cavab verilməyib.

Qeyd edək ki, Əhəd Abıyev haqqında mətbuatda tez-tez yazılar dərc edilir. O, boks şouları ilə yerli, Kolumbiya bayrağını Ermənistan bayrağı ilə səhv salması ilə də dünya mətbuatında özündən bəhs etdirib.