Erməni müstəntiqlər biznesmen Mehman Quliyevə işgəncə veribRusiyanın Stavrapol vilayətində Azərbaycan vətəndaşı, qanunsuz silah və narkotik dövriyyəsində ittiham olunaraq ötən ilin martında həbs edilən biznesmen Mehman Quliyevin işi üzrə məhkəmə prosesi gedir. Virtualaz.org "Kavkazskiy uzel” portalına istinadla xəbər verir ki, təqsirləndirilən Quliyevin qardaşı bu cinayət işinin qurama olduğunu, Mehmandan istintaqda ifadəni işgəncə altında, toka verməklə aldıqlarını deyib. Məhkəmədə Mehmanın qohumları da iştirak ediblər, ancaq qardaşı Rasimdən başqa onların heç biri cinayət işinə və irəli sürülən ittihamlara dair fikir bildirməyiblər. Çünki "problemlə qarşılaşmaq” istəməyiblər.

Mehman Quliyev Azərbaycan vətəndaşı olduğundan onun azərbaycanlı diplomatların da dəstəyinə ümid etmək haqqı var, amma Azərbaycanın konsulluq əməkdaşları bir dəfə də olsun onun məhkəməsinə getməyiblər. Qardaşının dediyinə görə o, vəkil Ələddin Musayevlə birlikdə diplomatik nümayəndəliyə gediblər, amma orada deyiblər ki, 10-15 diplomatın Rusiyada yaşayan hər azərbaycanlının problemi ilə məşğul olmağa imkanı yoxdur.

Rasimin dediyinə görə Mehmanın işi onların bizneslərini əllərindən almaq üçün saxtalaşdırılıb. Həbsdəki biznesmenin qardaşı iş üzrə hər iki müstəntiqin erməni olduğuna da diqqəti cəlb edib. "Dağlıq Qarabağ problemi Rusiyada yaşayan azərbaycanlılarla ermənilərin münasibətlərinə də təsir edir. Mən hesab edirəm ki, Mehmanın işinə qəsdən erməni müstəntiq cəlb ediblər, hesablayıblar ki, o istintaq üçün şübhə doğuran məqamlarla bağlı dərinə getməyəcək. Amma birinci müstəntiq məsuliyyətli və ağıllı adam idi, ona görə də işi ikinci müstəntiqə-yenə də erməniyə verdilər”-Rasim Quliyev deyir.

Məhkəmədə vəkil deyib ki, müdafiə etdiyi şəxs rus dilini pis bilir və onun adından yazılan ifadəyə məcburi qol çəkib. Çünki Quliyevə işgəncə veriblər, onun hər iki əlinin barmaqlarında toka verilmənin izləri var. Məhkəmədə prokuror bu xəsarət izlərinin həqiqətən işgəncə nəticəsində yarandığını dəqiqləşdirmək üçün təkrar ekspertiza barədə vəsadət qaldırıb.

Mehman Quliyev özü isə məhkəmədə əllərinin barmaqlarında, boynunda və çənəsində toka verilmə nəticəsində yaranan xəsarət izlərini göstərib: "Toka qoşanda az qala tavana qədər sıçradım”.

Mehmanın qardaşı deyir ki, həbsdən əvvəl güc strukturlarının əməkdaşları onları təhdid edirdi və xəz biznesindən əl çəkməyi tələb edirdi. "Yanıma gəlib hədələdilər ki, əgər xəz alverindən əl çəkməsəm qardaşımın gününə salacaqlar. Bundan sonra oğlum-Azərbaycan vətəndaşı saxlanıldı və Azərbaycana deportasiya edildi. Hansı ki, onun Rusiyada yaşamaq icazəsi var idi”-Rasim deyir.

O bildirir ki, təzyiqlər nəticəsində biznesi əlindən çıxıb, hazırda Rasim Mehmanın Azərbaycanda yaşayan ailəsinin, həm də öz ailəsinin qayğısına qalmağa məcburdur. Mehmanın Azərbaycanda arvadı və üç azyaşlı uşağı yaşayır.

Biznesmen Mehman Quliyev ötən il martın 7-də Stavrapolda OMON-un iştirakı ilə həbs edilib. Istintaqın versiyasına görə onun avtomobilindən narkotik və patronlar aşkar olunub.

Virtualaz.org

Şotlandiya Avropa Birliyindən çıxırŞotlandiyanın Avropa Birliyindən çıxması ilə bağlı referendum keçirilə bilər.

Axar.az xəbər verir ki, bu sözləri Şotlandiyanın birinci naziri və Milli Partiyanın rəhbəri Nikola Struqon deyib. O bildirib ki, ölkənin AB-dən çıxması ilə bağlı keçirilən referenduma maneə yaradılmayacaq.

Lakin nazir eyni zamanda vurğulayıb ki, ölkənin bəzi bölgələrində yaranan narahatlıq da nəzərə alınacaq:

“AB-İngiltərə əlaqələrinin inkişaf dinamikası izlənildikdən sonra qərar veriləcək”.
"Viaqra"nı tarixə qovuşduran İNANILMAZ KƏŞF: Cəmi 1 iynə iləDanimarkanın elm adamları cinsi əlaqə zamanı ereksiyanın disfunksiyasını yaradan amillərlə bağlı önəmli kəşfə imza atıb.

Mütəxəssislər kəşf etdikləri bir iynə ilə yaranan problemi ortadan qaldırmağı bacarıb.

20 milyon kök hüceyrədən istifadə edərək düzəldilən bir inyeksiya yaxın gələcəkdə kişilərdə ereksiya olmaması probleminə çarə ola və "Viaqra" kimi dərmanların kökünü kəsə bilər.

"The Sunday's Times" dərgisində yer alan xəbərə görə, bu müalicə üsulu "Viaqra"dan fərqli olaraq, qan damarlarını və sinirləri canlandırır.

Lakin yeni müalicə metodunun uzunmüddətli təsirlərini anlamaq üçün daha çox araşdırmaya ehtiyac var.

Araşdırmaya başçılıq edən Danimarka Regenerativ Tibb Mərkəzinin direktoru, professor Soren Şeyx əldə etdikləri bilgiləri Avropa İnsan Törəmə və Embriologiya Dərnəyinin iyul ayında İspaniyada təşkil ediləcək toplantısında təqdim edəcəklərini deyib.

Araşdırmaların əsas hədəfi xərçəng xəstəliyinə tutulduğu üçün prostat vəziləri götürülən kişilərə yardım etməkdir. Komanda bildirib ki, kök hüceyrə müalicəsi ürək xəstəliyi olan və ya qocalmanın təsiri ilə ereksiya disfunksiyası yaşayan kişilər üçün tətbiq ediləcək.

ABŞ Milli Diabet, Həzm və Böyrək xəstəlikləri Universitetinin hesabatına görə, təkcə bu ölkədə 30 milyon kişi ereksiya problemi yaşayır. (publika.az)
Bakı Milli Televiziyasının “3-ü birində” adlı möhtəşəm tədbiri keçirildiBakı Milli Televiziyasının “Bu qala” və “World Haus” restoranlarının dəstəyi ilə “3-ü birində” adlı möhtəşəm tədbiri keçirildi.

Tədbirdə rejissoru İlham Rəsulzadə olan “Ömrü baltalayan vərdiş” qısa metrajlı filminin təqdimatı da baş tutdu.

Tədbir 2018-ci il may ayının 15-də kecirildi və gecəyədək davam edti.

Tədbirin təşkilatı dəstəyi “Jurnalistlər Ekstremal Şəraitdə” və “Bakı Müharibə Əlilləri və veteranları” İctimai Birlikləri, “Loğmed” klinikasıdır.

İnformasiya dəstəyi isə Cümhuriyyət qəzeti, Xəbəral.az saytı, Milli FM radiosu, BATV, Dünya xeber informasiya agentliyidir və müqənilər iştirak edmişdir. Qonaqlar Bakmiltv.info saytının yaranmasının 3 ilik faliyyətini və eləcədə icracı direktorun 42 yaşını təbrik edərək fikirlərini söyləmişlər .Daha sonra isə Bakmiltv.info saytının və İlham Rəsulzədənin reyisorluqu ilə cəkilən “Ömrü baltalayan vərdiş” filim nümahiş etdirildi.
Bakı Milli Televiziyasının “3-ü birində” adlı möhtəşəm tədbiri keçirildi
Bakı Milli Televiziyasının “3-ü birində” adlı möhtəşəm tədbiri keçirildi
Bakı Milli Televiziyasının “3-ü birində” adlı möhtəşəm tədbiri keçirildi
Bakı Milli Televiziyasının “3-ü birində” adlı möhtəşəm tədbiri keçirildi
Putin Merkeli gül dəstəsi ilə təhqir etdiRusiya Prezidenti Vladimir Putinin Almaniya kansleri Angela Merkelə gül dəstəsi bağışlamasının arxasında gizli bir anlam var.

Avrasiya.net axar.az-a istinadla xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri yazıb.

Yazının müəllifi görüşü kəskin şəkildə tənqid edərək onu “siyasi duel” kimi təqdim edib. Müəlifin sözlərinə görə, Merkelin Soçiyə getməsi sözdə işgüzar səfər olaraq göstərilsə də, əslində əməldə “zərbələrin mübadiləsi” idi. Jurnalist əmindir ki, kanslerə təqdim olunan gül dəstəsi heç də nəzakət anlamına gəlmirdi.

“Nəzakətə bənzəyən bu hərəkət əslində təhqir idi. Dünya siyəsətinin aparıcı simaları gül dəstələri bağışlamaq əvəzinə bir-birilərinin əlini sıxmalıdır. Bu hərəkət Merkelə onun qadın olduğunu xatırlatmaq üçün edilmişdi. Bu isə təhqir deməkdir.”, – jurnalist hesab edir.

Xatırladaq ki, “Bild” qəzeti Merkel-Putin görüşünə həsr olunmuş materialda Putinin dünya siyasətinin ağası olduğunu Merkelə göstərdiyini də yazmışdı.
Şəhid olan əsgərimizin FOTOSU — 4 bacının 1 qardaşı imişXəbər verdiyimiz kimi, bu gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.

Avrasiya.net qaynarinfo-ya istinadən bildirir ki, Adil Tatarov 28 yanvar 1999-cu ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində doğulub və Qıraq Kəsəmən kənd tam orta məktəbi bitirdikdən sonra 2017-ci ilin aprelində hərbi xidmətə yollanıb.

Məlumata görə, ailənin yeganə oğlan övladı olan A.Tatarovun 4 bacısı var.
Məleykə Əsədovanın atı - FotoXalq artisti Məleykə Əsədova həftəsonunu atçılıq mərkəzində keçirib.

Avrasiya.net Axşam.az-a istinadən xəbər verir ki, aktrisa qızı Gülərlə birlikdə getdiyi məkandan fotolarını sosial şəbəkədə paylaşıb.

Əsədova eyni zamanda öz atının da fotosunu yayımlayıb. O, Uğur adını verdiyi atını uzun müddətdir görmədiyini bildirib.
2 milyard manat mənimsəmə - Müslümovun “pul gətirən” adamı təşvişdə Eks-nazir Səlim Müslümovun əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edildikdən sonra araşdırmalar başlayıb. Hesablama Palatasının apardığı araşdırmalar nəticəsində nazirlikdə külli miqdarda yeyinti faktları üzə çıxıb. Yerli mediada yer alan iddialara görə, sabiq nazir 2 milyard manata qədər dövlət vəsaitini mənimsəyib. Hesablama Palatasının audit tədbirləri nəticəsində bəlli olub ki, yüzlərlə dünyasını dəyişmiş şəxsin adına pensiyalar təyin edilib və mənimsənilib.

Gundeminfo.az-a daxil olan informasiyaya əsasən araşdırmalar təkcə vəsaitlərin təyin edilməsi ilə bağlı deyuil. ƏƏSMN-də həyata keçirilən elektron “islahatlar” nəticəsində Səlim Müslümov mahir bir bacarıq nümayiş etdirib. Dövlət vəsaitləri hesabına nazirlik pensiyaların, əllilik dərəcələrinin və ünvanlı sosial yardımların təyin edilməsi məqsədilə vahid elektron sistem yaradıb.

Nəhayət, 2016-cı ilin mart ayında ünvanlı sosial yardım sistemində VEMTAS deyilən elektron müraciət sistemi ortaya çıxdı. O sistemdən xəbəri olanlar isə bilir ki, bu heç də belə deyil, VEMTAS robot deyil, onu da Nazirlikdə oturanlar idarə edir, istədikləri adama asanlıqla yardım təyin edə bilirlər. 2016-cı ilin mart ayından ötən dövr ərzində bu sehrli VEMTAS sistemi ilə ünvanlı sosial yardım təyin olunan ailələrin biri də aztəminatlı ailə deyil. Həmin ailələr birmənalı olaraq ünvanı yardıma yaxın düşə bilmirlər. Bir şey ki, I və II qrup əlil ailələri belə onu əldə edə bilmir, o halda sual yaranır onda bəs ünvanlı sosial yardım kimlər üçün nəzərdə tutulub? Budur Səlim Müslümovun “misilsiz xidmətinin” nəticəsi. Səlim Müslümovun ünvanlı sosial yardımın qaydalarına elətdirdiyi dəyişikliklərdən sonara vəziyyətin belə olması gözlənilən idi. İndi nə baş verir?

İddiaya görə, S.Müslümovun ən çox “pul gətirən” adamı Elnur Məcidov olub. Nazirlikdəki mənbələrindən sayta verilən xəbərə görə, ünvanlı sosial yardımların təyin edilməsinə yalnız bir şəxs, Elnur Məcidov nəzarət edib və təyinatla bağlı qərarı da o verib. Söhbət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdirindən gedir. Şöbənin strukturu və əməkdaşlarının sayı nazir tərəfindən müəyyən və təsdiq edilir. Şöbə Məşğulluq siyasəti, Əmək miqrasiyası, Peşə standartları və Demoqrafiya və əhali sakinliyinin inkişafı sektorlarından ibarətdir. Şöbənin fəaliyyətinə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdirinin təqdimatı əsasında nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır.

Belə ki, əgər məlum elektronlaşma olan VEMTAS sistemi üzrə “islahatlar”ına qədər vətəndaşlar yerli idarələr vasitəsilə sənədlərini hazırlayaraq təqdim edirdilərsə, “islahatlar”dan sonra vətəndaşlar sənədlərini toplayır, poçt vasitəsilə qeyd edilən şöbəyə müraciət edirdilər. ƏƏSMN-nin yerli şöbələrində isə bu islahatlardan sonra xeyli ştat ixtisar edilmiş, yalnız bir neçə əməkdaş vətəndaşlara toplanacaq sənədlərin siyahısını və necə hazırlanacağına dair məslətlər verirdilər. Nəticə etibarilə də ünvanlı sosial yardım almaq istəyən vətəndaşlar nazirlikdəki bağlı qapılar arxasında bu yardımların necə təyin edilməsindən xəbərsiz olurdular.

Mənbə iddia edir ki, Elnur Məcidovun rəhbərlik etdiyi şöbə üçün dövlət büdcəsindən ayrılan vəsait hesabına 700 min manat dəyərində olan elektron proqram sifariş edilib. Bu proqram ünvanlı sosial yardım almaq üçün müraciət edən vətəndaşlar haqqında bütün informasıyaları hazır şəkildə şöbəyə təqdim edir. Maraqlıdır ki, faktiki olaraq elektron hökumət sistemində olmayan, məsələn Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, mobil rabitə operatorparının obanentlərinə dair bilgilər, kadastr üzrə çıxarışlar və digər inzibati resurslar Elnur Məcidovun aldığı proqramda necə hazırlanıb? Bu proqram “Elektron Hökumət” sistemində olmayan informasiyaları necə əldə edirmiş? Həm də kifayət qədər bahalı olan bu proqram harada hansı şirkət tərəfindən hazırlanıb heç bir bilgi verilmirdi.

Mənbə deyir ki, nazirin birinci müavini, nazirliyin aparat rəhbərinin belə sözü və səlahiyyəti keçməyən Elnur Məcidov birbaşa Səlim Müslümova tabe olub. Sadə dillə desək şöbə müdiri ünvanlı sosial yardımları necə təyin edirdisə, o şəkildə də nazirinə “hesabat” verib.
Evini yandıran veteran itkin düşübXəbər verildiyi kimi, mayın 11-də Abşeron rayonu, Mehdiabad qəsəbə sakini, 1976-cı il təvəllüdlü Qarabağ müharibəsi əlili Fuad Arif oğlu Əkbərov Fatmayi kəndindəki birmərtəbəli evini icra nümayəndələrinə etiraz əlaməti olaraq yandırıb.

Avrasiya.net"Oxu.Az"a istinadən xəbər verir ki, hazırda müharibə əlili itkin düşüb.

Məlumat ölkənin hüquq mühafizə orqanlarından verilib. Veteranın həyat yoldaşı Tamam Əkbərova da məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, Əkbərovun atası oğlunun itkin düşməsilə bağlı polisə müraciət edib.
Qeyd edək ki, Fuad Əkbərov Fatmayi kəndindəki birmərtəbəli evini Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya etiraz əlaməti olaraq yandırıb.

İcra hakimiyyəti Əkbərovun bu iddialarını təkzib edib və onun sözlərini “təxribat” adlandırıb.
Yeni nazir yoxlamalara başladı - GəncədəƏmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Nazirliyin Gəncə şəhərində yaradılan Regional Peşə Tədrisi Mərkəzində olaraq, burada peşə tədrisi üçün müvafiq maddi-texniki bazanın yaradılması yönündə aparılan işləri nəzərdən keçirib.

Nazirlikdən Avrasiya.net-ə verilən məlumata görə, mərkəz Gəncə şəhəri ilə yanaşı, ətraf rayonlardan olan vətəndaşların da əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmələri, onların əmək bazarına çıxış və məşğulluq imkanlarının artırılması məqsədinə xidmət göstərəcək.

S.Babayev Mərkəzin qurulması işlərinin keyfiyyətlə aparılmasını və sürətləndirilməsini, digər vətəndaşlarla bərabər, əlilliyi olan şəxslərin da burada peşə hazırlığının təşkili üçün daha geniş imkanların, habelə fiziki məhdudiyyətli şəxslərin rahat hərəkəti üçün uyğun şəraitin yaradılmasını tapşırıb.

Nazir Gəncə şəhər Pensiyacıların Ərazi Sosial Xidmət Mərkəzinə gələrək, burada aparılan əsaslı təmir və yenidənqurma işlərini nəzərdən keçirib, müvafiq tapşırıqlar verib. Özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və köməklik göstərə biləcək əmək qabiliyyətli qohumları olmayan pensiya yaşına çatmış şəxslər bu Mərkəzdə stasionar şəraitdə sosial xidmətlərlə təmin ediləcəklər. Müəssisədə müvafiq şəxslərin dövlət himayəsində rahat yaşayışı, onlara keyfiyyətli sosial xidmətlərlə təminatı üçün hər cür şərait yaradılacaq. Mərkəzin cari il ərzində istifadəyə veriləcəyi planlaşdırılır.

Nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzinin Gəncə şəhərindəki filialına gələn S.Babayev burada protez-ortopedik məmulatların hazırlanması şəraitinin və əhaliyə xidmətin yaxşılaşdırılması üçün müvafiq tədbirlərin görülməsini tapşırıb.

Nazir Yevlax Əlillərin Regional Bərpa Mərkəzində də olub. Bölgədəki əlilliyi olan insanlara bərpa müalicəsi xidmətləri göstərən Mərkəzdə əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. S.Babayev müəssisədə reabilitasiya şəraitinin müasir tələblərə uyğun qurulması barədə göstəriş verib.