Rəşad Mahmudov işindən ayrılmasıyla bağlı yayılan xəbərlərə aydınlıq gətirdi - AÇIQLAMARəşad Mahmudov: “Hər zaman dövlətimizin və Prezidentimizin siyasətini uca tutmaqla, xalqımızın sağlamlığının keşiyində durmağı alın yazısı kimi qəbul etmişəm”

Məşhur kardiocərrah, tibb elmləri doktoru, Milli Məclisin deputatı Rəşad Mahmudov Bakı Ürək Mərkəzindəki işindən ayrılması ilə bağlı xəbər saytlarında və sosial mediada yayılan xəbərlərə münasibət bildirib.

Avrasiya.net onun açıqlamasını təqdim edir:

"Bakı Ürək Mərkəzinə Mərkəzi Neftçilər Xəstəxanasından dəvət olunmuşdum və buradakı fəaliyyətimlə əlaqədar mənimlə 1 illik əmək müqaviləsi bağlanmışdı.
Müqaviləyə görə əsas vəzifələrim Bakı Ürək Mərkəzində ürək cərrahiyyəsinin və mərkəzinin qurulması, müalicələrin təşkili, peşəkar tibb heyətinin yaradılması və yerləşdirilməsi, yeni prosedurların tətbiqi işlərinin təşkil olunmasına kömək etməkdən ibarət olub. Ümid edirəm ki, qarşıma qoyulan məsələlərin öhdəsindən layiqincə gəlmişəm və Bakı Ürək Mərkəzi hazırda regionun qabaqcıl müalicə müəssisələrindən birinə çevrilib. Artıq müqavilənin müddəti başa çatıb. Verilən tapşırıqlar icra olunduğu üçün yenidən müqavilə müddətinin uzadılmasına zərurət duyulmayıb.

Bakı Ürək Mərkəzi özəl xəstəxanadır. Ona görə də, həmin xəstəxanaya işə təyinat və işdən azad etmə ilə bağlı sərəncamlar hörmətli səhiyyə naziri cənab Oqtay Şirəliyev tərəfindən verilmir. Bu baxımdan, onun sərəncamı ilə işdən azad olunmağım barədə saytlarda dərc olunan məlumatlar həqiqətdən tam uzaqdır.

Bununla bağlı hər zaman dost münasibəti bəslədiyim media mənsublarından xahişim budur ki, son 3 ayda xəbər saytlarında yayılan, həqiqətlə heç bir əlaqəsi olmayan, uydurma və absurd məlumatlara həssas yanaşsınlar. Mən həkim, müəllim və millət vəkiliyəm. Bir insan üçün bundan şərəfli iş ola bilməz. Bu adları ləyaqətlə daşımaqdan başqa amalım və hədəfim olmayıb, yoxdur və olmayacaq da. Tam əminliklə bildirirəm ki, hər zaman dövlətimizin və Prezidentimizin siyasətini uca tutmaqla, xalqımızın sağlamlığının keşiyində durmağı alın yazısı kimi qəbul etmişəm. Gənc yaşlarımdan mənə göstərilən yüksək etimadı hər zaman doğrultmağı özümə borc bilmişəm. Odur ki, gənc yaşlarımda mənə göstərilən yüksək etimad nəticəsində malik olduğum bu dəyərlərə kölgə salan hər bir sözü, fikri, hərəkəti qətiyyətlə rədd edirəm.

İndi bizim üçün müqəddəs sayılan Ramazan ayıdır. Qarşıdan Ramazan bayramı gəlir. Bəri başdan hamını qarşıdan gələn Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, xalqımıza və dövlətimizə əmin-amanlıq arzulayıram!”
Ərdoğana sui-qəsd təşkil olunub – ŞokTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bosniya və Herseqovinaya səfəri öncəsi kəşfiyyat təşkilatlarına Balkanlarda bir qrup türk əsilli vətəndaşın sui-qəsd hazırlığı görməsi ilə bağlı informasiya daxil olub.

Axar.az xəbər verir ki, bu xəbər təhlükəsizlik qüvvələrini hərəkətə keçirib.

Sui-qəsd xəbəri ilə bağlı detallı istintaq işlərinin davam etdiyi bildirilib. Hazırda sui-qəsdin təşkil edildiyi yer, zaman, planlaşdırılan sui-qəsdin metodu barədə dəqiq məlumat olmadığı, kəşfiyyat təşkilatlarının məsələnin araşdırılması zamanı koordinasiya içərisində hərəkət etdiyi və informasiya mübadiləsində olduqları qeyd edilib.
“Avropa Şurası Parlament Assambleyası prezident İlham Əliyevi hədəfə alıb”Avrasiya.net Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Elman Nəsirovun “Ölkə.Az”a müsahibəsini təqdim edir:

– Bir neçə gün öncə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsi tərəfindən korrupsiyada adı hallanan AŞPA üzvlərinə, o cümlədən Milli Məclisin deputatı Səməd Seyidova qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı qərar qəbul edilib. Bu qərara münasibətiniz necədir?

– Əvvəla, onu qeyd edim ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qarşı tətbiq edilən sanksiyalar qeyri-qanunidir, ədalətsizdir və qərəzli xarakter daşıyır. Təbii ki, burada ən çox sual doğuran məsələ nədən məhz Azərbaycan nümayəndə heyətinin rəhbərinin hədəf seçilməsidir. Hesab edirəm ki, əslində hədəfdə birbaşa Səməd Seyidov deyil. Əsas hədəfdə müstəqil siyasət həyata keçirən Azərbaycanın dövlət rəhbərliyidir. Birbaşa hədəfdə isə Azərbaycan prezidenti cənab İlham Əliyevdir. O səbəbdən ki, Azərbaycan dövlətinin müstəqil siyasətini məhz cənab İlham Əliyev müəyyən edir, o istiqamətləndirir. Azərbaycan dövlətinin xarici siyasəti milli maraqlara söykənir, heç bir beynəlxalq güc mərkəzinin, ayrı-ayrı təşkilatların və beynəlxalq mərkəzlərin diktəsi ilə deyil, məhz Azərbaycan xalqının mənafeyinə uyğun xarici siyasətdir. AŞPA-da isə bu siyasəti Səməd Seyidov həyata keçirir. Azərbaycan prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursunu AŞPA-da icra edən məhz Səməd Seyidovdur. Ona görə də Avropa Şurası Parlament Assambleyası əslində Azərbaycan dövlətini və prezident İlham Əliyevi hədəfə alıb və onun siyasətini həyata keçirən Səməd Seyidov isə birbaşa hədəfə çevrilib.

Bu həm də onunla bağlıdır ki, Səməd Seyidov Azərbaycan prezidentinin siyasətini çox bacarıqlı və uğurlu şəkildə həyata keçirir. Səməd Seyidov müstəqil fikirli və sözü olan şəxsdir, zaman-zaman avropalıları onların öz dilində açıq şəkildə tənqid edirdi və Azərbaycanın mövqeyini bildirirdi.

Digər tərəfdən isə Səməd Seyidov bu yaxınlarda Türkiyənin Afrin əməliyyatları ilə bağlı da çox açıq şəkildə mövqe ortaya qoyaraq, qardaş ölkəni dəstəklədi. Həmin qüvvələr Türkiyəni də hədəfə alıblar. Avropa İttifaqı 40 ildən çoxdur ki, Türkiyəni bu quruma daxil etmir. AŞPA isə dəfələrlə Türkiyəyə qarşı təzyiqlər tətbiq edib. Belə bir vəziyyətdə görürlər ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA kürsüsündən onları açıq şəkildə konkret faktlarla ittiham edir.

Bütün bunlar isə son nəticədə Səməd Seyidovu hədəfə aldı və ona qarşı sanksiyalar tətbiq edildi.

“Kim həyatı ilə risk etmək istəyirsə, Avropanın inkişaf etmiş ölkələrində küçədə gəzsin”

– Siz həm də Azərbaycanla Avropa İttifaqı Parlamentlərarası Əməkdaşlıq Komitəsinin üzvü olan deputatsınız, Avropa ölkələrinə tez-tez səfərlər edirsiniz. Bu qərardan sonra Avropaya səfər edən zaman özünüzü necə hiss edəcəksiniz?

– Bəli, biz Avropada tez-tez oluruq və oradakı reallıqlarla yaxından tanışıq. Misal üçün, bu yaxınlarda Almaniyada baş vermiş bir hadisəni danışım. Almaniyada bir nəfər avtomobili tərk edən zaman içərisindəki kameranı çıxarıb gizlədir. Ondan soruşanda ki, nə üçün avtomobilin qapısını bağlayandan sonra kameranı da gizlədirsiniz? Həmin adam cavabında bildirdi ki, mən maşınımdan ayrılandan sonra avtomobilin şüşəsini sındırıb kameranı apara bilərlər. Yəni, təkcə bu fakt Avropada vəziyyətin nə qədər təhlükəli olduğunu göstərir. Mən özüm də dəfələrlə bunun şahidi olmuşam.

Mən Brüsseldə səfərdə olarkən məsləhət gördülər ki, axşam saatlarında küçədə gəzmək çox təhlükəlidir. Bizə tövsiyə etdilər ki, saat 21:00-dan sonra küçəyə çıxmayaq, əks halda təhlükələrlə üz-üzə qala bilərik.

Biz onlara söylədik ki, Azərbaycanda insanlar səhərədək çox rahat və təhlükəsiz şəraitdə gəzə bilərlər. Heç bir təhlükə yoxdur. Bakı dünyanın ən təhlükəsiz şəhərlərindən biridir. Bunu eşidən avropalılar bizi bəxtəvər insanlar hesab edirdilər. Bizə deyirdilər ki, siz Azərbaycanda yaşadığınız üçün çox bəxtəvərsiniz.

Bütün bunları indi müqayisə edəndə bir daha əmin oluruq ki, Azərbaycan çox inkişaf edib.

Vaxtilə Napoleon da demişdi ki, kimin nədən problemi varsa, ən çox ondan danışır. Doğrudan da bu gün Avropa qədər insan hüquqlarından danışan məkan yoxdur. Ancaq dünyada Avropa qədər də insan hüquqlarının ən çox pozulduğu başqa region mövcud deyil.
Əslində, bu gün çox mürəkkəb qarşudurmaların baş alıb getdiyi dünyada Azərbaycan ən sabit ölkələrdən biridir. Xüsusilə də Azərbaycan müsəlman dünyasında sabitlik adası kimi nüfuza malikdir.

Bu gün Azərbaycana ona görə çox turist axını var ki, ölkəmiz sabit və təhlükəsizdir. Azərbaycan sabit ölkə olduğu üçün bu qədər nüfuzlu və nəhəng beynəlxalq tədbirlərə ev sahibliyi edir.

Bəs Azərbaycan nə üçün sabit ölkədir? Bax bu sualın cavabını axtaranda əmin olursan ki, Azərbaycanda hakimiyyətlə xalqın birliyi var. Xalq öz prezidentini dəstəkləyir, prezident də heç bir beynəlxalq dairənin diktəsilə hərəkət etmir, yalnız öz xalqının mənafelərinə uyğun siyasət həyata keçirir.
Həm də bu sabitlik inzibati yollarla əldə edilməyib. Azərbaycanda sabitlik xalq və hakimiyyətin ortaq birliyindən əmələ gəlib, hakimiyyətin fəaliyyəti xalqı məmnun edir. Son prezident seçkilərində də cənab İlham Əliyevin 86 faizdən çox səs toplayaraq prezident seçilməsi dediyim məsələlərin birbaşa təsdiqidir.

Yəni, o ölkələr bu gün sabit deyil, o ölkələr təhlükəlidir ki, orada xalq hakimiyyəti qəbul etmir və kütləvi etirazlar edir. Bu zaman artıq toqquşmalar baş verir və vətəndaş qarşıdurması yaranır. Biz bu proseslərin hamısını ötən əsrin 90-cı illərində görmüşük.

Çox təəssüf ki, indi Avropanın əksər ölkələri 90-cu illərin Azərbaycanı xatırladır. Mən Avropanın tanınmış şəhərlərinə gedəndə, orada bir daha bunun şahidi oluram. Misal üçün, Strasburqda, Parisdə və digər şəhərlərdə axşam vaxtı küçədə gəzmək təhlükəlidir. Dövlət təhlükəsizlik üçün heç bir təminat vermir. Əgər kimsə həyatı ilə risk etmək istəyirsə, o zaman Avropanın inkişaf etmiş ölkələrində küçədə gəzə bilər. Azərbaycan isə bu mərhələni ötən əsrin 90-cı illərində keçib. Ulu Öndər Heydər Əliyevin Azərbaycana qayıdışından sonra ölkəmizdə 1996-cı ildə sabitlik tam bərqərar olmağa başlayıb.

“Vidadi İsgəndərli Fransaya satılmış insandır”

– Xaricdən Azərbaycan hakimiyyətinə qarşı radikal çağırışlar edən şəxslərə müraciətiniz nə olardı?

– Mən Göyçay rayonundan seçilmiş millət vəkiliyəm. Xaricdə gizlənən həmin anti-milli ünsürlərdən biri olan və söyüşü siyasətə gətirən adamlardan biri Vidadi İsgəndərli də Göyçayda doğulub. Mən onun doğulduğu kənddə olmuşam, həmin kəndin sakinlərilə görüşmüşəm. O insanlar birmənalı şəkildə prezident İlham Əliyevin siyasətini dəstəkləyirlər. Həmin kəndin sakinləri ilə görüşüm zamanı bildirdilər ki, Vidadi İsgəndərlinin Göyçay camaatının adından danışmağa heç bir mənəvi haqqı yoxdur. Kənd camaatı açıq şəkildə deyir ki, Vidadi İsgəndərliyə heç bir sakin dəstək vermir və onu tanımır.
Kənd camaatı mənə bildirdi ki, Vidadi İsgəndərli Fransaya satılmış insandır.

Ümumiyyətlə, Vidadi İsgəndərli, Orduxan Teymurxan və digər bu kimi ünsirlər Azərbaycana qarşı yönəlmiş xarici qüvvələrin əlində alət kimi istifadə olunur. Xarici dairələr onlardan istifadə edirlər.

Eyni zamanda onlara satqın olduqları üçün nifrət edilir. Xarici qüvvələr məqsədlərinə çatandan sonra isə onları istifadə edib tullayacaqlar.

Mən məqaləmdə də ABŞ-ın 40-cı prezidenti Ronald Reyqandan bir misal çəkmişəm. Reyqan deyirdi ki, ən qədim peşənin sakinləri, yəni fahişələr bir halda fiziki deyil, mənəvi mənunluq hissi yaşayırlar. Bu da qarşındakının milli dönük və xəyanətkar olduğunu bilib, ona xidmət etməkdən imtina edərkən yaşanan hisdir. Bu halda onlar öz peşələrinin xəyanətkarlığın fövqündə dayandığından məmnunluq hissi yaşayırlar.

Vidadi İsgəndərli kimi adamlar söyüşü siyasətə gətirən insanlardır. Ona görə də bu cür adamlarla söyüş meydanında deyil, intelektual meydanda danışmaq lazımdır.

Çalışmaq lazımdır ki, bu cür adamları intelektual meydana cəlb edək. Bu adamlar intelektual meydanda dərhal ağ bayraq qaldıracaqlar. Çünki onlar savad, bilik, elm və səviyyə sahibləri deyil. Ancaq etiraf edim ki, onlar söyüş meydanında qalibdirlər. Harada alçaqlıq, təhqir, söyüş varsa, orada onlar bacarıqlıdır. Hesab edirəm ki, onların səviyyəsinə enmək olmaz. Onlarla yalnız intelektual səviyyədə mübarizə aparmaq lazımdır. Mir Şahin də intelektual səviyyəli insan olduğu üçün, həmin ünsürlər bu cür adamları hədəfə alırlar.

Həmin Vidadi İsgəndərli dəfələrlə mənim haqqımda da olmayan şər-böhtan, söyüşlər söyləyib. Amma mən ona hər zaman elmi və mədəni dildə cavab verməyə çalışmışam. O isə bu cür söhbətlərdən qaçıb.
Qroznıda kilsəyə BASQIN: İnsanları girov götürmək istəyənlər məhv edildiQroznıda kilsədə ibadət edən insanları girov götürmək istəyən silahlılar məhv edilib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Çeçenistan prezidenti Ramzan Kadırov açıqlama verib. O bildirib ki, həyata keçirilən xüsusi əməliyyat nəticəsində dörd yaraqlı məhv edilib. Qarşıdurmada bir polisin aldığı güllə yarasından öldüyü, birinin isə yaralandığı bildirilir.

Hazırda zərərsizləşdirilən silahlıların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür, ərazi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əhatəyə alınıb.

Qeyd edək ki, kilsə Qroznı şəhərinin mərkəzində yerləşir.
Gəncədə yeni doğulan körpə öldüGəncə şəhərində uşaq ölümü baş verib.

APA-nın məlumatına görə, hadisə Gəncə şəhər Regional Perinatal Mərkəzdə baş verib.

Kəlbəcərdən olan məcburi köçkün 1996-cı il təvəllüdlü Quliyeva Yeganə əkiz oğlan dünyaya gətirib. Doğuşdan sonra uşaqlardan biri dünyasını dəyişib.

Faktla bağlı araşdırma apaırlır.
Nəvəsinin boşanmasına dözmədi - İntihar etdiDünən axşam saatlarında Göygöl rayonu, Aşıqlı kənd sakini, 75 yaşlı Binnətov İsmayıl Abbas oğlu intihar edib.

Kənd sakinlərinin Virtualaz.org-a verdiyi məlumata görə, İ.Binnətov intihar etməzdən bir müddət əvvəl canına qıyacağını deyibmiş.

“Çox sakit kişi idi. Həyat yoldaşı rəhmətə gedib. Oğlunun biri Rusiyada yaşayır. Hadisə baş verəndə gəlini də evdə olmayıb. Gəlin evdə olsaydı, bəlkə bu hadisə baş verməzdi. Bir dəfə özünü asmaq istəyib, qonşular duyuq düşüblər, qoymayıblar. Amma elə hey deyirdi ki, özünü öldürəcək”.

Kənd sakinlərinin sözlərinə görə, İsmayıl kişinin ahıl yaşda canına qəsd etməsinə hərbidə qulluq edən nəvəsinin ailəsində yaranan problemlər səbəb olub. Belə ki, İsmayıl kişi həyat yoldaşından ayrılan nəvəsini barışdırmağa cəhd göstərsə də, buna nail ola bilməyib: “Bakıya nəvəsigili barışdırmağa gedib, barışdıra bilməyib. Nəvəsinin arvadı uşaqlarını da götürüb evdən gedib. Bir yandan da nəticələrini görə bilməməsi ona pis təsir etmişdi. Dünən axşam saat 5-də evin həyətində özünü asıb”.

Göygöl Rayon Prokurorluğundan verilən məlumata görə, Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib. İntiharın səbəbləri istintaq yolu ilə araşdırılır.
14 yaşlı qızın evinə getdi, dəfələrlə cinsi əlaqəyə girdi, sonra anasını... - Bakıda İNANILMAZ OLAYBakıda yetkinlik yaşına çatmayan qıza təcavüz etməkdə təqsirli bilinən 1997-ci il təvəllüdlü Ayxan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Ayxan Məmmədov 2015-ci ilin oktyabrında Feysbukda 2001-ci ildə anadan olan Vüsalə Məmmədova (ad və soyad şərti verilib – red.) ilə tanış olub.

Sevgi münasibəti

Onlar bir neçə dəfə görüşüblər. Bir müddət sonra həmin ilin sonlarında Vüsalə Səlimova oxuduğu 225 saylı orta məktəbin yanında yerləşən yaşayış binalarının yaxınlığında yenidən Ayxan Məmmədovla bir araya gəlib.

Bu görüşdə Ayxan Məmmədov Vüsaləyə onu sevdiyini deyib. O, qızı hərbi xidmətdən qayıtdıqdan sonra onunla evlənəcəyi fikrinə inandırıb.

Zorla intim əlaqə

Ayxan Məmmədov həmin ilin noyabrın 2-də, saat 17.30-da Vüsalənin evdə tək olduğunu bilib, onun yaşadığı Yasamal rayonu, Mətbuat prospektindəki mənzilə gəlib. Vüsalə qapını açaraq onun hansı məqsədlə gəlməsini soruşub.

Ayxan Məmmədov ona qeyri-təbii yolla cinsi əlaqə təklif edib. Vüsalə isə onun bu təklifindən boyun qaçırıb.

Bu zaman Ayxan Məmmədov mənzilin qapısını zorla açaraq, içəri daxil olub. Sonra Vüsaləni zorla yataq otağına aparıb və orada onunla cinsi əlaqədə olmaq istəyib.

Lakin Vüsalə buna etiraz edib və müqavimət göstərib. Vüsalənin müqavimət göstərməsinə baxmayaraq onu zorla üzü üstə çarpayıya uzadıb və onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

Daha sonra Ayxan Məmmədov yadigar saxlamaq üçün Vüsalə ilə birlikdə olduqları vaxt onun çılpaq şəkillərini çəkdiyini yalandan deyib.

Rüsvay edəcəyini, anasını da zorlayacağını dedi

Bundan başqa, Ayxan Məmmədov noyabrın 11-də saat 16.00-da Vüsalənin evdə tək olduğunu bilib, onun yaşadığı evə gəlib. O, Vüsaləyə əvvəlki gündə birlikdə olan vaxt çəkdiyi çılpaq şəkilləri sosial şəbəkədə paylaşaraq valideynlərinə göstərib, onu rüsvay edəcəyi və etiraz etdiyi halda anasını da zorlayacağı ilə hədələyib. Sonra yenidən qeyri-təbii yolla onunla cinsi əlaqədə olub.

Şantaj və dəfələrlə təcavüz

Daha sonra Ayxan Məmmədov Vüsalə Səlimovanın əvvəlki gündə çəkdiyi lüt şəkilləri ilə şantaj edərək, onunla noyabrın 16-da, noyabrın 29-da, dekabrın 1-də qeyri-təbii yolla cinsi əlaqədə olub. O, hər dəfə intim əlaqədə olandan sonra Vüsalə Səlimovanı əxlaqsız hərəkətlərə, oral seksə məcbur edib.

“Vüsaləni sevdiyimi dedim”

İstintaq orqanı tərəfindən Ayxan Məmmədovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Ayxan Məmmədov bildirib ki, Vüsalə ilə 2015-ci ilin oktyabrında Feysbuk sosial şəbəkəsində tanış olub: “Vüsalənin 225 saylı orta məktəbin 8-ci sinfində oxuduğunu bilmişəm. Müəyyən bir müddət danışandan sonra Vüsaləyə onu sevdiyimi dedim, onunla görüşmək istədiyimi bildirdim”.

“Evdə tək olanda məni çağıracağını dedi”

Ayxan Məmmədovun sözlərinə görə, 2015-ci il oktyabrın sonlarında Vüsalə ilə oxuduğu məktəbin həyətində görüşüb: “Təxminən 20 dəqiqə söhbət etdikdən sonra onu sevdiyimi, əsgər gedib-gələndən sonra onunla evlənəcəyimi bildirdim. Bundan sonra telefonla və Feysbukla mütəmadi olaraq danışmağa başladıq. Həmin ilin noyabrın əvvəllərində Vüsaləyə mesaj göndərdim, onunla görüşmək istədiyimi bildirdim. Vüsalə evdə tək olanda məni yaşadığı mənzilə çağıracağını dedi”.

Ayxan Məmmədov qeyd edib ki, bundan bir neçə gün sonra, yəni noyabrın 10-da 18 yaşı tamam olub: “Ad günümü yaşadığım evdə valideynlərimlə qeyd etdim. Vüsalə həmin günü Feysbukda mesaj yazaraq, məni təbrik etdi. O, səhəri gün evdə tək olacağını, onlara gəlməyimi istədi”.

Məndən istədi ki...

Ayxan Məmmədov bildirib ki, ertəsi gün musiqi məşğələsindən çıxandan sonra Vüsalə Səlimovanın yaşadığı mənzilə gedib: “Saat 17.00-da Vüsalənin yaşadığı ünvana çatdım, mənzilin qapısını döydüm. Bu zaman Vüsalə qapını açdı, məni içəri dəvət etdi. Onlarda birlikdə mənzilin mətbəxinə keçdik. Vüsalə əvvəlcə mənə su verdi, suyu içdikdən sonra məndən özüm ilə apardığım gitarada musiqi ifa etməyimi istədi. Mən də gitarada musiqi ifa etdim. Musiqi ifa edən zaman Vüsalə atasının evə gəlməsindən qorxduğu üçün tez-tez pəncərədən həyətə baxırdı”.

“Vüsalənin xoşuna gəldi”

Ayxan Məmmədovun sözlərinə görə, təxminən 4-5 musiqi ifa etdikdən sonra Vüsalə ona çay süzüb: “Vüsalə çayı masanın üstünə qoyan zaman onun yanağından bir dəfə öpdüm. Hiss etdim ki, bu, Vüsalənin xoşuna gəldi. Ona sevdiyimi dedim və hərbi xidməti bitirdikdən sonra onunla evlənəcəyəmi söylədim. Bundan sonra biz öpüşməyə başladıq. Xeyli öpüşdükdən sonra Vüsalənin razılığı ilə cinsi əlaqədə olmaq qərarına gəldik”.

“Onunla əlaqələrim kəsildi”

Ayxan Məmmədov bildirib ki, cinsi əlaqədə olmaq məqsədlə Vüsalə onun əlindən tutub və birlikdə yataq otağına keçiblər: “Həmin vaxt Vüsalə əynində olan paltarları özü çıxartdı və onun razılığı ilə qeyri-təbii yolla cinsi, təxminən 10-15 dəqiqə cinsi əlaqədə olduq. Bundan sonra sağollaşaraq öz evimə getdim. Bir müddət Vüsalə sosial şəbəkəyə çıxmadığı üçün onunla əlaqələrim kəsildi”.

“Zorla cinsi əlaqədə olmamışam”

Ayxan Məmmədov qeyd edib ki, 2016-cı ilin martında Feysbukda Vüsalə Səlimovaya mesajlar yazaraq, onunla yenidən görüşmək istədiyini bildirib: “Həmin vaxt Vüsalə mənimlə görüşmək istəmədi. Bu səbəbdən əsəbiləşdim, sosial şəbəkədə onu biabır edəcəyimlə hədələdim. Lakin bundan sonra bir daha Vüsalə ilə görüşmədim. Heç vaxt Vüsalə ilə zorla cinsi əlaqəyə girməmişəm. Yalnız bir dəfə, noyabrın 11-də, onun yaşadığı mənzilin yataq otağında qeyri-təbii yolla cinsi əlaqədə olmuşam”.

“Yaşadığım evdə görüşmək istədiyimi söylədim”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Vüsalə Səlimova bildirib ki, 2015-ci ilin oktyabrında Feysbuk sosial şəbəkəsində Ayxan Məmmədovla tanış olub, sonuncu onunla görüşmək istədiyini deyib: “Ayxan görüşməsəm, onunla tanış olmağımı valideynlərimə deyəcəyini bildirdi. Mən də razılaşaraq 2015-ci ilin oktyabrın sonlarında oxuduğum 225 nömrəli məktəbin yanında yerləşən yaşayış binalarının yanında Ayxanla görüşdüm. Təxminən 20 dəqiqə söhbət etdikdən sonra Ayxan məni sevdiyini dedi, hərbi xidmətə gedib-gələndən sonra mənimlə evlənəcəyini bildirdi. Mən də Ayxana yaşadığım evdə onunla görüşmək istədiyimi söylədim”.

“Cinsi əlaqədə olmaq istədi”

Vüsalə Səlimova qeyd edib ki, noyabrın 2-də, təxminən saat 14.00-da atası balaca bacısını məktəbə qoyub evə qayıdıb və birlikdə nahar etdikdən sonra atası, anası və balaca qardaşı onun ad gününə hədiyyə almaq üçün “Sədərək” ticarət mərkəzinə gedib: “Həmin vaxt evdə tək qaldığım üçün Ayxanın mobil telefonuna zəng edərək, onu evə çağırdım. Həmin tarixdə təxminən saat 16-17 radələrində Ayxan yaşadığım ünvana gəldi. Mənzilin giriş qapısını az aralayaraq, ona sözünü deməsini bildirdim. Ayxan məcbur qapını itələdi, evə daxil oldu və əlimdən tutaraq, məni zorla yataq otağına apardı. Ayxan mənimlə cinsi əlaqədə olmaq istədi. Ona etirazımı bildirdim”.

“Məni hədələdi”

Vüsalə Səlimovanın sözlərinə görə, etiraz etməsinə baxmayaraq, Ayxan Məmmədov onu məcbur üzü üstə çarpayıya uzadaraq əli ilə ağzını tutub və qeyri-təbii yolla onunla cinsi əlaqədə olub: “İlk dəfə cinsi əlaqədə olduğuma görə bərk ağrı hiss etdim. Ayxan təxminən 10-15 dəqiqə öz işini gördü, Həmin vaxt birlikdə şəkillərimizi çəkərək yadigar saxlayacağını dedi və evdən getdi. Bundan sonra Ayxan yenə mənimlə cinsi əlaqədə olmaq istədiyini bildirdi. Etiraz etsəm də, Ayxan çəkdiyi şəkillə şantaj edəcəyini deyərək, məni hədələməyə başladı. Buna görə də valideynlərim evdə olmayanda Ayxan yaşadığım evə çağıracağıma söz verdim”.

“Zorla mənimlə cinsi əlaqədə oldu”

Vüsalə Səlimova qeyd edib ki, noyabrın 11-də təxminən saat 16:00-da evdə tək olanda Ayxanı yaşadığı evə çağırıb: “Ayxan da yaşadığım evə gələrək zorla qeyri-təbii yolla mənimlə cinsi əlaqədə oldu. Bundan başqa, noyabrın 16-da təxminən saat 17.00-da evdə tək olanda Ayxanı yaşadığım evə çağırdım. Sonuncu yaşadığım evə gələrək qeyri-təbii yolla məni zorladı”.

Vüsalə Səlimova ifadəsində daha sonra noyabrın 29-da, dekabrın 1-də yaşadığı evdə Ayxanın onunla zorla cinsi əlaqədə olduğunu deyib.

“Qızıma təcavüz edərkən...”

Cinayət işi üzrə şahid qismində ifadə verən Vüsalə Səlimovanın atası bildirib ki, 2016-cı ilin martında dərslərinə biganə yanaşdığına görə qızının istifadə etdiyi mobil telefonu əlindən alıb: “Dekabrın 1-də qızının istifadə etdiyi mobil telefonla Feysbuka daxil oldum. Orada Ayxan adlı şəxs ilə qızımın yazışmalarını oxudum. Bundan sonra mənə məlum oldu ki, Ayxan adlı şəxs sevdiyini və evlənəcəyini qızıma deyib, bu yolla qızımı aldadaraq, biz evdə olmayan müddətdə yaşadığımız ünvana gəlib, zorla mənzilə daxil olub, fiziki zor tətbiq edərək 15 yaşı tamam olmayan qızımla qeyri-təbii yolla cinsi əlaqədə olub. O, qızıma təcavüz edərkən çılpaq şəkillərini çəkib”.

“Azyaşlı qızımı və arvadımı...”

Zərərçəkmişin atasının sözlərinə görə, Ayxan bundan sonra qızını həmin şəkillərlə şantaj edəcəyi ilə hədələyərək, dəfələrlə yaşadıqları mənzilə gəlib və dəfələrlə qızı ilə qeyri-təbii yolla cinsi əlaqədə olub: “Lakin bir müddət sonra qızım Ayxanla görüşmək istəməyib və sonuncunun yaşadığımız mənzilə gəlməsinə imkan verməyib. Ayxan isə hər zaman qızımla cinsi əlaqədə olmaq istədiyini bildirib, əgər qızım buna razı olmasa, yaşadıqları mənzilə gedərək, azyaşlı qızımı və arvadımı zorlayacağına dair mesajlar yazıb. Bütün bu mesajları oxuyandan sonra dərhal polis bölməsinə ərizə ilə müraciət edərək Ayxan barəsində qanuni tədbirlərin görülməsini xahiş etdim”.

“Atası evdən gedib”

Cinayət işi üzrə Ayxan Məmmədovun bibisi N.M.-da ifadə verib. O, bildirib ki, Ayxan onun doğma bacısı oğludur: “Bir müddət əvvəl Ayxanın atası ailəsini ataraq evdən gedib. Bundan sonra onların problemləri ilə maraqlanmayıb, bəzi maddi ehtiyaclarını qarşılamayıb. 2015-ci ilin oktyabrın sonlarında Ayxan qızla tanış olduğunu, həmin qızla bir-birlərini sevdiklərini mənə dedi. Ayxan həmin qıza elçi getməyimi məndən xahiş etdi. Həmin vaxt maddi durumumun ağır olduğunu, əsgər gedib-gələndən sonra işləməsini, ailəsinə kömək etməsini Ayxana söylədim. Bundan sonra qıza elçi gedərək, nişan taxacaqlarını Ayxana bildirdim. Bununla da Ayxan mənimlə razılaşdı”.

“Ayxanı evinə çağırıb”

Ayxan Məmmədovun bibisinin sözlərinə görə, 2 aprel 2016-cı il tarixdə, səhər saatlarında Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsi əməkdaşları Ayxanın yaşadığı evə gəlib: “Onlar Ayxanı polis bölməsinə apardılar. Mən də bununla bağlı həmin polis bölməsinə yollandım. Orada Vüsalə Səlimovanın atasının Ayxanın barəsində şikayət ərizəsi ilə bölməyə müraciət etdiyini bildim. Orada Ayxanla söhbət etdim. Bu zaman mənə məlum oldu ki, noyabrın 11-də Vüsalə evdə tək olduğu vaxt Ayxanı yaşadığı evə çağırıb, həmin tarixdə Ayxan musiqi məşğələsindən çıxaraq, Vüsalənin yaşadığı evə gedib. Orada özü ilə apardığı gitarada 4-5 musiqi ifa etdikdən sonra Vüsalənin yanağından öpüb, mənzildən gedib”.

“Görüşmək istəmədiyi üçün söyüb”

Təqsirləndirilən şəxsin bibisi deyib ki, 2016-cı ilin yanvarın sonlarında Ayxan Vüsalənin Feysbuk sosial şəbəkəsində çılpaq şəkillər paylaşdığını görüb: “Ayxan Vüsalənin bu hərəkətinə görə çox əsəbiləşib və görüşərək, bu barədə danışmaq istəyib. Lakin 2016-cı ilin fevralın 6-da Ayxanın anası rəhmətə getdiyi üçün o, Vüsalə ilə görüşə bilməyib. Bundan sonra Ayxan Feysbukda Vüsaləyə mesajlar yazaraq, görüşmək istədiyini bildirib. Lakin Vüsalə görüşmək istəmədiyinə görə Ayxan onu söyüb təhqir edib”.

10 il cəza

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ayxan Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Ayxan Məmmədov apelyasiya şikayəti verib. O, əməlində Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinin tərkibi olmadığını göstərib.

Ayxan Məmmədov həmin maddə ilə barəsində bəraət hökmünün çıxarılmasını, əməlinin daha yüngül cəza ilə əvəz edilməsini istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Ayxan Məmmədovun apelyasiya şikayəti təmin edilməyib. Bu qərardan narazı qalan Ayxan Məmmədov kasasiya şikayəti verib.

Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Gülzar Rzayevanın sədrlik etdiyi kollegiyada Ayxan Məmmədovun kasasiya şikayətinin dəlilləri araşdırılıb.

Hakim heyəti sonda Ayxan Məmmədovun kasasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edib.
Poroşenkodan Rusiya ilə bağlı ŞOK QƏRARUkrayna prezidenti Pyotr Poroşenko Müstəqil Dövlətlər Birliyinin (MDB) bütün orqanlarından Ukraynanın nümayəndələrin geri çağırılması haqqında fərman imzalayıb.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı bu haqda tvitter səhifəsində yazıb.

Xatirladaq ki, Ukrayna prezidenti Petro Poroşenko ötən ay ölkənin Ukraynanın qurumdan birdəfəlik uzaqlaşmağa hazırlaşdığını bildirib. O, hökumətə tapşırıb ki, ölkənin MDB-dən tam çıxması üçün müvafiq təkliflər hazırlasın.

“Ukraynanın heç vaxt, elə indi də MDB üzvü olmadığını, eləcə də, təşkilatın Rusiya işğalını qınamaqdan imtina etməsini nəzərə alaraq, xahiş edərdim ki, biz hökumətlə birlikdə MDB-nin Nizamnamə orqanlarında iştirakımıza rəsmən son qoymaq üçün mövqe işləyib hazırlayaq. MDB-nin Minskdəki müvafiq institutlarında olan Ukrayna nümayəndəlikləri də tam olaraq bağlanmalıdır”, - deyə Poroşenko Kiyev təhlükəsizik forumunda çıxışında bildirib.

Qeyd edək ki, Ukrayna MDB-nin Nizamnaməsini heç vaxt ratifikasiya etməyib.
İki maşın toqquşdu - Ana və qızı yaralandıSalyan rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında şəhərin X.R.Ulutürk prospektində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobillə “VAZ-2107” markalı minik maşınının toqquşması nəticəsində Salyan şəhər B.Talıblı küçəsi, bina 1-də yaşayan, 1974-cü il təvəllüdlü İmanova Xanım Fikrət qızı və onun qızı, 1996-cı il təvəllüdlü İmanova Nərmin Nurəddin qızı müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
İcra başçısı Elmar Vəliyev 50 manatdan bilet satdırır, şəhərin deputatı isə... - ŞikayətGəncə şəhərindəki təhsil işçilərinin problemi daha da artıb.

Gəncədəki təhsil müəssislərindən birinin bir qrup əməkdaşı Reyting.az-a müraciətlərində bildiriblər ki, şəhərdə yeni filarmoniyanın fəaliyyətə başlaması universitetlərin, kolleclərin və orta məktəb müəllimlərinin əlavə probleminə səbəb olub.

Onların iddiasına görə, Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev təhsil müəssisələrinin kollektivlərini bu filarmoniyada keçirilən bütün konsertlərdə iştiraka məcbur edir:

"Hər bir təhsil müəssisəsinə icra hakimiyyəti tərəfindən dəyəri 50 manat civarında olan konsert biletləri məcburi qaydada göndərilir. Elmar Vəliyev müavini Sevda Qurbanəliyeva, işçiləri Həsən Məmmədov və Yadigar Bədəlov vasitəsilə bütün təhsil müəssisələrinə zəng edərək, biri 50 manatdan bilet verir. Müəssisə rəhbərləri də həmin biletləri məcburi qaydada müəllimlərə satır. Konsertin müddəti keçmiş olsa da, dəxli yoxdur, pulu alınır.

Filarmoniyanın tutumundan 2 dəfə çox sayda tamaşaçıya bileti məcburi şəkildə satırlar. Çünki Elmar Vəliyev bilir ki, bu konsertlərə onsuz da heç kim gəlmir, ona görə də, məsələn, yerlərin sayı 1200 olmağına baxmayaraq, 2000-dən artıq bilet satdırır”.

Qeyd edək ki, müəllimlər redaksiyaya mayın 15-də məcburi satılan belə biletlərdən bir neçəsinin surətini göndəriblər:

"Göndərdiyimiz biletlərdə hər ehtimala qarşı sıra və yerin nömrəsini ağartmışıq. Çünki bunu etməsək, Elmar Vəliyev həmin biletin hansı müəssisəyə verildiyini müəyyənləşdirər və bizə görə təhsil müəssisəsinin bütün kollektivini Gəncədən sürgün edər. Həmin biletdən aydın görünür ki, qiyməti 50 manatdır. Həmin günü çıxış edəcək müğam ustası kimi isə Alim Qasımovun adı yazılıb”.

Gəncənin icra başçısı təhsil işçilərinə problem yaradıb

Müəllimlər bildiriblər ki, icra başçısı Elmar Vəliyev bununla yanaşı, "Kəpəz" futbol komandasının biletlərini də müəllimlərə məcburi satdırır:

"Tələbə və müəllimləri dərsdən çıxarıb məcburi qaydada futbola, iməciliyə, küçə süpürməyə, hansısa bir obyektin açılışına və başqa tədbirlərə aparırlar. Bir gün valideyn bunların xirtdəyindən yapışıb soruşacaq ki, mən təhsilhaqqı ödəyib övladımı bura təhsil almağa göndərirəm, yoxsa futbola baxmağa?

Hansı müəssisə müdiri bu biletləri götürməsə və ya pulunu bir gün gecikdirsə, ona ciddi problem yaranır. Belə şəxs ya vəzifəsini itirir, ya da ən yaxşı halda iclaslarda icra başçısı Elmar Vəliyevin "söz ehtiyatı”nda olan biabırçı təhqir və söyüşlərə tuş gəlir”.

Şikayətçilər yazırlar ki, bir ayda əgər 4-5 konsert olarsa, onda kasıb müəllimlərin aylıq maaşları heç bilet pulunu da ödəmir:

"Bu gün 1200 nəfərdən çox tamaşaçı tutumu olan filarmoniya artıq Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev və filarmoniyanın direktoru Samir Cəfərov üçün qazanc mənbəyinə çevrilib”.

Müəllimlər bildirirlər ki, Gəncə şəhərində olan bütün təhsil müəssisələri Elmar Vəliyevin əlindən cana yığılıb: "Camaat bilmir boğazının-evinin bazarlığının dərdini çəksin, uşağının problemlərini həll etsin, yoxsa Elmar Vəliyevin cibini doldursun. Məktəblərin hamısına konsertə bilet satdırır, direktorlar da sinif rəhbərlərinə tapşırır ki, hər uşaqdan pul yığsınlar. Müəllimlər də qalıblar pis vəziyyətdə. 50 manatdan 20-30 bilet verilir. Məbləği adam başına bölürlər və yığırlar. Hər ay bir neçə dəfə belə "konsert” olur. Bu pulları ödəməkdə çətinlik çəkirik. Belə vəziyyət nə vaxta kimi davam edəcək?”.

Müəllimlər artıq bezdiklərini yazırlar: "Uşaq bağçaları, orta məktəblər, kolleclər, peşə məktəbləri, universitetlər, səhiyyə idarələri, xəstəxanalar - bütün müəssisələr bilet problemini yaşayır. Az qalırlar məcburi şəkildə hər evə bilet satsınlar. Dolayısı ilə bütün şəhər əhalisini bilet ticarətinə cəlb etməklə məcburi bilet aldırırlar.

Məktəblərdə şagirdlər üçün zorla forma satmaqdan tutmuş fond puluna qədər hər şey tətbiq edərək pul yığırlar. Yetər artıq!”.

Gəncə ilə bağlı öz ad və soyadları ilə şikayət etməyin heç bir mənası olmadığını, əksinə, 300-500 nəfərlik böyük iclaslarda təhqir edilmə ehtimalının 100 faiz olacağını düşünən müəllimlər bildirir ki, başçının şəhərdə keçirdiyi elə bir tədbir, elə bir iclas yoxdur ki, ora ən azı iki saat gecikməsin:

"İştirakçıların xəstəsi var, yaşlısı var, qapılar bağlanır, iclas zalından çölə heç kim buraxılmır, iki saat keçəndən sonra başçı iclasın təşkilatçılarına söyə-söyə zala daxil olur. Başçını əsəbi görən Naqif Həmzəyev alnının tərini silə-silə, əlində su stəkanı onun qarşısına yüyürür. Görəsən, bir vaxtlar Məmməd Əmin Rəsulzadənin ünvanına təhqirlər yağdıran Naqif Həmzəyev ("Nuhun Hamza” adlı facebook profilinin sahibi, https://www.facebook.com/nuhun.hun.7/about?lst=100004431069774%3A100000985989079%3A1526509699) Gəncədən seçilmiş millət vəkilidir, yoxsa başçının sudaşıyanı?”.

Redaksiya Gəncə Şəhər İcra Hakimiyyətinin və Elmar Vəliyevin məsələyə münasibətini öyrənə bilməyib. Onların da mövqeyini işıqlandırmağa hazırıq.