Sərnişin təyyarəsi qəzaya uğradı: 100-dən çox sərnişin -TəciliKubanın Havana limanından havaya qalxan “Cubana de Aviacion” şirkətinə məxsus Boyinq-737 sərnişin təyyarəsi qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, bu barədə “Telemundo” agentliyi məlumat yayıb.

Bildirilib ki, Havanadan Olqin şəhərinə gedən təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra yerə çırpılıb.

Təyyarənin göyərtəsində 100-dən artıq sərnişinin olduğu deyilir.
Özünü öldürmək istədi - SumqayıtdaSumqayıtda 48 yaşlı kişi intihara cəhd edib.

Report xəbər verir ki, hadisə şəhərin 6-cı mikrorayonu ərazisində baş verib.

Sumqayıt şəhər sakini, 1970-ci il təvəllüdlü İsmayılov Ədalət Məhəmməd oğlu yaşadığı ünvanda bədəninə 5 bıçaq zərbəsi vuraraq özünü öldürməyə cəhd göstərib.

O, yaxınlarının köməkliyi ilə Sumqayıt şəhər TTYX-a çatdırılıb və əməliyyat olunub.

Ə.İsmayılovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Şəbnəm Tovuzlunun dodağı dəyən fincan 590 manata satıldı - FOTOMüğənni Şəbnəm Tovuzlunun fincanı internet-auksionda 590 manata satılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə ATV.az məlumat yayıb.

Bildirilib ki, əvvəlcə üstündə müğənninin dodaqlarının izi qalmış fincan fanatlarından biri tərəfindən satışa çıxarılarkən ona 15 manat ilkin qiymət qoyulub.

Gözlənilmədən fincan uğrunda gərgin mübarizə başlayıb və nəticədə adının çəkilməsini istəməyən şəxs onu 590 manata əldə edib. Bu şəxsin evli olduğu və ticarət sistemində çalışdığı bildirilir.
Ata qıza görə oğlunun gözünü qaşıqla çıxardıKişi övladının sevdiyi qızla evlilik fikrini bəyənməyib.

Ata öz oğlunun gözlərini qaşıqla çıxardı. Bu dəhşətli hadisə Pakistanda baş verib. İstiPress-in məlumatına görə, Abdul Baki adlı gənc sevdiyi qızla evlənmək istədiyini ailəsinə bildirib. Lakin onun sevinci yarımçıq qalıb. Ailə başçısı oğlunun istədiyi qızla evlənməsinə qəti etiraz edib. Özbaşına seçim etdiyi üçün Dostu Məhəmməd övladına hücum edib, döyüb və kor qoyub.

Bu işdə ona digər oğlanları da kömək edir. Gəncin anası isə onlara mane olmaması üçün başqa bir otağa salınıb.

"Atam və qardaşlarım məni otağa apardılar və çarpayıya bağladılar. Atam qaşığı götürüb gözümün birini çıxardı. Mən isə yalvarırdım, qışqırırdım. Amma onlar dayanmadılar və o biri gözümü də çıxardılar. Sonra isə atam bıçaqla damarlarımı doğramağa başladı".

Gəncin qışqırığını eşidən qonşular polisə xəbər veriblər. O, dərhal xəstəxanaya çatdırılsa da, gözlərini xilas etmək üçün artıq gec olub. Sevdiyi qızla evlənmək istədiyi üçün ömürlük gözdən əlil qalan Bakinin atası və qardaşları isə həbsə yollanıblar.
Bu mallar vergidən tam azad olunacaq - QərarStandart mübadilə sistemi çərçivəsində əvəzləyici məhsul qanundan irəli gələn öhdəliklər, müqavilədən irəli gələn zəmanət öhdəlikləri, yaxud istehsal və ya material qüsurları ilə əlaqədar olaraq ödənişsiz təqdim olunan zaman idxal gömrük rüsumlarından və vergilərdən tamamilə azad olunacaq.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nda əksini tapıb.

İndiyə qədər əvəzləyici məhsul qanundan irəli gələn öhdəliklər, müqavilədən irəli gələn zəmanət öhdəlikləri, yaxud istehsal və ya material qüsurları ilə əlaqədar olaraq ödənişsiz təmir edilən zaman gömrük rüsumlarından və vergilərdən tamamilə azad olunub.
Təklifimiz qalib gələrsə biz bütün dünyanı Bakıya gətirməyə ümid edirik - Mehriban ƏliyevaAzərbaycan mədəniyyətlərarası dialoq, digərlərinə qarşı tolerantlıq və hörmət nöqteyi-nəzərindən beynəlxalq ictimaiyyətə bir çox şeylər təklif edə bilər.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Parisdə UNESCO-nun baş qərargahında 1999-2009-cu illərdə təşkilatın baş direktoru olmuş Koişiro Matsuuranın anadan olmasının 80 illiyi münasibətilə konfransda çıxış zamanı deyib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bildirib:

"Əvvəla dəvətə görə təşəkkürümü bildirmək istəyirəm və burada, UNESCO-da həmkarlarımın və dostlarımın arasında olmağa çox şadam.

İcazə verin, sizi, əziz cənab Matsuura, 80 illik yubileyiniz münasibətilə təbrik edim və sizə möhkəm cansağlığı və uğurlar arzu edim.

UNESCO-nun baş direktoru vəzifəsində gördüyünüz işləri çox yüksək qiymətləndiririk. Sizin fəaliyyətiniz zamanı aparılan islahatlar UNESCO-nun dünya üzrə nüfuzunun gücləndirilməsinə imkan verdi. Biz bir çox uğurlu humanitar layihələrdən söz açdıqda sizin adınız həmişə qeyd olunur, məsələn, “Hamı üçün təhsil” beynəlxalq layihəsi və bir çox digərləri.

Sizin rəhbərliyiniz altında UNESCO və ölkəmiz arasında münasibətlər daha da möhkəmlənib. Dərin minnətdarlıq hissi ilə biz sizin Bakıya səfərlərinizi, birgə forum və konfranslarımızda şəxsən iştirakınızı xatırlayırıq. Mən sizin ilk beynəlxalq “Muğam aləmi” festivalında iştirakınızı xatırlayıram. Sizin iştirakınızla biz Azərbaycan Dövlət Xalça Muzeyinin və Beynəlxalq Muğam Mərkəzinin təməlini qoymuşuq. Sizinlə bir yerdə Müasir İncəsənət Muzeyinin açılışını etmişik. Bu gün bu mədəniyyət mərkəzləri paytaxtımızın ən çox ziyarət olunan və maraq doğuran yerlərinə çevrilib".

Birinci vitse-prezidenti Mehriban Əliyeva deyib: "2007-ci ildə biz Azərbaycanda peşə hazırlığını inkişaf etdirmək üçün layihənin birgə icrası üzrə sənədə imza atdıq. Sonra 2009-cu ildə qeyri-maddi mədəni irsin qorunmasında strateji məqsədləri təmin etmək üçün Əməkdaşlıq Sazişini imzaladıq.

Sizin rəhbərliyiniz dövründə bizim tarixi abidələrimiz olan Bakının İçərişəhəri, Şirvanşahlar sarayı, Qız qalası, habelə Qobustan qayaüstü təsvirləri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Musiqimizin inciləri olan muğam və aşıq sənəti Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.

Sizin səyləriniz nəticəsində 2004-cü ildə mənə UNESCO-nun şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri titulunu almaq şərəfi nəsib olub və o vaxtdan bəri mənə göstərilən etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməmişəm. Əziz cənab Matsuura, biz Azərbaycanla UNESCO arasında ikitərəfli əlaqələrin gücləndirilməsində sizin şəxsi səylərinizi çox yüksək qiymətləndiririk.

Bizim əməkdaşlığımızın tarixi 1992-ci ilə gedib çıxır. O zaman müstəqillik qazandıqdan dərhal sonra Azərbaycan bu mötəbər təşkilata üzv oldu. O vaxtdan bəri Azərbaycan UNESCO-nun əksər konvensiyaları və digər hüquqi sənədlərinə qoşularaq onları ratifikasiya edib. Bu gün biz təşkilatda fəal təmsil olunaraq və öz töhfəmizi verərək UNESCO proqramlarının işində iştirak edirik. 2013-cü ildə Azərbaycan və UNESCO Elm, Təhsil, Mədəniyyət və Kommunikasiya sahəsində Əməkdaşlığa dair Çərçivə sazişini imzaladı. Beləliklə, Azərbaycan donor ölkələri ailəsinə üzv oldu və bununla da UNESCO proqram və layihələrinə fəal dəstəyini göstərməyə başladı. Biz bununla qürur duyuruq. Digər məsələlər sırasında mən burada Afrika ölkələrində keyfiyyətli təhsilə nail olmaq üçün təvazökar töhfəmizi qeyd etmək istəyirəm".

Mehriban Əliyeva deyib ki, qədim İpək Yolunun mərkəzində yerləşən Azərbaycanın fikirlərin paylaşıldığı və insanların dostluq mühitində bir araya gəldiyi məkan kimi uzun tarixi var:

"Sivilizasiya, mədəniyyət və dinlərin qovuşuğunda yerləşən bir ölkə kimi Azərbaycan mədəniyyətlərarası dialoq, digərlərinə qarşı tolerantlıq və hörmət nöqteyi-nəzərindən beynəlxalq ictimaiyyətə bir çox şeylər təklif edə bilər. Bu gün multikulturalizm Azərbaycanın dövlət siyasətidir və biz multikulturalizm dəyərlərinin təşviqində UNESCO da daxil olmaqla beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edirik.

Burada mən Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə irəli sürülən, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviq olunmasında həqiqətən də qlobal platformaya çevrilən “Bakı Prosesi”ni qeyd etmək istəyirəm. Əvvəla bu, Avropa Şurasına və İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr arasında əməkdaşlıq platforması kimi irəli sürülmüşdü. 2008-ci ildə Azərbaycan bu iki beynəlxalq təşkilatın üzvü kimi Bakıda İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv olan ölkələrin mədəniyyət nazirlərinin görüşünü keçirdi. Bu proses bu günə kimi davam edir. Bu il biz “Bakı Prosesi”nin 10-cu ildönümünü qeyd edirik. UNESCO ilə sıx tərəfdaşlıq edərək, biz “Bakı Prosesi” çərçivəsində mədəniyyətlərarası dialoq üzrə 4 dünya forumunu müvəffəqiyyətlə keçirdik və bu işi gələcəkdə də davam etdirməyə hazırıq".

Azərbaycanın Birinci vitse-prezidenti bildirib ki, insan potensialının inkişafı UNESCO-nun və Azərbaycanın böyük əhəmiyyət verdiyi digər sahədir:

"Keyfiyyətli təhsil və mədəniyyət insan inkişafı üçün əsas elementlərdir və bu əhəmiyyəti nəzərə alaraq Azərbaycan “Ekspo 2025” Ümumdünya Sərgisini Bakıda keçirmək üçün namizədliyini irəli sürərək, “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” mövzusunu seçib. Təklifimiz qalib gələrsə biz bütün dünyanı Bakıya gətirməyə, dialoq və əməkdaşlığın mübadiləsi üçün həqiqətən universal platforma yaratmağa ümid edirik".

Mehriban Əliyeva qeyd edib ki, Azərbaycan dünya mədəni irsinin qorunmasına və proaktiv humanitar siyasətə birbaşa töhfə verərək UNESCO-nun dəyər və ideallarına çox sıx bağlı olduğunu nümayiş etdirib:

"İcazə verin, burada bir neçə misal çəkim. Qızlar üçün yeni məktəb inşa etməklə Azərbaycan 2005-ci ildə Pakistanın Müzəffərabad şəhərində dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin səylərinə töhfə verib. 2011-ci ilə UNESCO ilə bağlanan müqavilə əsasında biz, həmçinin zəlzələdən əziyyət çəkmiş Haitinin mədəni irsinin bərpasında iştirak etmişik. Azərbaycanın dünya mədəni irsinin təqdimatı və bərpasına yönələn xeyriyyəçilik fəaliyyəti Almaniyada Berlin qəsri, Versalda qədim abidələr, Fransada aşağı Normandiyadakı kilsə və Luvr muzeyi, müqəddəs Marçelini və Piyetro qədim əlyazmaları və katakombaları, Vatikanda San Sebastyan katakombaları, İtaliyada Kapitoli muzeyində filosoflar zalı, Bolqarıstanda Trapezitsa muzeyi və digər bu kimi bir çox ölkələri əhatə edib.

Əziz dostlar, mən nailiyyətlərimizdən, cənab Matsuuranın UNESCO-ya uğurlu onillik rəhbərlik fəaliyyətindən çox danışa bilərəm. Bilirəm ki, bu səhər digər həmkarlarımın da sizlərlə paylaşacağı çoxlu fikirləri olacaq. Sonda, mən sadəcə cənab Matsuuranın müstəsna insani keyfiyyətlərini qeyd etmək istəyirəm. Öz təcrübəmdən deyə bilərəm ki, o, elə bir insandır ki, öz şəxsi səviyyəsi ilə kişi və qadınların düşüncələrinə sülh gətirir və buna görə UNESCO-nun dəyərləri və ideallarının təşviqində onun rolu həddindən artıq qiymətlidir. Mən həqiqətən belə bir dahi şəxsiyyətlə tanış olduğuma görə sevinc və qürur hissi duyuram, mükəmməl əməkdaşlığımızın və dostluğumuzun xoş xatirələrini yada salıram. Cənab Matsuura, sizinlə işləmək mənim üçün həmişə xoş idi və bir öyrənmə təcrübəsi idi. Mən gələcəkdə görüşəcəyimizə ümid edirəm, sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik arzulayıram. Sizi tezliklə Azərbaycanda görəcəyimə ümid edirəm. Sağ olun"
"Azərbaycan Tacikistanın diqqətini cəlb edib" -  Səfir Həsən MəmmədzadəAzərbaycan Respublikasının Tacikistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə Tacikistanın "Avesta” nəşrinə müsahibə verib.

Avrasiya.net WorldMedia.Az-a istinadən həmin müsahibəni təqdim edir:

- 2017-ci il dekabrın 8-də Azərbaycanın Litvadakı diplomatik missiyasının rəhbəri vəzifəsindən geri çağırılaraq, Tacikistana səfir göndərilmisiniz. Buraya ilk gəlişinizdə sizdə hansı təəssüratlar yarandı?

- Azərbaycanın Tacikistandakı səfiri təyin olunduqdan dərhal sonra ölkənizin adət-ənənələrilə, mədəniyyətilə daha dərindən maraqlanmağa başladım. Əvvəllər, tələbəlik illərində və xarici səfərlər etdiyim, müxtəlif seminar və konfranslara qatıldığım zaman Tacikistanın təmsilçilərilə təmaslarım olub. Ortaq mədəniyyət bizi dostluq bağları ilə bağlayır. Biz bu günədək dostluq edir, əlaqə saxlayırıq.

Lakin bu, Tacikistana ilk səfərim idi və bu səfər məndə ölkəniz, insanların qonaqpərvərliyi, buranın ənənələrilə bağlı müsbət emosiyalar yaradıb. Ən əsası və dəyərlisi isə insan amilidir. Ölkənizdə olduğum qısa müddətdə bu istilik və qonaqpərvərliyin şahidi olmuşam. Ölkələrimiz arasında səmimi və dost münasibətlərinin oduğunu görmək çox xoşdur.

- Cənab səfir, ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin çoxəsrlik tarixi var. Azərbaycan və tacik xalqlarını ortaq adət-ənənələr, din birləşdirir. İki ölkə arasında münasibətlərin indiki səviyyəsini necə qiymətləndirirsiniz?

- Bizim xalqlarımız qədim tarixi köklərə malikdir. Buna bir çox misalar gətirmək oar: bənzər ənənələr, ortaq bayramlar, toy mərasimləri, ailədə və cəmiyyətdə gənc nəslin yaşlılara hörməti, uşaqların valideyn sözünə baxması və sair. Bu dəyərlər bizim gündəlik həyatımızın ayrılmaz hissəsidir. Coğrafi uzaqlığa baxmayaraq, xalqlarımız arasında bu dəyərlərə əsaslanan kifayət qədər qarışıq nikahlar da var.

- Bəs siyasi münasibətlərimizin səviyyəsi necədir?

- Əlbəttə, ikitərəfli münasibətlərimiz dinamik inkişaf edir. Bu münasibətlərin müsbət tərəfi odur ki, ölkələrimiz arasında hər hansı siyasi fikir ayrılığı yoxdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə Tacikistan prezidenti Emomali Rahmon arasında çox sıx əlaqələr və səmimi dostluq olub və iki lider tərəfindən münasibətlərin çox möhkəm təməli qoyulub. Bu gün də Azərbaycan-Tacikistan əaqələri prezidentlər İlham Əliyev və Emomali Rahmonun rəhbərliyi atında inkişaf edir. Artıq qeyd etdiyim kimi, Azərbaycan-Tacikistan ikitərəfli əməkdaşlığı dostluq, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanır, ölkələrimiz arasında siyasi münasibətlər yüksək səviyyədədir, prezidentlərimiz arasında olan səmimi dostuq münasibətləri ümumi atmosferə də müsbət təsirini göstərir. İki dövlət bir-birini həm ikitərəfli, həm də beynəlxalq formatda dəstəkləyir. Bu il Azərbaycan Tacikistan vətəndaşarının ali təhsil alması üçün 2 kvota ayırıb. Bu kvota artırılacaq.

- Mümkünrsə, bir neçə kəlmə də ölkələrimiz arasındakı hüquqi baza haqda danışardınız.

- Müstəqilliyin əldə edilməsindən sonra ölkələrimiz arasında 45-dən çox sənəd imzalanıb. Hazırda daha onlarla sənədin imzalanması imkanları nəzərdən keçirilir. Bu sənədlər ikitərəfli münasibətlərdə tənzimləmə rolunu oynayır.

- Bəs iqtisadi münasibətlərimiz necə inkişaf edir?

- Səfirliyin əsas vəzifələrindən biri də iqtisadi münasibətlərin inkişafıdır. Lakin, təəssüf ki, obyektiv və ya subyektiv səbəblərdən ölkələrimiz arasında iqtisadi münasibətər mövcud potensialımıza uyğun gəlmir. Bu əlaqələrin inkişafında Tacikistanın Bakıdakı səfirliyinin fəal rolunu da qeyd etmək lazımdır.

Regiondakı pozitiv addımlar, qonşu ölkələr arasında siyasi münasibətlərin istiləşməsi Azərbaycanla Tacikistan arasında tranzit tariflərinin aşağı salınmasına gətirib çıxaracaq və bu, gələcəkdə iqtisadi münasibətlərimizin genişlənəcəyinə ümid yaradır. Azərbaycanla Tacikistan arasında birbaşa aviareyslərin olmaması da münasibətərin inkişafında çətinliklər yaradır.

İki ölkə iqtisadi-ticari əməkdaşıq üzrə hökumətlərarası komissiyanın rolunu ayrıca qeyd etmək istərdim. Komissiya mövcud problemlərin həllinə çalışır və onları həll edir. Azərbaycanın iqtisadi inkişaf təcrübəsi, o cümlədən zəngin tarixi ilə tanınan xalçaçılıq sənəti, Tacikistan tərəfinin böyük marağına səbəb olub. Bundan başqa, Azərbaycan brendi olan "ASAN Xidmət” də Tacikistanın diqqətini cəlb edib.

Azərbaycan da öz növbəsində, əldə etdiyi təcrübəni bölüşməyə hazırdır və bu, ondan xəbər verir ki, ölkəmizdə aparıan islahatlar və iqtisadi siyasət dərin düşünülmüş, ölçülüb-biçilmiş siyasətdir. Bu, öz müsbət nəticələrini verir.

İqtisadi sahədə ikitərəfli münasibətlərimizin əsas göstəricisi allümin istehsalında əməkdaşlıqdır. Vaxtilə Azərbaycandan gil-torpaq, koks və digər neft-kimya məhsulları alan TALCO zavoduna bu məhsulların tədarükünü bərpa etmək istəyirik. Bu sahədə işlər davam edir və biz bu işi hərtərəfli dəstəkləyirik. Hazırda bu əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi üzərində işlər davam edir.

- İki ölkə arasında keçirilən biznes-forumlar nə dərəcədə səmərəlidir?

- Qeyd etdiyimiz kimi, hər iki ölkənin iş adamları müxtəlif vaxtlarda toplaşaraq birgə iş qurulmasının yollarını axtarır. Bu münasibətlərin səmərəli qurulması üçün bəzi maneələr var idi, lakin onlar da aradan qaldırılır və ümid edirik ki, yaxın vaxtlarda biz müsbət nəticənin şahidi olacağıq. Biznes elə bir sahədir ki, orada maraqlar və gəlir var. Onlar mütləq özünə yol tapmalıdır. Əlbəttə ki, səfirliyin məşğul olduğu məsələlərdən biri də biznes-forumların keçirilməsi və bundan müsbət nəticələrin alınmasıdır.

- Azərbaycanda tacik-fars ədəbiyyatının klassikləri Əbu Abdulla Rudaki, Əbülqasım Firdovsi, Səədi Şirazi, Hafiz, Ömər Xəyyam, Əbdürrəhmani Cami və digərlərini sevdikləri kimi, Tacikistanda da dahi Azərbaycan şairləri Nizami Gəncəvi, Xəqani Şirvani, Məhəmməd Fizuliyə böyük rəğbət var. Onların dünya ədəbiyyatı xəzinəsinə misilsiz töhfəsi olub. Ölkələrimiz arasında mədəni əlaqələrin indiki səviyyəsini necə qiymətəndirirsiniz?

- Adlarını çəkdiyiniz şair, yazıçı və dramaturqları həm Azərbaycanda, həm də Tacikistanda sevirlər. Bu mütəfəkkirlərin əsərlərinə hər iki ölkənin məktəb dərsliklərində rast gəlmək olar. Sevindiricidir ki, Düşənbə şəhərini Əbuəli ibn Sina (Avisenna), Sədrəddin Ayni və Rudakinin heykəlləri bəzəyir və bu heykəllərin müəllifləri azərbaycanlı heykəltəraşlardır. Hər iki ölkə zəngin tarixi irsə malikdir. Tacikistanda muğamı dinlədikləri kimi, Azərbaycanda da şaşmakom və falakı sevirlər. İllərdir Azərbaycanın keçirdiyi musiqi festivallarında Tacikistandan da xüsusi yaradıcılığı ilə fərqlənən mədəniyyət xadimləri iştirak edirlər. Şəxsən mən avtomobildə gedərkən radioda Azərbaycanın Rəşid Behbudov, Müslüm Maqomayev və Zeynəb Xanlarova kimi mədəniyyət xadimlərinin ifalarını eşidirəm və Azərbaycan mədəniyyətinin Tacikistanda nə qədər sevildiyinə bir daha əmin oluram.

Biz ölkələrimizi mədəniyyət sahəsində daha da yaxınlaşdırmaq üçün bir sıra tədbirlər keçirməyi düşünürük. Mədəni münasibətlərimizin dərinliyinə varsaq, bu sahədə inkişaf meyllərinin olduğunu görərik. Coğrafi baxımdan uzaq olmağımıza rəğmən, Azərbaycan və tacik xalqları arasında əlaqələr həmişə inkişaf edib.

Mövzunun konkretləşdirsək, belə bir misal gətirmək olar: 14-cü əsrdə görkəmli şair, filosof, mütəfəkir Kamol Xucandi Nizami Gəncəvinin "Xəmsə”sini oxuduqdan sonra Azərbaycan fəlsəfi fikrilə tanış olmaq, onun dərinliyinə varmaq üçün belə bir uzaq məsafəni qət etməyə qərar verib. O, Xucanddan o zaman bütün Şərqdə elm və mədəniyyət mərkəzlərindən biri kimi tanınmış Gəncəyə yola düşür. Beləliklə də, Kamol Xucandi burada elmin sirlərinə yiyələnib, bir neçə il yaşayıb, oxuyub-öyrənib, yazıb, yeni əsərlər yaradıb. Bütün bu faktlar azərbaycanlılarla taciklər arasında mədəni münasibətlərin sıx olduğundan xəbər verir.

- Qarabağ münaqişəsi uzanır. Sizcə, onun həllinə mane olan əsas əngəl nədir?


- Doğrudan da Ermənistan-Azərbaycan, Dağıq Qarabağ münaqişəsi 25 ildən artıqdır ki, həllini tapmır. Bildiyiniz kimi, Sovet İttifaqı dağılmazdan əvvəl Dağlıq Qarabağda yaşayan ermənilər yerli əhaliyə qarşı separatçı cinayətlər törətməklə Azərbaycandan ayrılmağa cəhd edib. Bu zaman insanlar əsrlər boyu yaşadıqları doğma torpaqlardan zorla qovulub və qətlə yetirilib. Azərbaycana qarşı yürüdülən bu təcavüzkar siyasət nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayon, yaxud Azərbaycan ərazisinin 20%-i işğal olunub, minlərlə insan itkin düşüb, qadınlar, qocalar, uşaqlar girov götürülüb, dəhşətli işgəncələrə məruz qalıb, bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, onların hüquqları kobud şəkildə pozulub. Xocalıda və Azərbaycanın başqa yaşayış məntəqələrində soyqırım aktları törədilib.

Bu işğalçı siyasət, beynəlxaq hüququn norma və prinsiplərinin, insan haqlarının kobud şəkildə pozulması nəticəsində 25 il əvvəl 1992-ci il mayın 8-də Azərbaycan mədəniyyətinin beşiyi sayılan, tarixi abidələrlə zəngin olan, dünyaya dahi şəxsiyyətlər, yazıçılar, şairər və musiqiçilər vermiş Şuşa şəhəri də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal zamanı minlərlə muzey eksponatı talan edilib, yüzlərlə tarixi-mədəni abidə dağıdılıb, müqəddəs məbəd və məscidlər vandalizm aktlarına məruz qalıb, böyük sayda nadir qədim əlyazma nümunələri məhv edilib, təhsil və səhiyyət obyektləri xarabalığa çevrilib.

Doğrudur, oxşar hadisələr postsovet məkanının başqa ölkələrində də yaşanıb. Lakin bizi xalqa qarşı həyata keçirilmiş etnik təmizləmə, soyqırım və təcavüz aktları xüsusi qəddarlığı ilə seçilib.

Buna baxayaraq, biz hələ də münaqişənin sülh yolu ilə nizamlanacağına ümid edirik. Dağlıq Qarabağ münaqişəsini həll etməyə imkan verməyən əsas məneə Ermənistan hakimiyyətinin destruktiv mövqeyi, beynəlxalq normalara, BMT qətnamələrinə əməl etməməsi və buna rəğmən, cəzasız qalmasıdır. Biz müşahidə edirik ki, əli qana bulaşmış Sarqsyan rejiminin çökməsindən sonra Ermənistanın yeni hakimiyyəti münaqişənin nizamlanması üçün addımar atacaq. Çünki bu münaqişədən azərbaycan xalqı ilə yanaşı ermənilər də əziyyət çəkir. Onlar hakim rejimin girovuna çevrilib.

Biz diplomatlar ümid edirik ki, artıq atəş səsləri eşidilməyəcək, bölgədə və qonşuluqda sülh və təhlükəsizlik hakim olacaq, 25 il əvvəl doğma evlərindən qovulmuş insanlar doğma yurdlarına qayıdacaq. Əvvəllər mən Avropada çalışırdım və avtomobillə bir ölkədən digərinə keçərkən sərhədləri hiss etmirdim. Ümid edirəm ki, bizim bölgədə də belə olacaq. Lakin bunun üçün qonşu qonşunun torpağına göz dikməməlir.

- Mümkünsə, bir neçə kəlmə Tacikistandakı Azərbaycan diasporu haqda da danışardınız.

- Sevindirici haldır ki, azərbaycanlılar Tacikistanın siyasi həyatında fəal rol oynayıb və bu gün tacik xalqı onların adlarını hörmətlə anır. Məsələn, Mirzə Davud Hüseynov. O, Tacik Sovet Sosialist Respublikasının ilk rəhbəri, Tacikistanın ilk birinci katibi olub. 1938-ci ildə Stalin repressiyasına məruz qalıb. Sovet hakimiyyətinin ilk illərində Azərbaycandan Mərkəzi Asiyaya kömək üçün 4 min adam göndərilib. Onların bir qismi Tacikistanda işləyib. 50-ci illərdə isə Azərbaycandan buraya onlarla həkim göndərilib. Onlardan biri burada Respublika Xəstəxanasına rəhbərlik etmiş həkim Maqsud Səfər oğlu Qasımov olub. O zaman burada epidemiya tüğyan edirmiş. Həkim Qasımov Tacikistanın Moskva rayonunda epidemiyanın qarşısını ala bildiyi üçün ordenlə mükafatlandırılıb.

Rusiya Elmlər Akademiyasının akademiki, Rusiya Federasiyasının baş onkoloqu Məmməd Əliyevin atası Cavad Əliyev də burada işləyib. Əliyev rəhbərlik etdiyi poliklinika hazırda onun adını daşıyır.

Sovet vaxtı su təsərrüfatı nazir Poad Poladzadə də əmək fəaliyyətinə Tacikistanda başayıb. Biz azərbaycanlıların axtarışlarını davam etdirir və onların hər birinin adını kartotekaya daxil edirik.

- Cənab səfir, bilirik ki, mayın 28-də sizin Respublika özünün Müstəqillik Gününü qeyd edir. Zəhmət olmasa, Azərbaycan Demokratik Respublikasının yaranma tarixindən də danışın.

- Bu il biz həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyini qeyd edirik. 2018-ci il ölkədə "ADR ili” elan edilib. 1918-ci il mayın 28-də yaradılmış və Şərqin ilk demokratik respublikası olmuş ADR cəmi 23 ay yaşaya bilib. 1920-ci il aprelin 28- Azərbaycanı işğal edən bolşeviklərin Qırmızı ordusu onu süquta uğradıb. Lakin ADR öz müstəqilliyini elan etməklə, xalqın müstəqilliyə, azadlığa və milli müqəddəratını həll etməyə can atdığını hər kəsə nümayiş etdirib. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı formalaşıb, sərhədlər müəyyən edilib, Respublikanın bayrağı, himni və gerbi yaradılıb, doğma dilimiz dövlət dili elan edilib, maarif və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilib, Azərbaycanın ilk universiteti (Bakı Dövlət Universiteti) təsis edilib.

Müsəlman Şərqində ilk dəfə olaraq qadınlara səsvermə hüququ ADR-də verilib. Bu, hətta Amerika və bəzi Avropa ölkələrindən də əvvəl olub.

Bundan başqa, qısa müddətdə dünyanın bir çox ölkəsi ilə diplomatik münasibətlər qurulub.

Bir də 1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan yenidən müstəqil olub və özünü ADR-in varisi elan edib. O andan Demokratik Respublikanın atributları – bayrağı, himni və gerbi fə bərpa olunub.

Bir sözlə, mayın 28-i Azərbaycan xalqı üçün böyük və əlamətdar tarixdir. O vaxtdan xalqımız Azərbaycanın müstəqilliyini bəyan etdiyi 28 mayı təntənəli şəkildə qeyd edir. Artıq dediyim mimi, 2018-ci il "Azərbaycan Demokratik Respublikası İli” elan edilib və hökumət tərəfindən il boyu silsilə tədbirlərin keçirilməsi planlaşdırılır.
Ərdə olan əmisi qızı ilə gizlicə görüşdü, zorladı, sonra… – Bakıdakı moteldə DƏHŞƏTBakıda 4 il əvvəl qısqanclıq zəminində qətl törədən Kürdəmir rayon sakini Asim Ağamalıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

2014-cü il noyabrın 20-də Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki “Vulkan” motelinin hamam otağında Sumqayıt şəhər sakini Afaq Şükürovanın meyiti tapılıb. Mərhumu qohumu – Kürdəmir rayon sakini Asim Ağamalıyevin boğaraq öldürdüyü müəyyənləşib.

Afaq Şükürova ailəli olsa da, onun öz doğma əmisi oğlu ilə də münasibətləri olub.

2014-cü ilin noyabrın 20-də gecə “Vulkan” motelində hadisə baş verən zaman Afaq Şükürova orada əmisi oğlu ilə birlikdə olub.

“Vulkan” motelinə istirahətə gələn xanımla kişi arasında mübahisə düşüb. Motel otaqlarının birində əylənən cütlüyün mübahisəsi sonda qadının faciəli ölümü ilə nəticələnib.

İlkin məlumatda qadını əyləndiyi kişinin bıçaqladığı qeyd edilsə də, sonradan bu məlumat hüquq-mühafizə orqanları tərəfindən təkzib olunub.

Əməliyyat-istintaq tədbirlərindən sonra Afaq Şükürovanın özünü asaraq intihar etdiyi versiyası irəli sürülüb.

Lakin araşdırmalar zamanı məlum olub ki, Afaq Şükürova öz doğma əmisi oğlu Asim Ağamalıyev tərəfindən orada zorlanıb. Sonra onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Asim Ağamalıyev Aşaq Şükürovanı öldürüb.

Asim Ağamalıyevin barəsində Cinayət Məcəlləsinin 120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə) və 29,149.1 (zorlamaya cəhd) maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Asim Ağamalıyev 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasının ilk 3 ilini həbsxanada, 15 ilini isə ciddi rejimli cəzaçəkməsi qərara alınıb.

Hökmdən narazı qalan Asim Ağamalıyev apelyasiya şikayəti verib. O, birinci instansiya məhkəməsinin barəsində çıxardığı hökmün ağır olduğunu bildirib. Asim Ağamalıyev cəzasının yüngülləşdirilməsini istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Asim Ağamalıyevin barəsində olan hökm dəyişdirilib.

Yeni hökmə əsasən, Asim Ağamalıyevin cəzası 16 ilə endirilib.

Bu qərardan narazı qalan Asim Ağamalıyevin vəkilləri kasasiya şikayəti verib.

Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə araşdırma aparılan zaman Asim Ağamalıyev cəza çəkdiyi Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsindən məhkəməyə ərizə göndərib.

Məhkum ərazisində kasasiya şikayətinə baxılmasından imtina etdiyini göstərib və xahiş edib ki, kasasiya şikayəti baxılmamış saxlanılsın.

Hakim heyəti onun istəyini nəzərə alıb və şikayət baxılmamış saxlanılıb. Publika.az
Sarkisyan Qarabağla bağlı Əliyevlə razılaşmışdı, lakin... - Papyan HƏR ŞEYİ AÇDI“Danışıqlar masasında “Madrid prinsipləri” əsasdır. Bu, yeddi rayonun Azərbaycana qaytarılmasını, qaçqınların qayıdışını nəzərdə tutur. Yalnız bundan sonra Qarabağın statusu məsələsi müzakirə olunur”.

Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Ara Papyan deyib.

Papyan qeyd edib ki, danışıqlarda irəliləyişin olacağını demək çətindir.

O, Nikol Paşinyanın Azərbaycan lideri ilə danışıq aparmaq bacarığının olub-olmaması haqda müzakirələrə də münasibət bildirib.

“Paşinyan prosesdən xəbərsizdir, çünki müxalifətdə olub. Məncə, onu məlumatlandırmaq çətin olmaz. Əsas danışıqları xarici işlər nazirləri aparacaq, liderlər daha yüksək səviyyədə görüşəcəklər. Danışıqlar masasında əyləşmək Ermənistanda kimsə üçünsə üstünlük deyil. Vaxtilə Sarkisyan ərazilərin böyük bir qismini Əliyevə qaytarmağa razılaşmışdı. Sonrada proses pozuldu. Yəni danışıqlar masasında Ermənistanı kimin təmsil etməsi yox, nəticə önəmlidir”, - deyə o bildirib.

Erməni politoloq təklif edib ki, Ermənistanı danışıqlarda prezident Armen Sarkisyan təmsil etsin.
Naftalana yeni icra başçısı təyin edildiPrezident İlham Əliyev Rövşən İbrahimovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, sərəncamla Rövşən Hüseyn oğlu İbrahimov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezidentin digər sərəncamı ilə Natiq Musa oğlu Aslanov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.