Xaləddin İsgəndərovun həbsinə hazırlıq görülür - İDDİAAzərbaycan Prezidenti İlham Əliyev Xaləddin İsgəndərovun Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqda sərəncam imzalayıb.

Minval.info xəbər verir ki, Xaləddin İsgəndərov 2012-ci ildən bəri bu vəzifəni yerinə yetirirdi. Onun fəaliyyəti dövründə mətbuatda onun barəsində tez-tez müxtəlif iddialar səslənir, villalarının, obyektlərinin şəkilləri yayılırdı.

2015-ci ildə Binəqədi rayonu Azadlıq prospektindəki 16 mərtəbəli yaşayış binasının yanması nəticəsində 15 nəfər dünyasını dəyişməsindən sonra onun vəzifəsindən uzaqlaşdırılacağı gözlənilirdi.

Sabiq icra başçısının fəaliyyəti dövründə Binəqədi rayonu nə qədər “Təmiz” adlandırılmağa çalışılsa da, yenə də bir çox nöqsanlar özünü göstərib. İsgədərovun adı əhalinin asudə vaxtı üçün salınmış parkı bir İsmayıl adlı bir sahibkara satması ilə hallanıb.

Yerli mətbuatda yazılıb ki, Binəqədi rayonu 8 mkr ərazisində yerləşən “Qızıl gül” restoranının yanındakı yaşıllığı məhv edib, 300 min AZN-ə yeni bir yaşayış binasının tikintisi üçün satılıb.

Həmçinin Binəqədi rayonunda yol infrastruktur layihələrinin həyata keçirilməsi zamanı böyük miqdarda yeyintilərin olduğu iddia edilib. Xaləddin İsgəndərovun vəzifəsini icra etməyə başladığı gündən Binəqədi yollarında tikinti işləri aparılır. Ancaq keçən illər ərzində hələ ki avtomobil yolu hazır olmayıb. Yəqin ki, Bakının ən problemli avtomobil yolları Binəqədi rayonu ərazisində yerləşir.

İddia olunur ki, bu ilin əvvəlindəki araşdırmalar zamanı təkcə Binəqədi Rayon İcra Hakimiyyətinin qarşısındakı parkın salınması adı ilə büdcə vəsaitinin 28 milyon manatı mənimsənildiyi bəli olub. Faktiki isə həmin məbləğin hətta üçdə biri xərclənsəydi, ərazidə daha rahat və gözoxşayan park salmaq mümkün idi.

Üstəlik, parkdakı kafe-restoranın kimə məxsus olması da aydınlaşdırılıb. Belə məlum olub ki, park salınarkən inşa olunan kafe-restoran başçının oğluna yaxın şəxsin adına rəsmiləşdirilib.

Yəni iddia edilir ki, park dövlətin puluna tikilib, amma özəl mülkiyyət kimi Xaləddin İsgəndərovun oğlu Elnur İsgəndərovun çoxsaylı obyektləri sırasına qatılıb, amma digər şəxsin adına isə sənədləşdirilib. O da bilinir ki, park salınarkən orada görülən işlərə Elnur İsgəndərov nəzarət edib.

Bundan başqa, üzə çıxıb ki, Azadlıq prospektində, qoşa yanacaqdoldurma stansiyasından Binəqədi qəsəbəsi istiqamətinə 200 metr hərəkət etdikdə, yolun kənarındakı ağaclar gecə ilə kötüyündən çıxarılıb.

Yaxınlıqda yaşayan sakinlər “yaşıl soyqırım”a ciddi etiraz ediblər. Məsələ böyüyüb və müvafiq dövlət qurumları işə qarışıb. Bundan sonra Xaləddin İsgəndərov sakinləri sakitləşdirmək üçün ərazidə kitabxana tikildiyini bildirib, tikinti aparılan obyektin qarşısına kitabxana tikintisinin aparılması haqda lövhə gətirilib.

Bir müddət əvvəl tikinti başa çatıb və lövhəni əraziyə çağırılan yük maşınına tullayıblar. Növbəti gün isə sakinlər görüblər ki, gecə ilə obyektin üzərinə “Kafe Lanç” sözləri yazılmış lövhə vurulub. Bu obyektin də Xaləddin İsgəndərovun oğlu Elnur İsgədərovun olduğu, lakin ailəyə yaxın digər şəxsin adına rəsmiləşdirildiyi iddia edilir.

Həmçinin, Xaləddin İsgəndərovun Binəqədi rayonu “Zeytunluq” adlanan ərazidəki yarımçıq tikilidə yaşayan insanların yeni mənzillərə köçürülməsi prosesi ilə bağlı külli miqdarda maliyyə yeyintilərinə yol verdiyi iddia olunurdu. Yeni mənzillərə köçən insanlara təqdim olunan evlərin sahəsinin genişliyinə görə onlardan əlavə pul alındığı və mənzillərin bölgüsü şəffaf aparılmadığı da barədə də şikayətlər gündəmdə yer alıb.

Bu ilin mart ayında Minval.info Xaləddin İsgəndərovun işindən azad olunacağı barədə məlumat yaymışdı. Hətta iddia edilir ki, Xaləddin İsgəndərovun həbsi üçün artıq hüquq-mühafizə orqanları tərəfindən hazırlıq görülür.
Cəlilabadda kütləvi davaCəlilabad sakini döyülüb.

Apa xəbər verir ki, hadisə tanışlar arasında düşən kütləvi dava zamanı baş verib.

Döyülən şəxs rayonun Babaxanlı kənd sakini, 1987-ci il təvəllüdlü Aqil Əkbər oğlu Qaraşovdur. Yaralı xəsarətlərlə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
Deputat "Məndən açıq şəkildə pul istəyir" - Saytla general arasında qalmaqalMilli Məclisin deputatı, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı suallara cavab almaq istəyən jurnalisti təhqir etməsi barədə yazılan xəbərlərə reaksiya verib.

Deputat "Ölkə.Az”a açıqlamasında deyib ki, Milli Ordu ilə bağlı haqqında yazılanlar tamamilə yalan və cəfəngiyyatdır:

"Əgər mən Milli Ordunu təhqir etmişəmsə, buyurub səs yazımı yaysın. O jurnalist tamamilə yalan danışır. Özünü seyid kimi təqdim edib, məndən açıq şəkildə pul istəyir. Bu birinci hal deyil. Həmin adam mənə dəfələrlə zəng edib deyir ki, bayramımızdır, pul ver və sairə. Əlindən bezmişəm. Mən də məcbur olub dedim ki, ay oğul, pulum yoxdur, əl çək məndən! Hətta, ona dedim ki, əgər məni bir daha narahat etsən, səninlə bağlı polisə müraciət edəcəm”.

Məsələ ilə bağlı Modern.az saytının rəhbəri Elşad Eyvazlının da mövqeyini öyrəndik.

O, "Ölkə.Az”a açıqlamasında bildirib: "Əliağa Hüseynov hansısa reket jurnalistlə bizim jurnalisti səhv salır. Jurnalist redaksiyadan zəng edib açıqlama alıb, əlimizdə səs yazısı var. Onun ittihamları əsla bizə aid ola bilməz”.
Əfv Komissiyası yekun siyahını prezidentə təqdim etdiAzərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə Report-a Komissiya üzvü Əliməmməd Nuriyev məlumat verib.

O bildirib ki, bugünkü iclasda 100-dən çox müraciətə baxılıb. Beləliklə baxılan müraciətlərin sayı 1100-ə çatıb.

Bununla da komissiyanın iclası başa çatıb, komissiyaya daxil olan müraciətlərin hamısına baxılıb. Sonuncu iclasda indiyədək müsbət rəy verilən müraciətlərin siyahısının Prezident İlham Əliyevə təqdim olunması ilə bağlı qərar qəbul edilib.

Dövlət başçısının əfv sərəncamı imzalayacağı gözlənilir.
Qüdsə görə “Avroviziya” baykot edilir - Petisiya18 mindən artıq islandiyalı ölkənin gələn il keçiriləcək “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin iştirakını boykot etmək üçün yaradılmış onlayn petisiyanı imzalayıb.

Axar.az xəbər verir ki, petisiyanın müəllifləri Fələstin-İsrail münaqişəsinə görə ölkənin milli kanalı RUV-dan yarışmada iştirakdan imtina etməsini istəyiblər. Təşəbbüs İsrail hərbçiləri ilə fələstinli etirazçılar arasında Qəzza sektorunda baş verən qarşıdurmalara görə başladılıb.

Petisiyaya dəstək verənlərin fikrincə, fələstinlilərin hüquqları pozulmağa davam etdiyi müddətdə “Avroviziya” kimi mötəbər yarışmada iştirak etmək olmaz.

RUX televiziyasının proqram direktoru Skarfedin Qudmunsson artıq petisiyaya münasibət bildirib. O, İslandiyanın adi qaydada olduğu kimi, Avroviziya-2019 mahnı müsabiqəsində də iştirak edəcəyini qeyd edib.

Xatırladaq ki, Avroviziya-2018-in qalibi İsrail təmsilçisi olduğu üçün növbəti yarış bu ölkədə keçiriləcək. Baş nazir Netanyahunun Avroviziya-2019-un Qüdsdə keçiriləcəyi barədə açıqlamasından sonra bu yarışmada ölkələrin iştirakı məsələsi müzakirəyə çıxarılıb.
Usubov təqaüdə göndərildi Xızı rayonunun polis rəisi təqaüdə göndərilib.

APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xızı rayon Polis Şöbəsinin rəisi Elmar Usubov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib.

Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, bir neçə gün əvvəl Astaranın polis rəisi Adil Həsənov da təqaüdə göndərilib.
Yerevanda Paşinyana qarşı etirazlar başladıErmənistanda “Sasna Tsrer” qruplaşmasının tərəfdarları baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyalarına başlayıblar.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Arşakunyas prospektini bağlayan etirazçılar qrupun lideri Jirayr Səfilyanın və üzvlərinin həbsdən azad olunmasını tələb edirlər.

Xatırladaq ki, baş nazir Nikol Paşinyan Serj Sarkisyanın prezidentliyi dövründə həbs olunan qrup üzvlərinin azadlığa buraxılması məsələsinə soyuq münasibət bildirib. O hətta qeyd edib ki, kimsə bunu ondan gözləyirsə, yanılır.

Paşinyanın bu açıqlamasından sonra “Sasna Tsrer”in tərəfdarları Yerevan məhkəməsinin binasını mühasirəyə alaraq yolları bağlayıblar.

Aksiyaya rəhbərlik edən Pavel Yeqiazaryan bəyan edib ki, məhkəmə müsbət qərar çıxarana qədər binanın mühasirəsini davam etdirəcəklər.
Ermənistan vətəndaşı Azərbaycana keçmək istədiErmənistan vətəndaşı Azərbaycanla sərhədi keçməyə cəhd göstərib.

Avrasiya.net Ordu.az-a istinadən xəbər verir ki, mayın 1-də Ermənistanın Tavuş vilayətinin sərhədyanı Verin Karmiraxpyur kənd sakini, 1975-ci il təvəllüdlü şəxs öz köynəyini ağ bayraq əvəzi istifadə edərək Azərbaycanla sərhədi keçməyə çalışıb.

Erməni əsgərlər onun bu cəhdinin qarşısını alıb. Saxlanılan şəxs Verin Karmiraxpyur kəndində orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Rusiyada hərbi məktəbə daxil olub. O, uzun müddət Qazaxıstanda yaşayıb. Ermənistanla yanaşı Qazaxıstan vətəndaşlığı daşıyan şəxsin iki uşaq atası olduğu bildirilib.
O, bir müddət əvvəl kəndə anasının yanına qayıdıb. 12, 13 may tarixlərində isə Qazaxstana uçmağı planlaşdırırmış, lakin hava limanında biletini cıraraq fikrindən daşınıb.

Hazırda faktla bağlı Ermənistanın təhlükəsizlik xidməti və hərbi polis məşğuldur.
Ermənistandan Bakıya Qarabağ ŞƏRTİ: İrəvanın Vyana OYUNUİrəvan Dağlıq Qarabağla bağlı Bakıya qarşı tələb irəli sürüb. Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirib ki, onlar “ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində və həmsədr ölkələrin təklifləri əsasında Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizamlanması kursuna sadiq qalır. Bunun üçün 2016-ci il aprel döyüşlərindən sonra əldə olunmuş razılaşmaları həyata keçirmək lazımdır”.

Publika.az xəbər verir ki, 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun işğal altındakı ərazilərin bir qisminin azad edilməsi ilə nəticələnən uğurlu əks-hücum əməliyyatından sonra Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı iki görüş keçirildi: Vyana (16 may) və Sankt-Peterburq (20 iyun) görüşü.

ABŞ və Rusiya xarici siyasət rəhbərliklərinin iştirakı ilə keçirilən Vyana görüşündə müəyyən razılıqlar var idi. Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirilən Sankt-Peterburq görüşü də Vyana görüşünün davamı olaraq təqdim olunurdu.

Vyanada təmas xəttində “atəşkəsə nəzarət mexanizmi”nin yaradılması ilə bağlı razılıq əldə olundu. Halbuki, bu, ABŞ tərəfindən irəli sürlmüşdü və işğal faktının qəbul edilməsi idi. Moskva bu razılaşmanı qəbul etsə də, Sankt-Peterburq görüşünün təşkili mexanizm məsələsinin kənara qoyulduğunu göstərdi.

Bakı da mexanizmlərin işğalçıya xidmət etdiyini bildiyi üçün Vyanada yekun sənədi imzalamadı.

Görünür, Ermənistan məsələni yenidən gündəmə gətirir. Hərçənd, Bakının bununla razılaşacağı sual altındadır.

Burada diqqət çəkən digər məqam mayın 15-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun həmsədrlərlə görüşdə “substantiv danışıqlara hazırıq” açıqlaması idi. Bu isə Qarabağa aralıq statusunun verilməsinin əvəzində işğal olunmuş ətraf rayonların qaytarılmasını özündə ehtiva edir.

Ermənistan tərəfi bunu bildiyi üçün Vyana razılaşmalarını ortaya ataraq, gələcək danışıqları pozmağı planlaşdırır.
Qayınana kürəkəninə intim münasibət təklif etdi və azyaşlının gözü qarşısında... - Bakıda ŞOK OLAYBakıda qayınanasını öldürməkdə təqsirli bilinən Cavad İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, bu il yanvarın 11-də Yasamal rayonunun “Qanlı göl” yaşayış massivinin ərazisində 1958-ci il təvəllüdlü Nigar Namazovanın meyiti tapılıb. Məlum olub ki, Nigar Namazova qətl qurbanı olub, onu boğaraq öldürüblər.

Qatilin Nigar Namazova ilə eyni ünvanda yaşayan, əvvəllər məhkumluq həyatı yaşamış kürəkəni olduğu ortaya çıxıb. Nəticədə 1983-cü il təvəllüdlü Ağdaş rayon sakini Cavad İbrahimov polis tərəfindən saxlanılıb.

Məlum olub ki, Cavad İbrahimov ailə qurduqdan bir müddət sonra spirtli içki içərək ailədə heç bir olmadan mübahisə yaratmağa başlayıb.

Tüfeyli həyat sürən Cavad İbrahimovun qaynanası Nigar Niftəliyeva ilə problemləri yaranıb.

Belə ki, təqsirləndirilən şəxs epilepsiya xəstəsi olan qayınanasını dəfələrlə döyüb. Neçə dəfə də Nigar Niftəliyeva huşunu itirib.

Sonuncu dəfə isə Cavad İbrahimov bu il yanvar ayında yaşadıqları Yasamal rayonunda qayınanası Nigar Niftəliyevanı azyaşlı oğlu Camalın göz qarşısında yumruq və təpiklə döyməyə başlayıb.

Aldığı zərbələrdən yerdə qalan Nigar Niftəliyevanı kürəkəni Cavd İbrahimov qəsdən həyatdan məhrum edərək öldürüb.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 120.2.4-ci (xüsusi amansızlıqda adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cavad İbrahimov ittiham üzr özünü qismən təqsirli bilib. O qeyd edib ki, qaynanası Nigar Niftəliyevanı öldürmək niyyəti olmayıb.

Onun sözlərinə görə, Nigarın qızı Arzu ilə 2012-ci ildə ailə qurub, həmin nikahdan 3 azyaşlı övladım var: “2005-ci ildən Ağdaşdan Bakıya gələrək müxtəlif tikinti şirkətlərində fəhləlik etmişəm. Bir müddət sonra bütün ailəmiz Bakıya gəlib və Yasamal rayonunda kirayədə yaşamışıq. Ailəsi ilə qalan zaman rayondan qayınanam Nigar da bizlə yaşamağa başladı. Qaynanam sakit, heç kimlə problemi olmayan adam idi”.

Cavad İbrahimov qeyd edib ki, həyat yoldaşı Arzu qonşuluqda olan smetan sexində işləyib, ev işlərinə isə qaynanası baxıb: “Evimizdə qaz olmadığından qayınanam hər gün evin yaxınlığında olan zibillikdən odun tapıb evi qızdırırdı. O, evdə darıxdığı üçün odun dalınca getdiyini deyirdi. Yaşlı olduğundan bir neçə başı gicəllənib yıxılıb, özünə xəsarət yetirmişdi. Ona görə, bir neçə dəfə Nigara odun dalınca getməməsini demişdim”.

Cavad İbrahimov bildirib ki, qayınanası ona əxlaqsız təklif edib. Onun sözlərinə görə, qayınanası Nigar əxlaqsız qadın olduğunu və onunla cinsi münasibətdə olmaq istədiyini, seksual hərəkətlər etməyi təklif edib: “Buna kəskin etiraz etdim, tənbeh etdim ki, bir daha belə söhbət eləməsin. Yoldaşım evə gələndə anasının mənə təklif etdiyi məsələni dedim. Arzu anası ilə mübahisə elədi, Nigar söz verdi ki, bir də belə hal baş verməyəcək. Bu söhbətdən 3-4 gün sonra yenidən qayınanam sevişmək istədiyini dedi. Etirazımı bildirib, onu itələdim. Başı divara dəydi. Başının arxasından xəsarət aldı. Yerə yıxıldı. Onu divana uzatdım, paltarlarını çıxartdım ki rahat olsun. Gördüm ki, dişlərini qıcayıb. Tez əlimdə dişlərini araladım ki, birdən dilə qatlanar. Həmin vaxt ola bilər ki, güc tətbiq etmişəm. Çənəsinə və damağına xəsarət yetirmişəm”.

Cavad İbrahimov bildirib ki, hadisə ilə bağlı təcili yardım çağırıb, 20 dəqiqə sonra təcili yardım gəlib: “Nigarı müayinə edən zaman məlum oldu ki, artıq ölüb. Mənim onu öldürmək kimi bir niyyətim olmayıb. Bircə onun mənə elədiyi təkliflərdən əsəbiləşib itələmişəm, başı divara dəyib. Onu heç vaxt döyməmişəm”.

Mərhumun qardaşı, hüquqi varis qismində qardaşı ifadə verib. O deyib ki, Cavad İbrahimov daha əvvəl də bacısını döyüb. “Bacımı döydüyü üçün biz bundan bir neçə dəfə şikayət etdik. O zaman Ağdaşda yaşayırdıq. Bacım və qızı xahiş elədilər ki, şikayət etməyək. Mən də şikayət etmədim. Sonuncu dəfə də rayonda oğurluq elədi. Bakıya qaçdı. Sonra bacım və qızı da Bakıya gəldi. Bir müddət sonra ölüm xəbərini eşitdik”.

Hüquqi varis bildirib ki, bacısı təmiz və namuslu qadın olub: “Bacım bizim böyüyümüz idi. 60 yaşlı bacım bizə ana əvəzi idi. Biz ona ana kimi hörmət edirdik. Dedikləri yalandır”.