Sabah Ramazan ayıdırBu gün Azərbaycanda Ramazan ayı başlayır.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının Ramazan ayı münasibətilə verdiyi fətvada bildirilir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının 2018-ci il üzrə hesablamalarına görə, Ramazan ayının 1-i Ayın ölkə ərazimizin üfüqünə uyğun görünməsinə əsasən Miladi tarixlə may ayının 17-nə təsadüf edir və Ay göründüyü andan Ramazani-şərif başlayır.

Mayın 16-dan 17-nə keçən gecə isə niyyət gecəsidir.

QMİ hər il olduğu kimi, bu il də AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birgə Ramazan ayının başlanğıcı, namaz vaxtları və gündəlik dualarını, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim tərtib edib.

Eydül-Fitr - Ramazan bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq iyunun 15-nə təsadüf edəcək. Ramazan bayramı dövlət səviyyəsində və qeyri-rəsmi iş günü kimi qeyd olunur.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

QMİ Qazılar Şurası və Elmi-Dini Şurası xatırladır ki, Ramazan ayı ərzində iftar vaxtından qabaq açılan süfrələrdə iştirak etmək böyük günahlardandır və xəbərdarlığı nəzərə almayanlar barəsində ciddi tədbirlər görüləcək.
Sumqayıtda faciə: usta dördüncü mərtəbədən yıxıldıSumqayıt şəhərində 55 yaşlı kişi dördüncü mərtəbədən yıxılaraq ölüb.

Report-un məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1963-cü il təvəllüdlü Mübariz Tapdıq oğlu Hüseynov 9-cu mikrorayon ərazisindəki yaşayış binasındakı mənzillərdən birində peyk antenası quraşdırarkən ehtiyatsızlıqdan 4-cü mərtəbədən yıxılıb. Yaralı xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Meyit Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
Attestasiya Komissiyasında özbaşınalıq - Sədr qohumlarını vəzifəyə gətirirAli Attestasiya Komissiyasının (AAK) fəaliyyəti barədə çoxlu sayda neqativ məlumatlar var.

AAK-ın sədri, akademik Arif Mehdiyev dünyasını dəyişəndən sonra sədrin səlahiyyətlərini Vəli Hüseynov icra etsə də, bu qısa vaxtda özünü sədr kimi göstərməyə başlayıb və hamıya tezliklə prezidentin sərəncamı ilə sədr təyin olunacağını bildirib. Və bundan sonra AAK-da qanunsuzluqlar hökmranlıq etməyə başlayıb.

Vəli Hüseynovun özünü sədr kimi hiss etməsindən sonra ilk qalmaqalı AAK Dissertasiya şuraları və Attestasiya Sənədləri Şöbəsi müdirinin müavini, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Lətifə Ələkbərzadəni iclasda kollektivin gözü qarşısında söyüb təhqir etməsi olur. Lətifə Ələkbərzadəninin onun üzünə tüpürərək iclası tərk edib, məhkəməyə verəcəyini deyib. Vəli Hüseynovun yenidən iclas çağırır və Lətifə xanımdan üzr istəyir.

Vəli Hüseynov sədr əvəzi olmasından sonra ətrafına öz həmyerlilərini yığmağa başlayıb. Onun bu siyasətinin qurbanlarından biri də, filologiya elmləri doktoru, professor Səadət Zeynalovadır. Belə ki, sədr əvəzi vəzifəsinin icrasına başlayan gündən Səadət Zeynalovaya qarşı süni təzyiqlər etməyə başlayıb. Vəli Hüseynov onu aşağı vəzifəyə keçirərək yerinə özünün Naxçıvandan olan həmyerlilərini gətirmək istəyib, bu isə qarşı tərəfin qəti etirazı səbəb olub.

Vəli Hüseynovun atdığı addımlar barədə Prezident Administirasiyasına, AMEA prezidentinə dəfələrlə şikayətlər olunsa da, heç bir nəticə verməyib.

Vəli Hüseynov "yerli” kadr siyasəti ilə yanaşı elmi işlər üzərində biznes də qurub. Belə ki, AMEA-da alimlərlə söhbət zamanı məlum olur ki, elmi dərəcə almaq istəyən şəxslər mütləq AAK-ı "görməlidir”. Qiymətlər isə fərqlidir. Son zamanlar vəzifəli şəxslərin elm sahəsində dərəcələr alması dəb olduğu üçün, elmi işlərin qəbulu da həmin şəxslərin harada işləməsinə bağlıdır. Alimlər bildirir ki, 5 min manatdan, 20-25 min manata qədər elmi işlərə qiymət qoyulub.

Vəli Hüseynov beləcə elm sahəsində bazar açıb.

Onun atdığı bu addımlardan Səadət Zeynalova Prezident Administrasiyasına şikayət məktubu yazıb. Məktub xüsusi komissiya yaradılaraq araşdırılmalı olduğu halda, Vəli Hüseynovun üstünə göndərilib. Bir neçə akademiklərin iştirakı ilə Səadət Zeynalovanın şikayəti müzakirəyə çıxarılıb və onun ziddinə qərar qəbul edilib.

Vəli Hüseynovun professora qarşı "tədbirlər” görməsinə səbəb kimi onun həyat yoldaşı AMEA-nın müxbir üzvü Eldar Zeynalovun AAK-a sədr vəzifəsinə gətirilməsi ilə bağlı gəzən söz-söhbətlər göstərilir.

Ali Attestasiya Komissiyasının (AAK) sədr əvəzi Vəli Hüseynovdan narazılıqlar artır. Onun elm adamlarına, elm sahəsinə gəlmək istəyən gənclərə yaratdığı maneələr və AAK-dakı digər qanunsuz əməlləri artıq məhkəmələr tərəfindən araşdırılır.

Səadət Zeynalova Vəli Hüseynovu məhkəməyə verməsinin səbəbi professor Səadət Zeynalovanı qeyri-qanuni olaraq çalışdığı Filologiya (humanitar) bölməsindən texniki bölməyə keçirməsi olub. Bu yerdəyişmə ilə humanitar sahə üzrə alimin aidiyyəti olmadığı texniki sahədə elmi yaradıcılıq imkanlarını məhdudlaşdırıb ki, bu da qanun pozuntusu və Azərbaycan elminə zərbədir.

Belə ki, Vəli Hüseynov Səadət Zeynalovanın karyerasını təhlükə altına atıb. Qarşı tərəf isə qanunsuz olaraq kənarlaşdırıldığı əvvəlki bölməyə bərpa olunmasını istəyir.

Məsələni araşdırmaq üçün Səadət Zeynalova ilə əlaqə saxladıq. Əvvəlcə açıqlama verəcəyini deyən professor, sonradan bu barədə danışmağın hələ tez olduğunu bildirib.

Yeri gəlmişkən AAK-ın fəaliyyətindən narazılıq edən, hətta belə bir qurumun ləğv edilməsini təklif edən siyasətçilər də olub.

Belə ki, BXCP sədri Qüdrət Həsənquliyev prezidentliyə namizəd olarkən, birbaşa efirdən Ali Attestasiya Komissiyasının ləğv olunmasını təklif etmişdi və dünyanın heç bir inkişf etmiş ölkəsində belə bir nümunənin olmadığını bildirmişdi.

Qüdrət Həsənquliyev qeyd etmişdi ki, universitetlərin özləri elmi ad verə, professorlar təyin edə bilərlər.

Qeyd edək ki, Səadət Zeynalova ilə Vəli Hüseynovun məhkəmə işinə may ayının 23-də 1 saylı İqtisad Məhkəməsində baxılacaq.

yenicag.az
II Fəxri Xiyabanda və ətrafında məzarüstü abidələr oğurlandı - VİDEO-FOTOBakının II Fəxri Xiyaban və onunla üzbəüz yerləşən Yasamal qəbiristanlığında ("Dağüstü qəbiristanlığı”) qəbiristanlığında mərmər və bürüncdən hazırlanmış qəbirüstü abidələrin kütləvi oğurluğu baş verib. Vandalizmə məruz qalanlar arasında bir sıra görkəmli xadimlərin də məzarları var.

Virtualaz.org xəbər verir ki, əsasən qara və qırmızı mərmər, eləcə də tuncdan olan xatirə lövhələri, məzar daşları, abidələr bir neçə gün əvvəl oğurlanıb. Vandalizmə məruz qalan məzarlardan biri İsgəndər Sadıq oğlu Cəfərova məxsusdur, onun II Fəxri Xiyabanın girişi ilə üzbəüzdə yerləşən, qara mərmərlə işlənmiş məzarından mərmər heykəli oğurlanıb.

"İsgəndər Cəfərovun oğlanları Moskvada "Lukoyl” şirkətində böyük vəzifələrdə işləyirlər. Atalarının məzarüstü abidəsinin hazırlanmasına on minlərlə dollar pul xərcləyiblər. Gəlib baxdılar, məzarın bu hala salınmasından çox əsəbləşdilər, yəqin ki, polis tezliklə oğruları həbs edəcək”, -qəbirstanlıqdakı mollalardan biri məlumat verir. Mərhum İsgəndər Sadıq oğlu Cəfərov akademikdir, Rusiyadakı azərbaycan diasporunun fəallarından biri olub və biznesmen-oliqarx, Putinin dostu İlham Rəhimovun qudasıdır.

O, 2013-cü ildə vəfat edib. II Fəxri Xiyabanla üzbəüzdə mərhum Cəfər Quliyevin də qara mərmərdən olan başdaşının üstündən heykəlini kəsib götürüblər. Molla deyir ki, mərhum bu yeri nənəsinə görə götürüb, özünün təşəbbüsü ilə ətraf qara mərmərdən döşənib. Amma qəflətən özü dünyasını dəyişib. "Cəfər çox hörmətli şəxs idi, Sumqayıtda zavodu vardı. Biliblər ki, abidə qiymətli mərmərdən hazırlanıb, oğurlayıb aparıblar”, -adının açıqlanmasını istəməyən molla əlavə edib.

II Fəxri Xiyabanın çölündəki məzarlıqdakı üstü qırmızı mərmərdən olan köhnə qəbir də yararsız hala salınıb. Məzarın üstündə mərhumun ad-soyadı yazılıb-Nadir Adil oğlu Əliyev. Qəbirlərin birində qızılı rəngdəki abidəni də oğurlamağa cəhd ediblər, amma görünür söküb çıxara bilməyiblər.

Mollalar deyirlər ki, son vaxtlar qəbirstanlıqlar hədəfə götürülüb, misdən, bürüncdən olan nə varsa sökülərək aparılır. "Bir də görürsən ki, məzar daşı yerli-dibli çıxarıb aparıblar. Qəbirstanlıq çox böyükdür, nəzarət etmək mümkün deyil. Oğurluq gecə baş verir, rusların qəbirlərindəki dəmirdən olanları çıxarırlar, bizimkilərin mərmər daşları oğurlanır”-molla deyir. II Fəxri Xiyabanda da oğurluq olub. Baxmayaraq ki, oranın nəzarətçisi hadisəni ciddi-cəhdlə gizləməyə çalışdı: "Rəhbərlik oğurluq hadisəsi ilə bağlı polisi məlumatlandırır. Hər bir xəbər mərhumun yaxınları tərəfindən narahatlıqla qarşılanır, xahiş edirik yazmayın. Bura ancaq polisə girə bilərsiniz, bizə belə deyiblər”.

Xiyabanın ərazisində çalışanlardan isə öyrənirik ki, aprelin sonunda tanınmış rəssamlardan birinin məzarının üstündə adı yazılmış hərfləri oğurlayıblar. Xalq artistlərdən birinin məzarından isə mərmərdən düzəldilmiş çalğı alətini götürüblər. II Fəxri Xiyabanın nəzarətçisi bildirib ki, xiyabanın girişində müşahidə kameraları quraşdırılıb. Oğrular gecə gəlirlər və giriş qapısından deyil, hasardan düşürlər. Buna görə də onları yaxalamaq asan olmur.

"Fəxri Xiyabanda nəzarətçi var, səhər saat 8-dən axşam saat 6-ya qədər əraziyə baxır. Amma bütün günü nəzarət etmək mümkün deyil, baxmayaraq ki, giriş qapısı həmişə açıq olur”, -bunu isə Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Depratentinin Əhaliyə Vətəndaşlıq Xidmətləri Trestinin baş mühəndisi, jurnalistlərin gəldiyini eşidərək tələsik özünü yetirən Sabir Həsənov deyir.

Onun sözlərinə görə, qəbirstanlıqda oğurluq tez-tez baş verir. "Mənəviyyatsız adamlardır, mərhumların sinə daşlarını oğrlayırlar, dəyər-dəyməzə satırlar. Yalnız 8-ci kilometr qəsəbəsindəki qəbirstanlıq hasara alınıb, onun da 64 giriş qapısı var. Qəbirstanlıqlara nəzarət etmək çətindir, qarşısını almaq olmur”-Həsənov deyir. Bakı şəhər İcra Hakimiyyətindən isə qəbiristanlıqlarda bu kütləvi oğurluqlarla bağlı şərh almaq mümkün olmadı.


Səhrada yaşayan 100 yaşlı "Məcnun" tapıldı... - FOTO/VİDEOİslamda kimisə, o cümlədən sevdiyin qadını da bütləşdirmək, ona görə tərki-dünya olmaq günah sayılır...

100 yaşlı səudiyyəlinin gənclik illərində sevdiyi qıza qarşı ömrü boyu isti hisslərini saxlaması sosial şəbəkələrdə emosional bir fırtınaya səbəb oldu.

Bu haqda "StepFeed” nəşri xəbər yayıb. Səudiyyə ərəbistanlı Əbu Şaran bu yaxınlarda 100 illik yubileyini qeyd edib. Son onilliklər ərzində o, vaxtilə qarşılıqsız sevdiyi bir qadının evinin xarabalıqlarının yaxınlığında səhrada yaşayır. Gəncliyində Əbu Şaran ürəyini sevdiyi qıza təklif edib, ancaq valideynləri qızı ona verməkdən imtina ediblər. Bundan sonra Məcnuna dönən ərəb evlənə bilməyib və həmin qadının evinin yaxınlığında yaşamağa başlayıb. O vaxtdan bəri artıq həmin qadın da dünyadan keçib, onun yaşadığı ev də xaraba qalıb və ətraf kimsəsiz səhralığa dönüb. Lakin 100 yaşlı Əbu Şaran hələ də səhrada çadırda yaşayır və qəlbində gənclik xatirələrini qoruyub saxlayır...

Səudiyyəli müasir Məcnun dünyadan köçüncə ürəyində məskunlaşdırdığı qadının adını çəkməkdən imtina edib. Jurnalistlərə müsahibəsində Əbu Şaran gənclərə yalnız sevgi əsasında evlənməyi tövsiyə edib.

P.S. Əsl İslamda ona olan rəğbətindən, sevgindən asılı olmayaraq kimisə, o cümlədən sevdiyin hər hansı qızı, qadını bütləşdirmək, ona görə tərki-dünya olmaq günah sayılır... Odur ki, 100 yaşlı ağsaqqal(?) müsəlman gənclərə yaxşı nümunə göstərmir...

Millidə qrup seks qalmaqalı – ŞOK FOTO (+18)Türkiyənin taekvondo üzrə milli komandasının düşərgəsində seks qalmaqalı baş verib.

Yığma üzvləri qrup sekslə məşğul olduqları görüntüləri sosial şəbəkədə yerləşdiriblər. Fotoda 4 lüt taekvondoçunun arxasındakı digər idmançı bir qadınla cinsi əlaqədə olur. Həmin qadının da yığma üzvü olduğu bildirilir. Lakin şəklin harada çəkildiyi məlum deyil.

İnsident Türkiyədə geniş rezonans doğurub. Yerli fanatlar seks qalmaqalının iştirakçılarının cəzalandırılmasını istəyirlər. Hələlik Türkiyə Taekvondo Federasiyası məsələyə dair açıqlama verməyib.

Qeyd edək ki, Türkiyə yığması ötən həftə Rusiyanın Kazan şəhərində keçirilmiş Avropa çempionatında 3 qızıl, 4 gümüş və 2 bürünc medalla ümumi komanda hesabında 2-ci yeri tutub.
İtkin düşmüş alpinistlərin meyitləri tapılıbÖtən il dekabrın 27-dən Fövqəladə Hallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan və hal-hazıradək davam edən axtarışlar nəticəsində bu gün saat 18:00 radələrində axtarış işlərinin aparıldığı ərazidə təqribən 4 m dərinlikdə alpinistlərə aid çadırın yeri müəyyən edilib və itkin düşmüş alpinistlərin üçünün də meyiti tapılıb.

Qeyd edək ki, “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.

Avrasiya.net
AXC-nin 100 illiyi münasibətilə Düşənbədə tədbir keçirilib28 May – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə 11 may 2018-ci il tarixində Düşənbə şəhərindəki “Serena” mehmanxanasında rəsmi qəbul keçirilib. Mərasimdə Tacikistanın dövlət rəsmiləri, deputatlar, görkəmli ziyalılar, ölkə ictimaiyyətinin tanınmış simaları, diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, jurnalistlər, bu ölkədə yaşayan və işləyən Azərbaycanlılar iştirak ediblər.

Səfirlikdən Avrasiya.net-ə verilən məlumata görə, tədbirin əvvəlində Azərbaycan və Tacikistanın dövlət himnlərini Respublika xüsusi incəsənət məktəbinin şagirdləri tərəfindən səsləndirilib. Tədbirdə AR-in Tacikistandakı Fövqəladə və Səlahiyyətli səfiri Həsən Məmmədzadə və TR Xarici İşlər Naziri Sirocadin Aslov çıxış ediblər.

Səfir H.Məmmədzadə çıxışında 23 ay mövcud olmuş şərqin ilk demokratik parlamentli respublikası olan Azərbaycan Demokratik Respublikasının yaranması və əhəmiyyəti barədə geniş söhbət açaraq, qısa müddət ərzində bütün dövlət atributlarının yaradıldığı, şərqdə ilk dəfə olaraq parlamentli respublikanı quruluduğu, operanın təsis edildiyi, qızlar məktəbinin açıldığı, bir çox Avropa ölkələrindən də əvvəl qadınlara seçki hüququnun verildiyi, qonşu dövlətlərlə və Avropa ölkələri ilə diplomatik əlaqələrin qurulduğu barədə məlumat vermişdir. Səfir, şərqin ilk demokratik respublikasının bu ərazilərin 28 aprel 1920-ci ildə 11-ci Qızıl Ordu tərəfindən işğal olunmasından sonra süqutu uğradığını təəssüflə qeyd edib.

Səfir H.Məmmədzadə 1991-ci ildə yenidən müstəqillik əldə edən respublikamızın ilk illərdə müharibə və xaosla üzləşməsi, nəticədə 20 % torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması, 1 milyondan artıq qaçqın və məcburi köçkünün yaranması barədə tədbir iştirakçılarına məlumat verərək, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın istəyi və tələbi ilə hakimiyyətə qayıdışı nəticəsində müstəqil, suveren Azərbaycanın dinamik inkişafının əsasının qoyulduğunu vurğulamışdır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən böyük müdriklik, qətiyyət və cəsarətlə həyata keçirildiyi qeyd olunan tədbirdə bildirilmişdir ki, bu siyasətin nəticəsi olaraq, Azərbaycan bu gün Qafqazın ən qüdrətli dövlətinə, həmçinin dünya miqyasında sözü və mövqeyi olan dövlətə çevirilib.

Səfir Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlər barədə geniş məlumat vermiş, ölkədə hər il müxtəlif beynəlxalq idman oyunları, humanitar forumlar, musiqi festivalları və digər iri miqyaslı tədbirlərin keçirildiyini qeyd edib.

Eyni zamanda, səfir iki ölkə arasında mövcud əlaqələrdən söz açaraq, iki ölkə arasında münasibətlərin və əməkdaşlığın tarixi köklərə söykəndiyini, Azərbaycan və Tacikistanın bir-birinə regional və beynəlxalq təşkilatlarlar çərçivəsində daim dəstək verdiklərini və ölkə liderləri arasında dost münasibətlərin mövcud olduğunu qeyd
edib. O, həmçinin ölkələrimiz arasında 45-dək rəsmi sənədin imzalandığını, parlamentlərarası qrupunun fəaliyyət göstərdiyini qeyd edərək, hökümətləarası komissiyanın növbəti iclasının Düşənbədə keçiriləcəyini diqqətə çatdırıb.

Ali qonaq qismində çıxış edən S.Aslov Azərbaycan xalqını Tacikistan hökuməti adından “Respublika günü” və ADR-in yaranmasının 100 illiyi münasibətilə təbrik etmiş, Azərbaycan xalqına və dövlətinə daha böyük uğurlar arzulayıb.

Nazir Tacikistan-Azərbaycan münasibətlərindən məmnunluğunu ifadə edərək, bundan sonra da müxtəlif sahələrdə ikitərəfli münasibətləri genişləndirmək üçün geniş imkanların olduğunu bildirib.

Qəbul zamanı Azərbaycan Xalq Cümhuriyyətinin tarixi dövrlərini əks etdirən foto-sərgi qonaqların diqqətinə təqdim edilmiş, Azərbaycan mədəniyyətini, tarixi abidələrini, milli mətbəxini, Bakı şəhərinin və regionların bu günkü gözəl mənzərələrini əks etdirən video görüntülər nümayiş etdirilmişdir. Daha sonra gənc xanəndə, VI muğam müsabiqəsinin qalibi Almaxanım Əhmədli konsert proqramı ilə çıxış edib. Tədbirin rəsmi hissəsindən sonra qonaqların şərəfinə ziyafət verilib.

İqtisadiyyat naziri Ağcabədidə vətəndaşları qəbul edəcəkİqtisadiyyat naziri Şahin Mustafayev mayın 18-də Ağcabədidə Ağdam, Laçın və Ağcabədi rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaşların qəbulu saat 11:00-dən etibarən Bayraq Muzeyinin inzibati binasında (ünvan: Ağcabədi şəhəri, Ü.Hacıbəyli küçəsi) keçiriləcəkdir.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün İqtisadiyyat Nazirliyinin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (daxili 21-05) və (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), Nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Aran regional bölməsi (əlaqələndirici şəxs Elbrus Hüseynov, əlaqə telefonu: (022) 337-82-81, (055) 206-88-52, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin www.economy.gov.az internet səhifəsində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölməsi və Nazirliyin facebook səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.

Eyni zamanda bildiririk ki, İqtisadiyyat nazirinin Göygöldə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcəkdir.
Özünüifşa: Əli Kərimli hakimiyyətə necə işləyib? - FAKTABŞ Helsinki Komissiyasının mayın 9-da keçirdiyi birifinqdə Əli Kərimlinin ünvanına səsləndirilən ötəri tənqid bu diktator hikkəli “demokrat”ı o qədər narahat edib ki, bütün gizli və aşkar, real və saxta söyüş terminatorlarını hərəkətə gətirib. Və bu prosesə o qədər aludə olub ki, bilavasitə idarə etdiyi internet saytında necə ifşa olunduğunun fərqinə belə varmayıb.

Mətləbə keçirəm:

Hazırda ABŞ-da yaşayan, Azərbaycana qarşı aparılan qarayaxma kampaniyalarında Əli Kərimli ilə vahid mərkəzdən və vahid dirijor çubuğu ilə idarə olunan Qorxmaz Əsgərov “Azadlıq” qəzetinin internet səhifəsində yayımlanan “Ayının əmisi oğlu” yazısında toxunduğu bəzi məqamlarla həm özünü, həm də mənsub olduğu düşərgəni ifşa edib. Əli Kərimliyə isə əsl “ayı xidməti” göstərib.

Qorxmaz Əsgərov yazır: “...Köhnə müxalifət” – “yeni müxalifət” söhbətini də Azərbaycana ilk dəfə Amerika səfirliyi, USAİD və onun maliyyələşdirdikləri təşkilatlar gətirib. Azərbaycanda demokratik təsisatlarla işləyən təşkilatlara həm USAİD, həm də Amerika səfirliyi dirənirdi ki, köhnə müxalifəti boş verin, təzə qüvvələrlə işləyin. Kim idi bu yeni qüvvələr? Məsələn, 2003-də mən Amerika Milli Demokratiya İnstitutunun Bakı ofisində işləyəndə Amerika səfirliyi dirənmişdi ki, Müsavatı-zadı boş verin, Eldar Namazovla işləyin, Fuad Əliyevin Liberal Demokratik Partiyası ilə işləyin. Bunlar bunu 2003-də edirdilər. Həmin il AMİP də onların fikrincə “yeni müxalifət idi”, çünki Amerika hökumətindəkilər İlham Əliyevi hakimiyyətdə görmək istəyirdilər”.

Qorxmaz Əsgərovun “Ayının əmisi oğlu” yazısından gətirdiyim bu iqtibasda Əli Kərimli və düşərgədaşlarının bu günədək “daş atıb başlarını tutaraq” inkar etdikləri bir neçə mühüm ifşaedici məqam yer alıb. Milli Demokratiya İnstitunun sabiq əməkdaşı və Əli Kərimlinin partiyasının sabiq şöbə müdiri Qorxmaz Ələsgərov etiraf edir ki, ABŞ səfirliyi və təşkilatları Azərbaycandakı siyasi proseslərə müdaxilə ediblər və hətta ayrı-ayrı siyasi qrupları, onların liderlərini istiqamətləndiriliblər. Burada söhbət ABŞ-ın Azərbaycan hökumətini, yaxud hansısa siyasi qrupları müdafiə etməsindən yox, səfirliyin, yaxud Azərbaycanda fəailiyyət göstərən Amerika təşkilatlarının daxili siyasi proseslərə bu və ya digər şəkildə müdaxiləsinin etiraf olunmasından gedir. Yazıda ifşaedici başqa bir məqam isə 2003-cü il seçkilərində Müsavat Partiyasının deyil, AMİP-in dəstəklənməsi məqsədilə verilən təlimatla bağlıdır. Əgər Qorxmaz Əsgərov və düşərgədaşları unutmayıblarsa, 2003-cü ildə Əli Kərimli seçkilərdə iştirakla bağlı İsa Qəmbərlə danışıqlar aparırdı və son nəticədə AMİP-in namizədini – Etibar Məmmədovu müdafiə etdi. Bu isə o deməkdir ki, Əli Kərimli 2003-cü ildə həm Milli Demokratiya İnstitutu vasitəsilə verilən təlimatları yerinə yetirərək AMİP-in namizədini dəstəkləyib, həm də Qorxmaz Əsgərovun etiraf etdiyi kimi, “İlham Əliyevi hakimiyyətdə görmək istəyən Amerika hökumətindəkilər”in təqdir etdiyi prosesdə yer almaqla, faktiki olaraq Azərbaycanın indiki prezidentinə xidmət göstərib.

Qeyd edim ki, bütün bu məqamlar haqqında Azərbaycan mediasında dəfələrlə dolayısıyla və birbaşa danışılıb. Əli Kərimli isə bu faktları hakimiyyətin ona qarşı apardığı kampaniya kimi qələmə verərək ittihamlardan yayınmağa çalışıb. İndi isə bütün bunlar Əli Kərimlinin öz saytında yayımlanan yazıda, həm də proseslərin fəal iştirakçısı olmuş bir şəxs tərəfindən etiraf olunur. Maraqlıdır, görəsən bu adam indi nə deyəcək?

Daha öncə də qeyd etdiyim kimi, problem ABŞ, yaxud hər hansı bir dövlətin səfirliyinin, fond və təşkilatının kimi və necə müdafiə etməsində deyil, daxili siyasi proseslərə qarışmasında, bu məqsədlə ayrı-ayrı siyasi partiyaların fəaliyyətini stimullaşdırmasındadır. Xarici ölkənin daxili siyasi proseslərə müdaxilə ssenarilərində yer alan adamlar isə, bu ssenarilərin kimə, nəyə və necə xidmət etməsindən asılı olmayaraq, “nüfuz müvəkkilləri”, yaxud “təsir agentləri” adlandırılırlar. Bu qədər...

P.S. Həyata keçirdikləri missiyanı özləri etiraf etdilər. Bu missiyanın adını isə iki variantda mən təqdim etdim: “Nüfuz müvəkkilləri” və yaxud “təsir agentləri”. Seçim isə yenə də onlarındır...

Elçin Mirzəbəyli