Tərtərdə yol qəzası - Ölən və yaralananlar varTərtər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Şirxax qəsəbəsinə gedən yolda qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı iki minik avtomobili toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü ağır xəsarətlər alıblar. Yaralılar xəstəxanaya çatdırılsa da, onlardan biri ölüb.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Tələbələr arasında kütləvi dava olub - SumqayıtdaSumqayıt şəhərində tələbələr arasında kütləvi dava olub.

Hadisə Sumqayıt Dövlət Universitetinin (SDU) Riyaziyyat fakültəsinin üçüncü kurs tələbələri arasında qeydə alınıb.

Yardımlı rayon sakini, 1997-ci il təvəllüdlü Akif Şaban oğlu Salmanov 7 nəfər tərəfindən döyülüb. Ağır kəllə-beyin travması alan yaralı tələbə yoldaşları tərəfindən xəstəxanaya çatdırılıb.

Zərərçəkmiş kütləvi davanın həmin şəxslərin ondan tez-tez pul tələb etməsi səbəbindən baş verdiyini söyləyib.

Faktla bağlı araşdırma aparılır. (report)
Ermənistanın eks-prezidentləri Qarabağla bağlı bütün sirləri açdıErmənistanın yeni baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılan qondarma DQR-in danışıqlar masasında tərəf kimi iştirakı haqda təklifi Bakının sərt reaksiyası ilə yanaşı, İrəvanda da narazılığa səbəb olub.

Publika.az xəbər verir ki, Ermənistanın siyasətçiləri Paşinyanın ölkəni uçuruma apardığını hesab edirlər.

Keçmiş prezidentlər isə bir-birini ittiham etmək üçün Dağlıq Qarabağ məsələsində müəyyən detalları açıqlayaraq, Bakının diplomatik manevrlərlə İrəvanın yollarını necə kəsdiyini etiraf ediblər.

Əvvəlcə keçmiş baş nazir Serj Sarkisyan Paşinyanın təklifinə reaksiya verdi. O, bilavasitə danışmasa da, keçmiş müdafiə naziri Viqen Sarkisyanın dili ilə münasibətini açıqladı.

V. Sarkisyan bildirdi ki, Paşinyanın bu mövqeyi anlaşılmazdır: “Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinin zaminidir, danışıqlarda tərəfdaşdır, lakin münaqişə tərəfi deyil. Rəsmi İrəvan bu mövqeni müdafiə edir, Bakı isə onun əleyhinə çıxır. Yeni baş nazir bu açıqlaması ilə Bakının mövqeyini təsdiq edir, yəni Ermənistanın münaqişə tərəfi olduğu faktını təsdiqləyir”.

V. Sarkisyan Paşinyanın danışıqların detallarından xəbərsiz olduğunu vurğulayıb.

Ermənistanın birinci prezidenti, Dağlıq Qarabağ münaqişəsinin həllinə razılaşdığı üçün 1998-ci ildə “Qarabağ klanı” tərəfindən devrilən Levon Ter-Petrosyan isə Viqen Sarkisyanın özünün də danışıqların detallarından xəbərsiz olduğunu açıqlayıb.

O qeyd edib ki, Azərbaycan Ermənistanın işğalçı təcavüzkar kimi tanınmasına təkid edib: “BMT-nin məlum 4 qətnaməsi ilə bu təsdiqini tapır. Həmin qətnamələrə görə, Qarabağ ətrafındakı 7 rayon erməni hərbi birləşmələri tərəfindən işğal edilib. Ermənistan diplomatiyası Dağlıq Qarabağın münaqişə tərəfi kimi tanınmasına nail olmağa yaxın olsa da, Robert Koçaryanın cinayətə bərabər səhlənkarlığı ucbatından bu, baş tutmadı”.

R. Koçaryan isə öz növbəsində Ter-Petrosyanı yalan danışmaqda ittiham edib.

“Dağlıq Qarabağın münaqişə tərəfi kimi qəbul edilməsi məsələsi mənim prezidentliyimdən əvvəl baş verib. 1990-cı ildən etibarən danışıqlar Ermənistan və Azərbaycan prezidentləri arasında olub. Levon Ter-Petrosyan Ayaz Mütəllibovla, Əbülfəz Elçibəylə, daha sonra Heydər Əliyevlə danışıqlar aparıb. Bununla yanaşı, iki ölkə prezidentinin nümayəndələri – Vəfa Quluzadə və Liparityan arasında (1995-96-cı illərdə 11 görüş olub) mütəmadi danışıqlar olub. Qarabağ danışıqlarda tərəf kimi iştirak etməyib”, - deyə o bildirib.
Lotu Quli və Rövşən Lənkəranski tərəfdarlarının Bakıda ölüm-dirim savaşı - YENİ FAKTLARBadamdar qəsəbəsindəki “Bulaq” restoranında baş vermiş silahlı insidentdə təqsirləndirilən Bəhruz Rəfiyev, Fuad Əsgərov, Tofiq Qaramizadə, Müzəffər Cəfərov, Araz Vəliyev, Murtuza Tağıyev, Süleyman Abdullayev və Hüseyn Hüseynovun apelyasiya şikayəti və prokuror tərəfindən verilən apelyasiya protesti üzrə məhkəmə keçirilib.

Publika.az-ın xəbərinə görə, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baş tutan prosesdə Fuad Əsgərovun vəkili vəsatətlə çıxış edib.

O, məhkəmənin qismən istintaqla aparılmasını istəyib.

Lakin hakim Faiq Qasımov bu vəsatəti məhkəmənin ilkin baxış iclasında müzakirə etdiklərini və təmin etmədiklərini deyib.

Daha sonra çıxış edən prokuror bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə razı qalmadıqları üçün protest veriblər: “Məhkəmənin hökmünə təqsirləndirilən şəxslərə istintaq dövründə verilən ittihamlar tövsif edilib. Lakin istintaq orqanı olaraq bu tövsiflərin düzgün olmadığı qənaətindəyik. Bundan başqa təqsirləndirilən şəxslərə verilən cəzaların ağırlaşdırılmasını tələb edirik”.

Daha sonra Fuad Əsgərovun vəkili çıxış edərək müvəkkilinə verilən ittihamların əsassız və qanunsuz olduğunu deyib. Bildirib ki, ibtidai istintaqda da, məhkəmədə də sübutlar araşdırılmayıb: “Təqsirləndirilən şəxslər və şahidlərin də ifadəsində var ki, Fuad Əsgərov “Bulaq” restoranına qonaq çağırılıb. Fuad həmin yerə çatanda Samir ona salam verib. O zaman Fuad havalanıb. Çünki, Fuadla Samirin arasında keçmişə dayanan ziddiyyət var. Baxın, nə istintaqda nə də məhkəmədə bu ziddiyyət araşdırılmayıb”.

Təqsirləndirilən şəxsin vəkili qeyd edib ki, bir müddət əvvəl apelyasiya məhkəməsinin binasında Fuadla Samir arasında mübahisə olub: “Həmin vaxt onlar əlbəyaxa olublar. Bu fakt da rəsmləşdirilib. Ondan sonra onları başqa-başqa cəzaçəkmə müəssisəsinə köçürüblər. İndiki hadisələrində araşdırması qeyd etdiyim bu hadisədən başlamalı idi”.

Bu zaman prosesə sədrlik edən hakim bildirib ki, istintaqda Fuad Əsgərovun Tofiq Qaramizadədən aylıq 3 min manat pul tələb etdiyi yazılıb.

Bu zaman Fuad Əasgərov hakimin dediklərinə etiraz edib. O bildirib ki, heç kimdən pul tələb etməyib: “Bu işdə heç bir günahım yoxdur. Mərdliyimdən, kişiliyimdən burada oturmuşam. Əslində, xəstəxanadan mən azadlığa buraxılmalıydım. Üzə durmamışam, bu da burada oturmağıma səbəb olub. İndi Tofiqdən də soruşun ki, ondan pul tələb eləmişəm?”.

Tofiq Qaramizadə deyib ki, Fuad Əsgərov ondan pul istəməyib.

O, əlavə edib ki, Fuadla telefonda mübahisəsi düşüb: “Fuad mənə gecə saat 2-yə işləmiş zəng elədi. Ona görə də aramızda mübahisə yarandı. Bildirdim ki, bu vaxtı zəng eləməzlər. Sabahı görüş təyin elədik, onu restorana çağırdım. Orada olanlar oldu”.

Növbəti proses mayın 22-də davam edəcək.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Qarazədə 7 il, Samir Allahyarov (Ayqam Samir) 10 il, Fuad Əsgərov (Astarılı Fuad) 8 il, Bəhruz Rəfiyev 4 il, Süleyman Abdullayev 3 il, Müzəffər Cəfərov 4 il, Hüseyn Hüseynov 4 il 6 ay, Murtuza Tağıyev 3 il, Araz Vəliyev 3 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, birinci instansiya məhkəməsində çıxış edən prokuror Tofiq Qaramizadənin 12 il, Fuad Əsgərovun 15 il 6 ay, Bəhruz Rəfiyevin 13 il, Müzəffər Cəfərovun 7 il 9 ay, Samir Allahyarovun 18 il, Süleyman Abdullayevin 15 il, Araz Vəliyev, Murtuza Tağıyev və Hüseyn Hüseynovun isə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, cinayət hadisəsi 20015-ci il aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş verib. Hadisə zamanı Fuad Əsgərov və Bəhruz Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı Süleyman Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri Tofiq Qaramizadə, Hüseyn Hüseynov, Bəhruz Rəfiyev və digər şəxslər tutulub.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 182-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə ittiham edilib.

Hadisə kriminal aləmdə nüfuza malik olan Lotu Quli ləqəbi ilə tanınmış Nadir Səlifov və Rövşən Lənkəranski ləqəbi ilə tanınan Rövşən Canıyevin tərəfdarları arasında baş verən mübahisə ilə bağlı törədilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərin bəziləri Lotu Qulinin, bəziləri isə Rövşən Lənkəranskinin tərəfdarıdır.
İsrail səfiri Türkiyədən qovulduİsrailin Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb.

Axar.az xəbər verir ki, səfirin XİN-ə çağırılmasına səbəb kimi Qəzza zolağında yaşanan qanlı hadisələr göstərilib.

Nazirlik səfirdən Türkiyəni tərk etməsini tələb edib.

Xatırladaq ki, ötən gün Qəzza zolağında baş verən qanlı hadisələr zamanı İsrail əsgərlərinin açdığı atəş nəticəsində 61 fələstinli həlak olub.
Biləsuvarda şagird məktəbdə öldüBiləsuvar rayonunda şagird məktəbdə ölüb.

Report-un məlumatına görə, rayonun Amankənd kənd sakini, 6-cı sinif şagirdi, 2006-cı il təvəllüdlü Ürfan Əliyar oğlu Hüseynli təhsil aldığı rayonun Dövrüşlü kənd tam orta məktəbində vəfat edib.

Məlumata görə, məktəbli sonuncu dərsdən çıxıb evə gedərkən qəfildən məktəbin həyətində dünyasını dəyişib. Onun hansı səbəbdən vəfat etdiyi hələlik məlum deyil. Lakin onun qıcolmadan əziyyət çəkdiyi bildirilir.

Meyit hazırda Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar rayon şöbəsində müayinə edilir.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.
Dövlət Gömrük Komitəsində kadr dəyişiklikləri olduDövlət Gömrük Komitəsi (DGK) sədrinin müvafiq əmrinə əsasən Hava Nəqliyyatında Baş Gömrük İdarəsi rəisinin I müavini vəzifəsində çalışmış Bəhruz Quliyev həmin idarənin rəisi vəzifəsinə təyin olunub.

DGK-dan “APA-Economics”ə verilən xəbərə görə, Komitə sədrinin digər əmrinə əsasən isə Biləsuvar Gömrük İdarəsinin rəisi Nazim Süleymanov təşkilati - ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncama götürülüb, həmin idarənin rəisi vəzifəsinə Dövlət Gömrük Komitəsi Gömrük Hüquqpozmalarına qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Musa Mirzəli təyin olunub.
Deputatdan imkansız ailələrə sərt sözlər: “Dövlət sifariş vermişdi ki, üç uşaq dünyaya gətirəsən?”“Hazırda boşananların sayı artıb. Rahatlıqla boşanırlar, ailə dağılır. Çünki ictimai qınaq yoxdur. Toydan iki ay öncə rəqsə gedirlər. Rəqsə getməkdənsə, ağsaqqalın, ağbirçəyin yanına getsinlər, ailə necə olur, onu öyrənsinlər. Ailələrdə dözümlülük yoxdur”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin iclasında yeni hazırlanan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Aqiyə Naxçıvanlı deyib.

O qeyd edib ki, milli-mənəvi dəyərləri qorumaq lazımdır: “Burada təhsilin də rolu var. Qadınlar komitəyə müraciət edirlər, dinləyəndə, görürsən ki, bunun savadı yoxdur. Sual verirsən ki, necə ailə qurmusan? Deyir, valideynlərin razılığı ilə olub. Deyirəm, bəs ailə qurduğun şəxs qonşun olubsa, əvvəlcədən onun necə birisi olduğunu bilmirdin? Ailə qurmaq, sonradan dağıtmaq o qədər sadələşib ki… Deyirəm ki, ilk gündən döyülmüsənsə, söyülmüsənsə, niyə üç uşaq dünyaya gətirmisən? Deyir ki, uşaqları siz götürün saxlayın. Uşaqlara dövlətin baxmasını tələb edir. Dövlət sifariş vermişdi ki, üç uşaq dünyaya gətirəsən? Əvvəllər belə şeylər olmayıb, müharibə dövründə 18-19 yaşında dul qadınlarımız olub, uşaqlarını təkbaşına böyüdüblər, heç yenidən ailə qurmaq haqqında düşünməyiblər. İndi bəs nə baş verir?”

Komitə sədri uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması üçün tədbir görülməsinin vacibliyini vurğulayıb: “Zorakılığın qurbanı olan uşaqları görəndə, dəhşətə gəlirik. Bilmirsən, yeməkdəndir, içməkdəndir, yoxsa tərbiyədən? Belə vəhşiliklərin qarşısı alınmalıdır. Uşaq sığınacağına getmişdik, orada gördüklərimizdən bir həftə özümüzə gələ bilmədik. Beş yaşında uşağın zorakılığa məruz qalması dəhşətdir. Bunu edən insana həbs cəzası yetərmi? Əlbəttə ki, yox, elələrinə ölüm cəzası verilməlidir”.
Türkdilli dövlətlərin muzeylərində vahid standartlar tətbiq oluna bilərMUZEY ƏŞYALARININ İSTİFADƏ VƏ QORUNMASINA DAİR BEYNƏLXALQ İŞÇİ QRUPU YARADILIB

Qazaxıstanın paytaxtı Astanada türk xalqları Muzey Əşyalarının İstifadə və Qorunmasına dair Beynəlxalq İşçi Qrupunun təsis toplantısı keçirilib. Beynəlxalq Türk Akademiyası (TWESCO) tərəfindən təşkil olunan tədbirdə türkdilli dövlətlərin muzeylərində vahid standartların tətbiqi, universal dəyər daşıyan muzey əşyalarının qarşılıqlı surətlərinin hazırlanması və mübadiləsi məsələləri müzakirə edilib.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Monqolustanın muzeyşünaslıq işləri üzrə rəsmi nümayəndələri, muzey rəhbərləri, TÜRKSOY və Macarıstanın Astanadakı səfirliyinin təmsilçilərinin iştirak etdiyi toplantıda Akademiyaın prezidenti Darxan Kıdırəli bildirib ki, işçi qrupunu formalaşdırmaqda əsas məqsəd maddi-mədəni mirasımızın əsas qoruyucuları olan muzeylərimizlə elmi və mədəni əməkdaşlığı canlandırmaq, ortaq dəyərlərimizin beynəlxalq ictimaiyyətə daha təsirli təqdimatı üçün onlar arasında vahid metodoloji standartların işlənib hazırlanması üçün müzakirələr başlatmaqdır. Çünki, Avrasiya qitəsində min illər boyu böyük mədəniyyət qurmuş türkdilli xalqların maddi və mədəni mirasının qorunması, bərpası, dünyaya tanıdılması üçün vahid standartların hazırlanması, milli muzeylər arasında bu istiqamətdə əməkdaşlığı gücləndirilməsi xeyli aktuallaşıb.
Türkdilli dövlətlərin muzeylərində vahid standartlar tətbiq oluna bilər
Qazaxıstan Respublikası Mədəniyyət və İdman Nazirliyi aparatının katibi Kuatjan Ualiyev, Azərbaycan, Türkiyə, Qırğızıstan, Macarıstan və Monqolustan nümayəndələri türk dünyası üçün universal dəyər daşıyan muzey əşyalarının siyahısının hazırlanması, ortaq tarix və mədəniyyətlə bağlı muzey eksponatlarının surətlərinin mübadiləsi, muzey eksponatlarının konservasiyası və bərpası ilə bağlı ilə bağlı təkliflərini səsləndiriblər. Muzey Əşyalarının İstifadə və Qorunmasına dair Beynəlxalq İşçi Qrupunun muzeyşünaslıq məsələlərində metodoloji şura funksiyanı üzərinə götürəcəyi bildirilib. Beynəlxalq İşçi Qrupunun sədri Azərbaycan Mədəniyyət Nazirliyi Elmi-Metedoloji Mərkəzinin direktoru Asif Usubəliyev seçilib.
Direktor məktəbdə alt paltarı satır – FOTOLARHacıqabul rayon Kolani kəndinin orta məktəbinin direktoru məktəbi təyinatından kənar istifadə edir.

Bu haqda kənd sakinləri minval.info saytına məlumat veriblər. Onlar iddia edirlər ki, sözügedən məktəbin direktoru Arifə Əliyeva həyat yoldaşı Həbib Əliyevlə birgə məktəb daxilində bazar açıb.

İddialara görə, Arifə və Həbib Əliyevlər ailəsi məktəbin idman paltar dəyişmə otağını marketə çevirib. Üstəlik Əliyev ailəsi bu əməlini 7 ildir ki, yoxlanışa gələn Təhsil Nazirliyi, Vergilər Nazirliyi, Rayon Gigiyena İdarəsindən ustalıqla gizlədə bilir. Dövlət qurumlarından yoxlama gələndə bu qanunsuz bufetin qapı və pəncərəsini bağlayırlar.

Bildiyiniz kimi, orqanizminin inkişaf dövründə olan məktəblilərin düzgün qidalanması üçün məktəb bufetlərində bir çox məhsulun satışı qadağandır. Bufet piştaxtalarında zərərli qida məhsulları deyil, meyvə, süd məhsuları və s. yerləşdirilir. Ancaq bu məktəbin qanunsuz bufetində icazə verilməyən nə varsa satılır.

Məktəblilər dondurmanı, cipsini vitrində görəndə könlündən keçir. Buna görə də, məktəb direktoru bu bufetdən yaxşı qazanc əldə edə bilir. Sakinlər bildirir ki, hətta bir müddət öncə direktor ailə biznesini bir az da böyüdüb “bufetdə” qadın alt paltarları satışını həyata keçirməyə başlayıb. Ancaq böyük narazılıq yarandığı üçün, həmin malları oradan yığışdırıb.

Övladları həmin məktəbdə təhsil alan valideynlərin sözlərinə görə, direktorun həyat yoldaşı Həbib Əliyev Kür su kəməri idarəsinin ştatda olan işçisidir, ancaq işə getmək yerinə məktəb daxilindəki bazarı idarə edir.

Həmçinin, valideynlər dəfələrlə Hacıqabul rayon Təhsil Şöbəsinə şikayət etsələr də, görünür şöbənin işçilərinin də burada marağı olduğu üçün açıq bazara göz yumurlar.

Valideynlər övladlarının sağlamlığına zərər vuran qida məhsullarının məktəbdən yığışdırılmasını, direktorun məktəbə bazar deyil, təhsil ocağı kimi yanaşmasını istəyirlər.

Məsələ ilə bağlı Hacıqabul Rayon Təhsil Şöbəsi ilə əlaqə saxladıq. Onlara şikayətlə bağlı məlumat verib, açıqlama almağa cəhd etdik. Telefona cavab verən xanım əməkdaş 15 dəqiqə sonra zəng vurmağımızı istədi. Amma 15 dəqiqə sonra növbəti zəngimizə heç kim cavab vermədi.
Direktor məktəbdə alt paltarı satır – FOTOLAR
Direktor məktəbdə alt paltarı satır – FOTOLAR