Bakıda 9 yaşlı qızı saqqız almaq adı ilə aldadıb zorlayan kişidən YENİ XƏBƏR9 yaşlı qızı zorlayan Tovuz rayon sakini cəzasının azaldılması məqsədi ilə Ali Məhkəməyə müraciət edib.

Avrasiya.net "Ölkə.Az”a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilən Əhmədov Əhliman Nizami oğlunun may ayının 15-də keçiriləcək məhkəmə prosesinə hakim Fərhad Kərimov sədrlik edəcək.

Xatırladaq ki, Bakıda azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Tovuz rayon sakini, 1973-cü il təvəllüdlü Əhliman Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib. Əhliman Əhmədov Tovuz rayonunda anadan olsa da, yetkinlik yaşına çatandan sonra Bakı şəhərinə köçüb.

İşdən çıxan kişi 9 yaşlı qızla rastlaşdı

Paytaxtda tikinti obyeklərində fəhləlik edən Əhliman Əhmədov Binəqədi rayonu, Biləcəri qəsəbəsində məskunlaşıb. Elə cinayəti də həmin qəsəbədə törədib.

İttihama görə, Əhliman Əhmədov gecə saatlarlında işdən çıxanda evlərinə yollanıb. Biləcəri qəsəbəsində 2008-ci il təvəllüdlü Nazlı Qəmbərovanı (ad və soyad şərti verilib – red.) görüb.

Zorakılıq

Əhliman Əhmədov Nazlıya saqqız almaq adı ilə orada olan marketin arxasına aparıb. Qaranalıq yerdə Əhliman azyaşlı qıza qarşı zorakılıq edib və paltarını soyundurmaq istəyib.

Bu zaman Nazlı Əhlimana müqavimət göstərib. Əhliman qızın ağzından yapışıb və səs-küy salmasına imkan verməyib. O, azyaşlını orada olan yarımçıq tikiliyə gətirib.

Zorlama və hədə-qorxu

Orada qızı zorla soyunduraraq onunla cinsi əlaqədə olub. O, Nazlı ilə zorla cinsi əlaqədə olandan sonra ona hədə-qorxu gəlib.
Əhliman Nazlıya baş verən olayla bağlı valideynələrinə və başqa heç kimə deməməsini tapşırıb. Əks halda onun ata və anasını öldürməklə hədələyib.

Azyaşlıdan şikayət və həbs

Lakin təcavüzə uğrayan azyaşlı evlərinə gəlib. Qızının bu vəziyyətdə olduğunu görən valideyni ondan nə baş verdiyini soruşub. Azyaşlı bir nəfər tərəfindən təcavüzə məruz qaldığını anasına deyib.

Bundan sonra azyaşlının valideynləri baş verən olayla bağlı Binəqədi rayon Polis İdarəsinə şikayət ediblər. Onların şikayəti əsasında azyaşlıya qarşı seksual xarakterli hərəkət edən şəxs qısa müəddətdə müəyyən edilərək həbs edilib.

Ciddi rejim: 9 il cəza

Əhliman Əhmədovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əhliman Əhmədov 9 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edib.

"Zorlamamışam, əxlaqsız hərəkətlər etmişəm”

Hökmdən narazı qalan Əhliman Əhmədov apellyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini istəyib. O, əməlinin Cinayət Məcəllənin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər etmək) maddəsinə tövsif edilməsini, həmin maddə ilə islah işləri cəzasına məhkum edilməsi barədə qərar qəbul edilməsini xahiş edib.

Əhliman Əhmədov bildirib ki, azyaşlını yarımçıq tikiliyə aparsa da, onunla təbii, qeyri-təbii yolla cinsi əlaqədə olmayıb. O, bildirib ki, orada azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər edib.

Əsassız şikayət

Təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Faiq Qasımovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apellyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Əhliman Əhmədovun apellyasiya şikayəti əsassız hesab edilib və bu səbəbdən təmin edilməyib.

Bundan sonra Əhliman Əhmədov eyni tələblə kassasiya şikayəti verib. Onun kassasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Ciddi rejimli müəssisədə cəza çəkən məhkumun xahişi

Ötən ilin sentyabr ayında şikayət hakim Fərhad Kərimovun icraatında araşdırılıb. Hakim kollegiyası kassasiya şikayətini araşdıran zaman 11 saylı ciddi rejimli cəza çəkmə müəssisəsində cəza çəkən Əhliman Əhmədov məhkəməyə məktub ünvanlayıb.

Əhliman Əhmədov məktububnda göstərib ki, o, kassasiya şikayətinə baxılmasından imtina edir. Hakim kollegiyası onun məktubunu məhkəmə iclasında elan edib.

Daha sonra hakim kollegiyası məhkumun xahişini nəzərə alıb və kassasiya şikayətini baxılmamış saxlayıb.
“Paşinyanın qulağını kəsib cibimə qoyaram” - Hafiz HacıyevErmənistanın yeni baş naziri Nikol Paşinyanın bu posta seçildiyi ilk günlərdən Azərbaycana yönəlik sayıqlamaları, Dağlıq Qarabağa səfəri ilə bağlı etirazlar səngimir.

Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev “Yeni Müsavat”a açıqlamasında Paşinyanı “yıxıb-sürüdü”:

“O inqilab yolu ilə hakimiyyətə gəldi. Bəzi siyasətçilərimiz düşünürdülər ki, o baş nazir olan kimi Dağlıq Qarabağı bizə qaytarmaq yönündə fəaliyyətə başlayacaq. Amma bu olmadı. Dünyada elə bilirlər ki, Paşinyan dinc yolla hakimiyyətə gəldi, “ilanın ağına da lənət, qarasına da”. İlk səfərini Xankəndinə etdi və orada dedi ki, bu ərazini Ermənistana birləşdirəcəyik. Şuşada da muzey açdı. Paşinyanların burnu ovulmalıdır. Artıq hərəkətə keçmək lazımdır. Paşinyan Qarabağa gedərkən qarşısı alınmalı, onun vertolyotu havada vurulmalı idi. Serj Sərkisyan hakimiyyətdən boşuna getmədi. İstəsə hakimiyyətdə müxtəlif yollarla qalardı, amma erməni tərəfi gördü ki, Dağlıq Qarabağın demokratik, danışıqlar yolu ilə həlli zamanı çatıb. İndi 10 il də Paşinyanın nazı ilə oynamalıyıq? Prezident seçkilərində namizəd olarkən demişdim ki, qalib gəlsəm bir ay müddətində paytaxtı Xankəndinə köçürəcəm. Paşinyan kimi dığalar, saqqallılar biz möhkəm olsaq, Şuşada muzey aça bilməzlər. Bütün partiyalara səslənirəm ki, gəlin Qarabağla bağlı birləşək. Təəssüflər olsun ki, birləşək deyən kimi bunlar hakimiyyətə gəlməyi düşünürlər. Partiyaların hərəsi bir qüvvəyə işləyir. Biz də müəyyən məsələlərdə gözləyirik. Lakin bu çox çəkməyəcək, xalqımızın qarşısına çıxıb hədəflərimizi açıqlayacağıq, müraciətlər edəcəyik. Zaman gələcək, xalqımız Xankəndinə yürüş edəcək. Bütün millət prezidentin ətrafında birləşsin, birlikdə Xankəndinə hücum edək. Güclü ordumuz var, bu ordu nəinki Xankəndini, digər işğalda olan tarixi ərazilərimizi də azad edə bilərik. Bəzi məsələlərə açıq şəkildə münasibətimi hələ ki, bildirə bilmirəm. Zaman çatacaq, sözümü deyəcəm”.

H.Hacıyev Paşinyanla indiki vaxtda üz-üzə gələrsə, ona nələr deyəcəyi barədə də danışdı: “O alçağın biridir, nə deyə bilərəm ki? Paşinyanlar biləsiniz ki, çox qorxaq olurlar. Məsələn, Andronikin qulağını biz kəsdik. Paşinyanlar bizimlə üz-üzə gələ bilməzlər. Beş milyon qərbi azərbaycanlı var. Bunların hamısı erməni dilini çox qəşəng bilirlər. Həmin azərbaycanlılar hazırda təşkilatlanırıq. Bütün vasitələrə əl atırıq ki, tarixi ərazilərimizə qayıdaq. Muxtariyyətimizi tələb edib, İrəvan, Göyçə kimi ərazilərimizdə məskunlaşmalıyıq. Paşinyan mənimlə rastaşsa, onun qulağını kəsib cibimə qoyaram. O haranın dığasıdır ki, bizə meydan oxuyur?

Paşinyanların qulaqları kəsilib əllərində qalmalıdır. Onun kimi dığaların analarını hər zaman ağlar qoymuşuq. İnanıram ki, zaman gələcək çağırışımla milyonlarla insan toplaşacaq, Qarabağı alacağıq. Buna hər kəs əmin olsun. Bizim Ermənistanda erməni qadınlardan olan çoxsaylı övladlarımız var. Paşinyanın mənim övladım olduğunu deyə bilmərəm. Amma orada bizə tərəf güclü insanlar var, kamikadzelərimiz də mövcuddur. Biz əslində partizan müharibəsinə də başlaya bilərik. Amma bizim böyüyümüz bir nəfərdir. Onu gözləyib, əmrinə tabe olmalıyıq.

Sadəcə onu deyə bilərəm ki, ermənilər çox qorxaqdırlar. Hər halda zamanı yetişib”.
ZARA-da BİABIRÇILIQ: alıcılar tələyə NECƏ SALINIR?“Gənclik Mall” ticarət mərkəzindəki ZARA mağazasından aldığım parfuma görə məndən artıq pul alınıb. Üstəlik, satılan mal saxta və ya işlənib".

Publika.az xəbər verir ki, parfum aldığı mağazada hüquqlarının pozulduğunu iddia edən istehlakçı Aida Rəhmanova Azad İstehlakçılar İctimai Birliyinə müraciət edib.

Alıcı bildirir ki, mayın 10-da Nərimanov rayonu F.X.Xoyski prospekti, ev 830-835 ünvanında yerləşən “GƏNCLİK MALL” ticarət mərkəzinin ZARA mağazasından “Retail GROUP AZ MMC” nin nəzarətində olan “Parfum Wood boards Studioin Melbourne” alıb.

“Parfuma görə 39 manat ödədim. Parfumun üzərində qiymət AVRO ilə göstərilib, qiyməti 12.95 € idi. Bu qanunlarımıza ziddir və məndən artıq pul alınıb. Seçdiyim parfumun görkəmi açılmamış olsa da, qoxusu kənara vururdu və qapağı da oynayırdı, açılmışa bənzəyirdi. Parfum torbaya yerləşdirilmişdi və torbanın ağzı açıq idi. Pulu ödədikdən sonra satıcı Nərmindən və ZARA-nın menecerindən xahiş etdim ki, mənə təzə və açılmamış parfum versinlər. Məni inandırıb parfumu kağız torbaya qoyub verdilər. Evdə həmin kağız torbadan çıxarıb, parfumun xaricinə baxanda ətrafa qoxu verdiyini hiss etdim. Torbanı açmadan qapağının tərpəndiyini gördüm. Qərara gəldim ki, ya mənə saxta mal veriblər, ya da istifadə olunmuş. Parfumun etiketində onun buraxılma və son istifadə müddəti göstərilməyib. Bu, bir daha onun şübhəli mal olduğu nəticəsinə gətirir. Həmin gün iki saatdan sonra dükana qayıtdım və mala toxunmadığımı bildirdim. İradlarımı bildirib malın ya dəyişdirilməsini ya da qaytarılmasını xahiş etdim. Xahişimi qəbul etmədilər. RETAİL GROUP tərəfindən mənim istehlakçı hüququm əvvəlki illərdə də pozulub. Baş ofisə də getmişəm və “hara istəyirsən get cavabını almışam”. Sonuncu məsələ ilə bağlı səhərisi gün Nərgiz Mall-ın binasında yerləşən qrupun şirkətinə gedərək şikayət etdim. Məni Vüqar adlı bir şəxs qarşıladı. Mala baxmadan məni bir az dinləyib “get, hara istəyirsən şikayət et” cavabını verdi. Bilirəm ki, parfumeriya malları dəyişdirilmir, lakin ZARA-dan mənə şübhəli, işlənmiş və ya saxta mal satılıb. Parfum qaytarılsın və mənim ödədiyim 39 AZN geri qaytarılsın”.

A.Rəhmanovanın bu şikayəti ilə əlaqədar olaraq mağazanın telefonlarına dəfələrlə zəng etsək də, cavab verilmədi.

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Publika.az-a açıqlamasında bildirib ki, ZARA şikayətləri danışıq yolu ilə həll etməkdən yayınır.

“Ofisin telefonlarına çox çətinliklə cavab verirlər. Dəfələrlə zəng edəndən sonra, İqtisadiyyat Nazirliyi yanında fəaliyyətini dayandırmış Antiinshar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidmətinə müraciət etməyi məsləhət gördülər. İllərdir ki, bizim bu mağaza ilə problemlərimiz olur. İstehlakçılar tərəfindən hüquqlarının pozulması ilə bağlı müraciətləri mağaza danışıq yolu ilə həll etmək istəmir. Hər dəfə bizi Antiinshar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidmətinə yönləndirirlər. Bəzi mağazalarda da oxşar cavabla qarşılaşırıq. Bu, o deməkdir ki, İqtisadiyyat Nazirliyi yanında ləğv edilən həmin xidmət bəzi mağazaların arxasında durub. Xidmətə müraciət etməyənin pulu geri qaytarılmır. Lakin bununla yanaşı məhsulun üzərində qiymətin avro ilə göstərilməsi, onun manatla ifadəsindən daha baha satılması ilə bağlı Vergilər Nazirliyinə də müraciət etməyi düşünürəm”.

E.Hüseynov bildirib ki, artıq qadının ödədiyi pul mağaza tərəfindən geri qaytarılıb.

"Lakin bir faktla məsələ düzəlmir. İstehlakçı Azad İstehlakçılar Birliyinə müraciət etdiyini deyəndən sonra məsələ həllini tapıb. Bu cür hüquqları pozulanlar az deyil. Bizim məqsədimiz odur ki, onların istehlakçıların şikayət edəcəyi qaynar xətti yaradılsın, telefonlara cavab verilsin. Heç bir alıcının hüquqları pozulmasın".
Abadi azərbaycanlı liderə söz verdiİraq Türkman Cəbhəsinin lideri Ərşad Salehi İraqın Baş naziri Heydar Abadi ilə görüşüb.

Bu haqda məlumatı Ərşad Salehi özü Axar.az-a verib.

Onun sözlərinə görə, Bağdaddan gələn komissiya doqquz vilayətin səslərinin nəticələrini elan etsə də, Kərkükdə hələ də sıxıntı yaşanmaqdadır:

“Bir neçə dəqiqə öncə cənab Abadi ilə görüşdük. Baş nazir bizi dəstəklədiyini və səslərin yenidən sayılmasının tərəfdarı olduğunu vurğuladı”.

Qeyd edək ki, ötən gün İraqda parlament seçkisi keçirilib. İraq türkmanları səslərin saxtalaşdırıldığını və Türkman Cəbhəsinin səslərinin oğurlandığını bildirib.
Astarada müəllim dərsləri boykot edirAstara rayon 2 saylı tam orta məktəbin ingilis dili müəllimi Fuad Mehrəliyev məktəbdə ona qarşı edilən haqsızlıqlara görə narazıdır.

Minval.info xəbər verir ki, o, bu haqda sosial şəbəkədə post paylaşıb.

O bildirib ki, şəxsinə edilən haqsızlıqları boykot edərək dərslərə getməmək qərarına gəlib:

“Müəllimlərin işə qəbulu imtahanından 54 balla Astara rayonu 2 saylı tam orta məktəbə ingilis dili müəllimi kimi göndərildim. Bu şəkildə qarşılanacağımı bilsəydim, heç getməzdim. Astara RTŞ-yə getdim, yüksək bal topladığım üçün mənə təmayül dərsləri təklif etdilər. Ancaq sonradan xərci olduğunu dedilər.

Mən məsələni sosial şəbəkədə qabartdım və bir qəpik vermədən 12 saat dərs aldım. Təhsil Şöbəsinə pul verməsəm də, məktəbə gedən gündən müxtəlif adlarla pul yığmağa başladılar. Gah deyirlər, partalar sınıb, gah deyirlər, məktəbi təmir edirik.

Gedib baxıram, heç nə yoxdur. Bir-iki ay pul ödədim, sonra vermədim. Belə olan halda məktəbdə ilk dəfə təşkil etdiyim Conversation Club (danışıq kursu) otağını məndən alıb tibb otağı yaradacaqlarını dedilər.

Şagirdlərə tam ödənişsiz danışıq dərsi verirdim, ancaq indi otaq boş qalıb, heç nə yaradılmayıb. Dəfələrlə Maya xanım (məktəbin direktoru Maya Həsənova) şagirdlərimin yanında məni məzəmmət edib və şəxsiyyətimi alçaltmağa çalışıb”.

Daha sonra gənc müəllim bütün bu olanlara rəğmən, mübarizə aparacağını və haqq öz yerini tapmayana qədər işə çıxmayacağını qeyd edib:

“Astaranın bütün məktəblərində gənc müəlllimləri sıxışdırırlar. Gedib fəhləlik edəcəm, amma haqsızlığa qarşı əyilməyəcəm. Haqq öz yerini tapana, rüşvətxor məmurlar cəzasına çatana qədər işə çıxmayacağam.

Qoy, diaqnostik qiymətləndirmədən 15-20 bal toplayanlar bir müddət məni əvəz edib işləsin. Mənim dərdim dərs saatı deyildi”.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Astara rayon 2 saylı tam orta məktəbin direktoru Maya Həsənova həmin gənc müəllimin səsləndirdiyi fikirlərin cəfəngiyyat olduğunu deyib. O bildirib ki, bu günə qədər ondan heç kim heç nə tələb etməyib:

“Həmin müəllim 2 saylı orta məktəbə müəllimlərin işə qəbulu (MİQ) imtahanı ilə qəbul olunub. Gələn kimi də ona 12 saat adi siniflər, 16 saat isə təmayüllü siniflər üçün olmaqla, cəmi 28 saat sentyabr ayının 15-dən etibarən dərs verilib. Bununla bağlı heç bir narazılıq olmayıb.

Fuad Mehrəliyev əvvəllər müəllim kimi fəaliyyət göstərib. Daha sonra səhhəti ilə bağlı işinə ara verib. Bizim orta məktəb vakant yer olması ilə bağlı Astara rayon Təhsil Şöbəsinə məlumat vermişdi. Həmin məlumatla Fuad müəllim imtahan verdikdən sonra bizim məktəbə təyinat alıb.

Bu günə qədər həmin müəllimə heç kim bir kəlmə söz deməyib. O, 54 bal toplayıb və nazirlik tərəfindən bizə göndərilib. Biz onu canla-başla qəbul etmişik”.

Fuad Mehrəliyevin məktəbdə ilk dəfə təşkil etdiyi Conversation Club (danışıq kursu) otağının əlindən alınaraq, tibb otağı yaradılacağı məsələsinə toxunan məktəbin direktoru o sinifin, həqiqətən, tibb otağı üçün ayrıldığını və lazımi avadanlıqlar olmadığı üçün müvəqqəti olaraq sinif otağı kimi fəaliyyət göstərdiyini qeyd edib:

“Tibb otağı məsələsindən söhbət düşmüşkən, deyə bilərəm ki, bizim məktəbin proyektində tibb otağı üçün ayrıca yer ayırmışdılar. Sadəcə, avadanlıq gəlmədiyi üçün otaq hazır vəziyyətdə deyildi. Avadanlıq gəlmədiyinə görə oranı ibtidai siniflər üçün sinif otağı etdik.

Daha sonra həmin tibb otağı üçün bütün nə avadanlıqlar lazımdırsa, göndərdilər. Məhz bundan sonra o otağı yenidən tibb otağı etdik. Həmin sinfi isə başqa otağa keçirdik.

Fuad Mehrəliyevin özü ingilis dili müəllimi olmaqla yanaşı, həm də sinif rəhbəridir və özünün də ayrıca sinif otağı var. Hər hansısa iclas, tədbir keçirmək fikri varsa, gedib zəhmət çəksin, ona ayrılmış otaqda keçirsin”.

Maya Həsənova ingilis dili müəllimi Fuad Mehrəliyevin şəxsinə etdiyi təhqir və məzəmmətlər haqqında da açıqlama verib. Bildirib ki, bu şər və böhtandan başqa bir şey deyil:

“Xeyr, mən heç bir müəllimi şagirdin yanında heç vaxt təhqir edə bilmərəm. Çünki onu şagirdlərin yanında təhqir etsəm, daha sonra uşaqlar həmin müəllimi dinləməyəcək. Həmçinin mən o səviyyəyə çatmamışam ki, kimisə təhqir edim. Hansısa məsələ ilə bağlı lazım olduqda da müəllimi otağıma çağıraraq, təhqir etmədən müzakirə aparıram.

Bu təhqir etməklə bağlı məsələ gündəmə gələndə sinif nümayəndəsini otağıma çağırdım və sual verdim ki, qızım, bəlkə də, mənim yadımdan çıxıb, heç olubmu ki, Maya müəllimə sinifə gəlsin və Fuad müəllimə ağır sözlər desin? Cavab verdi ki, xeyr, biz indiyə qədər elə söz eşitməmişik.

Mən onun otağına cəmisi bir dəfə girmişəm. Həmin vaxt da Fuad müəllim dərs deyirdi. Mən sinifin davamiyyətinə baxıb, çıxdım. O, yalan deyir”.
Xaçmazda Milli Ordunun 100 illiyi ilə əlaqədar tədbir keçirilibXaçmaz rayonunda yeniyetmə və gənclərin iştirakı ilə hərb tariximizin və qəhrəmanlarımızın təbliği məqsədlə Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə turnir keçirilb.

Tədbir “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə icra etdiyi “Hərb tariximizin intellektual oyunlar vasitəsilə təbliği” layihəsi əsasında keçirilmişdir.

Açılış məqasimində çıxış edən layihənin rəhbəri Ramin Mahmudov tədbirin keçirilməsinin məqsədindən danışmış, QHT-na Dövlət Dəstəyi Şurasının bu kimi layihələrə dəstək verməsinin gələcək nəsilin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsindəki rolunu qeyd etmişdir. O, çıxışında bildirmişdir, ki Azərbaycanın hərb tarixi çox dərin köklərə, eramızdan əvvələ gedib çıxır. Bu baxımdan mövcud zəngin təcrübənin və tarixin gənclər arasında təbliğ edilməsi, qəhrəmanlarımızın, ordu xadimlərimizin tanıdılması, eyni zamanda da Milli Ordumuzun yaranmasının 100 illiyinin gənclər arasında məhz intellektual oyunlar vasitəsilə təbliği layihənin əsas məqsədidir.
Xaçmazda Milli Ordunun 100 illiyi ilə əlaqədar tədbir keçirilib
Layihə eyni zamanda “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsi bəndinin icrasının da həyata keçirilməsinə dəstək vermək məqsədi daşıyır.

Rəsmi hissədə çıxış edənlər Xaçmaz rayon Gənclər və İdman İdarəsinin rəisi Elman Məmmədov, Xaçmaz rayon Təhsil Şöbəsinin əməkdaşı Elşən Sətiyev layihənin keçirilməsinin əhəmiyyətini qeyd etmiş, yeniyetmə və gənclərin intellektual oyunlar vasitəsilə həm də yeni biliklər aldıqlarını bildirmişlər.
Rəsmi hissədən sonra turnirə start verilmişdir. 11 komanda tərkibində 66 nəfər gəncin iştirak etdiyi turnirdə Azərbaycanın və dünyanın hərb tarixinə, milli qəhrəmanlarımız, sərkərdələrimizin həyatından bəhs edən müxtəlif suallar səsləndirilmişdir.

Yekunda “İntellekt” komandası 11 xalla turnirin qalibi adını qazanmışdır. “Alter Ego” komandası ikinci, “Xəzər” biliciləri üçüncü yeri tutumuşlar. Əsasnaməyə uyğun olaraq ilk 2 yeri tutan komandalar Quba şəhərində keçiriləcək zona finalında iştirak etmək hüququ qazanmışlar.
Yekunda qalib və mükafatçılara layihə çərçivəsində kubok, medal, diplom və digər hədiyyələr təqdim edilmişdir.
Xaçmazda Milli Ordunun 100 illiyi ilə əlaqədar tədbir keçirilib
Xaçmazda Milli Ordunun 100 illiyi ilə əlaqədar tədbir keçirilib
İntihar edən şagirdin son məktubu... - FotoDünən qəbul imtahanından sonra intihar edən 2001-ci il təvəllüdlü Pənah Quliyev evin tək uşağı olub.

"Qafqazinfo"nun əməkdaşları 17 yaşlı şagirdin yaşadığı və özünü atdığı binaya yollanıblar. Məlum olub ki, atası Mərkəz kişi aprelin 17-də qəza nəticəsində vəfat edib. İmtahan öncəsi bu hadisə də Pənaha mənfi təsir edib. P. Quliyevin ailəsi Qubadlı rayonundan məcburi köçkün düşüb. Özü də Sumqayıtda yerləşən Qubadlı Saray məktəbində təhsil alıb. 37 yaşlı anası isə həmin məktəbdə ibtidai sinif müəllimi işləyib.

Bu il yanvarın 20-də 17 yaşı tamam olan Pənah marketinq sahəsində menecer işləmək arzusunda olub. Bunu "Qafqazinfo"ya müsahibəsində Pənahın dayısı Nurlan Bayramov deyib.

O, bildirib ki, bacısı oğlunu imtahana özü aparıb:

"İmtahandan əvvəl də onunla danışmışdıq, mən özüm də birinci dəfə imtahandan kəsildiyimi, sonra kollecə daxil olduğumu və ailə qurandan sonra tam ali təhsil aldığımı ona demişdim. Pənah imtahandan çıxanda özü dedi ki, "yaxşı yazmışam, inşallah qəbul olaram". Sonra birlikdə evə gəldik, müəllimləri testi yoxladı, təxminən 200-210 bal toplamışdı. Amma onun istədiyi fakültəyə bal 400-dən yuxarı olmalıdı. Biz də dedik eybi yox, gələn dəfə girərsən. Özü də gülüb dedi "əşşi girməmişəm, girməmişəm də". Amma ola bilər həm atasına görə, həm öz istədiyi fakültəyə düşmədiyi üçün stress keçirib".

N. Bayramov bildirib ki, hadisə gecə saat 12-nin yarısında baş verib: "Evdə anası yatmış olub, özü də intihar etmədən əvvəl anasına məktub yazıb. Orada "Evlərin hamısını anama verirəm, əgər qalsa. Özünə yeni həyat qur, mənə görə də özünə heç nə etmə. Eləsən haqqımı halal eləmirəm", - yazıb. Pənah çox özünə qapalı uşaq idi, evdə heç nə danışmazdı. Məktəbdə kiminləsə mübahisə edəndə biz 2-3 ay sonra başqa yerdən eşidirdik".
İntihar edən şagirdin son məktubu... - Foto
Dayısı deyib ki, P. Quliyev intihar edəndən sonra bir neçə saat sağ qalıb: "Əvvəlcə Sumqayıt xəstəxanasında ilkin tibbi yardım göstərildi. Ora aparanda təcili yardım maşınında Pənah ayıq idi, soruşdum ki, niyə belə etdin. Cavab vermədi, heç nə demədi. O xəstəxanada bizə dedilər ki, vəziyyəti ağırdır, Bakıya aparın. "Semaşko"ya apardıq, xəstəxananın həyətində həkimlər dedi təzyiqi sıfıra düşdü, heç xəstəxanaya çata bilmədik. Maşında vəfat etdi".

N. Bayramov əlavə edib ki, P. Quliyevə qarşı hər hansı ailə təzyiqi və ya danlama olmayıb.
Özünü jurnalist kimi təqdim edərək vətəndaşları şantaj etdiZərdabda özünü jurnalist kimi təqdim edərək vətəndaşları şantaj edən şəxs tutulub.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, Zərdab rayon sakinləri - Mürsəliyev Faiq Əsgər oğlu, Fətəliyev Bəxtiyar Beydulla oğlu, Məmmədov Sadiq Arif oğlu və Qurbanov Anar Şirvan oğlu Zərdab Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, rayon sakini Məmmədov Qənimət Tehran oğlunun onların barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb etdiyini bildiriblər.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində özünü müxbir kimi qələmə verən Q. Məmmədov tutularaq istintaqa təhvil verilib. İlkin araşdırma zamanı məlum olub ki, Q.Məmmədov Ucar rayon ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan rayon sakinləri - İsgəndərov Elvin Əlikram oğlunu, İbrahimli Rəhim Aktiv oğlunu və İbrahimov Müşfiq Səmid oğlunu sosial şəbəkələrdə rüsvay edəcəyi ilə hədələyərək onlardan müxtəlif məbləğdə pul tələb edib.

Faktla bağlı Zərdab Rayon Polis şöbəsində araşdırma aparılır.
Yüzlərlə ermənini məhv edən kəşfiyyatçımız - VideoAzərbaycanın şəhid kəşfiyyatçısı Ülfət Kərimovun xatirəsinə sənədli film həsr olunub.

Mətbuat.az xəbər verir ki, filmdə kəlbəcərli kəşfiyyatçı, vətən uğrunda şəhidlik zirvəsinə ucalan Ülfət Kərimovun əsir götürdüyü erməni zabitinin görüntüləri də var.

Yüz erməni əsgərini məhv edən və əsir götürən azərbaycanlı kəşfiyyatçının həyat hekayəsindən bəhs edən sənədli filmi təqdim edirik: