Papanın “Lamborgini”si 715 minə satıldıRoma Papası Fransiskə hədiyyə olunmuş unikal nüsxə “Lamborgini Huracan” avtomobili Monakoda keçirilən hərracda satılıb.

Axar.az xəbər verir ki, avtomobilin satış qiyməti 715 min avroya bərabər olub.

Əldə olunan gəlirin İraqın Neynəva şəhərinə yardım üçün sərf olunacağı bildirilib.

Qeyd edək ki, bir neçə gün öncə Roma Papası avtomobilini satmaq qərarı vermişdi.
Bonnda BMT-nin qarşısında “Qarabağ” aksiyası keçirildiAlmaniyanın Bonn şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) binasının qarşısında Avropada fəaliyyət göstərən Azərbaycan diasporunun fəlları bir araya gələrək “Qarabağ Problemi”nin həll edilməsi istiqamətində 1993-cü ildə bu ali qurumun Təhlükəsizlik Şurasının qətnamələrinə bu günə kimi işğalı Ermənistanın əməl etmədiyi məsələsi gündəmə gətirilib.

BMT binası qarşısında mitinqi təşkil edən diaspor liderlərindən Rövşən Qənbər, Elman Mustafazadə və Fəxri Hacıbəy olublar. Onlar bir neçə gün öncə “Qarabağa dəstək” şüarı ilə Avropada yaşayan mühacir soydaşlarımıza müraciət ediblər. Beləliklə də Hollandiya, Belçika və Almaniyadakı mühacir fəallar “Qarabağa dəstək” mintinqinə qatılıblar.

Mitinqdə bildirilib ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistanın işğalçı dövlət olduğunu sübut edən 822, 853, 874 və 884 saylı qətnamələri qəbul edilibdir. Bu beynəlxalq ali qurumun qətnamələrində birmənalı şəkildə qeyd olunur ki, Ermənistana məxsus işğalçı qoşunlar dərhal Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır. BMT 1991-ci ildən Azərbaycan dövlət müstəqilliyini və ərazi toxunulmazlığını tanıyır, bu məqsədlə dövlətlərin ərazi bütövlüyünə sadiqdir. Çox təəssüflər olsun ki, aradan 25 il ötməsinə baxmayaraq, Ermənistan öz işğalçılıq siyasətini bu gün də davam etdirir. Bununla yanaşı, beynəlxalq qurumların işğalçılıq siyasətini qətiyyətlə rədd edən qərarları ilə hesablaşmaq istəmir.
Bonnda BMT-nin qarşısında “Qarabağ” aksiyası keçirildi
Qeyd edək ki, mitinqin əsas təşkilatçıları "Avropa-Dünya Azərbaycanlıları" təşkilatı, "Avropa-Azərbaycanın Dostları Cəmiyyəti" və “Almaniya Turan Cəmiyyəti”dir. Bu yöndə ilk dəfədir ki, qürbətçi qoydaşlarımız belə bir aksiya keçirirlər.

Mitinq təşkilatçılarından biri olan “Avropa – Azərbaycanın Dostları Cəmiyyəti”nin sədri Elman Mustafzadə Avrasiya.net-ə bildirib: “Qarabağ məsələsi ilə bağlı aksiyalar daha geniş miqyasda və mütəmadi şəkildə təşkil olunacaq. Əsas hədəf Azərbaycanın işğal olunmuş əraziləri məsələsində beynəlxalq birliyi fakt qarşısında qoymaqdır. ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynanın işğal etdiyi ərazilərindən dərhal çıxarılması barəsində son günlər çox sərt açıqlamalar vermişdir. D. Trampın bu açıqlamalarına sadəcə ABŞ hökuməti deyil, Kanada, İngiltərə, Fransa və digər beynəlxalq güclər də dəstək verməyə başlayıblar. Hər hansı bir dövlətin işğalçılıq siyasətinə qarşı beynəlxalq həmrəylik hərəkatı yaranmaqdadır. Azərbaycanın milli diaspor təşkilatları, liderləri və fəalları da bu prosesə qoşulmaqla dünya birliyinin diqqətini Qarabağ həqiqətlərinə, eyni zamanda Ermənistanın 27 ildir işğalçılıq siyasəti yürütdüyünə cəlb etməkdir”.
Bonnda BMT-nin qarşısında “Qarabağ” aksiyası keçirildi
Xudaferin.eu
“Eurovision 2018”-nin qalibi İsrail təmsilçisi olub - VIDEOPortuqaliyanın paytaxtı Lissabonda keçirilən “Eurovision-2018” mahnı müsabiqəsinin qalibi müəyyən edilib.

“Eurovision 2018” mahnı müsabiqəsinin birincisi bu ilki təmsilçilər arasında İsrail təmsilçisi Netta olub. O, «TOY» mahnısını ifa edərək, 529 xalla birincilik əldə edib.
İsrail 529, Kipr 436 və Avstriya 346 xalla “Eurovision 2018” mahnı müsabiqənin ilk üçlüyündə yer alıblar.

Qeyd edək ki, Portuqaliyada keçirilən 63-cü “Eurovision” mahnı müsabiqəsində 43 ölkənin nümayəndələri iştirak edib. “Eurovision 2018” mahnı müsabiqəsinin final mərhələsində 26 ölkə təmsilçisi öz səhnə perfomanslarını nümayiş etdiriblər. Azərbaycan təmsilçisi Aysel Məmmədova birinci yarımfinalda səhnəyə 1-ci çıxaraq “X my heart” mahnısını səsləndirib, lakin finala adlaya bilməyib.

Beləliklə, “Eurovision 2019” yarışması İsraildə baş tutacaq.
Xərçəngdən qurtulmaq üçün özünü yandırdıÖtən gün Tovuzun Cəlilli kəndində özünü yaşadığı evin damında yandırıb öldürən qadının-üç uşaq anası Şahnaz Məmmədovanın intiharı ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Tovuz rayon prokurorluğundan məlumat verilib. Məlumata görə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi qaldırılıb. Məhkəmə tibbi ekspertizası təyin edilib. Hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır.

Prokurorluqdan intiharın motivi barədə hər hansı məlumat verməyiblər. Xəbərlərdə isə kənd sakinlərinə istinadən belə deyilirdi ki, hansısa yoluxucu xəstəlikdən əziyyət çəkən qadın çıxış yolunu özünü öldürməkdə görüb.

Deyilənlərə görə Ş.Məmmədova xərçəng xəstəsi olub. Habelə onun həyat yoldaşı uzun illər məhkumluq həyatı yaşayıb. Bu cür dəhşətli intihar üsulu seçib canına qıyan və 3 uşağını yetim qoyan qadının yaxınları ilə əlaqə saxlamaq mümkün olmayıb.
Fransada naməlum şəxs bıçaqla insanlara hücum edib — iki nəfər ölüb, 8 nəfər yaralanıbMayın 12-də axşam saatlarında Parisin ikinci dairəsində naməlum şəxs yoldan ötənlərə bıçaqla hücum edib.

BFMTV telekanalının yerli polisə istinadla yaydığı məlumata görə, hücum nəticəsində azı iki nəfər həlak olub, daha səkkiz nəfər yaralanıb.

Asayiş keşikçilərinin hücum edən şəxsə atəş açdığı bildirilir.

Parisin ikinci dairəsi Sena çayının sağ sahilində yerləşir və Fransa paytaxtının ən kiçik inzibati dairəsidir.
İraqda vəziyyət gərginləşib - Seçki saxtakarlığı... etirazlar...İraqda parlament seçkisi start götürüb.

Axar.az xəbər verir ki, 24 milyon seçicinin səsi uğrunda 200-dən çox siyasi partiyanın birləşməsindən yaranmış 29 blok mübarizə aparır. 329 deputat yeri üçün 7 min namizəd yarışır.

Qeyd edək ki, İraqda son parlament seçkisi 2014-cü ildə keçirilib.

Seçkidə əsas mübarizənin iki blok arasında aparılacağı güman olunur. Bunlardan biri Nəsr Koalisiyası, digəri isə Fəth Alyansıdır. Birinci bloka baş nazir Heydər Abadi rəhbərlik edir və buraya bir sıra nüfuzlu şiə xadimləri də daxildir. Blok tərkibində sünniləri də cəmləyib. Blok keçmiş müdafiə naziri və sünni icmasının nüfuzlu lideri Xalid əl-Obeydini də yanına çəkə bilib.

Fəth Alyansı isə daha çox şiələri ətrafında toplamağa diqqət yetirib. Bu blokun tərkibində həmçinin İran Ali İslam Şurasının bəzi nümayəndələri də cəmləşib.

Parlamentdə üstünlüyə həmçinin Qanun Dövləti Bloku da iddia edir. Bu bloka keçmiş baş nazir Nuri əl-Maliki rəhbərlik edir.

Türkmanlar isə indiki seçkiyə daha aktiv formada qoşulmağa çalışırlar. İraq Türkman Cəbhəsi artıq bir neçə aydır xırda partiyaları öz ətrafında toplayır. Türkmanların hədəfi seçkidə ən azı 10 yer əldə etməkdir.

***

İŞİD terror təşkilatı Kərkük vilayətində polis postuna hücum edib.

Bu barədə informasiyanı “Sumariya” televiziyası yayıb. Hücum nəticəsində 6 nəfər ölüb.

Televiziya həlak olanların əsasən, polislər olduğunu yazıb.

***

İraqda parlament seçkiləri üçün səsvermə müddəti başa çatıb.

Seçkilər zamanı təhlükəsizlik əməkdaşlarına qarşı həyata keçirilən 2-ci bombalı hücum nəticəsində 3 nəfər - 2 seçici, bir müşahidəçi - həlak olub. Sözügedən teraktın məsuliyyətini İŞİD öz üzərinə götürüb.

ABŞ Dövlət katibi Mayk Pompeo İŞİD-ə qarşı qələbədən bir il sonra ilk dəfə parlament seçkisi keçirən İraqı təbrik edib.

Qeyd edək ki, ötən gün İraqda baş verən hücumlar nəticəsində ümumilikdə 9 nəfər həlak olub.

***

İraqın Kərkük şəhərində türkmanlar parlament seçkiləri zamanı saxtakarlığa yol verilməsinə etiraz edib.

Türkmanlar bölgələrdə verdikləri səslərin kürd partiyalarına yönləndirildiyini söyləyib. Türkman etirazçılar Bağdad rəhbərliyinin vəziyyətə müdaxilə etməsini istəyib.

İraq Türkman Cəbhəsinin lideri Ərşad Salehinin seçkilərdə saxtakarlıq iddiaları ilə bağlı Kərkük və Bağdad rəhbərliyi ilə əlaqə saxladığı bildirilib.

Etirazlardan sonra Kərkükdə gecə saatlarına küçəyə çıxmaq qadağan edilib.
Qarabağda etiraz yetişir: cəbhədə gərginlik artacaq - AnonsYaxın 1 ildə Dağlıq Qarabağla bağlı siyasi danışıqlar prosesində hər hansı bir irəliləyiş baş verməyəcək.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert bunu Ermənistanda daxili vəziyyətin hər an qarışa biləcəyi ehtimalı ilə əlaqələndirib:

“Ermənistanda və Dağlıq Qarabağda hakimiyyətdə olan müxtəlif siyasi qrupların nümayəndələri arasında ziddiyyətlər qaçılmazdır. Çünki son Qarabağ klanının nümayəndəsi Bako Saakyan olaylar fonunda Dağlıq Qarabağda hakimiyyətini möhkəmləndirməyə çalışacaq. Paşinyanın isə Qarabağda Ermənistandakına bənzər hərəkatı stimullaşdırmağa çalışacağı istisna olunmur. Hətta Dağlıq Qarabağ ermənilərinin indiki hakimiyyətdən bezdiyini nəzərə alsaq, bu, real görünür. Yəni Ermənistandakı iğtişaşlar kimi olmasa da, Qarabağda da Saakyana qarşı hansısa proseslər başlaya bilər. Saakyan bu təhlükənin qarşısını almaq naminə Paşinyanla üzdə də olsa, maksimum konstruktiv münasibət görüntüsü yaratmağa çalışacaq. Onun əsas məqsədi isə Ermənistanda hakimiyyətini möhkəmləndirməkdir. Belə olan halda Qarabağ münaqişəsinin tənzimlənməsi ikinci plana keçəcək. Aydın məsələdir ki, hər iki qrup yaxın müddətdə siyasi ritorikalarında Qarabağ məsələsindən bir vasitə kimi istifadə etməyə davam edəcəklər”.

Politoloq bildirib ki, Qarabağ məsələsi Ermənistan elitası tərəfindən daxili məqsədlər üçün istifadə olunduğu müddətdə danışıqlar prosesindən konstruktivlik gözləmək olmaz:

“Ermənistan siyasətində bu populizm, daxili siyasi çəkişmələr nə qədər ki dominantlıq təşkil edəcək, Qarabağ məsələsinin tənzimlənməsi bir o qədər gecikəcək. Yaxın 1 ildə Qarabağ prosesində hər hansı bir irəliləyiş baş verməyəcək. Ermənistanda daxili çəkişmələr davam edəcək və bu vəziyyət də son nəticədə cəbhə xəttində gərginlin artmasına gətirib çıxaracaq. Ermənilərin böyük təxribatlara yol verəcəklərini istisna etmək olmaz. Paşinyan isə cəbhədəki bu vəziyyətdən maksimum yararlanmağa çalışacaq”.
İŞİD-dən Əsədə ağır zərbə: 670 hərbçi, üstəlik...İŞİD Suriyanın Dəməşq şəhərinin cənubunda baş verən qarşıdurmalar zamanı Əsəd rejiminin 670 əsgərini öldürdüyünü açıqlayıb.

Axar.az xəbər verir ki, İŞİD-in yaydığı hesabatda 21 gün davam edən qarşıdurmalarda 6 tank, 3 zirehli maşın, 3 buldozerin məhv edildiyi bildirilib.

Bundan əlavə, 12 hərbi texnika məhv edilib, 19 zirehli avtomobil istifadəyə yararsız hala gətirilib.