Anar Məmmədovun Hadisə üçün aldığı plyaj dağıdıldı – FOTOLARKeçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun məşhur türkiyəli müğənni Hadisə üçün aldığı plyaj dağıdılıb.

AzEuroNews.com xəbər verir ki, hadisə Türkiyənin Bodrum şəhərində qeydə alınıb.

Müğənni Hadisəyə aid “La Plaj” məhkəmə qərarı ilə dağıdılıb. Səbəb isə, plyajın qanunsuz salınması olub.

Belə ki, plyaja aid sənədləri məhkəməyə təqdim edə bilməyən Hadisənin “La Plaj”ı verilmiş müddət başa çatdığından dağıdılıb.

Türk mediasının yazdığına görə, hadisənin “La Plaj”ı müğənni həmkarı Hande Yenerin Bodrumdakı obyekti ilə rəqabətdə imiş. Bu olayın ardından jurnalistlərə açıqlama verən H.Yener ironiya ilə bildirib ki, oraların sahibi odur: “Başqaları obyekt açıb bilirsiniz. Amma, buraların sahibi mənəm”.

AzEuroNews.com-un əldə etdiyi özəl məlumatda deyilir ki, “La Plaj” 2016-ci ildə tikilib. Obyektin ilk sahibi Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu, işadamı Anar Məmmədov olub. O, bu obyekti Hadisə Azərbaycana gələndə ona hədiyyə edib. O vaxt obyektin sənədləşməsi tam başa çatmayıbmış. 2017-ci ildə Bodrum şəhər bələdiyyəsi ictimai yerə aid ərazinin zəbt edilməsi iddiası ilə məhkəməyə müraciət edib. Məhkəmə prosesi zamanı müğənni Hadisədən obyektin sənədlərini təqdim etməsi tələb olunub. İş adamı Anar Məmmədovdan “La Plaj”ın sənədlərini ala bilməyən Hadisə son məhkəmə prosesində şokla üzləşib. Bodrum şəhər məhkəməsi obyektin qanunsuz olması səbəbi ilə dağıdılması haqqında qərar çıxarıb.

Əldə etdiyimiz məlumata görə ümumiyyətlə, “La Plaj”ın tikildiyi gündən sənədləri qaydasında olmayıb. Anar Məmmədova bu obyekti türkiyəli dostu satıb. Eks-nazir oğlunun Bodrumdakı obyekti isə təkcə “La Plaj” deyil. Onun burada 5 ulduzlu bir neçə otelinin olduğu deyilir.
Anar Məmmədovun Hadisə üçün aldığı plyaj dağıdıldı – FOTOLAR
Anar Məmmədovun Hadisə üçün aldığı plyaj dağıdıldı – FOTOLAR
ALDP dörd rayonda aksiya keçirib - FOTOLARALDP GT üzvləri “Bakı Milli” TV-nin əməkdaşları ilə birlikdə AXC yaranmasının 100 illiyi ilə əlaqədər olaraq, "Bayraq" aksiyasını davam etdirib.

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Gənclər Təşkilatının (GT) üzvləri “Bakı Milli” TV-nin əməkdaşları ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyi ilə əlaqədər olaraq, "Bayraq" aksiyasını davam etdirirb.

Belə ki, ALDP üzvləri Masallı, Cəlilabad, Salyan və Biləsuvar rayonlarında əhaliyə Azərbaycan bayrağı paylamaqla yanaşı, onları 1918-ci il mayın 28-də Müsəlman Şərqində ilk demokratik və yeganə parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və süqutunun əsas səbəbləri haqda məlumatlandırıblar.

Aksiyada 1200 bayraq paylanılıb. Əhali aksiya iştrakçıları öz evlərinə dəvət ediblər və ALDP-nin bu cür maarifləndirmə aksiyalrının keçirilməsindən razı qaldıqlarını bildiriblər.
ALDP dörd rayonda aksiya keçirib - FOTOLAR
ALDP dörd rayonda aksiya keçirib - FOTOLAR
ALDP dörd rayonda aksiya keçirib - FOTOLAR
ALDP dörd rayonda aksiya keçirib - FOTOLAR
ALDP dörd rayonda aksiya keçirib - FOTOLAR
ALDP dörd rayonda aksiya keçirib - FOTOLAR
Sinif yoldaşını və qohumunu öldürüb polisə təslim oldu Sabirabad sakini 2 nəfər həmyerlisini bıçaqla qətlə yetirib.

Səhər saat 11.00 radələrində 42 yaşlı Firqət Əliyev sinif yoldaşını və qohumunu bıçaqla qətlə yetirib. Əvvəlcə Saatlının Sarıcalar kəndində yerləşən dəmir yol stansiyasına gələrək orada mühafzəçi işləyən Sabirabad sakini, 42 yaşlı Kamran Yaqubovu , daha sonra isə Sabirabadda, pambıq emalı zavodunda mühafizəçi işləyən, 46 yaşlı Teymur Sadıqovu evlərinin qarşısında bıçaqlayaraq qətlə yetirib.

Qətli törətdikdən sonra Firqət Əliyev özü Sabirabad polisinə gedərək təslim olub. Meyitlər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabirabad rayon mərkəzində müayinə olunduqdan sonra yaxınlarına təhvil verilib. Öldürülən şəxslər və qətli törədən şəxs qonşu olublar, onların qohumluq əlaqələri də var. Hadisənin hələlik hansı səbəbdən törədildiyi istintaq tərəfindən aydınlaşdırılır.
Oğuzdakı itkin gəlin tapıldıOğuz rayonunda itkin düşmüş yerli sakin tapııb.
"
Avrasiya.net-in "Report"a istinadən məlumatına görə, mayın 6-da evdən çıxan və geri qayıtmayan 1995-ci il təvəllüdlü Nəbili Lalə Telman qızına Şəkidə rast gəlinib.

Qardaşı Sahib Nəbiyev bildirib ki, bacısının tapılması barədə xəbəri ötən gün alıblar.

"Dünən onun sağ-salamat olması barədə xəbər gəldi. O, itkin düşdüyü 6 gün ərzində Şəki şəhərində olub. Orada əvvəlllər kirayə yaşadığı evdə qalıb. İki gün xəstə olub və həmin evdə qalan ailə ona baxıb. İndi bacım müalicə olunur", - deyə o bildirib.
Lalə Nəbili 6 il əvvəl ailə quraraq rayonun Calut kəndinə köçüb. Qadın evdən sonuncu dəfə ata evinə getmək adı ilə çıxıb və onu qayınatası yola salıb. Lakin o, Aşağı Küngüt kəndinə deyil, birbaşa Şəki şəhərinə gedib. L.Nəbili Şəkidə tanıdığı bir qadına xəstə olduğu üçün evə qayıtmaq istəmədiyini bildirib. Bundan sonra naməlum istiqamətə gedib. Tanışları onu sonuncu dəfə Şəki bazarında görmüşdülər.

Qadın nadir rast gəlinən xəstəlikdən əziyyət çəkir. Kəskin ağrılarla müşahidə olunan xəstəlik nəticəsində Lalədə əsəb pozğunluğu da qeydə alınıb.

L.Nəbilinin 4 yaşlı qız övladı var.
Şəhidin dəfn mərasimində biabırçı görüntülər - Millət vəkili gülərək... - VİDEOTürkiyənin şırnak vilayətində PKK terror təşkilatının qurduğu pusqu nəticəsində həlak olan 24 yaşlı hərbçi Mustafa Kozakın yas mərasimində şok anlar görüntülənib.

Publika.az xəbər verir ki, Manisada dəfn edilən şəhidin yas mərasiminə qatılan Respublikaçı Xalq Partiyasının (CHP) nümayəndəsi, sabiq millət vəkili Özgür Özəl hər kəs ağlayarkən yanında oturan Manisa bələdiyyə sədri Çingiz Ərgün ilə gülərək söhbət edib.

Bu görüntülər sərt reaksiyalar doğurub və tənqid edilib.
Fermer: "Dedi ki, "nazirdən qoyun iyi gələr"Quba rayonunun Yalavanc kəndinin fermer sakini İldırım Məmmədov bu günlərdə həyatının sürprizini yaşayıb. Səhər tezdən həyət qapısında CİP avtomobili dayanıb və avtomobildən düşən adam özünü "İnam Kərimov - yeni kənd təsərrüfatı" deyərək təqdim edəndə 68 yaşlı İldırım Məmmədov özünü itirib, çaşıb qalıb. Dərhal özünü ələ alan fermer hörmətli qonağı evə dəvət etsə də nazir onun şəxsi təsərrüfatına baxmağı üstün tutub.

İstiPress-in şimal bürosuna bu barədə İldırım Məmmədovun özü məlumat verib. Nazirin onun yaşadığı Quba rayonunun Buduq İƏD-nin Şabran ərazisində yerləşən Yalavanc kəndinə qəfil gəldiyini söyləyən fermer deyir ki, inanmazdım ki, nazir qapıma gələ, bizimlə maraqlana. Belə halı Amerikada görmüşəm, Azərbaycanda yox".

Onun sözlərinə görə, nazir ondan kənd təsərrüfatılə bağlı bütün məsələləri soruşub, nazirin diqqətinə kənddə suvarma suyunun olmaması, örüş yerlərinin çatışmaması, minitexnika azlığı kimi bütün aktual problem çatdırılıb.

İldırım Məmmədov deyir ki, nazir maldarlığı xüsusi olaraq inkişaf etdirməyimi istədi: "1600 baş qoyunum var, dedi ki, 3600 başa çatdırmalısan". İnam Kərimov fermerə onların bütün problemlərinin həllində köməklik edəcəyini söyləyib.

İldırım Məmmədov nazirin çox sadə adam olduğunu bildirdi: "Geyimindən bilinirdi ki, çox sadədir. Mən - fermer qalstukda idim, o - nazir qalstuksuz. Mən bunu görüb tez qalstukumu çıxartdım ki, ayıbdır".

Yalavanc kənd sakini məlumat verdi ki, nazir gedəndə qoyun sürüsündən olan quzulardan birini qucağına alıb: "Dedi ki, "nazirdən qoyun iyi gələr". Mən də dedim ki, İnam müəllim, bu erkək quzu, 2 aylıqdır, 1 ili tamam olsun, bu quzunu sizin qapımıza gəlməyinizin şərəfinizə adınıza qurban kəsib kasıb-kuzuba paylayacağam".

Qubalı fermer kəndlinin torpağa, işə inamını artıran İnam Kərimovun torpaq adamları üçün yeniliklər edəcəyini, onların problemlərini həll edəcək nazir olacağına inandığını da əlavə edib.

İldırım Məmmədov Quba rayon icra başçısı Ziyəddin Əliyevin də Şabran ərazisindəki Yalavanc kəndinə gəlib problemlərlə maraqlandığını, imkan daxilində həllinə kömək edəcəyini söylədiyini deyib.
Tbilisini aksiya bürüdü - Həbslər varBu gün səhər Tbilisidə polislə aksiya iştirakçıları arasında qarşıdurma olub.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, artıq 3 nəfər aksiya iştirakçısı polis tərəfindən saxlanılıb.

Polis parlamentin binası önündə axşamdan qurulmuş çadırları sökməyə cəhd edib. Əvvəlcə aksiya iştirakçılarına sadəcə xəbərdarlıq olunub. Amma sonra polis palatkaları sökməyə başlayıb. Bu zaman iştirakçılarla asayiş keşikçiləri arasında qarşıdurma yaranıb. Nəticədə 3 nəfər saxlanılıb.

Aksiyanın əsas təşkilatçısı "Ağ səs” (Belaya şum) İctimai Birliyinin lideri Beka Tsikarişvili parlamentin binası önünə gəlib. O, aksiyanın bu gün də davam etdiriləcəyini bildirib.

Mayın 12-də Gürcüstan Daxili İşlər Nazirliyinin Narkotiklə Mübarizə Departamentinin qüvvələri paytaxt Tbilisidəki "Basiani” və "Galeri” gecə klublarında əməliyyat keçirib. Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən 8 nəfər saxlanılıb.

"Ağ səs” birliyinin üzvləri isə bunu polisin özbaşnalığı adlandırıb və klublardan götürülən narkotiklərin oraya məhz polis tərəfindən atıldığını iddia edirlər.

Aksiya iştirakçıları baş nazirin və daxili işlər nazirinin istefasını və bir neçə vəzifəli şəxsin cəzalandırılmasını tələb edirlər.
Müharibənin “tətiyi” çəkilir – Paşinyanın taleyi Bakının əlindəYeni baş nazirə qarşı ilginc revanş ssenarisi; Ermənistanın 1-ci şəxsinin siyasi-hərbi və iqtisadi fiaskosunda artıq “Qarabağ klanı” da maraqlıdır; ABŞ İranı Qarabağdan vuracaq? Politoloqlardan maraqlı şərh və təxminlər…

Nikol Paşinyan Ermənistanın baş naziri qismində öz bəyanatlarında daha korrekt olmaq əvəzinə, reallıqla əlaqəsi olmayan diletant mövqe sərgiləyir. Xüsusilə də Qarabağ məsələsində o, Serj Sərkisyan və Robert Köçəryandan da radikal görünməyə, Roma papasından artıq katolik olmağa çalışır.

“Yeni Müsavat” xəbər verir ki, Paşinyan Sərkisyanın dünənədək hakim partiya olmuş Respublikaçılar Partiyasının 6-7 deputatının dəstəyi ilə baş nazir olsa da, parlamentdə o, heç də hakim çoxluğu yox, azlığı təmsil edir. Bu da o deməkdir ki, parlamentli üsul-idarəyə malik Ermənistanda Paşinyanın təklifləri orada asanca tormozlana bilər.

*****

Şübhə yox ki, belə də olacaq. Parlamentdəki köhnə çoxluq – Sərkisyan müxalifəti, sadəcə, fürsət gözləyir ki, ölkədə emosiyalar səngisin və Paşinyanın islahatlarla bağlı vədləri fiasko olsun, əhalinin güzəranı yaxşılaşmasın və narazı elektorat ondan məyus olmağa başlasın. Onda yəqin ki, yeni baş nazirin “qara günləri” başlayacaq. Sərkisyan partiyası və tərəfdarlarının sabotajçı və revanşist hərəkətləri həmin günü yaxınlaşdıra bilər.

Təsadüfi deyil ki, parlamentdəki respublikaçı çoxluğun başçısı, deputat Vaqram Baqdasaryan mayın 8-dəki səsvermədən dərhal belə bir bəyanat vermişdi ki, “Paşinyan ona səs vermiş 6-7 respublikaçı deputatı özününkü, yaxud müstəqil saymağa tələsməsin. Onlar sadəcə, razılaşdırılmış qərarla, situasiyanın diktəsi ilə ona səs veriblər”.

Situasiya isə dəyişəcək. Çünki narazı, ac-yalavac əhali Paşinyanı baş nazir eləməkdə yanılmadığına qısa zamanda əmin olmaq istəyir. O üzdən ayrılan etimad limiti böyük olmayacaq – haradasa 2-3 ay. Məhz qarşıdakı aylarda Sərkisyanın partiyası, o sırada sabiq baş nazirin hakimiyyətin müxtəlif eşelonlarında, müdafiə və təhlükəsizlik strukturlarında kök salan sadiq tərəfdarları Paşinyanın baş nazir kimi fiasko olması, xalqın yanıldığını sübut eləmək üçün əldən gələni edəcəklər.

*****

Bunu da yaddan çıxarmaq olmaz ki, “Qarabağ klanı” Ermənistanda hakimiyyətdən getsə də (o da deyildiyi kimi, tam yox – parlament çoxluğu hələ ki onlardadır, erkən parlament seçkiləri üçün isə aylar tələb olunur və ona kimi Paşinyan özünü yandırmamalıdır ki, partiyası çoxluğu qazana bilsin), Sərkisyan-Köçəryan tərəfdarlarının işğal altındakı Dağlıq Qarabağda mövqeyi kifayət qədər güclüdür. Separatçı rejimin başçısı, qarabağlı Bako Saakyan da daha çox qarabağlı Sərkisyana, Köçəryana yaxındır, nəinki Paşinyana.

Qarabağ məsələsi isə Ermənistanın istənilən liderinin siyasi taleyində həlledici rol oynayır. Paşinyan da istisna olmayacaq. Məsələn, cəbhədə 2016-ci ilin aprelindəki kimi növbəti lokal hərbi uğursuzluq onun mövqeyinin sarsılmasına gətirə bilər və bundan rəqiblər dərhal yararlanacaq. Demək, məntiqlə Nikol Paşinyanın hakimiyyətinin davamlılığı xeyli dərəcədə Azərbaycandan, ordumuzdan asılıdır. Xəyalpərəst erməni baş nazir doğrudan da öz xalqı üçün faydalı olmaq istəyirsə, o zaman ilk növbədə Azərbaycanla dil tapmalıdır.

Əfsus ki, onun bu yöndə ilk bəyanatları barıt qoxusu verir. Hətta Paşinyan sələflərindən də sərt mövqe tutmağa çalışır. Demək, yeni müharibə, Paşinyana “aprel qulaqburması” qaçılmaz olacaq.

*****

Maraqlıdır ki, artıq erməni politoloqları da yeni baş nazirin kəskin Qarabağ ritorikasından diksinməyə və məyus olmağa başlayıblar.

“Paşinyanın Qarabağda nizamlama barədə bəyanatları İrəvanın öz mövqeyini daha da sərtləşdirdiyini göstərir. Bununla belə, onun açıqlaması praktik baxımdan heç bir siyasi əhəmiyyət kəsb eləmir, çünki aydındır ki, Dağlıq Qarabağ danışıq stoluna qayıda bilməyəcək. Buna yüz faiz nə Bakı, nə də ATƏT-in Minsk Qrupunun həmsədrləri razı olacaqlar”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə erməni politoloq Ara Papyan “RİA-Ermənistan”a açıqlamasında deyib.

“Danışıq stoluna qayıtmaqdan danışmaqla biz özümüzü aldadırıq. Qarabağ heç vaxt, heç olmasa tanınmamış dövlət statusunda da danışıqlar stolu arxasında oturmayıb”, – deyə Papyan xatırladıb.

Onun sözlərinə görə, yeni baş nazirin “DQR”in beynəlxalq birlik tərəfindən tanınması üçün əlindən gələni edəcəyi barədə bəyanatları da reallıqdan çox uzaqdır: “Çünki bundan ötrü Qarabağ real olaraq müstəqilliyə malik olmalıdır. O isə belə suverenliyə malik deyil, nədən ki, böyük ölçüdə Ermənistandan asılıdır. Hətta daha çoxunu deyə bilərəm: şəxsiyyət vəsiqələrinin təsdiqlənməsindən tutmuş, büdcəyə kimi Qarabağ de-yure Ermənistanın tərkib hissəsidir”.

Erməni politoloq hesab edir ki, bu qəbildən hər cür bəyanat vermək olar, ancaq danışıqlar prosesini davam etdirilməlidir. “Çünki ona ehtiyac var. Hərgah, Qarabağ problemin faktiki həlli yoxdur. Bu problemin həlli yalnız o vaxt yerindən tərpənəcək ki, Ermənistan güclənəcək, Azərbaycan isə zəifləyəcək”, – deyə o əlavə edib.

*****

Gürcüstanın “Kavkazplus” portalı isə Paşinyanın Qarabağ səfəri ilə bağlı sensasion versiya irəli sürüb və tezliklə münaqişə zonasında hərbi toqquşmaların başlayacağını anons edib (Publika.az).

“Paşinyan Qarabağdakı separatçı hakimiyyəti dəyişməyi çox istəyərdi, lakin qondarma ”DQR”in Ermənistandan ayrı təqdim edilməsi onun əl-qolunu bağlayır. Əsas səbəb Bako Saakyanın rəhbərlik etdiyi separatçı hakimiyyətin Qarabağdakı erməni hərbi birləşmələr üzərində böyük təsirə malik olmasıdır. Ermənistan ordusunun döyüş bacarığı olan əsas hissəsi məhz Qarabağa yerləşdirilib. “Qarabağ klanı” hakimiyyətdən uzaqlaşdırılsa da, onların əsas bazası Azərbaycanın işğal edilmiş ərazilərində qalır. Saakyan da faktiki olaraq, Sərkisyan qədər Paşinyanın düşmənidir” – portal qeyd edir.

Məqalədə ardınca deyilir: “Digər tərəfdən, Rusiya ordusu rəsmi şəkildə Qarabağda olmasa da, qeyri-rəsmi şəkildə təmsil olunur. Bu baxımdan, Paşinyan Ermənistanının tamamilə Qərb tərəfinə keçməsinin qarşısını almaq üçün Qarabağda təxribata əl atmaq olduqca asandır”.

Yazıda daha sonra bildirilir ki, Azərbaycanla müharibədə erməni ordusu məğlub olsa belə, “Qarabağ klanı” üçün belə bir toqquşma lazımdır: “Onlar bununla ”Paşinyan Qarabağı verdi”, – deyərək, Ermənistanda hakimiyyətə qayıtmağı planlaşdırırlar”.

Portal yazır ki, geosiyasi güclər – ABŞ və Rusiya da regiondakı vəziyyəti ələ almaq üçün “Qarabağ kartı”ndan istifadə edəcəklər: “Paşinyanı hakimiyyətə gətirən Amerika üçün Qarabağda vəziyyətin kəskinləşməsi prinsip etibarilə sərfəlidir. Toqquşmada erməni ordusunun qaçılmaz məğlubiyyəti Rusiyanın ”belinə yüklənəcək” və erməni cəmiyyətində “günahkar Moskva” obrazı gücləndiriləcək. Digər tərəfdən, Rusiyanın köməyilə “Qarabağ klanı” müharibəyə gedərsə, erməni ordusu məğlub olacaq və Azərbaycan öz ərazilərini qaytaracaq. Vaşinqton situasiyadan istifadə edərək, Qarabağda İrana qarşı Amerika bazası qura bilər. Beləliklə, yaxın vaxtlarda Qarabağda gözlənilməz təxribatlar müşahidə oluna bilər və bu müharibə regionda geosiyasi vəziyyəti dəyişdirəcək”.

Portal amerikalıların açıq-aydın tələsməyə başladığını qeyd edir: “İrana qarşı müharibə ehtimalı hər keçən gün artır və İranın sərhədində müharibə meydanı yaratmaq amerikalılara son dərəcədə lazımdır. Vaşinqton Rusiyanı Ermənistandan tamamilə sıxışdırıb bu müharibə meydanını ala bilər. Belə ”sıxışdırma” Qarabağda şüurlu təxribatla ola bilər. “Qarabağ klanı” da hakimiyyətə gəlmək üçün bu oyunda rol ala bilər. Çünki bu klanın içində Rusiya və ABŞ arasında “ikili agent” olanlar çoxdur…”
Səlim Müslümovu 15 ilədək həbs gözləyirSabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun adı korrupsiya hadisəsində hallanır.

Hüquqşünas Türkel Süleymanlı Sfera.az-a açıqlamasında sabiq nazirin hansı maddələrlə cinayət məsuliyyətinə cəlb oluna biləcəyindən danışıb:
“Sabiq nazir haqda deyilənlər təsdiqini taparsa, bu zaman o Cinayət Məcəlləsinin 311-ci maddəsi (rüşvət alma), 179-cu maddəsi (dövlət əmlakının mənimsənilməsi), 308 və 330cu maddəsi (vəzifə səlahiyyətlərinin aşılması və vəzifədən sui-istifadə) ilə məsuliyyətə cəlb oluna bilər. Bu maddələrin hər biri ağır maddələr hesab edilir. Bu zaman 3 ildən 15 ilədək həbs cəzası ilə bağlı qərar verilə bilər. Bir neçə maddə ilə məhkum edilsə, o zaman uzun müddətli həbs cəzası kəsilə bilər”.

Xatırladaq ki, yerli mətbuatada yer alan xəbərlərdə bildirilir ki, Hesablama Palatası sabiq əmək və əhalinin sosial müdafiəsi nazirinin nəzarət etdiyi Pensiya Fondunda ciddi qanunsuzluqlar aşkarlayıb; ölmüş şəxslərə pul “ödənib”, bir adam 2 rayondan pensiya alıb.

Bu barədə Hesablama Palatasının ötənilki fəaliyyətinə dair hesabatında məlumat verilib. Sənəddə qeyd olunur ki, 2016-cı ildə ilin əvvəlinə nisbətən sonunda sığortaedənlərin Dövlət Sosial Müdafiə Fonduna borcu 21 milyon 612,2 min manat və ya 6,7 faiz artaraq 342 milyon 877,2 min manat təşkil edib.
FETÖ Ərdoğanın özəl şifrəli telefonunu 45 saniyədə necə dinləyib? - ŞOK DETALLAR2016-cı ilin 15 iyulunda Türkiyədə baş verən dövlət çevrilişinin şok detalları ortaya çıxıb.

Publika.az xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın istifadə etdiyi şifrələnmiş 4 mobil telefon dəfələrlə dinlənilib.

Dövlətin ali səviyyəli şəxslərinin telefonlarını qanunsuz şəkildə dinləməklə bağlı təşkil edilən məhkəmə prosesinin nəticələri artıq bəlli olub. Belə ki, Türkiyə Kommunikasiya Nazirliyinin keçmiş vitse-prezidenti Osman Nihat Şən ilə çevriliş əsnasında “Axıcı” bazasında olan FETÖ-nün imamı Harun Binişin də daxil olduğu 24 müttəhimin 10 il 6 ay ilə 68 il 3 ay arasında həbs cəzasına məhkum edilməsi təklif edilib.

İstintaq zamanı dövlətin ali səviyyəli məmurlarının telefonlarının dinlənilməsinin 16 sentyabr-31 dekabr 2013-cü aralığında baş verdiyi məlum olub.

TÜBİTAK hərbi sənaye şirkəti “MİLCEPK2" şifrəli telefonların necə dinlənilə biləcəyinə dair araşdırma aparıb. Araşdırma nəticəsində məlum olub ki, dövlətin ali səviyyəli şəxslərinin istifadə etdiyi telefonlarda iki zəif nöqtə var. Birincisi, cihazlara yüklənən sertifikatların bəlli olması, ikincisi isə telefonların bəlli bir sayda istehsal edilməməsidir. Şirkətin araşdırmasına görə, bu iki zəif nöqtə şifrəli danışıqların 45 saniyədə, çox az bir büdcə ilə dinlənilməsinə şərait yaradır.