Müəllimə yatan şagirdi belə oyatmağa çalışdı – VİDEO  ABŞ-da müəllimə ilə şagirdi arasında qəribə olay yaşanıb.

Müəllimə dərsdə yuxuya gedən şagirdi ən müxtəlif üsullarla oyatmağa çalışıb.

Müəllim öncə partanın üstünə çıxıb, daha sonra şagirdə təpik vurub, onun saçını yolub və qulaqlarını dartıb. Bu hadisə şagirdlərdən biri tərəfindən telefon vasitəsi ilə çəkilərək sosial şəbəkələrdə yayılıb. Müəllimə haqqında araşdırma başlayıb.

Qeyd edək ki, müəllimə 27 ildir həmin məktəbdə işləyir. (sputnik.az)
Gədəbəydə qayınata gəlininin qardaşını döyübGədəbəy rayonunda qohumlar arasında dava düşüb.

Report xəbər verir ki, rayonun 2002-ci il təvəllüdlü Maarif kənd sakini Sarıyev Elşən Ümid oğlu bacısının qayınatası tərəfindən döyülüb.

O, müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Mübahisənin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Müsəlmanlara şok: “Avroviziya” Qüdsdə keçiriləcəkİsrailin Baş naziri Benyamin Netanyahu müğənni Nette Barzilayı “Avroviziya”da qələbə qazanması münasibətilə təbrik edib və növbəti il müsabiqənin Qüdsdə keçiriləcəyini bildirib.

Axar.az xəbər verir ki, bu barədə Baş nazir Tvitter hesabında yazıb.

“Nette, sən İsrailə böyük uğur gətirdin. Gələn il – Qüdsdə!”, - Netanyahu bildirib.
Bilal Dündar: Azərbaycanın mənafeyini qorunmaq üçün əlimdən gələni əsirgəməyəcəyəmTürkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının gördüyü işlər bir vətən borcudur. Mən Azərbaycan əsilli bir Türkiyə vətəndaşı olaraq bundan sonra da Azərbaycanın mənafeyinin qorunması və dünyada tanıdılması üçün xidmətlərimi əsirgəməyəcəyəm.

Avrasiya.net xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar deyib. Federasiya sədri qeyd edib ki, 2000-ci ilin əvvəlindən rəhbərlik etdiyi qurum Azərbaycanla bağlı çoxsaylı tədbirlər həyata keçirib. 2010-cu ildə Kocaeli şəhərinin Qartəpə rayonunda ümummilli lider Heydər Əliyevin adına istirahət park salınıb, 2011-ci ildə həmin şəhərin Dərincə rayonunda dəniz kənarında Ulu Öndərin adını daşıyan mədəniyyət parkı açılıb. Həmin parklar Federasiyanın təşəbbüsü ilə yerli bələdiyyələr tərəfindən yaradılıb.

2012-ci ildə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası ümummilli lider Heydər Əliyev adına mədəniyyət evi və kitabxana istifadəyə verib. Eyni zamanda, mədəniyyət evinin nəzdində soyqırımı muzeyi də fəaliyyət göstərir. Türkiyə miqyasında ilk soyqırımı muzeyini indiyədək 200 mindən çox insan ziyarət edib. Muzeydə ermənilərin türk xalqına qarşı törətdikləri soyqırımına dair sənədlər və faktlar yer alır. Türkiyə vətəndaşları ilk dəfə Xocalı soyqırımı ilə bağlı məlumatları bu muzey vasitəsi ilə əldə ediblər. Bununla yanaşı, yerli və xarici televiziya kanalları muzeydən reportajlar hazırlayıb.

Federasiyanın gördüyü digər işlər barədə məlumat verən Bilal Dündar əlavə edib ki, 2015-ci ildə rəhbərlik etdiyi qurumla İzmit bələdiyyəsinin ortaq layihəsi əsasında şəhərin mərkəzində Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirən abidə ucaldılıb. Həmçinin Kocaeli şəhərinin Körfəz rayonunda, Sakarya şəhərinin Karasu rayonunda Xocalı abidələri qoyulub və Qarabağ prospektinin açılışı olub.

Bilal Dündarın sözlərinə görə, Federasiya sosial layihələr də reallaşdırır. Belə ki, Azərbaycandan Türkiyəyə müalicə üçün gələn xəstələr Federasiya tərəfindən qarşılanıb klinikda yerləşdirilir. Habelə Kocaeli və Sakarya universitetlərində təhsil alan 55 tələbə üçün müxtəlif şirkətlər tərəfindən təqaüdlər verilməsi təşkil olunub.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlər nəzərdə tutub. Türkiyədən 30 şəhid və müharibə veteranı ailələrinin uşaqları Azərbaycana, buradan da eyni kateqoriyaya aid yeniyetmələr Türkiyəyə aparılacaq. Həmçinin Orta Doğu, Kocaeli və Sakarya universitetlərində geniş elmi konfranslar keçiriləcək.
Deputatlar Gürcüstanda Azərbaycan icması ilə görüş keçiribMilli Məclisin deputat qrupunun Gürcüstana səfəri başlayıb.

Avrasiya.net Apa-ya istinadən xəbər verir ki, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşovun başçılıq etdiyi deputat qrupu azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda yerli icma ilə görüş keçirib.

Görüşdə Azərbaycan icmasını təhsil və digər sahələrdə narahat edən məsələlər barədə müzakirə aparılıb.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan parlamentinin deputatları Ruslan Hacıyev, Tamaz Naveriani və digər rəsmi şəxslər də görüşdə iştirak edib.

Qeyd edək ki, azərbaycanlı deputatlar Gürcüstana səfər çərçivəsində bir sıra rəsmi görüşlər keçirəcək.
Bakıda vəzifəli şəxsin otağından 500 min manat oğurlayanların FİLM KİMİ ƏMƏLLƏRİBakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda ittiham olunan Abşeron rayonu, Hökməli qəsəbə sakinləri – 37 yaşlı Turab Nağıyev, 38 yaşlı Şahmar Nağıyev və 30 yaşlı Altay Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, adıçəkilən şəxslər Pərviz Quliyevin öz dostları ilə birgə "Odlar Yurdu” Universitetinin prorektoru M.Vəliyevin iş otağından külli miqdarda pul oğurladığını öyrəniblər. Həmin pulları ələ keçirmək məqsədilə Pərviz Quliyevə (Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib - red.) zəng vuraraq, prorektorun seyfininin yağmalanmasından xəbərdar olduqlarını bildiriblər. Əgər onların payını çatdırmazsa, pulları bölməzsə, bu haqda polisə məlumat verəcəkləri ilə hədələyiblər. P.Quliyev tələbləri rədd etdikdə isə bir neçə dəfə onun yaşadığı evə gedərək ailə üzvlərinə "Pərvizə deyin, yanıma gəlsin, yoxsa evinizi yandıracağam, sizi yaşamağa qoymayacağam” deməklə hədələyiblər.

Ötən il martın 13-də Nağıyev qardaşları Pərvizin Novxanı qəsəbəsindəki "Qızılqum” kafesində olduğunu öyrənib oraya yollanıblar. Kafedən çıxan Pərvizin qarşısını kəsib onu zorla Altay Əliyevin idarə etdiyi avtomobilə oturdublar, Hökməli qəsəbəsinə aparıb orada döyüblər, əldə etdiyi pulu onlarla bölməsini tələb ediblər. Üç gün qəsəbədə saxlayıblar, nəhayət, P.Quliyevdən 18 min manat qopara biliblər.

Təqsirləndirilən Şahmar Nağıyev ona elan olunmuş ittihamlarla razılaşmayıb. O, ifadəsində Pərvizlə əvvəllər qonşu olduqlarını, aralarında ədavət, düşmənçilik olmadığını göstərib: "Məhəlləyə gələn polislərdən Pərvizin bacısı oğlu Həzrətin (Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib - red.) bir neçə nəfərlə birgə Nərimanov ərazisində oğurluq etdiklərini eşitmişdim. Amma nə qədər pul oğurladıqlarını, Pərvizin harada olmasını və Turabla aralarındakı söhbətlərdən xəbərim olmayıb. Pərvizi döyməmişəm, ona xəsarət yetirməmişəm, pul tələb etməmişəm. Turabla Altayın onu döymələrindən, pul tələb etmələrindən xəbərim olmayıb, görməmişəm”.

Təqsirləndirilən Altay Əliyev ona qarşı irəli sürülən ittihamlarla özünü təqsirli bilməyib. O, ifadəsində Pərvizin bir neçə ildir ki, Hökməli qəsəbəsinə köçdüyünü, aralarında normal münasibət olduğunu göstərib:”Şahmar Nağıyev bacımın həyat yoldaşıdır. Pərvizgilin oğurluqları haqda eşitmişsəm də, harada olduğunu bilməmişəm. Pərvizi oğurlamamışam, döyməmişəm, heç bir söhbətdən xəbərim yoxdur”.

Təqsirləndirilən Turab Nağıyev də eyni məzmunlu ifadə verib və Pərvizi oğrlanmasında və yaxud döyülməsində əli olmadığını göstərib.

Zərərçəkmiş Pərviz Quliyev ifadəsində göstərib ki, 9 yanvar 2016-cı ildə Vüqar Vəliyev, Həzrət Məmmədov və Ramil Abbasovla birgə "Orlar Yurdu” Universitetindən 500 min manata yaxın pul oğurluğu faktına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib, hazırda 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. "Məşədi Turab” kimi tanınan Turab Nağıyevlə münasibəti həmişə yaxşı olub. Hətta bir ara Hökməli qəsəbəsində Turaba məxsus çayxananı icarəyə götürüb işlədib.

P.Quliyevin ifadəsinə görə, sözügedən oğurluq hadisəsini törətdikdən sonra Ramil və Həzrətlə birlikdə gizlənmək üçün Qax rayonuna gedib istirahət mərkəzlərinin birində qalıblar. Bir neçə gün sonra Həzrətin dayısı "Məşədi Turab”zəng vurub polislərin onları axtardıqlarını söyləyib. "Siz universitetdən yarım milyon pul aparmısınız, mən polislərin qabağına çıxmışam, onlara qonaqlıq vermişəm, bu məsələni həll etməliyəm, ona görə toplaşıb mənə də pul verməlisiniz”, - deyib. Həzrət dayısının sözlərini dostlarına çatdırsa da, öz aralarında Turaba bir manat da verməmək qərarına gəliblər. Bundan sonra Bakıya geri qayıdıblar: "Həzrətgildən ayrılıb Masazıra getdim. Müvəqqəti gizlənmək üçün orada kirayə ev tutdum, Həzrətlə də, Ramillə də əlaqəni kəsdim. Oğurluqdan əldə etdiyim pulla özümə 40 min manata kreditlə ikiotaqlı mənzil alıb təmir etdirməyə başladım”.

Bir qədər keçdikdən sonra P.Quliyev onunla birgə cinayət törədənlərin yaxalandıqlarını eşidib və müxtəlif ünvanlarda gizlənib. Gizli nömrədən ailə üzvləri ilə əlaqə saxladıqda anası ona "Məşədi Turab”ın qorxusundan evdən çölə çıxa bilmədiklərini deyib: "Anam dedi ki, "Məşədi Turab” gecə-gündüz evimizə gəlib bizi hədələyir, sənin yerini soruşur, deyir Pərvizə çatdırın ki, mütləq mənə pul versin, yoxsa evinizi yandıracağam, sizi yaşamağa qoymayacağam. Turabın məndən pul tələb etdiyini başa düşüb ondan da gizlənməyə başladım. 13 mart 2016-cı ildə "Qızılqum” kafesində oturub çay işərkən qəflətən Turab içəri girib "dur gedək, səninlə işim var” dedi. Heç nə deməyib onunla getdim. Çöldə Turabın qaynı Altay maşınla dayanmışdı. Turabla Altay məni zorla maşına mindirdilər”.

P.Quliyev ifadəsində göstərib ki, onu Turaba məxsus çayxanaya gətirib üç gün əli-qolu bağlı vəziyyətdə saxlayıblar, döyüb-incidiblər, mobil telefonunu sındırıblar, seyfin oğurlanması zamanı payına düşən pulu onlara verməyi tələb ediblər: "Bir qədər sonra Turabın qardaşı Şahmar da gəldi. Yenidən məni döyməyə başladılar, pulu harada gizlətdiyimi soruşdular. Dedim pulu xərcləmişəm, özümə ev almışam. Artıq əzablara dözməyib, məcbur olub Turabın telefonu ilə tanış maklerə zəng vurdum, çətin vəziyyətə düşdüyümü dedim, evi ucuz qiymətə satmağını xahiş etdim. Üç gün ərzində makler evi 15 min manata və 2 maşına satdı. Pulu tanışım Raminin vasitəsilə Hökməlidəki beton yolun kənarına gətirib mənə verildi. Həmin yerə Altayın maşını ilə getdik. Turab maşından düşüb kənarda mənə nazarət etdi. Pulu götürüb hamısını Turaba verdim. Bundan sonra məni azadlığa buraxdılar. Turabgil üç gün məni çayxanada əl-qolu bağlı vəziyyətdə saxladılar. Makler zəng vurub evi tezliklə satıb pulu gətirəcəyini deyənə qədər döydülər”.

Məhkəmə prosesində isə P.Quliyev təqsirləndirilən şəxslərin onu oğurlamadıqlarını, ittihamda yazılanların doğru olmadığını deyib.

Məhkəmənin hökmü ilə Turab Nağıyev 11 il, Altay Əliyev 10 il, Şahmar Nağıyev isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Onların barəsindəki polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs olunublar.
Türkiyədə prezidentlik uğrunda 6 namizəd yarışacaq - SİYAHITürkiyədə gələn ay – 24 iyun 2018-ci il tarixində keçiriləcək prezident seçkilərində iştirak edən namizədlərin yekun siyahısı təsdiqlənib.

Siyahını seçkilərə nəzarət edən Yüksək Seçim Kurulu (YSK) açıqlayıb.

Beləliklə, prezidentlik uğrunda yarış 6 namizəd arasında gedəcək. Bunlar əlifba sırası ilə aşağıdakılardır.

Doğu Perinçek – Vətən Partiyasının namizədi, partiya başqanı;

Meral Akşener - İYİ Partiyanın namizədi, partiyanın başqanı;

Muharrem İnce – Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi, Yalovadan millət vəkili;

Rəcəb Tayyip Ərdoğan - Hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyətçi Hərəkat Partiyasının (MHP) vahid namizədi, hazırki prezident;

Selahattin Demirtaş - Xalqların Demokratik Partiyasının ( HDP) namizədi, İstanbuldan millət vəkili

Temel Karamollaoğlu – Səadət Partiyasının namizədi, partiya başqanı;

Türkiyədə prezident və parlament seçkiləri 24 iyunda keçiriləcək.

Seçkilər iqtidar və müxalifət üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, seçkilərdən sonra Türkiyə parlament sistemindən prezident sisteminə keçəcək.
Azərbaycan futbolu ilə bağlı biabırçı statistika — 4 oyuna nə qədər adam gəlib?Azərbaycan Premyer Liqasının 27-ci turu üçün azarkeş sayı bəlli olub.

“Ölkə.Az” xəbər verir ki, turda ən yüksək göstərici “İnter Arena”da qeydə alınıb. Cəmi 2000 tamaşaçı “Keşlə”nin çempion “Qarabağ”ı darmadağın (3:0) etdiyi matçın canlı şahidi olub.

Ən aşağı göstərici isə Mərdəkanda, “Dalğa Arena”da qeydə alınıb. Burda keçirilmiş “Neftçi” - “Səbail” qarşılaşmasını (3:1) cəmi 500 azarkeş izləyib.
Digər oyunlardan Sumqayıtda keçirilmiş “Sumqayıt” - “Qəbələ” matçında (0:2) 1300, Zirə İdman Kompleksinin stadionunda baş tutmuş “Zirə” - “Kəpəz” oyununda (2:1) isə 1110 azarkeş qeydə alınıb.

Ümumilikdə, turun 4 oyununu 4910 tamaşaçı izləyib ki, bu da, hər oyuna orta hesabla 1227 nəfər deməkdir.
Azərbaycan Qüdsə getməməlidir - PolitoloqMəhəmməd Əsədullazadə
politoloq

Gələn il Eurovision mahnı müsabiqəsi İsraildə keçiriləcək. Baş nazir Binyamin Netanyahu yarışln Qüdsdə keçiriləcəyini qeyd edib.

Qüdsü İsrailin paytaxtı kimi tanınması istiqamətində ABŞ-ın verdiyi qərarla üst-üstə düşən bu proses planlaşdırılan və siyasi qərardı. Qüdsə Türkiyənin və bu şəhəri paytaxt kimi tanımayan bəzi iştirakçı ölkələrin yarışmaçı göndərməsi gözlənilmir. Azərbaycanın isə, gələn il Qüdsdə təşkil olunacaq yarışmaya qatılmasi, İslam dünyasında birmənalı qarşılanmaz.

Əgər, Təl-Əvivdə bu yarış keçirilsəydi qatılmaq olardı. Amma, Qüds məsələsi problemlidir və Azərbaycan Eurovision-un Qüdsdə müsabiqəsində iştirak etməməlidir.

İsrail Azərbaycanla əsas tərəfdaş və dost ölkədir. Bir sıra sahələrdə strateji müttəfiq və partniordu. Buna baxmayaraq, rəsmi Təl-Əviv Azərbaycanın qərarını anlayışla qarşılamalıdır.