Nişanlısının özündən 13 yaş böyük olduğunu öyrənən 16 yaşlı qız evdən qaçıb - VİDEOSabirabadda 16 yaşlı qız evdən qaçıb və hələ də ondan bir xəbər yoxdur.

Avrasiya.net xezerxeber.az-a istinadən bildirir ki, hadisə Sabirabad rayonunun Qalağayın kəndində baş verib.

Qızın anası Fərəh Ruhullayeva bildirir ki, 16 yaşlı Əfruzə Zeynalova əmisigilə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.
Anasının sözlərinə görə, Əfruzə öz razılığı ilə nişanlanıb. Əvvəlcə ona deyiblər ki, nişanlısının 25 yaşı var. Amma o, nişanlısının ad günündə tortun üzərindəki 29 rəqəmini gördükdə həqiqəti bilib və həmin şəxslə münasibətlərə son qoymaq qərarına gəlib. Anası onu fikrindən daşındırmaq istəsə də, buna nail ola bilməyib. Evdə aralarında soyuqluq da məhz bu məsələdən sonra yaranıb.

Fərəh Ruhullayeva qızının ən qısa zamanda evə qayıtmasını istəyir.

Qeyd edək ki, 16 yaşlı Əfruzə Zeynalova Sabirabadın Qalağayın 1 saylı orta məktəbin 10-cu sinif şagirdidir. Ailə, qızın tapılması üçün polisə müraciət edib.
Üç icra hakimiyyətində maliyyə pozuntuları aşkarlanıb Azərbaycanın Mingəçevir şəhər, Lənkəran və İsmayıllı rayon icra hakimiyyətlərində maliyyə nöqsanları aşkarlanıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti üzrə hesabatında bildirilir.

Ötən il aparılan yoxlamalar nəticəsində Mingəçevir şəhər İcra Hakimiyyətində tikinti xərcləri üzrə 13339,9, satınalmalar üzrə 5933, digər xərclər üzrə 126344,2 olmaqla, ümumilikdə 145617,1 manat maliyyə yayınması halı aşkarlanıb.

Yoxlamalardan sonra görüləm tədbirlər nəticəsində vəsait bərpa olunub.

Lənkəran şəhər İcra Hakimiyyətində tikinti xərcləri üzrə 99366,2 manat maliyyə yayınması halı aşkarlanıb və yoxlamadan sonra vəsait dövlət büdcəsinə qaytarılıb.
Xarici “demokratiyalara” xidmət edən satqınlarAvrasiya.net Media.Az-a istinadən xarici “demokratiyaların” maraqları naminə çalışanlar haqqında məqaləni təqdim edir.

Son illər ən müxtəlif səviyyələrdə ölkə hüdudlarından kənarda fəaliyyət göstərən anti-Azərbaycan elementləri haqqında danışılıb. Lakin belə adamlardan Azərbaycanın özündə də az deyil.

Qərbdən demokratiyanın yoxluğu və insan hüquqlarına əməl olunmaması haqqında zaman-zaman Azərbaycanın ünvanına səslənən ittihamların fonunda, bu fəallar tamamilə əks məqsədləri güdərək, qeyri-iradi şəkildə Azərbaycana həmin iddiaların əsassız olduğunu sübut etməkdə yardımçı olurlar.

Məsələn, artıq 8 ildir ki, Azərbaycanda “Obyektiv TV” internet-kanalı fəaliyyət göstərir. Lakin kanal öz “obyektiv” adına rəğmən, ictimaiyyəti qeyri-obyektiv məlumatlarla aldadır. Telekanal müntəzəm olaraq kütlələrə guya jurnalist hüquqlarına əməl olunmaması, ifadə azadlığının pozulması, qanunun aliliyinin təmin edilməməsi ilə bağlı yalan məlumatlar ötürür. Bundan başqa, publikaya toplaşma azadlığı, gender bərabərliyinin pozulduğu barədə fikirlər də çatdırılır.

Bir sözlə, telekanal ölkəmiz ətrafında xoşagəlməz imicin formalaşması üçün əlindən gələni edir, ciddi səy göstərir.

Bu zaman hədəf isə təkcə Azərbaycan hakimiyyəti və dövləti yox, həm də xarici hökumətlərin ölkəmizdəki səfirlikləri olur.

Bu günlərdə “Oybektiv TV”nin iki əməkdaşı – Azər Kazımzadə və Eltac Mirzəyev həmin kanalla əməkdaşlığı dayandırıblar. Səbəb olaraq, az maaş göstərilir. Kənardan görünə bilərdi ki, maliyyə çətinlikləri öz vətənlərinin ləkələnməsi üzrə aparılan şərəfsiz və miskin fəaliyyətin başa çatmasına səbəb ola bilər. Lakin reallıqda hər şey tam əksinədir.
Belə ki, “Obyektiv TV”dən getmiş Kazımzadə Facebook hesabında öz dostlarını və izləyənləri şəxsi telekanalını yaradacağı barədə məlumatlandırıb. Yəni, güman etmək olar ki, təxribatlar yeni qüvvə ilə davam edəcək.

“Həqiqət” çarçısı şirması altında gizlənən Kazımzadə və dostları əslində şəxsi maraqlarını güdür, və bu yolda dövlətlərinin maraqlarını tapdalayaraq, həmin faydanı əldə etmək üçün ən çirkin mənbələrə baş vurmaqdan belə çəkinmirlər. Belə adamlara xaindən, satqından başqa ad vermək mümkün deyil.

Burada Kazımzadənin tərcümeyi-halından bəzi məqamları qeyd etmək yerinə düşərdi ki, onun və onun kimilərin motivlərini hər kəs anlasın.

Azər Kazımzadənin separatçılarla sıx əlaqələri var. Uzun müddət “Talışi Sado” qəzetinin əməkdaşı olub. Bu qəzetin fəaliyyəti haqqında maraqlı fakt - 2017-ci ildə Kazımzadənin “Talışi Sado”dakı həmkarlarından biri olan Şahin Mirzəli Ermənistandan “müvəqqəti sığınacaq” aldı. Hətta məşhur orduxanlar və turalların belə atmadığı (Orduxan Teymurxan və Tural Sadıqlı – Azərbaycan hakimiyyətinə qarşı “mühacirət müxalifətinin” nümayəndələri – red.) miskin addım.

Əslində isə Azər həyatının 26 ilində həyatın hər bir üzünü görüb. 2013-cü ildə polis tərəfindən qanunsuz etiraz aksiyasında iştirakına görə saxlanılıb və 400 manat cərimələnib, 2017-ci ildə təkrar saxlanılıb.

“Obyektiv TV”də Kazımzadə “Günün nəbzi” həvəskar verilişinin aparıcısıdır, Facebook-da isə hökumətə qarşı yönəlmiş “Sancaq” səhifəsinin administratoru kimi çıxış edir.

Separatçıların, istənilən növ separatçıların pullarına satılmış bu şəxslər xalqı hökumətə qarşı qaldırmaq istəyirdilər. Lakin seçkilərin vaxtının dəyişdirilməsi onların planlarını tarmar etdi, satqınlar sadəcə insanları Azərbaycan dövlətinin dayaqlarına qarşı yönəlmiş çirkin ideyaları ilə zəhərləyə bilmədilər. Onların məqsədi isə xalqın xoşbəxtliyi yox, xaricdəki ağalarından aldıqları hər bir qəpiyin əvəzini ödəməkdir.
Enerji içkilərinin daha bir zərəri aşkarlandı"Gün ərzində 170-dən çox uşaq diş çürüməsi problemi ilə diş poliklinikalarına müraciət edir".

Medicina.az bildirir ki, bu barədə İngiltərənin "The British Dental Association"dan məlumat verilib. Məlumatda bunun başlıca səbəbi enerji içkiləri göstərilib.

Belə ki, enerji içkilərinin tərkibindəki kimyəvi maddə və şəkər azyaşlılarda dişlərin sürətlə çürüməsinə səbəb olur.

BDA-nın rəhbəri Mick Armstrong bildirib ki, bir enerji içkisinin tərkibində təxminən 20 qaşıq şəkər var ki, bu da koka kolanın tərkibində olan şəkərdən də çoxdur.
İcra başçısının Qarabağ əlilinin qanını tökən qoçularının görüntüləri - VİDEOAbşeron rayonunun Fatmayı qəsəbəsində Qarabağ müharibəsi veteranını pul vermədiyi üçün döyüb qanına qəltan edən qoçulardan birinin kimliyi məlumdur. Ötən gün qoçular tərəfindən döyülən və üzləşdiyi qanunsuzluğa etiraz olaraq tikdiyi evə od vurub yandıran Fuad Əkbərov həmin şəxslərdən birinin mobil telefonla çəkilmiş fotosunu redaksiyamıza təqdim edib.

Əkbərov virtualaz.org-a açıqlamasında deyib ki, hadisə gözlənilmədən baş verib. “Mən 2014-cü ildən o evdə yaşayırdım, bütün sənədlərim də qaydasında idi, o cümlədən evin “kupça”sı da var. Qəfildən baxdım ki, evin qabağında ekskovator dayandı və bir dəstə mülki geyimli üstümə hücum çəkdi. Dedilər ya pul ver, ya evini sökürük. Dedim pul verməyəcəm, əvvəla rüşvət verməyə pulum yoxdur, ikincisi mən bu evi qanuni tikmişəm, bütün sənədlərim də var. Sənədlərə filana məhəl qoymadılar. Məni 3 uşağımın gözü qarşısında döyüb bu hala saldılar”, - Fuad Əkbərov deyir.

Əkbərov onu döyən qoçuların hamısını tanıdığını deyir, dediyinə görə yaxınlıqdakılar şəkillərini də çəkiblər. O, başına gələnlərə etiraz olaraq özünü öldürmək istəyib, imkan verməyiblər, amma evə od vurmağa imkan tapıb. Xəstəxanaya müraciət edən Əkbərovda orta ağır xəsarətlər qeydə alınıb.

Xatırladaq ki, prokurorluq baş verənlərə görə Əkbərovun özünə qarşı cinayət işi açıb.
İcra başçısının Qarabağ əlilinin qanını tökən qoçularının görüntüləri - VİDEO

* * *17:03

Bu günlərdə Abşeron rayonunda Qarabağ müharibəsi əlili Fuad Əkbərov rayonun İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın özbaşınalığına etiraz əlaməti olaraq öz evini yandırıb. Virtualaz.org xəbər verir ki, bu barədə Fuad Əkbərov YouTube videohostinqində yerləşdirdiyi müraciətində bildirib.

”Başda Baba adlı şəxs olmaqla polisin gözləri qarşısında məni bu hala saldılar. Bu ona görə baş verdi ki, razılaşmalısan. Əlimdə dövlətin verdiyi kupça var, amma pul tələb edirlər. Onlara əhəmiyyət vermədim deyə məni döyüb evi dağıtdılar. Etirazımı necə edə bilərəm? Bu, mənim mənzilimdi, bunu benzin tökərək yandıra bilərəm. Mən 214 manat pensiya alıram. Bunu necə sizə verə bilərəm. Amma İradə Gülməmmədovanın qocuları istəyir”, - bunu dedikdən sonra Fuad Əkbərov evini yandırıb.

Abşeron Rayon İcra Hakimiyyətindən bu gün bildirildiyinə görə, rayonda evin yandırılması ilə bağlı cinayət işi başlanıb.

Məlumatda qeyd edilir ki, bu il mayın 11-də Abşeron rayonu, Mehdiabad qəsəbə sakini, 1976-cı il təvəllüdlü Əkbərov Fuad Mübariz oğlu rayonun Fatmai kəndi ərazisində yerləşən və içərisində yaşayış olmayan bir mərtəbəli yeni tikilini qabaqcadan hazırlanmış və təxribat, təhdid xarakteri daşıyan video çəkmək məqsədi ilə yandırıb: “Qeyd etmək istərdik ki, Fuad Ələkbərov Fatmai kəndi ərazisində əmlak alqı-satqısı ilə məşğul olur. Abşeron Rayon İcra Hakimiyyətinin işçiləri Fuad Ələkbərovun məlum videoda iddia etdiyi kimi söküntü işləri aparmır və ondan hər hansı bir vəsait tələb olunmayıb. Üstəlik, ona qarşı hər hansı bir fiziki təzyiq göstərilməyib. Fuad Ələkbərov özünün bizə məlum olmayan məqsədləri üçün əvvəlcədən planlaşdırıb, hazırladığı ssenari üzrə addım ataraq internet televiziyasının nümayəndəsini tikilməkdə olan sözügedən mənzilə çağırıb və xüsusi hazırlanmış nitqi ilə video çəkiliş aparıb”.

Hazırda Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb və istintaq aparılır.
Bakı 2 saylı texniki-hümanitar elmlər liseyi Cocuqmərcanlı kənd məktəbi ilə birgə onlayn dərs keçirilibMay ayının 10 da H.Mahmudbəyov adına 2 nömrəli texniki-hümanitar elmlər liseyində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Cəbrayil rayonu şəhid Novruz Aslanov adına Cocuqmərcanlı kənd tam orta məktəbi ilə birgə onlayn-dərs həyata keçirildi.

Onu da nəzərinizə çatdıraq ki, bu təşəbbüs lisey tarixində bir ilkdir və təşəbbüs liseyin yeni teyinatlı direktor müavini Nuranə Şıxəliyevanindir. 2017-2018-ci tədris ilinin "Təhsildə keyfiyyət ili" olduğunu nəzərə alaraq bu dərsin əhəmiyyəti barədə onu qeyd etmək istərdik ki, şagirdlərdə əməkdaşlığı,digər bölgələrdə yaşayan şagirdlərlə dostluq əlaqələrini inkişaf etdirmək bu dərsin əsas qayələrindən biridir. Şagirdlərin məhz cəbhə bölgəsində ermənilərin tapdağı altından aprel döyüşləri nəticəsində azad edilən və möhtərəm prezidentimiz İlham Əliyevin tapşırığı ilə yenidən bərpa olunaraq sakinlərinə qaytarılan Cocuq Mərcanlı kəndinin orta məktəbi ilə bağlantı yaratmaq onların tək olmadığına, onlara daim dəstək olduğumuzu bildirir.

Layihəni bir təşəbbüs olaraq irəli sürən liseyin təlim-tədris işləri üzrə direktor müavini Nuranə Şıxəliyeva sonda öz nitqində sagirdlərin hər birinin qəlbində vətənə, torpağa, dövlətə məhəbbət, Ulu Öndərə ehtiram hissinin nə qədər yüksək olduğunu bir daha vurğulamışdır. Ulu öndərimiz qurub yatatdığı banisi olduğu müasir Azərbaycan günü gündən güclənir. Müəllimlər tərəfindən yetişdirilən gələcəyimiz olan gənclərimiz Sizin ideyalara sadiqdiqdir və sadiq olaraq da qalacaqdir. Ulu Öndərimizin pak ruhu daim gənclərə sonməz günəş şəfəqi olaraq bir ümid cırağıdır.
Bakı 2 saylı texniki-hümanitar elmlər liseyi Cocuqmərcanlı kənd məktəbi ilə birgə onlayn dərs keçirilib
Cocuq Mərcanlı tam orta kənd məktəbinin direktoru Zamin Həziyev sonda təşəkkür edərək belə bir layihədə məhz onların məktəbinin seçilməsinə görə lisey rəhbərliyi Bəkir Mustafayeva, Nuranə Şıxəliyevaya öz dərin təşəkkürünü bildirdi.

Ulu Öndərin həyat və fəaliyyətini hərtərəfli, geniş əks etdirən bu dolğun dərsi ərsəyə gətirən liseyin Azərbaycan dili müəllimi Ellada Həziyevaya bu işi məktəb müdriyyəti tərəfindən yüksək səviyyədə qiymətləndirildi.

Ümid edirik ki, gələcəkdə də bu tipli dərslər mütəmadi keçiriləcək və bu da şagirdlərin vətənpərvər ruhunda yetişməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq.
Stalinin arvadının intiharının ŞOK SƏBƏBLƏRİBəzən düşünürük ki, cəmiyyətdə yüksək zümrəyə sahib olan həyat yoldaşı, milyonların arzuladığı şan-şöhrət, maddi durum qadın üçün xoşbəxtliyin sığortasıdır. Lakin təəssüf ki, təcrübə əksini sübut edir. Acı taleyi, müəmmalı intiharı ilə hələ də haqqında söz-söhbətlər səngiməyən lider xanımlarından biri də İosif Stalinin həyat yoldaşı Nadejda Alliluyevadır.

Publika.az xəbər verir ki, Nadejda 38 yaşlı İosif Stalinlə ailə quranda cəmi 16 yaşı vardı. Birgə yaşadıqları müddətdə davaların da ardı-arası kəsilmək bilmirdi. Nadejda həyat yoldaşını dəlicəsinə qısqanır, aktrisa və müğənni qadınlarla eşq macəralarından şübhələnirdi.

Cütlüyün ən səs-küylü savaşı inqilabın 15 illik yubileyi zamanı Varaşılovun evində baş tutur və Nadejda İosifi tərk edir. 1932-ci il noyabrın 9-da bəxtsiz qadın özünə odlu silahdan atəş açaraq intihar edir.

İndiyədək Nadejda Stalinanın intiharı ilə bağlı üç versiya var. Bəziləri onun uzun illər dəhşətli baş ağrılarından əziyyət çəkdiyini bldirir və ölümün səbəbini də bununla əlaqələndirilər. Digər versiyalar isə qısqanclıq və qəddar ərin işgəncələridir.

Ən dəhşətlisi isə Nadejdaya qarşı süi-qəsd gerçəkləşdiyi haqda bugünədək susmayan şaiələrdir.
Azərbaycanlılara qarşı seçki saxtakarlığı - SalihiTürkmənlərin çox olduğu bölgələrdə elektron cihazların fəaliyyəti bir neçə saat dayandırıldı.

Bu sözləri İraq Türkmanları Cəbhəsinin lideri Ərşad Salihi İraqda keçirilən seçkilər haqda Axar.az-a danışarkən deyib.

Onun sözlərinə görə, elektron sistemin köməkliyi ilə reallaşdırılan seçkidə saxtakarlıq müşahidə olunub:
"Türkmanların səs verdiyi seçki məntəqələrində iki-üç saat cihazlar fəalliyyətini dayandırdı. Doğrusu, belə bir təxribatı gözləmirdik".

Seçicilərin fəallığı haqda danışan türkman lider vətəndaşların zəif iştirakını da vurğulayıb;

"Təkcə türkmanlar arasında deyil, ümumilikdə İraq ərazisində seçici fəallığı zəifdir. Amma istənilən halda dəqiq bir söz demək çətindir. Nəticələri gözləyirik".

Qeyd edək ki, bu gün İraqda parlament seçkisi keçirilir. İraq Türkmanları Cəbhəsi 10 yer uğrunda mübarizə aparır.
Üzərində “La ilahə illallah” yazılmış pivə satışa çıxarıldı – FOTO
Ramazan ayına bir neçə gün qalmış satışa çıxarılmış pivələr müsəlmanların etirazına səbəb olub.

“Privatbrauerei Eichbaum GmbH & Co. KG” adlı alman firması “Ureich” markalı pivə şüşələrinin üzərinə “La İlahe İllallah va Muhammadun Rasululallah” yazdırıb. Satışa çıxarılan pivələr xüsusilə Almaniyada yaşayan türklərin narazılığına səbəb olub.

Minval.İnfo xəbər verir ki, müsəlmanlar bu pivələrin tezliklə bazardan yığışdırılmasını və şirkətin üzr istəməsini tələb edirlər. Şirkət məsələyə münasibət bildirib.

Şirkətdən deyilib ki, bunun səbəbi Rusiyada keçiriləcək Dünya Çempionatı ilə bağlıdır: “Çempionatla bağlı məhdud sayda pivə istehsal edilib. Bu pivələrin qapaq hissəsi ölkələrin bayraqları əsasında dizayn edilib. Səudiyyə Ərəbistanı bayrağında yazılan “La ilahə illallah” sözü diqqətdən qaçıb, nəzərə alınmayıb. İslam dininə qarşı hər hansı bir qərəzli addımımız ola bilməz”.

Səudiyyə Ərəbistanı bayrağı – İslamı tərənnüm edən yaşıl parçanın üzərində “La İlahe İllallah va Muhammadun Rasululallah” ifadəsi yazılıb. Ağ rəngdə olan əyri qılınc şəkli isə ölkənin əsasını qoyan Abdullah Əziz ibn Saudun qələbəsini tərənnüm edir. Parametrləri 2:3 nisbətindədir.
Azərbaycanlı qanqster Lotu Quli Türkiyəni tərk etdiAzərbaycanın ən nüfuzlu “qanuni oğru”su, həm də “Quli” kimi tanınan Nadir Səlifov ötən ilin payızında Azərbaycanda həbsdən azad olduqdan dərhal sonra öz briqadası ilə yerləşdiyi Türkiyəni təırk edib.

Virtualaz.org bildirir ki, “Rosbalt” agentliyinin öz mənbələrinə istinadla verdiyi məlumata əsasən, Nadir Səlifov İstanbuldan BƏƏ-yə uçub və yaxın zamanlarda orada olacaq. “Qanuni oğru”nun özünün dediyinə görə, o, Birləşmiş Ərəb Əmirliklərinə “sadəcə olaraq dincəlmək” və fəaliyyəti üçün yeni əhatə dairələrini öyrənmək məqsədilə gəlib.

Xatırladaq ki, bundan bir qədər öncə Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən “qanuni oğru”nun beynəlxalq axtarışa verildiyi bildirilmişdi. Buna səbəb isə Moskvanın Presnya rayon məhkəməsinin və Samaranın rayon məhkəməsinin onun barəsində adam oğurluğu və pul tələb etmə maddələri ilə qiyabi həbs qərarı vermələridir. “Rosbalt” yazır ki, bunun əsasında Rusiya digər ölkələrdən onun ekstradisiya edilməsini tələb edə bilər. Mənbə qeyd edir ki, Səlifovun beynəlxalq axtarışa verilməsi barədə sənədlər hələ İnterpola daxil olmayıb.

Agentlik qeyd edir ki, kriminal dünyada Səlifovun köçməsinin aprel ayının əvvəllərində Antalyada “qanuni oğru” Qayoz Zviadadzenin (Giya Kutaisski) qətlə yetirilməsinin Türkiyə polisi tərəfindən araşdırılması ilə bağlı ola biləcəyi ilə əlaqədar qızğın müzakirələr gedir.

“Rosbalt” yazır ki, əsas versiyalardan birinə görə, Zviadadzenin qətlinin sifarişçisi kimi Səlifovun adı göstərilir. Belə ki, ölümündən bir qədər əvvəl “oğru” ənənələrinin qısqanc mühafizəçisi olmuş Zviadadze Səlifovla onun əhatəsindəki bəzi “qanuni oğru”ların statusunu müzakirə etmişdi və bu, azərbaycanlı “qanuni oğru”ya xoş gəlməyə bilərdi.

“Rosbalt”ın mənbələri iddia edirlər ki, hazırda Türkiyə polisində operativ məlumat mövcuddur ki, həmin məlumata əsasən, Qulinin Giya Kutaisskinin aradan götürülməsində əli ola bilər.

Nadir Səlifov Azərbaycanda 22 illik həbsdən oktyabrın sonlarında çıxıb. Həmin vaxtdan o, İstanbulda şəxsi mülkündə yaşayıb və briqadasının formalaşdırılması, Rusiyada və keçmiş SSRİ-nin digər ölkələrində onun nəzarəti altında olan mütəşəkkil cinayətkar qruplara buradan rəhbərlik etməklə məşğul olub.

Qulinin emissarları (aralarında onun doğma qardaşı, həmçinin “qanuni oğru” olan Namiq Səlifov da var) xüsusilə Ukraynada, Uralda, Peterburqda və Moskvada fəaldırlar. 2016-cı ildə öldürülmüş Rövşən Lənkəranskinin klanının miras kimi qəbul etdiyi Moskvanın topdansatış yaşıl bazarlarına, xüsusilə onlarln ən irisi olan Kaluqa şossesindəki “Fud Siti”yə nəzarət edilməsinə Quli iddialı olduğunu bildirib.