Zənci qızı öldürüb bacısını zorlayan Həsənov və Rəfiyevİstanbulun 2-ci Ağır Cinayətlər Məhkəməsi qətldə, zorlamada, qəsbdə, sağlamlığa xəsarət yetirməkdə ittiham olunan iki Azərbaycan vətəndaşının işi üzrə prosesi yekunlaşdırıb.

İstiPress Türkiyə mətbuatına istinadən xəbər verir ki, qonşu ölkəyə fəhləlik etmək üçün gedən iki Azərbaycan vətəndaşı - Kənan Rəfiyev və Sunay Həsənov 2016-cı ilin avqustunda İstanbulda fahişəliklə məşğul olan Uqanda vətəndaşları, əkiz bacılardan Violet Nanbatanı öldürdükləri, digəri Beatrice Babıryeni yaraladıqları üçün məhkəmə qarşısına çıxarılıblar. Hakim hər iki şəxsə ömürlük həbs cəzası istəyib.

Zərərçəkmiş Beatrice Babırye hadisədən sonra ölkədən deportasiya edildiyinə görə məhkəmədə iştirak edə bilməyib.

Həmçinin istintaqda qətl hadisəsinin bəzi detalları da ortaya çıxıb. Məhkəmədə çıxış edən hakim bildirib ki, şübhəli Kənan Rəfiyev Beatrice Babıryeye qarşı cinsi təcavüz edib, onu yaralayıb və telefonunu, 300 TL pulunu oğurlayıb. Sonra Violet Nantabaya hücum edərək onu döyüb, yerə yıxıb. Digər şübhəli Sunay Həsənova “susdur bunu” deyə əmr edib. Hakim qızlara qarşı ilk zorakılıq hərəkətinin K. Rəfiyevin törətdiyini, lakin etdiyi cinayəti ört-basdır etmək üçün dəlilləri aradan qaldırmağa çalışdığını bildirib.

S. Həsənov ifadəsində Violeti susdurmaq üçün əli ilə ağzını qapadığını, sonra sərinkeşin kabeli ilə onu boğduğunu bildirib.

Cinayəti törətdikdən sonra Azərbaycana gəlmək üçün avtobusa minən şübhəlilər Tokatda saxlanılaraq həbs olunublar.

Məhkəmə şübhəlilərin son söz demələri üçün prosesi təxirə salıb.
Əfsanəvi falçı barəsində şok iddia – Qadın alveri? – FOTO-VİDEOSpace Tv-də yayımlanan “Olar? Olmaz!” verilişində “əfsanəvi” falçı Ramil Talıbov haqqında daha bir şok iddia səslənib. İlk öncə verilişdə qızların bu məsələsini ictimailəşdirən saytın əməkdaşı açıqlama verib. Xalidə Gəray zorlandığını iddia edən qızların bir başa musavat.com saytına gəldiyini qeyd edərək bəzi iddialara son qoyub.

Daha sonra teleaparıcı Amil Xəlil qızların ona təqdim etdiyi və Ramil Talıbov tərəfindən yazıldığını vurğuladıqları kağız parçalarını oxutdurub. Qeyd edək ki, kağız parçasında ərəbcə yazılmış cümlələr yer alıb. Yazıları oxuyan Ağa Hacıbəyli inanılmaz faktların üstünü açıb: “Burada cinlərdən kömək istənilir…”

Ardınca səslənən iddialara falçı Ramil Talıbov birbaşa cavab verib. O, hətta 1 həftə öncə “Olar? Olmaz!” verilişində falçı olduğunu bildirsə də bu gün təkzib edərək falçı olmadığını qeyd edib. Amil Xəlilin “siz qadın alveri ilə məşğul olmusunuzmu?” sualına Ramil Talıbov özünə xas formada cavab verib. “Bunlar şərdir, böhtandır.”

Verilişdə baş verən dramatik anları sizə təqdim edirik. Xatırladaq ki, veriliş həftə içi hər gün saat 19:50-də Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanır.


minval.info
Ermənistanda yezidilər də etiraza qalxdı - VİDEOBu gün Ermənistanda Alaqyaz kəndinin fermerləri İrəvan-Vanadzor avtomobil yolunu bağlayıblar.

Virtualaz.org bildirir ki, yezidilərin yaşadığı kənd əhalisi südün gündəlik satınalma qiymətinin ucuzlaşmasına etiraz ediblər.

Fermerlər bildiriblər ki, şirkət əvvəl südün bir litrini 180 drama alırdı. İndi isə 110 dram təklif edilir. Onlar Araqaçotinski vilayətinin qubernatoru və Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri ilə görüş tələb edirlər.
Astarada bir yaşlı uşağın əli ət çəkən maşında qaldı - FotoAstara rayonunda bir yaşlı uşağın əli çəkən maşında qalıb.

APA xəbər verir ki, hadisə rayonun Maşxan kəndində qeydə alınıb.

Həmin kənd sakini, 2017-ci il təvəllüdlü İlahə Fəxrəddin qızı Məmmədova valideynlərinin diqqətindən yayınaraq sol əlini ət çəkən maşına salıb. Nəticədə İ. Məmmədovanın əli orada qalıb. O, valideynləri tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Uşağın əlini ət çəkən maşından çıxarmaq üçün FHN-in Cənub Regional Mərkəzinə məlumat verilib.Xəstəxanaya gələn xilasedicilər xüsusi alətlərin istifadə etməklə ət maşınını kəsərək İ. Məmmədovanın əlini oradan çıxarıblar.
Rektora yüksək vəzifə verildi - SƏRƏNCAMPrezident İlham Əliyev Fərəh Şirməmməd qızı Əliyevanın Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb.

Dövlət başçısının digər sərəncamı ilə Fərəh Əliyeva Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilib.

Bu sərəncamlar imzalandığı gündən qüvvəyə minir.
İTV-nin yeni baş direktoru kimdir? – Maraqlı faktlarCəmil Quliyevin yerinə İTV-nin yeni baş direktoru vəzifəsini icra edən Balakişi Qasımov haqda maraqlı faktlar üzə çıxıb.

Kult.az xəbər verir ki, Balakişi Ələkbər oğlu Qasımov 1978-ci ildə Bakıda anadan olub. Bakı şəhər 1 saylı orta məktəbində oxuyub, Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə ixtisası üzrə təhsil alıb.

B.Qasımov "Kim? Harda? Nə vaxt?" elitar klubunun oyunçusu, Azərbaycanda "Kim? Harda? Nə vaxt?" oyununun aparıcısı və baş prodüsseri, Gametv.az prodüser mərkəzinin rəhbəri vəzifəsini icra edib.

O, 2004-cü ildə "Kim? Harda? Nə vaxt?" oyununun idman variantı üzrə dünya çempionu olub. 2002, 2004, 2008, 2012 və 2013-cü illərdə "Kim? Harda? Nə vaxt?" üzrə Azərbaycan çempionu olan Balakişi Qasımov, 1998, 2003 və 2010-cu illərdə Cənubi Qafqaz çempionu adını qazanıb. Beynəlxalq "Kim? Harda? Nə vaxt?" klubları assosasiyası tərəfindən 2010-cu ildə “İlin adamı” seçilib.

O, həmçinin 2010-cu ilin yekunlarına əsasən, "Büllur bayquş", "Brilyant bayquş", "Klubun ən yaxşı kapitanı" poqonu mükafatlarına layiq görülüb.

Qeyd edək ki, Cəmil Quliyevin İTV-nin baş direktoru vəzifəsində səlahiyyətlərinə xitam verilib. Bu barədə qərar İTV Yayım Şurasının bugünkü iclasında qəbul edilib. Məlumatda qeyd olunub ki, C. Quliyev səhhəti və gələcək yaradıcılıq planları ilə əlaqədar vəzifədən getmək istəyi ilə bağlı şuraya rəsmi müraciət edib və müzakirədən sonra müvafiq qərar qəbul olunub. Şuranın iclasında Balakişi Qasımov İTV-nin yeni baş direktoru seçilib.
İlham Əliyevdən daha bir təyinat - SərəncamPrezident İlham Əliyev Rövşən Nəcəfin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.
"Şeyx Həmzət"in adamı Atatürk aeroportunda 8 milyon 680 min dollarla yaxalandı"Şeyx Həmzət"in adamı Atatürk aeroportunda 8 milyon 680 min dollarla yaxalandı
İstanbulun Atatürk Hava limanında İstanbul-Berlin reysi ilə üçmaq istəyən şəxsdən gömrük bəyannaməsində göstərilməyən 6 milyon 860 min dollar götürülüb.

“Sputnik” xəbər verir ki, həmin şəxsin iki il əvvəl İstanbulda öldürülən “vor zakon” Rövşən Canıyevin klanının “ümumi kassası”ına nəzarət edən “Şeyx Həmzət” ləqəbli çeçen əsilli kriminal avtoritet Həmzət Qastəmirovun adamı olduğu bildirilir. Məlumata görə həmin pullar Türkiyə üzərindən qeyri-leqal neft alverindən əldə edilib. Belə ki, İraq və Suriyadan müxtəlif qruplar tərəfindən qeyri-leqal neftin leqal neft adı altında bazarlara çıxarılması çoxdan məlumdur.

İstanbul aerportunda saxlanılan şəxsin kimliyi və hansı ölkənin vətəndaşı olduğu açıqlanmır. “Şeyx Həmzət” “Rövşən Lənkəranski”nin mafiyasının qalıqlarının faktiki lideri hesab olunur, o Almaniya və Hollandiyada fəaliyyət göstərir.
İtkin alpinistlər SAĞDIR: Vatsap qrupundan özləri çıxdılar?Dekabrda itkin düşən alpinistlər - Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadənin eyni gündə “Whatsapp” qrupundan çıxdığı görülüb.

Bunu itkin düşən alpinistlərdən olan Baburun yaxın dostu, tanınmış aparıcı Cəlalə Nəzəroğlu “Facebook” statusunda qeyd edib. Onun sözlərinə görə, itkin alpinistlərin hər üçünün aprelin 25-də “Whatsapp” qrupundan çıxdığı görülüb.

Qeyd edək ki, dekabrın 23-də “Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü - alpinistlər Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu, Cəbrayılzadə Fəridə Cəbiyulla qızı Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətinə yürüşə çıxıb və geri qayıtmayıb, onlarla əlaqə kəsilib. (metbuat.az)

***

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz itkin düşən alpinistlərin vatsap hesablarının ümumi qrupdan çıxma faktına münasibət bildirib.

Publika.az-a açıqlama verən O.Gündüz hadisənin iki halda baş verə biləcəyini deyib:

“Ümumi qrupdan çıxmaq funksiyasını iki nəfər istifadə edə bilər: şəxsin özü və qrupun admini. Vatsap özü belə müdaxilə edə bilməz. Texniki problemlər də ola bilər”.

O.Gündüz məslə ilə bağlı daha geniş araşdırma aparacağını və bu barədə Publika.az-a dolğun məlumat verəcəyini bildirib.
DTX İlham İsmayılı araşdırmalıdır – EkspertlərSosial şəbəkədə Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Azərbaycanı qorxaq adlandırması ilə bağlı yalan fikirlər yayan İlham İsmayıl Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) keçmiş polkovnikidir. Onun belə bir saxta xəbər yayması ictimaiyyətdə müəyyən suallar doğurub.

Axar.az xəbər verir ki, İlham İsmayıl KQB-nin polkovniki olaraq provokasiya, şayiə ilə insanları nəyəsə təşviq etmə və ictimai narazılıq yaratma kimi texnologiyaları mənimsəmiş şəxsdir. O, statusunun doğuracağı effekti hesablamaya bilməzdi və hansı nəticələrə gətirib çıxaracağını da əvvəlcədən bilməli idi.

Üstəlik, Musavat.com-a verdiyi açıqlamasında bu statusu əsəbindən yazdığını bildirsə də, İ.İsmayıl “Ermənilər belə bir qorxaq dövlətlə 25 ildir qonşu olmaqdan xoşbəxtdir və qonşumuza ən azı 100 il belə olmağı arzulayırıq” cümləsini dırnaq işarəsi içərində, vasitəsiz nitq kimi yazaraq, “Paşinyan belə deyib” qeydini verməklə tam şəkildə nə etdiyinin fərqində olub. Çünki onun keçdiyi məktəbdə bu xüsusiyyətlər tədris edilir.

Maraqlıdır, keçmiş KQB polkovnikinin öz ictimai statusundan istifadə edərək, belə bir ajiotaj yaratması hansı məsuliyyət doğurur?

Məsələ ilə bağlı Axar.az-a danışan hüquqşünaslar bildiriblər ki, sivil toplumlarda rəsmi qurumlar adətən bu məlumatları dərhal təkzib etməklə kifayətlənirlər. Ancaq bu kontekstdə XİN zərərçəkmiş kimi DTX-ya (Dövlət Təhlükəsizliyi Xidməti) müraciət etməli və ya DTX özü araşdırma aparmalıdır:

“Burda əsas məsələ “feyk”i yayan və ictimai narazılıq yaradan şəxsin kimliyidir. Yəni sıradan bir sosial şəbəkə istifadəsi bu yalanı yaymaqla onun fəsadlarını hesablamaya bilərdi. Ancaq keçmiş KQB polkovniki nəticəni hesablamalı idi və öz ictimai statusuna görə o xəbərin mötəbərliyinə kütləvi inamın yaranacağını bilirdi. DTX keçmiş xəfiyyənin bəlli texnologiyadan dövlətə, XİN-ə, Müdafiə Nazirliyinə qarşı istifadə etdiyinə görə ciddi şəkildə araşdırma aparmalıdır. Çünki burda hansısa düşünülmüş plan və bəlli dairələrə xidmət versiyası gündəmə gəlir. Yalnız DTX öz araşdırmasından sonra müfaviq qərar qəbul edə bilər”.

Hüquqşünaslar bildiriblər ki, beynəlxalq təcrübədə belə şəxslər, ümumiyyətlə, ictimai-siyasi sferadan tamamilə təcrid edilir:

“Yəni Avropada güvənilən mötəbər şəxsin bu cür provokativ informasiya yaydığı üzə çıxdığı an özünə hörmət edən media qurumları həmin adamla bütün əlaqələri kəsir və o, ictimaiyyətdən təcrid olunur. Bu, bir tərəfdən media qurumunun öz nüfuzunu, digər tərəfdən isə ictimaiyyəti yanlış nəticələrə gətirib çıxaracaq risklərdən qorumaq istəyindən irəli gəlir”.