Zakir Qaralov xüsusi göstəriş verdi – İntihar edən qadının qəbri açıldıBaş prokuror Zakir Qaralov Oğuzda 3 ay əvvəl baş vermiş intihar hadisəsinin araşdırılması barədə xüsusi göstəriş verib.

APA xəbər verir ki, yanvarın 28-i saat 20.00 radələrində Oğuz rayonu Bayan kənd sakini, 1991-ci il təvəllüdlü Qəribə Allahverdi qızı Mikayılovanın meyiti yaşadığı evin həyətyanı sahəsində asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

Faktla bağlı həmin tarixdə Oğuz rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Q. Mikayılovanın atası qızının intihar deyil, qətlə yetirilməsinə dair şübhələri olduğundan hadisənin yenidən araşdırılması xahişi ilə Baş prokurora müraciət ünvanlayıb.

Baş prokuror müraciətin dərhal araşdırılması barədə tapşırıq verib. Həmin tapşırıq əsasında prokurorluq əməkdaşları məhkəmənin müvafiq qərarı əsasında məhkəmə tibbi eksperti və qohumların iştirakı ilə qəbir açılıb və meyitdən nümunələr götürülüb.

İş üzrə təyin edilmiş ekspertizanın rəyindən sonra ölümün dəqiq səbəbləri məlum olacaq.
Pirallahı silsilə tədbirlərini uğurla davam etdirir - FOTOLAR2018-ci ilə uğurla başlayan Pirallahı rayonunun zəhmətkeşləri aprel ayının əvvəlindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Pirallahı Rayon İcra Hakimiyyəti başçısının təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlərə start veriblər.

Rayonda müxtəlif idman növləri üzrə turnirlər keçirilmiş, orta məktəblərdə inşa yazı, rəsm, şeir, mahnı müsabiqələri, Çilov, Neft Daşları, Gürgən qəsəbələrində, xüsusilə rayon mərkəzi olan Pirallahı qəsəbəsində abadlıq, təmizlik işləri aparılmış, hər həftənin şənbə günləri iməciliklər təşkil edilərək yaşıllaşdırma və ağacəkmə kampaniyaları həyata keçirilib, yüzlərlə ağac, təbii güllər əkilib.
Pirallahı silsilə tədbirlərini uğurla davam etdirir - FOTOLAR
Keçirilən tədbirlərdə müstəqilliyə gedən yolumuzu işıqlandıran, həyatın sərt, çətin sınaqlarına sinə gərən, ən çətin şəraitdən ən düzgün çıxış yolu tapan, daim xalqı ilə yaşayan, qəlbində Vətən sevgisi, milli ruh gəzdirən qüdrətli şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin beynəlxalq aləmdə və müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat verildi. Bildirildi ki, Müasir Azərbaycanın inkişaf və tərəqqisi bilavasitə Ulu Öndərimizin adı ilə bağlıdır. 1969-cu il iyulun 14-də Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsi ilə Azərbaycanın həyatında yeni mərhələ başladı.
Pirallahı silsilə tədbirlərini uğurla davam etdirir - FOTOLAR
42 il öncə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda bütün sahələr üzrə ciddi inkişaf baş verdi. Sovetlər dönəmində Azərbaycanda nə qədər möhtəşəm işlərin həyata keçirildiyi hamıya məlumdur. Müstəqillik dövründə isə Ulu Öndər hakimiyyətə qayıtmaqla Azərbaycanı məhv olmaqdan xilas etdi. Azərbaycanın güclənən mövqeləri, iqtisadiyyatının inkişafı, beynəlxalq nüfuzunun artması, xüsusən, Prezident İlham Əliyevin prinsipial məsələlərdə siyasi iradə nümayiş etdirməsi, xalq-iqtidar birliyi o deməkdir ki, ulu öndər Heydər Əliyevin sosial-iqtisadi və siyasi inkişaf konsepsiyası məhz o dahi şəxsiyyətin arzuladığı kimi uğurla davam etdirilməkdədir. Ölkənin davamlı inkişafına, milli maraqlarımıza, xalqın rifah halının yaxşılaşdırılmasına xidmət edən sosial-iqtisadi strategiya bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirilərək, ölkə başçısının ardıcıl, məqsədyönlü və praqmatik siyasəti sayəsində müvəffəqiyyətlə reallaşmaqdadır. Bu uğurlu inkişaf xətti Pirallahı rayonunun da ildən-ilə çiçəklənməsinə, əhalisinin maddi-rifah halının get-gedə daha da yüksəlməsinə xidmət edir.
Pirallahı silsilə tədbirlərini uğurla davam etdirir - FOTOLAR
Keçirilən tədbirlərin yekunu kimi ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə flaşmob hazırlanmışdır. "Gənclik onun İmzasıdır" adlı layihə çərçivəsində 200 nəfərdən çox gəncin iştirakı ilə Ulu öndər Heydər Əliyevin canlı imzası yaradılıb.
Pirallahı silsilə tədbirlərini uğurla davam etdirir - FOTOLAR
Sərkisyanın istefadan öncə gizli danışıqları üzə çıxdıErmənistanın eks-prezidenti və baş naziri Serj Sərkisyan istefa barədə qərar verməzdən əvvəl Moskva ilə intensiv təmaslarda olub, bir sıra yüksək vəzifəli şəxslərlə danışıqlar aparıb.

Bu barədə Virtualaz.org məlumat yayıb.

“Serj Sərkisyan istefasına qədər son 24 saat ərzində Moskvadan rəsmi şəxslərlə telefon söhbətləri aparıb. Bu söhbətlərin təfərrüatları məlum deyil”-diplomatik mənbələr bildirib.

Bununla belə qeyd olunub ki, həmin təmaslar zamanı Moskva Sərkisyanın nümayişçilərə qarşı gücdən istifadə planlarını dəstəkləməyib.

Həmin ərəfədə Nikol Paşinyan da Moskvadan zənglər alıb. “Ona çatdırıblar ki, etirazlar zamanı erməni simvolikalarından başqa hər hansı simvolikalar istifadə edilməsin. Bu, Ermənistandakı etirazların Gürcüstan və Ukraynadakı etirazlardan fərqli olduğunu göstərmək üçün lazım idi”-agentlik yazır.

Məqalədə deyilir ki, Kremldən zənglər inqilabın nəticəsi baxımından həlledici olmayıb, bu zənglər ancaq nümayişçilərin təzyiqlərinə görə edilib.

Paşinyana yaxın biznesmen və etirazların liderlərindən biri Armen Qriqoryan deyiblər ki, nümayişlər zamanı Nikol Paşinyan özü də Rusiya səfirliyi ilə və Moskvadan XİN-in rəsmi nümayəndəsi ilə təmas qurub. “Biz onlarla işləyirdik. Paşinyan onları əmin etdi ki, baş verənlər Rusiyanın maraqlarına təhlükə yaratmayacaq”-Qriqoryan deyib.

İstefadan əvvəl Serj Sərkisyan vəzifəli şəxslərlə və yaxın tərəfdaşları ilə intensiv müzakirələr də aparıb. Vitse-spiker Eduard Şarmazanov deyib ki, iki variant müzakirə olunurdu-fövqəladə vəziyyət tətbiq etmək və Sərkisyanın istefası. “Qərara alındı ki, fövqəladə vəziyyət problemi həll etməyəcək, təxirə salacaq. Ona görə də istefa variantı seçildi”-o deyib.
Fuad Muradov 5 vəzifəli şəxsi işdən çıxardıDiasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradov qurumda apardığı kadr islahatları nəticəsində 5 vəzifəli şəxsi işdən çıxarıb.

Avrasiya.net Qafqazinfo-ya istinadən xəbər verir ki, vəzifədən azad olunanlar Komitə sədrinin 3 köməkçisi, Böyük məsləhətçi, məsləhətçi və bir neçə yardımçı vəzifədə çalışan əməkdaşlardır.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin müavinləri vəzifəsini Valeh Hacıyev və Abutalıb Səmədov daşıyıb.
Bərdədə ata və oğlu çəkiclə döyülübMayın 9-da Bərdə Mərkəzi Xəstəxanasından ata və oğul - Ramiz və Yusif Əliyevin müxtəlif dərəcəli bədən xəsarəti ilə bağlı müraciət etdikləri barədə RPŞ-yə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Ölkə.Az"a verilən məlumata görə, məlumatla əlaqədar RPŞ-də əməliyyat axtarış qrupu yaradılıb. Peşəkarlıqla “isti izlərlə” həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Adil İbrahimov sübhəli şəxs qismində saxlanılıb.

A. İbrahimovun istifadə etdiyi bıçaq və çəkic maddi sübut kimi götürülüb. Dindirilmə zamanı o törətdiyi əməli etiraf edib. Faktla bağlı Bərdə RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Baş redaktor məhkəmə zalından azadlığa buraxıldıBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onu müavini Hikmət Nəcəfli, Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Marif Abbasovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Surxay Əliyev, Hikmət Nəcəfli, İlahə Qasımova, Gülbəniz Əliyeva və Marif Abbasovun barəsində şərti cəza təyin edilib.

S.Əliyev və H.Nəcəfli məhkəmə zalından azadlığa buraxılıb.

Həbsdə olan Sevinc Məmmədsalayeva isə 6 il 6 ay (köhnə cəzası da birləşdirilib) müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycanlı müğənni qəza keçirdiMüğənni Bahar Lətifqızı avtomobil qəzası keçirib.

Bu haqda sənətçi özü sosial şəbəkə hesabından bu barədə xəbər verib. O bildirib ki, “Ford” markalı avtomobilinə “Kamaz” çırpılıb. Hadisə sənətçi Şəkidən konsertdən qayıdan zaman baş verib.

Bahar qəza anını sosial şəbəkədə paylaşıb və bunları qeyd edib:

“Dostlar, qorxmayın, yaxşı ki “Kamaz”ın altında qalıb ölmədik. Allah istəmədi övladlarımız anasız qalsın. Amma çox qorxmuşam”.

Qeyd edək ki, Bahar 2 il bundan öncə də avtomobili ilə qəza keçirib və xəsarət almışdı.
Bəziləri Qərbə tüpürüb Rusiyadan yapışmağımızı təklif edir... - PolitoloqVasif Əfəndi
politoloq

Ermənistanda baş verən son dəyişikliklər bu ölkənin qərb dairələri qarşısında "demokartik ölkə" olması imicini formalaşdırdı. Qərbin Azərbaycana qarşı rüşvət, korrupsiya və insan haqqları mövzusunda iradları fonunda çıxılmaz vəziyyətə düşə bilərik. Bu isə Qarabağ danışıqlarında bizim üçün çox ciddi maneə ola bilər. Bəziləri Qərbə tüpürüb Rusiyadan yapışmağımızı təklif edir. Lakin onlar unutmasınlar ki, indiyə qədər Azərbaycan üçün bütün problemləri məhz elə Ruisya yaradıb. Bir məqamı da diqqətdə saxlamalıyıq. Ruisyanın özündə siyasi vəziyyətdə heç də stabil deyil və istənilən an Ermənistanda baş verənlər orada da təkrarlana bilər.

Qarabağ münaqişəsinin həlli məsələsində Ermənistanın üstünlük qazanmasına imkan vermək olmaz. Azərbaycan hakimiyyəti təxirə salınmadan demokratik islahatların keçirilıməsinə başlamalıdır. İnsan haqqları və korrupsiya konusunda üzərimizə yazılan ittihamlardan qurtulmaq gərəkdir. Siyasi müstəvidə də ciddi dəyişikliklərin edilməsi çox vacibdir. Hesab edirəm ki, Azərbaycanın parlament üsulu idarəçilik sisteminə keçidi bu boşluğu aradan qaldıra bilər. Parlamentdə müxalifətin iştirakının təminatı və fraksiyaların yaradılması demokratik cəmiyyətin göstəricisi ola bilər.