Aqil Abbas: “Heydər Əliyev Allah tərəfindən Azərbaycana göndərilən bir elçidir”“Heydər Əliyev də 1993-cü ildə Allah tərəfindən Azərbaycana göndərilən bir elçidir”. Bu sözləri millət vəkili Aqil Abbas Heydər Əliyevin 95 illiyinə həsr edilmiş tədbirdə deyib.

Millət vəkili bildirib ki, Heydər Əliyevin 95 illiyi ilə Cümhuriyyətin 100 illiyi üst-üstə düşür:

“Bu xalqımız üçün əsl bayramdır... 124 min peyğəmbərin olduğu deyilir. Quranda isə cəmi 30-40-nın adı var, digərləri bilinmir. Ancaq o da var ki, hər dövrdə Allah bir elçi göndərir. Onun adını Atatürk də qoya bilərsiniz, peyğəmbər də. Məhz Heydər Əliyev də Allah tərəfindən Azərbaycana göndərilən peyğəmbərdir”.

http://virtualaz.org
Zorlandığını iddia edən daha bir qız danışdı – Falçının evindən çıxan qadın paltarları kimindir? (VİDEO)Qızların birinin anası “Təmiz Dünya” Qadınların İctimai Birliyinin sədri Mehriban Zeynalovanı məhkəməyə verəcəyini açıqlayıb.

Minval.info xəbər verir ki, “Space” Tv-də yayımlanan “Olar? Olmaz!” verilişində müəmmalı falçı qalmaqalının davamı tamaşaçılara təqdim edilib.

Daha bir qız zorlandığını iddia edərək mikrofon qarşısına çıxıb. Falçının evində əsir qaldığını deyən xanım, günlərlə döyüldüyünü vurğulayıb.

Daha sonra teleaparıcı Amil Xəlilin “bu məsələni kim ictimailəşdirdi” sualına qızın anasından maraqlı cavab gəlib:

“Bu işi ictimailəşdirən Mehriban Zeynalova olub. O, mənim qızımı biabır edib!”

Ardınca Amil Xəlil adı çəkilən Mehriban Zeynalovanın yanına yollanıb.

“Təmiz Dünya” Qadınların İctimai Birliyinin sədri bu açıqlamanı böhtan adlandırıb və belə davam edəcəyi təqdirdə həmin xanımı məhkəməyə verəcəyini qeyd edib.

Bundan əlavə, xanım Zeynalovadan inanılmaz açıqlamalar gəlib:

“O qız saytlara çıxandan sonra bizə gəlib. Ümumiyyətlə, səhər çıxıb axşam sığınacağa qayıdırdı. Bir dəfə dedim ki, ay qızım bura istədiyin vaxt gəlib, istədiyin vaxt gedə bilmərsən. Hətta o qız travma alana oxşamırdı. Deyirdi, gülürdü… Bizim psixoloqla belə söhbət etmədi…”

Falçının evindən çıxan qadın paltarlarına da açıqlama gəlib. Zorlandığını deyən qız geyimlərin ona məxsus olmasını boynuna alıb. Amma…

Daha ətraflı təqdim etdiyimiz videoda izləyə bilərsiz.

Qeyd edək ki, veriliş həftə içi hər gün saat 19:55 də Amil Xəlilin təqdimatında Space Tv -də yayımlanır.

İŞİD-ə qoşulan 17 yaşlı qızın tükürpədici həyatı – Müəllimi ona dəfələrlə təcavüz etdi sonra…İŞİD terror təşkilatının üzvü 17 yaşlı qıza dəfələrlə təcavüz edib. Hadisə Türkiyədə baş verib.

Belə ki, idman zalına gedən 17 yaşlı qız müəllimi tərəfindən zorla İŞİD-ə üzv olduqdan sonra dəfələrlə cinsi təcavüzə məruz qalıb. Valideynlərinin şübhələrindən sonra İŞİD-ə qoşulan qız terrorçu müəllimi ilə birlikdə xaricə qaçırılan zaman hava limanında saxlanılıb. İŞİD-çi müəllimin isə 2016-ci ildə Atatürk hava limanında törədilən terror aktını törətməkdə şübhəli təqsirli olduğu üzə çıxıb.

17 yaşlı məktəbli qız D.A. döyüş idmanını öyrənmək üçün idman zalında qeydiyyatdan keçib. Hər gün orta məktəbdən dərsdən qayıdan qız idmana gedib döyüş qaydaları ilə bağlı idman dərsi keçirmiş.

Valideynlərinin sözlərinə görə, məktəbli qız idmana başladığından 2-3 ay sonra aqressivləşməyə başlayıb.

Qızlarının İŞİD terror təşkilatının əlinə düşdüyündən şübhələnən ana L.A ilə ata B.A prokurorluğa müraciət edib. Prokurorluq tərəfindən ifadəsi alınan ana L.A bildirib ki, qızının hərəkətlərindən şübhələndikdən sonra çantasına baxıb: “Çantada brilyant üzük görüncə onun nə olduğunu qızımdan soruşdum. Qızım isə idman müəllimi olan Əbu Bəkr ləqəbli Bekham E. tərəfindən dəfələrlə zorlandığını və məcbur qalıb onunla evləndiyini bildirdi. Qızım dedi ki, o, məni zorlayandan sonra, məni şantaj etdi və ölümlə hədələdi. Mən də məcbur olub onunla evləndim”.

Daha sonra məktəbli qız İŞİD-çi sevgilisinin digər qadınla evli olduğunu və hətta bir övladının da olduğunu bildirib. Amma onun evli olmasının buna görə heç bir problem daşımadığını qeyd edib.

Qız daha sonra anasına polis əməkdaşı olan atasının da, digər dövlət qurumlarında işləyənlərin də kafir olduğunu vurğulayıb.

Məhkəmədə ifadə verən qız bildirib ki, İŞİD-çi sevgilisi olan idman müəllimi qızın evlənməyəcəyi təqdirdə onu öldürəcəyini bildirib: “Mən də bundan qorxduğum üçün nikaha girdim”.

Qeyd edək ki, məhkəmədən sonra İŞİD üzvü olan idman müəllimi, Əbu Bəkr ləqəbli Bekham Ezerxanov, İbrahim Esen və Növə Balaxanov saxlanılıb. Daha sonra İbrahim Esen sərbəst buraxılıb, Bekham Ezerxanov ilə Növə Balaxanov “silahlı terror təşkilatına üzv olma”, “yetkinlik yaşına çatmayan azyaşlını cinsi istismara məruz qoyma” və “uşağı təhdid edərək kölə etmə” maddələri ilə həbs olunub.

Araşdırmalar nəticəsində Bekham Ezerxanovun 28 iyun 2016 tarixində İŞİD terror təşkilatı tərəfindən həyata keçirilən və 42 adamın həyatını itirdiyi Atatürk Havalimanındakı terror aktını törətdiyi məlum olub.(İnterpress.az)
Dağlıq Qarabağ Ermənistana birləşdiriləcək? – İrəvandan SƏRSƏM BƏYANATErmənistanın yeni seçilmiş baş naziri Nikol Paşinyan Dağlıq Qarabağın Ermənistana birləşməsi perspektivindən danışıb.

Publika.az xəbər verir ki, Paşinyan Xankəndidə mətbuat konfransında beynəlxalq tanınmanın bunun bir yolu olduğunu deyib.

“Qarabağın beynəlxalq tanınması bunun bir yoludur. Artıq beynəlxalq səviyyədə tanındıqda, Ermənistan və Arsax (Dağlıq Qarabağ –red.) xalqları öz mövqeyini ifadə edəcəklər”, - o vurğulayıb.

O qeyd edib ki, Dağlıq Qarabağ ayrıca tərəf kimi çıxış etməyənədək, Minsk qrupu çərçivəsindəki danışıqlar formatı bütöv sayıla bilməz: "Dağlıq Qarabağın beynəlxalq birlik tərəfindən müstəqil qurum kimi tanınması üçün erməni diasporası da cəlb olunmalıdır”.

Qeyd edək ki, Paşinyan dünən Ermənistanın baş naziri seçilib. O, bu gün Azərbaycanın işğal olunmuş torpaqlarına gəlib.
Sumqayıtda məktəbli zorlandıSumqayıt şəhərində 15 yaşlı qız zorlanıb.

Hadisə şəhərin 15-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada baş verib.

Belə ki, şəhər sakini 2003-cü il təvəllüdlü S.M-nin (ad şərtidir) qarın nahiyəsində kəskin ağrılar başlayıb. Bunu görən 15 yaşlı qızın atası Sumqayıt Şəhər Təcili Tibbi Yardım Stansiyasına müraciət edib. İlkin müayinələrdən sonra yeniyetmə qız yoxlanış üçün Sumqayıt Şəhər 1 saylı Doğum Evinə göndərilib.

Daha sonra qızın atası hüquq muhafizə orqanlarına məlumat verib.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsində araşdırmalara başlanılıb. (report)

Baş vermiş hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin rəisi Əkbər İsmayılov “Ölkə.Az”a açıqlamasında qızın ailəsinin problemlərindən danışdı:

“Zorlandığı iddia olunan qızla bağlı məhkəmə tibbi-ekspertizası təyin edilib. Ailə münaqişəli ailədir. Ata ilə ana boşanıb. Qız həm atası ilə, həm də anası ilə qalır, valideyinləri ayrı yaşayırlar. Valideyinlər aralarındakı münaqişənin qisasını övladlarından alırlar, iddia olunan zorlanma faktını da bir-birinin üstünə atırlar. Cinayət işi başlanmayıb, araşdırma aparılır. Ekspertizanın rəyindən sonra qızın zorlanması dəqiq məlum olacaq. Saxlanılan şəxs yoxdur”.
''Lənkəranski''nin tərəfdarlarını güllə-boran edən killerlər belə tutuldu - VİDEOUkraynanın "Xarkov” şəhərində azərbaycanlılara məxsus "Ağdam” restoranının qarşısında "Kalaşnikov” avtomatlarından yaylım atəşi açaraq bir nəfəri öldürən, digərini yaralayan iki killer Moldovada yaxalanıb.

Mia.az Criminal.az-a istinadən xəbər verir ki, killerlər -26 və 32 yaşlarında olan iki Azərbaycan vətəndaşı Moldova üzərindən Ukraynadan Türkiyəyə qaçmaq istəyərkən yaxalanıblar. Onları yaxalamaq üçün xüsusi təyinatlıların iştirakı ilə əməliyyat keçirilib.

Xəbərə görə, qanqsterlər kirayə mənzildə yaxalanıblar. Onların Ukraynada fəaliyyət göstərən mütəşəkkil cinayətkar qruplaşmanın ştatlı killerləridir. Killerlərin barəsində 72 saatlıq həbs qərarı seçilib, bundan sonra onların Ukraynaya təhvil verilməsi məsələsi həll ediləcək.

Saxlanılanların adları açıqlanmır, onlar Xarkovda sifarişli qətldə ittiham edilirlər. Bu səs-küylü cinayət martın 29-da baş verib. "Kalaşnikov” avtomatları ilə silahlanmış iki killer avtomobillə axşam saatlarında "Ağdam” restoranının qarşısından keçərək həmin vaxt kafedən çıxan "bir qrup qafqazlıya” atəş açıblar. Bu zaman Xarkov bazarlarından birində ticarətlə məşğul olan 32 yaşlı İsmayılov Zaur Əziz oğlu ölüb, əvvəllər qətlə görə məhkum edilmiş Gürcüstan vətəndaşı isə yaralanıb.

Avtomobildə killerlərdən başqa daha iki nəfər olub.

Bir müddət əvvəl Rusiya KİV-i xəbər vermişdi ki, Z.Əzizova hücum edənlər kriminal qruplaşmanın lideri Lotu Qulinin briqadasının üzvləridir. Briqadanın döyüşçüləri Rövşən Lənkəranskinin tərəfdarlarına atəş açıblar. Lakin Ukrayna hüquq-mühafizə orqanları bu hücumun Xarkovda miqrantların biznesindən aylıq haqq tələb edən "Şərq korpusu” adlı slavyan qruplaşması tərəfindən törədildiyini ehtimal edirdi.
Baş baytar həbs oluna bilərƏgər Azər Süleymanovun damazlıq heyvan maxinasiyası cinayət dosyesinə toplanarsa....

Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidmətində yoxlamalar davam edir. Yoxlamalar zamanı ortaya çıxan faktlar xidmət rəisi Azər Süleymanovun çox ciddi cəzalandırılmasına səbəb ola bilər. Ötən sayımızda bu haqda redaksiyamıza daxil olan məlumatları diqqətə çatdırmışdıq.

Bildirilirdi ki, son illərdə kəsim üçün Azərbaycana xaricdən gətirilən mal-qaranın xeyli hissəsi Azər Süleymanovun rəhbərlik etdiyi xidmətin verdiyi sənədlərdə damazlıq adı ilə rəsmiləşdirilib. Kəsim üçün gətirilən heyvanların damazlıq adı ilə rəsmiləşdirilməsinin səbəbi isə gömrük rüsumundan azad olunmasına hesablanıb və baş tutub. Beləliklə, dövlət büdcəsinə rüsum ödənilmədən ölkəyə kəsim üçün xeyli mal-qara gətirilib. Bu maxinasiyalardan itirən tərəf dövlətdir, dövlət büdcəsidir. Qazanan tərəf də ortalıqdadır.

Ölkəyə ət idxalının həcmi haqda rəsmi məlumatlar isə belədir. Təkcə 2017-ci ilin 10 ayı ərzində Azərbaycana 52 milyon 451 min dollar dəyərində 34 min ton ət idxal olunub. “Marja” Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, ət idxalı 2016-cı ilin 10 ayı ilə müqayisədə 20 milyon 343 min dollar artıb. 2016-cı ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 32 milyon 108 min dollar dəyərində 28 min 728 ton, 2015-ci ilin eyni dövründə isə 15 milyon 75 min dollar dəyərində 11 ton ət idxal olunmuşdu. Beləliklə, son 2 ildə ət idxalının dəyəri 3 dəfədən çox artıb.

Bu artımda damazlıq adı ilə ölkəyə gətirlən mal-qaranın çəkisi göstərilmir. Gələn məlumatlar isə onu deməyə əsas verir ki, bu, o qədər də balaca rəqəm deyil. Az qala rəsmi statistik rəqəmlərə çatır. Bəs bunca saxtakarlıq təsdiqini taparsa, Azər Süleymanovu hansı cəza gözləyir. Müstəqil hüquqşünaslar deyirlər ki, ortada vəzifə saxtakarlığının olmasına dəlalət edən məlumatlar var. Bundan başqa, dövlət büdcəsindən külli miqdarda vəsaitin yayındırılması, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərinin tərkibi görünür. Müvafiq araşdrıma aparılsa və faktlar sübut və dəlillərlə bərkidilsə, Baytarlıq Xidmətinin rəisi bir neçə il müddətinə azadlıqdan məhrum edilə bilər.

Yada salaq ki, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycana idxal olunan damazlıq heyvanlar gömrük-idxal rüsumundan azad olunub. Ölkəyə mal-qara idxal olunarkən onu Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları müvafiq yoxlama-sənədləşdirmə işləri aparır, mal-qaranın damazlıq olub-olmadığına dair sənəd verirlər. Redaksiyamıza daxil olan xəbərdə deyilirdi ki, son illərdə kəsim üçün gətirilən minlərlə baş mal-qara xidmət əməkdaşlarına verilən rüşvət müqabilində damazlıq adı ilə rəsmiləşdirilib. Bütün bunlar təsdiqini taparsa, Azər Süleymanovun damazlıq heyvan maxinasiyası cinayət dosyesinə toplanarsa, xidmət rəisi həbs edilə bilər.

E.HÜSEYNOV,
“Yeni Müsavat”
Gömrük komitəsinin sabiq rəisi Aydın Əliyev istintaqa cəlb oluna bilərDövlət Gömrük Komitəsində və strukturlarında kadr dəyişiklikləri, islahatlar və araşdırmalar davam edir. Komitədə rəhbərlik dəyişdiriləndən sonra Aydın Əliyevin üsul-idarəsi də ləğv olunur. Gələn məlumatlara görə, ötən il 25 illiyi qeyd olunan komitədə genişmiqyaslı əməliyyatın davamı da ola bilər. Gerçəkləşən əməliyyatın köhnə kadrların "təmizlənməsinə” hesablandığı bildirilir.

Yada salaq ki, Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsinin mətbuat xidmətləri ötən gün birgə məlumat yayaraq komitədə baş tutan əməliyyat haqda ictimaiyyəti bilgiləndiriblər. Məlumatda qeyd olunur ki, 30 aprel 2018-ci il tarixdə keçirilmiş birgə tədbirlər zamanı qanunsuz fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə müəyyən edilərək ifşa olunub. Belə ki, görülmüş tədbirlər nəticəsində Bakı Beynəlxalq Hava Limanındakı Bakı Karqo Terminalından gömrük nəzarətindən yük maşınında çıxarılaraq dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan Anar Kamran oğluna Məmmədov məxsus yaşayış sahəsinə daşınan dövlət qeydiyyatından keçməmiş, ölkəyə buraxılması qanunsuz olan 53 adda ümumi dəyəri 108 min 819 manatlıq müxtəlif dərman vasitələri aşkar edilərək saxlanılıb.

Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə Anar Məmmədova məxsus Yasamal rayonunda yerləşən "Zeytun” aptekinə baxış zamanı dövlət qeydiyyatından keçməmiş, mənşəyi məlum olmayan 75 adda müxtəlif dərman vasitələri aşkar edilərək götürülüb. Davam edən araşdırmalarla Yasamal rayonu ərazisindəki "İrem”, "Qlükoza”, "Avas”, "Fatimə”, Nəsimi rayonu ərazisindəki "Zeytun”, "Medical City”, "Elit”, "Vahid”, "Dokta Elite”, Nərimanov rayonu ərazisindəki "Şəfa”, "Şəfa Zeytun 426", ”Təbib" apteklərinə satılmış müxtəlif sayda dövlət qeydiyyatından keçməmiş dərman vasitələri aşkar edilərək dövriyyədən çıxarılıb. İlkin istintaqla müəyyən edilib ki, xarici ölkə vətəndaşı Ateş Atanur, Azərbaycan vətəndaşı Anar Məmmədov 2016-cı ildən hazıradək satış məqsədilə dərman vasitələrinin ölkəyə qanunsuz yollarla gətirilməsini müntəzəm şəkildə təşkil ediblər.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin vəzifəli şəxsləri bu dərmanların yük müşayiət sənədlərini dəyişdirərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Mərkəzi Gömrük Hospitalına çatması nəzərdə tutulan başqa məhsullar adı altında bəyan edilməsini, bu yolla qeyd olunan dərmanların ölkəyə qeydiyyatsız keçirilməsini təşkil etməyə görə əvvəlcədən hər yükün ümumi dəyərinin 25 faizi dəyərində haqq alıb, dərmanların ölkəyə qeydiyyatsız idxalını, gömrük nəzarətindən çıxarılaraq birbaşa dərman satışı ilə məşğul olan şəxslərə çatdırılmasını təmin ediblər.

Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə Fərman Həmzə oğlu Məmmədli, Vasif Teymur oğlu Xıdırov, Cəmil Səlim oğlu Mehtiyev, Ateş Adem oğlu Atanur, Anar Kamran oğlu Məmmədov, həmçinin Əlamət Nazim oğlu Quliyevə müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib. Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev, Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov və digərləri tutduqları vəzifələrdən azad edilməklə sərəncama götürülüblər. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Maraqlıdır ki, hazırda Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin infrastrukturu beynəlxalq standartların tələblərinə cavab verir. Bunu Gömrük Komitəsinin rəsmi saytından da oxumaq olar, ən müxtəlif tədbirlərdə gömrük rəsmilərinin dilindən eşitmək də mümkündür. Bakı Hava Limanında ümumi gömrük ərazisi müşahidə kameraları vasitəsilə 24 saat ərzində izlənir, sərnişin zallarında 20-dən artıq, yük terminalında 3, yerlərdə isə 6 monitor quraşdırılıb. Həmin texnoloji avadanlıqlar ən yüksək tələblərə cavab verən, dünyanın inkişaf etmiş ölkələrində istifadə olunan avadanlıqlardır. Bəs necə olub ki, bir yük maşını dərmanı hava limanından keçirib? Bu sıradan bir hadisədirmi?

Dövlət Gömrük Komitəsininin yüksək vəzifəlilərinin adının da dərman qaçaqmalçılığına qarışmasını əslində illərlə mətbuatda yazılan məlumatların təsdiqi kimi də qəbul etmək olar. Belə çıxır ki, gömrükçü məmurlar dərman preparatlarını şəxsi maraqları üçün - 25 faiz haqq almaqla ölkəyə keçirilməsinə imkan veribsə, digər qiymətli əşyaların da başqa ad altında ölkəyə keçirilməsi hallarına yol verə bilərdilər. Məsələn, brilyantı adi şüşə, qızıldan hazırlanmış zinət əşyalarını mis və ya digər daha ucuz materialdan hazırlanan zinət əşyası kimi rəsmiləşdirib ölkəyə keçirilməsini təmin edə bilərdilər.

Bunu hava limanındakı gömrükçülər özbaşına, yuxarılara məlumat vermədən edə bilərdilərmi?

Əlbəttə ki, yox. Uzağı 1-2 dəfə belə hərəkətlərə yol versəydilər, növbəti dəfə kənar bir qurumun deyil, elə DGK-nın Daxili Təhqiqatlar İdarəsi rəsmilərini qarşılarında görərdilər. Çünki ərazi 24 saat fasiləsiz olaraq izlənilir! Deməli, ərazidən rəsmiləşdirmə aparmadan mal-material keçirmək istəyən adam izləmə kameralarını "kor” etmək gücündə olmalıdır. Və ya qeydə alınan məlumatların bir kənara tullanmasını, məhv edilməsini təmin etmək iqtidarına sahib səlahiyyət sahibi olmalıdır.

Digər bir maraqlı məqam isə odur ki, DGK-da keçirilən əməliyyat Aydın Əliyev vəzifəsindən çıxarılandan cəmi 1 həftə sonra gerçəkləşdirilib. Rəsmi məlumata görə isə dərman qaçaqmalçılığı 2016-cı ildən həyata keçirilirmiş. Deməli, istintaq bir qədər ətraflı, geniş aparılsa, Aydın Əliyevin istirahətlə bağlı planları alt-üst olacaq. Yada salaq ki, Aydın Əliyev bu il aprelin 23-də tutduğu vəzifədən uzaqlaşdırılıb. O, işdən çıxarılandan sonra planları haqda danışarkən deyib ki, bir müddət istirahətə üstünlük verəcək. Rəsmi məlumata inansaq, aprelin 30-da isə məlum əməliyyat keçirilib və bu əməliyyat Aydın Əliyevin istirahətinin üstündən xətt çəkmək gücündədir. Onun rəhbərliyi altında çalışmış və hazırda istintaqa cəlb olunan yüksək vəzifəli gömrük işçiləri barəsində ifadə versələr, Aydın Əliyev də istintaqa cəlb oluna bilər.

"Yeni Müsavat”
Mədəniyyət və incəsənət xadimlərinə prezident təqaüdü və mükafatı verildi - SərəncamPrezident İlham Əliyev Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:

Cəfərov Cavanşir Xəlil oğlu

Nikuşina Aleksandra Konstantinovna

Novruz Ramiz Qəvvam oğlu

Şəfiyeva Gülçöhrə Məmməd qızı.

Dövlət başçısı həmçinin incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla səhnə fəaliyyəti ilə bağlı aşağıdakı aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilib:

Abbasova-Budaqova Afaq Nurəhməd qızı

Abdullayev Kazım Ənvər oğlu

Abdullayeva Xurşid Lütfəli qızı

Abdurahmanov Yusif Fikrət oğlu

Adıgözəlov Yalçın Vasif oğlu

Ağasoy Həsən Vəliqulu oğlu

Ağaverdiyeva Məsməxanım Aslan qızı

Allahverdiyeva Naibə Siyavuş qızı

Aslanova Elmira Ramazanovna

Atakişiyeva Mətanət Ağazahir qızı

Babayev İlqar Hüseyn oğlu

Babayeva İnarə Əhməd qızı

Bağırov Viktor Cəmiloviç

Baliyeva Natalya Qennadiyevna

Bayramov Təyyar Allahverdi oğlu

Bulax Svetlana Mixaylovna

Cahangirov Əlif Çingiz oğlu

Cəbrayılov Elşən Şahin oğlu

Cəfərov Mircavad Mirqəfər oğlu

Cəfərov Novruz Adil oğlu

Cəfərov Samir Qədir oğlu

Dünyamalıyev Rəhman Musa oğlu

Eldarova Nəsibə Novruz qızı

Eyyubov Musa Eyyub oğlu

Əfəndiyeva-Xəlilova İlahə Əhsan qızı

Əhmədli Bəhruz Vaqif oğlu

Əhmədov Çingiz Əli Əşrəf oğlu

Əhmədov Elnur Oruc oğlu

Əhmədov İlkin Qənbər oğlu

Ələkbərzadə Mehriban Zaur qızı

Əliyev Əyyub Pənah oğlu

Əliyev Fərid Fərhad oğlu

Əliyev Novruz Yaqub oğlu

Əliyev Rahib Seyidağa oğlu

Əliyev Sərvər Bəhlul oğlu

Əliyev Vahid Əsgər oğlu

Əliyev Vaqif Səfər oğlu

Əliyev Yusif Məmiş oğlu

Əliyeva Böyükxanım Həsənbala qızı

Əliyeva Dilarə Asif qızı

Əliyeva Gülüstan Həsən qızı

Əlizadə Əkbər Müzəffər oğlu

Əmirov Cəmil Fikrət oğlu

Əsədova Məleykə Əlifağa qızı

Əsədova Səbinə Çingizovna

Əsədullayev Toğrul Mirnazim oğlu

Əsgərov Əli Rəhim oğlu

Əzizov Əzizağa Ağayar oğlu

Fətəliyev Zakir Məhərrəm oğlu

Göyçayev Teymur Ənvər oğlu

Gözəlova İradə Vaqif qızı

Hacıyev Əli Əli Yusif oğlu

Hacıyev İlqar Xəlil oğlu

Hacıyeva Fidan Hacıağa qızı

Hacıyeva Sevil İnşalla qızı

Heybətov Anar Mithət oğlu

Heydərova Çinarə Yaşar qızı

Həmidov Əjdər Qüdrət oğlu

Həsənquliyev Kazım Feyruz oğlu

Həşimov Elçin Ləzgi oğlu

Həşimova Növrəstə Xanəli qızı

Həşimzadə Xanlar Allahverdi oğlu

Hüseynli Anar Vaqif oğlu

Hüseynov Füzuli İsmət oğlu

Hüseynov Şövqi Ərəstun oğlu

Hüseynova Kamilla Fikrət qızı

Hüseynova Kəmalə Müzəffər qızı

Hüseynova Laləzar Ramil qızı

Xanızadə Bəxtiyar Oqtay oğlu

Xəlilzadə Rüfət Eldar oğlu

İbayev Səbuhi Tahir oğlu

İbrahimov Fuad Natiq oğlu

İbrahimova Nigar Rəfael qızı

İbrahimova Şəhla İbrahim qızı

İmanova Gülbacı Əliəkbər qızı

İmanova Simarə Cəmaləddin qızı

İslamzadə Akif Qədir oğlu

İsmayılov Qurban İbrahim oğlu

İsmayılov Rauf Fəxrəddin oğlu

Kazımov Nicat Mirəziz oğlu

Kərimov Fəxrəddin Nuri oğlu

Kərimov Loğman Seyfulla oğlu

Kərimova Elmira Nəsir qızı

Kərimova Qərinə Rəhim qızı

Kərimova Nərgiz Faiq qızı

Qasımov Yusif Əli oğlu

Qasımova Fərqanə Alim qızı

Qəmbərov Salman Hüseyn oğlu

Quliyev Elxan Əlibala oğlu

Quliyev Əyyub Ramiz oğlu

Quliyev Hafiz Məhərrəm oğlu

Quliyev Qabil Əzizulla oğlu

Quliyeva Aynurə Arif qızı

Quliyeva Səidə Əbülfəz qızı

Quliyeva Şəlalə Şahvələd qızı

Qurbanov Oruc İzzət oğlu

Qurbanova Gülzar Qurban qızı

Qurbanova Pərvanə Yaqub qızı

Lobaçov Yuri Nikolayeviç

Məhərrəmov Firudin Əliməmməd oğlu

Məmmədəliyev Vamiq Məmmədəli oğlu

Məmmədxan Ucal İsa oğlu

Məmmədov Sabir Novruz oğlu

Məmmədov Sirus Arif oğlu

Məmmədova Fəridə Kamal qızı

Məsimov Qurban Abdulla oğlu

Məstanov Vaqif Teyyuboviç

Miltıx Aleksey Leonidoviç

Mirişli Nazim Ramiz oğlu

Mirqasımova Ayan Oqtay qızı

Mirzəhəsənov Hüseyn-Səfa Qvaməddin oğlu

Mirzəyev Gülağası Ağahüseyn oğlu

Mirzəyev Rafiq İsmayıl oğlu

Musayeva Səmayə Məmməd qızı

Musayeva Şükufə İmran qızı

Mustafayev Arzu Əhməd oğlu

Mustafayeva Laləzar Bəşir qızı

Mütəllimova Firəngiz Bəhər qızı

Nərimanova Zemfira Əli qızı

Nəzərov İlham İslam oğlu

Novruzov Əfsər Dilavər oğlu

Novruzova Nübar Qulu qızı

Növrəsli Şahin Növrəs oğlu

Nurzadə Əli Qayıb oğlu

Orucova Nahidə Mülük qızı

Osmanov Bəhram Məcid oğlu

Osmanov Fuad Tacəddin oğlu

Paşazadə Sahib Ağaverdi oğlu

Piriyev İvtixar Fəhrat oğlu

Poladov Əkrəm Nicat oğlu

Rəhimov Vaqif Çərkəz oğlu

Rəhmanov Rəhman Tofiq oğlu

Rüstəmov Elşən Mərdan oğlu

Rzayev-Sarabski İsfar Aydın oğlu

Sabayev Andrey Yuryeviç

Salahov Əbülfət Yusif oğlu

Salmanov Nicat Fərhad oğlu

Seyidov İxtiyar Mircəfər oğlu

Seyidov Uran Seyidmusa oğlu

Səlimli Mirbala Seyidəsgər oğlu

Səmədov Şükür Hacıbala oğlu

Spitsina Yelena Eduardovna

Şarovskaya Natalya Yuryevna

Şərifov Munis Məhəmməd İsmayıl oğlu

Şirinov Aslan Adil oğlu

Tağızadə İrana Tofiq qızı

Yaqubov Şıxı Miriş oğlu

Yaqubova Ella İsmayıl qızı

Zeynalov Azər Zeynalabdin oğlu

Zülfüqarov Cahangir Oqtay oğlu.
Meyiti maşınında tapılıb - SumqayıtdaSumqayıt şəhərində 62 yaşlı kişinin meyiti maşınında tapılıb

Hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü Aydın Şıxəliyevin meyiti onun idarə etdiyi "Mercedes" markalı avtomobildə tapılıb. Araşdırma zamanı onun bıçaqlanaraq qətlə yetirildiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır. (Report)