Ermənistanın müdafiə naziri də vəzifədən getdiErmənistanın müdafiə naziri Vigen Sərksiyan da bu gün istefa verib.

Mia.az Ermənistan mətbuatına istinadən bildirir ki, o, istefasını bu gün baş nazir seçilən Nikol Paşinyanın yeni hökumət formalaşdırmaq niyyəti ilə əlaqələndirib.

Qeyd edək ki, bu gün Ermənistan müdafiə nazirinin birinci müavini Artak Zakaryan və baş nazirin 1-ci müavini Karapaetyan da istefa verib.
Aparıcı çağırdığı qonağı təhqir edib aşağılayarsa...Məlum olduğu kimi, bu günlərdə teleaparıcı Elçin Əlibəyli verilişinə qonaq çağırdığı müğənni Maral Tahirqızını əvvəlcə təhqir edib, aşağılayıb, daha sonra isə qovub. Məsələ cəmiyyətdə, ictimaiyyətdə heç də birmənalı qarşılanmayıb. Aparıcı bu cür davranışına görə kəskin tənqid edilib, hətta təhqirlərə məruz qalıb.

Qeyd edək ki, müğənninin təhqir olunaraq efirdən qovulması ilə bağlı videogörüntü hələ veriliş efirə getməzdən əvvəl bir ay öncə sosial şəbəkələrdə yayılmağa başlamışdı. Müğənni bu haqda açıqlama verərək bildirmişdi ki, verilişdə tənqid olunmasına səbəb sosial şəbəkələrdə çoxlu sayda izləyici toplaya bilməsi olub: “Əgər insanlar sizi izləmirsə, deməli, onlar üçün maraqlı deyilsiniz. Günahkar deyiləm ki, məni izləyirlər. Bunu da özləri etiraf edirlər”.

Onu da əlavə edək ki, son zamanlarda bir çox televiziya verilişlərində aparıcıların hakim mövqeyində duraraq qonaqlarını aşağılaması, qınaması, təhqir etməsi və ya qovması ilə bağlı olaylarla tez-tez rastlaşırıq. Bütün bunlar cəmiyyətdə qıcıqla qarşılanır, tənqid edilir.

Bəs əslində aparıcı verilişində hansı mövqedə olmalıdır?

Mövzu ilə bağlı jurnalist Könül Cəfərli “Yeni Müsavat”a danışdı. Jurnalist bildirdi ki, kimliyindən asılı olmayaraq heç bir aparıcı əsla qonağı aşağılaya bilməz: “Çünki aparıcı mövzunu və kimi dəvət etdiyini bilir. Qonaq çağırıb, təhqir etmək, kobud münasibət sərgiləmək efir mədəniyyətinə ziddir. Verilişin davamlı olması üçün baxılması şərtdir. Çünki şirkətlər baxılan verilişə sponsorluq edirlər. Danılmaz həqiqətdir ki, ciddi adamlarla önəmli mövzuların müzakirəsi tamaşaçı toplamır. İnsan dramı, faciəsi, şou, qalmaqal üzərində köklənən verilişlər həmişə baxımlı olur. Odur ki, aparıcılar belə mövzulara can atır, sonunda da kimsə efirə xalatda çıxır, biri şpaqat açır, o biri bədbəxt adamları ağladır, kimsə də Maral Tahirqızın təhqir edir. Bunlar reytinqə hesablanmış cəhdlərdir”.

Könül Cəfərli bildirib ki, aparıcı hər zaman birtərəf mövqe nümayiş etdirməlidir: “Ən əsası, mövqe bildirməməlidir. Doğrudur, müəyyən istisnalar var, məsələn, Qarabağla bağlı mövqe bildirə bilər. Maral Tahirqızı kimi insanı dəvət edib reytinq toplamaq, xüsusən də onu aşağılayaraq, daha ağıllı görünmək çirkin bir rəftardır. Televiziya jurnalistikasının öz efir standartları və etik kodeksi var”.
Yeni nazir vəzifəli şəxsləri işdən çıxardıƏmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qurumda yeni islahatlar həyata keçirib.

Avrasiya.net Mia.az-a istinadən xəbər verir ki, nazirliyin aparat rəhbəri Əjdər Cəbiyev, Daxili nəzarət şöbəsinin müdiri Soltan Hacıyev, Kadr və kadr hazırlığı şöbəsinin müdiri Qurbanəli Əsədov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev işdən çıxarılıb.
Əsgərlərə yemək bişirməyə hazıram - Sabiq müdafiə naziri“Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, erməni xalqı sülh yolu ilə torpaqları geri qaytarmayacaq”.

Avrasiya.net xəbər verir ki, bu fikirləri “Ölkə.Az”a açıqlamasında Azərbaycanın sabiq müdafiə naziri Rəhim Qazıyev Nikol Paşinyanın Ermənistanın yeni Baş naziri seçilməsinə münasibət bildirərkən deyib.

R.Qazıyev bildirib ki, bu gün Azərbaycan ordusunun torpaqları tez bir zamanda erməni işğalından azad etməyə gücü var:
“Biz gözləməməliyik ki, Ermənistan nə vaxtsa sülhə razılıq verəcək. Azərbaycanın Ali Baş Komandanı, prezident İlham Əliyev ordumuzun səfərbər olması üçün əmr verməlidir. Bunun üçün Azərbaycan dövlətinin kifayət qədər gücü və nüfuzu var”.

Sabiq nazir qeyd edib ki, əgər Azərbaycan müharibəyə başlayıb torpaqlarını işğaldan azad etsə, Rusiya heç bir açıq müdaxilə etməyəcək:
“Rusiyanı məndən yaxşı tanıyan olmaz. Hər bir dövlətin öz danışıq dili olur. Biz 200 il rus xalqı ilə yanaşı yaşamışıq. Ona görə də rusun dilini biz daha yaxşı bilirik. Mən müdafiə naziri olanda rus generallardan bir şüşə arağa silah, hərbi texnika alırdım. Yəni, Rusiya ilə razılığa gəlmək mümkündür. Digər tərəfdən isə Azərbaycan torpaqları uğrunda hərbi əməliyyatlara başlasa, Rusiya heç bir şəkildə Ermənistanı açıq müdafiə etməyəcək. Bunun da öz səbəbləri var. Birincisi, Ermənistandan daha çox Rusiyaya Azərbaycan lazımdır. Ona görə də Rusiya seçim qarşısında qalsa, Azərbaycana üstünlük verəcək”.

R.Qazıyev Azərbaycan Ali Baş Komandanı tərəfindən müharibə əmri verildiyi təqdirdə müxalifətçiliyi kənara qoyub dövlətin yanında olacağını söyləyib:
“Ali Baş Komandan İlham Əliyev günü bu gün müharibə əmri versin, şəxsən mən ən öndə gedib döyüşməyə, əsgərlərə yemək bişirməyə hazıram. Təki torapqlarımız işğaldan azad edilsin. Tam əminəm ki, belə vəziyyətdə digər müxalifət nümayəndələri də dövlətin yanında olacaq”.
Ukraynadakı səfirliyimiz Heydər Əliyevin adını düz yaza bilmir — FAKTAzərbaycanın Ukraynadakı səfirliyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibəti ilə keçirəcəyi konsert elanında ciddi səhvə yol verib.

"Ölkə.Az" xəbər verir ki, səfirliyin sosial platformalarda – konkret olaraq “Facebook” ünvanında yerləşdirilən elanda Ümummilli liderin adı “Qeydar” əvəzinə “Qaydar” yazılıb.

Təbii ki, ilk baxışdan texniki xəta kimi diqqət çəkən bu hala göz yumanlar rusdilli sosial şəbəkə istifadəçilərinin tənqidi ilə qarşılaşıblar.

İstifadəçilər Ümummilli Liderin adını rus dilində doğru-düzgün yaza bilməyən səfirlik əməkdaşlarını haqlı olaraq tənqid ediblər.
Xatırladaq ki, belə hal Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları tərəfindən ilk dəfə baş vermir.
Ukraynadakı səfirliyimiz Heydər Əliyevin adını düz yaza bilmir — FAKT
Baş redaktora hökm oxundu - 4 il azadlıqdan məhrum edilsinBaş redaktora hökm oxundu - 4 il azadlıqdan məhrum edilsinDövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən və reket fəaliyyətində ittiham olunan “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Avrasiya.net xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxs son söz deyib.

Habil Vəliyev çıxışı zamanı ona qarşı irəli sürülən ittihamları qəbul etməyib, özünü təqsirli bilmədiyini ifadə edib: “Mən son sözü Allah qarşısında deyəcəm. Mən istintaqda da demişəm ki, özümü təqsirli bilmirəm, bu gün də özümü təqsirli bilmirəm. Uzun illər Allahın hüzurunda olan, ona borcunu ödəyən şəxs başqasının malına göz tikməz. Mən bunları etməmişəm. Dinimizdə də, kitablarımızda da bunlar yazır. Gərək insan Allah qarşısında yıxılmasın”.

Habil Vəliyev qeyd edib ki, məhkəmədən ədalətli qərar gözləyir: “Mən də burada ədalət mühakiməsinin doğru aparılacağına, ədalətli qərar çıxarılacağına ümid edirəm”.

Habil Vəliyev məhkəmədən xahiş edib ki, üzərinə həbs qoyulan əmlakları ailəsinə qaytarılsın. O, çıxışının sonunda barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Daha sonra hakimlər hökm qəbul etmək üçün müşavirə otağına yollanıblar.

Müşavirədən sonra zala qayıdan hakimlər hökm elan ediblər.

Hökmə əsasən, Habil Vəliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, əvvəlki iclasda çıxış edən prokuror Habil Vəliyevin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

İttihama görə, Habil Vəliyev zərərçəkmiş şəxslər haqqında rüsvayedici məlumatlar yaymaqla hədələyərək onlardan külli miqdarda pul tələb edib.

Belə ki, o, Günəşli qəsəbəsindəki “Araz” kafesinin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi barədə “rüsvayedici məlumatlar” yayacağı ilə hədələyərək obyektin sahibi Habil Hüseynovdan 2007-ci ildən etibarən aylıq 200 manat haqq alıb. Sonradan aylıq haqqı artırıb və 2016-cı ilədək Habil Hüseynovun 30 min manatını ələ keçirib.

Daha sonra Habil Vəliyev Neftçala rayon Maliyyə İdarəsinin rəisi Rəşid Mənəfovu rəhbərlik etdiyi idarədə qanunsuzluqların baş verməsi, rayon ərazisində fəaliyyət göstərən müxtəlif dövlət təşkilatlarına ayrılmış pul vəsaitlərini mənimsənilməsinə dair məlumatlar, həmçinin şəxsi nüfuzuna və işgüzar fəaliyyətinə xələl gətirəcək rüsvayedici məlumatlar yaymaqla hədələyib. Bu yolla məmurdan xeyli pul alıb.

Habil Vəliyev cinayətkar qrupun digər üzvləri ilə birlikdə zərərçəkmiş şəxslər haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə hədə-qorxu gəlib. Onlar Fuad Məmmədov, Tofiq Sadıqov, Rəşid Mənəfov, Xəyalə Məlikovanın əmlakını, Xəyyam Həsənov, Nofəl Musayev, Ramil Quliyev, Rafiq Rəsulovun xeyli miqdarda əmlakını, eləcə də Ramiz Cəbrayılov, Hətəm İbrahimov, Habil Hüseynov və Rasim Bağırovun külli miqdarda əmlakını ələ keçirib.
Adanalı futbolçular Heydər Əliyevi yad etdilərAdananın Yumurtalıq bölgəsində, Yumurtalıq İcra Hakimiyyəti və Yumurtalıq Bələdiyyəsi ilə birlikdə, Afrinə əmin-amanlıq və sülh aparmaq məqsədilə Zeytun Budağı Hərəkatına qoşulan Mehmetciklərə dəstək olmaq məqsədilə "Zeytun Budağı Futbol Turniri" keçirilib.

Turnirin yarımfinal qarşılaşmasında “ZeytinbeliSpor” komandası ilə qarşılaşan “Deveciuşağıspor” oyuna, Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə '' Doğum Günün Kutlu Mekanın Cennet Olsun '' afişası ilə çıxaraq, Azərbaycandakı qardaşlarına salam göndəriblər.
“DeveciuşağıSpor” komandasının baş məşqçisi Mustafa Budulqan: "Tək millət, iki dövlətin insanları olaraq onu çox yaxşı bilirik; Bizlərin ürəyi Azərbaycanda, Azərbaycanlı qardaşlarımızın qəlbi isə bizlərlə birlikdə atır” .

Deveciuşağı məhəllə muxtarı Vəli Bozdoğan isə; "Heydər Əliyev Azərbaycanda necə sevilib sayılmaqdadırsa, bizlər də eyni dərəcədə onu sevir və anırıq. Azərbaycan bayrağı Qarabağda dalğalanacaq",-bildirib.

Yumurtalıq bələdiyyə sədri Türkeş Filik: “Deveciuşağı Sporu”nun qardaş Azərbaycan üçün etdiyi bu jestə görə qürur duyduğunu bildirib.
Üç sabiq məmurun fəaliyyəti yoxlanır – Ağır cəza olacaq…Səlim Müslümovun, Heydər Əsədovun və Əli Həsənovun rəhbərlik etdikləri qurumlarda total araşdırmalar başlayıb; dövlətin milyardlarla manatını oğurlamış sabiq nazirlər təlaşda

Prezident seçkilərindən sonra hökumətdə baş verən dəyişikliklərin dəyişiklik olaraq qalmayacağı, bir sıra qurumlarda yol verilən qanunsuzluqlara görə ciddi cəzalanmaların olacağı barədə məlumat vermişdik.

Gələn xəbərlər göstərir ki, bununla bağlı redaksiyamıza verilən məlumatlar həqiqəti əks etdirir. Belə ki, son günlər yayılan xəbərlərə görə, hazırda Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, o cümlədən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ciddi araşdırmalar aparılır. Araşdırmaların gedişində ciddi faktların aşkarlandığı, hər üç qurumun rəhbər şəxsləri arasında həbslərin olacağı qeyd edilir (modern.az).

Onu da qeyd edək ki, seçkilərdən sonra rəhbərləri dəyişən 2 qurumda – Dövlət Miqrasiya Xidməti və Diasporla İş üzrə Dövlət Komitəsində yol verilən qanunsuzluqlar barədə birbaşa Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev məlumat verib. O, yeni rəhbərlərin kollektivə təqdimatı zamanı çıxışında Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində ciddi qüsurların olduğunu, ayrılan vəsaitlərin təyinatından yayındırıldığını qeyd edib. Bundan əlavə, miqrasiya orqanlarında da korrupsiyanın olduğunu bildirib.

Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsindəki problemlər barədə rəsmi açıqlamalar olmasa da, yoxlamaların başladılması xəbərlərinin yayılması, bir sıra istiqamətlərdə artıq üzə çıxarılan faktların ictimailəşdirilməsi bu qurumlarla bağlı daha ciddi ölçülərin götürüləcəyindən xəbər verir.

Onu da qeyd edək ki, bir neçə gün öncə mötəbər mənbələrdən aldığımız məlumat əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan 2-2,5 milyard manatın yoxa çıxması barədə material dərc etmişik. Həmin məlumatda fondda uzun illərdən bəri işləyən və vəsaitlərin uçotdan yayınmasını təmin edən mexanizmin üstünün açıldığı qeyd olunur. Hansı ki, həmin mexanizm sayəsində uzun illər boyu milyardlarla manat vəsaitin büdcəyə ödənişinin qarşısı alınıb. Fond rəhbərliyinin bu mexanizmdən xəbərsiz qalması qeyri-mümkün olduğuna görə böyük ehtimalla, quruma uzun illər rəhbərlik etmiş, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da araşdırmalara cəlb olunacaq.

Bundan əlavə, uzun illər boyudur Azərbaycanda əlillik təyinatı, ünvanlı sosial yardıma çıxışla bağlı çox ciddi problemlər davam edir. Bu iki sahədə korrupsiya imkanları nəinki aradan qaldırılmır, əksinə, rüşvətin məbləği ildən-ilə artır. Təsadüfi deyil ki, yeni gələn nazirin qurumun rəhbər heyəti ilə keçirdiyi ilk görüşləri məhz bu iki sahəyə həsr olunmuşdu. Nazir Sahil Babayev hər iki sahədə şəffaflığın təmin olunacağını vurğulamaqla, əslində bunun indiyədək olmadığını söyləmiş oldu. Bu baxımdan, yoxlamaların bir istiqamətinin də əlilliyin və ünvanlı sosial yardımın təyinatı sistemini əhatə edəcəyi şübhə doğurmur.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi də fəaliyyəti cəmiyyətdə ən çox narazılıq doğuran qurumlardan biridir. Qarabağ müharibəsində atəşkəs elan olunandan bəri keçən 24 ilin 20-də bu quruma Əli Həsənov rəhbərlik edib. Onun özünün verdiyi statistikaya inansaq, bu illər ərzində bütün mənbələr hesabına Azərbaycanda qaçqın və məcburi köçkünlərə 6 milyard manatdan yuxarı vəsait sərf olunub. Bu vəsaitin böyük bir hissəsini Dövlət Neft Fondundan qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün ayrılan pullar təşkil edir. Hansı ki, uzun illərdir bu sahədə ciddi mənimsəmələrin olduğu, qiymətlərin şişirdildiyinə dair müxtəlif araşdırmalar açıqlanır, faktlar ortaya qoyulur. Həmin faktlar bu istiqamətə ayrılan pulların xeyli hissəsinin mənimsənildiyindən xəbər verir. Qaçqınlara ayrılan yardımlardan, yemək və kommunal xərclərdən mənimsənilən yüz milyonlarla manatı da nəzərə alsaq, başladılan yoxlamaların heç də nəticəsiz qalmayacağını söyləyə bilərik.

Kənd Təsərrüfatı Nazirliyinə gəlincə, son illərdə büdcədən ən çox vəsait alan qurumlardan biri də məhz bu nazirlikdir. Kənd təsərrüfatının prioritet elan olunduğu, aqrar istehsalçılara ildə yüz milyonlarla manat subsidiyanın ayrıldığı bir dövrdə quruma rəhbərlik edən Heydər Əsədov oradakı mənimsəmə mexanizmlərindən əvvəlcədən məlumatlı idi. Belə ki, Hesablama Palatasının sədri olanda H.Əsədov Kənd Təsərrüfatı Nazirliyinin özünü, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti, Dövlət Baytarlıq Nəzarəti Xidməti, Fitosanitar Nəzarəti Xidməti kimi qurumlarını yoxlamışdı. Bu yoxlamalar zamanı aşkarlanan korrupsiya mexanizmləri H.Əsədova yaxşı tanış idi. Buna görə də nazir olan kimi adları çəkilən qurumların rəhbərlərini, hətta regional və rayon şöbələrinin rəislərini də dəyişib öz komandasını formalaşdırdı. Nəticədə, komanda dəyişsə də, mənimsəmə mexanizmi olduğu kimi qaldı. Sahəyə yönəldilən vəsaitlərin həcmini təsəvvür etmək üçün qeyd edək ki, yalnız “Aqrolizinq” ASC-nin ötən ilki büdcəsi 350 milyon manata yaxın olub. Digər qurumların büdcələrini, üstəlik, aqrar istehsalçılara ayrılan subsidiyaları da əlavə etdikdə illik 1 milyard manata yaxın vəsait alınır. Bu vəsaitlərin isə xeyli hissəsi təyinat nöqtəsinə çatmır…

Yoxlamaların nəticəsi olaraq Səlim Müslümovla Heydər Əsədovun ciddi cəzalandırılacağı tamamilə mümkün görünür. Üstəlik, onları müdafiə edən “zireh” – vəzifə əllərindən alınıb.

Əli Həsənova gəlincə… Onun vaxtilə rəhbərlik etdiyi Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi indiyədək ən çox korrupsiyaya bulaşmış qrumlardan biri kimi təqdim edilir. Onun hazırda baş nazirin müavini postunda qalması cənab Həsənovu ciddi cəzalanmadan sığortalayır. Amma araşdırmalar nəticəsində ortaya ciddi yeyinti faktları çıxarsa (bəlkə də artıq çıxıb-red.), Ə.Həsənovun qeyri-rəsmi formada cəzalandırılacağı, daha doğrusu, dövlətdən oğurladıqlarının əlindən alınacağı istisna edilmir.(musavat)
Amerikada həmyerlimizə yüksək vəzifə verildiABŞ Hərbi Dəniz Donanmasında “John” ləqəbli komandir, həmyerlimiz Nəimi Əmirəl ABŞ Müdafiə Nazirliyində F-35 tipli sonuncu nəsil döyüş təyyarələrinin beynəlxalq satişlar departamentində Baş İnteqrator və heyət başçısı təyin edilib.

Bu barədə məlumatı diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib.

“Artıq bir aydır ki, yeni təyinatını icra etməyə başlamış həmyerlimiz ilk xarici səfərini də elə keçən həftə qardaş Türkiyəyə edib. Xatırladaq ki həmyerlimiz artıq 16 ildir ki ABŞ Hərbi Dəniz Donanmasının Zabitidir”.
Kərkükdə Azərbaycan bayrağı dalğalandı - FOTODünən İraqın Kərkük bölgəsində Türkiyənin tanınmış müğənnisi Müəzzəz Ərsoyun möhtəşəm konserti olub.

Kərkükdən Avrasiya.net-ə verilən məlumata görə, konsertə toplaşan minlərlə insan əllərində İraq və türkməneli bayraqları ilə yanaşı Azərbaycan bayrağının da dalğalandırıblar.

O da bildirilir ki, İraqda yaşayan türkmənlərin ürəyi Azərbaycanla döyünür, Azərbaycana, onun müqəddəs üçrəngli bayrağına sevgi və sədaqət həmişə olub.