Bakı metrosunda tələbə öldü Bakı metrosunda ölüm hadisəsi baş verib.

“Report”un xəbərinə görə, metronun “20 Yanvar” stansiyasında 1998-ci il təvəllüdlü Sahil Teymurlu ürəktutmadan dünyasını dəyişib.

S.Teymurlu Milli Aviasiya Akademiyasının tələbəsi olub.

Faktla bağlı araşdırma aparılır.
İstanbulda müxalifət partiyasına hücum: 5 yaralıİstanbulda “İYİ” Partiyasının nümayəndələrinə silahlı hücum təşkil olunub.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hücum nümayəndələr seçkilər üçün bəzi tədbirlər görərkən həyata keşirilib.

Hücum zamanı “İYİ” partiyasının təmsil edənlərdən beşi yaralanıb. Birinin vəziyyəti ağırdır. Məlumatda qeyd olunur ki, yaralıların dördünə bıçaqla zərbə endirilib, birinə isə tapança ilə atəş açılıb.

Hücumun MHP-nin qarşısında toplanan təxminən 100 nəfərlik qrup tərəfindən törədildiyi iddia olunur.

“İYİ” Partiya hadisəyə sərt reaksiya verib. Belə ki, partiyanın sədr müavini Müsavat Dervişoğlu Devlet Bahçelini günahlandırıb: “Hücum edən şəxslər tezliklə qanun qarşısında cavab verəcəklər. Amma əsas müzakirə olunmalı məsələ hücumçular deyil, hücumu təşkil edənlərdir. Axan hər damla qanın əsas səbəbkarı Devlet Bahçelidir”.
Ukrayna deputatı döyüb Bakıya qaçan çeçen boksçusunu istəyirUkrayna Baş Prokurorluğu xalq deputatı Mustafa Nayemin döyülməsində şübhəli bilinən Məhəmməd Saitovun ekstradisiyası ilə bağlı yaxın günlərdə Azərbaycana sorğu verəcək.

Sportinfo.az xəbər verir ki, bunu "112 Ukrayna"nın efirində Ukrayna baş prokurorunun müavini Yevgeni Yenin deyib.

"Biz cənab Saitovun ekstradisiyası məsələsi ilə məşğuluq. Azərbaycandan olan həmkarlarımızla çox sıx əlaqə saxlayırıq və bu yaxınlarda onlara bildirdik ki, biz Saitovun verilməsini tələb etmək niyyətindəyik.

Bununla əlaqədar biz onun saxlanılması və qoruma altına alınması barədə sorğu ilə müraciət etmişdik. Yaxın günlərdə qanunu pozanların verilməsi barədə Avropa Konvensiyasının tələblərinə uyğun olaraq ekstradisiya haqqında da sorğu göndəriləcək", - deyə Y.Yenin vurğulayıb.

Baş prokurorun müavini həmçinin bildirib ki, bir qayda olaraq, bu proses bir neçə ay çəkir. Virtualaz.org-un daha əvvəl yazdığı kimi, aprelin 30-da Ukrayna parlamentində Pyotr Poroşenkonun blokundan olan deputat Mustafa Nayemə Kiyevin mərkəzində hücum edilib.

Hücum edənlərdən biri, çeçen əsilli Ukrayna vətəndaşı, 29 yaşlı Məhəmməd-Amin Saitov hadisədən bir neçə saat sonra Bakıya uçub. O, boks üzrə 2-4 mayda Azərbaycan paytaxtında keçirilən yarışda iştirak edib.

Daha sonra daxili işlər naziri Arsen Avakov bildirib ki, Ukrayna Daxili İşlər Nazirliyinin sorğusu əsasında Azərbaycan polisi Məhəmməd-Amin Saitovu Bakıda saxlayıb...
Londonda yaşayan azərbaycanlı məmur övladları - Onlar kimlərdir...? Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Böyük Britaniya vətəndaşlığı alması xəbəri gündəmin əsas mövzularından birinə çevrilib. Yada salaq ki, A.Məmmədov manat ekvivalentində təxminən 25 milyon xərcləməklə Böyük Britaniya vətəndaşlığı aldığı iddia olunur.

Onun qaynı, son prezident seçkilərindən sonra postunu itirən kənd təsərrüfatı naziri Heydər Əsədovun oğlu Asif Əsədzadə də Londonda yaşayır. O da cibində Britaniya vətəndaşı olmasını təsdiqləyən sənəd gəzdirdiyi xəbəri var. Yada salaq ki, 2017-ci ildə Asif Əsədzadə London küçələrində Az 90 HO 505 dövlət nömrə nişanlı “Porsche” ilə “avtoşluq” etməsi əks olunan video ilə gündəmə gəlmişdi.

Video yayılandan sonra Hafiz Hacıyev “İngiltərədə heç bir məmurun, biznesmenin oğlunun etmədiyi qələti Heydər Əsədovun oğlu edir” deyə qəzəblənib naziri rüşvətxorluqda suçlamışdı. O, hüquq-mühafizə orqanlarını Heydər Əsədovu və Ziya Məmmədovu həbs etməyə çağırmışdı: “Görün o, nə qədər özündən çıxıb ki, avtomobilini təyyarəyə qoyub Londona aparır”.

Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun oğlu İlqar Bəşirov da Azərbaycanın zəngin adamları sırasına daxil edilir. İlqar Bəşirov atası kimi gəmiçilik sahəsində çalışır. Ona məxsus xeyli yükdaşıma gəmilərinin olduğu və onlardan əsasən neftdaşımada istifadə olunduğu bildirilir. Böyük Britaniya vətəndaşı olduğu bildirilən İlqar Bəşirovun adı əsasən neft qaçaqmalçılığı ilə bağlı xəbərlərdə mərkəzi fiqur kimi keçib. İlqar Bəşirovun biznesinin coğrafiyası Türkiyə, Rusiya və vətəndaşlığını daşıdığı Böyük Britaniyanı əhatə edir.

Dövlət Dəmir Yolu İdarəsinin sabiq rəisi Arif Əsgərovun oğlu Elnar Əsgərzadəni şıltaq övlad adlandırmaq olar. Adı ilk dəfə Azərbaycan mətbuatının gündəminə təhsil aldığı Londonda özünün əvəzinə digər bir şəxsi imtahana yollaması ilə gəlmişdi. Məlum olmuşdu ki, Elnar Əsgərov Londonda olarkən “Credit Suisse” bankında treyder işləyən 34 yaşlı Ceromi Dreni özünün əvəzindən imtahan verməyin mümkünlüyünə inandırıb. Əvəzində hər imtahan üçün ona 2 min funt-sterlinq ödəmişdi(manatın indiki kursu ilə təxminən 4 min 500 manatdan artıq). Ceromi Elnar Əsgərovun adına düzəldilmiş saxta vəsiqədən istifadə edərək, onun əvəzinə 8 dəfə imtahana girib, sonuncuda isə professor ondan şübhələnib və fırıldağın üstü açılıb. Qalmaqal haqda Britaniyanın nüfuzlu nəşrləri sayılan “The Yorkshir Post” və “The Daily Mail” də yazmışdılar. Sonradan isə Elnar Əsgərovun Bakıya qayıtması barəsində məlumat yayılmışdı.

Elnar Əsgərovun London macəraları bununla bitmir. O, Londonda təhsil alarkən adam bıçaqlaması haqda da xəbərlər vardı. E.Əsgərovun bıçaqladığı şəxsin milliyyətcə ingilis olduğu və hadisənin xuliqanlıq zəminində baş verdiyi bildirilirdi.

Dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin - “Formula-1"in ”Qran Pri" yarışının təşkilatçısı Arif Rəhimov gənclər və idman nazirinin yeganə övladıdır. Orta məktəbi Bakıda bitirən, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində oxuyan Arif Rəhimov ardından ali təhsilini İngiltərənin paytaxtında davam etdirib. Arif Rəhimov 2011-2012-ci illərdə Londondakı Cass Business School-da neft və energetika sənayesi ixtisasına yiyələnib. Arif Rəhimov evlidir və hazırda Londonda yaşayır. Onun da Böyük Britaniya vətəndaşlığı alması haqda məlumatlar var.

Məmur övladları maqnit kimi çəkən Avropa dövlətlərinin vətəndaşlığını alma qaydaları necədir? Hansı şərtlər, meyarlar əsas götürülür? Çamadanları yığmazdan əvvəl nələri bilmək vacibdir?

Avropa dövlətlərində vətəndaşlıq almaq üçün alternativ yollar var. Mülk alırsan, yatırım qoyursan və vətəndaşlığı avtomatik olaraq satın almış olursan. “Washington Post” qəzeti bu xüsusda “Pulun varsa, vətəndaşı ola biləcəyin və ya yaşayış icazəsi ala biləcəyin 7 ölkə” sərlövhəli yazıya diqqət etmək lazımdır. Qəzet yazır ki, Macarıstanda vətəndaşlıq almaq istəyən əcnəbinin 322 min dollarlıq bond alması kifayətdir. Avropa Birliyi ölkələrindən fərqli olaraq Macarıstan investorlardan daşınmaz əmlak almağı və ya ölkədə daimi yaşamağı tələb etmir. Maltada vətəndaşlıq almaq istəyən 1,57 milyon dollar verməlidir. Ən bahalı vətəndaşlıq verən ölkə Kiprdir. Burada vətəndaşlıq almaq istəyən şəxs 6,2 milyon dollar verməlidir. Böyük investor qrupu daxilində investisiya edənə vətəndaşlıq isə 2,48 milyon dollaradır. Dominikan Respublikasında vətəndaşlıq almaq istəyən fərd 100 min dollar ödəməlidir. Həyat yoldaşı ilə birlikdə vətəndaşlıq almaq istəyən isə 175 min dollar verməlidir. Müqəddəs Kits və Nevlis - Karib dənizində 2 adadan ibarət olan bu ölkədə vətəndaşlıq almaq istəyən adalarda daşınmaz əmlaka 400 min dollar qoymalıdır. Bundan başqa ölkənin Şəkər Sənayesi Fonduna 250 min dollar ianə verməlidir. Antiqua və Barbuda - bu ölkələr də Müqəddəs Kits və Nevils adalarından şərqdə yerləşir. Burada da vətəndaşlıq almaq üçün gərək 400 min dollarlıq daşınmaz əmlak alasan ya da xeyriyyəyə 200 min dollar verəsən. Karib adalarında yerləşən Qrenada vətəndaşlıq almaq istəyənlərdən burada fəaliyyət göstərən şirkətlərin 311 min dollarlıq səhmini almasını tələb edir. Azərbaycanlı məmur övladlarının sevimli məkanı - Böyük Britaniyada vətəndaşlığını almaq üçün “cəmi” 1 milyon funt(2 milyon 340 min manat) ödəmək kifayətdir. İnvestor 750 funtdan az olmayan bir məbləği Britaniya iqtisadiyyatına, eyni zamanda 250 min funtdan az olmayan məbləği isə Birləşmiş Krallıq ərazisində daşınmaz əmlaka yatırmalıdır.

Avstraliyada 4,7 milyon dollarlıq investisiya qoyanlar viza alaraq yerləşə bilir. Almaniyada nisbətən ucuzluqdur. Burada isə minimum kapital 250 min avro təşkil edir. Makedoniyada 40 milyon avroluq daşınmaz əmlak alan xaricilərə bir illik vətəndaşlıq icazəsi, 400 min avro dəyərində yatırım edənlər və ən az 10 işçisi olanlar vətəndaşlıq ala bilərlər. Bolqarıstan azı bir il ölkədə daimi yaşayan və 1,2 milyon dollarlıq yatırım edənlərə vətəndaşlıq verir.

Portuqaliya və İspaniyada 500 mindən çox avro ödəyərək daşınmaz əmlak alanlara vətəndaşlıq verirlər. Kanada əcnəbi şəxs ölkə iqtisadiyyatına 800 min Kanada dolları sərmayə yatırmalıdır ki, vətəndaşlıq ala bilsin. ABŞ-da varlı investorlar amerikan start-uplarına minimum 500 min dollar sərmayə yatırdıqda və minimum 10 leqal iş yeri yaratdıqda, biznesmen məşhur amerikan Green Card-nı əldə edə bilər.(musavat.com)
Ziya Məmmədovun oğlu Türkiyədə üzə çıxdı –Ərdoğanla eyni toyda (FOTO/VİDEO)Azərbaycanın eks nəqliyyat naziri Ziya Məmmədovun məşhur oğlu Anar Məmmədov İstanbulda üzə çıxıb.

Ötən həftə 25 milyon manata Böyük Britaniyada vəyəndaşlıq alması ilə medianın gündəmini zəbt edən sabiq nazir oğlu müğənni Alişanın toyunda iştirak edib.

A.Məmmədovun toyda çəkdirdiyi fotoda onunla bərabər Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan da yer alıb.

Türkiyə mediasının Alişanın toyundan yayımladığı görüntülərdə də Anar var. (baku.ws)
Zorladığı iddia edilən qızlarla bağlı yeni TƏFƏRRÜATLARHədələnən təşkilat sədri Mehriban Zeynalova: “Əgər buna davam eləsələr, cinayət işi başladacam…”

Bir müddət əvvəl Bakıda Ramil Talıbov adlı falçının tələbə qızları zorlaması ilə bağlı məlumatlar dərc etmişdik. Məsələ böyük qalmaqala səbəb olmuş, ictimaiyyətdə, mətbuatda və mediada geniş müzakirə edilmişdi.

Xatırladaq ki, mətbuatda məlumat dərc edildikdən sonra zorlandığını iddia edən tələbə qızlar və falçı Ramil Talıbov ATV-nin efirində üz-üzə gəlib. Qızlar zorlandıqları haqda ittihamlar səsləndirib, qarşı tərəf isə bu ittihamlarla razı olmadığını deyib. Qarşı tərəfin sözlərinə görə, qızlar ona böhtan atır. Canlı yayım zamanı qızlardan biri – Ə.A. falçını cəzalandırmaq üçün bu addımı atdığını deyib.

Qeyd edək ki, efir vasitəsi ilə Ə.A-nın falçı ilə birgə restoranda yeyib-içdikləri zaman çəkilən fotoları yayılıb. Bu da ayrıca olaraq müzakirə obyektinə çevrilib, olayla bağlı hələ də qaranlıq qalan detalların olduğunu sübut edib.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə “Yeni Müsavat”a müraciət edərək bildirib ki, Ə.A. və onun anası, dayısı indi də onu şantaj etməyə başlayıb: “Zorlanma məsələsi ilə bağlı həmin iki tələbə qızı, ümumiyyətlə, tanımırdım. Yalnız sizin ”Yeni Müsavat”ın əməkdaşları mənə zəng vurub bildirdilər ki, qızların yardıma ehtiyacı var (Xatırladaq ki, zorlanma ilə bağlı ilk yazı dərc edildiyi zaman “Yeni Müsavat”ın əməkdaşı olaraq, həm hüquq-mühafizə orqanlarına, həm də “Təmiz Dünya” təşkilatına məlumat vermişdik – X.G.). Bunun üçün mən təşkilatımızın psixoloq və hüquqşünasına göstəriş verdim. Sözün düzü, həmin qızlarla ünsiyyətdə olmadım. Hüquqşünas və psixoloq əməkdaşımızın gözləməsinə baxmayaraq qızlardan biri yalnız bir gün sonra təşkilatımıza müraciət edərək bildirdi ki, qaldığı evdən qovulub, əşyaları da həmin evdə qalıb, qalmağa yeri yoxdur. Həmin zaman da ona bildirdim ki, çalışmaq lazımdır ki, istintaq prosesində məsələlər ictimailəşməsin, oxuduğu universitetdə problemlər yaşamasın. Onda həmin qız iki gün bizim təşkilatımızda qaldı. Bu müddətdə sığınacaqdan səhər çıxıb, axşam geri dönürdü. Hətta ona bu haqda xəbərdarlıq etdik ki, sığınacaqda bu cür rejimlə qalmaq olmaz. Bir neçə gün sonra məni televiziya verilişinə dəvət etdilər. Dedilər ki, veriliş qızlarla bağlı olacaq. Bu zaman artıq qızın falçı deyilən şəxslə olan fotoları ictimailəşmişdi. Qız da həyəcanla bildirdi ki, onun izni olmadan şəkilləri yayılıb. Mən də anlatdım ki, ola bilsin qarşı tərəf özünü hər hansı formada müdafiə etmək üçün şəkilləri efirə təqdim edib. Qeyd etdim ki, buna görə Daxili İşlər Nazilriyinə, o cümlədən 102 qaynar xidmətinə müraciət edə bilər. Verilişə çıxdığı zaman fasilədə qızlardan biri bildirdi ki, hətta üzü bağlı deyil, tam açıq şəkildə efirə çıxmaq istəyir. Mən isə bildirdim ki, buna tələsmək olmaz. Qızların verilişə necə, kimin vasitəsi ilə getməsindən xəbərsizəm. İndi isə qızın valideynləri, dayısı mənə zəgn edib şantaj edirlər ki, guya mən qızlardan tələb etmişəm ki, bu məsələ ictimailəşsin. Halbuki, mən gələnə qədər məsələ artıq tamamilə ictimailəşmişdi, efirlərdə onların vidoe görüntüləri yayımlanmışdı”.

Mehriban Zeynalova ile ilgili görsel sonucu

Mehriban Zeynalova zorlanma olayının çox qarışıq məsələ olduğunu diqqətə çatdırdı: “Ümumiyyətlə, sonuncu açıqlamamda da qeyd etmişdim ki, psixoloqumuz qızlar haqqında rəy verməyənə qədər mən bu məsələ haqqında dəqiq cavab verə bilmərəm. Əgər psixoloq doğrudan da rəy versə ki, qızlar travma alıb, onlar bu cür hadisəni yaşayıblar, mən nəsə deyə bilərdim. Lakin qeyd edim ki, Ə.A. bizim sığınacaqda qalarkən sakinlərlə xoş əhval-ruhiyyədə olurdu, deyib-gülürdü, onda travma almış görüntü yox idi”.

Təşkilat rəhbəri qeyd edib ki, qızların hadisə baş verən zamanı deyil, yalnız iki aydan sonra hüquq-mühafizə orqanlarına müraciət etməsi də anlaşılan deyil: “Əgər zorlanma haqqında həmən məlumat verilərdisə, məsələ anındaca sübuta yetirilə bilərdi. Lakin hadisənin üstündən 2 ay keçib, üstəlik başqa iddialar ortaya çıxıb. Məsələni müzakirə edən şəxslərdə belə bir sual ortaya çıxır, ”əgər bu qızlarda bu cür efirə, mətbuata çıxmaq kimi cəsarət var idisə, həmin hadisə baş verəndə niyə hüquq-mühafizə orqanlarına müraicət etməyiblər?” Əgər zorlanmışdılarsa, bu cür cəsarətlə dərhal müraciət edə bilərdilər. Şantaj yolu ilə kimisə həbsxanaya saldırmaq olmaz. Bu cür metod yanlışdır. Qeyd edim ki, əgər qızlar və valideynləri mənim nüfuzuma zərər yetirmək və ya böhtanlarına davam edərləsə, bu haqda cinayət işi başladacam”.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışdıq. Lakin telefon zənglərimiz cavabsız qaldı.

Xatırladaq ki, aprelin 18-də iki tələbə qız redaksiyamıza müraciət edərək bildirmişdilər ki, özünü Seyid Mirseymur kimi təqdim edən Ramil Talıbov “İnstagram” vasitəsi ilə tanış olduğu qızları fala baxmaq adı ilə aldadaraq, onlarla intim əlaqədə olub. Adlarını açıqlamadığımız gənc qızların iddialarında o da yer alır ki, “falçı Mirseymur”un əməllərinin qurbanı olan gənc qızların sayı 40-dan çoxdur. Bu mövzu ictimailəşdirildikdən sonra hüquq-mühafizə orqanları operativ araşdırmaya başlayıb. Ramil Talıbov məsələ ilə bağlı Yasamal RPİ-nin 29-cu Polis Bölməsi tərəfindən saxlanılmış, bir gün sonra isə sərbəst buraxılmışdı.
Biləsuvarda bir uşaq atası özünü asdıBiləsuvar rayonunda intihar hadisəsi baş verib.

“Report” xəbər verir ki, rayonun Günəşli kəndində 30 yaşlı yerli sakin Əliyev Vüqar Şöhrət oğlu özünü asıb.

Ailəlidir, bir övladı var. Hansısa bir probleminin olmadığı, həmçinin şeir yazmaqla məşğul olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Paşinyan Qarabağla bağlı güzəşt etməyəcək - AkopyanDüşünürəm ki, Paşinyanın hakimiyyətə gələcəyi təqdirdə də türk-erməni əlaqələrində ciddi dəyişiklik olmayacaq.

Axar.az xəbər verir ki, bu sözləri erməni siyasi ekspert Vigen Akopyan müxalif hərəkatının lideri Nikol Paşinyanın baş nazir olacağı təqdirdə regionda yaranacaq geopolitik durum barədə danışarkən deyib.

Onun sözlərinə görə, Türkiyə-Ermənistan əlaqələri Qarabağla birbaşa bağlıdır. Qarabağda isə irəliləyiş olmayacaq:

“Azərbaycan lideri İrəvanın onlara məxsus olduğunu deyirsə, hər hansı qarşılıqlı güzəştlər barədə danışmağın mənası yoxdur”.

Qeyd edək ki, az öncə V.Akopyan N.Paşinyanın Türkiyə ilə münasibətlərdə dönüş etmək niyyəti olmadığını bir daha bildirmişdi.
Ermənistan əhalisi 2017-də nə qədər “əridi”?2017-ci ildə Ermənistan əhalisi daha 13,4 min nəfər azalıb.

Axar.az xəbər verir ki, Ermənistan Statistika Komitəsi növbəti dəfə bu rəqəmə diqqət çəkərək, bəzi araşdırmalar aparıb. Bildirilir ki, yalnız İrəvanda əhalinin sayı ötən il 1,2 min nəfər artıb. Rayonlarda isə sürətlə azalır.

Ölkənin ən böyük ikinci və üçüncü şəhərləri olan Gümrü və Vanadzorun əhalisi 1,5 min, Şirak və Loridə isə 4 min azalıb.

Hakimiyyət bölgələrin inkişafı proqramını qəbul edib və əsasən, turizmi inkişaf etdirməyə cəhd göstərsə də, uğursuzluğa düçar olub. Nəticədə əhali azalması prosesi dayanmayıb.

Bildirilir ki, Vanadzorun əhalisinin azalmasını şərtləndirən səbəblərdən biri də Kimya zavodunun tam olaraq fəaliyyətini dayandırmasıdır. Sovet vaxtı 5 min insanın çalışdığı zavod indi tam fəaliyyətsizdir.

Ölkədə ən yoxsul rayon Şirak əyalətidir. Burda əhalinin 45 faizi yoxsul sayılır. Loridə isə bu rəqəm 36 faizdir.

Statistika Komitəsinin məlumatında bildirilir ki, Şirakda yoxsulların 70 faizinin daimi yemək rasionu çörək və kartofdan ibarətdir ki, bu da 2016-cı illə müqayisədə 4 faiz daha pis nəticədir.

İrəvanda isə daim “çörək və kartofla” dolanan insanlar şəhər əhalisunin 14,5 faizini təşkil edir. İrəvanda ötən il ərzində doğulanların sayı ölənlərin sayından 5,5 min nəfər çox olub. Ancaq əhali sayı bu şəhərdə cəmi 1,2 min nəfər artıb. Statistika Komitəsi aradan yaranan fərqin – 4,3 min nəfərin İrəvanı daimi əsaslarla tərk etdiyini qeyd edib.

İl ərzində ölənlərə nisbətdə ölkədə 10,3 min daha çox uşaq doğulub. Ancaq əhali 13,5 min azalıb. Bu isə o deməkdir ki, doğulanlar istisna olmaqla, ölkəni daimi əsaslarla 23,8 min adam tərk edib. Bu rəqəm İcevan, Artaşat və Gorusun əhalisindən çoxdur.

Ermənistan mediası isə bu rəsmi rəqəmlərin həqiqəti əks etdirmədiyini, əslində ölkə əhalisinin 50 minə yaxın azaldığını bildirib.
Prezident açılışda - FotolarPrezident İlham Əliyev açılışda iştirak edib.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 7-də Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağının açılışında iştirak edib.
Prezident açılışda - Fotolar