Kişilər onunla məzələnəndə... - Tanınmış teleaparıcının xanımıTanınmış teleaparıcı Elçin Əlibəylinin “Space” Televiziyasında yayımlanan “El bizim, sirr bizim” adlı verilişində müğənni Maral Tahirqızı ilə yaşanan qarşıdurma cəmiyyətdə birmənalı qarşılanmayıb. Buna görə, aparıcı sosial şəbəkədə kəskin iradlara və təhqirlərə məruz qalıb.

Yenicag.az-a açıqlama verən verilişin baş redaktoru və eyni zamanda. E.Əlibəylinin xanımı Dilrubə Əlibəyli məsələyə münasibət bildirib:

“Birincisi verilişin qonaqlarını aparıcı deyil, biz müəyyən edirik. Qaldı ki, Elçinin həmin qadını efirdən qovması və təhqir etməsi ilə bağlı yazılan şərhlərə, əsası olmayn sözlərdir. Elçin Maral Tahirqızının şəxsiyyətini təhqir etməyib, deməyib ki, qadın olaraq üz qarasısan, deyib ki, sən sənətin üz qarasısan, get özünə başqa iş tap. O Maral Tahirqızını verilişdən qovmayıb, özü dedi ki, gedirəm, Elçin də ona etiraz etmədi. İndi sosial şəbəkədə “məni verilişinə çağır, sənə qonaqlıq verəcəyik” deyən adamlar şərh yazırlar ki, sənin verilişinə heç vaxt getmərik. Onlar guya Maralın müdafiəsinə qalxıblar. Maral Tahirqızını müdafiə edən insanlara səslənirəm;siz yaxşı bilirdiniz ki, o qadın üç il həbsdə niyə yatıb?Belə maralsevən idinizsə, niyə onu türmədən çıxarmaq üçün mübarizə aparmırdınız? İnstaqramda paylaşımlara baxın, bədənini şişirdən oğlanlarla “rumka-rumka”ya vuranda, kişilər onunla məzələnəndə niyə səsiniz çıxmırdı ki, ayıbdır, qadına qarşı niyə belə hərəkət edirsiniz? Çünkı qorxurdunuz. Amma Elçinin sənətlə bağlı bir sözünə görə, az qala topa tuturlar”.

D.Əlibəyli həyat yoldaşının ölümlə hədələndiyini də deyib:

“Elçinə hədə-qorxu gəlirlər. Damlaya, Talıb Talehə görə Elçini hədələyirlər. Yazırlar ki, başını kəsərik, səni öldürərik, yox edərik. Bu mesajların hamısı bizdədir. Elçin beş kitab müəllifidir, peşəkar televiziya mütəxəssisidir, küçədən keçən adamlar ona televiziya dərsi keçir. Əgər o hansısa tənqidi fikirlərini söyləyirsə, bunu peşəkar nöqteyi-nəzərdən deyir. O heç kimi təhqir etmir, amma insanlar onu təhqir edir”.

D.Əlibəyli həyat yoldaşının xalq artisti Rasim Balayevlə bağlı fikirlərinin də insanlar tərəfindən yanlış anlaşıldığını bildirib: “Elçin Əlbəyli Rasim Balayevin aktyorluğu barədə danışmayıb. O və ailəsi hər zaman Rasim Balayev sənətinə və şəxsiyyətinə qarşı hörmətlə yanaşıb. Sadəcə olaraq, televiziya mütəxəssisi kimi xalq artistinin telekanallarda aparıcı və müğənnilərin davranışına dair söylədiyi tənqidi fikirlərini cavab verib”.
Zorla maşına mindirdilər, kolluq sahəyə gətirdilər və...Ağcabədi rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü Xəyyam Salahov və 1987-ci il təvəllüdlü Namiq Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az-ın xəbərinə görə, Namiq Məmmədov tanışı Xəyyam Salahovla birlikdə Ağcabədi şəhər mərkəzi bazarında valyuta mübadiləsi ilə məşğul olan Valeh İsmayılovun külli miqdarda pulunu ələ keçirmək məqsədilə onu öldürmək qərarına gəliblər.

Razılaşmaya əsasən, 17 oktyabr 2015-ci ildə, saat 07.40-da təqsirləndirilən şəxslər “VAZ-21154” markalı avtomaşınla Valeh İsmayılovun yaşadığı Ağcabədi şəhəri, Etibar İsmayılov küçəsinə gəliblər.

Həmin vaxt küçədə piyada gedən Valeh İsmayılovu avtomaşına minməyi təklif ediblər. Valeh Namiqin idarə etdiyi avtomobilin qabaq oturacağına əyləşib.

Daha sonra onlar şəhərin Hüsü Hacıyev küçəsi ilə hərəkətdə olarkən, əvvəlcədən razılaşdıqları kimi arxa oturacaqda əyləşən Xəyyam Salahov qəflətən arxadan Valeh İsmayılovun boğazından tutaraq, var gücü ilə sıxıb.

Valeh İsmayılov ilk anda müqavimət göstərməyə cəhd etsə də, cəhdi baş tutmayıb. Xəyyam Salahov onun müqavimətini qırıb, Namiq Məmmədov isə avtomaşının hərəkətini davam etdirərək Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 116-cı kilometrliyində, “Qarabağ” su kanalının keçdiyi ərazinin yaxınlığında yerləşən kolluq sahədə maşını saxlayıb.

Orada Valeh İsmayılovun əynindəki gödəkcəsinin cibindən ona məxsus 10 min manata bərabər müxtəlif valyuta əsginaslarından ibarət nağd pulunu götürüblər, onun özünü isə su kanalına atıblar.

İstintaq orqanı tərəfindən Xəyyam Salahov və Namiq Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xəyyam Salahov və Namiq Məmmədovun hər biri 19 il müddətinə azadlıqdan məhrum ediliblər. Onların cəzalarının ilk 5 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkmələri qərara alınıb.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar cəzalarının yüngülləşdirilməsini istəyiblər.

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib.

Bu qərardan narazı qalan təqsirləndirilən şəxslərin müdafiəçiləri kasasiya şikayəti veriblər. Məhkumların müdafiəçiləri Bəxtiyar Babayev hər iki şəxsin barəsində cinayət qanununa olunan dəyişikliklərin şamil edilməsini istəyib. Vəkil şikayətində göstərib ki, yeni qanunvericiliyə əsasən, 10 min manat külli miqdarda talama hesab olunmur, külli miqdarda talama 50 min manat miqdarında müəyyən edilib.

Vəkil hər iki təqsirləndirilən şəxsin ittiham olunduğu Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsini həmin məcəllənin 181.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək) maddəsinə tövsif edilməsini istəyib.

Müdafiəçi həmçinin şikayətində təqsirləndirilən şəxslərin barəsində təyin edilmiş cəzanın 15 ilədək azaldılmasını, təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının ilk 5 ilinin həbsxanada çəkilməsi haqqında olan müddəaların hökmdən xaric edilməsini xahiş edib.

Müdafiəçinin bu şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin barəsində verilən kasasiya şikayəti araşdırılıb.

Hakim heyəti təqsirləndirilən şəxslərin barəsində olan kasasiya şikayətini qismən təmin edib. Hər iki məhkumun barəsində elan olunmuş Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsini həmin məcəllənin 181.2.1 və 181.2.4-cü maddələrinə tövsif edilib.

Təqsirləndirilən şəxslərin barəsində olan hökm dəyişdirilsə də, təyin edilmiş cəza yenə də 19 il müddətinə təyin olunub.

Onların barəsində olan cəzanın ilk 5 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkmələri yenidən qərara alınıb.
Rusiya İrəvana ordu yeridəcək, Azərbaycan isə...Rəsmi Moskva Ermənistanda hakimiyyət əleyhinə keçirilən atiraz aksiyalarını ölkənin “daxili işi” kimi qiymətləndirir. Kremlin sözçüsü Dmitri Peskov və Xarici İşlər Nazirliyinin rəsmizi Mariya Zaxarovanın bəyanatlarında bu yanaşma özünü göstərir.

Rusiyanın Ermənistandakı səfirliyinin bir gün əvvəl yaydığı bəyanatında də Moskvadan verilən bəyanatlar xatırlanır. Bəyanata görə, “məxməri inqilab”ın liderləri dəfələrlə bildiriblər ki, siyasi proses xarici siyasətdə dəyişiklikləri nəzərdə tutmur.

Amma erməni şərhçi Sarqis Artsruni bu fikirdədir ki, Moskva əslində Ermənistanı qanda batırmaqla hədələyir.

Publika.az xəbər verir ki, o, “Birinci İnformasiya” saytında dərc etdiyi məqaləsində son günlər ərzində Rusiyanın aparıcı KİV-lərinin Ermənistana qarşı görünməmiş təbliğatı həyata keçirdiyini yazıb.

Siyasi şərhçi qeyd edib ki, Rusiya səfirliyi, faktiki olaraq, qaçılmaz anti-Rusiya əhval-ruhiyyəsinin qarşısını almağa çalışır.

Sarqis Artsruni bundan başqa, xatırladır ki, Rusiyanin Birinci kanalında uzun müddət əsas fiqur olan, daha sonra ölkə iqtisadiyyatının sütunlarından biri sayılan “Rosneft”in birinci-vitse-prezidenti vəzifəsinin icrasına başlayan Mixail Leontyev 3 gün əvvəl “Komsomolskaya Pravda” radiosunun studiyasında Ermənistanda baş verənləri ən azından fahişəlik kimi xarakterizə etdi.

“Və indi səfirliyin izahını ciddi qəbul etmək və saymaq olarmı ki, dövlətin neft nəhənginin vitse-prezidenti özünün şəxsi və qeyri-rəsmi fikirini ifadə edirdi? Yeri gəlmişkən, Leontyevlə birlikdə eyni studiyada Kremlin başqa bir təbliğatçısı Mixail Yuryev var idi. O, təhqirlərlə kifayətlənmədi. Yuryev Ermənistanı müstəqil ölkə hesab etmir, üsyançı quberniya hesab edir. Hesab edir ki, Rusiya daha az inkişaf etmiş xalqları tabe etmək hüququna malikdir. Onun Ermənistanda siyasi böhranın qarşısını almaq üçün öz “resepti” var: o İrəvana iki alay göndərməyi və “məxmər inqilab”ı qanda batırmağı təklif edir. Rusiya Ermənistan parlamentini qanda batırdı (Xatırladaq ki, 1999-cu ilin oktyabrın 27-də Ermənistan parlamenti gülləbaran edilib, baş nazir Vazgen Sərkisyan və spiker Karen Dəmirçyan da daxil olmaqla 8 nəfər öldürülüb. Həmin hadisədən iki ay sonra - dekabrda, ATƏT-in İstanbul sammiti çərçivəsində Bakı və İrəvan arasında Qarabağa dair ilk anlaşma sənədinin imzalanması gözlənilirdi – red.). Həmin vaxt ölkəmizin dövlət maraqlarını anlayan hakimiyyət formalaşdırılmışdı. Rusiyanın himayəsi ilə 2018-ci il martın 1-də azadlıq üçün mübarizə aparan Ermənistan vətəndaşları güllələnmişdi”, - erməni siyasi şərhçi qeyd edib.

Onun sözlərinə görə, şübhəsiz ki, Rusiyanın iki alayı bu dramatik günlərdə Ermənistana gələcək:

“Serj Sarkisyan getməyi üstün tutdu və meydanda toplaşmış xalq Karen Karapetyanı oyundan çıxardı. Rusiyanın qisas təhlükəsi neytrallaşdırılıbmı? Tamamilə yox. Və hələlik məlum deyil ki, Rusiya futbol üzrə dünya çempionatını qəbul etməsəydi, hansı davranışı göstərərdi. Biz düşünməyə meyilliyik ki, Moskvada daim qisas haqqında fikirləşəcəklər və yalnız əlverişli fürsəti gözləyirlər. Erməni “məxməri inqilab”ı geosiyasi kontekstə malik deyil, ancaq Ermənistanın müstəqilliyi məsələsində maksimum prinsipial və ardıcıl olmalıdır. Çünki azad vətəndaşlar Rusiyanın quberniyasında yaşamaq istəmirlər. Rusiya analitikləri Azərbaycan prezidenti İlham Əliyev tərəfindən İrəvanın qaytarılması haqqında danışırlar. Bizim oxucularımıza nəticə çıxartmağı təklif edirik”.
Heydər Əliyev Azərbaycanı məhv olmaqdan xilas etdi - HəsənovAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanın inkişaf konsepsiyası” mövzusunda elmi-praktik konfrans keçirilib.

Avrasiya.net xəbər verir ki, “Hilton” otelində keçirilən tədbirdə Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov, millət vəkili Azay Quliyev, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov və digər şəxslər iştirak edib.

Əli Həsənov ümummilli lider Heydər Əliyevin qayıdışı ərəfəsində ölkədəki siyasi durum və Heydər Əliyevin atdığı addımlarla bağlı çıxış edib.

Prezidentin köməkçisi bildirib ki, Heydər Əliyev qayıdışı ilə Azərbaycan dövlətini məhv olmaqdan xilas edib.

Heydər Əliyevin Azərbaycan üçün xidmətlərinin böyük olduğunu deyən Ə.Həsənov qeyd edib ki, ümummilli lider ölkənin inkişafına töhfələr verib:

“Onun zamanında bütün sahələrdə inkişaf başladı, ölkədə bazar iqtisadiyyatının Heydər Əliyevin adı ilə bağlıdır”.

Daha sonra çıxış edən Milli Məclisin deputatı Azay Quliyev ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin hər bir soydaş üçün əzmkarlıq, mübarizə və qalibiyyət nümunəsi olduğunu deyib.

"Heydər Əliyev mükəmməl dövlət quruculuğu konsepsiyasını işləyib reallaşdıra bilən nadir və xoşbəxt tarixi şəxsiyyətlərdəndir. Heydər Əliyev Azərbaycanın yeni Konstitusiyasını yaratmaqla sivil, demokratik, çoxpartiyalı dövlət sisteminin formalaşdırılmasına və ölkədə vətəndaş cəmiyyətinin inkişafına misilsiz töhfələr verdi və Azərbaycanın nüfuzlu beynəlxalq qurumlar və dünyanın aparcı ölkələri ilə əməkdaşlıq imkanlarını genişləndirdi”, - millət vəkili bildirib.

Sonra Heydər Əliyevə həsr olunmuş qısametrajlı sənədli filmin və mahnının təqdimatı olub.
İsraildən şok təhdid: Əsədi öldürüb, rejimi devirərikİran Suriya ərazisindən istifadə edərək İsrailə zərbə endirəcəyi halda Bəşər Əsədi öldürərək, rejimini devirəcəyik.

Axar.az xəbər verir ki, bu sözləri İsrailin Energetika naziri Yuval Steintz deyib.

“İsrail indiyə qədər Suriyadakı daxili savaşa müdaxilə etməyib. Əgər Prezident Bəşər Əsəd İranın Suriya ərazisində əməliyyat keçirməsinə icazə verməyə davam edərsə, İsrail onu zərərsizləşdirəcək və rejimini devirəcək”, -nazir bildirib.
Traktor qəzasında ölənlərin adları - VİDEOSabirabad rayonunda traktorun su kanalına düşməsi nəticəsində ana və 18 yaşlı əkiz qızları ölüb.

"Report"un Aran bürosu xəbər verir ki, rayonun Şəhriyar kəndində baş verən qəzada traktorun qoşqusunda olan 7 nəfərdən 6-ı ölüb 1-i sürücü olmaqla 2 nəfər yaralanıb.

Ölənlər:

1978- ci il təvəllüdlü Bağırova Elnarə İbrahiməjdər qızı

2000-ci il təvəllüdlü Bağırova Zəhra Teymur qızı

2000-ci il təvəllüdlü Bağırova Fatma Teymur qızı

1983-cü il təvəllüdlü Həsənova Xəyalə Əbdülhəsən qızı

1966-cı il təvəllüdlü İmanova Məlahət Nuxbala qızı

1992-ci il təvəllüdlü Qasımova Günay Tofiq qızı

Yaralılar:

1996-cı il təvəllüdlü Dadaşova Sona İmran qızı

1994-cı il təvəllüdlü İmanov Xalid Əjdər oğlu
DTX Heydər Əliyevə həsr olunmuş elmi konfrans keçirdi - FOTO Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə xüsusi təyinatlı ali təhsil müəssisələri kursantlarının “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” adlı I Respublika elmi konfransı keçirilib.

Avrasiya.net xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin büstü önünə əklil qoyublar.

Tədbirdə çıxış edən DTX-nin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsini icra edən, general-leytenant Əli Şəfiyev bildirib ki, müasir Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevdir: "Heydər Əliyev bütün sahələrə olduğu kimi, milli təhlükəsizliyə də böyük önəm verib. Dövlət təhlükəsizliyinin inkişafında misilsiz xidmətləri olan Heydər Əliyev tarix yazıb. Bu gün Heydər Əliyevin qurucusu olduğu müasir Azərbaycan uğurla inkişaf edir".

Ə.Şəfiyev qeyd edib ki, konfransın məqsədi Azərbaycanın hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərmiş, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr vermiş Ulu Öndər Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunəsinin və peşəkarlıq irsinin gənc nəslə aşılanması və öyrədilməsidir.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Məmmədov Ümummilli Lider Heydər Əliyevlə bağlı böyük xatirələri olduğunu bildirib:

"Apardığım araşdırmalara görə, Heydər Əliyev dünya tarixində xüsusi iz qoymuş şəxsiyyətlərdən daha üstündür. Bismark, Atatürk, Şarl de Qoll kimi tarixi şəxsiyyətlər tarixdə qalıb. Amma onlardan heç biri Heydər Əliyevin olduğu şəraitdə olmayıblar. Ulu Öndər yalnız zəkasının, gücünün sayəsində yüksəlib və heç bir kömək olmadan çalışıb, onun arxasında heç kim olmayıb. Amma Bismark, Şarl de Qollun arxasında dayananlar olub. Atatürkün arxasında isə Türk ordusu dayandı. Heydər Əliyev isə heç kimin köməyi olmadan yüksəldi. Ümummilli liderimiz ən yüksək zirvədə yer almış tarixi şəxsiyyətdir. O, Azərbaycanın ən çətin dövründə dövlət yaratdı, bütün çətinliklərə baxmayaraq, dövləti inkişaf etdirdi. Onun Azərbaycan üçün xidmətləri tarixi hadisədir. 1918-1920-ci illərdə Azərbaycanı dağıtmaq üçün səy göstərən ermənilər sovet hakimiyyəti qalib gələndən sonra təhlükəsizlik xidmətlərinə soxuldu və azərbaycanlılara qarşı amansız mövqe nümayiş etdirdi. Amma Heydər Əliyev həmin dövrdə təhlükəsizlik xidmətinə gəldi və təhlükəsizik xidmətində azərbaycanlı kadrları yetişdirməyə başladı. Daha sonra Heydər Əliyev Bakıda Ali Hərbi Məktəbin açılmasına nail oldu. Heydər Əliyevin məqsədi azərbaycanlı generallar yetişdirmək, təhlükəsizlik xidmətində azərbaycanlıların çalışmasına müvəffəq olmaq idi. Heydər Əliyev Azərbaycanda general korpusu yaratdı".

Y.Mahmudov vurğulayıb ki, Azərbaycan xalqı tarixin bütün dövrlərində Ulu Öndər Heydər Əliyevlə qürur duyub, onunla fəxr edib.

Tədbir DTX-nin Heydər Əliyev adına Akademiyasının tələbə və müəllim heyətinin məruzələri ilə davam edib.
Talıb Tale bu qızla nişanlandı - VİDEO Yutub kanalında mahnı və klipləriylə izlənmə rekordu qıran müğənni Talıb Tale nişanlanıb.

Avrasiya.net xəbər verir ki, 37 yaşlı ifaçı subaylığın daşını atmağa hazırlaşır. Belə ki, o, bir neçə gün bundan əvvəl nişanlanıb.

Nişan mərasimindən görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Leontyev ermənilərə “arvad” dedi, İrəvan qarışdıRusiyalı məşhur jurnalist Mixail Leontyevin Ermənistanla bağlı ifadələri Ermənistanda kəskin reaksiyaya səbəb olub.

Axar.az xəbər verir ki, Leontyevin çıxışı ilə bağlı təkcə Ermənistan mətbuatı yox, həm də rəsmi dairələr də açıqlama yaymağa başlayıb.

Rusiyanın Ermənistandakı səfirliyi qismən də olsa, Leontyevin bu çıxışını qınayıb. Səfirlik Leontyevin çıxışının onun öz şəxsi fikri olduğu və Ermənistan-Rusiya münasibətlərinə təsir etmədiyini bildirib. Səfirlik Ermənistanla münasibətlərdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov və Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndə Mariya Zaxarovanın fikirlərinə uyğun formada hərəkət etdiyini açıqlayıb.

Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan isə məsələyə öz Feysbuk səhifəsində münasibət bildirib. Onun sözlərinə görə, Leontyevin tarix və geosiyasət məsələsindən heç bir anlayışı yoxdur. O, həmçinin, jurnalistin ölkədə yaranmış vəziyyətlə bağlı məlumatlı olmadığını deyib. Toqonyanın fikrincə, Leontyevin fikirləri provokasiya xarakteri daşıyıb.

Ermənilərin Rusiyadakı ən böyük diasporu olan Rusiya Erməniləri İttifaqı isə Leontyevin Ermənistanla bağlı ifadələrini kəskin şəkildə qınayıb. Diaspor qanunvericilik çərçivəsində Leontyevlə hesablaşacağını rəsmən bəyan edib.

Qeyd edək ki, dünən “Rosneft” şirkətinin vitse-prezidenti və mətbuat katibi Leontyev Ermənistandakı hadisələri kəskin şəkildən qınayan açıqlamalar yayıb. O, ermənilərin Azərbaycanla Rusiya münasibətlərinə kölgə salmağa çalışdığını bildirib:

“Bu yük lap əvvəldən olub. Əgər onlar ayrılmaq istəyirlərsə, o zaman, üzr istəyirəm, “arvad, arabadan düş, sənsiz daha rahatdır” (qədim rus deyimi, “yaxşı yol”, “xoş getdin” mənasında) və hər şeyə nöqtə qoyaq”.
Cəlilabad sakinini kartof yuyarkən tok vurduCəlilabad sakinini kartof yuyanda tok vurub.

Moderator.az -ın bölgə müxbirinin verdiyi xəbərə görə, rayonun Muğan kənd sakini 1970-ci il təvəllüdlü Əsmətov İlham Yunus oğlunu gündüz vaxtı həyətində kartof yuyarkən tok vuraraq öldürüb. Mərhumun meyiti tibbi ekspertiza üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Cəlilabad rayon şöbəsinə aparılıb.
Yaxınlarının bildirdiyinə görə, bu saatlarında onun meyiti yaşadığı evə gətirilib və sabah dəfn ediləcək.
Faktla bağlı Cəlilabad rayon polis bölməsində araşdırma aparılır.