“Heydər Əliyev Allahın Azərbaycana göndərdiyi peyğəmbərdir” - Aqil Abbas"Heydər Əliyev də 1993-cü ildə Allah tərəfindən Azərbaycana göndərilən bir elçidir”.

Bu sözləri millət vəkili Aqil Abbas Heydər Əliyevin 95 illiyinə həsr edilmiş tədbirdə deyib.

Millət vəkili bildirib ki, Heydər Əliyevin 95 illiyi ilə Cümhuriyyətin 100 illiyi üst-üstə düşür:

"Bu xalqımız üçün əsl bayramdır. O zaman Heydər Əliyevlə görüşən zaman ona dedim ki, qabiliyyət imtahanı yenidən bərpa olunsun. Hüquqa qəbul olmaq istəyənlər gəlib jurnalistikaya düşürlər. Mənə dedi ki, deyirsən, jurnalistlər prokurorlardan pis yaşayır? Heydər Əliyev həmişə jurnalistlərlə səmimi ortam yaradırdı. O, qəzetləri oxuyurdu, reaksiya verirdi. Qəzetdə gedən yazıya görə, iki dəfə mənlə telefonla da danışıb. Bunu açıqlamayacağam, öz aramızda qalsın”.

Telekanalları tənqid edən Aqil Abbas bildirib ki, İlham Əliyev bir yerin açılışını edəndə telekanallarımız ancaq o yerini verirlər:

"Ancaq açılış mərasimindən sonra çox səmimi ortam yaranır. TV kanallar bunu da verməlidir”.

Sonda Aqil Abbas qeyd edib ki, "124 min peyğəmbərin olduğu deyilir. Quranda isə cəmi 30-40-nın adı var, digərləri bilinmir. Ancaq o da var ki, hər dövrdə Allah bir elçi göndərir. Onun adını Atatürk də qoya bilərsiniz, peyğəmbər də. Məhz Heydər Əliyev də Allah tərəfindən Azərbaycana göndərilən peyğəmbərdir”.
(Yeniçağ.az)
MTRŞ-dan Maral Tahirqızının verilişindən qovulmasına münasibətMilli Televiziya və Radio Şurası (MTRŞ) Elçin Əlibəylinin aparıcılıq etdiyi “Space” televiziyasının “El bizim, sirr bizim” verilişində baş verənlərə münasibət bildirib.

Avrasiya.net xəbər verir ki, MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov “Report”a açıqlamasında deyib ki, həmin veriliş Şuranın monitorinq nəzarətinə götürülüb.

T.Dadaşov qeyd edib ki, verilişdə baş verənlər və aparıcının davranışları təhlil olunub: "Məsələ ilə əlaqədar müvafiq arayış tərtib edilərək rəhbərliyə təqdim olunub.

Verilişdə aparıcının Maral Tahirqızı adlı şəxsi təhqir etməsi məsələsinə gəlincə, hesab edirəm ki, buna həmin şəxs özü fərdi qaydada münasibət bildirə bilər ki, baş verənləri özünə təhqir hesab edir, ya yox. Bununla belə, sağlam efir mühiti baxımından aparıcıların efirdə hansı məqsədlə olur-olsun insanlarla kobud, efir etikasına zidd şəkildə ittiham etməsi, özünü hakim kimi aparması yolverilməzdir. Əgər verilişə çağırılan şəxs müzakirə olunan mövzuya uyğun səviyyədə deyilsə, onu ora çağırmaq yalnız şou yaradaraq reytinq qazanılmasına xidmət edə bilər. Çox təəssüf ki, bir çox verilişlərdə bizim təcrübəli hesab etdiyimiz illərin aparıcıları müzakirə verilişlərində özlərini tərəf kimi aparırlar. Bu olmamalıdır. Digər tərəfdən, sağlam müzakirə istisna olmaqla ələ salmaq və ya digər məqsədlər üçün iştirakçıların bir-birinə qarşı qoyulması da qəbuledilməzdir. Çox təəssüf ki, bu cür hallar son vaxtlar tez-tez rastlaşılır.

Tövsiyə edərdim ki, aparıcılar xarici həmkarlarının praktikası, bu sahədə yazılan ədəbiyyatlarla yanaşı, teleradio yayımı haqqında milli qanunvericiliklə də yaxından tanış olsunlar".

Qeyd edək ki, “El bizim, sirr bizim” verilişinin aparıcısı Elçin Əlibəyli Maral Tahirqızını verilişindən qovub.
Gülər Əhmədovadan Elçin Əlibəyliyə: “Sən kimsən ki, bu qədər fironluq nümayiş etdirirsən?"Tanınmış teleaparıcı Elçin Əlibəylinin “Space” Televiziyasında yayımlanan “El bizim, sirr bizim” adlı verilişində müğənni Maral Tahirqızı ilə yaşanan qalmaqal cəmiyyətdə birmənalı qarşılanmayıb. Buna görə, aparıcı sosial şəbəkədə kəskin iradlara məruz qalıb.

Qeyd edək ki, “El bizim, sirr bizim” verilişinin aparıcısı Elçin Əlibəyli Maral Tahirqızını verilişindən qovub.

Modern.az xəbər verir ki, aparıcının verilişinə qonaq çağırdığı müğənni Maral Tahırqızını aşağılaması və verilişindən qovduğunu əks etdirən görüntülər sosial şəbəkədə yayılıb.

M.Tahirqızı qovulması ilə bağlı açıqlama verib. O bildirib ki, verilişin mövzusu sosial şəbəkələrdə çoxlu sayda izləyici toplaya bilməsi ilə bağlı olub.

Sosial şəbəkələrdə çoxsaylı iradlara tuş gələn Elşin Əlibəyli Maral Tahirqıznı dəstəkləyənələri qınayıb:

“Marala dəstək duran qövm, elə mən sizi deyib gəlmişəm, siz də mənim "marallarımsınız" (əlbəttə Əbdürrəhimbəy Haqverdiyevi oxuyubsunuzsa, anlayarsınız nə deyirəm, amma buna da şübhəm var). Qəzəbinizi töküb qurtarandan sonra, özünüzə güzgüdə yaxşı baxın, mənim marallarım. Onda görəcəksiniz mən nə dedim və niyə dedim! Əlbəttə, bunu anlaya bilsəniz çox sevinərəm!”, deyə E.Əlibəyli Facebook-da yazıb.

Sabir deputat Gülər Əhmədova da Elçin Əlibəyliyə irad tutanlar arasındadı. O da Facebook-da etirazını belə ifadə edib:

“Vaxt var idi Bakıya Şərqin Parisi deyirdilər. Heç vaxt özünü kişi sayan birisi kimliyindən asılı olmayaraq bir qadını adam arasında aşağılamazdı. Qadına görə deyil,özünün kişiliyinə görə.. Bu hansı əxlaqdır ki, arxasız, kasıb, yiyəsiz qadını efirə çağırasan və onu aşağılamaqla özünü yüksəldəsən?? Bəyənmirsənsə niyə çağırlrsan? Sən kimsən ki, bu qədər təkəbbür, bu qədər fironluq nümayiş etdirirsən? Yəni ətrafımızda kimsələr yoxdur ki, bu işlərin qarşısını alsın? Mən bir həqiqəti bilirəm ki, hansısa qadının əxlaqını bəyənməyən kişi o qadını görməzdən gələr. Ən ağır cəza kimi salamını almaz. Bu olar kübarlıq. Amma, belə davranışın adı nədir bilmirəm, bilsəm də demərəm. Heyf, çox heyf itirdiyimiz kübar kişilərə.. Gör nə günlərə qaldıq..”
 Evinə qonaq gələn şəxsi öldürüb basdırdıLənkəranda itkin düşən şəxsin öldürülərək zirzəmidə basdırıldığı məlum olub.

DİN-in mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, bu il martın 19-da Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə Lerik rayon sakini Mirisa Babayevin 3 gün əvvəl – martın 16-da yaşadığı Sütəmurdov kəndi ərazisində itkin düşməsi barədə müraciət daxil olub.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində M.Babayevin həmin gün Aşağı Nüvədi qəsəbəsində yaşayan Tələt Dadaşovun evində olarkən aralarında baş vermiş münaqişə zəminində sonuncu tərəfindən küt alətlə qətlə yetirilməsi, cəsədinin isə zirzəmidə basdırılması müəyyən edilib.

M.Babayevin meyiti eksqumasiya edilib.

Görülmüş tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən T.Dadaşov tutulub.

Araşdırma aparılır.
“Lider”in tənqid olunan aparıcısı işdən çıxarıldıBir müddətdir ki, sosial şəbəkələrdə tənqid olunan “Yarasa” proqramının bağlanması barədə məlumat yayılıb.

“Qafqazinfo” xəbər verir ki, verilişin yayımlandığı Lider TV-dən məsələyə münasibət bildirilib.

Qeyd edilib ki, “Yarasa”nın yayımı davam edir: “Proqram bundan əvvəl həftədə 3 dəfə yayımlanırdısa, indi bir dəfə efirə çıxacaq. Amma verilişin aparıcısı Könül Yusifqızı olmayacaq”.

Qeyd edək ki, K. Yusifqızının geyimləri, efirdə söylədiyi qeyri-etik ifadələr sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.
Günün günorta çağı Bakıda BİABIRÇILIQ – Qızla oğlan eyvanda … – (18+) FOTOBakının mərkəzində yaşayış binasında günün günorta çağı biabırçı olay yaşanıb.

Binanın 6-cı mərtəbəsinin eyvanında ətrafa məhəl qoymadan sevişən gənc qız və oğlan Milli.Az-ın kamerasına tuş gəlib.

Təxminən 40 dəqiqə hərəkətlərinə fasilə vermədən davam edən gənclərin sərbəst davranışları kameranın obyektivindən qaçmayıb.

Sözügedən biabırçı kadrlardan biri:
Günün günorta çağı Bakıda BİABIRÇILIQ – Qızla oğlan eyvanda … – (18+) FOTO
İrəvanda indi də tələbələr qızışdı Erməni gənclər imtahanlardan yaxa qurtarmaq istəyirlər

İrəvandakı dərəbəylik davam edir. İndi də ölkəni bürüyən etiraz aksiyalarına görə dərslərdə iştirak edə bilməyən ali məktəb tələbələri imtahanlardan yayınmaq istəyirlər. “Joxovurd” qəzeti yazır ki, onlar özlərini Sarkisyanı devirən həqiqi inqilabçı hesab edirlər və düşünürlər ki, bunun üçün tamamilə imtahanlardan azad edilməlidirlər.

Əgər bu tələblərinə rədd cavabı alarlarsa tələbələr mühazirə və seminarları pozmaqla hədələyirlər.

Qəzetin yazdığına görə, Nikol Paşinyan tələbələrə xüsusi müraciət etməlidir. Bununla o, tələbələrdən etiraza son verməyi, ağıllarını başalarına yığaraq dərslərə davam etməyi istəyə bilər.
“Vor zakon”lar İlqar Əliyev və Cavid Məmmədov Kiyevdən belə deportasiya edildiUkrayna Xüsusi Xidmət Orqanları tərəfindən saxlanılan azərbaycanlı “qanuni oğru”lar – İlqar Əliyev (İlqar Dmaniskiy) və Cavid Məmmədov (Dato Ağcabədinskiy) mayın 5-də bu ölkədən deportasiya olunublar.

Virtualaz.org xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb. Məlumata görə, avtoritetlər ayrı-ayrı vaxtlarda saxlanılıblar. Dəfələrlə məhkumluq həyatı yaşayan, altı il öncə Yunanıstanda “taclandırılan” “Dato Ağcabədinskiy”şənbə günü Kiyevdə yaxalanaraq ölkədən çıxarılıb.

Milli Polisin rəhbəri Andrey Krişenkonun sözlərinə görə, hüquq mühafizə orqanları “Dato Ağcabədinskiy”nin sərhədi qanunsuz keçməsini, Ukraynada öz təsirini gücləndirmək, həmçinin topdansatış bazarlara nəzarət etməyi planlaşdırdığını öyrəniblər. Nəticədə “Dato Ağcabədinskiy” 3 il müddətinə ölkədən deportasiya edilib.

Digər azərbaycanlı “qanuni oğru” "İlqar Dmaniskiy" ləqəbli İlqar Əliyev də bu günlərdə Ukraynadan deportasiya edilib. Belə ki, İstanbul reysi ilə Ukraynaya gələn 40 yaşlı “qanuni oğru” Borispol hava limanında saxlanılaraq geri qaytarılıb.

“Son on gün ərzində bu, Ukraynadan çıxarılan üçüncü "qanuni oğrudur". İlin əvvəlindən isə “Tenqo Piterskiy”, “Professor", “Qeqa Ozurqetskiy” və “Ramaz Bağdadskiy” ölkə hüdudlarından kənarlaşıdırılıb”- Milli Polisin rəhbəri bildirib.

A.Krişenko hazırda ölkədə 20-30 nəfərə yaxın avtoritetin qaldığını, Ukraynaya girişə qoyulan qadağanın pozulması müqabilində ciddi cəza tətbiqinə təşəbbüs etmək niyyətində olduqlarını vurğulayıb.
Bakıda turist bələdçisi oğurluq etdiDİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən ölkəmizə turist kimi gəlmiş əcnəbi vətəndaş Səbail rayonu ərazisində yaşadıqları mənzildən oğurluq edildiyini bildirib.

Nazirlikdən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinin əməkdaşları Nizami küçəsindəki hadisə baş verən ünvana gələrək müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, aprel ayının 30-u axşamdan mayın 1-i səhərədək olan müddətdə orada yaşayan 4 əcnəbi vətəndaşın ümumilikdə 815 ABŞ dolları, 280 manatı, 220 tüməni və 1 mobil telefonu oğurlanıb.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək “isti izlər”lə saxlanılıb.

Araşdırmalarla onun həmin turistlərə bələdçilik edən Astara rayon sakini Ramid Nəbiyev olduğu müəyyən edilib. Məlum olub ki, o, kirəkeşlərin mənzildə olmadıqlarından istifadə edərək əvvəlcədən hazırladığı ehtiyat açarla mənzilə qanunsuz daxil olaraq onların pulunu və mobil telefonunu oğurlayıb.

“Samsung S-3” markalı mobil telefon maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.
Daha bir komitə ilə agentlik birləşdirilirİlham Əliyev bir müddət öncə keçirilən andiçmə mərasimi zamanı hökumət dəyişikliyi və struktur islahatalarına gediləcəyinin anonsunu verdi, yeni iqtidar komandasının daha optimal strukturda fəaliyyət göstərəcəyinə diqqət çəkdi.

Bu anonsun ardınca hökumətdəki bəzi dəyişikliklərin şahidi olduq. Samir Nuriyevin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədr təyin edilməsi də bu qəbildəndir. Bu dəyişiklikdən sonra boşalan MİDA rəhbəri postuna hazırda təyinat gerçəkləşməyib. Modern.az-ın hökumətdəki mənbədən əldə etdiyi məlumata görə, yaxın vaxtlarda struktur islahatlarının davamı kimi, Mənzil İnşaat Dövlət Agentliyininin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə birləşdiriləcəyi gözlənilir.

Təhlillər zamanı yeni yaradılmasına baxmayaraq, MİDA-nın Komitə ilə paralellik təşkil etdiyi müəyyənləşib. Həmçinin, bildirilir ki, MİDA-ya rəhbərliyi zamanı öhdəsinə düşənləri layqincə yerinə yetirməsilə Samir Nuriyevin daha çox etimad qazanması, ona bu yükün altına girməyə imkan verəcək...

Qeyd edək ki, 2007-ci ildən Komitəyə rəhbərlik edən Abbas Ələsgərov bu ilin fevralında 81 yaşında vəfat edib.

Prezident İlham Əliyevin 21 aprel 2018-ci il tarixli sərəncamı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsininsədri təyin edilən S.Nuriyev isə buna qədər MİDA-nın İdarə Heyətinin sədri vəzifəsində çalışıb.