19 yaşlı model qarət olundu - 47 milyonluq üzük oğurlandı“LUKOYL” şirkətinin keçmiş meneceri Valentin İvanovun 19 yaşlı həyat yoldaşı, model Liza Adamenko qarət olunub.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, qadının 47 milyon rubl dəyərində üzüyü, “Chane”l markalı çantası və pulqabısı oğurlanıb. Məlumata görə, hadisə, onun dostları ilə əyləndikdən sonra binanın girişində baş verib.
Gürcüstanda meşədə azərbaycanlı gəncin meyiti tapıldıGürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun Seyidqocalı kəndində 21 yaşlı Namaz Vəliyev qətlə yetirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, Seyidqocalı kənd sakini olan N. Vəliyevin meyitini səhər saatlarında kəndin çobanı meşədə tapıb.
Gəncin küt alətlə başından vurularaq qətlə yetirildiyi ehtimal olunur. Yayılmış digər məlumata əsasən, N.Vəliyev ov tüfəngi ilə qətlə yetirilib.
Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır.
“Azərbaycanda söz və mətbuat azadlığı təmin olunub""Azərbaycanda istənilən şəxs müvafiq dövlət qurumuna xəbərdarlıq edərək qəzet yarada bilər"

Avrasiya.net-in məlumatına görə, bunu Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında siyasi dialoq və islahatlar mövzusunda çıxış edən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

Ə. Həsənov deyib ki, Azərbaycanda istənilən şəxs müvafiq dövlət qurumuna xəbərdarlıq edərək qəzet yarada bilər:

“Elektron sayt yaratmaq üçün isə domen almaq kifayətdir. Əhalinin 80 faizi internet istifadəçisidir. Sosial şəbəkə istifadəçilərinin sayı 3 milyon nəfərdən artıqdır. 50-dən artıq televiziya və radio kanalı fəaliyyət göstərir. KİV-in sayı isə 5 min 100-ə çatıb. Prezident İlham Əliyev hesab edir ki, ölkədə siyasi islahatlar iqtisadi islahatlarla bərabər aparılmalıdır”.
"Neyləyim mənim gücüm Elçin Əlibəyliyə çatmır" - Maral TahirqızıXəbər verdiyimiz kimi “Space” TV-də yayımlanan “El bizim, sirr bizim” verilişində gərgin anlar yaşanıb. Proqramda sosial şəbəkələrdə məşhur olan Maral Tahirqızı iştirak edib. Onunla aparıcı Elçin Əlbəyli arasında mübahisə yaşanıb. Telejurnalist onun kəskin şəkildə tənqid edib: “Niyə özünüzü məhv edirsiniz? Kim sizinlə zarafat edib və inandırıb? Kim sizə deyib müğənnisiniz? Siz Azərbaycan musiqisinin qara nöqtəsisiniz. Bunu bilirsiniz? Sizdən betəri yoxdur, son hədsiniz. Utanc yerisiniz. Hiss eləmirsiniz, sosial şəbəkələrdə sizə lağ edirlər? Prikol mənbəyisiniz. Mən dediyim sizə çatmır?”

Bununla bağlı BiG.AZ-a açıqlama verən Maraq Tahirqızı bildirib ki, Elçin Əlibəylinin efirdə mənə qarşı haqsız davranışı bir çoxları tərəfindən qınanıb. Hətta xarici ölkələrdəki izləyicilərim verlişdən sonra mənimlə əlaqə saxlayıb, yanımda olduqlarını söyləyirlər. Məni təhqir edənlərin hamısını qanunla cəzalandırmaq istərdim. Birini belə bağışlamazdım. Amma neyləyim mənim gücüm Elçin Əlibəyliyə çatmır”.
İlham Əliyev Vladimir Putinə zəng etdiMayın 7-də prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Avrasiya.net xəbər verir ki, dövlət başçısı Vladimir Putini Rusiya Federasiyasının Prezidenti vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib, ona Rusiya xalqının firavanlığı naminə fəaliyyətində yeni uğurlar arzulayıb. Dövlət başçısı, eyni zamanda, Rusiya Prezidentinə qarşıdan gələn 9 May - Qələbə günü münasibətilə də təbriklərini çatdırıb.

Prezident Vladimir Putin təbrikə və göstərilən diqqətə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib və öz növbəsində dövlət başçısını qarşıdan gələn 9 May - Qələbə günü münasibətilə təbrik edib.

Söhbət zamanı dövlət başçıları Azərbaycan-Rusiya strateji tərəfdaşlıq əlaqələrinin uğurlu inkişafını qeyd edib, ikitərəfli münasibətlərimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Efirdə dava düşdü: “Bir zənglə səni bu kameraların önündən götürdərəm” – VİDEO“Mən şərəfimi 100 min manata sığorta etdirmişəm, məni söyə bilməzsiniz”

“ARB” telekanalında yayımlanan “Sirdaş Rövşanə” verilişində qalmaqal yaşanıb.

Aparıcısı Rövşanə olan verilişdə qonaq qismində ekstrasens Bayram Nurlu və digər ekspertlər arasında söz davası yaşanıb.

Kulturoloq Aydınxan Əbilovun fırıldaqçı ekspertlər barədə söhbət açmasından sonra özündən çıxan Bayram “sizsiniz fırıldaqçı”- deyərək ekspertlə davaya başlayıb.

Bayram həmçinin bildirib ki, o şərəf və ləyaqətini 100 min manata siğortaladıb.

“Məni başqa falçılarla səhv salma. Bir zənglə səni bu kameraların önündən götürdərəm” sözləri ilə o Aydınxan Əbilovu təhdid edib.

Kulturoloq da ekstrasensə “Mən sənin üçün uşaq olmamışam, ay gədə”- deyərək cavab verib.

Aparıcının efirdəki qonaqları sakitləşdirmək cəhdlərinə baxmayaraq Bayram Nurlu verilişin texniki heyətinə “telefonumu verin, polisə zəng edəcəyəm” – deyə, səsini yüksəldib.

Mübahisələrə qoşulmamağa çalışan parapsixoterapist Qalib Dursun sakitcə efiri tərk edib.

Həmçinin, Bayram “gədə” sözünə görə Əbilovu məhkəməyə verəcəyini bildirib.
"Özümü seksual obrazlarda görməyi sevirəm"Azərbaycanlı müğənni Afaq Aslan uzun müddətlik susqunluğunu pozub. İfaçı söz və musiqisi Tural və Toğrul qardaşlarına, aranjimanı Elvin İmanova məxsus “Söylə” adlı mahnısını yutub kanalında dinləyicilərinə təqdim edib.

Yeni mahnısı ilə yanaşı cəsarətli fotosessiyası ilə gündəm yaradan müğənni Publika.az-a danışıb.

- Afaq Aslan özünü zəhmətkeş müğənni hesab edirmi?

- Bəli, mən daima yaradıcılığım üzərində işləmişəm. Hər il yeni mahnılar, kliplər ərsəyə gətirirəm. Bəzi əməkdar, xalq artistlərindən çox layihələr təqdim edirəm. Bir çoxları deyir ki, Afaq Aslan adı gələndə qalmaqal yada düşür. Bu, əsla belə deyil. Sadəcə, bu sənətdə məni gözü götürməyənlər çoxdur. Elə həmin insanların acığına bu gün “Söylə” adlı mahnımı da dinləyicilərin ixtiyarına verdim. Məni tənqid atəşinə tutanlara demək istəyirəm ki, siz məni müzakirə etməkdə davam edin. Heç vecimə də deyilsiniz.

- Sizcə, həmkarlarınız zahiri gözəlliyinizin, yoxsa mahnılarınızın və səsinizin paxıllığını çəkir?

- Vallah yerimdə olmaq istəyib, amma ola bilməyən adamlar çoxdur.

- Yeni fotosessiyanız çox cəsarətli alınıb...

- Hər zaman cəsarətli fotolarımla diqqət çəkmişəm. Bu da mənim tərzimdir. Özümü hər zaman hansı obrazda görmüşəmsə, o obrazı da canlandırmışam. Əslində mən adi həyatda çox utancaq biriyəm. Səhnədə geyindiyim geyimləri adi həyatda geyinə bilmərəm. Bilirəm, yeni şəkillərim də müzakirələrə səbəb olacaq.

- Belə fotolardan sonra sevgiliniz sizi qısqanmır? Adını açıqlamaq istəmədiyiniz, həyatınzda olan gizli şəxs sizə geyimlə bağlı hansısa qadağalar qoyurmu?

- Hələ ki, belə problemlə üzləşməmişəm. Bilirsiniz, artıq səhnə adamısansa, o, səni müğənni kimi qəbul edir. Başa düşür ki, sənət naminə soyunursan. Bəzi müğənnilər kimi efirə bağlı geyinib, amma orada-burada gizli-gizli onun-bunun qucağında oturmuram ki... Elə ifaçılar tanıyıram ki, efirdə zavallı və yazıq qadın obrazı yaratmağı sevir, namusdan-qeyrətdən danışırlar. Halbuki özlərində bu keyfiyyətlərdən əsər-əlamət yoxdur, həyat tərzləri bərbad gündədir. Şükürlər olsun ki, mən elə deyiləm.

- Sənət üçün soyunmağa dəyər?

- Bu, mənim üçün bir hobbidir, dediyim kimi, özümü seksual obrazlarda görməyi sevirəm. Bir var ki, həyatda obrazdan-obraza girəsən. O qədər roldan-rola girirlər ki, nə cür insan olduğunu müəyyən edə bilmirsən. Səhnədə dondan-dona girmək qorxulu deyil, əsas odur ki, həyatda simanı itirməyəsən, rola girməyəsən.

- Ətrafınızda belələri çoxdur?

- Məşhur olsam da, əslində çevrəsi geniş olan insan deyiləm. Çünki hər adamı həyatıma buraxmağı sevmirəm. Çox qapalı xasiyyətli insanam, dost dediyim insanları seçib-seçib, ələkdən keçirirəm. Bu səbəbdən də hesab edirəm ki, ətrafımda ikiüzlü insanlar yoxdur. Kənarda mənə yaxın olmayan insanlar çox şey danışa bilər, amma məni görəndə üzümə gülürlər. Bu cür insanlarla münasibət qurmamağa çalışıram, həmçinin məsafə saxlayıram.

- Film təklifləri gəlirmi? İstənilən rolu oynamağa hazırsınız?

- Gəlir, heç birini qəbul etmirəm. Çünki özümü aktrisa kimi görmürəm.
Qızları Dubaya apardı, cinsi əlaqəyə məcbur etdi, sonra... - 26 yaşlı Nəzrindən ŞOKAzərbaycanlı qadınları cinsi istismara məruz qoymaqda təqsirli bilinən Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Nəzrin İbrahimlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az-ın xəbərinə görə, Nəzrin İbrahimli 2014-cü ilin noyabrın ortalarında Samirə Əliyevanın (cinayət işimdə adı keçən zərərçəkmişlərin ad və soyadları şərti verilib – red.) maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edib, onu Dubay şəhərində işə düzəldəcəyini vəd edib.

Nəzrin İbrahimli Samirə Əliyevanı aldadaraq cinsi istismar məqsədilə Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinə aparıb, orada yerləşən “Moskva” hotelində cinsi istismara məruz qoyub.

Daha sonra Nəzrin İbrahimli həmin ilin dekabrında Səmayə Məmmədovanın maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edib və onu Dubay şəhərində işə düzəldəcəyini vəd edib.

Səmayə Məmmədova onun təklifi ilə razılaşandan sonra insan alveri məqsədilə pasportunu götürüb və özündə saxlayıb. O, həmin tarixdən 2015-ci ilin aprelinədək olan müddətdə Səmayə Məmmədovanı Dubay şəhərində yerləşən “Moskva” hotelində kişi cinsli şəxslərə təqdim etməklə cinsi istismar edib.

Bundan başqa, Nəzrin İbrahimli 2015-ci ilin yanvarında Könül Babayevanın maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edib, onu Dubay şəhərində işə düzəldəcəyini vəd edib.

O, bu adla Könül Babayevanı Dubay şəhərinə aparıb və orada “Moskva” hotelində həmin ilin martın 4-dək olan müddət ərzində mütəmadi olaraq ayrı-ayrı kişilərlə görüşdürüb, cinsi istismara məruz qoyub.

Nəzrin İbrahimli hər üç qadının kişilərlə görüşdürən zaman müştərilərdən xeyli miqdarda pul alıb, pul müqabilində görüşən qadınlara isə az miqdarda pul verib.

İstintaq orqanı tərəfindən Nəzrin İbrahimlinin barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-2.2.2-ci (təkrar insan alveri törətmək) və 144-3.4-cü (insan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə) maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nəzrin İbrahimliyə 9 il həbs verilib.

Hökmdən narazı qalan Nəzrin İbrahimli apelyasiya şikayəti edib. O, barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsini istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Nəzrin İbrahimlinin şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan Nəzrin İbrahimli kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Hafiz Nəsibovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin kasasiya şikayətinin dəlilləri araşdırılıb.

Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Nəzrin İbrahimlinin kasasiya şikayəti təmin olunmayıb.
Mətbuat Şurası Heydər Əliyevin 95 illiyi ilə bağlı tədbir keçirdiBu gün Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurası tərəfindən “Heydər Əliyev siyasəti: hüquqi dövlət quruculuğunda media təminatı” mövzusunda tədbir keçirilib.

Avrasiya.net-in məlumatına görə tədbirdə çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, Ulu Öndər ikinci dəfə hakimiyyətə qayıdanda insanları Azərbaycançılıq ideyası ətrafında birləşdirdi:

“Bununla da o, xalqın idarəsinə arxalanan siyasətçi olduğunu göstərdi. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlməmişdən əvvəl ölkəmiz vətəndaş müharibəsi ərəfəsində idi, sənayedə böyük durğunluq yaranmışdı, məcburi köçkün problemi var idi. "İpək yolu"nun bərpa edilməsi, iqtisadiyyatın bir çox sahələrində aparılan islahatlar, Azərbaycanın hüququ dövlət səviyyəsinə qaldırılması Ulu Öndərin həyata keçirdiyi siyasətin nəticəsidir. Bununla da hər kəs əmin oldu ki, yalnız xalqın iradəsi ilə hakimiyyətə gəlmək mümkündür. Cümhuriyyət dövrünü çıxmaqla, mətbuat 1998-ci ilə qədər senzura altında fəaliyyət göstərib. Mətbuatın senzuradan azad edilməsi qərarını da məhz Heydər Əliyev verdi. Nəticədə dövlətin heç bir qurumu mətbuat üzərində söz haqqına sahib olmadı. Bu da media azadlığının vacib şərti idi. Ulu Öndərin hakimiyyəti illərində mətbuatın iqtisadi bazasının möhkəmlənməsi üçün çoxsaylı fərman və sərəncamlar imzalandı.Bütün bunların nəticəsidir ki, Azərbaycan jurnalistləri 2002-ci ildə Ulu Öndəri özlərinə dost seçiblər”.

Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev bildirdi ki, təkcə ölkəmizdə deyil, xaricdə yaşayan soydaşlarımız da Ulu Öndərin 95 illik yubileyini böyük təntənə ilə qeyd edirlər:

“Bu tədbirlərdə onun həyat yolu, dövlətçiliyin formalaşmasında gördüyü işlər bir daha nəzərdən keçirilir. İstər 1969-cu ildə Azərbaycana rəhbər təyin olunanda, istərsə də xalqın iradəsi ilə təkrar hakimiyyətə qayıdandan sonra onun gördüyü işlər xalqımızın inkişafında müstəsna əhəmiyyət kəsb edir. Ona görə də onun adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. 1991-93-cü illərdə Azərbaycanın hansı şəraitdə yaşadığı hər birimizə məlumdur. Dövlət idarəçiliyindəki qüsurlar, siyasi qarşıdurmalar, vətəndaş müharibəsi təhlükəsi Azərbaycanı adının siyası xəritədən silinməsi ilə üz-üzə qoymuşdu. Ümmilli liderin qətiyyətli siyasəti nəticəsində sarsıntılardan qurtulub inkişaf edən bir ölkəyə çevrildik. 1995-ci ildən başlayaraq, ölkədə bütün sahələrdə inkişaf hiss olundu. Heydər Əliyev regionda və dünyada milli maraqlarımızın qorunması üçün böyük işlər həyata keçirdi. Heydər Əliyev Azərbaycanda demokratik dəyərləri bərqərar edən, vətəndaş cəmiyyəti institutunun əsasını qoyan dəyərli şəxsiyyətdir. Sovet dövründə Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan dilində olan qəzetlərin, televiziyada Azərbaycan dilli verilişlərin sayı artdı, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin fəaliyyəti genişləndi. Müstəqillikdən sonra o, demokratik mətbuatın formalaşması istiqamətində də məqsədyönlü siyasət həyata keçirdi. Heydər Əliyevin böyüklüyü onda idi ki, azad mətbuatın gücünü aydın görürdü. Onun siyasətinin əsas qayəsi Azərbaycan mətbuatının müstəqil olması idi və bütün səylərini bu istiqamətə yönəltmişdi. Mətbuat Şurasının yaradılması medianın özünütənzimləmə prinsipinin tətbiqi idi. Ulu Öndər mediaya dövlət dəstəyini ənənəyə çevirən şəxs idi. Mətbuat orqanlarının nəşriyyat borclarının silinməsi onun hakimiyyəti dövründə həyata keçirilən tədbirlərdən idi. O daim jurnalistləri diqqət mərkəzində saxlayırdı. Azərbaycan mətbuatı da Ümummilli liderin mediaya isti münasibətini hər zaman dəyərləndirib. Heydər Əliyev tərəfindən əsası qoyulan media siyasəti bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, Ulu Öndər hakimiyyətə qayıtmasaydı, həyatımızın heç bir sahəsində bu qədər uğur qazana bilməzdik:

“Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün qüdrətli Azərbaycan dövlətindən söhbət gedə bilməzdi. Həyatımızın istənilən sahəsində bu cür uğur qazana bilməzdik. İstər Sovet dövrü, istər ikinci dəfə hakimiyyətə qayıdandan sonra o, daim Azərbaycanın inkişafı üçün çalışıb. Mən xalqın Heydər Əliyevə hakimiyyətə qayıtması ilə bağlı necə müraciət etməsinin şahidi olmuşam. Xarici diaspor təşkilatının formalaşması, mətbuatın inkişafında Heydər Əliyevin rolu danılmazdır. 1995-ci ildə qəbul edilən Konstitusiyada söz, vicdan azadlığının əsas yer tutması Heydər Əliyev siyasətinin nəticəsidir. Bu gün Azərbaycan jurnalistikasının bu qədər inkişafının təməli Ulu Öndərin hakimiyyətdə olduğu dövrdə qoyulub, bu gün İlham Əliyev tərəfindən davam etdirilir”.

Ulu Öndərin Azərbaycanla bağlı uğurlu siyasətindən danışan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə bildirdi ki, o, ikinci dəfə hakimiyyətə qayıdanda ölkəmizdə təlatümlü dövr idi:

“Həmin dövrdə Naxçıvanda bu gündən sabaha ümid yox idi. O, müxalifətin dəstəyi ilə hakimiyyətə gəldi, onun qayıdışını xalq istəyirdi. O, hakimiyyətə gələndən sonra bütün sahələrdə inkişaf hiss edildi. Hakimiyyətə gələndən sonra baş redaktorlarla görüşüb mətbuatın problemləri ilə maraqlandı. Onun siyasəti nəticəsində Azərbaycan mediası bugünkü inkişafa nail oldu”.

Millət vəkili Aqil Abbas vurğuladı ki, Cümhuriyyətin yüz illik yubileyi ilə Heydər Əliyevin 95 illik yubileyinin üst-üstə düşməsi xalqımız üçün ikiqat bayramdır:

“Heydər Əliyev hakimiyyətə gələndən sonra baş redaktorlarla görüşündə mən də iştirak etmişəm. O zaman Heydər Əliyevin mətbuata diqqətini görməmək mümkün deyildi. Həmin görüşdə elə səmimi mühit yaratmışdı ki, hər kəs ürəyindən keçən sözü rahat şəkildə deyirdi. Hər bir xalqa çətin dövründə bir xilaskar göndərilir. Onun adına peyğəmbər, Atatürk deyilə bilər. Hesab edirəm ki, Heydər Əliyev 1990-cı illərdə Allahın bizə göndərdiyi elçidir”.

Millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirdi ki, müstəqil Azərbaycan deyəndə Heydər Əliyevi düşünülür:

“Onun jurnalistlərə xüsusi münasibəti var idi. Çünki jurnalistika intellektual institutlardan biridir. Heydər Əliyev Azərbaycan mətbuatı haqqında yüksək fikirdə idi. Jurnalistikanın çətin və şərəfli peşə olduğunu bildirdi”.
Bakıda dərman mafiyasına qarşı əməliyyat: Həbslər varBaş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsinin mətbuat xidmətlərinin birgə məlumat yayıb.

Avrasiya.net birgə məlumatın mətnini təqdim edir:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən biri kimi əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzindədir. Məhz bu sahədə aparılan islahatların müsbət göstəricisi kimi ölkədə ən müasir tələblərə cavab verən səhiyyə infrastrukturunun yaradılmasına nail olunmuş, eləcə də dərman vasitələrinin beynəlxalq keyfiyyət standartlarının tələblərinə uyğun hazırlanması, istehsalı və satışı ilə bağlı hüquqi prosedurların təkmilləşdirilməsi yönündə məqsədyönlü dövlət tədbirləri həyata keçirilməkdədir.

Bununla belə, səhiyyə sisteminin ayrılmaz qolu olan əczaçılıq sahəsində bir sıra sahibkarlıq subyektlərinin daha çox gəlir əldə etmək üçün qeyri-leqal fəaliyyətlə məşğul olmaları, habelə gizli iqtisadi fəaliyyətin nəticəsi kimi vergidən yayınma və digər qanunsuz yollarla ölkədə qeyri-bərabər rəqabət mühiti formalaşdırmaları bazar iqtisadiyyatının inkişafına mənfi təsir göstərməklə yanaşı, əhalinin sağlamlığına ciddi təhlükə yaradır. Son dövrlər bəzi hüquqi və fiziki şəxslər tərəfindən mənşəyi məlum olmayan, dövlət qeydiyyatından keçməmiş və keyfiyyətsiz dərman vasitələrinin qanunsuz dövriyyəsinin həyata keçirilməsi, bəzi vəzifəli şəxslərin qeyd olunan qanunsuzluqlara şərait yaratması ictimaiyyətdə haqlı narazılıqlara səbəb olmuş, hüquq mühafizə orqanları tərəfindən görülən ardıcıl tədbirlərdən belə şəxslərin nəticə çıxarmaması qeydiyyatsız dərman vasitələrinin qanunsuz idxalının qarşısının alınması istiqamətində kompleks əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsini zəruri etmişdir.

30 aprel 2018-ci il tarixdə keçirilmiş birgə tədbirlər zamanı belə qanunsuz fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə müəyyən edilərək ifşa olunub. Görülmüş tədbirlər nəticəsində Bakı Beynəlxalq Hava Limanındakı Bakı Karqo Terminalından gömrük nəzarətindən yük maşınında çıxarılaraq dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan Məmmədov Anar Kamran oğluna məxsus yaşayış sahəsinə daşınan dövlət qeydiyyatından keçməmiş, ölkəyə buraxılması qanunsuz olan 53 adda ümumi dəyəri 108.819 Azn təşkil edən müxtəlif dərman vasitələri aşkar edilərək saxlanılıb. Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə Anar Məmmədova məxsus Yasamal rayonunda yerləşən “Zeytun” aptekinə baxış zamanı dövlət qeydiyyatından keçməmiş, mənşəyi məlum olmayan 75 adda müxtəlif dərman vasitələri aşkar edilərək götürülüb. Davam edən araşdırmalarla Yasamal rayonu ərazisindəki “İrem”, “Qlükoza”, “Avas”, “Fatimə”, Nəsimi rayonu ərazisindəki “Zeytun”, “Medical City”, “Elit”, “Vahid”, “Dokta Elite”, Nərimanov rayonu ərazisindəki “Şəfa”, “Şəfa Zeytun 426”, “Təbib” apteklərinə satılmış müxtəlif sayda dövlət qeydiyyatından keçməmiş dərman vasitələri aşkar edilərək dövriyyədən çıxarılıb.

İlkin istintaqla müəyyən edilib ki, xarici ölkə vətəndaşı Ateş Atanur, Azərbaycan Respublikasının vətəndaşı Anar Məmmədov 2016-cı ildən hazıradək satış məqsədi ilə dərman vasitələrinin ölkəyə qanunsuz yollarla gətirilməsini müntəzəm təşkil ediblər. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin vəzifəli şəxsləri bu dərmanların yük müşayiət sənədlərini dəyişdirərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Mərkəzi Gömrük Hospitalına çatması nəzərdə tutulan başqa məhsullar adı altında bəyan edilməsini, bu yolla qeyd olunan dərmanların ölkəyə qeydiyyatsız keçirilməsini təşkil etməyə görə əvvəlcədən hər yükün ümumi dəyərinin 25 %-i dəyərində haqq almış, dərmanların ölkəyə qeydiyyatsız idxalını, gömrük nəzarətindən çıxarılaraq birbaşa dərman satışı ilə məşğul olan şəxslərə çatdırılmasını təmin ediblər.

Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə Məmmədli Fərman Həmzə oğlu, Xıdırov Vasif Teymur oğlu, Mehtiyev Cəmil Səlim oğlu, Atanur Ateş Adem oğlu, Məmmədov Anar Kamran oğlu, həmçinin Quliyev Əlamət Nazim oğluna müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev, Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov və digərləri tutduqları vəzifələrdən azad edilməklə sərəncama götürülüblər.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.