CNN Türk'ün yeni Haber Koordinatörü İrfan Sapmaz olduCNN Türk, 2015'ten bu yana genel müdürlük görevini yürüten Erdoğan Aktaş'la geçtiğimiz gün yollar ayrılmış, bu göreve Bora Bayraktar getirilmişti. CNN Türk'te 2011 yılından beri görev yapan Haber Koordinatörü Ali Güven'le de yollar ayrıldı.

Medya Tava'da yer alan habere göre, Haber Koordinatörlüğü görevine 33 yıldır dünyanın birçok bölgesinde savaş ve olayları takip eden deneyimli gazeteci İrfan Sapmaz getirildi. Sapmaz, 2017'nin Eylül ayında Doğan Haber Ajansı bünyesine katılmıştı.

İrfan Sapmaz kimdir?

Pakistan Peşaver Üniversitesi Siyasal Bilgiler Fakültesinde İngilizce eğitim gören Sapmaz, daha sonra Azerbaycan Bakü Devlet Üniversitesi Hukuk Fakültesini bitirmiş ve master yapmıştır. 1982 yılında televizyon muhabirliğine Sabah gazetesinde başlamıştır. Daha sonra Günaydın, Hürriyet, CNN Türk, DHA (Doğan Haber Ajansı-Kafkaslar ve Orta Asya Temsilcisi), Azerbaycan günlük Avrasiya gazetesi sahibi Genel Yayın Yönetmenliğini yapmış, ardından bu gazetenin genel müdürü olmuştur.
Azerbaycan Türk Ajansı (ATA)'nın kurucusu, sahibi ve genel müdürü olan Sapmaz ayrıca Fransa Sipa Pres, Fransa Gamma Fotoğraf Ajansı, BBC, Star Gazetesi (Köşe Yazarı), TRT, TGRT Haber, Anadolu Ajansı'nda da çalışmıştır.

Sapmaz, Türkiye'nin Kafkaslar,Orta Doğu, Orta Asya ve Güneydoğu Asya'da görev yapmış savaş muhabiridir. Son olarak TGRT televizyon kanalında yayınlanan Gazeteci isimli programı hazırlamıştır. Ayrıca aynı televizyon kanalında "Analiz" isimli köşede günlük analizler ve yorumlar yapmıştır. Aynı zamanda TGRT Haber spikeri olarak gelişen olayları aktarmıştır. Sapmaz daha sonra Kanal 6 isimli haber kanalının Genel Müdürlüğü'nü yapmak için TGRT Haber kanalından ayrılmıştır. Sarı basın kartı sahibi İrfan Sapmaz evli 2 kız çocuğu babasıdır.

Avrasiya.net
İşdən çıxarılan nazirlər həbs olunacaq?Azərbaycan prezidenti İlham Əliyevin hökumətdə etdiyi dəyişikliklərdən sonra bütün diqqət yeni rəhbər təyinatı gerçəkləşdirilən qurumlara yönəlib.

Modern.az-ın məlumatına görə, yeni təyinatların gerçəkləşdiyi dövlət qurumlarında keçmiş rəhbərliyin başı dərddədir. Belə ki, hazırda Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, o cümlədən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ciddi araşdırmalar aparılır.
Araşdırmaların nəticəsi olaraq artıq məsuliyyət məsələsi gündəmə gəlib. Keçmiş rəhbərliyin bir sıra əməkdaşları məsuliyyətə cəlb oluna bilərlər.
Tanınmış jurnalist Fuad Poladov haqda gizli faktı açıqladı: Anası onları ayırmışdıTanınmış telejurnalist İradə İsaq mərhum xalq artisti Fuad Poladov haqqında gizli faktı açıqlayıb.

Azxeber.com həmin yazını təqdim edir:

- Fuad Poladov dünyasını dəyişdi. Və mən bu həqiqəti artıq danışa bilərəm.
O şəxsiyyətdir niyə deyirik?

Bir fakt deyəcəm. Bunu barmaqsayı adamlar bilir.
Hamı bilir k, o daş kimi susqun və ciddi adam bəlkə ölənə qədər qəlbində böyük bir sevgini daşıdı. Gözəl aktrisa Vəfa Fətullayevanı.
Anası rəhmətlik Hökumə Qurbanova onları ayırdı. Birdəfəlik. İllərini həsr etdi buna. Amma....
Çox perspektivli bir gənclə, çoxları tanıyır, adını demirəm, Vəfa xanım nişanlandı.

Bir müddət sonra Vəfa xanım amansız qan xərçənginə yoluxdu. Xəstəlik güclənib, gözəlliyini əlindən alıb, onu xəstəxanaya salanda o nişanlı oğlan daha gəlməz oldu.
İllərdir ondan ayrılan Fuad Poladov isə son nəfəsinə, son anına qədər sevgisi Vəfanın yastığının yanından əl çəkmədi. O, arıqlayıb çuxura düşmüş üzünü, damarlı əllərini öpə-öpə Vəfaya çirkinləşdiyini bildirmədi. Onun tökülmüş saçlarını daradı. Vəfa Fuadın qollarında keçindi.
Uzun-uzun illər də evlənmədi Fuad bəy.

Və mən bir gün bütün faktları toplayıb Vəfa xanım haqda film çəkdim. Elə faktlarım vardı ki...
Xahiş etdim Fuad bəydən. Gəlin, onun haqda danışın dedim. O mənim iç dünyamda olanlardır dedi.

Susdu yenə.

İlk dəfə mənə rədd cavabı verən müsahibimə "yox!" dediyi üçün təşəkkür etdim!
Stalin də məmurlarına öz sevgilisinə dəlicə vurulan generalissimus Jukov haqda demişdi: "Bilirsinz, xalq Jukovu niyə sevir, sizi yox? Çünki o, bir qadına vurulacaq, onu bir ömür sevəcək qədər nəhəngdir. Jukov sevməyi bacarır!"
Və sevməyi bacaranlar həmişə seviləcək.
Erməni hərbçi başından vurulduErmənistanın şimalında yerləşən hərbi hissələrdən birində Levon Arsenoviç Torosyan adlı hərbçinin meyiti tapılıb.

Axar.az verir ki, 1999-cu il təvəllüdlü hərbi qulluqçunun başında güllə yarası aşkar edilib.

İstintaq başladılıb, hadisənin səbəbləri araşdırılır.
İbad Rzazadə 3 qat Dünya çempionu oldu - FOTOLAR4-6 may 2018-ci il tarixində Ukrayna Respublikasının Xarkov şəhərində Dünya çempionatı keçirilib.

Avrasiya.net xəbər verir ki, həmin çempionatda Azərbaycanın tanınmış idmançısı İbad Rzazadə və onun tələbəsi Rəvan Əkbərli də iştirak edib.

İ.Rzazadə iki versiya üzrə çıxış edib. Lite kontakt versiyası üzrə 2-ci yer, İRİQUMİ-GO versiyası üzrə 1-ci yeri tutaraq Dünya kəmərinə sahib olub.

Onun tələbəsi Rəvan Əkbərli isə 35 kq çəki dərəcəsində İRİQUMİ -QO VERSİYASI ÜZRƏ 2-ci yer nəticəsi əldə edərək Dünya ikincisi olub.
İbad Rzazadə 3 qat Dünya çempionu oldu - FOTOLAR
İbad Rzazadə 3 qat Dünya çempionu oldu - FOTOLAR
Xoşqədəmin verilişində reklam olmuş həkim saxtakar çıxdı – 10 min manat, yalan diaqnoz… (FOTO)Xoşqədəm Hidayətqızının reklam etdiyi həkim saxtakar çıxıb.

Minval.info xəbər verir ki, “Səni axtarıram” verilişində iştirak etmiş Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsininnin müdiri Dr. Mircəlal Kazımi yanlış diaqnozu ilə yeniyetmənin həyatını təhlükəyə atıb.

O, bir müddət öncə yardıma ehtiyacı olan Göytəpə şəhərə sakini 17 yaşlı Nərmin Xudiyevanı müayinə edib. Həkim müayinədən sonra xəstəyə qaraciyər sirrozu diaqnozu qoyub. Bununla yanaşı, Xudiyevanın ailəsindən 10 min manata yaxın pul alıb. Xəstə həyatının xilası üçün onun əməliyyatın vacib olduğunu söyləyib. Əməliyyatın gerçəkləşməsi üçün isə ailədən 40 min manat pul istəyib.

Bu barədə keçmiş hərbçi zabit Seyidəli Ağeyev məlumat verib.

Onun sözlərinə görə, həkim Nərminin özündəngetmə hallarının artmasından sonra xəstəxanaya yatırılması üçün 2500 manat depozitin qoyulmasını bildirib: “Lakin xeyirxah insanların köməkliyi və araşdırmasından sonra məlum olub ki, diaqnoz yanlış qoyulub. Sən demə, N.Xudiyeva əslində qaraciyər sirrozundan deyil, “Vilson” xəstəliyindən əziyyət çəkirmiş. Onun sağalması üçün əməliyyata heç bir ehtiyac yoxdur”.

Xatırladaq ki, yerli mediada Zaur Baxşəliyevin verilişində iştirak edən həkim barəsində saxtakar xəbərlər yayıldıqdan sonra Hidayətqızı canlı yayımda aparıcıya söz atıb. Xoşqədəm “mən efirə çağırdıqlarım həkimləri araşdırıram” deyib.

Qeyd edək ki, bu ilin yanvar ayında Gürcüstan Baş Prokurorluğu Mircəlal Kazımi barədə məlumat yayıb. Məlumatda həkimin pasientlərini böyük həcmdə pul vəsaitinin mənimsənilməsi və mənimsənilməsi cəhdi ilə bağlı başlanılmış cinayət işi üzrə ittiham oluduğu deyilib.
Xoşqədəmin verilişində reklam olmuş həkim saxtakar çıxdı – 10 min manat, yalan diaqnoz… (FOTO)
Kərimova azərbaycanlı kriminal avtoritetin uşaqlarını öldürdü və… – FOTOKeçən həftə Nijni-Novqorod Məhkəməsi iki uşağının amansız qətlində ittiham edilən 27 yaşlı yerli sakin Yelena Kərimovanı həbs edib. O, uşaqları öz əlləri ilə boğub, sonra izləri itirmək üçün meyitləri iki dəfə yandırmağa çalışıb. Kərimovanın özü hərəkətini aydın izah edə bilmir. O iddia edir ki, boşandıqdan sonra uşaqları böyütməkdən bezdiyi üçün belə addım atmaq qərarına gəlib.

Life.ru saytının yaydığı yazıda belə deyilir.

Artıq Y.Kərimova barəsində kompleks psixoloji-psixiatrik ekspertiza təyin olunub. Ekspertiza qadının cinayəti törədən zaman anlaqlı olub-olmaması sualına aydınlıq gətirməlidir. Hərçənd Kərimova məhkəməsində tamamilə adekvat təsir bağışlayıb. Doğmaları və yaxınları deyirlər ki, Kərimova uşaqlarını çox sevirdi və bu dəhşətli cinayətə gedə bilməzdi. Onların fikrincə, bu dolaşıq işdə Kərimovanın keçmiş əri və uşaqların atası – Azərbaycandan olan kriminal avtoritetin hansı formadasa rolu olub…

Qeyd edək ki, istintaqın ilkin versiyasına görə, Y.Kərimova uşaqlarını – 4 yaşlı qızı Xədicəni və 2 yaşlı oğlu Süleymanı kirayəyə götürdüyü “Kia Rio” markalı maşının arxa oturacağına oturdub. Maşında uşaqları boğub və bundan sonra cəsədləri yoxa çıxarmaq haqda düşünüb. Qərara gəlib ki, heç kimin olmadığı bir əraziyə aparıb orada yandırmaqla uşaqlarının cansız bədənlərini külə döndərsin. Bu niyyətlə yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə gedib, benzin alıb və meyitləri Semyonovsk rayonunun Şaldej kəndinin kənarındakı meşəyə aparıb. Uşaqlarının cəsədini meşənin bir kənarına tullayan qadın üzərilərinə benzin tökərək odlayıb. Lakin sonradan gecəyarısı meşədə yanğını görəcək şəxslərin olacağından qorxaraq alovu söndürüb. Cəsədləri maşına qoyaraq Nijni-Novqoroddakı mənzilə qayıdıb. Növbəti gün yenidən Semyonovsk rayonuna qayıdaraq orada yarıyanmış cəsədləri gizlətmək üçün yer axtarıb. Belə bir yeri Osinki kəndinin ərazisindəki köhnə tərəvəz bazasının ərazisində tapıb. Orada cəsədləri köhnə bir tikilinin içindəki zibilliyə tullayan qadın yenidən uzərilərinə benzin töküb və odlayıb. Kənardan yanğının böyüdüyünü görüb cəsədlərin tam yanaraq kül olacağına əmin olandan sonra maşına əyləşərək ərazidən uzaqlaşıb.

Azyaşlıların cəsədlərini köhnə tərəvəz bazasında aşkar ediblər. Qadının tapılması və tutulmasına baş vermiş hadisənin dolayı şahidi olan yerli sakin kömək edib.

Yuxarıda qeyd etdiyimiz kimi, saxlanılandan sonra olanları etiraf edən qadın bildirib ki, o, uşaqları boşandıqdan sonra onları böyütməkdən bezdiyi üçün öldürmək qərarına gəlib.

Ancaq istintaq müəyyən edib ki, qadının maliyyə cəhətdən heç bir problemi olmayıb. O, hər ay avtomobil kirayəsi üçün 40 min rubl xərcləyib və bir müddət əvvəl xaricdəki kurortlardan birinə bilet də alıb.

Sosial şəbəkədə isə Kərimovanın heç bir qəribə paylaşımı olmayıb. O, uşaqların fotolarını paylaşaraq, onları həqiqətən də sevdiyini bildirib.

“O mənim ürəyimdir, əziz insanımdır. Mənim sevimli qızım. Ona görə mən həmişə ayaqdayam. Mən ona görə yaşayıram. O mənim nəfəsimdir, ağıllı qızımdır”, – Kərimova aprelin 21-də paylaşım edib.

Y.Kərimova barəsində bilinən bir də odur ki, şəbəkə marketinqi ilə məşğul olub. İşi ilə əlaqədar bir müddət Moskvada qardaşının evində yaşayıb. Lakin biznesi alınmayıb və xeyli borca düşüb. Bununla bağlı barəsində məhkəmənin icraat qaydasında başladığı iş də olub…

Maraqlıdır ki, bu məsələdə hamı ata haqqında məsələdən yan keçməyə çalışır.

Məsələn, Yelenanın qonşusu və müəllimi Mariya deyir ki, uşaqların atası haqqında heç nə bilmirlər: “Oğlan atasını xatırlamırdı — cəmi iki yaşı vardı. Qız isə nənəsi, babası haqda danışsa da, atasını heç vaxt yada salmırdı”.

Y.Kərimovanın tanışlarının və qohumların sözlərinə görə, onun əri doğrudan da əslən Azərbaycandandır. Onun hətta saxta Ukrayna vətəndaşlığı olduğu da bildirilir. Yelena ilə isə 5 ildən artıqdır ki, tanışdırlar…

Kərimovanın anası etiraf edib ki, onların nikahının əleyhinə olub, amma Yelena onu eşitməyib və ərə gedib. Cütlük hətta Moskvaya yollanıb. Və bir neçə ildən sonra Yelena evə qayıdıb — ərsiz və ikinci uşağa hamilə vəziyyətdə…

— Mən bilirəm ki, o beynəlxalq axtarışa verilib. Amma bir ay əvvəl Nijni-Novqorodda peyda oldu və Yelenanı, uşaqları hədələməyə başladı, — deyə Yelenanın rəfiqəsi qeyd edib.

Ailəyə yaxın olanların sözlərinə görə, bundan sonra Yelenanın ərini heç kim görməyib və haqqında da heç nə eşitməyib. Bu ilin 12 martında isə Yelena boşanma barədə məsələ qaldırıb, yəni buna o özü təşəbbüs göstərib. Yelenanın rəfiqələri deyirlər ki, o çox sevinirdi: nəhayət, sərbəst olduğuna görə.

Amma sonra… Sonrasını artıq bilirsiniz.

Yekunda bir daha qeyd edək ki, amansız cinayətlə əlaqədar “Azyaşlıların qətli” ittihamı ilə cinayət işi başlanılıb. Əgər istintaqın ittihamları təsdiqini tapsa, Y.Kərimovanı ömürlük həbs cəzası gözləyir.(Virtualaz.org)
Qüdrət Həsənquliyevin təklifinə Moskvadan - ReaksiyaDağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesində fasilə yaranıb.

Bu durumu Rusiya XİN rəsmi təmsilçisi Mariya Zaxarova göstərib.

Onun sözlərinə görə, “Ermənistan indi qəliz siyasi dövr yaşayır” və “buna baxmayaraq, siyasi mühitdə hüquqi konstitusiya meydanında xalqın, siyasi güclərin, siyasi hərəkatların rəhbər qurumlarının tərkibiylə bağlı müəyyənləşdiyi vaxtı, durumun tam sabitləşməsini gözləmək gərəkdir”.

Zaxarova ehtimal edir ki, bundan sonra “xarici siyasət problemlərinin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün bütün imkanlar” meydana çıxacaq.

Nikol Paşinyan mayın 8-də parlament toplantısında hökumət başçısı seçiləcəyi halda hökumətin tərkibi müəyyən edilməlidir. Bax, erməni hüquqşünasları bununla bağlı bunu deyirlər. Siyasi münaqişə tərəfləri hökumət başçısı seçiləndən sonra parlamentin buraxılmasına təşəbbüs edəcəklər. Konstitusiyaya əsasən, bu, deputatların Nazirlər Kabinetinin proqramını iki dəfə bəyənməyəcəyi halda baş verəcək. Bu, “indiki durumdan səmərəli çıxış yoludur, çünki parlament respublikasında azlığın hakimiyyətdə, siyasi çoxluğun müxalifətdə olduğu durumu təsəvvür etmək çətindir ki, bu da konstitusiya böhranına birbaşa yoldur”.

Dövriyyədəki məlumatlara əsasən, Ermənistanda erkən parlament seçkiləri cari ilin payızında keçiriləcək. İstənilən halda xəbər verilir ki, bu cür anlaşma hələ də hakim Respublika Partiyası (ERP) və “Yelk” (“Çarə”) parlament fraksiyasının başçısı Paşinyan arasında əldə olunub. Sonra təzədən yeni hökumət formalaşdırılmalıdır. Onun necə – koalisiya, yaxud birpartiyalı olacağını söyləmək çətindir.

İstisna etmək olmaz, amma daha çox böyük ehtimalla güman etmək olar ki, seçki kampaniyasının gedişində siyasi partiyalar və bloklar arasında amansız mübarizə müşahidə edəcəyik. Belə ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlarda fasilə ilin axırına qədər uzana bilər. Yada salaq ki, bu, əvvəlcə Ermənistanda idarəçiliyin prezident formasından parlament formasına keçidin başa çatması və apreldə Azərbaycanda erkən prezident seçkiləri üzündən yaranıb. Bununla yanaşı, həm ATƏT MQ qrupunun həmsədrləri, həm də münaqişə edən tərəflər uzlaşdırılmış ümumi qaydalarla oynayaraq danışıqları məxfilik möhürü altında saxlayıb, lakin danışıqlar masası arxasında müzakirə olunan və seçkilərdən sonra nəzərdən keçirilməli olan hansısa yeni ideyaları da aşkarca göstəriblər.

Bəs indi nə olacaq? Bununla bağlı Azərbaycanın fəaliyyəti yaranmış yeni şəraitdə çox önəmli əhəmiyyət kəsb edir.

“Regnum” İA artıq qeyd edib ki, respublikada özgə səslər eşidilsə də, Bakı özünü ağıllı aparır, Ermənistandakı siyasi böhrandan Dağlıq Qarabağ probleminin zorakı ssenariylə həllinə keçid üçün bəhanə kimi isitfadə etmək cəhdlərindən şübhələnməyə əsas vermir.

Minsk Qrupunun həmsədr ölkələri və Beynəlxalq Böhran Qrupu (BBQ) “Azərbaycan hökumətinin yüksəkçinli təmsilçilərinin adi hərbi ritorikadan vaz keçdiklərini” alqışlayıb. BBQ bu müsbət prosesi möhkəmləndirmək üçün münaqişə edən tərəflərdə “bir-biri haqda yanlış təsəvvür yaranmaması” məqsədilə ATƏT MQ-yə bölgədə iştirakını fəallaşdırmağı təklif edib.

Buna baxmayaraq, Azərbaycan prezidenti yanında Strateji Asraşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov yazır ki, Bakı “Ermənistanda qısamüddətli perspektivdə danışıqlar aparmağa səlahiyyəti çatanların meydana çıxmasını gözləməyə dəyməyəcəyi”nə hazır olmalıdır. Bu, birincisi. İkincisi isə, “Ermənistanda erkən parlament seçkilərindən sonra formalaşan hökumət öz gündəliyini təklif etməklə mövcud çalışmaları nəzərə almadan danışıqlar aparmağa başlayacaq”.

Bəzi erməni ekspertlərinin hesab etdikləri kimi, bütün əlamətlərə əsasən, Paşinyan Stepanakerti (mətndə bu cürdür-tərc.) münaqişənin danışıqlar prosesinə qaytarılması gərəkən tamdəyərli tərəfi qismində göstərməyə can atacaq. Həm də Paşinyanın erkən bəyanatlarına əsasən Qarabağ tənzimlənməsi haqda onun mövqeyi haqda fikir yürütmək vaxtsız olardı.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev bununla bağlı Qarabağ problemi üzrə parlamentdə təcili dinləmələr keçirmək təklifilə çıxış edib. Onun sözlərinə görə, “KİV-də haqqında danışılması mümkün olmayan, amma parlamentdə qapalı rejimdə müzakirə etmək mümkün olan çalarlar var”.

Məlum olduğu kimi, söhbət “bu gün Ermənistanda qərbçilərin irəli keçməsi və Azərbaycanın bundan fayda götürə biləcəyi səbəbdən Azərbaycan və Rusiyanın müəyyən maraqlarının üst-üstə düşməsi” imkanları haqda gedir. Bunun belə olub-olmadığı haqda mülahizə yürütmək hələlik tezdir.

Fikrimizcə, burada başlıcası budur ki, hər halda Bakı Dağlıq Qarabağ probleminin həllində güc ssenarisinə əl atmamaq istəyini göstərir və özünün xarici siyasət kursunun mümkün dəyişikliyi haqda eyham vurur. “Mən həmişə demişəm ki, – Həsənquliyev dəqiqləşdirir, – Azərbaycan Rusiyanın maraqları nəzərə alınmaqla onunla danışıqlar aparmalıdır. Moskva bizə ərazi bütövlüyümüzü bərpa etmək imkanı vermək üçün əmin olmalıdır ki, bölgədən tam şəkildə sıxıdırılıb çıxarılmayacaq. Buna görə də Rusiya ilə danışıqlar aparılmalıdır”.

Beləliklə, Ermənistan sarsıntıları bölgədə durumu dəyişir, Dağlıq Qarabağ münaqişəsi isə təkcə Bakı və İrəvan arasında daha fəal “birləşmiş qab” olmur. Qəliz durumdan çıxmaq üçün yeni ideyalar və yeni gedişlər gərəkdir./Strateq.az/
Tofiq Musayevdən növbəti möhtəşəm qələbə sevinci - VİDEOMMA üzrə Azərbaycanın parlayan ulduzu Tofiq Musayevdən növbəti möhtəşəm qələbə sevinci.

Dünən Bakı Olimpiya Stadionunda WFCA-48 beynəlxalq turnirinə ev sahibliyi edib.Yarisda yüksək performans sərgiləyən Tofiq Musayev bu dəfə də möhtəşəm qələbəsi ilə azarkeşlərə sevinc dolu anlar yaşadıb.

Qeyd edək ki, Tofiq Musayev gənc olsa da, o, bu yaşından bir çox dünya turnirlərində ard-arda qələbələri ilə adını uğurlu idmançılar arasına yazdırıb.

Musayevin növbəti yarışı kəmər uğrunda olacaq.

Tofiq Musayevdən növbəti möhtəşəm qələbə sevinci - VİDEO
Tofiq Musayevdən növbəti möhtəşəm qələbə sevinci - VİDEO
Tofiq Musayevdən növbəti möhtəşəm qələbə sevinci - VİDEO
Tofiq Musayevdən növbəti möhtəşəm qələbə sevinci - VİDEO
Bakıda sərnişin avtobusu qəza törətdi: Sürücü qaçdı – FotoBakıda sərnişin avtobusu sürücüsünün qayda pozuntusu qəzaya səbəb olub.

Report xəbər verir ki, hadisə Yasamal rayonunda, Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

“108 A” saylı marşrut xəttinə məxsus sərnişin avtobusu işıqforun yaşıl işığından yüksək sürətlə keçərkən qəfil dönmə əməliyyatı edən “Opel” markalı avtomobilə çırpılıb. Nəticədə avtobus idarəetmədən çıxaraq, Yasamal “ATS”-i kimi tanınan inzibati binanın qarşısındakı “Mitsubishi” və “Tofaş” markalı avtomobillərə çırpılıb.

Qəzadan dərhal sonra əraziyə yol patrul xidmətinin əməkdaşları cəlb edilib. Qəzanı törədən avtobus sürücüsü hadisə yerindən qaçıb.

İlkin məlumata görə, qəza zamanı xəsarət alan olmayıb.