Ukraynada deputatın çənəsini sındıran idmançı Bakıda tutulduUkrayna Radasının deputatı Mustafa Nayemə hücum etmiş şəxslərdən biri Azərbaycanda tutulub. Virtualaz.org xəbər verir ki, bunu Ukraynanın daxili işlər naziri Arsen Avakov deyib.

Avakovun sözlərinə görə, hücum edən 3 nəfər hadisə yerində yaxalanmışdılar, onlar həbs ediliblər.

“Dördüncü iştirakçı hadisədən 20 dəqiqə sonra təyyarə bileti sifariş etmiş və 2,5-3 saatdan sinra Bakıya uçmuşdu. Sərhədi keçdiyi vaxta qədər onun şəxsiyyəti müəyyən edilməmişdi, lakin qiyabi olaraq onun barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə ittiham irəli sürülmüşdü və o, axtarışa elan edilmişdi. Bu gün həmin şəxs azərbaycanlı həmkarlarımız tərəfindən saxlanılıb”, - nazir bildirib.

Xatırladaq ki, aprelin 30-da Kiyevdə baş vermiş yol münaqişəsi zəminində aralarında Rusiya vətəndaşları da olan dörd kişi Nayemi döymüşdü. Deputat xəstəxanaya çatdırılmışdı.
Başçı müavini öz kabinetində sahibkarı döyüb – “Kəllə ilə sifətimə zərbə endirdi…”Qax rayon İcra Hakimiyyəti Başçısının müavini Elbrus Tağıyev öz xidməti kabinetində iş adamını döyüb. Rayondakı mənbənin “AzPolitika.info”ya verdiyi məlumata görə, hadisə mayın 2-də baş verib, hazırda Qax Rayon Prokurorluğunda araşdırılır.

Məlumata görə, icra başçısının müavini rayonda “Qax” sularını istehsal edən müəssisələrdən birinin sahibi olan Mustafa Muxtarova xəsarət yetirib. İş adamı icra başçısının müavinindən prokurorluğa şikayət edib.

Qarabaş döyüşlərinin iştirakçısı, 3 dəfə Qax Bələdiyyəsinin üzvü seçilmiş, rayonda əhali arasında hörmət sahibi olan 54 yaşlı M.Muxtarov “AzPolitika.info”ya açıqlamasında məlumatı təsdiq edib. Sahibkar bildirib ki, mayın 1-də Elbrus Tağıyev ona zəng vuraraq, qayınanasına məxsus mağaza ilə bağlı onu İcra Hakimiyyətinə dəvət edib. Mayın 2-də saat 10 radələrində E.Tağıyevin qəbulunda olarkən rayonun baş arxitektoru və başqa bir nəfər də kabinetdə olub. İcra başçısının müavini M.Muxtarova bildirib ki, ərazi ilə bağlı başqa bir şəxs onlardan şikayət edib, guya həmin adamın əlində qanuni sənədi var. “Mən bu zaman etiraz etdim, bildirdim ki, əlində cizgi sənədi varsa məhkəməyə müraciət etsin. Siz niyə bu işə qarışır və bizə təzyiq edirsiniz. Elbrus Tağıyev məni etirazımdan sonra özündən çıxdı, yerindən qalxıb mənə tərəf yeridi, əvvəl yaxamdan yapışıb dartışdırdı. Sonra kəllə ilə sifətimə zərbə vurdu, burnumdan qan açıldı. Mən onun əlindən qurtarıb, sənədləri də götürüb otağı tərk etdim. Arxadan polisə qışqırdı ki, “bu zibili götürün rədd edin burdan””.

M.Muxtarov deyir ki, ordan çıxandan sonra icra başçısı ilə görüşməyə cəhd edib. Əvvəl deyiblər ki, başçı yerində yoxdur. Lakin bir qədər sonra başçı onunla görüşüb. “Başçı əvvəl mənə dedi ki, qələt edib sənə əl qaldırıb, mən onun cəzasını verəcəm. Lakin daha sonra söhbəti fırlayıb mənimlə bağlı köhnə incikliklərini yada salmağa başladı. Gördüm bu tədbir görən deyil, ordan çıxıb prokurorluğa getdim. Şikayət ərizəmi yazıb, tibbi ekspertdən keçdim. İndi prokurorluqda araşdırma gedir”.

Əməkdaşımızın Elbrus Tağıyevlə əlaqə saxlamaq cəhdi baş tutmayıb. Onun da mövqeyini öyrənməyə çalışırıq.
"Axıra qədər gedəcəm, bağışlamaq fikrim yoxdur" - GeneralXəbər verdiyimiz kimi Dövlət Gömrük Komitəsinin keçmiş sədri Aydın Əliyev azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərlini və saytın baş direktoru Əfsələddin Ağalarovu xüsusi ittiham qaydasında məhkəməyə verib.

Məsələ ilə bağlı inikal.org saytına açıqlama verən keçmiş komitə sədri Aydın Əliyev azxəbər.com saytını məhkəməyə verdiyini deyib:

"Onlar mən komitə sədri olarkən yazıblar. Söhbət vəzifədən yox, şəxsiyyətdən gedir. Əgər bu düzdürsə, onlar bir müddət öncə niyə öz saytlarında üzrxahlıq etmişdilər. Mənim onları tutdurmaq fikrim yoxdur, amma onlar məhkəmədəki çıxışlarında düzgün fikirlər səsləndirmirlər. Ona görə də mən axıra qədər gedəcəm. Məhkəmə qərar verəcək, mənim onları bağışlamaq fikrim yoxdur”.
Əli Həsənovun həbsdə olan nəvəsinin klubu satıldıArtıq vəzifəsindən uzaqlaşdırılmış Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun həbsdə olan nəvəsi Nail Allahverdiyev sahibi olduğu deyilən Soho club satılıb.

Əli Hənənovun nəvəsi tərəfindən satılmış klub artıq TABOO LOUNGE & CLUB!adı altında yenidən fəaliyyətə bşlayıb. TABOO LOUNGE & CLUB-un dünən təntələli açılış mərasimi də baş tutub.

Qeyd edək ki, Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin idarə etdiyi “Mersedes-Gelandawagen” markalı avtomobil ötən ilin avqustun 3-də, saat 21:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törətmişdi. Hadisədən bir müddət sonra Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayaraq “Mercedes-Gelandawagen” markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olmasının tam təsdiq edildiyini bildirmişdi. Məhkəmənin hökmü ilə onun barəsində həbs-qətimkan tədbiri seçilmişdi.

BAKU.WS
Şamaxıda doğuş zamanı faciə — Ana öldüŞamaxıda doğuş zamanı halı pisləşən qadın ölüb.

Avrasiya.net "Report"a istinadən xəbər verir ki, dünən Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Doğum Şöbəsində qeysəriyyə əməliyyatı ilə qız övladı dünyaya gətirən 1984-cü il təvəllüdlü Şamaxı şəhər sakini Amirə Əlisahab qızı Binyətovanın halı pisləşdiyindən o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Qadın bu gün reanimasiya şöbəsində dünyasını dəyişib. A. Binyətovanın meyiti Məhkəmə Tibbi Ekspertizasının Şamaxı Rayon Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi açılıb.
Pirallahıda ulu öndər anıldı - FOTOLARPirallahı Rayon İcra Hakimiyyəti və YAP Pirallahı rayon təşkilatı ulu öndərin anadan olmasının 95 illik yubileyi ilə bağlı Çilov adasında ağacəkmə aksiyası və "Heydər Əliyev fenomeni və müasir Azərbaycan dövləti" adlı tədbir keçirib.

Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə ictimai həyatın bütün sahələri ilə yanaşı, ölkəmizdə ekologiyanın qorunmasına, ətraf mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirərək genişmiqyaslı tədbirlər həyata keçirmişdir. Bu gün müstəqil Azərbaycanın qurucusu və memarı ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən olunmuş ekoloji siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Pirallahıda ulu öndər anıldı - FOTOLAR
Pirallahı Rayon İcra Hakimiyyətinin və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə mayın 5-də Çilov adasında ağacəkmə aksiyası keçirilmişdir. Aksiyada Azərbaycan Milli Məclisinin Səhiyyə komitəsinin sədr müavini,Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, tibb elmləri namizədi Musa Quliyev, Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini, professor Jalə xanım Əliyeva, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov, Pirallahı RİH başçısının müavini Anara Hacıbəyli , Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahveridiyev, RİH-nin əməkdaşları, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı idarə heyətinin üzvləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Aksiyada 500-dən çox şam və zeytun ağacı əkilmişdir. Əkilən ağacların Çilov adasının iqliminə uyğun olaraq küləkdən qorunması və onların daha yaxşı təbii inkişafı üçün mineral gübrələrdən istifadə olunmuşdur. Həmçinin, əkilən ağacların mühafizəsi və mütəmadi olaraq qulluq göstərilməsi məqsədilə zəruri tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.
Pirallahıda ulu öndər anıldı - FOTOLAR
Aksiyadan sonra tədbir iştirakçıları Çilov Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək ulu öndərin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov bildirib ki, bu gün Heydər Əliyev və Azərbaycan sözləri hər bir azərbaycanlı üçün müəyyən mənada eyni məna daşıyan sözlərdir. Birmənalı şəkildə demək olar ki, Heydər Əliyev olmasaydı müasir müstəqil Azərbaycan dövləti də olmazdı. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 30 ilin hər bir ili görülən işlər və əldə olunan nailiyyətlərə görə əhəmiyyətli il olub. Bəşər tarixində nadir insanlar var ki, onların həyat və fəaliyyəti bütün millətin və xalqın, dövlətin taleyini həll etmiş olsun. Onlardan biri sözsüz ki, Heydər Əliyevdir. Azərbaycan tarixində çoxlu sayda görkəmli dövlət xadimləri və şəxsiyyətlər var. Lakin yalnız Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri kimi tarixə həkk olub. Ulu Öndərin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri müasir müstəqil dövlətimizin yaradılması və inkişaf etdirilməsi olub.
Pirallahıda ulu öndər anıldı - FOTOLAR
Tədbirin gedişati zamanı çıxış edən Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Azərbaycan Milli Məclisinin Səhiyyə komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, tibb elmləri namizədi Musa Quliyev, Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini, Əmək və sosial siyasət komitəsinin üzvü professor Jalə Əliyeva, Pirallahı RİH başçısının müavini Anara Hacıbəyli və digər natiqlər çıxış edərək ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı sahələrinə, onun ölkəmizin müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi, inkişafı istiqamətində gördüyü işlərə, ümummilli liderin əsasını qoyduğu, Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilən siyasətin uğurlarına, perspektivlərinə toxunublar.
Çıxışların sonunda bir qrup şəxslər rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Pirallahı Rayon İcra Hakimiyyətinin və YAP Pirallahı rayon təşkilatının fəxri fərmanları ilə təltif olunub. Tədbir tanınmış incəsənət xadimlərinin ifasında geniş konsert proqramı ilə davam edib.
Pirallahıda ulu öndər anıldı - FOTOLAR

Partiya Bakı kəndlərində aksiya keçirdiAzərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Gənclər Təşkilatının (GT) üzvləri “Bakı Milli” TV-nin əməkdaşları ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyi ilə əlaqədər olaraq, Bakı kəndlərində aksiya həyata keçirilib. Hövsan, Türkan, Zirə, Buzovna, Maştağa və Nardaran kəndlərdə keçirilən aksiya zamanı əhaliyə Azərbaycan bayrağı paylanmaqla yanaşı, AXC-nin yaranması, fəaliyyəti barədə məlumatlandırıblar. Aksiyada minə yaxın bayraq paylanılıb. Əhali keçirilən aksiyadan məmnun qaldıqlarını bildiriblər.
Partiya Bakı kəndlərində aksiya keçirdi
İtkin düşən Lerik sakininin öldürüldüyü məlum olubİtkin düşmüş Lerik rayon sakinin qətlə yetirildiyi məlum olub.

APA-nın cənub bürosunun məlumatına görə, Lerik rayonunun Veri kənd sakini, 1979-cu il təvəllüdlü Mirisaq Yədulla oğlu Babayev martın 16-da Lənkəranda yerləşən restoranlardan birində yaxın qohumlarının toy məclisində iştirak edib. Oradan çıxdıqdan sonra isə geri qayıtmayıb. Aparılan axtarış tədbirləri nəticəsində onun öldürüldüyü məlum olub. M. Babayevin meyiti Lənkəran rayonunun Aşağı Nüvədi kəndində aşkar edilib. Onu həmin kənd sakini 44 yaşlı Təbriz Əliheydər oğlu Dadaşov qətlə yetirərək yaşadığı evin zirzəmisində basdırıb.

Hazırda M. Babayevinin meyitinin basdırıldığı yerdən çıxarılması üçün iş aparılır. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil veriləcək.

Qeyd edək ki, qətl hadisəsini törətməkdə şübhəli bilinən daha bir nəfər saxlanılıb. M. Babayev ailəli olub və iki qızı, bir oğlu var.

Faktla bağlı araşdırma aparılır.