Çin ABŞ-ın hərbi bazalarına hücum etdi - Pentaqon Çinə NOTA göndərdi ABŞ-ın Cibutidəki hərbi bazasından havaya qalxan təyyarələr Çinə məxsus bazalardan lazer hücumuna məruz qalıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Müafiə Nazirliyinin sözçüsü Dana Uayt məlumat verib.

Sözçü bildirib ki, təyyarələrə Çin bazalarından lazer cihazları ilə müdaxilə edilir və buna görə ABŞ Çinə nota göndərib: “Gerçək bir təhdid. Bunlar çox ciddi hadisələrdir. İki nəfər yaralanıb. Rəsmi olaraq Çin hökumətinə nota göndərmişik və çinlilərin bu olayları araşdırmasını tələb etmişik”.

Qeyd edək ki, Çinin ölkə xaricində ilk hərbi bazası olan Cibutidəki bazası ötən ilin avqust ayında açılıb. ABŞ isə Çinin Cibutidəki hərbi bazaları yaxınlığında yeni baza açmasını onlar üçün ciddi problem hesab etməyib. Cibuti Çin və ABŞ-la yanaşı, Yaponiya və Fransa hərbi bazalarına ev sahibliyi edir.
Uşaq evində biabırçılıq: 150 yazılıb, amma... - VideoBu gün demək olar ki, bütün uşaq evlərində eyni vəziyyət müşahidə olunur. Baş həkimin vəzifədən azad edilməsi isə bu söz-söhbətlərin yatırılması ilə nəticələnir.

Bu sözləri Axar.az-a 1 saylı Körpələr Evinin baş həkimi Nəhayət Əliyeva haqqında yayılan xəbərlərdən danışan sosioloq Əhməd Qəşəmoğlu deyib. Respublikadakı körpələr evlərinə nəzarətin və diqqətin gücləndirilməsinin vacib olduğunu bildirən sosioloq bir hadisəni nümunə göstərib:

“Sizə ölkəmizdə fəaliyyət göstərən körpələr evi ilə bağlı bir faktı danışım. Mən uşaq evləri ilə işləyən zamanı beynəxalq təşkilatlardan biri uşaq evlərinə kömək etmək istədiyini bildirdi. Bunun üçün ingiltərəli bir xanımla uşaq evlərinin birinə qəfil baş çəkdik. Orada 43 uşağın olmasına baxmayaraq, biz gördük ki, qeydiyyatda 150-yə yaxın uşaq var. Bundan sonra o xanım da körpələr evinə yardımdan imtina etdi. Belə halların qarşısını almaq üçün körpələr evinin tabe olduğu qurumlar bu sahəyə ciddi diqqət ayırmalıdırlar. Yalnız dövlət deyil, QTH, media nümayəndələri və digər şəxslər də bu sektora nəzarəti gücləndirilməlidir”.

Sosioloq Cavid İmamoğlu isə uşaqların hüququnun tapdalanmaması üçün ictimai qınaq institutunun ölkəmizdə daha da inkişaf etdirilməsinin vacibliyini deyib:

“Azərbaycan mentalitetində mövcud olan stereotiplər imkan vermir ki, uşaqlara qarşı hər hansı bir alçaltma və ya digər halları bir-birinə xəbər etsinlər. Onlar bunu xəbərçilik hesab edirlər. Yaxşı olardı ki, bu vəziyyət aradan qaldırılsın. Əgər uşaqların hüquqları tapdalanırsa, buna şahid olub bir tədbir görməmək mənəvi və əxlaqi problemdir. Belə halları işıqlandırmaq lazımdır ki, ciddi tədbir görülsün. İctimai qınaq formalaşmasa, günahkarlar da öz cəzalarını almayacaqlar”.

Qeyd edək ki, müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İnstaqram hesabında Bakının Nəsimi rayonunda yerləşən 1 saylı Körpələr Evində valideyn himayəsindən məhrum olan uşaqlar üçün gətirilən ərzaq məhsulları və geyimlərin avtomobillə başqa yerə daşınması ilə bağlı görüntülər paylaşıb. Baş həkimin “yuyulmaq üçün aparılan yataq üzlükləridir” açıqlamasından sonra Aysun daha bir video yayaraq, ərzaq daşındığı iddiasını görüntülərlə təsdiqləyib.

Səhiyyə Nazirliyinin araşdırmasından və yayılan görüntülərin həqiqəti əks etdirmədiyi barədə rəsmi açıqlamasından sonra isə bəzi şəxslər bu körpələr evindən himayəyə uşaq götürmək istədiklərini. lakin baş həkimin onlardan külli miqdarda pul istədiyini yazıblar.

Qarabağı qan qoxusu bürüdü İrəvanda baş verən siyasi ehtiras böyük regional problemə diqqət cəlb edib. Bəzi ekspertlərin fikrincə, yaxın zamanda Qarabağ müharibəsi yenidən özünü xatırlada bilər. Rusiya Strategiyalar və Texnologiyalar Analiz Mərkəzinin direktor müavini Konstantin Makienko belə təhlükənin istisna olmadığını deyib.

“Bakı Qarabağ və ətraf rayonlarının geri qaytarılmasının zaman məsələsi olduğunu gizlətmir. Təbii ki, münaqişə zonasındakı şərait Azərbayacan tərəfindən qəfildən əməliyyata başlamağı tələb edir. Həm də ilk zərbə genişmiqyaslı. Bizim ekspertlər hesab edirlər ki, gələcək də Azərbaycanın planı ehtimal ki, belə ssenari ilə gedəcək - bir neçə km əraziyə qəfil hücum, mövqelərdə möhkəmlənmə, diplomatik möhkəmlənmə və bir müddət sonra yeni hücum. Zərbə dərhal və genişmiqyaslı olacaq”.

O, qeyd edib ki, iki il öncə apreldə baş verən dördgünlük hücum da ermənilər üçün qəfil və gözlənilməz oldu.
Abbasovun oğlu bəyanat yaydı: “Ağzınıza gələni danışmayın” “Mən o insanlara, hansılar ki, uzun illər Azərbaycan dövləti haqda nifrətlə yazır və ona qarşı çıxırlar, müraciət edirəm. Siz indi öz maskalarınızı dəyişib gizlənməyə çalışırsınız, amma biz sizin çirkab və nifrətlə dolu mahiyyətinizə bələdik. O kişilərin, hansılar ki, uzun illər boyunca dövlətə xidmət edib və onu qoruyublar, ünvanına ağzınıza gələni danışmayın”.

Avrasiya.net Virtualaz.org-a istinadən bildirir ki, Milli Məclisin sabiq deputatı, Azərbaycanın baş nazirinin keçmiş birinci müavini Abbas Abbasovun oğlu Aydın Abbasovun yaydığı xüsusi bəyanatda belə deyilir.

Aydın Abbasov bu bəyanatla hökumətə yaxın bəzi KİV-lərdə başda Orduxan Teymurxan olmaqla mühacir müxalifəti fəallarının Abbas Abbasov tərəfindən maliyyələşdirməsi haqda yayılan informasiyaya cavab olaraq çıxış edib.

"Təhrikçilər və böhtançılar həmişə olub və gələcəkdə də olacaq, onlara zaman özü cavab verəcək. Biz isə millətə, dövlətə və Prezident İlham Əliyevə xidmət etməyə davam edəcəyik. Və kim ki, sizə belə məqalələri sifariş edir, qoy öz fikirlərini nizama salsınlar və mənəvi sima əldə etsinlər. Bu, atam haqqında böhtan və yanlış məqalələrə mənim qısa cavabımdır. Ümid edirəm ki, mən öz fikirlərimi əxlaq çərçivəsində çatdıra bildim", - deyə bəyanatın mətnində vurğulanır.
Dünən 4 yol qəzası olub - 2 ölü, 4 yaralıÖtən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, ötən gün ərzində 110 cinayət faktı qeydə alınıb, onların da 28-i “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.
Miqrasiya Xidmətində ixtisarlar - bir neçə rəsi və müavinləri işdən çıxarıldıDövlət Miqrasiya Xidmətinin yeni rəisi Vüsal Hüseynov artıq ciddi kadr islahatlarına başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, yeni rəisin kadr islahatları çərçivəsində bir neçə şəxs vəzifəsindən kənarlaşdırılıb.

Miqrasiya Nəzarəti Baş İdarəsinin rəisi Rövşən Səfərov, bu idarənin rəis müavini, Qanunsuz miqrasiya hallarının aradan qaldırılması idarəsinin rəisi Qüdrət Məmmədov, Miqrasiya proseslərinin təhlili və informasiya təminatı Baş İdarəsinin rəisi Mehman Səfərov tutduqları vəzifələrdən azad ediliblər.

İşdən çıxarılanlar arasında həmçinin daxili təhlükəsizlik idarəsinin rəisi və müavini, Qanunsuz miqrantların saxlanılması mərkəzinin rəisi və 2 əməkdaşı da var.
Bakıda cinsi azlıq nümayəndəsi bıçaqlanıbBakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

“Report” xəbər verir ki, 1994- cü il təvəllüdlü Qurbanov Şükran Bəkir oğlu Azadlıq prospektində naməlum şəxslə əlbəyaxa dava edib. Nəticədə Ş.Qurbanov boğazından bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsi tərəfindən araşdırma aparılır.

Hadisə cinsi azlıq nümayəndəsi olan zərərçəkmişin naməlum şəxsə əxlaqdan kənar təklif etməsi səbəb olub.
Maşının qapısı açıldı, 600 min dollar yola dağıldı - VideoABŞ-ın İndiana ştatında “Brinks” şirkətinə məxsus zirehli avtomobil hərəkətdə olan zaman qəfildən arxa qapısı açılıb və dollarla dolu olan torbalar şosseyə dağılıb.

Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Əskinazlarla dolu torba yola dağıldı. Baş verənlər hər hansı filmdən səhnəni xatırladırdı. Pullar hər tərəfə səpələndi. İnsanlar maşınlardan düşüb, onları toplamağa başladı. Hər gün şosselərdə dolların necə dağıldığını görə bilməzsiniz. Xaos yaşanırdı”, - deyə yol polisi Brok Makkoy bildirib.

Məlumata görə, pul daşıyan avtomobilin sürücüsü yalnız digər sürücülərin xəbərdarlıq siqnalından sonra dayanıb. Ehtimal edilir ki, 600 mindən çox dollar yola səpələnib.

Polis pulları toplayanlara çağırış edərək, əskinazları könüllü şəkildə təhvil verməyi məsləhət görüb.

Hüquq-mühafizə orqanları pulları könüllü qaytaranları heç bir cəzanın gözləmədiyini bildirir.
Bu gün marketlə ən çox satılan məhsulların, xüsusi ilə işlənmiş qidaların - şokolad yağı, keks, biskivit, hətta sabun - hamısının tərkibində demək olar ki, palma yağı var. palma yağı qidalardan sonra kosmetika sahəsinə də keçid edib. Bu yağ əslində olduqca zərərlidir. O, hətta xərçəngə belə səbəb ola bilir.

Şok! Marketlərdə satılan bu yağ xərçəng yaradırAlış veriş zamanı əsas məhsulun tərkibi əks edilən sahəyə baxaraq özümüzü az da olsa sığortalaya bilərik. Etiketdə "Palm yağı", "Palmitic Asit","Palmeate", "Palm" yazısı gördüyünüz məhsullardan uzaq durmağınız məsləhətdir. Unutmayaq ki, bəzən "bitki yağı" yazılan məhsulların da tərkibində palma yağından istifadə edilir.

Bəs aldığımız məhsulun tərkibində bu yağdan nə üçün istifadə edilir?

Bəzi şokoladlara hamar, parıltılı görüntü verir, əriməsinin qarşısını alır.

Dondurulmuş pizza xəmirlərində yapışqanlığı aradan qaldırır.

Dondurmaya kremə bənzər görüntü verir

Paketlənmiş çörəklərdə ucuz olduğu və bişməyi asanlaşdırdığı üçün seçilir

Palma yağı dodaq boyalarının da tərkibinə əlavə edilir və əriməsinin qarşısını almağa kömək edir.

Sabun, yuyucu tozu kimi vasitələrin effektivliyini artırmaq üçün.

Palma yağı xərçəng hüceyrələrinin sürətlə yayaılmasına yol açan məhsullardan biridir. Belə ki, aparılan araşdırmalarda bu yağın siçanlarda xəstə hüceyrələri 10 dəfəyə kimi artırdığı müşahidə edilib.
Ömürlük məhkumlar da əfv ediləcək - VideoAzərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq 500-ə yaxın məhkum əfv ediləcək.

Bununla bağlı artıq üç aya yaxındır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları keçirilir.

Hər dəfə iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılır və onların əksəriyyətinə müsbət rəy verilir.

Ümumilikdə isə komissiya tərəfindən 1000-ə yaxın müraciətə baxılıb. Əfv komissiyasının üzvü Rəşad Məcid Real TV-yə komissiyasının iclasları barədə məlumat verərkən belə deyib.

Ömürlük azadlıqdan məhrum edilmiş məhkumların da gələckdə əfv siyahısına düşmək şansları olacaq. Bunun üçün komisiyanın tərkibində xüsusi işçi qurupu yaradılacaq.

Rəşad Məcidin sözlərinə görə, Azərbaycan Respublikasının prezidenti tərəfindən imzaalanacaq əfv sərəncamı qadın və azyaşlı məhkumlara da şamil ediləcək.

Qeyd edək ki, komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı prezident administrasiyasına təqdim olunacaq.