Deputat maaş artımına etiraz: “Azı 8 min manat olmalıdır”Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deputatların əmək haqlarının 10 faiz artımına etiraz edib.

Bununla bağlı layihənin müzakirəsi zamanı Q.Həsənquliyev bildirib ki, bu artım olduqca azdır.

O qeyd edib ki, ən azı son illərdə baş verən devalvasiyalar nəzərə alınmalıdır: “Elə etmək lazımdır ki, məmurlar digər gəlir yerlərinə göz dikməsinlər. Elə olmalıdır ki, baş nazir, spiker 10 min manat, deputatlar isə ən azı 8 min manat maaş alsınlar”.

Deputat korrupsiyaya qarşı mübarizədən danışarkən Sinqapuru misal çəkib.
Narkoloji Mərkəzidəki yanğına görə direktor həbs olundu Bakının Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğınla bağlı mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və daha bir vəzifəli şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin olunub və onların barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

T. Məmmədhəsənov da daxil olmaqla, hər 3 şəxs barəsində Cinayət Məcəlləsinin 225. 2 (Yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.


Qeyd edək ki, səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə aprelin 17-də Telman Məmmədhəsənov vəzifəsindən azad edilib.
Şimali Kipr prezidentindən türkə və Türkiyəyə xəyanətDörd bir tərəfdən Türkiyəyə qarşı düşmən hücumları ara vermədiyi bir halda, indi də sapı özümüzdən olanlar - Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) timsalında Ankaraya dönük çıxmağa başlayıb. Tanınmamış respublikanın prezidenti Mustafa Akınçı yunanlarla özbaşına müzakirələr apararaq türk millətinin milli ve strateji maraqlarını qurban vermək fikrinə düşüb.

Yeri gəlmişkən, Mustafa Akınçının özbaşına müzakirələr apardığını deməkdə məqsədim onun öz hökuməti, xüsusilə də xarici işlər naziri ilə məsləhətləşmədiyini, özünü bir qayda olaraq imperator kürsüsündə gördüyünü bildirməkdir. O, elə düşünür ki, Quterres Sazişini qəbul eləməklə hansısa suveren hüquqlar və ya adi insani haqlar əldə edəcəklər.

Maraqlıdır, məncə Mustafa Akınçının yaşı deməyə əsas verir ki, o, 2004-cü ilin yazında – aprelin 24-də baş verənləri yaşayıb və yadında saxlayıb. Məhz onda BMT-nin baş katibi, dünya şöhrətli, çox ölkələrin xilaskar və imdad yeri olaraq gördüyü dahi Kofi Annanın irəli sürdüyü saziş layihəsinin aqibəti nə yerdə qaldı – yunanlar birmənalı şəkildə rədd etdi. Həmin layihəyə əsasən, adanın hər iki qismində referendum keçirilməli, birləşmək ideyasına fikir bildirilməli idi. Amma nə oldu: ŞKTC-də türklər 69,5 faiz “hə” dedi, Cənubi Kipr yunanları isə böyük çoxluqla rədd etdi.

BU xüsusda Mustafa Akınçının xatırlamalı olduğu daha bir xüsus var: Annan planına görə, türklər birləşməyə razılıq verdiyi, amma yunanların qarşı çıxdığı halda Avropa Birliyi, necə deyərlər, yunanları cəzlandırmalıydı. Yəni ŞKTC limanlarına qoyulan embarqolar aradan qaldırılacaq, üstəlik, türklərə böyük həcmdə maliyyə yardımı göstəriləcəkdi. Mustafa Akınçıdan soruşmaq istərdim: bu gün can atdığınız, bu yolda məqsəd və maraqlarınızı, hətta hüquqları uğrunda qanı tökülmüş şəhidlərinizin ruhunu ayaqladığınız Avropa o vaxt sizə verdiyi sözü tutdumu, yox, aldatdı və açıq-aşkar rədd etdi – yenə yunanların cəbhəsində dayandı. Bu sizə dərs olmadımı? O vaxt proqramın banisi Kofi Annan idi - Nobel mükafatlı, dünyada sevilən afrikalı… Antonio Quterres sizi müdafiə edib, haqlarınıza qovuşduracaqmı? O şəxs ki, özü də sizə düşmən kəsilən Avropanın bir parçası, vətəndaşıdır.

Bəs kiprli türklər necə baxır prezidentlərinin özbaşına və şirniklənib uyduğu Avropa sevdasına? Sırağagün sabiq president Dərviş Əroğlu sərt tənqid eləmişdi xələfini. Bu gün isə məhz Akınçının hökumətində XİN başçısı olan (həm də baş nazirin müavini) Qüdrət Özərsay bəyan edib ki, şəxsən onun prezidentin yunan Kiprinin lideri Nikos Anastasiadisla nə danışmasından xəbəri yoxdur. Yəni o, konstitusiyaya əsasən belə hallarda hökumətə əvvəlcədən məlumat verməliydi, amma verməyib.

Özərsayın dediklərindən: “Quterresin layihəsindən hər birimiz xəbərdarıq və hər kəs də onu sıradan bir təklif hesab edir. Amma hardan bilək ki, prezident Akınçı onu strateji mahiyyətli paket anlaşma olaraq elan edəcək – bizi heyrətləndirdi. Təəssüflə deyim ki, biz bu xəbəri mətbuatdan öyrəndik. Hansı ki, prezident Akınçı əvvəllər yunan tərəfinin düşüncəsində dəyişiklik omadıqca, İsveçrədə uğursuzluqla nəticələnmiş danışıqlar prosesinə aid olan belə bir kağız parçasının qəbulunu mümkün saymırdı. Amma birdən-birə nəyə görə bu addımı atdığını onun özündən eşitmək istərdim”.

XİN başçısı eşitmək istəyində olsun, amma gəlin keçənlərə nəzər salaq. ŞKTC-də son seçkilərdə vətəndaşlar tarix boyu adada yaşayan türklərin hüquqları uğrunda mübarizə aparan, bu yolda ömürlərinin bir hissəsini zindanlarda, təqib şəraitində keçirənlərə deyil, məhz hər dəfə bir söz deyən, tez-tez mövqeyini dəyişən və hətta, açıq-aşkar Avropa həsrətilə göz yaşı axıdan macərapərəstlərə səs verdilər. Çünki bu gün Kipr türklərinin, səsvermənin nəticələrindən də göründüyü kimi, böyük hissəsinin özü də Avropa eşqi ilə yaşayır və hətta 110 min türkün yunan Kiprinin vətəndaşlığına keçdiyi deyilir. Çünki onlar bir dəfə də bu yolu ŞKTC-yə açacağını vəd edən Məhmət Əli Tələti gətirmişdilər hakimiyyətə. Düzdür, o vaxt böyük lider Rauf Denktaş sağ idi və XİN-ə də məhz Raud Denktaşın oğlu, Demokrat Partiyanın sədri Sərdar Denktaş rəhbərlik edirdi. Hətta bu vəziyyətdə Tələt komandası adanın biznes ünsürlərini xalqa vəkökumətin millətçi kəsiminə təzyiq göstərməyə vadar edirdi. Amma o zaman da yunanlar öz ifrat millətçi və hegemon mövqeləri ilə Tələt iqtidarının boşuna əmək sərf etdiyini isbat etdi…

İndi də Akınçının türk millətinə xəyanət etməsinə gətirib çıxaran sözügedən Quterres sazişinin mətninə nəzər salaq. Mətndə əsasən 5 tələb nəzərə çarpır. Onlardan ən vacibləri isə budur ki, sənəd qəbul edildiyi təqdirdə Türkiyənin adada təsiri və defakto təminatçı status aradan qaldırılır, Türkiyə əsgərləri müqavilə imzalanan ilk gündən başlayaraq adadan çıxarılır, sadəcə 650 türk əsgəri qala bilər və Türkiyə ordusunun yerini çoxmillətli ordu tutacaq…

Ancaq baxın: yunan tərəfi Yunanıstanın da təminatçı ölkə statusunun ləğvini, Yunanıstanın adadakı luluğuna son qoyulmasını, üstəlik, Cənubi Kiprdəki İngiltərəyə aid iki hərbi bazanın ləğvini və sair öhdəlik olaraq öz üzərinə götürübmü? Əlbəttə, yox. Məsələ ondadır ki, Akınçının düşündüyü kimi, Türkiyə adadan çəkilən kimi vaxtilə yunanlara məxsus olmuş əmlaklar geri alınacaq. Məncə burada yalnız ev, həyətyanı sahələr deyil, hətta günümüzdə ürəyi Avropa İttifaqı ilə döyünən biznes təmsilçilərinin qazanc mənbəyi olan iş yerləri də əldən çıxacaq. Ola bilər gələcəkdə, Akınçı kimiləri millət vəkili və ya hökumətdə türklərlə iş üzrə idarədə hansısa formal vəzifədə oturub şəxsi həyatını təmin etsin, amma türk toplumu nə edəcək? Avropa İttifaqına üzv olmaq onları doğrudanmı xoşbəxt edəcək, doğrudanmı var-dövlət içində üzəcəklər, doğrudanmı onillər boyunca uğrunda şəhid verdikləri haqq-hüquqlarına qovuşacaqlar? Bunlar nəinki illuziyadır, hətta deyərdim ki, türklərə öz kimliklərini unutduracaq yolun başlanğıcıdır.

Soruşa bilərsiniz ki, bəs Türkiyə nə deyir Akınçının davranışından dolayısı?
Öncə deyim ki, haqqında danışdığımız xəyanətdən dərhal sonar BMT amerikalı diplomat Ceyn Holl Luteni Kıprısa nümayəndə göndərdi ki, Akınçıya dəstək verib, onu mühafizəkarlardan qorusun. Türkiyə isə hələ də olayları dəhşət içində izləyir. Niyə də yox, axı ona nə son yüz il ərzində adada türklərə qarşı söyqırım törədən yunanlar, nə Kipr sularında qaz yataqları axtarıb taparaq, xalqın malını qəsb etməyə hazırlaşan İsrail, İtaliya, Amerika, Fransa, İngiltərə, nə zaman- zaman ikili oyun oynayan Rusiya və sair xəyanət etmir- Akınçının simasında öz millətinin bir parçası olan Kipr türkləri edir. Deyə bilərsiniz ki, Akınçının günahını xalqın çiyninə yükləməməliyəm. Yox, bayaq da qeyd etdim: artıq 110 minlik xalq kütləsi yunan Kiprinin vətəndaşlığına keçib və Akınçını da onlar səs verərək hakimiyyətə gətiriblər.

Sonda bir məqam da yadıma düşdü: ŞKTC-nin Azərbaycandakı ticarət nümayəndəliyində bu günlərdə adadan qayıdan bir qrup azərbaycanlı turistlə görüşən Nümayəndəliyin rəhbəri Ufuq Arca Turganər ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafından söz açıb… Amma təəssüf, nə qədər ki, xalq olaraq Akınçını dayandırmamısınız, aramızda heç bir əlaqə qalmayacaq. Heç gələcəkdə rəhbərlik etdiyiniz nümayəndəlik belə olmayacaq. Çünki ŞKTC-nin varlığına son qoyulan kimi, onun dünyanın hər yerindəki təmsilçilikləri də bağlanacaq. ŞKTC xalqı arzusunda olduğu Şengen pasportu alandan sonra, ümumiyyətlə, adaya yalnız son illər gedənlər kimi, ancaq gəzmək, macəra yaşamaq istəyənlər gedə biləcək və beləliklə, adadakı türklərin haqq və hüquqlarından danışan olmayacaq…

Vüsal Tağıbəyli
İlham Əliyev Xaçmaza getdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Xaçmaz rayonuna səfərə gedib.

Avrasiya.net xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoyub.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev Prezident İlham Əliyevə rayonda həyata keçirilən layihələr və qarşıda duran vəzifələr barədə məlumat verib.

Daha sonra İlham Əliyev Çarxı-Qalağan-Hacılar-Xanlıqoba-Sayad-Məmmədxanlı avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışını edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov yeni yolun texniki göstəriciləri barədə dövlət başçısına məlumat verib.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.
Gəlin gizlənpaç əvəzinə başqa oyun oynayaq - NazirBu gün Azərbaycanda 180 min sadələşdirilmiş vergi ödəyicisi var. Onların təqdim etdiyi vergi bəyannamələrindən görünür ki, cəmi 5 mininin dövriyyəsi 100-200 min manat arasındadır. Qalan 175 min sahibkarın dövriyyəsi isə 100 min manatdan azdır.

Report xəbər verir ki, bunu Vergilər naziri Mikayıl Cabbarov ötən gün Azərbaycan sahibkarları ilə görüşündə deyib.

O, bu barədə sadələşdirilmiş vergi ödəyicilərinin əlavə dəyər vergisinə (ƏDV) də cəlb olunması ilə bağlı müəyyən edilmiş dövriyyə limitinin 200 min manatdan 500 min manata çatdırılması barədə təklifə münasibət bildirərkən danışıb.

"Əgər siz təklif etdiyiniz kimi limiti 200 min manatdan 500 min manata qaldırsaq, bu, sadələşdirilmiş vergi ödəyicilərinin cəmi 3%-nin iqtisadi maraqlarıma xidmət edir. Çünki 97%-lik hissə 100 min manatdan az dövriyyə bəyan edir", - deyə nazir qeyd edib.

M.Cabbarovun sözlərinə görə, sadələşdirilmiş vergi sistem bəzi sahibkarlar üçün dövriyyəni azaltmaq üçün alətə çevrilib:

"Çox təəssüf ki, sadələşdirilmiş vergi sistemi son illər məhz dövriyyəni azaltmaq və özünü kiçik biznesmen adlandırmaq üçün bir alət olub".

Bundan başqa, nazir bildirib ki, bir sıra dükanlarda kassa aparatlarına müdaxilə olunur və dövriyyə göstəricisi azaldılır:

"Onlar bizə göstərir ki, dövriyyələri 180 min manatdır və bizim 4%-lik vergi öhdəliyimiz var. Mən də deyirəm ki, bu, anormaldır, biz bu yolla getməməliyik. Bu, inkişaf yolu deyil. Biz bir şeyi anlamalıyıq ki, vergi dövriyyəsini azaltmaq prinsip etibarı ilə vergi cinayətidir. Gəlin gizlənpaç əvəzinə başqa, hansısa bir komanda oyunu oynayaq".
Şagirdi müəllim yox, anası döyübmüş - Yalanı üzə çıxdı + VideoBir neçə gün öncə müəllimi tərəfindən döyüldüyü iddia olunan 189-190 saylı orta məktəbin birinci sinif şagirdi ilə bağlı bəzi detallar üzə çıxıb.

Avrasiya.net xəbər verir ki, həmin şagird müəllimi deyil, anası Xanım Əliyeva tərəfindən döyülüb. ATV telekanalının aparıcısı Zaur Baxşəliyev “Bizimləsən” verilişində məsələni müzakirə edərkən hadisə ilə bağlı video yayımlayıb.

Həmin görüntüdə şagirdin valideyni Xanım Əliyevanın onun başını partaya vurduğu, sonra isə ona dəhliz boyu işgəncə verdiyi aydın görünür.

Qeyd edək ki, bir neçə gün öncə Bakıdakı 189-190 saylı orta məktəbdə birinci sinif şagirdinin döyülməsi ilə bağlı məlumatlar yayılıb. Uşağın valideyini Xanım Əliyeva onun müəllimi tərəfindən döyüldüyünü iddia edib.

Həmin videogörüntünü təqdim edirik:
Ziya Məmmədovun oğlu Böyük Britaniya vətəndaşlığı alıb - 25 milyona Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Böyük Britaniya vətəndaşlığı alması haqda xəbərlər təsdiqlənməkdədir. Gələn məlumatlara görə, Anar Məmmədov bir neçə il öncə Böyük Britaniya vətəndaşlığı alıb. Lakin bu haqda məlumatları gizli saxlayıb.

Sabiq nazir oğlunun illər öncədən atasının taladığı dövlət vəsaitlərini xaricdəki hesablara, bir çox Avropa dövlətləri ilə yanaşı Böyük Britaniyada mal-mülklərə transfer edib.

Böyük Britaniya o dövlətlərdəndir ki, pulunu verib vətəndaşlığını ala bilərsən. Amma digər Avropa dövlətlərindən fərqli olaraq, Böyük Britaniya vətəndaşı olmaq istəyənlər ciblərini, bank hesablarını bir qədər gen açmalıdırlar. Yəni bu ölkənin vətəndaşlığını almaq o qədər "ucuz” deyil. Böyük Britaniyada vətəndaşlığını almaq üçün "cəmi” 1 milyon funt ödəmək lazımdır. İnvestor 750 min funtdan az olmayan bir məbləği Britaniya iqtisadiyyatına, eyni zamanda 250 min funtdan az olmayan məbləği isə Birləşmiş Krallıq ərazisində daşınmaz əmlaka yatırmalıdır. Və yaxud da bu məbləğ Britaniya banklarından birində olan hesaba köçürülməlidir. Bundan sonra investor öz ailəsi ilə birlikdə bu ölkədə qanunla yaşamaq və işləmək hüququ əldə edir. 5 ildən sonra ailə yaşayış icazəsi, 1 ildən sonra isə vətəndaşlıq əldə edir. Daha varlı insanlar üçün vətəndaşlığın verilməsi proseduru sürətləndirilə bilər. Ölkəyə 5 milyon funt sərmayə yatırdıqda vətəndaşlıq 4 ildən, 10 milyon funtdan çox sərmayə yatırdıqda isə 3 ildən sonra verilə bilər.

Anar Məmmədovun Böyük Britaniya vətəndaşlığı alması xəbərləri 2-3 il əvvəldən yayılmağa başlayıb. Bunu nəzərə alsaq, belə ehtimal etmək olar ki, nazir oğlu manat ekvivalentində təxminən 25 milyon xərcləməklə 3 ilə Böyük Britaniya vətəndaşlığı alıb. Yada salaq ki, 2016-cı ildə yayılan xəbərlərdə deyilirdi ki, Anar Məmmədov Böyük Britaniya vətəndaşlığı alıb. Həmin vaxt deputat olan əmisi Elton Məmmədov bu məlumatlara münasibət bildirərkən bütövlükdə qardaşı oğlunun xarici vətəndaşlıq almasını təkzib etməmişdi.

A.Məmmədovun atası Ziya Məmmədovun dövlət büdcəsindən taladığı pullar hesabına qurduğu "Garant Holdinq”in rəhbərliyindən istefa verməsi də yeni xəbər deyil. Ziya Məmmədovun "ulduzunun sönməsi” bu klanın iqtisadi sferadakı bizneslərinin də "milli”ləşdirilməsinə gətirib çıxardı. Bu gün Məmmədovların Azərbaycan daxilindəki biznes imperiyası süquta uğramış durumdadır. Ziya Məmmədov nazirliyinin son 1 ilində səlahiyyətlərini bir-birinin ardıca itirdiyi günlərdə, oğlu Anar Məmmədovun rəhbərlik etdiyi "Garant Holdinq”in də törəmə şirkətlərini bağlayır, "qayçılayır”, lisenziyalarını ləğv edirdilər. Ziya Məmmədov ilyarımdan artıqdır ki, vəzifədən çıxarılıb. Onun mal-mülkünün "budanması” isə hələ də davam edir. 2018-ci il aprelin 1-dən onun çoxsaylı obyektlərindən biri olan Qubadakı beşulduzlu "Quba Rixos” hoteli rebrendinq edildi. Məlum oldu ki, sabiq nazirin oğluna beşulduzlu "Rixos Quba Azərbaycan” hotelini təhvil vermək tapşırılıb. Bundan sonra hotelin sahibi dəyişdirilib. Məmmədovlardan son olaraq alınan təkcə Qubadakı hotel olmadı. Azərbaycandakı "Quba Rixos” hoteli ilə yanaşı onların Gürcüstandakı "Rixos Borjomi”sini də əllərindən aldılar.

Yada salaq ki, Ziya Məmmədovun ailə holdinqi bir vaxtlar Bakının sərnişindaşıma nəqliyyatında inhisarçı mövqedə olan "Transgate” MMC-yə sahib idi. Ziya Məmmədovun kreslosu laxlayandan sonra "Transgate”ə məxsus avtobuslar istifadəyə yararsız adı ilə Bakını əhatə edən marşrut xətlərindən çıxarıldı. MMC-yə məxsus 10-dan çox marşrut başqa daşıyıcılara təhvil verildi. Məmmədovların Bakının mərkəzində ucaltdıqları və bir vaxtlar hər kəsin Ziya Məmmədovun klanı üçün "xilas kəməri” hesab etdiyi "Trump Tower” də artıq özgəninkiləşdirilib.

Bina Məmmədovun nəzarət etdiyi "Garant Holdinq” tərəfindən tikilmişdi və onun şirkətinə məxsus idi. Tramp adının bu hoteldə istifadə edilməsinə və layihə ilə bağlı təcrübəsinə görə sərfəli komission haqqı olaraq 2,5 milyon dollar alıb. Yayılan maliyyə sənədlərindən məlum olurdu ki, Anar Məmmədovun hotelini idarə etmək üçün "THC Baku Hotel Manager Services LLC”, "THC Baku Hotel Manager Services Member Corp.”, "THC Baku Services LLC” və "THC Baku Services Member Corp.” adlı şirkətlər təsis edilib. Həmin şirkətlərin ikisində Donald Tramp 100 faiz, ikisində isə 99 faiz paya malikdir. Hotelin Trampın dəbdəbəli hotellər zəncirinin bir hissəsi kimi idarə olunacağı haqda da xəbərlər vardı. Amma bu baş vermədi. Hoteldən "Trump Tower” sözləri söküləndən sonra Ziya Məmmədovun rəhbərlik etdiyi nazirlik söküldü, yenidən təşkil edildi. Ziya Məmmədov və komandası yeni nazirlikdə vəzifəsiz qaldılar. Hakimiyyətin 1 gedişi ilə sabiqə çevrilən Ziya Məmmədovun və klanının çox ciddi narazılığına səbəb olub. İndi məlum olur ki, oğlunu illər öncə ölkədən çıxaran sabiq nazir onun təhlükəsizliyini təmin etmək üçün 25 milyon manatından da keçib, Böyük Britaniya vətəndaşlığı alıb.
"Yeni Müsavat”
Kəlbəcərli girovların erməni diversantla dəyişdirilməsi gündəmdədirƏvəz Həsənov: “Hər iki ölkədə seçkilər olduğu üçün vaxt uzanıb”

2014-cü ilin yayında erməni işğalı altında olan doğma rayonları Kəlbəcərə gedərkən Ermənistan ordusu tərəfindən girov götürülən Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azad edilməsi hələ də mümkün olmayıb. 4 ilə yaxındır hər iki girov qanunsuz olaraq Dağlıq Qarabağda Şuşa həbsxanasında işgəncə altında saxlanır. Onların azad edilməsi üçün indiyə qədər bir sıra tanınmış siyasi xadimlər, diplomatlar, peşəkar hərbçilər tərəfindən müxtəlif təkliflər, variantlar səslənib. Daha cəlbedici təklif isə Azərbaycan sərhədlərini pozduğu üçün ələ keçirilən erməni hərbçilərin, hazırda Azərbaycan həbsxanasında saxlanan erməni diversant Arsen Baqdasaryanla dəyişdirilməsi olub.

Qeyd edək ki, Arsen Baqdasaryan 2014-cü il dekabrın 26-da qoşunların təmas xəttində, Azərbaycan ordusu tərəfindən tutulub. Məhkəmənin hökmü ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib. O, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın əmri ilə Azərbaycana qarşı cinayət törətdiyini etiraf edib.

Ermənistan hakimiyyəti bir sıra beynəlxalq təşkilatların, Azərbaycan tərəfinin kəlbəcərli girovlarla bağlı müraciətlərini bütün beynəlxalq konvensiyaları pozaraq qulaqardına vurur. Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin də girovlarla bağlı üzərinə düşən işi lazımınca yerinə yetirə bilmədiyi ortadadır. Bu təşkilat girovlar barədə hərdən bir məlumat, onlardan məktub gətirməkdən o tərəfə keçmir. Kəlbəcərli girovların isə sağlıq durumunun yaxşı olmadığı bildirilir.

Bəs Kəlbəcərli girovların Azərbaycanda həbsdə olan erməni diversant Arsen Baqdasaryanla dəyişdirilməsi mümkündürmü?

İtkin Düşmüş Şəxslərin Axtarılrması, Əsir və Girovların Azad Olunması üzrə Beynəlxalq İşçi Qrupun kəlbəcərli girovların işinə hansısa köməyi dəyə bilərmi? Bu məsələ onlarla müzakirə edilibmi?

Qarabağ münaqişəsində İtkin Düşmüş Şəxslərin Axtarılrması, Əsir və Girovların Azad Olunması üzrə Beynəlxalq İşçi Qrupun azərbaycanlı həmsədri Əvəz Həsənov “Yeni Müsavat”a bildirdi ki, Beynəlxalq İşçi Qrup bu məsələ barədə kifayət qədər məlumatlıdır. Girovların dəyişdirilməsi məsələsi ilə bağlı məsələni Beynəlxalq İşçi Qrup Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, həmçinin Ermənistanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Dağlıq Qarabağdakı “komissiya” ilə müzakirə edib. Kifayət qədər məlumat verilib: “İşçi Qrupun üzvləri keçən il Dağlıq Qarabağa səfər edib onlarla görüşmüşdülər. Məsələ bizim diqqətimizdədir. Sadəcə, hər iki ölkədə seçkilər olduğu üçün vaxt uzanıb”.
General Əlixanovu bitirən SƏBƏB65 yaşı mayın 1-də tamam olan Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanovun dərhal təqaüdə göndərilməsinin gerçək səbəbləri; qaçan dustaqlara görə təkcə həbsdə olan bacısı oğlunun deyil, özünün də məsuliyyəti vardı…

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov vəzifəsindən azad edilib. Penitensiar Xidmətdən modern.az-a faktı təsdiqləyiblər. Generalın 65 yaşı tamam olduğu üçün təqaüdə göndərildiyi bildirilib. Maraqlıdır ki, H.Əlixanovun təqaüd yaşı mayın 1-də tamam olub… Yəni general dərhal işdən uzaqlaşdırılıb… Məsələ ilə bağlı unikal.org-a açıqlamasında Hüseyn Əlixanov işdən getməsini təsdiqləyib: “Mən işləmirəm artıq, təqaüdə çıxmışam. Hələ ki yerimə təyinat yoxdur”.

H.Əlixanovun hər hansı bir adla işdən çıxarılacağı hələ ötən ilin oktyabrından gözlənilirdi. Ötən ilin oktyabr ayının 23-də Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, CM-in müxtəlif maddələri ilə təqsirləndirilən “Qoca” ləqəbi ilə tanınan Etibar Məmmədov və 1989-cu il təvəllüdlü, CM-in müxtəlif maddələri ilə təqsirləndirilən “Abdulla” ləqəbli Əli Ağami qaçmışdı. E.Məmmədovun saxlanılması üçün keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərdiyi üçün öldürülərək zərərsizləşdirildi. Ə.Ağami isə Şirvan şəhərində saxlanıldı və bu işə görə də cəzası ağırlaşdırıldı.

Faktla bağlı dərhal Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlandı. Bunun ardınca isə həbslər başladı.

Əvvəl tanınmış mügənni Fədayə Məmmədova (Laçın) təqsirləndirilən şəxs qismində istintaq cəlb olunaraq, barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçildi. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıldı və bu iş üzrə istintaq hələ də davam etdirilir.

Ən maraqlı hadisələr isə bundan sonra baş verdi. Baş Prokurorluqda faktla bağlı başladılmış istintaq Penitensiar Xidmətin üç əməkdaşının saxlanmasına səbəb oldu. Qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılaraq istintaqa cəlb edildilər. Həmçinin Penitensiar Xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayevin barəsində həbs-qətimkan tədbiri seçildi. Qarovul rəisi Ceyhun Səmədovun Hüseyn Əlixanovun bacısı oğlu olması faktı üzə çıxdıqdan sonra generalın taleyi demək olar ki, həll olundu. Üstəlik, həbsxanalara əsas nəzarət funksiyasının da H.Əlixanovun kurasiyasında olması onun işini itirəcəyinə şübhə yeri qoymurdu. Həmin günlərdə mövzu ilə bağlı yazıdan bir sitat: “Mümkündür ki, bu cinayət işində əsas fiqurun RX rəis müavininin ən yaxın qohumu olması generalın da karyerasına ciddi təhlükə olsun. Hələ bir çox gizli məqamların dustaqların həbsindən sonra üzə çıxacağı gözlənilir ki, bu da onların hökmündən əvvəl yüksək vəzifəli bəzi şəxslərə hökm (cəza) veriləcəyi etimalını gücləndirir”.

H.Əlixanovu həmin vaxt işdən çıxarmadılar, görünür, xidmətlərinə görə onun karyerasını bu cür ağır ittihamla bitirmək istəmədilər. Ölkədə ciddi rezonans doğuran bu hadisəyə görə Penitensiar Xidmətin əməkdaşları – Elvin Namazov, İlkin Emilov, Vüsal Məmmədov, Tehran Musayev və daha 4 nəfər işdən qovuldu. Bundan başqa, generalın bacısı oğlu da daxil olmaqla, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov ədliyyə orqanlarından xaric edildi.

Qeyd edək ki, bu ilin fevralında isə Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə saxlanılan şəxslərin həbs müddəti daha 3 ay artırılıb. İstintaqın nə vaxt bitəcəyi isə bilinmir.

Hüseynağa Əlixanov (Vikipediya məlumatlarında adı belə yazılır) 1 may 1953-cü il tarixdə Quba rayonunun Yerfi kəndində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hüquq-mühafizə orqanlarında əmək fəaliyyətinə 1981-ci ildən başlayıb. Bakı Şəhər Prokurorluğunun baş müstəntiqi, Gəncə şəhər prokuroru, Bakı Şəhər Prokurorluğunun daxili işlər orqanlarında qanunların icrasına nəzarət şöbəsinin rəisi, Bakı şəhər prokurorunun birinci müavini vəzifələrində işləyib. Bakı şəhər prokuroru vəzifəsini icra edib, Baş Prokurorluğun Prokurorluq orqanlarında istintaqa nəzarət idarəsinin rəisi, Bakı şəhər Nizami rayon prokuroru vəzifələrində işləyib.

H.Əlixanov 2004-cü ildən ədliyyə orqanlarında xidmətə keçirilərək Ədliyyə Nazirliyinin Məhkəmə İcraçıları Baş İdarəsinin rəisi təyin edilib. 2007-ci ildən Penitensiar Xidmətin rəis müavini idi. (musavat.com)
"Lazım gələrsə yataq səhnəsinə də çəkilərəm"Son vaxtlar aktyor kimi daha çox tanınan aparıcı Şəhriyar Əbilov erotik rollara çəkilən aktyorlardan danışıb.

Açıqlama verən aktyor buna pis baxmadığını, lazım gələrsə, yataq səhnəsinə çəkiləcəyini də gizlətməyib:

“Əgər xalq artisti, tanınmış aktyorumuz Fəxrəddin Manafov “Təhminə” filmində yataq səhnəsinə çəkilibsə, mən nəkarəyəm ki, çəkilməyim. Lazım gələrsə, hər hansı melodramada belə səhnədə oynayaram”.

“Maraqlıdır öpüş, yaxud digər açıq-saçıq səhnələri oynayarkən, sizin üçün tərəf-müqabilinizin gözəl, ya çirkin olmasının əhəmiyyəti varmı?” sualına Şəhriyarın cavabı belə oldu: “Öpüş səhnələrinə əla baxıram. Qaldı ki, tərəf-müqabilimin kimliyinə, fərqi yoxdur. Rejissor məndən ona qarşı hansı hisləri tələb etsə, yerinə yetirəcəm. Çünki mən ora ehtirasımı öldürmək üçün getmirəm. Buna peşəmdən irəli gələn tələb kimi baxıram”.(Yenicag.az)