Milli Məclis deputatından gülünc addım – FOTOFAKTMilli Məclisin deputatı ilə bağlı gülüş doğuran foto yayılıb.

Minval.info xəbər verir ki, Lənkəran şəhərinin deputatı Rüfət Quliyev özünəməxsus addımı ilə diqqət mərkəzinə düşüb. O, öz fəaliyyəti barədə seçicilərinə məlumat vermək üçün xüsusi “məlumat guşəsi” yaradıb. Lakin guşənin içərisi tamamilə boş vəziyyətdədi. Qutuda heç bir məlumatın olmaması isə deputatın fəaliyyəti ilə əlaqələndirilir.

Rüfət Quliyevin bu addımı sosial şəbəkələrdə yayılıb və insanlar tərəfindən gülüş obyektinə çevrilib.

“Məlumat guşəsi”nin dirəyinin ətrafını ot basması isə qutunun buraya çoxdan yerləşdirildiyindən xəbər verir.
"190 manat təqaüdün ümidinə qalmışam" — Əməkdar artistTanınmış aktyor, əməkdar artist Arzu Hüseynov işsizdir.
Bu barədə "Ölkə.Az"-a danışan aktyor bildirib ki, bir neçə ildir 190 manat təqaüdlə dolanmaq məcburiyyətindədir:

"Heç yerdən təklif yoxdur. Gözümün birində problem olduğu üçün 190 manat təqaüd alıram. Elə o təqaüdlə dolanırıq. Vəziyyət çox pisdir. Əlavə gəlir yerim olmadığına görə təqaüdün ümidinə qalmışam".

Əməkdar artist bildirib ki, ARB-də yayımlanan "Anam, bacım rus gəlin" serialına təsdiqlənsə də, son anda sponsor dəyişikliyi olduğu üçün başqa aktyor dəvət edilib:
"Rejissor Şəhriyar Zeyni məni rola təsdiqləmişdi. Sonradan sponsor dəyişikliyi oldu və onlar Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanovun çəkilməsini istədilər. Çox sevinclə, həyəcanla hazırlaşırdım. Çünki uzun fasilədən sonra çəkiliş meydançasına qayıdırdım. Ancaq çəkilməyəcəyimi öyrənəndə çox pis oldum, səhərə qədər yatmadım. Düşünürdüm ki, həm yeni rola çəkiləcəyəm, həm də müəyyən qədər qonorar alacağam.".

Qeyd edək ki, Arzu Hüseynov mərhum əməkdar artist Sadıq Hüseynovun oğludur.
"Dəmirin yolu" sənədli filmi nümayiş etdirilib - PirallahıdaHeydər Əliyev xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyətdir. Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatında silsilə tədbirlər keçirilir, ulu öndərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilir.

Avrasiya.net xəbər verir ki, bu gün YAP Pirallahı rayon təşkilatının rəhbərliyi ilə RİH-nin əməkdaşları, idarə və təşkilat, orta təhsil müəssisələrinin, Ağsaqqallar Şurasının, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Zirə Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Zirə Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək ulu öndərin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.
"Dəmirin yolu" sənədli filmi nümayiş etdirilib - Pirallahıda
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb. Bildirib ki, milli dövlətçiliyin inkişafını və qüdrətlənməsini təmin edən tarixi şəxsiyyətin həyatı və fəaliyyəti bu tarixin özü ilə eyniləşir, bu dövrün başlıca mahiyyətini təşkil edir. Heydər Əliyev çağdaş Azərbaycanın tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanıb. O, xalqının taleyində dönüş yaradaraq ölkəsini tənəzzüldən tərəqqiyə qovuşdurub. “Bu gün biz qüdrətli və müstəqil dövlətin vətəndaşları olaraq, məhz belə dahi insanın fədakar fəaliyyəti sayəsində firavan respublikada, ictimai-siyasi sabitlik şəraitində, sosial rifahın təmin olunduğu, inkişaf edən və güclü bir Azərbaycanda yaşayırıq"- deyə Hikmət Şikarov vurğulayıb.
"Dəmirin yolu" sənədli filmi nümayiş etdirilib - Pirallahıda"Dəmirin yolu" sənədli filmi nümayiş etdirilib - Pirallahıda
Sonra çıxış edən Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Fazil Məmmədov çıxış edərək hər bir xalqın milli özünütəsdiqinin parlaq ifadəsinə çevrilmiş müstəqil dövlətçilik konsepsiyasının məhz fenomenal liderlərin adı ilə bağlı olduğunu və xalqımızın alternativsiz liderinin məhz Heydər Əliyev olduğunu, Azərbaycana inkişaf, xilaskarlıq, qurtuluş bəxş edən missiyanın banisi olan bu böyük şəxsiyyətin canından da artıq sevdiyi Vətəninə və xalqına layiqli xidməti nəticəsində bu gün ,eləcə də həmişə millətinin və tarixin yaddaşında əbədi yer tutduğunu qeyd etdi.

Daha sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən "Dəmirin yolu" sənədli filmi nümayiş etdirilib. Sonda Hikmət Şikarov partiyaya yeni üzv olmuş bir qrup gəncə YAP üzvlük vəsiqələrini təqdim etdi.
"Dəmirin yolu" sənədli filmi nümayiş etdirilib - Pirallahıda
Deputatın qardaşı oğlu məhkəməyə məktub göndərdiDələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş tərəfindən ərizə daxil olduğu məlum olub.

Ərizədə qeyd edilib ki, zərərçəkmiş Elnur Məmmədovla təqsirləndirilən Röbşən Heybətov arasında barışıq əldə edilib.

Elnur Məmmədovun təqsirləndirilənə qarşı heç bir şikayəti olmadığı məlum olub.

Prokuror Rövşən Heybətovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs sabiq nazir Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovdur.

Elnur Məmmədov Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək 210 min manat pulunu dələduzluq yolu ilə mənimsədiyini bildirib. Rövşən Heybətov saxlanılaraq barəsində həbs-qətimkan tədbiri seçilib və 5 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb.

İstintaq sənədinə görə, Elnur Məmmədov işlə bağlı Rövşən Heybətova 200 min manat verərək Türkiyəyə göndərib. Rövşən Heybətov orada avtomobil qəzasına düşüb və xəstəxanaya yerləşdirilib. Həmin zaman pulun üzərində olmadığını görüb. Elnur Məmmədov buna inanmayaraq, Rövşən Heybətovun pulu mənimsədiyini bildirib və polisə şikayət edib.

İstintaq tamamlandıqda isə Rövşən Heybətov yekun olaraq 210 min manat mənimsəməkdə ittiham edilib.

Onu da qeyd edək ki, Elnur Məmmədov “Best of the Best” promoşn qrupunun prezidenti olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olub.
Generallar və Həsənov Paşinyanın tərəfinə keçdiRespublika Partiyasının siyasi qanadı 8 mayda Nikol Paşinyanın əleyhinə səs verəcək.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Joxovurd” qəzeti yayıb.

“Paşinyanın xeyrinə isə əsasən milli azlıqların nümayəndələri Arsen Mixaylov və Knyaz Həsənov, respublikaçıların üzvü olan generallar səs verəcək. Bunlar sırasında Seyran Saroyan da olacaq”, - məqalədə bildirib.

İddia edilib ki, Paşinyana biznesmenlərin də səs verəcəyi gözlənilir.
Papa maşınını satırRoma Papası Fransisk öz "Lamborghini"sini satır.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Papa bu maşını hərracda satacaq və əldə edilən pulu xeyriyyə məqsədilə sərf edəcək.

Avtomobilin 303-425 min dollara alıcı tapacağı güman olunur.
Misir Mərdanovun kürəkəni işdən çıxarıldıXaçmaz Gömrük İdarəsinin rəisi Azər Məmmədov vəzifəsindən azad edilib.

Avrasiya.net Azvision.az-a istinadən xəbər verir ki, gömrük orqanlarından xaric edilən Məmmədovun yerinə Şirvan Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov təyinat alıb.

Qeyd edək ki, Azər Məmmədov keçmiş təhsil naziri Misir Mərdanovun kürəkənidir.
Dövlət Gömrük Komitəsində kadr dəyişiklikləri Dövlət Gömrük Komitəsində (DGK) kadr dəyişiklikləri olub.

Balakən Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Vüqar Qismətov Dövlət Gömrük Komitəsi sədri Səfər Mehdiyevin müvafiq əmrinə əsasən təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncama götürülüb. S. Mehdiyevin imzaladığı digər əmrlə Balakən Gömrük İdarəsinin rəisi İsa Quliyev təyin edilib. İ.Quliyev bundan əvvəl də DGK-də çalışıb.

Bundan başqa, Tovuz Gömrük İdarəsinin rəisi Mehman Sadıqov vəzifəsindən azad edilib. Bu vəzifəyə Kənan Məmmədov təyinat alıb. Tovuz Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilən Mehman Sadıqova isə Şirvan Gömrük İdarəsinin rəisi vəzifəsi həvalə olunub. Şirvan Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov isə Xaçmaz Gömrük İdarəsində eyni vəzifəyə gətirilib.

Kadr dəyişikliklərinin rotasiya qaydasına uyğun olaraq islahatların tərkib hissəsi olduğu bildirilir.

Qeyd edək ki, ötən gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev mətbuata verdiyi açıqlamada gömrük orqanlarında ciddi islahatların aparılacağını qeyd edib ki, verilən son əmrlər də həmin islahatların tərkib hissəsidir. (apa)
Deputatların maaşı artdı - Kim nə qədər pul alacaq? - SİYAHI   Milli Məclis deputatlarının maaşları və onlara verilən əlavələr də artırılıb. Modern.az-ın məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik edilib.

Qanunun 21-ci (Deputatın maddi təminatı) maddəsinə edilən dəyişikliyə əsasən, Milli Məclisin sədri 2475 manat (indiyədək 2250 manat olub), sədrin I müavini 2227 manat (indiyədək 2015 manat olub), Milli Məclis sədrinin müavini 2103 (indiyədək 1912.5 manat), Milli Məclisin komitə sədri 1980 manat (indiyədək 1800 manat olub), komitə sədrinin müavini 1 856, sıravi deputat isə 1732 manat (indiyədək 1575 manat olub) maaş alacaq.

Dəyişikliyə əsasən, Milli Məclisin sədri onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar.

Bu məbləğ də nəzərə alınarsa, parlamentin sədri 3 min 712 manat 50 qəpik, sədrin I müavini 3 min 340 manat 50 qəpik, Milli Məclis sədrinin müavini 3 min 154 manat 50 qəpik, Milli Məclisin komitə sədri 2 min 970 manat, komitə sədrinin müavini 2 min 784 manat, sıravi deputat isə 2 min 598 manat maaş alacaq.

Qeyd edək ki, dəyişiklik layihəsi Milli Məclisin bu gün keçiriləcək plenar iclasında müzakirəyə çıxarılaraq qəbul edilib.

Dəyişikliyin mayın 1-dən tətbiq edilməsi nəzərdə tutulur.
Rusiya boyu kütləvi həbslər gedirRusiyada prezident Vladimir Putinin sabaha təyin edilmiş inauqurasiya mərasimi ilə eyni vaxtda müxalifət lideri Aleksey Navalnının bütün ölkə boyu insanları “Bizə Çar lazım deyil!” şüarı ilə küçələrə çıxmağa çağırması kütləvi həbslərə səbəb olub. virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Navalnının tərəfdarları bir sıra şəhərlərdə polisə aparılır, barələrində inzibati həbs qərarı çıxarılır.

Peterburqda Navalnının qərargahının könüllüsü və “Peterburq baharı” hərəkatının koodinatoru İlya Gantvarqı saxlayıblar. Çeboksarıda Navalnının qərargahının rəhbəri Sergey Koçkin və 5 may aksiyasının təşkilatçıları polisə aparılıb. Kemerovoda da Navalnının tərəfdarlaır polisə aparılıb və onlara sabahkı aksiyaya çıxmamaq barədə xəbərdarlıq edilib.

Ryazan, Tambov və Krasnodarda da Navalnının tərəfdarlarının saxlanılması haqda xəbərlər gəlir. Onları ya cərimələyirlər, ya inzibati həbsə məhkum edirlər. Volqoqradda isə prokurorluq əməkdaşları məktəbə gələrək Navalnının qərargahının könüllüsünü “O bizə Çar deyil” aksiyasının yolverilməzliyi barədə xəbərdar edib. Yekatrinburqda da polis Navalnının qərargahına basqın edib. Onlar axtarış aparıblar və 5 may aksiyası ilə bağlı plakatları müsadirə ediblər.