Məktəbdə uşağı vəhşicəsinə döyülən və şantaja məruz qalan ananın daha bir VİDEOsu yayıldı189-190 saylı məktəbdə müəllim tərəfindən döyülərək baş nahiyəsindən ağır xəsarət alan Nuray Quliyevanın anası Xanım Əliyeva baş verənlərlə bağlı şikayət edəndən sonra şantajla üz-üzə qalıb. Ananın şikayəti təhsil naziri Ceyhun Bayramovun şəxsi nəzarəti altında araşdırılıb və və şikayətin əsaslı olduğu aydınlaşdırılıb. Buna görə də uşağa qarşı zorakılıq edən və xəsarət yetirən müəllim işdən azad edilib.

Amma görünür, hansısa qüvvələr belə nəticə ilə razılaşmaq istəməyiblər. Bunun ardınca ananın öz uşağını tənbeh etməsi ilə bağlı videogörüntülər Xanım Əliyeva ilə razılaşdırılmadan qanunsuz olaraq ATV telekanalına ötürülüb. Bu videogörüntülərdən məlum olur ki, ana öz uşağını tənbeh etmək üçün ona yüngül sillə vurur və bu tənbeh hərəkətinin hər hansı xəsarətlə nəticələnməsi mümkünsüzdür. Videogörüntülər Zaur Baxşəliyevin verilişində ananın qarşısına “sürpriz” kimi atılıb və ardınca sanki hansısa gizli qüvvənin sifarişi əsasında aparıcı qarışıq veriliş iştirakçılarının hamısı şikayətçi ananı məhkəmə ilə hədələməyə başlayıblar. İstisnasız olaraq bütün anaların yol verdiyi adi tənbeh tədbirini bu dərəcədə şişirdib anaya qarşı istifadə edənlərin kimliyini də ehtimal etmək olar. Hər halda videogörüntüləri qanunsuz olaraq ATV kanalına kim ötürübsə, zərərçəkmiş anaya qarşı “teleşantaj”ın da sifarişçiləri həmin adamlardır.

Uşağın anası Xanım Əliyeva İnstagram-da canlı yayımda ittihamlara cavab verib. Onun sözlərindən belə məlum olur ki, məktəbdə valideynləri də onun özünə və qızına qarşı qaldırıblar.

Təəssüf ki, ATV kanalında baş verənlər çox pis bir təcrübənin bünövrəsini qoyur. Bu o deməkdir ki, övladı zorakılığa məruz qalan valideynlər susmalıdırlar, yoxsa onlar ATV-nin efirində biabır ediləcəklər. Son hadisələrin verdiyi mesaj məhz belədir. Maraqlıdır ki, ATV-nin efirində uşağın xəsarət alması epizodu göstərilmir, amma ananın öz uşağını yüngülcə tənbeh etməsindən faciə düzəldib onu məhkəmə ilə hədələyirlər. Halbuki uşağı vəhşicəsinə döyən müəllim aydın şəkildə həbsxanaya getməlidir.

Ümid edirik ki, Təhsil Nazirliyi anaya qarşı şantaj kimi istifadə olunan videogörüntüləri məktəbdən ATV kanalına qanunsuz olaraq ötürənləri və zərərçəkmiş ailəyə qarşı şantajların arxasında dayananıları aşkarlayıb cəzalandıracaq.

Ananın videmüraciətini və ATV kanalında yer alan “hədə-qorxu” verilişinin videogörüntülərini təqdim edirik. (Bizimyol.info)
Erməniyə ərə gedən azərbaycanlı diaspor sədrinin qızının toy FOTOları yayıldı - VİDEORusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimovun erməniyə ərə gedən qızının toy fotoları yayılıb.

Avrasiya.net diaspor.az-a istinadən xəbər verir ki, Moskvada yerləşən erməni iş adamına məxsus restoranların birində baş tutan toy mərasimindən fotolar yayılıb.

Qeyd edək ki, diaspor sədri A.Kərimovun erməni ilə ailə həyatı quran qızının toy mərasimində azərbaycanlılarla yanaşı ermənilər də iştirak edib.

Xatırladaq ki, azərbaycanlı diaspor sədrinin qızının erməni oğlanla ailə həyatı qurması Moskvada yaşayan azərbaycanlılar arasında birmənalı qarşılanmayıb. Soydaşlarımız arasında .Kərimova etiraz edənlərin sayı gündən-günə çoxalır.

Elə buna görə də, Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsində bu hadisədən sonra A.Kərimova qarşı inamsızlıq yaranıb və təşkilatın içərisində parçalanma müşahidə olunub.
Tacıkistandakı beynəlxalq konfransda erməni işğalından danışılıbTacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində 3-4 may 2018-ci il tarixində “Terrorizmə və zorakı ekstremizmə qarşı mübarizə” adlı beynəlxalq konfrans keçirilib.

Azərbaycanın Tacikistandakı səfirliyindən Avrasiya.net-ə verilən məlumata görə, konfransda Tacikistan Respublikasının Prezidenti Emomali Rahmon, BMT-nin Baş katibinin müavini, BMT-nin terrorizimlə mübarizə idarəsinin rəhbəri Vladimir Voronkov, ATƏT-in Baş katibi Tomas Qreminqer və bir neçə ölkənin xarici işlər nazirləri çıxış ediblər.

Beynəlxalq konfransda Azərbaycan Respublikasını xüsusi tapşırıqlar üzrə səfir Azər Hüseyinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Konfransda terrorizmə və zorakı ekstremizmə qarşı mübarizədə beynəlxalq səviyyədə əməkdaşlığın gücləndirilməsinin bu gün dünyada baş verən proseslərlə əlaqədar getdikcə daha çox aktuallıq kəsb etdiyi, Azərbaycan Respublikasının terrorizmə və zorakı ekstremizmə, separatizmin bütün təzahürlərinə qarşı beynəlxalq səviyyədə aparılan mübarizənin önündə gedən ölkələrdən biri olduğu vurğulanıb.

Terrorizmin və zorakı ekstremizmin dağıdıcı nəticələrinin Azərbaycandan da yan keçmədiyi qeyd olunaraq bildirilib ki, məhz millətçi ekstremizm və ondan qidalanan təcavüzkar separatizm ucbatından bu gün ölkəmizin 20 faiz ərazisi Ermənistan Respublikası tərəfindən işğal edilib. BMT qərarlarına məhəl qoymayan bugünki Ermənistan hakimiyyəti terrorizmi və zorakı ekstremizmi dövlət səviyyəsinə qaldırmış, Azərbaycan xalqına qarşı soyqrımı törədib.

Azərbaycan Respublikasının beynəlxalq terrorizmə, zorakı ekstremizmə və separatizmə qarşı mübarizə sahəsində bütün beynəlxalq müqavilələrə qoşulduğunu, ikitərəfli və çoxtərəfli dövlətlərarası sazişlərə uyğun olaraq nüfuzlu beynəlxalq təşkilatlarla və xarici ölkələrin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyi konfrans iştirakçılarının diqqətinə çatdırılıb. Konfransın işində Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə və ölkəmizin müvafiq qrumlarının rəsmi nümayəndələri iştirak ediblər.
Tacıkistandakı beynəlxalq konfransda erməni işğalından danışılıb
Çörək aldı, içindən 20 qəpik çıxdı – FOTO, VİDEOSumqayıtda “zavod çörəyi” alana 20 qəpik hədiyyə?

Minval.info xəbər verir ki, ötən gün Sumqayıt sakini marketlərdən birindən Sumqayıt çörək zavodunda istehsal olunan çörək alıb. Həmin çörəyi evə aparan şəxs maraqlı mənzərə ilə üzləşib.

Belə ki, o, çörəyi əl ilə doğrayarkən onun içində 20 qəpik pul olduğunu görüb.

Həmin görüntüləri sizlərə təqdim edirik:
2 yaşlı körpə dondurmadan zəhərlənərək öldüCəlilabad rayonunda 2 yaşlı körpə dondurma yeməsi nəticəsində ölüb.

Avrasiya.net Report-a istinadən bildirir ki, mayın 2-də, 2016-cı il təvəllüdlü Əli Allahverdi oğlu İsmayılovun dondurma yedikdən sonra boğazı şişib. O, halsızlıq və yüksək temperaturla Cəlilabad Diaqnostika Mərkəzinə çatdırılıb. Körpəyə ilkin tibbi yardım göstərilib və o, evə buraxılıb. Lakin bu gün körpənin yenidən halı pisləşib və yaxınları onu Cəlilabad Uşaq Xəstəxanasına aparıb. Xəstəxanada uşağın öldüyü məlum olub.

Ə.İsmayılovun yaxınları körpənin xəstəxanada keçindiyini bildirsələr də, həkimlər onun xəstəxanaya gətirilərkən yolda öldüyünü iddia edirlər.
Körpənin meyiti müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
Müğənnimiz Kürdüstanı dəstəklədi, ara qarışdı - VideoAnti-Azərbaycan mövqeyi ilə seçilən Güney azərbaycanlı müğənni Rəhim Şəhriyarinin Təbrizdə keçirilən konserti boykot edilib.

Kult.az xəbər verir ki, onun Petroşimi amfiteatrında keçirdiyi konsertə cəmi 200 nəfər gəlib. Zalın demək olar ki, boş olduğunu görən müğənni azərbaycanlıları aşağılamağa çalışıb.

Müğənni Azərbaycanın kürdləşdirilməsi siyasətinə dəstək verdiyi üçün məruz qaldığı etirazlara da münasibət bildirib: “Bəzi azərbaycanlılar mənə qarşı ədəbsizlik və hörmətsizlik edir”.

Qeyd edək ki, R.Şəhriyari rejimin Təbrizdə keçirdiyi tədbirdə kürd rəqsinin nümayiş etdirilməsi planına dəstək verdiyinə görə tənqid olunur. O, Azərbaycanı Kürdüstan kimi göstərənlərə qarşı etirazları “qoşun çəkmə”yə bənzədərək, ölkəmizə qarşı mövqe sərgiləyib.
Prezident onları təltif etdi - SərəncamPrezident İlham Əliyev Azərbaycan xalçaçılarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, sərəncamla Azərbaycanda xalçaçılıq sənətinin inkişafında səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilib:

Baxışova Rəhimə Nəcim qızı

Eyyubova Zariyyat Miri qızı

Ələsgərova Zenfira Qərib qızı

Əliyeva Rübabə İbrahim qızı

Hacıyeva Sevinc Kərim qızı

Həmidova Vəfa Adil qızı

Həsənova Sona Xasay qızı

Hümbətova Həcər Mahmud qızı

Xəlilova Pərixanım Ağəli qızı

Xəlilova Sarıtel İsmayıl qızı

Qurbanova Fəridə Musa qızı

Nəbiyeva Tamilə Məmməd Nəbi qızı

Şıxməmmədova Ruxsarə Kazım qızı

Talıbova Arifə Qərib qızı

Vəlibəyova Kəbirə Ziyəddin qızı.
Vikiçilərin cümhuriyyət tarixi ilə bağlı hazırlığı davam edir AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllülərinin və Şəms Tərcümə Mərkəzilə birgə əməkdaşlığı çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinə aid bir sıra məqalələr müxtəlif dillərə çevrilib.

Bu sözləri Mərkəzi Elmi Kitabxananın Sərbəst elektron resurslar şöbəsinin müdiri Elnur Eltürk söyləyib: “70-dən çox məqalə başqa dillərə tərcümə olunaraq, xarici dilli vikipediyalarda yerləşdirilib. Bununla da tarixi şəxsiyyətlərimiz haqqında məlumatların daha geniş bir şəkildə yayılmasını təmin edə bildik. Könüllülərimiz Azərbaycan dilində fəaliyyət göstərən vikipediyaya töhfə verməkdə davam edirlər. Məlumat üçün bildirim ki, könüllülər tərəfindən Azərbaycan dilində 250-dən çox məqalə yaradılıb və ya əsaslı redaktə olunub. Proses davam edir. İyun ayında MEK olaraq “AXC-100 Vikipediyada” başlıqlı tədbir keçirməyi planlaşdırırıq. Tədbirdə nə qədər məqalə yaradıldığını, redaktə olunduğunu açıqlayacağıq. Şöbəmizin əməkdaşları və könüllü vikiçilər öz üzərlərinə düşən işi məsuliyyətlə yerinə yetirir və fəaliyyətlərini AMEA-nın müxtəlif qurumları ilə elmi mənbələrdən daha dolğun istifadə məqsədilə əlaqələndirirlər".
“Müvəkkil” Hüquq Mərkəzi əmək hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirici tədbirlər təşkil edəcək“Müvəkkil” Hüquq Mərkəzi tərəfindən “Qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirici tədbirlərin təşkili” layihəsinin icrasına başlanılıb.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 5 ay müddətində həyata keçiriləcək.

Bu barədə məlumat verən təşkilatın sədri Səməd Vəkilov bildirib ki, layihə çərçivəsində bəzi tədbirlər Bakı şəhəri ilə yanaşı Tərtər, Zaqatala və Lənkəranda da baş tutacaq.

Layihə çərçivəsində “Əmək müqaviləsi: gələcəyə təminat” adlı buklet hazırlanacaq, regionlarda “Əmək müqaviləsi: gələcəyə təminat” adlı təlimlər keçiriləcək.

Bundan başqa qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi ilə bağlı layihə çərçivəsində QHT TV-də (internet televiziyası) maarifləndirici müsahibə təşkil olunacaq, eyni zamanda maarifləndirici məqalə hazırlanaraq elektron mediada dərc olunacaq.

Tanınmış hüquqşünas Səməd Vəkilov əlavə edib ki, təşkilatın saytında qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik müddəalarının və digər maarifləndirici materiallardan ibarət “Əmək hüquqları” bölməsi yaradılaraq, eyni zamanda sosial şəbəkələrdə bu sahədə maarifləndirici fəaliyyət həyata keçiriləcək.

Müvəkkil Hüquq Mərkəzi ictimai birliyi
Azərbaycanda separatçı qüvvə yetişdirilir, terror təhlükəsi: “Heç kim bizim qarşımızı ala bilməz” Azərbaycanda müxtəlif xalqların nümayəndələri yaşayır və onlar arasında ayrı-seçkilik edilmir.

Dövlət tərəfindən müəyyən edilən Konstitusiyaya görə də, ölkədə milli-irqi ayrı-seçkilik salanlar məsuliyyətə cəlb olunur. Bəzi dairələr isə Azərbaycanda qarşıdurma yaratmaq üçün millətini sevən insanların həssas damarlarına toxunmağa çalışırlar.

Minval.info xəbər verir ki, sosial şəbəkədə fəaliyyət göstərən “Talysh” səhifəsi təxribat maşınını işə salıb. Belə ki, səhifə adminləri Azərbaycanda talışların haqqının tapdandığını yazır. Bu şəxs və ya şəxslərin təbii ki, Azərbaycan vətəndaşı olduğu şübhə doğurur. Çünki Azərbaycan vətəndaşı ölkəsində xaos yaranmasının tərəfdarı ola bilməz. Lakin səhifəni idarə edən separatçı qüvvələr talış millətinin nümayəndəsi olduğunu iddia edirlər. Bununla talışları cəlb edərək öz çirkin niyyətlərinin qurbanına çevirməyə çalışırlar.

Əvvəla qeyd edək ki, qəlbində millətinə xüsusi patriotik məhəbbəti olan şəxs heç zaman xalqını radikallığa sürükləməz. Üstəlik, Azərbaycan dilində təbliğat aparan qüvvələr daim İran talışları barədə paylaşımlar etməklə niyyətini gizlədə bilmirlər. Belə ki, səhifədə tez-tez qonşu ölkənin sənətçilərinin musiqiləri paylaşılır. Bununla yanaşı, İranın futbol komandasının, idmançılarının uğurları fəxrlə önə çəkilir. Məgər, Azərbaycandakı talış idmançıların, sənət adamlarının uğurları yoxdurmu ki, qonşu ölkənin vətəndaşları bəh-bəhlə təbliğ edilir.

Futbol klubundan paylaşım etmək istəyən şəxs ən azından Azərbaycan çempionatında çıxışları ilə yadda qalan Xəzər-Lənkaran klubundan bəhs edə bilər. Eynilə talış millətinin nümayəndəsi olan müğənni Baloğlan Əşrəfovun ifalarına səhifəsində yer ayırar. Lakin sadaladıqlarımız separatçı “Talysh” səhifəsində gözümüzə dəymədi. Azərbaycanda yaşayan hər kəs bilir ki, bu ölkədə heç bir din, irq, milliyət arasında fərq qoyulmur. Qanun hamı üçün eynidir. Bunun əksini iddia etmək belə gülüncdür.

Bu torpaq üzərində yaşayan hər bir şəxs azərbaycanlıdır. İstər türk, istər talış, istərsə də ləzgi olsun, fərq etməz. Hamı üçün bir bayraq, bir torpaq var. Kiməsə gedib desən ki, “Filankəs talışdır, ondan uzaq durun”, sənə əvvəlcə gülərlər, çox üstlərinə getsən səni qardaş arasına dava saldığın üçün döyərlər. Bu xalq belədir. Kimsə “facebook” səhifəsi açmaqla, orada ara qızışdırmağa çalışmaqla bunu məhv edə bilməz. Bu torpaq üzərində yaşayan hər kəs eynidir.

Bu səhifəni tənqid edənlərə isə “şərəfsiz” damğası vurulur və “qeyrət” kəliməsindən istifadə olunaraq insanlara çağırış olunur. Beləliklə, həssas damara toxunaraq yenidən kütləni özlərinə cəlb edirlər. Səhifədə talışların Azərbaycanda pis vəziyyətdə yaşadığı barədə paylaşımlar olunur. Bununla, insanlara talış bayrağı altında cəm olması və “Talış Muxtar Republikası”nın qurulması ilə bağlı çağırışlar edilir.

Separatizm – istənilən formada dövlətin və cəmiyyətin fundamental əsaslarını sarsıtmaqla, ölkənin milli təhlükəsizliyinə ciddi təhlükə mənbəyi ola bilən fəaliyyətdir. Bu işin sonu terrora gedir. İnsanları küyə gətirib, onlarda etiraz hissi yaradıb, bir yerə toplamaq istəyirlər. Sonra onları hansı məqsədlə istifadə edəcəklər? Hansı əllər bu “qazanı” qarışdırır?

Hüquq-mühafizə orqanlarını məsələ ilə bağlı diqqətli olmağa çağırırıq.

Minval.info