Azərbaycanlı aparıcı və vəkil xərçəngdən əməliyyat olunduTanınmış aparıcı və vəkil Zülfiyyə Bayramova əməliyyat olunub.

Oxu.az xəbər verir ki, bu haqda o, sosial media hesabında məlumat verib.

Bayramova bildirib ki, mədəsində şiş olduğu üçün əməliyyat olunub:

“Onkoloji xəstəlik xəbəri eşidirsən və qarşına səni ondan xilas edəcəyini deyən gülərüz həkim çıxır. Heç bir xəstəlikdən qorxmayın. Xəstəlik it kimidir, qorxsan, üstünə gələcək, üstünə getsən, qaçacaq. Ağır onkoloji əməliyyatım dörd saat çəkdi”.

Qeyd edək ki, Z.Bayramova aparıcı İlqar Mikayıloğlunun həyat yoldaşıdır.
Polis polkovniki banka silahlı hücum etdi - VİDEOErmənistan Polisi bu gün İrəvanda HSBC bankının binasına quldur hücumu həyata keçirən şəxsin yaxalanması barədə məlumat yayıb.

"news.am" bildirir ki, Ermənistan polisi onun həbsinin görüntülərini yayıb. Polisin yaydığı məlumata görə, hücumu həyata keçirən polis polkovniki Daniel Danielyandır və o, Yol polisində videomüşahidə kameraları tərəfindən aşkarlanan qayda pozuntularının qeydiyyatı şöbəsinin rəisidir.

Xəbərə görə polkovnik Danielyan bıçaq, qumbara və tüfənglə silahlanaraq banka hücum edib, mühafizə xidmətinin iki əməkdaşını yaralayıb. Onlardan biri ölüb. Cinayətkar bankdan pulları götürüb və hadisə yerini tərk etmək istəyib. Lakin uzağa gedə bilməyib. Əməliyyat qrupu onun gizləndiyi rayonu mühasirəyə alıb, cinayətkar polkovnik müqavimət göstərib və polisi yaralayıb. Lakin onu neytrallaşdırmaq mümkün olub.
Goranboyda 21 yaşlı qız özünü körpüdən atıbGoranboy rayonunda 21 yaşlı qız intihara cəhd edib.

Hadisə Dəliməmmədli şəhəri ərazisində baş verib. Goranboyun Ağamalıoğlu kənd sakini, 1997-ci il təvəllüdlü Kazımova Sevinc Xaliq qızı Bakı-Qazax magistralı üzərində yerləşən körpüdən özünü atıb.

Ayağından sınıq xəsarətləri alan S.Kazımova Gəncə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəmində qeydə alınıb. (APA)
Şəhid qızını öldürən iş adamının 17 yaşlı oğluna 5 il iş verildiBakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən 17 yaşlı Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Avrasiya.net-in xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə Rəhim Rəhimov son söz deyib.

O, özünü sadəcə sürücülük vəsiqəsi olmadan idarə etdiyi üçün təqsirli hesab edib: “Mən maşını sürətli sürməmişəm, hadisə yerindən qaçmamışam. Özüm təcili yardım çağırmışam. Bir insanın həyatına son qoyduğum üçün peşmanam”.

Daha sonra hakimlər hökm qəbul etmək üçün müşavirə otağına yollanıblar.

Müşavirədən qayıdan hakimlər hökmü açıqlayıb. Hökmə əsasən, Rəhim Rəhimov 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

O, həmçinin 3 il müddətinə sürücülük hüququndan məhrum edilib.

Qeyd edək ki, prokuror çıxışında Rəhim Rəhimovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini, həmçinin 4 il müddətinə sürücülük hüququndan məhrum edilməsini təklif etmişdi.

İttihama görə, ötən il noyabrın 8-də Səbail rayonu, Salyan yolu küçəsində Bakı şəhər sakini, 42 yaşlı Könül Əkbərova yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçmək istəyərkən “Cip Qrand Çeroki” markalı avtomaşınla vurulub və aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb. Sürücü isə hadisə yerindən qaçıb.

İstintaq zamanı hadisə yerinə və avtomaşına, həmçinin ərazidəki təhlükəsizlik kameralarına baxış keçirilib, fotoşəkillər çəkilərək baxış protokoluna əlavə olunub, məhkəmə-tibb ekspertizası aparılıb.

Pofilaktiki tədbirlər nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəhim Rəhimov könüllü olaraq Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə gələrək özünü istintaqa təqdim edib.

Qeyd edək ki, Rəhim Rəhimovun atası Akif Rəhimovun Xırdalan-Xəz Açıq Tipli Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədri olduğu bildirilir.

Könül Əkbərova şəhid Elton Əkbərovun qızıdır.
Mahir Məmmədov biznesmeni belə öldürdü – GÜLLƏLƏNMƏ VİDEOSURusiyada yaşayan azərbaycanlı biznesmən Füzuli Qarayevin kim tərəfindən öldürüldüyü məlum olub.
Aparılan əməliyyat-axtarış tədbriləri nəticəsində cinayətdə şübhəli bilinən Mahir Məmmədov saxlanılıb.

Bu hadisənin üstünün açılmasında video kamera görüntüləri böyük rol oynayıb. Mahir Məmmədovun barəsində axtarış elan edilib və yaşadığı mənzildə şkafın içində ələ keçib.

O, törətdiyi cinayəti etiraf edib.

Qeyd edək ki, Mahir Məmmədov kriminal aləmdə “Lotu Quli” kimi tanınan qanuni oğru Nadir Səlifovun adamı kimi tanınır.

Lent.az
Veysəloğlu Qrup regionlarda qanvermə aksiyasını davam etdirirTalessemiya və Hemofiliya irsi qan xəstəliyidir və bu xəstəliyin müalicə olunmasında qan köçürmə prossesi mühüm rol oynayır. Hemofiliya və talessimiyalı xəstələri qanla təmin etmək üçün Veysəloğlu Şirkətlər Qrupu mütəmadi olaraq “Bir damla qan, qurtarılan bir can” şüarı ilə qanvermə aksiyaları keçirir.

Avrasiya.net xəbər verir ki, növbəti belə bir aksiya şirkətin Mingəçevir lokal ofisində baş tutub. Belə ki, Respublika Mərkəzi Qan Bankının həkim heyətinin müşaiyəti ilə aprel ayının son həftəsi ərzində Veysəloğlu Qrupun Mingəçevir, Bərdə, Göyçay, Şəki, Gəncə və Tovuz filiallarında 100-ə yaxın əməkdaş donor kimi iştirak edib.

Xatırladaq ki, Veysəloğlu Şirkətlər Qrupu mart ayında da mərkəz ofisində qanvermə aksiyası təşkil etmişdi. Həmin xeyriyyə aksiyasında 200-ə yaxın şirkət əməkdaşı qan verərək, talassemiya xəstəliyindən əziyyət çəkənlərə, eyni zamanda bədbəxt hadisə nəticəsində yaralanan insanlara dəstək olmuşdu.
Veysəloğlu Qrup regionlarda qanvermə aksiyasını davam etdirir
Məlumat üçün qeyd edək ki, "Talassemiya" dünyanın bir çox ölkəsində rast gəlinən irsi qan xəstəliyidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, bütün dünyada 300 milyona yaxın bu xəstəliyi daşıyan insan var. Talasemiya dünyada ən sıx müşahidə olunan tək gen pozğunluğudur. Talassemiyanın əsas səbəbi İnsanda olan 46 cüt xromosomdan 11-ci xromosomla 16-cı xromosomda yaranan qüsurdur.

Ona görə də dünyada milyonlarla insan bu cür xəstələrin tam sağalana qədər həyatda qalması üçün mütamadi qan vermə aksiyalarına qoşulurlar.
Veysəloğlu Qrup regionlarda qanvermə aksiyasını davam etdirir
Veysəloğlu Qrup regionlarda qanvermə aksiyasını davam etdirir
Qarabağ qazisi prezidentə yazdığı məktubda icra başçısına fərari dedi: ''O, kolxozun fermasında gizlənib...''Qarabağ müharibəsi veteranı Şahin Bağırov prezident, ali baş komandan İlham Əliyevə, birinci vitse prezident Mehriban xanım Əliyevaya, baş nazir Novruz Məmmədova, müdafiə naziri Zakir Həsənova, baş prokuror Zakir Qaralova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə, daxili işlər naziri Ramil Usubova açıq müraciət edib. Müharibə veteranı Criminal.az saytına da göndərdiyi müraciətində yazır:

Hörmətli cənab Prezident, Hörmətli Mehriban xanım, Hörmətli cənablar, 1992-ci il mayın 6-da könüllü olaraq Milli Orduya yazılmışam. Sapyor – minabasdıran olmuşam. Gədəbəy cəbhəsində gedən bütün döyüşlərdə iştirak etmişəm. 1993-cü ildə Qalankənddə, yeni yolun üstündə 2 erməni əsgəri öldürmüşəm. 1994-cü ildə kəşfiyyatın qrupunun tərkibində Krasnoselskdən Berd rayonuna gedən asfalt yola 2 ədəd "tankavoy”(tank əleyhinə - red) TEEM - 57 mina, ondan 15 metr aralı 4 ədəd Ozem-72 markalı "pexotnu” (piyada əleyhinə) mina basdırmışam. Həmin minalara 10-dan çox erməni düşüb. Həmin yerdə olan donuz damına 2 dənə "pexotnu” mina basdırmışam. Göyəlli kəndində gedən döyüşlərdə 1 erməni əsgərini öldürüb meyidini gətirmişəm. Həmin dığanın qolunda "A Cidois” yazılmışdı. 1994-cü il avqustun 5-6-da Sümüklü postu uğrunda gedən döyüşlərdə həlak olmuş Hüseynov Aqil Baxşəli oğlunun meyidini erməni postunun yanından mən gətirmişəm. Sərhəd boyu 2 mindən çox mina basdırmışam.

Hörmətli cənablar, hörmətli Mehriban xanım, Bunlar mənim müharibədə iştirakımdan yadımda qalanlardı. İndiyədək bu barədə danışmamışam. Düşünmüşəm ki, nə eləmişəm, vətənim, millətim üçün eləmişəm. Heç kimə buna görə minnət qoymamalıyam və qoymuram da. Amma bu gün başıma gələnlər məni vadar edir ki, döyüş yolum ilə bağlı belə açıq yazım. Mən ona görəmi döyüşdüm ki, bu gün Gədəbəyin icra başçısı Ramiz Yediyarov sonra gəlib məni qoruduğum torpaqda yaşamağa imkan verməsin? Bu adamın mən döyüşəndə 25 yaşı olub. Amma kolxozun fermasında müharibədən gizlənib, fərarilik edib. Mənim yeganə dolanşıq yerim olan avtomobilimi qardaşım Fəxrəddi Bağırovun obyektində qoyub qapısını hördürsün?

Mənim nə evim var, nə torpağım var, 6 aydır ki, artıq iş yerim yoxdur! Müharibə ucbatından ali təhsil də almamışam. 9 və 10 yaşında körpə uşaqlarım var. Mən ona görəmi döyüşmüşəm ki, Yediyarov kimi fərari və rüşvətxor məmur gəlib mənim bu 2 uşağıma çörək qazamağa imkan verməsin. 6 aydır mənim maşınım əsirlikdədir. Əkin sezonudur. Mən toxumu neçə daşıyım? Ramiz bu gun rayonun yarısına saxta veteranlıq verdirib birindən min manat rüşvət alır. O adamların çoxunu şəxsən tanıyiram, müharibə vaxtı Rusiyada alver edirdilər. Soruşsunlar görək mənim dediyim bu döyüşlərin hansında iştirak ediblər?
Özü müharibəyə getməyən, üstəlik müharibədən yayınan 500 nəfərdən artıq adama saxta veteranlıq verən bu cinyətkarın həqiqi müharibə iştirakçısı kimi mənə və ailəmə qarşı törətdiyi alçaqlığa mən dözə bilmirəm. Cənab prezident axı siz iclasda dediniz məmurların vətəndaşı sıxışdırması alçaqlıqdır. Bəs bir başçının müharibə iştirakçısının çörəyini kəsməsi alçaqlıq deyilmi? Mən döyüşlərdə sağlamlığımı da itirmişəm. Başağrısındsan, bel ağrısından gecələr yatmıram. Bir tərəfdən də Yediyrovun bu azğınlığı məni əsəbləşdirir. Bu haqsızlığa nə vaxt son qoyulacaq?

Zakir Həsənov, vətəni Yediyarovun kef içində böyüyən oğlu müdafiə etməyəcək. O öz atası kimi fərari olacaq. Vətəni mənim kirayədə, şoferliklə, əziyyətlə böyütdüyüm oğlanlarım müdafiə edəcək. Sizdən xahiş edirəm mənim vəziyyətimlə maraqlanın.

Cənab prezident, mənim - düşmən postundan erməni əsgərini öldürüb meyidini atəş altında gətirən bir döyüşçünün avtomobilini əlindən alıb 6 ay "zabor”un içərisinə saxlaması Ramiz Yediyarovun öz hünəri deyil. O adi bir adam olsa, heç mənim avtomobilimə yaxınlaşa bilməz. Onu himayə edənlər var. Onda cəsarət olsaydı vaxtında müharibəyə gedərdi. Mən bir vətəndaş kimi, bir keçmiş döyüşçü kimi sizdən xahiş edirəm - Yediyarov haqda tədbir görün. Qardaşımın obyektinin qapısının açılmasına və mənim avtomobilimin oradan çıxarılmasına göstəriş verin.
Prezident Vüsal Quliyevə vəzifə verdiAzərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin tərkibində ictimai-siyasi işin təşkili sektoru yaradılıb.

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında ictimai-siyasi işin təşkili ilə bağlı məsələlərin əlaqələndirilməsi sektorun fəaliyyətinin əsas istiqaməti olacaq.

İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri vəzifəsində çalışmış Vüsal Quliyev yeni yaradılmış sektorun rəhbəri təyin edilib.
Bakıda biznesmeni hədələyib 50 min dollar istədilər - FotoBaş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən məhşur sərinləşdirici energetik içkilərdən birinin Azərbaycan üzrə rəhbəri Məmməd və Fikrət adlı iki nəfərin istehsal etdikləri içkinin içərisindən guya ölü siçan çıxması barədə video çəkəcəkləri və həmin görüntüləri sosial şəbəkələrdə yayacaqları ilə onu hədələdiyi barədə məlumat verib.

DİN-dən Avrasiya.net-ə verilən məlumata görə, həmin şəxslər bu böhtan xarakterli, həqiqətə uyğun olmayan videonun yayılmaması üçün şirkət rəhbərindən 50000 ABŞ dollar pul tələb ediblər.

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən həmin şəxslər, Bakı şəhər sakinləri – Məmməd Abbasov və Fikrət Abdullayev şirkət rəhbərindən tələb etdikləri pulun 10000 ABŞ dollarını alan zaman saxlanılıblar. M.Abbasovun üzərində şəxsi axtarış aparılan zaman ondan hədə-qorxu gələrək aldıqları pul vəsaitləri aşkar olunaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxslər ifadələrində törətdikləri etiraf ediblər.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat tədbirləri davam etdirilir.
Nazir yeni rəhbər təyin etdiVergilər Nazirliyi yanında yeni yaradılan İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinə rəhbər təyin edilib.

APA-nın məlumatına görə, Azər Oqtay oğlu Məmmədov Vergilər Nazirliyi yanında yeni yaradılan İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinə baş direktor təyin edilib. O, bu təyinatadək Dövlət Gömrük Komitəsində çalışıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2015-ci ilin yanvarın 28-də imzaladığı "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında" sərəncam ilə gömrük xidməti polkovniki Azər Məmmədov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 20 aprel 2018-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə Vergilər Nazirliyində yeni struktur - Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamenti yaradılıb.

Departamentin yaradılmasında məqsəd maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanlarının fəaliyyətinə dəstəyin verilməsi və idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsidir.