“Space” TV-nin əməkdaşına hücum edildi, kamerası qırıldı – Polis işə qarışdı (VİDEO)“Space Tv”-də yayımlanan “Olar? Olmaz!” verilişinin aparıcısına yenə də hücum edilib.

1 may tarixində yayımlanan buraxılış yaşayış binalarının 1 ci mərtəbəsində günü-gündən fəaliyyəti artan kafelərlə bağlı olub.

Minval.İnfo xəbər verir ki, sakinlər televiziyaya müraciət edərək, artıq təngə gəldiklərini və hər gün musiqi və söyüşlərdən bezdiklərini bildiriblər. Daha sonra teleaparıcı binanın aşağı mərtəbələrində fəaliyyət göstərən kafelərə yollanıb.

Görüntülərdən də gördüyünüz kimi kafelərin sahibləri çəkilişin məqsədini bilən kimi hücuma keçirlər. “Qarabağ” kafesinin sahiblərindən sayılan bir nəfər şəxs isə aparıcı və operatora hücum edir və kameraya zədə yetirir. Ardınca əraziyə polis əməkdaşları və tədqiqatçılar gəlir. Verilişin (2 may saat 19:55 də) ardı yayımlanacaq…

Qeyd edək ki, bununla artıq 5-ci dəfədir ki Space Tv-də yayımlanan “Olar? Olmaz!” verilişinin əməkdaşlarına və aparıcısına qarşı zor tədbiq edilir. Veriliş həftə içi hər gün saat 19:55 də Space Tv-də yayımlanır. Verilişin informasiya dəstəkçisi “Minval.İnfo” saytıdır.
Əliyevin mühafizəçisi: Onlar məni vurduSabiq polis rəisi Müşfiq Mədətov və Səbail rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Orxan Axundzadəni öldürməyə cəhddə təqsirləndirilən 1992-ci il təvəllüdlü Kazım Abbasov, 1982-ci il təvəllüdlü Məhəmməd İsmayılov və 1976-cı il təvəllüdlü Emin Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərdən birinin vəkili Adəm Məmmədov mətbuat nümayəndərlərinə etiraz edib.

O, prosesə jurnalistləri buraxmamağı tələb edib. Hakim isə prosesin açıq olduğunu bildirib və vəkilin tələbi qəbul edilməyib.

Daha sonra prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən təqsirləndirilən şəxslər - Emin Həsənov və Məhəmməd İsmayılov özlərini qismən təqsirli biliblər. Digər təqsirləndirilən Kazım Abbasov isə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

Daha sonra zərərçəkmiş Müşfiq Mədətov ifadə verib. O, təqsirləndirilən şəxslərin heç birini tanımadığını söyləyib. Qeyd edib ki, təqsirləndirilən şəxslərdən şikayəti yoxdur.

Müşfiq Mədətovun sözlərinə görə, kafedə olarkən heç bir səbəb olmadan tanımadığı şəxslər ona hücum edib: “Bu zaman aramızda dava oldu. Həmin zaman yanımda iki dostum var idi. Hər gün həmin kafedə olurdum. Hücum çəkənlər məni vurdular”.

Müşfiq Mədətov hadisə zamanı 4-5 nəfərin ona hücum etməsi və bıçaqlanması ilə bağlı ziddiyyətli məqamlara da aydınlıq gətirib. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləməyib. Deyib ki, məhkəmədə verdiyi ifadəsində həqiqəti danışıb.

Prokurorun suallarından aydın olub ki, hadisəyə səbəb kimi Müşfiq Mədətovun kafedə “Hafka” ləqəbli iş adamı Hafiz Məmmədovun ünvanına söyüş söysi olub.

Müşfiq Mədətov bu deyilənlərin düzgün olmadığını deyib. Bildirib ki, hadisə zamanı söyüş söyməyib.

İttihama görə, ötən il oktyabrın 14-də saat 19 radələrində Səbail rayonu, Ş.Şamil küçəsi, 16 ünvanında yerləşən çay evində naməlum şəxslər sabiq polis rəisi Müşfiq Mədətova qarşı xuliqanlıq hərəkətləri ediblər, ictimai qaydanı kobud surətdə pozaraq sonuncuya bıçağın dəstəyi ilə xəsarət yetiriblər.

Oktyabrın 15-də, saat 4.00-da Müşfiq Mədətova qarşı xuliqanlıq əməli ilə bağlı Səbail rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçirib. Bu zaman Bakı şəhəri Nizami rayonu ərazisində “Leksus” markalı 90-LT-997 dövlət nömrə nişanlı avtomaşında olan şəxslər odlu silahlardan əməliyyat tədbirində iştirak etmiş polislərə atəş açıb.

Nəticədə Səbail rayon Polis İdarəsi əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Orxan Axundzadə xəsarət alıb. Hadisəni törədən şəxslər həmin avtomobillə hadisə yerindən qaçıblar.

Hadisə yerindən 1 ədəd 12 mm və 6 ədəd 9 mm kalibrli gilizlər götürülüb və müvafiq ekspertizalar təyin edilib.

Bakı şəhər Prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinənlərin - 1992-ci il təvəllüdlü Kazım Abbasov, əvvəllər məhkum olunmuşlar - 1982-ci il təvəllüdlü Məhəmməd İsmayılov və 1976-cı il təvəllüdlü Emin Həsənov olduğu müəyyən edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 221.2.1, 221.3-cü (bir qrup şəxs tərəfindən və ya təkrar, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək), 29,120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) və 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə ittiham edilirlər.

Qeyd edək ki, Müşfiq Mədətov 1991-ci ildən 1995-ci ilədək Azərbaycanın eks-prezidenti Heydər Əliyevin mühafizəçisi olub.

O, daha sonra Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinin rəisi vəzifəsində çalışıb. Daha sonra həbs edilib və 11 il müddətə azadlıqdan məhrum olunub. Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılıb.
Azərbaycanda tükürpədici həkim səhvi – Əsəbi zəif olanlar oxumasın!Azərbaycanda 33 yaşlı oğlan həkim səhvinin qurbanı olub. O, əməliyyat keçirdiyi “Baku Medical Plaza”nı və əməliyyatı həyata keçirmiş həkim Ruslan Yusifovu məhkəməyə verib. Şikayətçi Bizimyol.info saytına bildirib ki, məhkəmə onun hüquqlarını bərpa etməyib.

V.B. (şikayətçinin istəyinə əsasən, adını şərti təqdim edirik) deyir ki, cərrahiyyə əməliyyatında sfinkterin həkim səriştəsizliyi üzündən ciddi zədələnməsi səbəbindən düz bağırsağın qapayıcı aparatının çatışmazlığı (II-III dərəcə anal sfinkter çatışmazlığı) yaranıb.

Onu sözlərinə görə, o, anus ətrafı bir nahiyədən qanlı irinli axıntının olması şikayəti ilə təcili Milli Onkologiya Mərkəzinə müraciət edib. Orada müayinədən sonra ona cərrah proktoloqa müraciət etməyi məsləhət görüblər. O da Mərkəzi Neftçilər Xəstəxanasının Proktologiya şöbəsinin həkimi Ruslan Yusifova üz tutub: “Ruslan Yusifov həmin şöbədə çalışan Seymur həkimi də dəvət etdi. Yaramı əllə müayinə edən Ruslan Yusifov dedi ki, mütləq cərrahiyyə əməliyyatı lazımdır. O bütün çətin vəziyyət əməliyyatı uğurla etdiyini bildirərək özünü tərifləməklə əməliyyat üçün onu seçməsini söyləyib. Ruslan əlavə etdi ki, çox sadə əməliyyatdır və şəxsən özü dəfələrlə bu cür əməliyyatlar edib”.

Şikayəçi bildirir ki, həkim olan bacısı Məlahət MRT və fistuloqrafiyaya edilib-edilməyəcəyini soruşub, Ruslan həkim isə ehtiyac olmadığını bildirib. “Həkim məsləhət gördü ki, daha yaxşı avadanlıqlara görə əməliyyatı onun çalışdığı digər tibb müəssisəsində – “Baku Medical Plaza”da eləyək. Elə də elədim. Əməliyyatdan öncə ürək və ağciyərin fəaliyyəti yoxlanıldı, qan analizi alındı. Başqa müayinələr aparılmadı. Beləliklə, Ruslan Yusifov üzərimdə “Fistulektomiya” əməliyyatı apardı və dedi ki, uğurlu keçdi. Sadə fistulun olmaması ve fəsad yaranması barədə heç bir söz etmədi”.

V.B. deyir ki, əməliyyatdan uzun müddət keçsə də, yara bitişmirdi, əyləşə bilmirdi, durumu əvvəlkindən də ağırlaşmışdı. Həkim deyib ki, narahatlığa əsas yoxdur. Xəstənin isə səhhətində yeni problemlər əmələ gəlib, nəcis və qazları saxlamaq mümkünsüzləşib”.

Aylar sonra başqa həkimə müraciət edən V.B. başqa həkimdə müayinədən sonra aldığı cavabdan şoka düşdüyünü söyləyir: “Caspian İnternational Hospitalda çalışan həkim Emin Cavadov müayinədən sonra dedi ki, əməliyyatda sfinkter böyük zədələnib, ona görə düz bağırsağın qapayıcı aparatının II-III dərəcə çatışmazlığı yaranıb. Həkim təəccübləndi ki, sfinkterin bu şəkildə kəsilməsinə hələ rast gəlməyib”.

V.B.-a bu fəsadın cüzi qismən də olsa, aradan qaldırılması üçün daha bir əməliyyatın vacib olduğu bildirilib. Məsləhət görülüb ki, Moskvada A.N.Rıjik adına Koloproktologiya Elmi Mərkəzinə müraciət etsin. Orada da eyni diaqnoz qoyulub: “Professor Kuzminov həkimin bu kobud səhvini qeyd edib ve nəticədə səhhətimdə baş vermiş dəyişikliyi aradan qaldırmaq üçün ağır kosmetoloji əməliyyata – anal sfinkter qüsurunun öz incə bud əzələsindən köçürürülməsi yoluyla aradan qaldırılmasına ehtiyac olduğunu bildirdi və əməliyat zamanı bağırsağın da aylarca bədəndən kənara çıxarılmış şəkildə qalması da cavan xəstə üçün psixoloji cehetden qebul edilməsi çətin olan əməliyatın bir parçası idi.

Professor bu əməliyyatın çox ağır olduğunu, sonunda da köçürülmüş əzələnin işləməmək ehtimalının da çox yüksək olduğunu bildirdi. Bütün bunlar onunla nəticələnib ki, həkim səhvi nəticəsində üçüncü qrup əlil olmuşam. Bütün proktoloq həkimlər də təsdiqləyir ki, sfinkterin 2/3-nin kəsilməsi insan həyatının məhv edilməsidir. Mən nə normal işləyə bilirəm, nə uzaq yol gedə bilirəm, nə də arzu etdiyimdə dostlarımla görüşə bilirəm…”

Bundan sonra o, məhkəməyə müraciət edib: “Həkim səhvi mənim ətraf mühitdən, cəmiyyətdən qismən təcrid olunmağıma , böyük psixoloji sarsıntı keçirməyimə səbəb oldu. Aydındır ki, həkimin mənə vurduğu zərəri heç nə ilə ödəməsi mümkün deyil. Lakin belə qeyri-peşəkar həkimlərin öz əməllərinin nəticələrinə görə cavab vermələri, başqalarının da həyatını mənimki kimi məhv etməmələri, həkimin və klinikanın qismən də olsa, qanun qarşısında cavab verməsi üçün məhkəməyə müraciət etmək qərarı verdim”, – əməliyyatdan sonra əlil olmuş V.B. belə deyir.

O, cavabdehlərdən maddi zərərə görə kompensasiya tələb edir. Eyni zamanda, istəyir ki, həkimin əməlində CM-nin 131-ci (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsinin tərkibinin olub-olmamasının müəyyənləşdirilməsi üçün onun haqqında xüsusi qərarda çıxarılıb prokurorluğa göndərilsin.

Xətai Rayon Məhkəməsində hakim İlahə Abbasova həkimə və klinikaya qarşı iddianı təmin etməyib. “Hərçənd, məhkəmə-tibbi ekspertizasının da ortada həkim səhvini təsdiqləyən ekspert rəyi var. Hakim prosesin gedişində həkimi günahsız çıxartmaq üçün təkrar ekspertiza təyin edib. Aylar sonra verilən bu şübhəli rəy isə həkimin xeyrinə olub. Hakim də ona əsaslanıb, iddiaçılar olmadan keçirilən gizli prosesdə iddianı rədd edib”.

Qərardan verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Məmməd Məmmədovun sədrliyilə baxılıb. İddiaçı tərəf prosesə Səhiyyə Nazirliyinin də cavabdeh kimi cəlb olunmasını istəyib.

“Səhiyyə Nazirliyinin də xəbəri olsun ki, klinikalarda nələr baş verir”, – iddiaçının vəkili Aqil Layıcov bildirib.

Cavabdeh həkim Ruslan Yusifov və klinikanın nümayəndəsi nazirliyin prosesə cəlb olunmasını istəməyib. Hakim də Səhiyyə Nazirliyi ilə bağlı vəsatəti təmin etməyib.

Daha bir vəsatət isə yenidən ekspertiza keçirilməsi haqda olub: “Ortada iki bir-birinə zidd rəy var. Məhkəmə niyə onlardan birinə əsaslanıb? Bəs o birisi? Məntiq də deyir ki, əgər iki sübut arasında ziddiyyət varsa, onun hansı birinin doğru olduğunu mütləq müəyyənləşdirmək lazımdır. Bunun da yolu daha bir ekspertiza təyin etməkdir və məhkəməyə ekspertizadan ekspertlərin çağrılmasıdır”.

İddiaçı tərəfin dediyinə görə, birinci instansiya məhkəməsində hakim heç bir ehtiyac duyulmadığı halda, təkrar ekspertiza təyin edib və həkimin xeyrinə olan rəy verilib.

Hakim bu vəsatəti də (3-cü ekspertiza) Ruslan həkimin və xəstəxananın vəkilinin etirazını da nəzərə alaraq təmin etməyib.

Sonda isə apelyasiya məhkəməsində Xətai Rayon Məhkəməsinin qərarının qüvvədə saxlandığı elan olunub.
Həkim R.Yusifov səhvə yol verməsi barədə ittihamlarla razılaşmır. Deyir ki, mütləq müayinə metodlarının hamısından istifadə eləyib: “Hər bir cərrahiyyə əməliyyatı üçün göstərişlər və əks göstərişlər var. Qərarın qəbulu həm də əməliyyatın gedişindən asılıdır və xəstənin yaxınlarının rəyini almaya bilərəm”. Xəstənin bacısı isə Ruslan həkimin səhvlərini sadalayaraq deyir ki, fistulun həcminin və formasının aydınlaşması üçün lazım olan müayinələrin heç biri aparılmayıb ve sadəcə əl ilə müayinə müayinə olunaraq xəstəyə sadə fistul diaqnozu ile əməliyyat edilib”.

V.B. qərardan Ali Məhkəməyə şikayət verib, kassasiya şikayəti də təmin olunmasa, bu işi Avropa Məhkəməsinə çıxarmaq niyyətindədir.

Rəşad VAQİFOĞLU
Deputatların maaşı 10 faiz artırılır Azərbaycan Milli Məclisinin deputatlarının maaşı artırılır.

Bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanunun 21-ci maddəsinə dəyişiklik ediləcək.

Dəyişikliyə görə, Azərbaycan Milli Məclisinin deputatlarının maaşı 10 faiz artırılacaq.

Qeyd edək ki, hazırda Milli Məclis sədrinin aylıq vəzifə maaşı 2250 manatdır. Parlament sədrinin birinci müavini spikerin aylıq vəzifə maaşının 90 faizini, Milli Məclis sədrinin müavini - 85 faizini alır.

Milli Məclisin komitə və komissiya sədri spikerin maaşının 80 faizi, komitə və komissiya sədrinin müavini 75 faizi, Milli Məclisin deputatı isə 70 faizi miqdarında aylıq məvacib alır.

Qanun layihəsi Milli Məclisin mayın 4-də keçiriləcək iclasında müzakirə ediləcək.

Mətbuat Şurasında şikayətlərə baxıldıBu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. Toplantını açan komissiya sədri, Jurnalistləri Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdəki məsələlər barədə məlumat verib.

Avrasiya.net xəbər verir ki, iclasda öncə Gədəbəy rayon sakini Məzahət Mahmudovun özünü jurnalist kimi qələmə verən Gədəbəy rayon sakini Fəqani Hüseynova qarşı şikayəti araşdırılıb. Komissiya üzvləri bildiriblər ki, şikayət buna səbəb olan materialın cavabdeh media orqanında dərc edilməsi, yaxud yayımlanması prinsipi ilə "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na əsasən dəyərləndirilir. Fəqani Hüseynovun dərc edilmiş və ya yayımlanmış yazısı olmadığından Şikayətlər Komissiyası dəyərləndirmə aparmır. Cavabdeh kimi göstərilən şəxsin başqa qanundankənar əməlləri varsa, bu barədə ölçü götürmək hüquq-mühafizə orqanlarının səlahiyyətindədir. Mövcud istiqamətdə şikayətçi tərəfə konkret tövsiyələr verilib.

Komissiya üzvləri Bakı şəhəri Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbin direktoru Azər Ələkbərovun bir qrup xəbər portalına qarşı müraciətini nəzərdən keçirərək belə rəyə gəliblər ki, materialları şikayət doğurmuş kütləvi informasiya vasitələri 22 nömrəli məktəbdə şagirdin zorakılığa məruz qalması xüsusunda xəbər hazırlayarkən, AJPDQ-nın prinsiplərini pozmayıblar. Onlar şagirdin valideyninin verdiyi xəbərlə yanaşı, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və hüquq-mühafizə orqanlarının da mövqeyini öyrəniblər. KİV-lər balans prinsipini qorumaqla xəbərin yanlışlığına aydınlıq gətiriblər. Cavabdeh media orqanlarının iclasda iştirak edən təmsilçiləri təhsilimizin inkişafına dəstək vermək naminə 22 nömrəli məktəb adına yayılmış yanlış informasiyanın nəticələrinin aradan qaldırılmasına dəstək verəcəklərini də bildiriblər.


Bakı şəhərinin Suraxanı rayonunun Bülbülə qəsəbəsinin sakini Nağı Allahverdiyevin Baku Press Milli İnformasiya Agentliyinin təsisçisi Şəfəq Ağabalayevaya qarşı şikayətinə baxan komissiya üzvləri şikayətçi tərəfin yetərli dəlillər təqdim etməməsini, həmçinin, Komissiyanın müzakirəsinə qatılmayaraq mövqeyini əsaslandırmamasını nəzərə alaraq şikayəti geri qaytarıblar.

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin "Nyus.az”saytı ilə bağlı müraciətinin araşdırılması tərəflər arasında qarşılıqlı anlaşmanın əldə olunması ilə yekunlaşıb.
"İnanıram ki, TBMM-də Can Azərbaycanı da təmsil edəcəm"İyunun 24-də Türkiyə Böyük Millət Məclisinə keçiriləcək seçkilərə Ankaradan Ədalət və İnkişaf Partiyasından (AKP) Azərbaycan əsilli Samir İsgəndər namizədlik üçün namizədliyini verib. Samir İsgəndər əslən Gədəbəy rayonundandır. 2003-cü ildə Xətai rayonu 48 saylı orta məktəbi bitirib. İxtisasca hüquqşünasdır. Yeni Nəsil Azərbaycan Gəncliyi İctimai Birliyinin qurucularındandır. 2007-ci ildə Bakıda Diplomatların Diskussiya Klubunun sədri olub. 2010-cu ilin sonundan Türkiyədə yaşayır. 2011 - 2013-cü illərdə Gənclik Təşəbbüs Qrupu İctimai Birliyində fəaliyyət göstərib. 2013-cü ildən Türkiyə ilə Rusiya və Türkdilli dövlətlər arasında siyasi sosial işlərdə aktivlik göstərir. 2017-ci ildən Ankara Gənc İş Adamları Birliyinin xarici əlaqələr şöbəsinin rəhbəridir. Samir İsgəndərdən bu seçkilərdə nə qədər şansının olduğunu ilə maraqlandıq.

- Samir bəy, 24 iyunda Türkiyə Böyük Millət Məclisinə keçiriləcək seçkilərdə hakim partiyadan millət vəkilliyi üçün namizədliyinizi irəli sürmüsüz. Şansınızı nece dəyərləndirirsiniz?

- Bəli, AKP-dən millət vəkilliyi üçün namizədlik üçün namizədliyimi irəli sürdüm və qəbul olundu. Şansımın yüksək olduğu qənaətindəyəm. İnanıram ki, Can Azərbaycan bir millət iki dövlət sözü sadəcə sözdə yox, əməldə də olacaq və məclisdə Azərbaycanı da təmsil edəcəm.

- Növbədənkənar seçkiləri zəruri edən səbəb nədir? Türkiyənin təcili olaraq erkən seçimə getməsi əsasən nə ilə bağlı idi?

- Növbədənkənar seçkiləri biz əslində noyabr ayı üçün gözləyirdik. Son dönəmlərdə Türkiyəmizdə yaşananları hamımız yaxından izləyirik. Bu qərar dövlətin özünü yeniləməsi üçün çox vacib idi ve artıq siyasi sistem çox yavaşlamıştı. Məhz ən başlıca səbəblərdən olan sistemin və dövlətin özünü yeniləyib yeni sistemə keçərək inkişafı üçün qaçınılmaz oldu.

- Sizdən başqa Azərbaycan əsilli namizəd varmi hakim partiyadan. Əslində Türkiyə Böyük Millət Məclisində erməni əsilli şəxslər hər zaman təmsil oluna bilib. Azərbaycan əsilli şəxsin təmsil olunması da lobbiçilik baxımından çox faydalı olardı.

- Bildiyimə görə Azərbaycandan gelib vətəndaşlıq aldıqdan sonra namizədliyini irəli sürən başqa kimsə yoxdur. Lakin Türkiyə vətəndaşı olan və Iğdırdan olan Azərbaycan əsilli bir neçə layiqli şəxslər vardır ki, onlar da AK Parti də daxil olmaqla o biri partiyalardan da namizədliklərini veriblər. Məncə, Türkiyə Böyük Millət Məclisində Azərbaycan və digər türk dövlətlərindən olan ölkələrə bağı olan insanların seçilməsi gələcəkdə bu ölkələrlə münasibətlərin qurulmasında və inkişaf etdirilməsində əvəzsiz rolu oynaya bilər.

- Azərbaycan Prezidenti İlham Əliyev prezident seçildikdən sonra ilk rəsmi səfərini yenə də Türkiyəyə etdi. İki qardaş ölkə arasında əlaqələrə dair vacib mesajlar verildi. Namizədliyinizin dəstəklənməsində bu amil də rol oynaya bilərmi?


- Azərbaycan Prezidenti İlham Əliyevin son səfəri sıx olan əməkdaşlıq əlaqələrinin daha da irəliləməsinə, daha strateji əməkdaşlıq müqavilələrinin bağlanmasına səbəb oldu. Düşünürəm ki, bu səfərin hər iki ölkə üçün böyük əhəmiyyəti olacaq. Unudulan bir şey də var ki, bu gün AK partinin içində ülküçülər və millətçilər də yetərincədir, onlar aktif çalışırlar. Ümid edirəm ki, onlar tərəfindən də dəstəklənə bilirim.

- Samir bəy, ümid edirik ki, bu seçimlərdə qələbə qazana biləcəksiniz. Azərbaycandan necə bir dəstək gözləyirsən?

- Mənim qazanacağım qələbə həm də Azərbaycanımızın qələbəsi olacaq. Ona görə də bu məsələyə mənim şəxsi timsalımda deyil, daha geniş çərçivədən baxmaq lazımdır. Ən böyük dəstək isə dövlət böyüklərimizin və aydınlarımızın yanımızda olduqlarını hiss etdirmələridir.

newscentr.az
Müəllim tərəfindən zorlandığı deyilən qadın üzə çıxdıCəlilabad rayonu Muğan kənd orta məktəbinin təmizlik işçisini zorlamaqda ittiham edilən müəllim işdən azad edilib.
Bu barədə "Ölkə.Az"a məktəbin direktoru Aygün Məlikova məlumat verib. Onun sözlərinə görə zorlandığını iddia edən məktəb gözətçisi də tapılıb:

"Qadın polisdə izahat verib və sərbəxt buraxılıb. Mən isə öz üzərimə düşəni etmişəm və onların heç biri bizim işçi deyil".

Qeyd edək ki, Muğan kənd orta məktəbinin müəllimi B.A (ad şərtidir) 2017-ci ildə həmin məktəbin təmizlik işçisi A.Z.-yə təcavüz edərək onunla cinsi əlaqədə olub və həmin anı mobil telefonu vasitəsilə videoqeydiyyata alıb.
Bir neçə gün bundan əvvəl məktəbin müəllimi B.A. yenidən təmizlik işçisi ilə cinsi əlaqəyə girmək istəyib. Lakin təmizlik işçisi buna etiraz edib. B.A. onunla cinsi əlaqədə olmasını əks etdirən videogörüntüləri sosial şəbəkələrdə yaymaqla şantaj edib. Təmizlik işçisi onunla yenə də cinsi əlaqədə olmaq istəmədiyini bildirib. Bundan sonra müəllim həmin videogörüntüləri kənd sakinləri arasında yayıb.

Baş verən hadisə ilə bağlı kənd sakinləri tərəfindən Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edilib. Polis şöbəsində araşdırmalara başlanılıb.
Xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi, Qarabağdakı ordu İrəvana yeridilir - GECƏ HÜCUMUErmənistan hakimiyyəti ölkəni bürüyən xalq hərəkatını yatırmaq üçün ordunu küçələrə çıxarır.

Publika.az Ermənistan mediasında istinadən xəbər verir ki, paytaxt yaxınlığında yerləşən ordunun xüsusi təyinatlı dəstələri hazır vəziyyətə gətirilib.

Müdaxilə olarsa, Ermənistandakı rus hərbiçilərindən də istifadə ediləcəyi deyilir.

Son məlumata görə, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yerləşdirilmiş erməni hərbi birləşmlərinin bir hissəsi də dünən gecə İrəvana doğru yola çıxıb.

Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən 538-ci motoatıcı briqada və 18-ci motoatıcı diviziyanın bölmələri Kəlbəcər-Vardenis-Sevan-Yerevan və Cəbrayıl-Gorus-Vedi-Yerevan marşurutları üzrə Ermənistan istiqamətində hərəkət edir (ordu.az).

Ehtimallara görə, parlamentin dünən keçirilən iclasında Nikol Paşinyanın seçilməsinə mane olan hakim Respublika Partiyası hazırda Ermənistanı bürümüş etiraz aksiyalarını yatırmaq üçün gücə əl atacaq.
Baş həkimin yalanı üzə çıxdı, ərzaq oğurlanır - VİDEOBakının Nəsimi rayonunda yerləşən 1 saylı Körpələr Evində valideyn himayəsindən məhrum uşaqlar üçün gətirilən ərzaq məhsulları və geyimlərin avtomobillə daşınaraq başqa yerə aparılması ilə bağlı yayılan görüntülərlə haqda baş həkim Nəhayət Əliyeva ziddiyyətli açıqlamalar verib.

N.Əliyeva açıqlamalarının birində həmin hadisənin aprelin 27-də baş verdiyini bildirib. Onun sözlərinə görə, aprelin 26-da bacısı oğlu, qrossmeyster Rauf Məmmədovun doğum günü imiş və o, ayın 27-də tortla Körpələr Evinə gəlibmiş:

“Yəni Rauf bizim iş yerimizdən nəsə aparmayıb, əksinə, gətirib. Videoda görünən hündür oğlan isə xəstəxanamızın gecə gözətçisidir və mayın 1-dən məzuniyyətə gedir. Bacımdan xahiş etdi ki, onun yatağını da maşınla aparmaqda köməklik etsin. Mənə şər atdığına görə Rəqsanənin qızını məhkəməyə verəcəm. Aysun xəstəxanadan oğurluq edildiyini görübsə, niyə 102-yə zəng edib, polis çağırmırdı?”

Lent.az-ın apardığı araşdırma zamanı məlum olub ki, aprelin 27-də N.Əliyevanın dediyi kimi, bacısı oğlu Rauf Məmmədov Körpələr Evinə gəlməyib. Belə ki, aprelin 18-29-da Şəmkirdə mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə şahmat turniri keçirilib və həmin günlərdə R.Məmmədov Bakıda olmayıb. O, aprelin 26-da doğum gününü də Şəmkirdə qeyd edib. Həm aprelin 26-da, həm də 27-də Rauf Məmmədovun Şəmkirdəki turnirdə görüşləri olub.

Baş həkim başqa bir açıqlamasında isə videogörüntülərdə daşınan əşyaların ərzaq məhsulları yox, camaşırxanaya göndərilən yataq üzlükləri olduğunu deyib:

“İşçinin məzuniyyətə getməsi ilə əlaqədar bütün əşyalar camaşırxanaya aparılırdı. Çünki işçi bir aylıq məzuniyyətə çıxırdı və həmin çirkli əşyalar bir ay burada qalacaqdı. Orada iki bağlama uşaq bezi də görüntülənib. Həmin uşaq bezləri vətəndaşlar tərəfindən bizə yardım məqsədi ilə verilmişdi. Vətəndaşların aldığı bezlər “01” ölçüdə idi. Həmin ölçüdə olan uşaq bezlərinə ehtiyacımız olmadığı üçün onları uşaq bezi firmalarının birində dəyişdirib “03” və “04” ölçülü bezlər götürmüşük. Videoya diqqətlə baxsanız, görərsiniz ki, görüntülərdə camaşırxanaya göndərilən çirkli yataq dəstləri və dəyişdirilməyə aparılan uşaq bezləri var”.

Bu ziddiyyətlərlə bağlı Axar.az-ın ötən gündən verdiyi sorğu isə hələ də cavablandırılmayıb. Körpələr Evindən bildirilib ki, bu barədə əlavə məlumat verməyəcəklər.

Qeyd edək ki, müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İnstaqram hesabında Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evində valideyn himayəsindən məhrum olan uşaqlar üçün gətirilən ərzaq məhsulları və geyimlərin avtomobillə başqa yerə daşınması ilə bağlı görüntülər paylaşıb. Baş həkimin “yuyulmaq üçün aparılan yataq üzlükləridir” açıqlamasından sonra Aysun daha bir video yayaraq, ərzaq daşındığı iddiasını görüntülərlə təsdiqləyib.

Axar.az əməkdaşlarının Körpələr Evindən yazı hazırlamaq istəyinə də müdiriyyət imkan verməyib. Körpələr Evinin yerləşdiyi ərazidə olanlar isə buradan vaxtaşırı ərzaq məhsullarının daşındığını müşahidə etdiklərini bildiriblər.

Mövzu ilə bağlı hüquq-mühafizə orqanlarına sorğu göndərilib.