Sarkisyanın partiyası: Paşinyan baş nazir ola bilməz“Nikol Paşinyan baş nazir ola bilməz. Onun Qarabağ üzrə danışıqlar prosesində heç bir konsepsiyası yoxdur. Müdafiə büdcəsini necə artıracağı ilə bağlı məsələ üzrə heç bir cavab verə bilmir. Xalq natiqi deyil, hökumətin başçısı seçilir”, - virtualaz.org “Sputnik”ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov deyib.

“Heç kim sosial problemlərdən üz çevirmir. Korrupsiya da var, digər problemlər də. Baş nazir kim olursa olsun, ultimatumlarla danışmaq olmaz, qarşılıqlı addımlar atılmalıdır”, - o əlavə edib.

Şarmazanov qeyd edib ki, Paşinyan ehtimal edilən hökumətində vacibpostlara, o cümlədən baş nazirin müavinləri və müdafiə naziri postlarına namizədlərin adlarını çəkməyib.
Zaur Baxşəliyev həbs edilə bilər?Yerli telekanallarımızda son illərdə insanların sağlamlığının keşiyini çəkən tibbi verilişlər çoxalıb.

Bu cür verilişlərdə bir çox özəl tibb müəssisələrin aparıcı həkimləri dəvət olunur və öz ixtisas sahələrinə uyğun xəstəliklər ətrafında müzakirələrə qoşulurlar.

Tamaşaçıların böyük əksəriyyəti həkimlərə güvənərək onların qəbuluna yazılır. Lakin tamaşaçıların bir qismi bu həkimlərin pasiyenti azalanda efirləri qazanc mənbəyi olaraq gördüyünü düşünürlər.

Son aylarda bəzi verilişlər meydana gəlib ki, tamam başqa formatda olsalar da, studiyaya həkimləri dəvət edib xəstələrə “pulsuz” xidmət göstərirlər. Belə verilişlərdə iştirak edən həkimlərin nə dərəcə öz vəzifə borclarını vicdanla yerinə yetirdiklərini demək çətin olar, lakin son günlərdə bu həkimlərin fırıldaqları ilə bağlı xəbərlər gedir.

Minval.info-nun əldə etdiyi məlumata əsasən aparıcı Zaur Baxşəliyevin “Bizimləsən” verilişində iştirak edən həkimin saxtakarlığı yuxarıdakı fikirləri təsdiqləyir. Belə ki, verilişdə iştirak edən həkim-ginekoloq Natiq Məhərrəmov saxta, qanunsuz, lazımsız və bahalı dərmanların xəstə insanlara satılmasına köməklik edib. Natiq Məhərrəmov “Sanimed” MMC, “Epidbiomed” MMC-nin vəzifəli şəxsləri tərəfindən mənşəyi məlum olmayan və dövlət qeydiyyatından keçməyən dərman preparatlarının ölkə daxilində satışının həyata keçirilməsi ilə məşğul olub. Bu dərmanlar həm xəstələrə, həm də digər klinikalara satılıb.

Məsələnin digər bir tərəfi efirlərdə belə fırıldaq halları ilə bağlı son aylarda tez-tez qarşılaşmağımızdır. O zaman belə bir sual ortaya çıxır ki, bu cür həkimləri efirə çıxarıb onu reklam edən jurnalist məsuliyyət daşıyırmı?

Sualımıza vəkil Vamiq Şükürovdan cavab almağa çalışdıq. Vamiq bəy “reklam haqqında qanuna əsasən heç bir dərman vasitələri kütləvi informasiya vasitələrində reklam oluna bilməz. Yəni heç bir jurnalistin ixtiyarı yoxdur ki, hər hansı dərmanın insanı qısa müddətdə sağaltması ilə bağlı reklamını aparsın. Və yenə bu qanuna əsasən heç bir tibb işçisinin, yəni həkimin hansısa xəstəxanada hər hansı bir dərmanının təbliğatını aparması, onun satışını təşkil etməsi qadağandır.

Əgər bu sadaladığım hallar aparıcı tərəfindən icra olunarsa, o zaman aparıcının məsuliyyəti yarana bilər. Amma aparıcının həkimin fırıldaq olduğu təqdirdə məsuliyyətə cəlb olunması ilə bağlı bir maddə nəzərdə tutulmayıb. Bəlkə bu həkimin əməli ağır cinayətlərə daxildirsə, yalnız o halda jurnalist məsuliyyətə cəlb oluna bilər“-deyib.

Yəni bütün bunlardan belə nəticə çıxarmaq olar ki, insanların çarəsiz vəziyyətindən istifadə edib öz mənfəətini güdmək yalnız jurnalistin öz vicdanına qalıb.

Məleykə Ağasoy
Azərbaycanlı politoloqdan gülməli sözlər: “Nikol Paşinyan ermənipərəstdir”Xəbər verdiyimiz kimi, Ermənistan yeni baş naziri seçilir.

Baş nazir seçimilə bağlı açıqlama verən politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, nə qədər yubatmağa çalışsalar da, Ermənistandakı proseslər xaosa doğru gedir:

“Ermənistan indi mənəvi uçurumdadır. Təsəvvür edin ki, bu proseslər başlayanda ermənilər “erməni soyqırımı”nı qeyd etməyi unutdular. Onlar həmişə məşəl yürüşü keçirirdilər, bu dəfə unutdular. Qarabağ məsələsi bu aksiyalarda aktiv olmadı. Televiziya, video, foto materialların hamısına baxdım, orada “Qarabağ bayrağı” görünmədi, Qarabağ sözü səslənmədi. Yəni, əslində bu erməni şüurunun ermənilərin özü üçün, ictimai-siyasi mühiti üçün faciəvi istiqamətə dəyişdiyini göstərir. Ona görə də düşünürəm ki, orada hadisələr xaosa, qana doğru gedir. Ermənistanda belə hadisənin qansız həlli yoxdur. Bunun da başlıca səbəbi Nikol Paşinyanın ermənipərəst olmasıdır.

Nikol Paşinyanı baş nazir seçilsə belə mitinqi dayandıra bilməyəcək. Yəni, Nikol Paşinyanda eyforiya var ki, əhali onun deməyinə görə, meydana çıxıb. Sadəcə artıq Ermənistanda kütlə psixologiyası üzdədir, bir-iki gün mitinq sakitləşə bilər, amma bir neçə gün sonra yenidən mitinqlər başlayacaq. Ermənistanda birinci dəfə deyil belə mitinqlərin keçirildiyi. Ola bilsin Paşinyanın seçilməyi Ermənistanda kimin üçünsə, Yusif Sərrac rolunu oynasın. “Çiçəklənən Ermənistan” partiyası kifayət qədər böyük gücə malikdir. Partiyanın sədri, deputat Qaqik Sarukyanın fikrincə, hakim Respublikaçılar Partiyası o vaxt onun əlindən qələbəni pulun və administrativ gücün hesabına aldı. O özünü Ermənistanda ən güclü adam bilir Qaqik Sarukyan da razılıq verib ki, kimsə Ermənistanda müvəqqəti də olsa, baş nazir olmalıdır. Ancaq Nikol Paşinyanın Ermənistana rəhbərlik etməyə potensialı yoxdur.

1990-cı illərin əvvəlində bizdə tez-tez hakimiyyət dəyişirdi, Ermənistanda isə sabitlik idi. Onun hesabına biz torpaqlarımızı itirdik. İndi isə Ermənistanda tez-tez hakimiyyət dəyişəcək, Azərbaycanda isə əsaslı, bünövrəli sabitlik var, hakimiyyət möhkəmdir, xalq tərəfindən dəstəklənir. Ona görə də ermənilər hansı qaydada torpaqları almışdılarsa, o qaydada da itirəcəklər. Rus analitiklərinin məşhur bir ifadəsi var ki, Cənubi Qafqazda gərək romantiklər hakimiyyətə gəlməyə, ancaq işi bilənlər hakimiyyətə gəlməlidir. Ona görə də Nikol Paşinyan hakimiyyətə gəlirsə, Ermənistan torpaq itirməyə hazır olmalıdır. Düşünürəm ki, Ermənistanda hadisələr bu cür davam etsə, Ermənistanın 29 min kv.m ərazidə qalması da şübhə altındadır. Söhbət təbii ki, yalnız Ermənistandan gedir, Qarabağın ora aidiyyatı yoxdur”. azerbaycan24.com
Gənc qız bakirəliyini 1.2 milyon avroya satdı – FOTOParisdə yaşayan Jasmin adlı universitet tələbəsi bakirəliyini satıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, 20 yaşlı tələbə bakirəliyini keçmiş bankirə 1.2 milyon avroya satıb.

Jasmin tanımadığı şəxslə görüş zamanı gərgin olduğunu lakin sonradan ondan xoşlandığını deyib.

O, həmçinin, qazandığı pulla dünya turuna çıxmağı və şəxsi şirkətini açmaq istədiyini vurğulayıb.
Gizli görüntüsü yayılan həkim nazirliyə çağırıldı - VİDEOMüğənni Rəqsanə İsmayılovanın qızı Aysun Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evi ilə bağlı yeni qalmaqallı görüntü paylaşıb.

Avrasiya.net xəbər verir ki, körpələr evinin baş həkimi Nəhayət Əliyeva kriminal.az saytına açıqlamasında bundan öncə yayılan və körpələr evindən ərzaqların daşındığını əks etdirən görüntülərin yalan olduğunu, Aysunu məhkəməyə verəcəyini bildirmişdi. N.Əliyeva bildirmişdi ki, maşınla danışaş ərzaq deyil, yataq dəstləridir.

Aysen isə məhz ərzaq oğurlandığını təsdiqləmək üçün daha bir görüntü paylaşıb.

“İlk açıqlamada dedilər ki, xəstəxanalara yardım üçün aparılır. İndi deyirlər ki, dəsmaldır, yuduzdurub gətiririk. Axı o videoda açıq-aydın qutu-qutu açılmamış uşaq bezləri olduğunu hər kəs görür. Bu da ikinci video, bu da dəsmaldır? Gördüyünüz kimi, maşınla bazarlıq gəlir, sonra da sağa-sola baxaraq, bazarlıqlar çıxır, maşınlara doldurulur. Bakı şəhərində və regionlarda yerləşən körpələr evləri daim cənab Prezident İlham Əliyevin və Azərbaycanın Birinci xanımı, hörmətli Mehriban xanımın diqqət və qayğısı altındadır. Mən dəfələrlə şahidi olmuşam ki, Leyla Əliyeva tərəfindən hər ay yetərincə yardım olunur. İnanırma ki, dövlətimiz bu işi diqqətdə saxlayacaq”, - Aysun İsmayılova paylaşımında yazıb.

***

Məsələ ilə bağlı 1 nömrəli Körpələr Evinə baş çəkdik.

Orada olan işçilərdən biri bildirdi ki, baş həkim Nəhayət Əliyeva yayılan videodan sonra nazirliyə çağrılıb.

Qeyd edək ki, Aysun İsmayılova Bakıdakı 1 saylı körpələr evindən avtomobillə müxtəlif məhsulların və naməlum əşyaların daşınması ilə bağlı görüntülər paylaşmışdı. Bundan sonra körpələr evinin baş həkimi Nəhayət Əliyeva arpelin 26-da bacısı oğlu, qrossmeyster Rauf Məmmədovun doğum günü olduğunu və buna görə aprelin 27-də qurban kəsib tortla körpələr evinə gətirdiyini bildirib. Videodakı oğlanın isə xəstəxanada gecə gözətçisi işlədiyini və mayın 1-dən məzuniyyətə getdiyi üçün onun yatağını da bacısından maşınla aparmağı xahiş etdiyini bildirmişdi.

Axund məsciddə oğurlanan dollarlardan danışdıXəbər verdiyimiz kimi, Masallı rayonu Bədəlan kəndinin Aşurlu məhəlləsində yerləşən məsciddən 2300 manat, 1300 ABŞ dolları, 16400 rus rublu oğurlanıb.

Məlumat yayımlandıqdan sonra, sosial şəbəkələrdə oğurlanan dollar və rus pullarının məscidə haradan gəldiyi müzakirə mövzusu olub.

AzNews.az xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a məscidin imamı Məhərrəməli Rəhmanov açıqlamasında bildirib ki, oğurlanan dollar və rus rubulu məscidin təmiri üçün yığılan vəsait olub. "Hazırda məsciddə təmir işləri gedir. Rusiyada yaşayan kənd sakinlərimiz məscidin təmiri üçün pul göndərdilər. Həmin pullar da rubl və dollar idi. Göndərilən pulla məscidi təmir etdirmək niyyətimiz var idi”.
Yeni rəis generalın əmisi oğlunu işdən çıxardıDövlət Miqrasiya Xidmətinə yeni təyinat alan Vüsal Hüseynov kadr islahatlarına start verib.

Unikal.org xəbər verir ki, V.Hüseynov Dövlət Miqrasiya Xidmətində bölmə rəisi Şəhriyar Tariyevi tutduğu vəzifədən azad edib. DMX rəisi bununla bağlı əmr imzalayıb.

Qeyd edək ki, vəzifədən azad olunan Şəhriyar Tariyev Dövlət Miqrasiya Xidmətinin keçmiş rəisi Firudin Nəbiyevin əmisi oğludur.
Pirallahı məktəbliləri Heydər Əliyev Mərkəzində olublarUlu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar ölkəmizin hər bir yerində olduğu kimi, YAP Pirallahı rayon təşkilatı da silsilə tədbirlər həyata keçirir. Bu tədbirlərdə YAP Pirallahı rayon təşkilatının fəalları ilə yanaşı, rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin şagirdləri də aktiv iştirak edirlər.
Pirallahı məktəbliləri Heydər Əliyev Mərkəzində olublar
“Ümumilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi " münasibəti ilə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının tədbirlər planına əsasən, YAP Pirallahı rayon təşkilatının və 186 nömrəli məktəbin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib. Ekskursiya çərçivəsində iştirakçılara mərkəzin əməkdaşları tərəfindən ətraflı məlumat verilib və onlar Heydər Əliyev Mərkəzini və burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət edib, ümummilli lider Heydər Əliyevin ömür yolunu əks etdirən eksponatlar, siyasi irsini təbliğ edən əyani vəsaitlərlə, Azərbaycan xalçaçılıq məktəbini əks etdirən xalçalardan və milli geyimlərdən ibarət sərgilər ilə tanış olublar.
Pirallahı məktəbliləri Heydər Əliyev Mərkəzində olublar
Heydər Əliyev Mərkəzinə ekskursiyadan xoş təəssüratlarla qayıdan şagirdlər Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının qərargahında və Heydər Əliyev mərkəzində xatirə şəkilləri çəkdiriblər.
Pirallahı məktəbliləri Heydər Əliyev Mərkəzində olublar
Pirallahı məktəbliləri Heydər Əliyev Mərkəzində olublar

Jurnalist QHT sədri olduOrta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) İdarə Heyəti yekdil rəylə qurumun sədr müavini Nadir Azərinin ümumi yığıncağadək sədr vəzifəsini icra etməsinə qərar verib.

Bu haqda yayılan açıqlamada deyilir ki, təşkilat qurulduğu gündən onun ən fəal üzvlərindən olan Nadir Azəri son altı ildə həm də sədr müavini vəzifəsini daşıyıb. Təşkilatın işində yaxından iştirak edən, daim qurumun ictimaiyyət arasında tanınması, fəaliyyətinin genişlənməsi üçün səy göstərən sədr müavini məhz bu keyfiyyətlərinə görə bu etimada layiq görülüb.

Aprelin 23-də təşkilatın sədri vəzifəsindən istefa vermiş Azər Həsrət də Nadir Azərinin namizədliyini dəstəklədiyini bildirib.
400 minlik toyu ilə məşhurlaşan məmur qızı veriliş aparacaqBakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun 400 minlik toyu ilə məşhurlaşan videobloger qızı Aysel Şükürova “Space” TV-də veriliş aparacaq.

A.Şükürova “Mənim evim” adlı verilişin aparıcısı olacaq və veriliş 1 saat olmaqla həftə içi 5 gün yayımlanacaq.

5 qadın və onları qiymətləndirəcək münsif (qayınana və digər şəxs) heyətindən ibarət əyləncəli yarışma proqramında xanımlar bacarığını, evinə və qonağa göstərdiyi diqqəti nümayiş etdirəcək. qalibə isə bir həftəlik Türkiyə səyahəti hədiyyə olunacaq.