İlham Əliyev Türkiyəyə gedirAzərbaycan prezidenti İlham Əliyev aprelin 24-25-də Türkiyəyə səfər edəcək.

APA-nın xəbərinə görə, Prezident İlham Əliyevin VII Türkiyə- Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcəyi, həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcəyi bildirilir.

Səfər çərçivəsində iki ölkə arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, regional və beynəlxalq məsələlər müzakirə ediləcək.
Xaosdan güc alanlar: Xodorkovskidən "Quska"ya - Dünənin fironları bu gün can verir“Quska” ləqəbi ilə tanınan iş adamı-bəstəkar-siyasətçi və nəhayət, mühacir Hüseyn Abdullayevin Bakıya əliqandallı gətirilməsi ilə daha bir “təhdid ocağı” söndürüldü.

Ötən şənbə günü hökumətin tərkibinin təsdiqlənməsi xəbəri ətrafında müzakirələrin qızğın vaxtında cəmiyyət daha bir sürpriz xəbərlə üzləşdi.

2007-ci ildən etibarən, Almaniyada mühacir həyatı yaşayan sabiq deputat (2005-06-cı illər), publikada “Quska” kimi məşhurlaşan Hüseyn Abdullayev Türkiyədə həbs edilərək Bakıya gətirilib.

İlkin məlumata görə, Daxili İşlər Nazirliyinin xətti ilə ilə həbs edilən “Quska” vergi cinayətlərində ittiham olunur. Ancaq böyük ehtimalla, istintaqın gedişində “Quska”ya qarşı yeni ittihamlar da irəli sürüləcək.
Siyasi fikirləri ilə zaman-zaman gündəmə gələn, bəzi media orqanlarında tribuna əldə edən “Quska” 2018-ci il prezident seçkilərində iştirak niyyəti ilə də diqqət mərkəzinə düşmüşdü.

O, qanunvericiliyin məhdudlaşdırıcı müddəasını görməzdən gələrək, “marafon” qatılacağını, hətta qalib gələcəyini 100 faizli məsələ kimi təqdim etməyə çalışırdı. Ancaq seçkilərin növbədənkənar rejimə salınması ilə “Quska” da reallıqla barışmalı oldu.

11 ilə yaxın müddətdə Almaniyada məskunlaşan “Quska” digər müxalif mühacirlər kimi hakimiyyət əleyhinə sərt ritorikası ilə seçilib. Verdiyi açıqlamalarda yer alan bəzi ifadələrlə isə dəfələrlə “qırmızı xətt”i keçib.

“Quska” personası neqativ planda olsa da, hər zaman medianın diqqət mərkəzində olub. 1993-cü ildə baş vermiş hakimiyyət dəyişikliyindən sonra iqtidarla yaxınlaşan “iş adamı” daha çox saxladığı çoxminlik qoçu dəstələri ilə müxalifətin aksiyalarına divan tutmaqla tanınıb.

Təbii ki, o illərdə əldə etdiyi qeyri-rəsmi imtiyazlar sayəsində biznesini də genişləndirməyə nail olan “Quska” özünü “Dövlət içində dövlət” sayır, hakimiyyətin əsas dayağı sanırdı.

“Quska”nın hakimi-mütəqliyi 2006-cı ilin payızına – Fızail Ağamalı ilə məlum insidentə qədər davm edib. Həbs olunaraq, deputat mandatından məhrum edilən “Quska” 2007-ci ildə azadlığa buraxıldıqdan az sonra Amaniyaya üz tutdu. Ötən gün Bakıya əliqandallı gətirilməsi odioz “iş adamı”nın həzin sonu oldu.

Azərbaycandakı məlum xaotik dönəmin dalğasında özünə mövqe qazanan “iş adamları”nın sırası, əlbəttə, “Quska” ilə məhdudlaşmır. Eyni dövrdə “ulduz”ları onunla yanaşı , AMAY ticarət mərkəzinin rəhbəri, “AMAY Abdulla” kimi tanınan Abdulla Abdullayevi, uzun müddət Sədərək gömrük-keçid məntəqəsinin “şef”i olmuş “Laba” ləqəbli Mübariz Pənahovu və başqalarını da göstərmək olar.

“AMAY Abdulla” da “Quska”dan örnək alaraq, müxalifətin aksiyalarına divan tutulmasında iştirak edib. Əl atdığı saysız-hesabsız maxinasiyalara görə həbs olunan “AMAY Abdulla”nın məhkəmədə özündən “mələksima obraz” yaratmaq cəhdi isə sadəcə, ikrah doğururdu. Vaxtilə, “qılıncının qəbzəsi də kəsən” “AMAY Abdulla” hazırda bir daha həbs olunmamaq üçün səssizliyini qoruyur.

Bir zamanlar mərhum prezident Heydər Əliyevin cangüdəni olan, daha sonra Sədərək gömrük-keçid məntəqəsinin başına gətirilən “Laba” (Mübariz Pənahov) qısa müddətdə özünü reket kimi göstərməyi bacardı. 2003-cü ildən sonra rəqiblərindən ardıcıl zərbələr alan “Laba” vəzifəsini də, biznesini də itirməli oldu. Məlumata görə, əvvəlki ambisiyası qalmayan müdiri Mübariz Pənahovun hazırda SOCAR-da çalışdığı bildirilir.

Maraqlıdır ki, ötən əsrin 90-cı illərində kriminal xarakterli “iş adamları”nın yüksəlişi postsovet ölkələri və regionun digər ölkələri üçün xarakterik proses olub.

Rusiyada Qərbin və dünya yəhudiliyinin dəstəyi ilə Boris Berezovski, Mixail Xodorkovski, Platon Lebedev və digərlərinin həm biznesdə, həm də siyasətdı güclü mövqe tutduqlarını qeyd edə bilərik.

Vladimir Putinin hakimiyyətə gəlişindən sonra kriminal oliqarxlara qarşı başlanılan savaş Berezovski ilə Xodorkovskinin tam məhvi, digərlərinin isə neytralllaşdırılması ilə nəticələndi.

Bəhs olunan tendensiya Türkiyədən də yan keçməyib. Qardaş ölkədə kriminal çevrələrin siyasətdə birbaşa iştiraklarına imkan verilməsə də, kriminal elementli “iş dünyası”ndan siyasətə sıçrayış cəhdlərinə dair faktlar var.

Bu sırada Türkiyənin qüdrətli ailələrindən biri olan Uzanların nümayəndəsi Cem Uzanı göstərə bilərik. 2000-ci illərdə Gənc Parti yaradaraq, siyasətə atılan Uzan başından yüksəyə tullana bilmədi. Daha sonra qanunsuz əməllərinə görə cavabdehlikdən yayınmaq istəyən Cemin səsi uzun müddətdir, Fransadan gəlir. Deyilənə görə, Uzan Fransa hakimiyyətinin birbaşa himayəsi altındadır.

Göründüyü kimi, ölkələr fərqli olsa da, oraqdakı kriminal oliqarxiyanın aqibəti bu və ya başqa dərəcədə eyni sonluqla bitir.

Yəni hayla gələnlərin vayla getmələri ən təbii və gözlənilən sonluqdur.

Bunu son olaraq, “Quska”nın timsalında gördük…

“Yeni Çağ” Araşdırma Qrupu
Milli Məclisdə səsi çıxmırdı, nazir oldu - Muxtar Babayev kimdir?Bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini formalaşdırıb.

Yenicag.az xəbər verir ki, sərəncama əsasən Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin olunub.

Buna qədər “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri olan Babayev, eyni zamanda millət vəkili statusunu daşıyırdı. Ancaq maraqlıdır ki, deputat olduğu müddət ərzində Muxtar Babayevin Milli Məclisdən səsi gəlməyib. Ümumiyyətlə, səssiz rejimə keçən Babayev müsahibələrinin birində danışmamasının səbəbini MM-də yeni olması ilə əlaqələndirmişdi. Lakin zaman keçsə də, Muxtar Babayev nə mətbuatda, nə də parlamentdə hansısa məsələyə münasibət bildirib. Media nümayəndələri arasında keçirilən sorğularda da Babayev çoxları üçün sirrli qutu kimi qalıb.

Muxtar Bahadur oğlu Babayev 1967-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə Bakı şəhərində orta məktəbi bitirib. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin, Azərbaycan Dövlət İqtisad İnstitutunun və Ümumrusiya Xarici Ticarət Akademiyasının məzunudur. 1986-1988-ci illərdə hərbi xidmətdə olub.

Əmək fəaliyyətinə 1991-ci ildə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində başlayıb.

1992-1994-cü illərdə Xarici İqtisadi Əlaqələr Nazirliyinin idarəsində rəis müavini, rəis, 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Xarici İqtisdai Əlaqələr İdarəsində şöbə müdiri, rəis müavini, 2003-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində rəis müavini, sonradan rəis, 2007-2010-cu illərdə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekoloji məsələlər üzrə vitse-prezidenti vəzifələrində çalışıb.

2010-cu ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərikimya” İstehsal Birliyinin Müşahidə Şurasının sədri təyin olunub. O, eyni zamanda “Sumqayıt” futbol klubunda da Müşahidə Şurasının üzvüdür
Ermənistan hökuməti tam tərkibdə istefa verdiErmənistan prezidenti Armen Sarkisyan ölkə hökuməttinin istefasını qəbul edib.

Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu məlumatı Ermənistan pezidentinin mətbuat xidməti yayıb.

“Konstitusiyanın 13-cü maddəsinə uyğun olaraq, Ermənistan Respublikası hökumətinin istefası qəbul edilsin”, - prezidentin imzaladığı fərmanda deyilir.
Bu postlara təyinat olmayıb - Boş yerlərXəbər verdiyimiz kimi Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla Nazirlər Kabinetində boş qalmış digər vəzifələrə də təyinatlar olub.

Bugünkü təyinatlardan sonra bir neçə vəzifə hələ də boş qalıb.

Belə ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Əqli Mülkiyyət Agentliyi və Milli Arxiv İdarəsinə (rəis vəzifəsini Ataxan Paşayev tutub) hələlik rəhbər təyin olunmayıb/unikal.org
 "Hazırda Baş nazir vəzifəsi nominal xarekter daşıyır, ləğv olunmalıdır"BAXCP sədri partiyanın mətbuat xidmətinə müsahibə verib.

O, seçkidən sonra yaranmış vəziyyət, baş nazir təyinatı və müxalifətin qarşıdakı vəzifələri barədə fikirlərini açıqlayıb.

Avrasiya.net müsahibəni oxucularına təqdim edir:

– Seçkilərin nəticələrinə və son Baş nazir təyinatına münasibətiniz necədir?

– Seçkilərin nəticələri göstərdi ki, xalqımız dəyişikliklərdən çəkinir və ölkənin gələcəyini İlham Əliyevlə görür. Mövcud problemlərin onun tərəfindən həll olunacağına inanır. Digərləri isə mövcud vəziyyətin onları qane etdiyini düşünür. Etiraf etmək lazımdır ki, bütün mövcud problemlərə baxmayaraq, xeyli işlər görülüb, əhalinin böyük qisminin sosial vəziyyəti yaxşılaşıb. Bütün bunlar seçkinin nəticələrində özünü göstərdi.

– İnsanlar nədən çəkinirlər ki, müxalifətə ciddi dəstək vermədilər?

– İstənilən dəyişikliyin hakimiyyət boşluğu yarada biləcəyindən çəkinirlər. 1993-cü ildə yaranmış hakimiyyət boşluğu xeyli torpaqlarımızın işğalı ilə nəticələndi. Ölkə hər mənada dağılmaq üzrə idi. Yaxın keçmişdə baş vermiş hadisələr insanları qorxudur. Onlar yuxarıdan aparılacaq islahatlara ümid edirlər. Çox istərdim ki, onların ümidləri özünü doğrultsun.

– Yeni təyin olunmuş Baş nazir həmin islahatları həyata keçirmək gücündədirmi?

– Sonuncu referendum layihəsi təəssüf ki, nə ictimai müzakirəyə çıxarılmadı, nə də Milli Məclisdə müzakirə olunmadı. Amma o zaman mən söylədim ki, vitse-prezidentlik institutu yaradılırsa, Baş nazir vəzifəsi ləğv olunmalıdır. Hazırda bu vəzifə nominal xarekter daşıyır. İqtisadi məsələlərlə Prezidentin iqtisadçı və maliyyəçilərdən ibarət komandası məşğul olur. Novruz Məmmədovun Baş nazir təyinatı ilə xarici siyasətdən uzaqlaşması prezidentə imkan yaradır ki, xarici siyasətin formalaşdırılmasında rol oynayacaq və onun həyata keçirilməsində aktiv iştirak edə biləcək, danışan yox, işləyən birisini özünə xarici məsələlər üzrə köməkçi təyin etsin. Bu, həm də ona görə zəruridir ki, Elmar Məmmədyarov xarıci işlər naziri olaraq qalır. Qarabağın azadlığı, ölkəyə xarici sərmayələrin cəlbi ağıllı və cəsarətli xarici siyasətdən çox asılıdır.

– Güclü müxalifətsiz ölkədə sürətli inkişafa nail olmaq mümkündürmü?

– Ölkəmizdə BAXCP kimi sağlam, öz siyasətini inkarçılıq üzərində qurmayan, problemlərin nədən qaynaqlandığını göstərən və həlli yollarını təklif edən, təhqirdən yox, sərt tənqiddən istifadə edən partiya var. Düzdür köhnə stereotipləri tam qıra bilməmişik. Hələ də bir çoxları, əgər hər hansı partiya iqtidarı təhqir edib ağır cinayətlərdə ittiham etmirsə onu real müxalifət saymır. Biz bu istiqamətdə də ciddi işləməkdə davam etməli, konsturiktiv fəaliyyət sərgiləyən sağ mərkəzçi partiyaların birləşməsinə nail olmalıyıq. Hazırda seçkilərdə qalib gəlmək imkanları olmadığından partiyalar birləşmək barədə yox, özlərini cəmiyyətə təqdim etmək barədə düşünürlər. Cəmiyyətimiz daha çox bu günlə yaşayır, vəziyyəti dəyişmək fikrindən çox uzaqdır. İqtidar isə müxalifətin güclənməsinə yol açacaq siyasi islahatlara getmir. Ona görə bir partiyanın güclü rəqiblərsiz fəaliyyətindən doğan dövlət əmlakından səmərəsiz istifadə, məmur özbaşınalığı kimi problemlərə qarşı effektli mübarizə aparmaq mümkün olmayacaq. Hazırda müxalifətin qarşısında duran əsas vəzifə o olmalıdır ki, proporsional seçki sisteminin bərpasına nail olaq, növbəti parlament seçkilərində konstruktiv müxalifət parlamentdə güclü fraksiya yarada bilsin. Hazırda biz Avropada yeganə ölkəyik ki, parlamentdə müxalifət fraksiyası yoxdur, heç bir partiya parlament idarəçiliyində iştirak etmir. Bu isə ölkənin sivil dövlətlər arasındakı imicinə və gələcəyinə ciddi zərbədir.

– Son günlər müzakirə olunan bir məsələyə də diqqətinizi çəkmək istəyirəm. Necə hesab edirsiniz, Ermənistanın demokratikləşməsi Azərbaycanın xeyrinədirmi?

– Yalnız delitantlar belə düşünə bilər. Çünki demokratik Ermənistanın iqtisadiyyatı sürətlə inkişaf edəcək. Güclü iqtisadiyyat isə güclü ordu deməkdir. Demokratik ölkə ciddi beynəlxalq dəstək əldə edəcək. Gözdən salınmış dəyərlər bərpa olunacaq. Bunun nəticəsi olaraq Qarabağın azadlığı daha da çətinləşəcək. Unutmaq lazım deyil ki, Qarabağ uğrunda ən qanlı savaş demokrat Levonla Elçibəyin prezidentliyi zamanı baş verib.

Deputat Fuad Muradov da komitə sədri təyin edildiAzərbaycan Prezidenti İlham Əliyevin yeni hökümətin tərkibi ilə bağlı imzaladı sonuncu sərəncamla daha bir millət vəkili vəzifəyə gətirildi. Gənc və perspektivli Fuad Muradov Azərbaycan dövlətinin diaspora fəaliyyətinə cavabdeh olacaq. F.Muradov Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.
Nazirlər Kabinetində boş qalmış vəzifələrə təyinatlar olub - SiyahıAzərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, aşağıdakı şəxslər Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri təyin edilib:

1.1. Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri – Muxtar Bahadur oğlu Babayev;

1.2. Azərbaycan Respublikasının gənclər və idman naziri – Azad Arif oğlu Rəhimov;

1.3. Azərbaycan Respublikasının mədəniyyət naziri – Əbülfəs Mürsəl oğlu Qarayev;

1.4. Azərbaycan Respublikasının müdafiə sənayesi naziri – Yavər Talıb oğlu Camalov;

1.5. Azərbaycan Respublikasının səhiyyə naziri – Oqtay Kazım oğlu Şirəliyev;

1.6. Azərbaycan Respublikasının təhsil naziri – Ceyhun Əziz oğlu Bayramov;

1.7. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri – Hicran Kamran qızı Hüseynova;

1.8. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri – Fuad Rauf oğlu Muradov;

1.9. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri – Mübariz Qəhrəman oğlu Qurbanlı;

1.10. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri – Səfər Məmməd oğlu Mehdiyev;

1.11. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri – Tahir Yaqub oğlu Budaqov;

1.12. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri – Kərəm Əvəz oğlu Həsənov;

1.13. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri – Fuad Hümbət oğlu Nağıyev;

1.14. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri – Qoşqar İlahi oğlu Təhməzli;

1.15. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi – Vüsal Əfqan oğlu Hüseynov;

1.16. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi – Arzu Yusif oğlu Rəhimov.
Daha bir deputat nazir gətirilirSabiq səhiyyə naziri Oktay Şirəliyəv vəzifədən azad edildikdən sonra bu posta təyinat olmayıb.

Minval.info xəbər verir ki, onun əvəzinə Tibb üzrə Elmlər Doktoru Rəşad Mahmudovun gətiriləcəyi deyilir.

Yeni təyin olacağı söylənilən nazir hazırda millət vəkili, Ürək-damar cərrahı, Tibb üzrə elmlər doktoru, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə heyətinin sədridir.

R.Mahmudovun səhiyyənin başına gələcəyi təqdirdə bu sahədə müsbət yöndə ciddi dəyişikliklərin gözlənildiyi bildirilir.