"Bakcell" daha bir jurnalistə "atdı": "Cibimə kim girir, necə girir və niyə girir?!""Mən "Bakcell" abunəçisiyəm. Klass XL tarifindən istifadə edirəm. Bunun üçün ayda 10 manat ödəyir, 250 dəqiqə vaxt alıram. Təbii ki, həmin vaxt çatmadığı üçün ayda daha bir neçə dəfə 10 manatlıq ödəniş edir, *210#2#Yes yığaraq paketi akitivləşdirirəm".

Avrasiya.net xəbər verir ki, bu sözləri jurnalist Taleh Şahsuvarlı "Feysbuk"dakı səhifəsində yazıb.

Onun sözlərinə görə, bu gün 10 manat balansa vəsait yükləyib, lakin bu vəsait həmin an yoxa çıxıb:

"Lakin aktivləşdirmə kodunu yığanda məlum oldu ki, balansımda yetərli vəsait yoxdur. "Necə yəni yoxdur" deyə dəfələrlə yığdım, amma xeyiri olmadı. 555 vasitəsi ilə Bakcell müştəri xidmətlərinə müraciət etdim. Dedilər ki, bəs, sizin balansdan Naviqator şirkəti xidmət haqqı çıxıb, istəyirsinizsə, nömrəsini verim, əlaqə saxlayın".

Jurnalist yazır ki, o, bütün "Bakcell" xidmətlərini müştəri xidmətinə gedib bağlatdırıb: "Və demişəm ki, mənim nömrəmdən istifadə elədiyim danışıq və internet paketindən hər hansı qondarma şirkət 1-cə qəpik də çıxsa, cavabdeh siz olacaqsız. Mən, ümumiyyətlə, naviqator-filan da istifadə etməmişəm. Bu aralar hətta maşın da sürmürəm. Beləliklə, mənim cibimə kim girir, necə girir və niyə girir? "Bakcell" bu məsələyə dərhal aydınlıq gətirməlidir, yoxsa Bəxtiyar Hacıyevin Azercell -ə göndərdiyi hədiyyə xeyli prestijli olacaq!!!".

Məsələ ilə bağlı "Bakcell"in də mövqeyini dərc etməyə hazırıq.
Cəlilabadda kütləvi dava - Xəsarət alanlar varCəlilabad rayonunda kütləvi dava baş verib.

Report xəbər verir ki, hadisə rayonun Suluçeşmə kəndində qeydə alınıb.

Belə ki, hələlik məlum olmayan səbəbdən baş verən dava zamanı kənd sakini, 1976-cı il təvəllüdlü Muradov Yusif Qeys oğlu xəsarət alıb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib və ona ilkin tibbi yardım göstərilib.

Y. Muradovun dediyinə görə, onu tanıdığı şəxslər döyüb.
Bakıda canavar itləri parçalayıb - VİDEOZığ yaşayış massivində canavar itlərə hücum edib və bir neçəsini parçalayıb.

Ətrafda yaşayan sakinlər hadisənin şahidi olublar.

Avrasiya.net Xəzərxəbər-ə istinadən bildirir ki, sakinlərdən biri canavarı öldürüb. Hadisə yerinə ərazi üzrə baytar həkimi cəlb olunub.


Baytar həkimin sözlərinə görə, canavar dərin bir ərazi qazılaraq basdırılacaq. Daha sonra qeyd olunan yer dezifeksiya olunacaq.
İlhamə Quliyevanın keçmiş videosu üzə çıxdı: Onu səhnədən qovun – VİDEOMüğənni Tunar Rəhmənoğlu ilə türkiyəli sənətçi İbrahim Tatlısəslə illər öncə bir səhnəni bölüşməsi gündəm mövzusuna çevrilib.

Minval.info xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülər müğənni Nüşabə Ələsgərlinin oğlunun toyuna aiddir.

Videoya əsasən, Tunarla Tatlısəsin birgə dueti mərhum müğənni İlhamə Quliyevanı özündən çıxarıb. Nəticədə xalq artisti acıqlı şəkildə N.Ələsgərliyə tapşırıq verərək yüngül dildə desək Tunarın səhnədən uzaqlaşdırılmasını tələb edib. Bu səbəbdən onların istəyini yerinə yetirməyə çalışan bir nəfər gənc İbrahim Tatlısəsə yaxınlaşar qulağına olanları pıçıldayıb. Lakin türkiyəli sənətçi qəzəblənərək narazılığını bildirib. İlhamə Quliyevanın “onu səhnədən qovun” tapşırığı ürəyində qalıb.

Bu görüntülər gündəmə gəldikdən sonra müğənni T.Rəhmənoğlu özünün sosial şəbəkə hesabında məsələyə münasibət bildirib:

“Məni ən yüksək zirvədə tutduğunu (İ.Tatlısəs) hər zaman hər yerdə göstərib. Nə etmək olar? Paxıl da var, istəyən də, quyu qazan da, gözü götürməyən də… Ancaq bunlara gülüb keçmək lazımdır. İstəmişəm ki, məni görəndə gülərək “Səni çox istəyirik”-deyən, insanlar o simaları ilə yadımda qalsın. Bu kadrdakıları görməzdən gəlirəm. Allah kömək olsun. İllər keçib, bəlkə də, indi məni həqiqətən də çox istəyirlər. İlhamə xanıma da Allah rəhmət eləsin”.

Maraqlısı ondadır ki, mediada yalnız Nüşabə Ələsgərlinin reaksiyası qabardılır. Lakin heç kimə sirr deyil ki, mərhum İlhamə Quliyevanın dövründə şou-biznes nümayəndələrinin əksəriyyəti ondan çəkinirdi. Videoda isə Nüşabənin digərləri kimi mərhum xalq artistinin tələbini yerinə yetirməyə çalışdığı açıq-aşkar görünür.
Azərbaycanda qəribə hadisə: poçtla narkotik göndərdilər – FOTOHava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddənin poçt vasitəsilə qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

DGK Mətbuat Xidmətindən daxil olan məlumata görə, Gömrük əməkdaşlarının nəzarətində olan marşrut üzrə Amerika Birləşmiş Ştatlarından Azərbaycan Respublikasına – Bakı şəhərində ailəsi ilə birlikdə yaşayan Amerika vətəndaşı Heather Christine Ulrichin adına invoysda “yuyucu vasitə, əl sabunu, açar qabı, şirniyyat” göstərilən poçt bağlaması daxil olub.

Həmin poçt bağlamasına Bakı Karqo Terminalında kinoloji xidmət iti tətbiq edilməklə gömrük nəzarəti keçirilib. Gömrük nəzarəti zamanı, xidməti it reaksiya verdiyi üçün bağlama saxlanılıb və yükün sahibi hava limanına dəvət olunub.

Daha sonra Hava Nəqliyyatında Baş Gömrük İdarəsində sözügedən şəxsin iştirakı ilə bağlama təkrar yoxlanılıb. Nəticədə, bağlamanın içində invoysda göstərilən mallardan əlavə Azərbaycan Respublikasının gömrük sərhədindən düzgün bəyan etməməklə keçirilən həblər aşkar edilib.

Bunlar – üzərində “Oxycodone-Acetaminophen 10-325” sözləri yazılmış plastik qabda 270 ədəd, üzərində “Hydrocodone-Acetaminophen 7.5-325” sözləri yazılmış plastik qabda 180 ədəd, üzərində “Methylphenidate ER 54 mg tab” sözləri yazılmış plastik qabda 90 ədəd və üzərində “Pjmasks Tangy Candy” sözləri yazılmış iki ədəd polietilen paketdə 10 ədəd həb olub.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, üzərində “Oxycodone-Acetaminophen 10-325” markalanma yazısı olan flakondakı 270 ədəd həbin tərkibində ümumilikdə 2,7 qram oksikodon, 87,75 qram asetaminofen; üzərində “Hydrocodone-Acetaminophen 7,5-325” markalanma yazısı flakondakı 180 ədəd həbin tərkibində ümumilikdə 1,35 qram hidrokodon, 87,75 qram asetaminofen; üzərində “Methylphenidate ER 54 mg tab” markalanma yazısı olan flakondakı 90 ədəd həbin tərkibində ümumilikdə 4,86 qram metilfenidat müəyyən edilib.

Oksikodon, hidrokodon preparatları Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına, metilfenidat preparatı Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.
Aparıcımız müğənnini qucağına aldı - VİDEOAparıcı Sərxan Kərəmoğlu “Evimin qonaqları” verilişinə dəvət etdiyi müğənni Aysel Əlizadəni qucağına alıb. Lent.az-ın məlumatına görə, aparıcı müğənniyə qarşı niyə bu cür addım atdığını da izah edib: "Mənə hədiyyə gətirənləri qucağımda gəzdirirəm. Qızıl gətirsələr, başımda da gəzdirərəm".

Aparıcı daha sonra Ayselə "Nə vaxt ərə gedirsən? Bir kişi tapıb, ərə get" sualını ünvanlayıb. Aysel isə ona belə cavab verib: "Qismət nə vaxt olsa, onda".
Məşhur şoumen Rusiyada yaşayan azərbaycanlıları tənqid etdiAparıcı Kamran Həsənli verilişlərin birində Rusiyada yaşayan azərbaycanlıları tənqid edib.

Avrasiya.net Axşam.az-a istinadən xəbər verir ki, şoumen bildirib ki, orada yaşayan həmvətənlərimiz bayağı mahnılara daha çox qulaq asırlar:

“Elə müğənni var oxuya bilmir, səsi qulağa əziyyətdir, amma bir dəfə sosial şəbəkədə mahnısı çıxır və dəbə minir. Elə bilirsiniz ki, onları Rusiyaya orada qalan almanlar, yoxsa ruslar çağırırlar? Kalininqratdan tutmuş Vladivostoka qədər Rusiyada yaşayan həmvətənlərimiz onları toya çağırırlar. Demək ki, düşüncədə, təfəkkürdə, zövqdə problem var”.
Tovuzda 2-ci qrup əlil özünü asdıTovuzda intihar hadisəsi baş verib.

APA bildirir ki, hadisə rayon mərkəzində qeydə alınıb. Rayon sakini, 1992-ci il təvəllüdlü Hacıyev Fazil Arif oğlu yaşadığı evin həyətində olan tövlədə özünü asaraq intihar edib. Onun 2-ci qrup əlil olduğu bildirilir.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.
Cəlilabadda süpürgəçiyə təcavüz edən müəllim - FOTOXəbər saytlarında Cəlilabad rayon Muğan kənd orta məktəbinin ibtidai sinif müəllimi Namiq Babayevin məktəbin qadın mühafizəçisini zorladığı barədə xəbərlər yayılıb.

Avrasiya.net moderator.az-a istinadən xəbər verir ki, məsələylə bağlı Cəlilabad rayon polis bölməsindən bildiriblər ki, Namiq Babayev qadın mühafizəçini şantaj etdiyi üçün artıq həbs edilib:

"Namiq Babayev 2017-ci ildə işlədiyi məktəbin qadın mühafizəçisi ilə intim münasibətdə olarkən mobil telefonla videoya çəkib. Dünən bu videonu kənd sakinləri arasında yayaraq qadını şantaj etməyə başlayıb. Bundan sonra kənd sakinləri Namiq Babayevin evinə hücum edərək onun kənddən çıxmasını tələb ediblər. Polis əməkdaşları hadisə yerinə gələrək insidentin qarşısını alıblar. Hər iki şəxs polis bölməsində dindirilib. Namiq Babayev qadını şantaj etdiyi üçün həbs edilib. Hal-hazırda Cəlilabad rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 150.1 (seksual xarakterli zorakılıq hərəkətləri) və 242-ci (pornoqrafik materialları qanunsuz yayma) maddələri ilə cinayət işi başlanıb.

Əməkdaşımızın əldə etdiyi məlumata görə Namiq Babayev əslən Cəlilabadın Çinarlı kəndindəndir. Onun Muğan kəndində bacısı yaşayır. Namiq də sonradan Muğan kəndində ev tikərək burda yaşamağa başlayıb. Kənd sakinləri bildiriblər ki, bu şəxs həm məktəbdən, həm də kənddən çıxmalıdır.

Əks halda burda qan davası düşəcək.
"Elşad Abdullayevin arxasında MTN dayanırdı" - Gülər Əhmədova"MTN işçilərinin bu axtarışda, mənim evimdə nə işi vardı? Onlar nə gəzirdilər?”

Xəbər verdiyimiz kimi, "Yeni Müsavat”ın öz Facebook səhifəsində gerçəkləşdirdiyi canlı yayım verilişinin son qonağı sabiq deputat Gülər Əhmədova olub. G.Əhmədova saat yarım davam edən söhbət zamanı bu günə qədər açıqlamadığı bəzi məqamlara toxunub.

Həbsi, eləcə də məhkəməsinin ədalətli keçirilib-keçirilməməsi ilə bağlı oxuculardan gələn suallara cavabında G.Əhmədova bildirib ki, həbsi qurama oyun idi: "Müxalifət məni vururdu, iqtidar məni vururdu. Halbuki göstərilən videonun əsli deyildi. Amma bunu göydə qəbul etdilər. Çünki işin arxasında böyük qüvvə var idi. Amma indi o qüvvə yoxdur. Allah o qüvvəni toz kimi yox etdi. Elşad Abdullayevin arxasında dayanan qüvvəni, MTN-i nəzərdə tuturam. Mən işarə ilə hərdən demişəm, amma ilk dəfədir ki, belə açıq danışıram. Elşad Abdullayev necə gizli çəkiliş apara bilərdi? Mənim evimdə axtarış gedir. Yaxşı, mənim işimi prokurorluq aparır, onların işçiləri də axtarış keçirirdi. MTN işçilərinin bu axtarışda, mənim evimdə nə işi vardı? Onlar nə gəzirdilər? Və bir çox məsələlər vardı ki, anlayırdım. Mən məhkəmədə bunu necə deyə bilərdim? Mənim elə bir gücüm-qüdrətim yoxdur. İndinin özündə də onların adını qorxa-qorxa çəkirəm. Mən qorxuram. Siz qorxmursuz?”

Sabiq deputat məhkəmənin ədalətli keçirilmədiyini vurğuladı. Onun sözlərinə görə, sabiq ABU rektoru Elşad Abdullayevin ifadə vermədiyi məhkəmə ədalətli sayıla bilməz: "Bu oyun Gülər Əhmədovanın başının üstündə qurulmamışdı. Daha böyük bir oyun idi və dövlətçiliyə qarşı nəzərdə tutulmuşdu. Məhkəmə olmayıb, heç nə məlum deyil. Baxırsan ki, ATƏT bununla bağlı hesabat verir. Mən artıq deputat mandatımdan imtina etmişdim. Bu günə qədər də deyirəm ki, hanı videonun əsli? Mənə qarşı ədalətsizlik olub. Əslində bu, qurulmuş bir oyun idi. Sonradan açıldı”.

G.Əhmədova eyni zamanda həbsindən öncə yaşadığı bəzi hadisələrin də ona dərs olaraq geri qayıtdığını bildirib: "Bu hadisə başıma gələndə öz-özümə deyirdim ki, Gülər, bu həbs sənə dərs olsun. Çünki deputatlığım dönəmində yanıma çoxlu şikayətçilər gəlirdi. Hərəsinin də bir dərdi. Bir də görürdün, biri deyir ki, Gülər xanım, mən şərlənmişəm. Mən də ona deyirdim ki, etmədiyin bir işə görə səni necə şərləyə bilərlər? Gəlsin görüm, kimsə məni şərləsin, şərləyə biləcəkmi? Amma Allah mənə dərs verdi, göstərdi ki, şərləmək mümkündür”.

Sabiq deputat bundan sonra deputat olmaq istəyi ilə bağlı suallara cavabında isə ailəsi, şəxsi həyatı ilə bağlı böyük arzuları olduğunu deyib: "Deputat olmadan yaşamaq mümkün deyil?”(musavat.com).