Prezident: "Cocuq Mərcanlı qəsəbəsi bizim dirçəliş rəmzimizə çevrilib""Cocuq Mərcanlı qəsəbəsi bizim dirçəliş rəmzimizə çevrilibdir. Cocuq Mərcanlıya qayıdan həyat hər bir Azərbaycan vətəndaşını ürəkdən sevindirir, onu qürurlandırır. Ermənilər, vandallar, Ermənistan rəhbərliyi bizim tarixi abidələrimizə də soyqırımı törədib, məscidlərimizi dağıdıb. Amma onlar başa düşmürlər ki, biz dağılmış məscidləri qəlbimizdə yaşadırıq. Biz dağılmış məscidləri qəlbimizdə ucaltmışıq".

Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisdə keçirilən andiçmə mərasimində çıxışı zamanı deyib.

Prezident bildirib ki, torpaqlar işğaldan azad olunandan sonra vandallar tərəfindən dağıdılmış Şuşa məscidinin bənzəri Cocuq Mərcanlıya gətirilib, orada tikilib:


"Bu gün bu torpaqlarda bizim insanlarımız ibadət edə bilirlər. Bu, bir daha onu göstərir ki, biz heç vaxt işğalla barışmayacağıq.

Biz köçkünlərlə bağlı olan məsələləri də uğurla həll edirik. Yüzə yaxın qəsəbə salınıb, 280-290 min köçkün soydaşımız yeni evlərlə, mənzillərlə təmin edilibdir. Biz bundan sonra da onlara dəstək göstərəcəyik. Köçkünlərin məişət problemləri, onların məşğulluğu daim diqqət mərkəzindədir. Gələcəkdə də bu istiqamətdə addımlar atılacaqdır".
Azərbaycanlı hakim “Mançester Siti” – “Barselona” oyununa təyinat aldıUEFA Gənclər Liqasının yarımfinal mərhələsi çərçivəsində Nyon şəhərindəki Kolovra stadionunda keçiriləcək “Mançester Siti” – “Barselona” oyununu FİFA referisi Əliyar Ağayev idarə edəcək.

Avrasiya.net xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb Onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirli olacaq. Dördüncü hakim funksiyasını Sandro Scharer (İsveçrə) yerinə yetirəcək.

Qeyd edək ki, “Mançester Siti” – “Barselona” görüşü aprelin 20-i keçiriləcək.
Nazirlərdən kimlər qalır, kimlər gedir – ADLARAprelin 18-də İlham Əliyev rəsmən dördüncü müddətə prezidentlik səlahiyyətlərinin icrasına başladı. 2013-cü ilin oktyabrın 23-də Milli Məclisdə and içərək prezident səlahiyyətlərinin icrasına başlayan İ.Əliyev dərhal Nazirlər Kabinetinin yeni tərkibini elan etdi. Gözlənilirdi ki, bu dəfə də andiçmə mərasimi başa satdıqdan sonra yeni kabinetin tərkibi elan olunacaq. Mediada bu xüsusda bir xəbər ajiotajı da hiss olunmaqda idi. Amma İ.Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında sərəncam imzaladı.

Sərəncamda deyilir ki, Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək nazirlər (eləcə də komitə sədrləri) səlahiyyətlərinin icra edəcək.

Yada salaq ki, 2013-cü ildə seçkilərdən sonra açıqlanan yeni kabinetdə müdafiə naziri Səfər Əbiyevin, əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun və kənd təsərrüfatı naziri İsmət Abbasovun adları yox idi. Müdafiə naziri postu Zakir Həsənova, əmək və əhalinin sosial müdafiəsi naziri postu isə Səlim Müslümova həvalə olundu. İsmət Abbasov işsiz qalmadı və yeni hökumətdə (artıq köhnə də deyə bilərik) baş nazirin müavini vəzifəsi tutdu. Onun yerinə isə kabinetdə yerini saxlayan nəqliyyat naziri Ziya Məmmədovun qudası Heydər Əsədov təyin olundu. Daha bir dəyişiklik isə Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovla bağlı oldu. O da baş nazirin müavini vəzifəsinə təyin olundu. Xüsusilə, S.Əbiyevin kabinetdən uzaqlaşdırılması mediada uzun müzakirələrə səbəb oldu ki, bu da təbiidir.

Yada salaq ki, hazırda Rusiyada da medianın əsas müzakirə etdiyi mövzulardan biri Putinin yeni kabinetində kimlərin ola biləcəyi, kimlərin gedəcəyi ilə bağlıdır.

Musavat. com ekspertlərin, eləcə də hökumətə yaxın mənbələrin bəzi ehtimalları əsasında yeni kabinetdə kimlərin gedə biləcəyi, kimlərin isə öz postunu saxlayacağı ilə ilgili bir siyahı tərtib edib. Onu diqqətinizə çatdırırıq.

Baş nazir: Artur Rəsi-zadə ilin sonuna kimi qala bilər. Onu isə gedəcəyi halda NK-da əvəzləyəcək iki müavinin şansı var: Əli Əhmədov və ya Eyyub Yaqubov. Gözlənilməz bir şəxsin də namizədliyinin irəli sürülməsi mümkündür (Baş nazirin namizədliyi parlamentdə təsdiqlənməlidir).

Baş nazirin digər müavinləri – Abid Şərifovıa, İsmət Abbasovun postlarını qorumaq şansları qalır. Elçin Əfəndiyevin isə gedəcəyi deyilir.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov yenidən postuna təsdiq edilə biləcəyi deyilir.

Xarici işlər naziri Elmar Məmmədyarov, müdafiə naziri Zakir Həsənovun, ədliyyə naziri Fikrət Məmmədovun, daxili işlər naziri Ramil Usubovun, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yeni kabinetdə yer alacağına ekspertlər şübhə etmir.

Müdafiə sənayesi naziri Yavər Camalov bu nazirliyi “sıfır”dan qurub və xidmətləri danılmazdır. Amma onun səhhətində problemlər olduğu deyilir. Bu səbəbdən ekspertlər “gedə biləcək” nazirlər arasında onu ön sıraya qoyur. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev görəvlərini davam etdirəcəklər.

Maliyyə naziri Samir Şərifovla bağlı bəzi iddialar var, amma onun potensialının tükənmədiyi söylənilir. Energetika naziri Pərviz Şahbazov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə vəzifələrində təzədirlər və onların hökumət kabinetində olacağına şübhə edən yoxdur. Eləcə də vergilər naziri Mikayıl Cabbarovun.

İqtisadiyyat naziri Şahin Mustafayevin də xüsusi narahatlığı olmadığı deyilir.

Kənd təsərrüfatı naziri Heydər Əsədov isə hökumətdən uzaqlaşdırıla bilər. Bu məsələdə Ziya Məmmədov faktorunun olduğu da istisna edilmir, amma iddialar var ki, iqtidar onun 5 ilik fəaliyyətindən razı deyil.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun da “yerinin möhkəm” olduğunu söyləmək mümkündür. Səhiyyə naziri Oqtay Şirəliyevin, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun, eləcə də gənclər və idman naziri Azad Rəhimovun NK yeni tərkibində olacağını da bizimlə rəylərini bölüşən ekspertlərdə şübhə doğurmur.

Təhsil nazirinin kim olacağı ilə bağlı iddialar və hətta ən ağlagəlməz versiyalar var. Ekspertlər bu məsələdə “baş sındırmağı” heç kimə məsləhət görmür. Çünki prezident İlham Əliyev 15 illik hakimiyyəti dönəmində işdən çıxardığı hansısa nazirin yerinə kimin təyin ediləcəyi məsələsində mediaya hər zaman “qalib gəlib”. Yəni onlarla ad çəkilsə də, prezident heç kimin ağlına gəlməyən şəxsi vəzifəyə təyin edib. Elə S.Əbiyevin yerinə Z.Həsənovun təyinatını yada salmaq kifayətdir…

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının yeni kabinetdə olacağı proqnozlaşdırılır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın ya əvəz ediləcəyi və ya komitəsinin birləşdiriləcəyi mümkündür.

Dövlət Gömrük Komitəsinin rəisi Aydın Əliyevin və Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun hökumətdə yerlərini qoruyacaqları proqnozlaşdırılır.

Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun taleyi ilə bağlı ekspertlər həvəsli danışmır. “Hər ikisinin haqqında mediada tənqidi materiallar var. Onların dəyişməsi NK tərkibində dəyişiklik hesab oluna bilməz” deyərək…

TİA.AZ
Rəqsanədən ağır sözlər: “Daşım düşüb başına”Bir müddət öncə müğənni Xatunla Rəqsanə arasında yaranan qalmaqal yenidən alovlanıb.

Belə ki, bir müddət əvvəl Xatun mətbuata açıqlamasında Rəqsanənin onun Moskva toylarında iştirakına mane olduğunu bildirib. Xatunun yenidən Rusiya toylarına getməsi məsələni bir daha gündəmə gətirib.

Avrasiya.net xəbər verir ki, Rəqsanə Yenicag.az-a açıqlamasında iddialara cavab verib:

"Deyirlər ki, Rəqsanə hansısa müğənninin Moskva toylarında çıxışına imkan vermir. Rəqsanə Moskva şəhərinin qala qapılarında dayanıb camaatı güdmür ki, kim gəlir, kim gedir, kim toy edir, kim eləmir, kim kimi sifariş edir… Kimsə hansısa müğənnini bəyənməyibsə, yaxud da onunla bağlı fikrini dəyişib, əvəzində məni sifariş edibsə, bu, yalnız həmin müştərinin istəyinə, zövqü ilə bağlıdır. Əgər buna görə hələ də hansısa ifaçıda mənə qarşı qısqanclıq qalıbsa, deməli, problem məndə yox, onların ürəyindədir. Buradakı ən əsas toyları mən aparıram deyə, çoxlarının başına daşım düşüb”.

Müğənni bunları kiminsə öz xeyrinə reklam kimi istifadə etdiyini deyib:

"Yox əgər məqsəd kin deyil, adımdan istifadə edərək özünü reklam etməkdirsə, "Mən də Moskva toylarına gedirəm” deyə, vasitəmlə gündəm olmaqdırsa, bu da həmin müğənninin ucuzluğundan xəbər verir. Çünki bunu yəqin bilirəm ki, insan reklam olunmaq üçün özündən əskik ilə yox, özündən artıq olanla adının hallanmağını istəyər. Bu mənada kimin üçünsə çörək ağaçıyamsa, mənim hesabıma Moskva toyunu artıracaqsa, buyursun. Əvəzində Allah da mənə yüz qat artığını yetirsin”.
Sarkisyanı Fransada təhqir edib, şəkillərini yandırdılar - VİDEOFransada yaşayan ermənilər Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz ediblər.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın Marseldəki konsulluğunun qarşısında toplaşan etirazçılar Sarkisyanı təhqir edərək onun şəkillərini ayaqlar altına atıblar.

Nümayişçilər daha sonra Sarkisyanın şəkillərini yandırıblar.
Rusiyalı ekspert: Azərbaycan “Polonez” raketləri ilə Ermənistanı dağıda bilərBu il ərzində Belarus “Polonez” reaktiv yaylım atəşi sistemlərinin ixracına dair ilk müqavilənin yerinə yetirilməsinə başlayacaq. Müqavilə çərçivəsində 10 “Polonez” kompleksinin ixracı nəzərdə tutulur, alıcı isə Azərbaycandır!

Bu sensasion məlumatı nüfuzlu “Kommersant” qəzeti yayıb. “Polonez” raket komplekslərinin ilk ixrac partiyasının bu il ərzində müştəriyə çatdırılacağı barədə “Kommersant”a Belarus Müdafiə Nazirliyinə yaxın qaynaq bildirib. Mənbə deyib ki, ilk ixrac müqaviləsinə əsasən sifarişçiyə 10 kompleks çatdırılacaq. Bura raketlər, nəqliyyat-doldurucu maşınlar, idarəetmə məntəqəsi, radiolokasiya stansiyası və s. daxildir.

Azərbaycanın “Polonez” raketlərini alması Ermənistanda ciddi təşviş yaradıb. News12.az-ın məlumatına görə Ermənistan mətbuatı raketlərin Qarabağ cəbhəsində güc balansına təsiri ilə bağlı Rusiyanın “Milli Müdafiə” nəşrinin baş redaktoru İqor Korotçenko fikirlərini öyrənib. Rusiyalı ekspert bildirib ki, bu gün Ermənistan və Azərbaycan arasında hərbi balans saxlanılır. Ancaq raketlərin alınması Azərbaycan ordusunun atəş qabiliyyətini xeyli artıra bilər.

News12.az
Bakıda şirkət sakinləri köçürmədən evləri sökdü, iki nəfər xəstəxanaya düşdüÖtən şənbə günü Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 59-dakı köhnə birmərtəbəli həyət evlərinin sakinləri buldozerlərin, uçurulan evlərin səs-küyünə yuxudan durublar. Bəlli olub ki, evləri onlar içində ola-ola, yəni sakinlər köçürülmədən uçurdulur. Bu qalmaqal zamanı sakinlərdən ikisinin vəziyyəti pisləşib, hadisə yerinə təcili yardım və polis əməkdaşları çağırıblar. Sakinlərə müvəqqəti olaraq qohumlarının evində məskunlaşmaları tövsiyə edilib.

Bu barədə virtualaz.org saytına sakinlər məlumat veriblər. Evləri uçurdan isə həmin ərazidəki köhnə evlərin yerində “Pilot layihə” çərçivəsində yeni çoxmərtəbəli yaşayış kompleksi tikməyə hazırlaşan “Grand Plaza” MMC adlı şirkətdir.

Sakinlərin sözlərinə görə, söküntü elə qəfil başlayıb ki, heç əşyalarını evdən çıxara bilməyiblər. Onların dediyinə görə, evlərini tərk edəndən sonra fəhlələr əşyalarını oğurlayırlar.

“Şirkətin əməkdaşları bizimlə olduqca aqressiv rəftar edirlər. Buna görə də qorxumuzdan səsimizi çıxara bilmirik. Sökülən evlərin yerində bina tikiləcəyi və həmin binadan bizə ev veriləcəyi bildirilsə də, rəsmi sənəd verilmədiyinə, müqavilə bağlanmadığına görə razı olmurduq”, -sakinlər söyləyiblər.

Hazırda şirkətin bir qrup əməkdaşı söküntü işlərinə nəzarət edir. Onlardan biri özünü təqdim etməsə də, tum çırtlaya-çırtlaya bir-iki kəlmə danışdı: “Mənzil istismar sahəsinin əməkdaşlarının iştirakı ilə əşyaları aktlaşdırmışıq. Pilot layihə çərçivəsində bina tikəcəyik. Gözəl layihə olacaq, dövlətin layihəsini həyata keçiririk”. Evlərin sakinlər çıxarılmadan sökülməsinə gəldikdə, şirkətin əməkdaşı bunu anlaşılmazlıq adlandırdı: “Bu buldozerin sürücüsünün səhvi olub, sürücü lal-kardır, deyilənləri eşitməyib”.

Şirkətin işçiləri sakinlərlə ətraflı danışmağımıza və söküntü ərazisinə yaxınlaşmağımıza əngəl yaratdılar, foto çəkməyə mane olmağa çalışdılar.

Qeyd edək ki, Grand Plaza MMC tikinti şirkəti Nəsimi rayonunda X.Ələsgərov, S.Rüstəm, Q.Quliyev və X.Şuşinski küçələrində də çoxmənzilli köhnə yaşayış binalarını söküb. Onların yerində yeni binaların tikintisini başladıb.
Ermənistanın yeni prezidentindən iki nazir təyinatıErmənistanda xarici işlər və müdafiə nazirləri vəzifələrinə təyinat olub.

"Report" xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyanın sərəncamı ilə Edvard Nalbandyan Ermənistanın xarici işlər naziri təyin edilib.

Ermənistan dövlət başçısının digər sərəncamı ilə Vigen Sarkisyan Ermənistanın müdafiə naziri təyin olunub.
Türkiyənin keçmiş müdafiə naziri bıçaqlanaraq öldürüldü Türkiyənin keçmiş müdafiə naziri Ercan Vuralhan İstanbulda boğazından yaralanaraq ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Bu barədə Türkiyə mətbuatı yazıb.

Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Keçmiş naziri aralarında borc məsələsi olduğu iddia edilən Yüksəl Qarababa adlı şəxsin bıçaqladığı bildirilir.

Qarababa artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb/Axat.az.