Millimizin futbolçusu diskotekada yaxalandı - VİDEOKiprin "Anortosis” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Araz Abdullayev diskotekada görüntülənib.

26 yaşlı yarımmüdafiəçi Kipr çempionatının XXXII turunda AEK ilə 1:1 hesablı heç-heçədən sonra əylənməyə yollanıb.

Onunla birlikdə komandanın daha 3 futbolçusu – Daniyel Pranyiç, Ruben Rayo və Qordon Şildenfeld olublar. Onların bu davranışı azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb.

Qeyd edək ki, 32 matçda 65 xal toplayan "Anortosis” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. (Sportnet.az)
Samux sakini laqundayla ayağını kəsdiSamux rayonunda 53 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Report xəbər verir ki,hadisə rayonun Sərkər kəndində baş verib.

Kənd sakini, 1965-ci il təvəllüdlü Azad Yahya oğlu Həsənov laqundayla ağac kəsən zaman ehtiyatsızlıqdan ayağına xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Azərbaycanlı aparıcı alt paltarsız efirə çıxdı - Geyimi onu pis vəziyyətdə qoydu - FOTO"Yarasa" gecə şousu ilə canlı yayımda tamaşaçıların qarşısına çıxan aparıcı Könül Yusif qızı iki gün öncəki "pünyar" geyimini kölgədə qoyacaq paltarda efirə çıxıb.

Milli.Az xəbər verir ki, Könülün kətandan olan dekolteli paltarı aparıcının büstqalter geyinmədiyini aşkara çıxarıb. Bunun fərqində olmadığı hiss olunan aparıcı, studiyada sərbəst hərəkətləri ilə diqqət çəkib.

Könülün sözügedən geyimini təqdim edirik:
Azərbaycanlı aparıcı alt paltarsız efirə çıxdı - Geyimi onu pis vəziyyətdə qoydu - FOTO
Azərbaycanlı aparıcı alt paltarsız efirə çıxdı - Geyimi onu pis vəziyyətdə qoydu - FOTO
Ana 7 yaşlı oğlunu hamamda boğdu - DƏHŞƏTAna 7 yaşlı oğlunu hamamda boğdu.

Hadisə Ukraynada baş verib. 28 yaşlı qadın oğlunu hamamda yuyunduran zaman anidən boğmağa başlayıb. Daha sonra isə cəsədi vannada qoyub və evdən çıxıb. Hadisə barədə polisə yanlış informasiya verən qadın, oğlunun çimən zaman yıxılaraq boğulduğunu deyib. Lakin bu gün qadın şübhəli qismində saxlanılıb.

Məlum olub ki, qadının ciddi psixoloji problemləri olub. O dəfələrlə uşağını öldürməyə cəhd edib, lakin son anda qonşuluqda yaşayan qadın baş verə biləcək bədbəxt hadisənin qarşısını alıb. Bu dəfə isə qadına mane olmaq mümkün olmayıb.

Polis cəsədin ekspertizaya göndərilməsini tələb edib. Ekspertizanın nəticələrinə görə isə uşağın boğaz nahiyyəsində və çiynində əziklər aşkarlanıb.

Ailəsi qadının xəstə olduğunu etiraf edib və uşağın onunla tək qalmasına icazə vermədiklərini deyib. Lakin təsadüfən evdə oğlu ilə tək qalan qadın onu öldürməyə müvəffəq olub.

Faktla bağlı cinayət işi açılıb.

7news.Az
Afaq Asaln: "Mənə intim təkliflər edənlər də var"“Mənim sponsorum sevgilimdir”.

Bunu tanınmış müğənni Afaq Asaln bildirib. O qeyd edib ki, sevdiyi şəxs onun arzularının kralıdır və aralarında inanılmaz sevgi var:

“Çoxlu sevgi etirafları eşidirəm, evlilik təklifləri alıram. Amma onları başa sala bilmirəm ki, həyatımda sevdiyim insan var və onu heç kimə dəyişmərəm. Məni bir xanım kimi yox, sənətçi kimi sevmələrini daha çox istərdim”.

Afaq Asaln əlavə edib ki, ona çoxlu intim təkliflər edənlər də var:

“Bunun arzusu ilə yaşayanlar çoxdur. Amma mən onlar üçün çox əlçatmazam”.

A24.az
Yerevanda müxalifət polislə toqquşdu: 46 nəfər yaralandıErmənistanın paytaxtı Yerevan şəhərində keçirilən aksiyada polislə qarşıdurma nəticəsində xəsarət alanların sayı 46 nəfərə çatıb.

RİA “Novosti” xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

"Tibb müəssisələrinə 46 nəfər, həmçinin 6 polis əməkdaşı müraciət edib. Onların bir qismi tibbi yardım göstərildikdən sonra evə buraxılıb", - Nazirliyin məlumatında deyilir.
Azyaşlı qızı zorlayan yeniyetmə ona məsləhət verən psixoloqa da təcavüz etdi6 yaşlı qızı zorlayan yeniyetmə 50 il müddətinə azadlıqdan məhrum edilib.

Avrasiya.net Milli.Az-a istinadən xəbər verir ki, Tennesse ştatında yaşayan 16 yaşlı Noah Freeman 6 yaşlı qızı ağaca bağlayıb, sonra da ona qarşı seksual xarakterli hərəkətlər edib.

O, bu əməlinə görə 2013-cü ildə həbs olunub. Lakin bir neçə il sonra o, psixoloji yardım üçün qadın psixoloqun yanına göndərilib.

Psixoloqla söhbət zamanı oğlan onu boğub, yumruqlayıb və təcavüz etmək istəyib.

Qadının səsini eşidənlər ona kömək ediblər.

Noah Freeman isə həbsxanaya göndərilib və cəza müddəti 50 ilədək artırılıb.
Bakıda yol polisi postunda ağır qəza - Ölən var+ FotoBu gün günorta saatlarında Bakıda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qaradağ postunda baş verib.

Belə ki, "KamAZ” markalı yük avtomobili ilə "Vaz 2107” markalı avtomobil toqquşub. Qəza nəticəsində "Vaz 2107” markalı avtomobilin sürücüsü 1984-ci il təvəllüdlü Mənsur Aydın oğlu Qasımov dünyasını dəyişib.

Hadisə yerinə dərhal YPX və FHN əməkdaşları cəlb olunub. Ölən şəxsin meyiti Xüsusi Riskli Xilasetmə Xidməti tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.
Yunanlar türk adalarına BAYRAQ SANCDI: - DƏHŞƏTLİ MÜHARİBƏEgey dənizində bir qrup yunanın qayalıqlara Yunan bayrağını sancması Ankara-Afina xəttində gərginliyi artırıb.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bundan xəbər tutan SAT komandoları yunan bayraqlarını qaldıraraq oradan ayrılıblar.

Hadisəyə şərh verən Baş nazir Binali Yıldırım Yunanıstana lazımi cavab verməyə hazır olduqlarını bildirib.

Yunanıstana növbəti xəbərdarlıq türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğludan gəlib. Afinaya sərt xəbərdarlıq edən nazir “əsgərlərimizin əlindən bir qəza çıxa bilər” deyib.

“Yunanıstan bizim qonşumuzdur. Yunanıstanla əlaqələrimizi inkişaf etdirmək üçün birlikdə addımlar da atdıq. Prezidentimizin 65 illik fasilədən sonra Afinaya etdiyi səfər də xüsusi əhəmiyyət daşıyırdı. Faydalı da oldu. Ən son yunan təyyarəsi qəzaya uğradığı zaman baş nazirimiz Aleksis Çiprasa zəng etdi və baş sağlığı verdi. İki qonşuyuq yaxşı və pis gündə bir yerdə olmaq lazımdır. Problemli mövzularımız da var, fikir ayrılıqlarının öhdəsindən gəlmək lazımdır. Kimin olduğu müəyyən olunmayan adacıqlar və qayalıqlar var. Lazım olan şey gərginlik yaradacaq addımlardan qaçmaqdır”, - Mövlud Çavuşoğlu bildirib.

Yunanıstan Müdafiə Nazirliyi isə fotoşəkillərin nə zaman və harada çəkildiyinin bəlli olmadığını və araşdırmanın aparıldığını açıqlayıb.

Xatırladaq ki, tarixə Kardak böhranı kimi düşən hadisə 1996-cı yanvar ayında baş verib. “Figen Akat” adlı türk gəmisi 1995-ci il dekabrın 25-də Egey dənizində Kardak qayalıqlarındakı quru əraziyə çıxıb. Bu hadisədən sonra Yunanıstan dəniz qəzasının ona məxsus su sərhədlərində baş verdiyini iddia edib. Türkiyə isə həmin ərazinin özünə məxsus olduğunu bildirib.

Yunanıstan ordusu bir müddət sonra şərqdəki kiçik adaya əsgər göndərərək bayraq sancıb. Türkiyənin keçmiş baş naziri Tansu Çillər “O bayraq enəcək, o əsgər gedəcək” deyərək ölkə ordusunun müharibəyə hazır olduğunu bildirib və yanvarın 30-da adaya əsgər göndərilməsini istəyib. Türk SAT və SAS komandaları Şərqi Kardağı mühasirəyə alan yunan donanmasının arasından keçərək yaxınlıqdakı ikinci adaya (Qərbi Kardak) gecə əməliyyatı keçirməklə türk bayrağını sancıb. Daha sonra ABŞ və NATO-nun işə müdaxiləsi ilə gərginlik azaldılıb və böhrandan əvvəlki vəziyyət bərpa edilib.

2013-cü ilin yanvar ayında Yunanıstanın “Qızıl Şəfəq” Partiyasından olan millət vəkili İlias Panayotaros parlamentdə çıxışı zamanı hökumətdən Kardakda yunan bayrağını yüksəltməyi tələb edib. Millət vəkili bildirib ki, əks halda bunu özləri edəcəklər. Partiyanın lideri Nikolas Mixaliolakos isə türk komandoların qayalara çıxaraq türk bayrağı sancdığı 30 yanvar tarixini Yunanıstan üçün “utanc gecəsi” adlandırıb.

Kardak qayalıqları ətrafında vəziyyət ötən ilin əvvəlində də gərginləşib. Yunanıstan müdafiə naziri Panos Kammenos bəzi hərbi səlahiyyətlilərlə 21 il əvvəl ölən 3 yunan əsgərinin xatirəsinə Kardak qayalıqlarına vertolyotdan çələng atıb.

Eyni saatlarda Türkiyə Hərbi Hava Qüvvələrinə aid F-16 qırıcıları Kardak qayalıqları üzərində uçub.

Türk qırıcıları qayalıqlar üzərində alçaq uçuşlar etdikdən sonra Yunanıstan müdafiə nazirinin müavini George Papadakisin təlimatı ilə yunan xüsusi təyinatlı birliyindəki paraşütçülər təyyarədən tullanaraq güc nümayişi edib. Paraşütçülər Kardak qayalıqlarından təxminən iki mil uzaqlıqdakı Psemiros ilə İstanköy adaları arasındakı bölgədə tullanıb.
Millət vəkilinin dəhşətli ailə dramı: öləndən sonra da…Dünən Feysbukda mərhum millət vəkili Astan Şahverdiyevin vəfat xəbəri ilə bağlı bir status paylaşdım. Üzüntümü ifadə etməyə çalışdım. Deputat haqqında bildiklərimi, eşitdiklərimi yazdım. Azərbaycan ictimaiyyətinin onu yanlış tərəfdən tanıdığını izah etmək istədim. Ki, Astan müəllim əslində bu xalqa, onun dəyərlərinə nifrət edən, xalqa yuxarıdan aşağı baxan bir insan deyildi. Xalq adamıydı, sadə, hətta sadəlövh adamıydı. O qədər sadəlövh ki, auditoriya qarşısında deməli olduğunu deyil, deməməli olduğunu dilə gətirdi və həm də siyasət meydanı sayılan parlamentdə nə qədər piyada olduğunu ortaya qoydu.

O məlum çıxışdan sonra klassik və onlayn media da daxil, sosial şəbəkələr xüsusi qəddarlıqla deputatın haqsız olduğunu özünə sübut etdilər. Üzr istətdilər. O da həqiqətən peşman olduğunu etiraf etdi, çünki dilə gətirdiyi o məlum ifadələr onu ifadə eləmirdi...

Astan müəllim yaxşı ziyalı, elmdə uğurları olan alim, şəxsi həyatında isə bədbəxt bir adam idi: oğlu gənc yaşında faciəvi şəkildə dünyasını dəyişib, qızının ailəsi dağılıb, yoldaşı onkoloji xəstədir, Allah uzaq eləsin, bəlkə o qadının da ömründən sayılı günlər qalıb...

Əslində, o paylaşımım insanlara Astan müəllimin hələ torpağa qoyulmayan nəşindən yenicə ayrılmış ruhunu narahat etməmək üçün bir çağırış idi. Amma…

O statusa hansı şərhlər yazıldı, ölünün ünvanına nələr deyildi, normal əxlaq və mənəviyyatdan, mental dəyərlərdən, dini inanclardan uzaq hansı sözlər işlədildi, təkrar etmək deyil, xatırlamaq belə istəmirəm.

Məni narahat edən bilirsiz nədir? Adamın işlətdiyi məlum ifadəni qeyri-etik, qeyri-saglam təfəkkür məhsulu sayıb da özləri söyüş söyənlər... Bu ölkədə nə zamandan söyüş söymək, təhqir etmək, insanları aşağılamaq, dəyərləri baltalamaq "dəyər"ə çevrildi?

Astan müəllim səhv eləmişdi, cavabını da artıqlamasıyla almışdı. Bir insana səhvini etiraf etdirmək və üzr istətdirmək - toplum üçün böyük nailiyyətdir. Sevindirici nəticədir. Demək ki, bu ölkədə İctimai Rəy böyük bir Gücdür, Avtoritetdir, Nüfuzdur. Hətta Milli Məclisin deputatı da onunla hesablaşır, ona məğlub olur, ağ bayraq qaldırır, bağışlanmaq, əfv olunmaq üçün təvəqqe edir...

Amma bəziləri neylədi? O Gücü, o Enerjini darmadağın etdi. Göstərdi ki, İctimai Rəyi vecinizə də almayın, nə edirsiz, əcəb edirsiz, biz söyülməyə, təhqir edilməyə, aşağılanmağa layiqik. Çünki özümüz də söyüş söyənik, təhqir edənik, aşağıdan da aşağıdayıq. Söyün və heç əziyyət çəkib üzr də istəməyin.

Çox təəssüflər olsun ki, günün reallığı, gündən görünən budur. Böyüklük göstərməyən, bağışlamağı bacarmayan toplum uzaq hədəflərə yön ala bilməz. İnamsız, ideyasız, işıqsız, bivec cəmiyyət dəyərləri uğrunda mövqe ortaya qoya bilməz!

Müşahidə edirəm, həqiqətən üzülürəm - Astan müəllimin tərcümeyi-halını oxuyub təəccüblə sual yağdıranlara...

Bəli, deputat Astan Şahverdiyevin zəngin tərcümeyi-halı var. Dediyim kimi, yaxşı alim olub. Böyük elmi araşdırmaların, ixtiraların müəllifidir. Professordur. Elmi titulları həddən ziyadədir. Amma bu, o demək deyil ki, siyasətdə də “nömrə 1” olmalıydı. Olmaya da bilər. Onlarla belə nümunələr var, həm dünyada, həm ölkəmizdə. "Siyasətçi deyildisə, parlamentdə nə işi vardı" deyənlər, parlament, adından da göründüyü kimi, "danışmaq yeri"di, siyasət meydanıdı, amma həm də orada siyasətdən uzaq olanlar, məsələn, iqtisadçılar, idmançılar, müğənnilər, alimlər də təmsil oluna bilər. Çünki qanunda "siyasətçi olmayanın parlamentdə yeri yoxdu" deyə müddəa yoxdur.

Elm və Təhsil Komitəsində əminəm ki, Astan müəllim lazımlı, təcrübəli, hətta əvəzsiz üzv idi...

Həm də üstündən xeyli zaman keçmişdi qəbul etmədiyimiz sözün. Söz yiyəsi o sözü çoxdan geri götürmüşdü. Onun ölümü niyə məhz o sözü yada salmalı idi?

Axtarış verin, haqqında çıxanları oxuyun: açıqlamaları var, Qarabağla, ölkənin taleyüklü məsələləri ilə bağlı hamımızın düşündüyü, narahat olduğu məsələlərə bir xalq adamı, ziyalı kimi yanaşmaları var… Bir seçicisinin ondan narazı olduğu haqda xəbər çıxmadı qarşıma; bir seçicisinin, doğmasının malını-mülkünü əlindən aldığını görmədik; deputat səlahiyyətindən istifadə edib, imarətləri, villaları yanaşı qoyduğu haqda da heç nə yoxdur…

Astan Şahverdiyevin üzünə, geyiminə, həyat tərzinə baxın: axı, bu adam doğrudan da bizim birimizdir, nəinki özü, hətta xanımına da istənilən vaxt zəng edib, danışdırmaq, söz almaq, söz demək imkanınız olandır.

Görünür, cəmiyyət “əl çatanını” söyməyə, döyməyə, onun bütün elədiklərini bir anda unutmağa, bir sözündən yapışıb, qiyamətə qədər deyinməyə meyillidir. Bəlkə, elə ona görə içimizdən çıxanlar az keçmədən əlçatmaz olur?

Bir düşünün: bəlkə, onları biz məcbur edirik, biz təhrik edirik ki, rahat olmaları üçün bizimkimilərdən uzaqlaşsınlar?

Biz bu cəmiyyəti hara daşımaq istəyirik, nəyə nail olmağı hədəfləmişik?

Nifrət edə-edə Yol gedilməz, söyə-söyə Ömür yaşanmaz!

Yolunuzu düzgün seçin, Ömrünüzü cəhənnəmə döndərməyin…

Aynur Camalqızı