"Qarabağ" klubu 15.7 milyon avro qazanıbBu mövsüm Çempionlar Liqasında ən çox gəlir əldə edən klublar məlum olub.

"Report"un İspaniyanın AS nəşrinə istinadən verdiyi məlumata görə, "Qarabağ" klubu cari mövsümdə 15.7 milyon avro qazanıb və bu nəticə ilə 25-ci pillədə qərarlaşıb.

Siyahıya 33,59 milyon avro ilə İngiltərənin "Liverpul" klubu başçılıq edir. Bu ölkənin digər təmsilçisi "Mançester Siti" Almaniyanın "Bavariya" klubu ilə birgə 33.36 milyon avro gəlirlə 2-3-cü yerləri bölüşürlər.

Qeyd edək ki, "Qarabağ" bu siyahıda Almaniyanın "Borussiya" (Dortmund), Fransanın "Monako", Portuqaliyanın "Benfika" və Hollandiyanın "Feyenord" klublarını geridə qoyub.
"Bu gün məndən sürpriz görəcəksiniz" - İntihar edən gəncdən mesajSumqayıt şəhərində meyiti tapılan 21 yaşlı gəncin intihar etdiyi məlum olub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bir neçə gün bundan öncə Sumqayıt şəhər sakini, 1997-ci il təvəllüdlü Nahid adlı gəncin meyiti yaşadığı mənzildə aşkar edilib.

Hadisə yerinə gələn hüquq mühafizə orqanlarının əməkdaşları gəncin intihar etdiyini müəyyənləşdiriblər.

Mərhumun dostlarının dediyinə görə, Nahidin külli miqdarda borcu olub. O, intihar etdiyi gün telefonla dostlarına "bu gün məndən sürpriz görəcəksiniz" mesajını göndərib.

Faktla bağlı araşdırma aparılır.
İranda ögey ata edam edildi - Səbəb: 3 yaşlı uşağı döyərək öldürübİranın Gilan vilayətində azyaşlını döyərək öldürən atalığı bu gün məhkəmənin qərarı ilə edam edilib.

Trend xəbər verir ki, ötən ilin oktyabrında ögey ata 3 yaşında uşağı döyərək öldürüb. Azyaşlının bədənində siqaretlə yandırma izləri də aşkar edilib. Hadisəni törədən şəxs məhkəmədə ifadəsində uşağı öldürmək istəmədiyini, sadəcə qorxutmaq niyyətində olduğunu deyib.

Qeyd edək ki, hadisə baş verərkən azyaşlının anası işdə olub.
45 yaşlı kişi özünü doğradı - SumqayıtdaSumqayıt şəhərində 45 yaşlı kişi intihara cəhd edib.

Avrasiya.net “Report”a istinadən xəbər verir ki, hadisə Sumqayıtın dəmir yolu stansiyası ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1973-cü il təvəllüdlü Taleh Zeynal oğlu Əliyev bədəninin müxtəlif nahiyələrinə kəsici alətlə ağır xəsarətlər yetirməklə intihara cəhd edib. Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Yəhudilər Allahın seçilmiş xalqıdır? - İsrailliləri başqa millətlərdən FƏRQLƏNDİRƏN 5 CƏHƏTXəritədə elə bir ölkə tapmaq mümkün deyil ki, yəhudi millətinin nümayəndələri orada məskən salmasın. Bütün ölkələrdə bu millətin nümayəndələrinə yerli sakinlər ehtiyatla və antipatiyayla yanaşırlar.

Bəs yəhudiləri başqa millətlərdən fərqləndirən cəhətlər hansılardır?

Publika.az xəbər verir ki, bu sırada siyasi, dini, iqtisadi və mənəvi amilləri sadalamaq olar.

Siyasət


İsrail dünyada ən mübahisəli ölkələrdən biridir, demək olar ki, təsadüfən və ingilislərin iradəsi ilə yaradılıb. Hazırda İsrailin baş naziri postunu konservativ-millətçi Likud partiyasının sədri Benyamin Netanyahu tutur. Bu partiyanın proqramı suveren dövlət kimi Fələstin Dövlətinin yaradılmasını tamamilə rədd edir.

Zaman keçdikcə, ilk növbədə ABŞ administrasiyasının təzyiqləri nəticəsində Netanyahu öz radikal mövqeyini bir qədər yumşaldıb, görünür, bu, həm də daxili və xarici tənqidlərlə bağlıdır. Amma İsrailin İrana qarşı münasibəti yəhudilərin xeyrinə olmayıb. Belə siyasətin nəticəsində çox adam israilliləri pisləyir.

Dövlətin təcavüzkar siyasəti digər ölkələrin nümayəndələrinin xoşuna gələ bilməz. Buna görə də yəhudilər avtomatik olaraq qəddar və inadkar millət kimi qəbul edilir. Əlbəttə, bu fikir düzgün deyil, axı siyasət və insanlar fərqli anlayışlardır.

Cəfakeş obrazı

Tarix yəhudilərlə bəzən amansızcasına rəftar edib. Bu, xüsusilə İkinci Dünya Müharibəsi dövrünə aiddir, yəhudi milləti bir çox ölkələrdə təqiblərə və qırğına məruz qalıb. Şübhəsiz ki, bu, tarixin rüsvayçı səhifəsidir.

Onu da qeyd etmək lazımdır ki, müharibədə nəinki yəhudilər, eləcə də polyaklar, ukraynalılar, belaruslar, çoxlu rus, italyan, alman və azərbaycanlılar da həlak olub. Amma "cəfakeşi" tərzindən yalnız yəhudilər fəal istifadə edirlər. Nəticə etibarı ilə bu da başqa millətlər arasında ədavət doğurur.

Tanrının seçilmiş xalqı olmaları haqqında əfsanə

İndi isə keçək dini mövzulara... Yəhudilər özlərini Allahın seçilmiş xalqı hesab edir. Fəlsəfə və ilahiyyat dərinliklərində batmamaq üçün bu ideyanın haradan yarandığı haqqında ətraflı danışmalı olmayacağıq. Yalnız onu deyə bilərik ki, onların Allahın seçilmiş xalqı olması barədə nəzəriyyəsi bütün yəhudi dini cərəyanlarında mövcuddur.

Bu və ya digər dini nəzəriyyələri qınamaq haqqımız yoxdur. Amma yəhudilərin müstəsna xalq olması barədə fikirləri digər ölkələrdə və millətlərdə onlara qarşı tamamilə məntiqli dözümsüzlük yaradır.

Xüsusiləşdirilmiş həyat tərzi

Yəhudilər həmişə xüsusi icmalar şəklində yaşayır və "gəlmələri" öz ünsiyyət dairəsinə həvəssiz buraxırlar, ya da buraxmırlar. Bir qayda olaraq, onlar öz aralarında çox mehribandır və çətin anlarda bir-birinə həmişə kömək edirlər. Bu millətin məxfiliyini qoruması və müəmmalı olması ruhunun genişliyi ilə fərqlənən xalqlarda antipatiya və təəccüb hissi yaradır.

Maliyyə uğuru

Planetin ən zəngin və uğurlu insanlarının siyahısını təhlil etsək, görərik ki, onların çoxu yəhudidir. Yəhudilər həqiqətən də maddi baxımdan ən uğurlu millətlərdən biridir. Yəhudilər çox qənaətcil, hətta simic olması ilə seçilir. Bundan başqa, onlarda yaxşı inkişaf etmiş kommersiya istedadı var, hər şeydən necə qazanc əldə etməli olduğunu bilirlər və qazanmaq şansını heç vaxt əldən buraxmırlar. Yəqin ki, onların varlı olmasının səbəbi də elə budur.

Digər millətlərdə isə ailə, dostluq, səmimiyyət və digər qeyri-maddi şeylər daha öndə gəlir. Odur ki, başqa millətlərin nümayəndələri yəhudilərin dünyagörüşünü qəbul etmir. Nə gizlədək, buraya həm də günah və sadə insan paxıllığı əlavə olunur.

Yeri gəlmişkən, yəhudilərin dünyanın idarəedici qüvvəsi olması, Rotşild klanının mütləq gücü və digər uydurmalar haqqında geniş yayılmış nəzəriyyələr var. Belə iddialar yəhudilərə qarşı nifrət hissi yaradır. Bu nəzəriyyənin nə dərəcədə doğru olması mübahisəli məsələdir. Onu da inkar etmək olmaz ki, dünyada baş verən proseslərə təsir edən və böyük gücə malik olan yəhudi milyonçu və milyarderlər az deyil.

Səliqə-sahmanın olmaması


Yəhudilərin dünyanın səliqəsiz milləti olduğuna dair fikirlər də yayılıb. Bu, həqiqətənmi belədir?

Evində səliqəsizlik hökm sürdüyü bir çox yəhudi ailəsini tapa bilərik. Digər tərəfdən, istənilən millətdə pinti insanlara rast gəlmək olar. Ümumiyyətlə, yəhudi ailələri təmizlik qaydalarına ciddi riayət edir. Odur ki, bu əfsanə əsassız və mübahisəli hesab olunur.

Nəticə

Bütün sadalanan səbəbləri təhlil edib “Yəhudilər başqa millətlərdən nə ilə fərqlənir?” suallarına cavab tapa bilərsiniz. Yadda saxlayın ki, digər xalqların yürütdüyü siyasət və din antipatiya səbəb olan amil ola bilməz. Başlıcası ilə pis millətlər olmur. Hər bir ölkədə ədalətli və vicdanlı, bir də cəmiyyətdə baş verənlərə biganə yaşayan insanlar var.
Qəflətən məni vurdu – General oğlunun məhkəməsiBakıda xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucov, Pərviz Abbasov və Kənan Vəliyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Sənan Səmədov ifadə verib.

O, hadisə haqda danışarkan bildirib ki, "Əcəmi darəsində" təqsirləndirilən Rüstəm Orucovla mübahisəsi siqnal vermək üstə olub:

"O normal şəkildə yanıma gəldi. Niyə siqnal verdiyimi soruşdu. Ona yol nişanını göstərdim. Mənə nalayiq söz işlətdi. Dedim ki, "maşında ana-bacı var". Nömrəmi istədi, vermədim, maşını arxamca sürüdü. Sonuncu dayanacağa çatanda dispetçer Əsgər Qasımova bu barədə bildirdim. Rüstəm mənə tək yaxınlaşdı. Əsgər müəllimə "ağsaqqal bir kəlmə söz deyirəm" deyib, məni qırağa çəkdi. O, qəflətən məni yumruqla vurdu. Yerə yıxılıb özümüdən getdim".

Qeyd edək ki, Binəqədi rayon Məhkəməsinin hökmü ilə Rüstəm Orucov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Pərviz Abbasov və Kənan Vəliyevin hər birinə 1 il 6 ay cəza kəsilib. Onlar məhkəmə zalında həbs ediliblər.

İttihama görə, bu il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMV markalı avtomobillə yol hərəkəti qaydalarını pozub.

Rüstəm Orucov ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaqda təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Hadisənin digər iştirakçıları Kənan Vəliyev və Pərviz Abbasovun barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Müəyyən edilib ki, Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib və hadisə yerindən qaçdığına görə hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub. O, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib.

Rüstəm Orucov Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham edilib.

Qeyd edək ki, Rüstəm Orucov Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən işləmiş general-mayor Novruzəli Orucovun oğludur.

Novruzəli Orucov bu hadisədən sonra tutduğu vəzifədən azad edilib.
"Bir övladım mənə 75 minə başa gəldi" - Kərim illər sonra etiraf etdiMüğənni Kərim Abbasov övladı olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sənətçi "5/5" verilişində bildirib ki, oğlu kimi təqdim etdiyi Səid onun doğma övladı deyilmiş:

"İnsan ailə qurur övlad üçün. Allah mənə gec övlad verdi. Mən də meylimi saldım qaynımın oğluna. Övladım yox idi, Səidə oğlum dedim. O da məni çox istəyirdi. Mən də ona balam kimi baxırdım. Uşaq yenə də ata-anasının yanında idi. Səid yenə də mənim birinci balamdır.

İndi də 7 ildən sonra övladım dünyaya gəldi. Bəziləri ünvanıma sonsuz dedilər, xəstədi övladı olmayacaq söylədilər. Özlərini Allahla bir tərəzidə tutdular. Allah istəyəndə verir, istəməyəndə vermir.

7 ildir nə zülm çəkdim. Bir övladım mənə 75 minə başa gəldi. 7 il sonra qismətim oldu. Efirə baxıb, haqqımda deyilən sözlərə göz yaşı tökürdüm. Sındırırdılar məni. Bu uşaq da haqqımda o sözləri deyənlərə göz dağı olsun”.

Qeyd edək ki, Kərimin 2016-cı ildə oğlu dünyaya gəlib və sənətçi ona Yusif adını qoyub.

Axşam.az
Keçmiş Kainat Gözəli: “Tramp mənə yatmaq təklif etdi” — FOTO1996-cı ildə “Miss Universe” seçilən venesuelalı Alisia Maçado televiziya verilişində Trampla bağlı açıqlamalar verib.
“Ölkə.Az” xəbər verir ki, Alisia dünya gözəli seçildikdən sonra Trampdan bir neçə dəfə cinsi münasibət qurmaq barədə təklif aldığını deyib.

41 yaşlı gözəl israrlara rəğmən, Trampa yox dediyini və heç bir vaxt əlaqə saxlamadığını qeyd edib. 1990-cı ildə isə “Miss Universe” müsabiqəsini Donald Tramp təşkil etmişdi.
Maçao qeyd edib ki, ABŞ prezidenti o illərdə onu “Miss Housekeeping” (xidmətçi xanım) və “Miss Piggy” (Donuz xanım) ləqəbi ilə çağırıb.

Dünya gözəli kökəldiyi üçün Trampın ona verdiyi ləqəbləri ABŞ-da keçirilən prezident seçkilərindən əvvəl gündəmə gətirmişdi. Tramp isə Tvitter səhifəsində Kainat Gözəlini “iyrənc” adlandırmışdı.