Paşinyan xalqa müraciət etdi: “Sabah baş nazir olacağam”Ermənistan müxalifətinin lideri Nikol Paşinyan bugünkü mitinqdə öz namizədliyi haqda danışarkən bidlrib ki, parlamentin 4 fraksiyasından 3-ü onu dəstəkləyir: “Başqa namizəd yoxdur. 3 fraksiya xalqın namizədini dəstəkləyəcəyini bəyan edib. Respublika Partiyası bildirib ki, müdaxilə etməyəcək. Böyük ehtimalla, sizin namizədiniz sabah baş nazir olacaq”.

“İndiyə qədər bizə elə gəlirdi ki, bu, siyasi prosesin ən vacib hadisəsi olacaq. Ancaq həqiqətdə, bu gün artıq təsdiq etmək olar ki, ən vacib hadisə bir neçə gün əvvəl baş verdi. O vaxt ki, biz və bütün dünya gördü: Ermənistan Respublikasında xalq var və o, ayağa qalxdı", - deyə Paşinyan əlavə edib.
BAXCP-də yeni təyinatlarBütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev İcra Aparatının formalaşdırılması ilə bağlı yeni sərəncamlar imzalayıb.
BAXCP sədrinin sərəncamlarına əsasən, Elçin Mirzəbəyli ictimai-siyasi əlaqələr, Niyaməddin Orduxanlı təşkilati işlər, Bünyamin Qəmbərli isə dünya azərbaycanlıları və türk dünyası ilə əlaqələr üzrə katib (müavin) vəzifəsinə təyin olunublar.
Yeni komitə sədri Baş nazirin baldızı oğlunu da işdən çıxardı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ("Qaçqınkom") sədrinin köməkçisi Əkbər Əkbərov və qurumun Mənzil istismar departametinin direktoru Akif Mirzəyev vəzifəsindən azad edilib.

Avrasiya.net "Report”a istinadən xəbər verir ki, hər iki şəxslə bağlı komitə sədri Rövşən Rzayev müvafiq əmr imzalayıb.

Onların yerinə hələ ki təyinat olmayıb.

Ə.Əkbərov komitənin sabiq sədri, baş nazirin müavini Əli Həsənovun baldızının oğludur. A.Mirzəyev də keçmiş sədrin qohumudur.

Xatırladaq ki, bundan əvvəl Komitənin Repatriasiya departamentinin direktoru Elman Behbud oğlu İsmayılov vəzifəsindən azad olunub.

Qeyd edək ki, prezident seçkilərindən sonra hökumətin formalaşdırılması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Rövşən Şükür oğlu Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.
Vergi işçisi müdirin qəbuluna girə bilmədiyi üçün özünü bıçaqladı – BAKIDABu gün günorta saatlarında Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 2 əməkdaşı arasında insident yaşanıb.
Hadisə mübahisə zəmnində baş verib.

Bakı şəhəri Lokal Gəlirlər Departamentinin İstehsal İdarəsinin əməkdaşları – Ramiz və Kamran adlı vergi işçiləri mübahisə edərək, bir-birini ağır söyüşlərlə təhqir ediblər.

Daha sonra Ramiz adlı vergi əməkdaşı Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru Fərid Cəbrayılovun qəbuluna getməyə çalışsa da, ancaq mühafizəçilər tərəfindən içəri buraxılmayıb.

Bundan sonra Ramiz adlı vergi işçisi iki yerdən qarın nahiyyəsinə bıçaq zərbəsi endirərək, intihara cəhd edib.

O, dərhal Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Hadisədən sonra prokurorluq əməkdaşları da departamentə gələrək araşdırma aparıblar, Departamentin İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktoru Elmar Əsədov isə prokurorluğa çağırılıb.

Hadisə ilə bağlı əlavə məlumatlar əldə edən kimi oxucularla bölüşəcəyik.

olke.az
Samuxda ər arvadını döyərək öldürdüSamuxda qətl hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Kolayır kəndində baş verib.

Orada yaşayan 1981-ci il təvəllüdlü Ağamir Səmədov ailə münaqişəsi zəminində yaşadığı evin həyətində həyat yoldaşı, 1983-cü il təvəllüdlü Ləman Səmədovanı döyüb. Bədən xəsarətləri alan qadın orada ölüb.

Cinayəti törədən şəxs saxlanılıb. Məlumata görə, ailənin böyüyünün 9 yaşı olan övladı var.

A. Səmədov bundan əvvəl məhkumluq həyatı yaşayıb.
Azərbaycanlı ana öz uşaqlarını boğaraq öldürüb, sonra yandırdı – VİDEO, FOTORusiyanın Nijni-Novqorod şəhərində dəhşətli hadisə baş verib. Ana öz uşaqlarını xüsusi amansızlıqla öldürüb.

Oxu.Az NTV telekanalına istinadla xəbər verir ki, 27 yaşlı Yelena Kərimova kirayə götürdüyü avtomobildə dörd yaşlı qızı Xədicəni və iki yaşlı oğlu Süleymanı boğub.

Daha sonra o, uşaqların cəsədini şəhərdən kənara çıxararaq, yandırıb.

Azyaşlıların cəsədlərini köhnə tərəvəz bazasında aşkar ediblər. Qadının tapılması və tutulmasına baş vermiş hadisənin dolayı şahidi olan yerli sakin kömək edib.

Uşaqların qalıqlarından onların cinsini müəyyən etmək mümkün olmayıb.

Araşdırmalar zamanı hadisədən əvvəl 27 yaşlı qadının yaxınlıqdakı yanacaqdoldurma məntəqəsindən benzil aldığı müəyyənləşib. O, benzini aldıqdan sonra Semenovsk rayonundakı meşəyə gedib.

Ancaq mühafizəçilərin onu tuta biləcəyindən qorxan qadın oradan uzaqlaşıb və uzun müddətdir istifadə edilməyən tərəvəz bazasına gəlib.

Saxlanılandan sonra Nijne-Novqorod sakini olan qadın olanları etiraf edib və bildirib ki, o, boşandıqdan sonra uşaqları böyütməkdən bezdiyi üçün azyaşlıları öldürmək qərarına gəlib.

İstintaq müəyyən edib ki, qadının maliyyə cəhətdən heç bir problemi olmayıb. O, hər ay avtomobil kirayəsi üçün 40 min rubl xərcləyib və bir müddət əvvəl xaricdəki kurortlardan birinə bilet də alıb.

Sosial şəbəkədə isə Kərimovanın heç bir qəribə paylaşımı olmayıb. O, uşaqların fotolarını paylaşaraq, onları sevdiyini bildirib.

“O mənim ürəyimdir, əziz insanımdır. Mənim sevimli qızım. Ona görə mən həmişə ayaqdayam. Mən ona görə yaşayıram. O mənim nəfəsimdir, ağıllı qızımdır”, – Kərimova aprelin 21-də paylaşıb.

Amansız cinayətlə əlaqədar “Azyaşlıların qətli” ittihamı ilə cinayət işi başlanılıb. Qadını ömürlük həbs cəzası gözləyir.


Aparat rəhbəri, şöbə müdirləri dəyişdi - Yeni komitə sədrindən təyinatlarAzərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev tərəfindən Komitədə bir neçə kadr dəyişikliyi barədə qərar qəbul edilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparatının rəhbəri vəzifəsinə Anar Quliyev təyin olunub.

Bu təyinata qədər Anar Quliyev Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin aparatının rəhbəri vəzifəsində çalışıb.

Son müddət ərzində Komitənin aparatının rəhbəri vəzifəsində çalışmış Ağamirzə Canmirzəyev isə tutduğu vəzifədən azad olunub. O, komitədə daha öncə çalışdığı və hazırda vakant olan Texniki normalar və lisenziyaların verilməsi üçün təqdim olunmuş sənədlərlə iş şöbəsinin müdiri vəzifəsinə keçirilib.

Bununla yanaşı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində vakant olan Maliyyə və mühasibat uçotu şöbəsinin müdiri vəzifəsinə Şahnaz Mustafayeva təyin edilib. Bu təyinata qədər o, Mənzil İnşaatı Dövlət Agentliyində Maliyyə və təminat şöbəsinin müdiri vəzifəsində çalışıb.

Eyni zamanda, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma şöbəsinə rəhbərlik edən Anar Bayramov tutduğu vəzifədən azad olunub. Şəhərsalma şöbəsinin müdiri vəzifəsinin icrası həmin şöbənin müdir müavini Fəxri Aydəmirə həvalə olunub/APA.
"Qızımın 18 yaşı var, yeriyə bilmir" - Ağadadaş Ağayev (Foto)Xalq artisti Ağadadaş Ağayev “Zaurla günaydın” verilişinin qonağı olub.

Lent.az-ın məlumatına görə, müğənni qızı Leyla barədə danışıb. O bildirib ki, qızının səhhətində problemlər var:

“Qızımın bir az problemləri var. Yeriyə bilmir. Amma mənə elə sifarişlər verir ki... Deyir, oğlan hündür boy, mavi gözlü, savadlı və zəngin olmalıdır. Hazırda qızımın 18 yaşı var”
Yevlaxda məscid dağıdılıb“İbadət evi insanların köməkliyi ilə tikilmişdi. Camaat balasının boğazından kəsmişdi”

Minval.info xəbər verir ki, Yevlax rayonunun Aran qəsəbəsində yerləşən məscid dağıdılıb.

Bu barədə məlumat verən qəsəbə sakinləri bildirib ki, məscid əvvəllər təmirsiz olub. Sonra sakinlərin hesabına yenidən bərpa olunub.

Hadisənin iki gün öncə baş verdiyi qeyd edilir.

“Qəsəbədə 3 kənd var. Aran qəsəbəsi salınandan burada azan səsi verməyə icazə yoxdur. Elə bil müsəlmanlar deyil, xristianlar yaşayır burada. Məscid kimlərinsə yerin dar edir. İbadət evi insanların köməkliyi ilə tikilmişdi. Camaat balasının boğazından kəsmişdi”, – onlar söyləyib.

Qəsəbə sakinləri məsələnin ictimailəşdirilməsini və müvafiq orqanların bununla bağlı tədbir görməsini istəyirlər.

Məscidin sökülməsinə səbəb kimi qeydiyyatsız olmasının göstərildiyi qeyd edilir.